“Borc-xərclə cehiz alıb, toya məşhur müğənni çağırırlar, amma…” - Müsahibə

“Borc-xərclə cehiz alıb, toya məşhur müğənni çağırırlar, amma…” - Müsahibə

Son vaxtlar ailədaxili münaqişələrin artması ilə əlaqədar baş verən cinayət hadisələri həm mətbuatda, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Hər kəs bu cinayətlərin səbəbi kimi müxtəlif versiyalar irəli sürür.

Bəs əsl səbəb və çıxış yolları nədir?

BakiPost.az-ın əməkdaşları bu sualla psixoloqa müraciət edib. Tanınmış psixoloq Elnur Rüstəmovun fikrincə, bu tip problemlərin yaranmaması üçün ailələr qarşılıqlı hörmət əsasında qurulmalıdır. Psixoloq bu yanaşma tərzinin Azərbaycana hələ yeni-yeni gəldiyini deyir: “Qadına qarşı şiddət heç bir yerdə dəstəklənmir. Keçən əsrdə Amerikada və Avropada gender bərabərliyi və qarşılıqlı hörmət əsasında ailənin, münasibətin qurulması geniş vüsət aldı. Azərbaycanda isə bu yanaşma tərzi hələ yenidir. Son günlər müzakirələrə səbəb olan üç uşaq anasının qətlə yetirilməsi kimi hadisələr göstərir ki, bu cür ailədaxili konfliktlər yeni bir müstəvidə həll olunmalıdır. Qloballaşma, informasiya əsrində yaşamağımız ailə münasibətlərində də özünü göstərir. Bu cəhətdən gəncləri maarifləndirmək lazımdır”.

E. Rüstəmov bildirir ki, ailə qurmazdan öncə psixoloqa müraciət edilməlidir: “Bu sahə ilə bağlı ailə psixoloqları, mütəxəssislər, sosial işçilər var. Ailədə problemlər varsa yaxşı olardı ki, həmin mütəxəssislərə müraciət olunsun. Təəssüf ki, insanlar buna meylli deyil. Çünki psixoloqa getməkdən çəkinirlər. Psixoloq psixi sağlam insanla məşğul olur. Lakin Azərbaycanda ailə qurmazdan əvvəl diqqət daha çox başqa istiqamətə yönəldilir. Ən yaxşı şadlıq sarayında toy edilməsi, cehiz verilməsi, borc-xərclə olsa belə, tanınmış müğənnilərin toya dəvət olunması psixoloqa getməkdən üstün tutulur. Halbuki psixoloqa getmək o qədər də xərc tələb etmir. Psixoloqa müraciət etməkdən çəkinmək lazım deyil. Bu, yeni dövrün tələbinə uyğundur və zəruridir.”

Sevda Ulutau

Nigar Əliyeva

Bakı Post

http://bakipost.az/borc-xercle-cehiz-alib-toya-meshur-muenni-cairirlar-amma-son-dvrler-artan-aile-facielerinin-esas-sebebi/#.WCC-QC2LTIU

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.