Haqqında

Haqqında

Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda həmin İnstitutun "Sosial psixologiya" şöbəsində kiçik elmi işçi kimi çalışır.

2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etmişdir

2007-2008-ci illərdə həqiqi-hərbi xidmətdə olmuşdur.

2008-2009 –cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2008-2009-cu illərdə “Regional Psixologiya Mərkəzi”nin direktoru kimi çalışmışdır.

Narınc Psixologiya Mərkəzinin həmtəsisçisidir.

2010-2018-ci ilə qədər "Psixologiya və Konsultasiya Mərkəzi"nin rəhbəri kimi çalışıb.

2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib.

2018-ci ildən etibarən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri vəzifəsində çalışır.

Çap olunmuş əsərləri;

"Karl Yaspers və fəlsəfədə ünsiyyət problemi" elmi monoqrafiya,

"X-lady" elmi-bədii roman,

Nərmin Quliyeva ilə bərabər yazdıqları "Psixoloji məsləhətə giriş" əsərinin müəllifidir.

Elmi fəaliyyəti;

20 elmi məqalənin müəllifidir.

Bir çox yerli və beynəlxalq konfransların təşkilatçısı, məruzəçisi və iştirakçısı olmuşdur.

Rusiyada Professional Psixoterapevtik Liqanın üzvü, Azərbaycan nümayəndəliyinin rəhbəridir.

 

Ailəlidir, iki övladı var.

 

 

 


Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Online iclaslar

Online iclaslar

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutun xanım əməkdaşları ilə görüş keçirdi.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutun xanım əməkdaşları ilə görüş keçirdi.