Yeniyetmələr valideynlərini ən çox bu yaşda qətlə yetirirmiş - Müsahibə

Yeniyetmələr valideynlərini ən çox bu yaşda qətlə yetirirmiş - Müsahibə

Xəbər verdiyimiz kimi, ötən gecə 16 yaşlı yeniyetmə anasını güllələyərək qətlə yetirib.

 O, qətli namus üstündə törətdiyini bildirib.

Təəssüflər olsun ki, son zamanlar yeniyetmələrin iştirakı ilə bu kimi cinayətlərin sayı artmaqdadır.

15, 16, 17 yaşlı yeniyetmələrin namus keşikçisinə çevrilməsi sonda belə faciələrlə nəticələnir.

Psixoloq Elnur Rüstəmov Faktor.az-a açıqlamasında belə qətl hadisələrinin əsasən həmin yaş aralığında olan şəxslər tərəfindən törədilməsinin səbəblərini açıqlayıb:

“Yeniyetməlik insan həyatında fərqli bir dönəmdir. Bu dövrdə artıq insan özünü şəxsiyyət kimi formalaşdırmağa çalışır. Fikir vermisinizsə, həmin dönəmlərdə oğlanlar çox aqressiv olur. Hər şeyə görə hesabat almağa çalışırlar. Ailə ilə daha çox problemləri olur. Özlərini şəxsiyyət kimi qəbul etdirməyə çalışırlar. 

Həmçinin yeniyetmələrin müxtəlif çevrələri olur. Bir qismi məktəb, təhsil haqqında danışırsa, digərləri daha çox məişət fonunda mübahisələrlə məşğul olur, söz xırdalayırlar.

Bu yaşda onlar ailədə hər hansı narahatlıq görərlərsə, dərhal reaksiya bildirir, etiraz edirlər. Bu gün əksər yeniyetmələr anasının, bacısının geyiminə qarışır, həyatına müdaxilə edir, istədikləri kimi onları idarə etməyə can atırlar. Buna görə də daha çox problem yaşayırlar.

Konret bu qətl faktına gəldikdə isə cinayətin odlu silahla törədilməsinə diqqət çəkmək istərdim. Bu yaşda bir insanda odlu silah hardandır?

Bütün hallarda qlobal informasiya dövründə belə hadisələr azalmayacaq, əksinə, çoxalacaq. Çünki artıq insanlarda bir-birinə qarşı yadlaşma gedir. Valideyn ilə övlad arasında mənəvi bağlılıq qırılır.

Bəs, həmin yeniyetmə necə oldu bu həddə gəlib çıxdı?

Açıb seiallara, filmlərə baxsaq görərik ki, hamısında silah, qarşıdurma, dava-dalaş var. Bunlar da yeniyetmələrin psixologiyasına təsir göstərir.

Qlobal informasiya dövründə hələ bizi daha böyük sınaqlar gözləyir. Yeganə çıxış yolu isə maariflənməkdir”.

Xəyalə Bünyatova 

http://faktor.az/az/social/17154-yeniyetmeler-valideynlerini-en-cox-bu-yasda-qetle-yetirirmis

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.