Tələbələr mükafatlandırıldı

Tələbələr mükafatlandırıldı

Bu gün Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk peşəkar psixologiya jurnalı olan “Düşüncə” jurnalının birgə lahiyəsi olan “Düşünən Qələm” müsabiqəsinin qalibləri təltif olunub. 

ATVxəbər.az-ın məlumatına görə, mükafatlandırmada BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və “Düşüncə” jurnalının baş redaktoru Vüsalə Ələkbərova iştirak edib.

Tədbiri giriş sözü ilə açan komitə sədri, bu tip layihələrin vacibliyindən danışıb və əməkdaşlığın davam etdiriləcəyinə ümidini ifadə edib.

“Fikrimcə, bu cür tədbirlərin və BDU tələbələri üçün fayda verəcək layihələrin tez-tez keçirilməsi yaxşı olardı. Biz BDU THİK olaraq, hər zaman olduğu kimi tələbələrimizin müxtəlif sahə və ixtisaslara dair təşəbbüslərini təkcə dəstəkləməyə yox, həm də reallaşdırmaqda kömək etməyə hazırıq. Yetər ki, siz bizə müraciət edəsiniz”, – deyə komitə sədri bildirib.

Daha sonra ilk 3 yerin qaliblərinə sertifikat və digər təltif hədiyyələri, eyni zamanda, Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponları təqdim olunub.

http://atvxeber.az/news/social/9247-telebeler-mukafatlandirildi

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.