Psixoloq Elnur Rüstəmovdan karantin dövrü üçün faydalı məsləhətlər

Psixoloq Elnur Rüstəmovdan karantin dövrü üçün faydalı məsləhətlər

Bu günki müsahibimiz Psixologiya Elmi Tədqiqat İnstututunun sədri, məşhur psixoloq Elnur Rüstəmovdur. Elnur müəllim karantin dövründə hər birimizi narahat edən suallara aydınlıq gətirəcək.
Xəbər24 olaraq müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

– Karantin dövründə dövlətimizin qoyduğu qanuna əsasən hamı evdə oturub. Evdə oturmağın psixoloji cəhətdən mənfi tərəfləri hansılardı?
– Xüsusi Karantin rejimində qoyulan tələblər əlbəttə insan psixologiyasına təsirsiz ötüşməyəcək. Burada bir çox məqamları nəzərə almalı və onları fərqləndirməliyik. Söhbət pandemiya və postpandemiya dövründə insan-insan, insan-cəmiyyət, insan-dünya münasibətində baş verəcək dəyişikliklərdən gedir. Adətən bu cür qlobal dəyişikliklər qlobal böhran, müharibələr, epidemiyalar zamanı baş verir. Lokal müstəvidə baş verən hadisələr (müharibə, zəlzələ, xəstəlik və s.) adətən qloballaşa bilmir. Panika yaranmaması üçün çox zaman bu cür hadisələrin daha çox insanlara çatdırılmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Koronavirus pandemiyası zamanı biz başqa bir mənzərənin şahidi olaraq. Qısa zaman aralığında bütün dünyada yoluxanlar və sağalanlarla bağlı məlumatlar əhaliyə məlumatlar çatdırılırdı. Indi də bu statistik məlumatlar insanlara çatdırılır. Bu gün faktiki olaraq bütün dünyada yaşayan insanlar evlərinə qapanıb virusla mübarizə aparırlar. Şübhəsiz ki, uzun müddət ev mühitində olmaq şəxslər arasında yeni münasibət formasının yaranmasına gətirib çıxarar. Bu istər ailədaxili münasibət olsun, istərsə ailə xarici münasibətə öz təsirini göstərəcək. Təsir birdən-birə baş verməyəcək. Biz bunu zaman-zaman öz üzərimizdə müşahidə edəcəyik. Bir qism psixoloji narahatlıqlar var ki, bu gün konkret ailələrdə, fərdlərdə bunu müşahidə etmək olar. Bununla bağlı ailə və fərdlər psixoloji dəstək almağa çalışırlar. Bir qism insanlarda isə bu narahatlıqlar bir müddət sonrsa ortaya çıxacaq. Koronavirus pandemiyası ilə bağlı xüsusi psixoloji gərginliyə səbəb olan məqam, xəstəlik haqqında qeyri-müəyyən fikirlərin, düşüncələrin, xəstəliyin etimologiyası ilə bağlı konkret fikrin olmamasıdır ki, bundan qaynaqlanın əsas psixoloji problem olan ümidsizlik, depressiya kimi psixoloji problemlərin pospandemiya dövründə bütün dünya üzrə artacağını qeyd etmək olar. Şübhəsiz ki, fərdi şəkildə baş verəcək bu problem istər ailə münasibətinə, istər fərdin cəmiyyətə, özünə, dünyaya münasibətinə öz təsirini göstərəcək. Ona görə də pospandemiya dövründə psixi sağlamlıq və psixi təhlükəsizliyin qorunması bəşəriyyət üçün prioritet məqam olacaq. Bunun proqram şəklində həyata keçirilməsi məqsədəuyğun olardı.
– Biz hansı qaydalara əməl etməliyik ki, bu dönəmdə özümüzə qapanmayaq?
– Burada konkret qayda vermək qeyri-mümkündü. Çünki, hər bir insan unikaldı, fərdi psixoloji xüsusiyyətlərə malikdir. Ona görə də standart yanaşma keçərli deyil. Əsas diqqət ediləcək məqam rejim qaydalarına riayət etmək, bu istiqamətdə həmrəylik nümayiş etdirmək, evdə oldumuz zaman fərdi günlük rejim qurmaq, maksimal dərəcədə ona əməl etmək, aktivliyi qorumaq üçün tədbirlər planı hazırlamaqdı. Burada əsas məqam aktivliyin qorunması, ev şəraitində belə faydalı ola biləcək işlə məşğul olmaq vacibdi. Bu gün internet resursları bir çox işlərin evdən görülməsinə imkan yaradır. Eyni zamanda kitab oxumaq, film seyr etmək, yaxınlarla, doğmalarla ünsiyyət qurmaq istiqamətində internet resursları əvəzsiz rol oynayır. Əgər ailə üzvləri bu bu işləri koordinasiya edə bilərlərsə karantin rejimində özünəqapanma halları da az olacaq.
– Əksər insanlar hazırda evdə boş olduqdan gecə-gündüz telefonla məşğul olur. Bu onun karantindən sonrakı dönəmində də cəmiyyətdən təcridinə səbəb ola bilərmi?
– İnternetdən asılılıq pandemiyadan əvvəl də var idi. Sizin qeyd etdiyiniz telefon asılılığı, əslində elə internet asılılığı kimi dəyərləndirilə bilər. Çünki, insanlar telefondan daha çox internetə daxil olmaq üçün istifadə edirlər. Etiraf etməliyik ki, karantin dövründə insanların mobil telefondan daha çox istifadə etməsi, zamanın çox hissəsini mobil telefonda keçirmələri onlarda asılılıq halına gətirib çıxarıb. Şübhəsiz biz bunu bütün insanlara şamil edə bilmərik. Ancaq bu asılılığın karantin dönəmində daha da artdığını qeyd etmək olar. Uzun müddət internetdə zaman keçirmək insan psixologiyasına təsirsiz ötüşmür, eyni zamanda bir çox psixoloji problemlərin yaranmasına rəvac verir. Buraya biz sosial fobiya, aqressiya, depressiya və s. bu kimi psixoloji problemləri qeyd edə bilərik. Bundan da sığortalanmaq üçün fərd olaraq konkret zamanlarda internetə daxil olmalı, canlı ünsiyyətə daha çox zaman ayırmalı ailə, iş ortamında telefondan uzaq dayanmağımız məqsədəuyğun olardı. Bu gün yaranan psixoloji problemlərin böyük bir qismi internetdən ifrat istifadə etməyimiz səbəbindən baş verir.
– Və sonda karantin dövründə psixoloji cəhətdən qorunmağın yollarını söyləyərdiniz zəhmət olmazsa?
– Bu gün edəcəyimiz əsas iş xüsusi karantin rejiminin tələblərinə əməl etməkdi. əsas motivasiyamız xəstəliyə yoluxanların hər gün azalması, sağalanların çoxalmasıdır. Bunun özü böyük psixoloji dəstəkdir. Inanıram ki, tez bir zamanda xüsusi karantin rejimi arxada qalacaq, həyat normasına düşəcək. Bərabər bu günləri də arxada qoyacağıq. Cənab Prezidentin də qeyd etdiyi kimi “Biz birlikdə güclüyük!”

Elcan Məmiyev

https://xeber24.az/psixoloq-elnur-rust%c9%99movdan-karantin-dovru-ucun-faydali-m%c9%99sl%c9%99h%c9%99tl%c9%99r/?fbclid=IwAR0zTGdFctBAf8fxsPihncku4uE1LPxhoqrLjvenzOjrJ7KiYC5rhnyc-8c


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.