PİS VƏRDİŞLƏRİN PSİXOTERAPİYASI

PİS VƏRDİŞLƏRİN PSİXOTERAPİYASI

Fərdin somatik və ruhi sağlamlığını, ailə,sosial və iş adaptasiyasını pozacaq dərəcədə təsir göstərən davranışlar pis vərdişlər olaraq dəyərləndirilir. Bu qrupa müxtəlif maddələrdən asılılıq, həmçinin televiziya və internet asılılığı da daxildir. Alkoqol, siqaret, maddə (narkotik maddələr) istifadəsi bu təsnifata aid edilir. Asılılıq maddə istifadəsi əsnasında ortaya çıxan və şəxsin əvvəldən dəyər verdiyi davranışlarından prioritet qazanan bir çox fizioloji, davranış və idrak dəyişiklikləri ilə müşahidə edilən bir vəziyyətdir. Maddə istifadəsinin sağlamlığa zərər verəcək şəkildə olması fiziki (inyeksiya edilən dərmanların səbəb olduğu hepatitlər kimi) və ya (ağır spirt istehlakının səbəb olduğu ikinci depressiv pozuntu dövrləri) ruhi ola bilər. Sakitləşdirən maddələr agitasiya və aktivliyin artmasına, narkotik maddələr sosial çəkinmə və daxilə dönük davranışlara səbəb olur. Narkotik və psixotrop maddələr fərqli dozalarda fərqli təsir yaratma xüsusiyyətinə malikdir.

Asılılıqların terapiyasında psixoloq tərəfindən problemin mənfi tərəfləri göstərilir, ona səbəb olan travmalar ortaya çıxarılır, problemin yaratdığı müdafiə mexanimzləri qırılır, nəticədə pasiyent bunu xəstəlik olaraq qəbul edir. Psixoloji konsultasiya prosesində pasiyent pis vərdişə çevrilən davranışını dəyişərək, yenidən cəmiyyətə adaptasiya olur. Əgər psixoloji problemin fonunda somatik problem də müşahidə edilirsə, bu zaman yanaşı tibbi yardım da tövsiyə olunur.



Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Online iclaslar

Online iclaslar

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutun xanım əməkdaşları ilə görüş keçirdi.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutun xanım əməkdaşları ilə görüş keçirdi.