Karantin rejimində evdə kişilər nə etməlidir ki, dava salmasın? - MÜSAHİBƏ

Karantin rejimində evdə kişilər nə etməlidir ki, dava salmasın? - MÜSAHİBƏ

Redaktor.az-ın bu dəfəki müsahibi Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovdur. O karantin rejimi dönəmində ailədaxili münaqişələrin və məişət zorakılığının artmasından danışıb.

- Karantin rejimi məişət zorakılığının artmasına səbəb ola bilərmi?

- Öncə onu qeyd etmək lazımdır ki, xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları bu təhlükəli virusdan qorumaqdır. Nəticəsini də müsbət mənada virusa yoluxanların sayının azalmasında görə bilirik. Azərbaycanda xüsusi karantin rejimi anidən tətbiq edilmədi, mərhələli şəkildə həyata keçirildi. Əgər anidən tətbiq olunsaydı, psixoloji
fəsadları da böyük olardı.

Əlbəttə, xüsusi karantin rejimi insan-insan, insan-cəmiyyət, insan-dünya münasibətinə öz təsirini göstərəcək. O cümlədən də ailədaxili münasibətlərə də. Burada birmənalı şəkildə söyləmək ki, ailədaxili konfliktlər artacaq, bu yanlış olar. Çünki, ailə üzvləri bir yerdə bu virusa qarşı mübarizə aparırlar. Dolayısı ilə silahdaşdılar. Bizdə ailədaxili konfliktlər, problemlər, boşanmalar karantin rejimindən əvvəl də var idi. Yəni, problem tək karantin rejimində deyil. Digər tərəfdən zərərli vərdişlərdən əziyyət çəkən, fiziki problemli, psixatrik problemli ailələr var ki, karantin rejimi onlarda ailədaxili münasibətlərə təsir göstərə bilər. O da istisna olunmur ki, heç bir problemi olmayan ailələrdə karantin rejimində problem yaransın. Bütün bunlar ailələrin karantin müddətində günlük rejimi necə formalaşdırmağından asılıdır. Əgər günlük rejim doğru formada tərtib olunarsa, xüsusi bir problem yaranmayacaq. Karantindən sonra da yaxşı olardı ki, tərəflər yaranan problemi həll etmək üçün tələsik addım atıb boşanma ilə bağlı müraciət etməsinlər. Bir-birinə zaman tanısınlar. Çünki, karantindən sonrakı ilk günlərdə müəyyən gərginlik, narahatlıq ola bilər ki, bu da bir müddətdən sonra arxada qalacaq.

- Hazırki durumda yarana biləcək məişət zorakılığının (istər fiziki, istərsə də psixoloji) qarşısını almaq və ya təsirini azaltmaq üçün hansı tədbirləri görmək olar?

- Burada konkret resept vermək qeyri-mümkündür. Bu asılıdı problemin yaranma səbəbi və tərəflərin bunu aradan qaldırma istəyindən. Adətən ev şəraitində kişilər daha aqressiv olurlar. Çünki, evdə görəcəkləri iş azdır. Ancaq xanımların evdə görəcəkləri işlər çoxdur. Bu baxımdan problem daha çox kişilər tərəfindən yarana bilər. Onlar da zamanı film izləmək, kitab oxumaq, ev şəraitində görə biləcəyi bir məşğuliyyətlə dəyərləndirə bilərlər. Ailə üzvləri ilə ev şəraitində asudə vaxtı dəyərləndirə bilərlər. Bunu etməklə indi və postpandemiya dövründə özümüzü psixoloji problemlərdən, ailədaxili konfliktlərdən də sığortalaya bilərik. Həmçinin, xüsusi problemli ailələr dövlət tərəfindən vətəndaşlara göstərilən onlayn psixloji dəstəkdən yararlana bilərlər.  

- Bu çətin və gözlənilməz hadisənin yaratdığı gərginliyi azaltmaq üçün nə etmək lazımdır?

- Koronavirusla bağlı ən problemli məqam xəstəliyin etimiologiyası, gedişatla bağlı konkret fikrin olmamasıdır. Dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir. Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdi. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Hazırda internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video matirallar tirajlanır ki, bu da insanardakı qeyri- müəyyənliyi daha da dərinləşdirir. Əlbəttə, bu dönəmdə informasiyasız qalmaq da doğru olmaz.
Sadəcə yaxşı olardı ki, insanlarımız rəsmi məlumatlara diqqət etsinlər, daha pozitiv materiallara baxsınlar. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Bunun üçün hər birimiz fərdi məsuliyyət daşımağı bacarmalıyıq. Nəzərə almaq lazımdır ki, istənilən yanlış, təhrif edilmiş məlumat, insanlarda əhval pozuntusunun yaranmasına təsir göstərir. İnsan psixikası individualdır. Eyni məlumat hər insana fərqli formada təsir göstərir. Ona görə də
informasiya təhlükəsizliyini qorumaq bizim üçün prioritet məqam olmalıdır. Digər tərəfdən, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir. Ona da yol verməməliyik. Bütün günü internetdə zaman keçirmək, indiki məqamda psixoloji gərginliyin artmasına, gələcəkdə isə asılılığa gətirib çıxara bilər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab prezindentin qeyd etdiyi kimi, “Biz birlikdə güclüyük!”.

Sevda Ulutau / Redaktor.az

https://redaktor.az/news/interview/94818-karantin-rejiminde-evde-kisiler-ne-etmelidir-ki-dava-salmasin


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.