Heç bir təhsili olmayanlar, kurs keçib psixoloq olur: kimə inanaq? - Müsahibə

Heç bir təhsili olmayanlar, kurs keçib psixoloq olur: kimə inanaq? - Müsahibə

Elnur Rüstəmov: “Ola bilər ki, heç bir təhsili olmayan, kurs sayəsində psixoloq olan şəxslər çalışır. Amma belə hallar kütləvi deyil”

“Psixoloqun peşəkarlığını, bilik səviyyəsini ölçmək üçün konkret mexanizm, texniki, metodiki vasitə yoxdur”.

 

Bu barədə “Sherg.az”a psixoloq Elnur Rüstəmov danışıb. 

 

O diqqətə çatdırıb ki, insanlar psixoloqun peşəkarlığını müəyyən etmək üçün analogiyalar aparılmasına, iş fəaliyyəti, mütəxəssis haqqında fikirlərə, müraciət edən insanların nəticələrinə, düşüncələrinə müraciət edirlər:

“”Kurs keçdi, sonra psixoloq oldu” deyə yanaşma yoxdur. Bu dövriyyəyə buraxılmış sözdür. Həmin şəxs oxuyub, sonradan kurs keçib, özünü təkmilləşdiribsə, bu, fərqli məsələdir. “Bu sahədə təhsil almayıb, sadəcə kurs hesabına psixoloq olub” fikirləri isə fərqli yanaşmadır. Bunu peşəkar psixoloqlar deyirsə, bununla öz fəaliyyətlərini də kölgəyə salırlar. Bu gün bütün fəaliyyət sahələrində təlimlərdə, kurslarda iştirak tövsiyə olunur. Əvvəllər Tibb Universitetini bitirib, 20-30 il heç bir kursa getmədən işləmək mümkün idisə, indi mümkün deyil. Ən azından ildə 1-2 dəfə kurslara, konfranslara getmək vacibdir. Çünki tək universitet təhsili ilə yenilikləri izləmək olmur. Dünənə qədər müraciət etdiyimiz həkimin peşəkarlığına yaşı çox olduğuna görə, qiymət verirdiksə, indi gəncləri daha üstün tuturuq. Ona görə ki, cavanların yeniliklərdən xəbərdar olduğunu düşünürük.

Ola bilər ki, heç bir təhsili olmayan, kurs sayəsində psixoloq olan şəxslər çalışır. Amma belə hallar kütləvi deyil. Məsələn, Türkiyədə belə şəxslər “yaşam koçu” kimi fəaliyyət göstərir. İşinə baxdıqda isə psixoloji istiqamət olduğu görünür. Azərbaycanda da bu sahə ilə məşğul olanlar var. İndiki məqam üçün yaxşı iş də görürlər”.

Bu sahədə hər hansı sertifikat, lisenziya olub-olmaması məsələsinə gəlincə, psixoloq Azərbaycan Respublikasının “Psixoloji Yardım haqqında” qanun layihəsini xatırladıb:

“Bu qanun Səhiyyə şöbəsində müzakirəyə çıxarıldı. Lakin plenar iclasa təqdim edilmədi. Həmin komissiyanın tərkibində çıxış etdiyimə görə, qanun layihəsindən xəbərim var. Bu qanun qəbul edilərsə, qeyd olunan məsələ ilə bağlı kordinasiya olunacaq. Nəticədə müəyyən olunacaq prosedurlar dəqiqləşdirilib, tətbiq ediləcək. Lakin bu qanunun qəbul edilməsi asan məsələ deyil. Hətta bu sahədə ənənənin formalaşdığı Türkiyədə belə həmin qanun yoxdur. Üzərində işlənilən qanun layihəsində çox məsələlər qeyd olunub. Bütün bunları tətbiq effektli təqdim etmək üçün zaman lazımdır”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə çoxsaylı psixoloqlar peyda olub. Onlardan hansının daha intellektual və peşəkar olması isə sual doğurur. Hətta məlum məsələyə dair belə iddialar dolaşır ki, həmin psixoloqların əksəriyyəti 6 -12 ay kurs keçdikdən sonra müəyyən bir  mərkəz yaradaraq özlərini psixoloq adlandıranlardır. Əslində isə ali təhsilli psixoloqların sayı elə də çox deyil.

 

Aysel Aslan

http://www.sherg.az/site/id-39950/He%C3%A7_bir_t%C9%99hsili_olmayanlar,_kurs_ke%C3%A7ib_psixoloq_olur_%3Cfont_color=red%3E-_Kim%C9%99_inanaq_?%3C%2Ffont%3E#.WpB4FoPFLIV




12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.