Dekabrın 23-də

Dekabrın 23-də "Məktəblinin dostu" layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dekabrın 23-də "Məktəblinin dostu" layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin əhəmiyyətindən söz açıb, ötən 5 ildə layihənin əhatə dairəsinin daha da genişləndiyini deyib. Məktəblinin dostları olan təhsil ocaqlarında təlim və tədrisin keyfiyyətinin daha da yüksəldiyini bildirən təhsil naziri bu modelin digər ölkələrdə də tətbiq olunduğunu diqqətə çatdırıb. Nazir məktəblinin dostlarının təkcə şagirdlərin deyil, eyni zamanda təhsilin dostu olduğunu söyləyib.

Emin Əmrullayev çıxışının sonunda layihədə iştirak edən əməkdaşların fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri, layihənin rəhbəri Rüstəm Ağayev bu günə qədər layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib, layihənin 5 ildə əldə etdiyi uğurlardan söz açıb. Bildirilib ki, hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatǝ edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

Tədbirin davamında "Məktəblinin dostu" layihəsi çərçivəsində görülən işlərin əks olunduğu videoçarxlar nümayiş olunub.

Daha sonra layihənin əməkdaşlarına səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq fəallıq və nümayiş etdirdiklərinə görə sertifikatlar təqdim olunub.

Tədbirdə eyni zamanda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmişdir .
"Məktəblinin dostu layihəsi" əməkdaşlarını 5 yaş münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.