Boşanmaların sayı niyə artır və yaxud niyə boşanırıq? - Müsahibə

Boşanmaların sayı niyə artır və yaxud niyə boşanırıq? - Müsahibə

Azərbaycanda 2016-cı ilin ilk 8 ayı ərzində qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən A24.Az-a verilən məlumata görə, cari ilin ilk 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Statistikaya diqqət yetirdikdə ortaya çıxan mənzərə insana o qədər xoş təəssürat bağışlamır. Belə ki, ailə quran hər 10000 cütlükdən 13-ü demək olar ki, hakim qarşısına çıxıb. Bu isə təbii ki, hardasa həyəcan təbili çalmaq üçün əsas verir.

Məsələn əvvəllər boşanan insanlar daha çox müzakirə mövzusu olur, cəmiyyət bu boşanmalara təəssüf hissi keçirirdisə, indi həyat yoldaşı ilə sözü üst-üstə düşməyən gənclər özlərini məhkəmə salonlarına “vururlar”.

Boşanmaların hər ötən gün artan statistika ilə davam etməsi isə ortaya bir neçə suallar çıxarır. Həmin sulların başında isə boşanma sayının niyə artması durur. Niyə boşananların sayı hər ötən gün artır və bunun əsas səbəbləri nələrdir?

A24.Az-a danışan psixoloq Elnur Rüstəmov bildirdi ki, ümumiyyətlə son dövrlərdə nikaha dayanıqlı ailələr azdır. Onun sözlərinə görə ailədaxili problemlər əvvəlki illərdə də çox olmasına baxmayaraq, son dövrlər insanların bir-birinə olan dözümsüzlüyü daha çox boşanmalarla nəticələnir:

“Onu da bildirim ki, bu gün problemli ailələr də çoxdur. Bundan başqa ailələrə müdaxilələr də həddən artıqdır. İnformasiya əsrində yaşayırıq. Bu da, boşanmaların sayını artırır. Biri deyir ki, telefonunda mesaj tutdum, o biri deyir kiminləsə yazışdığını gördüm, digəri isə kiminsə şəklini bəyəndəyini gördüyünü bildirir. İkinci səbəb isə, ailələrdə uşaq sayının az olmasıdır. Təbii ki, uşağı az olan həmin valideynlər də, övladlarına düşkündür. 1-2 övladı olan cütlüklər bir az narazılıq olan kimi deyir ki, övladımdan bezməmişəm ki? Boşanıram və aparıram atamın evinə. Əvvəllər ailələrin 5-6 qızı olurdu. Qadınlar, ya da kişilər hamısını ata evinə apara bilmirdi axı. Ona görə də, boşanmalar bu qədər çox deyildi. İndiki valideynlər deyir ki, əşi iki uşağım var, ona da özüm baxacam. Onu da deməliyəm ki, bu gün Azərbaycanda təkrar ailə quranların sayı da həddən artıq çoxdur. Amma, boşanma baş verən ailələrdə uşaqlar varsa bu prosesdən ən çox təsirlənən məhz onlar olurlar”.

Psixoloq deyir ki, həmin uşaqlar cəmiyyət üçün gələcəkdə potensial təhlükədir:

“Burada sohbət cinayətdən getmir. Valideynləri boşanmış uşaqların aldıqları travmalar onların gələcəyi ilə bağlı müəyyən narahatlıqverici məqamlar yarada bilər. Bu proses bu gün də davam edir və hər ötən gün artır. Onu da qeyd etməliyəm ki, burada məhkəmələrdə də müəyyən boşluqlar var. Bəzən tərəflərdən biri heç məhkəməyə gəmədən boşanma baş tutur. Ancaq məsələ ciddi araşdırılmalıdır. Bəlkə məhkəmə qarşısına çıxan cütlük heç boşanmaq istəmir, onlara təzyiq edilir?. Boşanma səbəbləri ciddi araşdırılmalıdır”.

Elnur Rüstəmov- Psixoloq

Hüquqşünaslar isə məsələnin digər tərəflərinə diqqət çəkirlər. Onlar hesab edirlər ki, boşanma mövzusunda qanunvericilikdə ciddi boşluqlar var. Hüquqşünas Tahir Əlirzayev A24.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda boşanma prosesi çox asandır. Boşanmaq istəyən ailərin övladları olduğu təqdirdə, tərəflərdən biri məhkəməyə müraciət edir və məhkəmələr həmin çütlükləri boşayırlar:

“Olay bu qədər bəsitdir. Maraqlı məqam ondan ibarətdir ki, əgər boşanan cütlüklərin övladlar yoxdursa, onların heç məhkəmə getmələrinə də ehtiyac yoxdur. Sadəcə müvafiq nigah idərələrinə müraciət edərək evliliklərinə son verə bilirlər. Əgər cütlüklərdən biri boşanmadan imtina edirsə məhkəmə müddəti maksimum 3 ay uzadır. Lakin 3 aydan sonra tərəflərdən biri narazı olduğu təqdirdə də, boşanma gərçəkləşdirilmiş olur”.

Prosesi xarici ölkələrlə müqayisə edən Tahir Əlirzayev bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərində boşananlara 25 min dollar öhdəlik qoyulur və boşanan tərəf həmin məbləği aliment kimi ödəyir. Məsələn, Türkiyədə boşanmaq üçün cütlüklərə mhkəmələr tərəfindən 2 ilə qədər vaxt verilir.

“İranda ailə quranlar arasında nügah müqavilələri imzalanır. Düzdür, bu bizdə də var. Ancaq bu məsələyə ciddi yanaşılmır. Tərəflər arasında ciddi nigah müqaviləsi bağlanmalı və həmin müqavilədə tərəflərin vəzifə və öhdəlikləri ciddi şəkildə göstərilməlidir. İranda boşanan tərəf həmin müqaviləyə uyğun olaraq depoziti qarşı tərəfə ödəyir. Bizdə isə bu məsələdə ciddi boşluq var”.

Hüquqşünas onu da əlavə etdi ki, nə qədər ki, Azərbaycanda ailə quran cütlüklər arasında ciddi nigah müqaviləri bağlanmır və həmin müqavilə ilə tərəflərin vəzifə və öhdəlikləri müəyyən edilmir, boşanmaların qarşısını almaq mümkün olmayacaq.

Tahir Əlirzayev- Hüquqşünas

Həm hüquqşünas, həm də psixoloqların dediklərindən belə bir qənaətə gəlmək olar ki, bu gün baş verən boşanmaların əksəri tərəflərin vəzifələrinin düzgün müəyyən edillməməsi, onların ailə qurmaq məsuliyyətlərini dərk etməməmələri və tərəflərin boşandıqları zaman qarşı tərəfə BƏƏ-dəki kimi külli miqdarda cərimə ödəməmələridir. Əgər cütlüklərə zamanında boşanacaqları təqdirdə itirəcəkləri maddi və mənəvi məfhumlar başa salınsa onlar bu məsələyə daha ciddi yanaşarlar.

Boşanmaların qarşısını almaq üçün tərəflərə evlilikdən və evlilik müddətində psixoloji yardım göstərilməsi də vacib və gözardı edilməyəcək məqamlardan biridir.

İlkin Mustafayev, A24.Az

http://a24.az/bosanmalarin-sayi-niye-artir-yaxud-niye-bosaniriq-arasdirma/


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.