Azərbaycanda növbəti intihar dalğası: Psixoloqdan internet istifadəçilərinə XƏBƏRDARLIQ - Müsahibə

Azərbaycanda növbəti intihar dalğası: Psixoloqdan internet istifadəçilərinə XƏBƏRDARLIQ - Müsahibə

“Son vaxtlarda ölkəmizdə intihar hadisələrinin baş verməsinin əsas səbəbi lazımsız informasiyalardır”.

Bunu BakiPost.az-a açıqlamasında “Psixologiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmov yenidən intihar dalğasının ölkəni bürümüsəni şərh edərkən deyib.

Psixoloq ölkədə baş verən intihar hallarının bir nüçə səbəbdən qaynaqlandığını deyib: “İnsanların özlərinin daxilindəki psixoloji problemlərin çoxalması, ailə daxili konfliktlər, valideyn övlad münasibətlərindəki və iş yerindəki problemlər, həmçinin özünə qapanmalar, depressiya durumuna düşmək. Nəticədə bu da insanları intihara əl atmağa gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, intiharlar sanki bir periodik xarakter daşıyır.

Elə ailələr var ki, orada intihar göstəriciləri çoxdur. Ancaq onun fəsillə bağlılığı yoxdur”.

Elnur Rüstəmov bildirib ki, bəzən neqativ bir informasiya dolayısı ilə depressiyada olan narahat insanları intihara sürükləyir:“Bu məqamlarda diqqətli olmaq lazımdır. Bu gün insan özünün fərdi yox, psixoloji sağlamlığının qeydinə daha çox qalmalıdır. Çünki biz hər tərəfdən informasiyalar alırıq. Gecə yatanda da, səhər duran da birinci informasiya əldə edirik. Əlbəttə, bunlar insanın psixologiyasına təsir edir. İnformasiya əsrində insan daha çox komforta və öz rahatlığına düşkün olur. O rahatlığa təsir göstərəcək bir şeylər olarsa, insan aqressiv olur.

Məsələn, internet kəsilən zaman insanlar daha çox gərgin olur, nəinki evdə çörək olmayanda”.

Psixoloq qeyd edib ki, intihar edən insanlar özlərini zaman-zaman buna hazırlayır: “Depressiyada olanlar və narahatlığı olan insanlar birdən-birə intihar etmirlər. Onlar ətrafındakı şəxslərə dolayısı yolla bunu bildirirlər. O şəxslər diqqətli olmalıdır ki, bu insanları həmin anda lazımi yerlərə aparsınlar. Yəni problemi olan insanlar həmin o ilkin psixoloji dəstəyi alsın. Bu, çox vacibdir.

Nəzərə almaq lazımdır ki, özünü öldürən insanlar bir qismi nə vaxtsa etdiyi intihar cəhdini təkrarlayanlardır. Belə ki, əvvəllər onlarda uğursuz intihar cəhdləri olur. Əgər intihar fikri yaranarsa və buna hər hansı formada cəhd olarsa, həmin şəxslər o reabilitasiyanı keçməlidir. Çünki o insanlar təkrar intihar etmək fikrinə düşürlər. Ona görə də maariflənmə işi aparılmalıdır”.

E. Rüstəmov maariflənmə istiqamətində hansı işlərin görülməli olduğunu açıqlayıb: “Öncə intihar hadisələrinin qarşısını almaq üçün kompleks işlərin görülməsi lazımdır. Yəni psixi sağlamlığın və ya psixi təhlükəsizliyin qorunması istiqamətində işlər aparılmalıdır.

Bu gün maariflənmə əsasən orta məktəblərdə olmalıdır. Eyni zamanda televiziyalarda bununla bağlı müəyyən verilişlər, həmçinin mətbuatda araşdırma yazılar olmalıdır”.

Psixoloq hesab edir ki, bu proseslərdə müəyyən qədər çətinlik yaradan məsələ internet əsrinin olmasıdır: “Kim nə istəyir sosial şəbəkədə yazır, paylaşır. O fikirləşmir ki, bu yazı kimə necə təsir göstərəcək, hansı narahatlıqlar yaradacaq. Bu cəhətdən bir az problem yaşayırıq. Hər şəxs bu istiqamətdə diqqətli olmalıdır”.

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə intihar halları çoxalıb. Hətta intihar dalğasının olması haqda xəbərdarlıqlar da edilir. Rəsmi göstəricilərə görə, intihar edənlərin əksəriyyəti gənclərdir.

Sevinc Yasinqızı

http://bakipost.az/azerbaycanda-nvbeti-intihar-dalasi-psixoloqdan-internet-istifadecilerine-xeberdarliq/#.WJer_1WLTIV


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.