17.12.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda görkəmli mütəfəkkir şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş

17.12.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda görkəmli mütəfəkkir şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır" adlı konfrans keçirilmişdir.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
İlk öncə, Nizami Gəncəvinin həyatını əks etdirən video-çarx təqdim edildi.

Açılış nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi. Sədr dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərində humanizm, ədalət, insanın dünyaya, insanın insana, insanın zamana münasibətini əsərlərinə istinad edərək qeyd etdi. Daha sonra Bakı Təhsil İdarəsinin rəis müavini Hüseyn Ələsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, Psixologiya Elmi -Tədqiqat İnstitutunun Təhsil və Elmi Metodiki şöbənin müdiri , Psixologiya üzrə Fəlsəfə Doktoru , dosent Hökümə əliyeva, Psixologiya Elmi -Tədqiqat İnstitutunun  əməkdaşı, psixoloq Lalə Əhmədova, Şəfəq Ələkbərova və Rüstəm Kərimov N.Gəncəvinin dünya mədəniyyətinə və ədəbiyyatına töhvəsindən bəhs etdilər.
Könüllü fəaliyyət qrupunun hazırladığı səhnəcik və kompozisiya təqdim edildi.

Tədbir eyniadlı "Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır" adlı qəsidə ilə yekunlaşdırıldı.

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.