02.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutan "DÜŞÜNCƏLƏRİN VƏ EMOSİYALARIN İFADƏSİ" adlı təlimin görüntülərini sizə təqdim edirik.
02.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutan "DÜŞÜNCƏLƏRİN VƏ EMOSİYALARIN İFADƏSİ" adlı təlimin görüntülərini sizə təqdim edirik.
3 saat davam edən təlimdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, Beynəlxalq Klinik Psixologiya və Psixoterapiya Assossiasiyasının üzvü, klinik psixoloq Fuad Əsədov və Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisi, Xəzər universitetinin müəllimi, klinik psixoloq Xudaverdi Məmmədov çıxış etdilər.
Təlimin keçirilməsinin əsas məqsədi həyatda rastlaşdığımız müxtəlif stuasiyalarda duyğu və düşüncələri doğru şəkildə ifadə edə bilməyi bacarmaqdan ibarətdir.
Təlimin sonunda iştirakçıların sualları dolğun şəkildə mütəxəssislər tərəfindən cavablandırıldı.