Zorakılıq hallarının artmasına səbəb nədir? - Müsahibə

Zorakılıq hallarının artmasına səbəb nədir? - Müsahibə

Son vaxtlar mediada yayımlanan xəbərlərdə təcavüz, zorakılıq hallarına tez-tez rast gəlirik. Bəs, görəsən insanlarda bu aqressiyanın səbəbi nədir? Bu cür hallara gətirib çıxaran amillər nələrdir?

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Metbuat.az-a açıqlamasında deyib: “Insanların belə aqressiv olma səbəbləri müxtəlif faktlara dayanır. Ümumiyyətlə, dünyada bu hallara gətirib çıxaran ən başlıca səbəb internet əsrində yaşamağımız qeyd olunur. Həddindən artıq informasiyalar insanların psixologiyasına, həyata baxış tərzinə, insanlar arasında münasibətlərə mənfi istiqamətdə təsir göstərir. İnsanlar bir-birinə yadlaşır və humanist dəyərlər arxa plana keçir. Tək Azərbaycanda deyil, bütün dünyada bu cür proseslər gedir”.

İnsanlar arasında psixoloji problemlər, cinsi psixoloji xəstəlikdən əziyyət çəkənlər artır.

Elnur Rüstəmov deyib ki, cinsi psixoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artıb. Təəssüf ki, bu danılmaz həqiqətdir. Buna səbəb isə əksər internet portallarında porno saytların reklam kimi verilməsidir. Nəzərə alsaq ki, həmin saytlara müxtəlif yaş qruplarından insanlar daxil olur. Bu da nəticədə ağır fəsadlara gətirib çıxarır.

Sensasiya doğuran xəbərlər, insan psixologiyasına necə təsir edir?

Elnur Rüstəmov deyib: “Zorakılıq, təcavüz, cəmiyyətdə sensasiya yaradacaq xəbərləri elə təqdim etmək lazımdır ki, insanları dolayı yolla təhrik etməsin. Çünki zamanlı mediada rastlaşırıq ki, intihar xəbərləri artdıqca intiharlar çoxalır ya da zorakılıq xəbərləri verirsən zorakılıq artır. İnsanlar o qədər gərgindir ki, belə xəbərləri verməklə ötürdüyünüz mesajı hər kəs anlamaq potensialında deyil”.

Psixoloq əlavə edib ki, saytlar zorakılıqla bağlı xəbərləri verərkən çox diqqətli olmalıdır. Düşünürəm ki, maksimal şəkildə bu cür xəbərləri verməkdən uzaqlaşmaq lazımdır.

Aysel Yaqubqızı 

https://metbuat.az/news/777766/zorakiliq-hallarinin-artmasina-sebeb-nedir.html

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.