Sumqayıt məktəblərində psixoloqların fəaliyyəti: Təhsil şöbəsinin müdiri və mütəxəssisdən AÇIQLAMA - Müsahibə

Sumqayıt məktəblərində psixoloqların fəaliyyəti: Təhsil şöbəsinin müdiri və mütəxəssisdən AÇIQLAMA - Müsahibə

Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz olaylar təhsil ocaqlarındakı mühafizə sistemi ilə yanaşı, məktəb psixoloqlarının fəaliyyətinin səviyyəsi məsələsini də gündəmə gətirir.

Belə olduğu təqdirdə sual yaranır: Görəsən məktəblərdə psixoloqların fəaliyyətinin yoxlanılması üçün monitorinqlər təşkil edilirmi? Bəs məktəb psixoloqları bu kimi məsələlərin həlli üçün öz işlərini hansı yöndə qurur və ya qurmalıdırlar?

Xeberle.com olaraq bu suallara cavab tapmaq üçün Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov və psixoloq Elnur Rüstəmov ilə əlaqə saxladıq.

N. Namazov bildirdi ki, məktəblərdə aparılan ümumi monitorinqlər vasitəsilə psixoloqların da iş şəraiti yoxlanılır: “Sumqayıt məktəblərinin necə ki, bəziləri yaxşı işləyir, bəzilərinin işi zəifdir – bu fərqlər psixoloqlar arasında da var. Elə məktəblərimiz var ki, çox yüksək, eləsi də var ki, orta və ya aşağı səviyyədədir. Psixoloqların işini yoxlamaq üçün xüsusi olaraq monitorinqlər təşkil olunmur. Məktəblərdə ümumi monitorinqlər keçirilir və bu yoxlamalara daxil olan tapşırıqlardan biri də məhz psixoloqlarla işin yoxlanılmasıdır. Bu yoxlamalar nəticəsində işi qane edən, etməyən və qənaətbəxş sayılan psxioloqlar da olur”.

Psixoloq Elnur Rüstəmov isə məktəb psixoloqlarının hazırkı fəaliyyətlərini qənaətbəxş hesab etməyin mümkün olduğunu bildirib: “Məktəb psixoloqunun ilk növbədə təlimatları və vəzifələri var. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün məktəblərə psixoloqlar cəlb olunub. Sadəcə olaraq həmin kadrların yetişdirilməsi, psixoloqlar üçün şəraitin qurulmasının həyata keçirilməsi vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır. Eyni zamanda valideynlərdə psixoloji şüur anayışı formalaşmalıdır. Yəni valideyn hansı məqamda psixoloqa müraciət etməyin lazım olduğunu bilməlidir. Valideyn ilə məktəb arasında daim əməkdaşlıq olmalıdır. Uşaqda hansısa davranış pozuntusu, ünsiyyət problemi, hiperaktivlik olduqda o, psixoloji dəstək ala bilər. Əgər məktəb psixoloqu ona müraciət olunduğunu görərsə, onun maraq dairəsində özünü təkmilləşdirmək, təlimlərə, kurslara getmək, yeni tədris üsullarını öyrənmək, otağında psixoloji ab-hava yaratmaq və bu kimi kompleks işlər aparmaq kimi məsələlər mühüm yer tutar. Məktəb psixoloqlarının hazırkı faliyyətinə gəldikdə isə deyə bilərəm ki, bu günün reallığı çox da pis deyil. Birdən-birə heç nə olmur. İnkişaf Etmiş Ölkələrdə (İEÖ) də bu, zaman-zaman, təkamül yolu ilə düzəlir. Biz istəyirik ki, yataq və səhər durub görək ki, bütün məktəblərdə ən yaxşı psixoloqlar fəaliyyət göstərir və məktəbdə oxuyan uşaqların da heç bir problemi yoxdur. Bu ideal bir vəziyyətdir və belə bir şey olmayacaq. Hazırda məktəblərimizdə bu istiqamətdə işlər aparılır. Əvvəllər ədəbiyyat müəllimi xüsusi kurslar keçərək psixoloq olurdusa, bu gün ixtisaslı psixoloqlar, kadrlar yetişir və bu işə cəlb olunurlar. Bizim psixoloqlar üçün kadr bazamız yox idi, amma hazırda psixoloqlar fərdi şəkildə və ya rayon Təhsil Şöbələrinin təşəbbüsləri ilə yaradılan kurslarda iştirak edirlər. Bunları görməmək məsələyə subyektiv yanaşmaq deməkdir”.

“Uşağı məktəbə göndərim və ondan canım qurtarsın”- deyən valideynlər də var:

“Nəzərə almaq lazımdır ki, hazırda orta məktəbdə təhsil alan uşaqların problemləri ilə 10 il bundan əvvəlki uşaqların problemləri eyni deyil. Hazırda “səhər açılsın, uşağı məktəbə göndərim və altı saat ondan canım qurtarsın”, – deyən valideynlər var. Yaxud da elə valideynlər var ki, övladı ilə bacarmadığından şənbə və bazar günlərinin olmasını istəmir. Belə olduqda məktəb direktoru, müəllim və ya psixoloq nə etsin?! Uşaqlar günün beş-altı saatını məktəbdə keçirir. Bunun üçün də valideyn ilə məktəb psixoloqu arasında mütləq şəkildə əlaqə olmalıdır. Mən demirəm bütün valideynlər yuxarıda misal çəkdiyim kimidirlər və ya bütün müəllimlər idealdırlar. Amma orta xətti götürmək lazımdır. Bu məqamlar nəzərə alınmalıdır və bütün hallarda məktəb psixoloqları özlərini inkişaf etdirməli, təkmilləşdirməlidirlər. İşlərinin məsuliyyətini dərk edərək həm məktəb rəhbərliyinin, həm də valideynlərin qarşısında vəzifələrini layiqincə yerinə yetirməlidirlər”.

Elnarə Salamova

http://xeberle.com/T%C9%99hsil/37554-sumqayit-mekteblerinde-psixoloqlarin-fealiyyeti-tehsil-shobesinin-mudiri-ve-mutexessisden-achqlama.html


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.