Qorxu və özünəgüvənsizliyi necə aradan qaldırmaq olar?

Qorxu və özünəgüvənsizliyi necə aradan qaldırmaq olar?

1. Uğur qarşısında qorxunu necə aradan qaldırmaq olar? 
Əslində, uğur qazanmaqdan qorxuruq düşüncəsi yanlışdır. Heç kim uğur qazanmaqdan qorxmur, biz əslində uğursuzluqdan, itirməkdən qorxuruq. Soruşsam ki, sən zəhmət çəkmədən, risk etmədən, məsələn, lotereyada udmaqla və ya miras almaqla çoxlu pul qazanmaq istəyirsən, onda heç kim bundan qorxmaz və təklifi qəbul edər. Əslində biz, uğur qazanmaq üçün hər hansı bir fürsəti əldən verməkdən qorxuruq və bunun ən əsas səbəbi uşaqlıqda yaşadığımız dağıdıcı (destruktiv) tənqiddir. Bizi uşaqlıqdan tez-tez tənqid ediblər və bu bizdə bacarmıram və ya kifayət qədər yaxşı deyiləm kimi hissləri gücləndirib. Buna görə də, zaman keçdikcə bizdə uğursuzluq qorxusu yaranır. Sizi geri çəkən hər hansı bir qorxu ilə qarşılaşmaq vacibdir. Sizi narahat edən bir şey haqqında düşünürsünüzsə, özünüzə təkrarlayın (mən bunu edə bilərəm, bunu edə bilərəm, hər şeyi edə bilərəm!). Bunu hər gün təkrarlayın. Bu sözlər sizi uğura və arzulara çatmaqdan çəkindirən qorxudan qurtulmağa kömək edəcək sehrli sözlərdir. 
2. Ətrafınızdakı insanlar, ailəniz sizi dəstəkləməyəndə özünüzə inamı necə qazanmaq olar?
 Əvvəla, aydın məqsədləriniz olmalıdır ki, dərindən başa düşəsiniz ki, əgər məqsəd kağıza yazıla bilərsə və ona nail olmaq üçün plan qurmaq olarsa, deməli, buna nail olmaq da olar və siz bunu edə bilərsiniz. Siz bütün məsuliyyəti öz üzərinizə götürməli və bunun üçün cavabdeh olduğunuzu söyləməlisiniz. Və bu, heç bir bəhanə, şikayət etmə, düşdüyünüz vəziyyətə görə başqalarını günahlandırma və tənqid etməmək deməkdir. Bu anda sən öz həyatına cavabdehsən. Məsuliyyəti öz üzərinizə götürəndə özünüzü güclü hiss edəcəksiniz və gücləndiyiniz zaman daha pozitiv olacaqsınız və pozitiv olanda inanılmaz müsbət təsir hissi yaşayarsız. 
3. Özünüzdəki neqativliyə necə qalib gələ bilərsiniz? 
Hamımız iki əsas qorxu ilə qarşılaşırıq. Uğursuzluq qorxusu və rədd edilmək (qəbul olunmamaq) qorxusu bizi daim narahat edir. Uğursuzluq qorxusu uşaqlıqda sizə (Etmə! Dayan! Toxunma! Edə bilməzsən!) deyəndə yaranır. Bu cür sözlərdən sonra uşaq zəif və səhv olduğuna, arzuladığına nail ola bilməyəcəm inamıyla böyüyür. 
Uğursuzluq qorxusunu aradan qaldırmağın yollarından biri də özünüzə təkrarladığınız bir ifadədir (özümü sevirəm, özümü sevirəm). Rədd edilmək qorxusu, digər insanların fikirlərindən çox narahat olduğumuz zaman yaranır. Tam özgüvənli insanlar ilk 10%-dаdir. Belə insanlar heç vaxt şikayət etmirlər və özlərini izah etmirlər. Bu insanlar istədiklərinə nail oma üçün ya irəli gedib öz üzərində işləyir, ya da heç bir şey etmirlər. Belə (istəklərinə nail olan) insanlarda özlərini kiməsə izah etməli olduqları hissi yoxdur. Əgər kimsə nəyisə bəyənmirsə, hər kəsin öz fikri olduğunu xatırlayın və sadəcə buna əhəmiyyət verməyin. Tapşırığınız sadəcə özünüzə (özümü sevirəm, özümü sevirəm, həyatım üçün cavabdehəm və əgər kimsə mənim etdiyim işi bəyənmirsə, bu onların problemidir) dediyiniz zaman bu mərhələyə çatmaqdır. Bunu özünüzə təkrar-təkrar təkrarlasanız, əvvəlki yetkin həyatınızda olan qorxu sovrulub gedir və əvvəlki negativ parametrlər silinir. Bu cümlələri təkrar etdikdə siz özünüzü yenidən proqramlaşdırmış olacaqsınız. Aydın məqsədlər qoymağı və yazmağı unutmayın. Hər gün hədəflərinizə doğru çalışmağı unutmayın. Bundan əlavə, hər gün motivasiya və ruhlandırıcı bir şey oxumaq üçün bir saat və ya yarım saat vaxt ayırın. Motivasiyalı video, kitablar özünüzü yaxşı hiss etməyə kömək edən bir növ zülal, vitamindir və nəticədə sizi o dönüş nöqtəsinə aparacaq, bundan sonra həyatınız əbədi olaraq müsbətə çevriləcəkdir.Həyatınızın uğurlu olması diləyi ilə!


PhD Elnur Rüstəmov 

Psixologiya Elmi Tədqiqat İnstitutun sədri

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.