Qızlar niyə özlərini binanın damından atır? - Müsahibə

Qızlar niyə özlərini binanın damından atır? - Müsahibə

Elnur Rüstəmov: “İntihar hadisələrinin videolarının çəkilib paylaşılması düzgün addım deyil”

Aprelin 19-də daha bir intihara cəhd hadisəsi qeydə alınıb. Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib.  Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb.

Qeyd edək ki, A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir. Son günlər baş verən intihar hadisələrinə diqqət yetirsək, görərik ki, canına qıymaq istəyənlərin çoxunun intihar forması demək olar ki, biri-birinə bənzəyir. Əvvəllər dərman içərək, boğazına ip keçirərərək, damarlarını kəsərək intihar edənlər daha çox idisə, son günlər canına qıymaq istəyənlərin çoxu çoxmərtəbəli binaların damına çıxaraq intiharı reallaşdırır.

Psixoloqlar bunun zəncirvari proses olduğunu söyləyirlər. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, psixologiyada “verter” effekti var: “Bu, Hötenin ən məşhur əsərlərindən olan  “Gənc Verterin iztirabları”ndan götürülüb.  Bu əsərdə intihar etmiş gəncin həyatı, keçirdiyi iztirabar çox ustalıqla təsvir olunub. Əsər Avropada bir müddət qadağa olunmuşdu, çünki bunu oxuyanların çoxu özünə intihar etmişdi. Bu hadısə, “verter effekti” adlanmışdı. Son günlər biri-birinin ardınca bənzər intihar hadisələrinin baş verməsi onu göstərir ki, bir qədər narahat, gərgin insanlar baş verən hadisələri təkrarlayaraq canlarına qıyırlar. Proses zəncirvari baş verdi. Bir intihar hadisəsi digərinə təsir göstərdi. Bu hadisələrdə intiharların ictimailəşdirilməsinin rolu az olmadı”.

E. Rüstəmov deyir ki, ümumiyyətlə, intihar hadisələrinin videolarının çəkilib paylaşılması düzgün addım deyil: “Gənclər qızın özünü binadan atması anını çəkərək sosial şəbəkələrdə paylaşmışdılar. Bu, düzgün addım deyildi. Bu hadisə özünü narahat hiss edən, gərgin insanlara canına qıymaq üçün bir növ təkan verdi. Əslində, hər bir insanın həyatında problem olur. Bu an həmin insanlar öz yaxınlarından dəstək alsalar, onlar canına qıymaq fikrindən vaz keçirlər. Amma intihar hadisələrinin mətbuatda işıqlandırılması, intihar anının videoya çəkilərək paylaşılması gərgin insanlara təsir göstərir. İntihara meyili sürətləndirir. Bu hadisələrin tez-tez baş verməsi həmçinin  prosesi adiləşdirir”.

E. Rüstəmov evin damına çıxan insanların niyyətlərinin çox vaxt intihar etmək yox, diqqət cəlb etmək olduğunu söyləyir: “Ola bilər ki, insanda suisidal, depressiv fikirlər olsun. Bu an mütləq həmin insana dəstək olmaq, onunla həmsöhbət olmaq lazımdır ki, bu problem ötüşsün. O vaxt “intihar körpüsü” kimi tanınan «Koroğlu» metrostansiyasına yaxın körpünün məşhurlaşmasının da səbəbi, məhz bu köprüdə intihar hadisələrinin  ictimailəşdirilməsi idi.  Həmin ərəfədə bu köprüyə çıxaraq canına qıymaq istəyənlərin sayı artdı. Bir növ bu körpüyə axın oldu”.

Sosioloq Mehriban Nəsib deyir ki, son günlər biri-birinin ardınca baş verən intihar olayları yeniyetmə yaşda olan uşaqların öz problemlərini deyə biləcək ünvan tapa bilməməsi fikrini ortaya qoyur: “Gənc qızların ardı-ardına eyni metodla canına qıyması, onların öz dərdlərini bölüşə bilməməsinə, eyni iztirabı yaşayanların eyni yolu seçməsinə işarədir. Çox təəssüf edirəm ki, Azərbaycanda sevgilisindən ayrılan qız bunu, yaşadıqlarını nəinki atası, ailədə öz anası ilə belə bölüşə bilmir. Onlar ailədə özlərinə bu problemi bölüşəcək sirdaş tapmadıqlarından, problemdən çıxış yolunu canlarına qıymaqda görürülər. Halbuki, onlara vaxtında dəstək olsaydı, onlar yaşadıqlarını zaman-zaman unuda, həyata davam edə bilərdilər.

Gənc qızların binaların damına çıxaraq intihar etməsi və bu hadisəni digər qızların da təkrarlaması, onların da eyni problemdən əziyyət çəkdiklərinə, çıxış yolunu digərləri kimi intiharda gördüklərinə bir işarədir. Xairici ölkələrdə yeniyetmə yaşlarında sevgidə, dərslərində uğursuzluğa düçar olan uşaqlar bunu çəkinmədən ata-anasına söyləyə, onlardan dəstək ala bilirlər. Bizdə isə həmin yaşda qızlar və oğlanlar nəinki bunu ailə ilə bölüşə, hətta ətraflarında da paylaşacaq insan görmədiklərindən problemdən çıxış yolunu intiharda görürlər”.

M. Nəsibin sözlərinə görə, intiharların ictimailəşdirilməsi isə onların canına qıymasına bir növ təkan verir. Həmsöhbətimiz yeniyetmə yaşında olan oğlan və qızlarla söhbət apara biləcək sosial işçilərin olmamasının bu problemi daha da böyütdüyünü, intihara yol açdığını bildirir.

Zülfiyyə Quluyeva

http://www.movqe.az/79176.html


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.