Psixoloqdan yeniyetmələrin intiharı ilə bağlı… - Müsahibə

Psixoloqdan yeniyetmələrin intiharı ilə bağlı… - Müsahibə

“Yeniyetmələr, gənclər arasında intihar hallarının artmasının səbəbləri çoxdur, amma əsas səbəblərdən biri internet əsrində yaşamağımızdır”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov bildirib.

Elnur Rüstəmov deyib ki, insanların ifrat informasiya ilə yüklənməsi, internet asıllığı aqressiyanın artmasına, psixoloji problemlərin daha geniş yayılmasına rəvac verir: “Yaşına uyğun olmayan informasiya gəncə mənfi təsir göstərir. Bundan başqa ailədaxili problemlər və şiddət, boşanma halları, ailədə uşaqların azlığı, uşaqlardan gözləntinin çox olması, bütün sahələrdə uşaqdan çox şey gözlənilməsi intihara aparan səbəblərdəndir. Valideyn istəyir ki, övladı məsələn, üzgüçülüyə gedirsə, mütləq birinci olsun. Əlavə olaraq onu şahmata qoyur və istəyir orada da birinci olsun. Əvvəllər ailədə 6-7 uşaq olurdu, hərəsi bir sahə üzrə gedirdi, uşaqlardan gözlənti də o qədər çox olmurdu. Uşaqlar bu qədər yüklənmirdi. İndi uşaqların çox yüklənməyi əlavə problemlər yaradır”.

Elnur Rüstəmov vəziyyətdən yeganə çıxış yolu kimi maariflənməni görür: “Vəziyyətdən çıxış yolu ancaq maariflənmədədir. Biz internet əsrində yaşayırıq. İnterneti kəsə bilmərik. Yaxud kiməsə demək olmaz ki, telefon alma. Belə bir mexanizm yoxdur. İlk növbədə hər bir insan mənəvi-psixioloji sağlamlağının qeydinə özü qalmalıdır. Maarifləndirmə işlərinin yüksək səviyyədə görülməsi məhz buna rəvac verəcək. Maarifləndirmə işləri görülməzsə bundan da artıq fəsadlar baş verə bilər”.

Psixoloq deyir ki, bəzən intihar hallarının artmasını savadla bağlayırlar, amma belə bir şey yoxdur: “Bəzən deyirlər ki, intihar edən uşaqlar dərs oxumayanlardır, ancaq belə bir şey yoxdur. İntihar daxili dünya ilə bağlı narahatçılıqlardan doğur. Dünənə qədər xəstəlikdən əziyyət çəkən yaşlı, tənha, zərərli vərdişləri olan insanlar intihar edirdisə, indi vəziyyət fərqlidir. İntihar edənlər sırasında yaşlılar da var, yeniyetmə və gənclər də, heç bir zərərli vərdişi olmayan insanlar da. Bunun da səbəbi dediyimiz kimi insanların informasiya ilə yüklənməsidir”.

Elnur Rüstəmov bildirib ki, ektremist, radikal qruplar internet vasitəsilə psixikası zəif olan uşaqları öz tərəflərinə çəkilər və uşaqlarla bağlı daha bir ciddi problem də budur: “Bunu geniş deyə bilmirik, ancaq reallıq bundan ibarətdir ki, belə şeylər var. Onlar problemləri olan, psixikası zəif olan uşaqları öz tərəflərinə çəkərək çoxlu yanlış informasiyalarla yükləyirlər. Və bu uşaqlar cəmiyyət üçün böyük təhlükəyə çevrilir”.

Rəşad

http://www.moderator.az/news/154574.html




12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.