Pandemiya dövründə stressdən uzaq olmaq üçün nə etməli?

Pandemiya dövründə stressdən uzaq olmaq üçün nə etməli?

Azərbaycanda da koronavirusa yoluxan insanların sayı hər gün artmaqdadır. Bu artım insanların psixologiyasına ciddi təsir göstərərək onlarda psixoloji təşviş yaradır.

Pandemiya dövründə emosional gərginlik yaşamaq, təşvişə düşmək, qorxu və həyəcan keçirmək və bu kimi digər psixoloji hallar ailədaxili münasibətlərə də sirayət edərək müəyyən problemlər yarada bilər. Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress və maddi çatışmazlıqlar, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir.

Metbuat.az xəbər verir ki bu barədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirir ki, koronavirusun stressindən qorunmaq üçün yalnış informasiyalardan uzaq qalmağ lazımdır.

“Bunun stressindən qurtulmaq üçün, birinci növbədə, pandemiyanın mövcud olduğunu qəbul etmək lazımdır. Fərqli, bir-birinə zidd fikir insanlarda qeyri-müəyyənliyin yaranmasına, dolayısı ilə stress halının daha da artmasına səbəb olur. Əsas diqqəti rəsmi qurumların verdiyi informasiya yönəltməliyik, yanlış informasiyalardan, mənbəyi bəlli olmayan xəbərlərdən özümüzü və yaxınlarımızı qorumalıyıq. Biz özümüz də dünyanın bir parçası, fərqli mədəniyyətə, dəyər sisteminə malik olduğumuzdan bizə də bu proses fərqli formada təsir göstərib. Pandemiya zamanı biz ailədaxili münasibətlərdə, həm də cəmiyyətdə insanlararası münasibətdə, dövlət-vətəndaş münasibətində, eləcə də dövlətlərarası münasibətdə əvvəl görmədiyimiz, yaxud da görmək istəmədiyimiz yanaşmaları gördük. Şübhəsiz ki, baş verənlər hələ uzun müddət öz təsirini göstərəcək, beləliklə də bundan sonrakı həyatımız yeni yanaşmalar əsasında qurulacaq”

Pandemiya qurbanına çevriləcəklərindən təşvişlənən insanlar gündəlik həyat tərzlərini necə qurmalarında da çaşbaş qalıblar. Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu "bəlkə mən də tutmuşam?” düşüncəsi orqanizmdəki ən kiçik dəyişikliyin belə COVID-19-la əlaqəsinin olub-olmaması narahatlığı insanların gündəlik həyat rejiminin pozulmasına səbəb olub.

Metbuat.az-a müsahibəsində jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, bugünə qədər öz sakitliyini qorumuş insanlar belə ötən gün karantin müddətinin yenidən artırılması xəbərlərindən sonra psixoloji cəhətdən çətin vəziyyətə düşüblər.


''Bu vəziyyətdə insanlar üçün artıq yeni qərarlar qəbul edilə bilər. İnsanlar psixoloji cəhətdən çökmüş vəziyyətdədirlər. Rayonlarda valideynləri yaşayan insanlar var. Onları Covid-19 testindən keçirib daha sonra rayonlara getməsinə icazə verib bu psixoloji gərginlikdən çıxmalarına kömək etmək olar. İnsanlar daha çox valideynlərinə baş çəkə bilmədikləri üçün gərgin vəziyyətə düşüb, stres keçirirlər. Biz gözləyirik ki, yay fəsli gəlsin rayona gedib valideynlərimizi görməyə gedək. Hazırda biz həm özümüz, həm valideynlərimiz üçün narahatıq. Ona görə də karantin rejimində müəyyən yumuşaldılmalar olmalıdır ki, insanlar bir qədər stresdən çıxıb yüngülləşə bilsinlər.''

İndiki pandemiya dövründə virusa qalib gəlməkdə güclü immunitetin rolunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, qida rasionunun doğru seçilməsi xüsusi əhəmiyyətə malikdir.

Yay mövsümü insanlar üçün xüsusi əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, həmin mövsümdə ətraf mühitdə temperaturun yüksəlməsi insan orqanizmində suya tələbatın artmasına, müqavimətin qismən azalmasına və iştahanın nisbətən zəifləməsinə səbəb olur. Pandemiya ilə əlaqədar, xüsusilə, sərt karantin rejimi dövründə əksər insanların adinamiya şəraitində, hərəkətsiz vəziyyətdə qalması, ətraf mühitdən təcrid olunması onların həyat tərzinə, psixologiyasına, maddələr mübadiləsinin normal fəaliyyətinə mənfi təsir göstərir.

Xüsusi karantin dövründə daha çox zamanını evdə zamanını keçirmək məcburiyyətində qalan insanlar gün ərzində hərəkətsiz qalırlar.Yuxu, qidalanma, su, istirahət rejimini düzgün qurmamaq nəticəsində maddələr mübadiləsinin pozulması baş verir.

Mövzu ilə bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Qida texnoloqu Ağa Salamov Metbuat.az-a müsahibəsində bildirdi ki, pandemiya dövründə sağlam qidalanmaya kompleks nəzarət etmək lazımdır.


''Bu problem ümum bəşəri problemdir. Pandemiyanı şəxsi problemimiz kimi qəbul etməməliyik. Bunun üçün də sağlamlığımızın qayğısına qalmalı, önümüzə nə gəldi yeməməliyik. Qidalanma zamanı, qazlı şirin rəngli sular, rafinə olunmuş ət məhsulları, hisə verilmiş balıq məhsulları, trans yağları rasionumuzdan çıxarmalıyıq. Bu məhsullar bədən temperaturunda parçalanıb sovrulmadığı üçün artıq çəki şəklində bədənimizə yığılır.Şəkər xüsusi ilə orqanizmamızın düşmənidir desək yanılmarıq.

Qidalanmamızda əsasən meyvə və tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verməliyik. Mövsümi meyvələrdən hazırlanmış salatlara, ev şəraitində hazırlanmış yoqurt əlavə edə bilərik. Bu salatı yeməkdən iki üç saat sonra istehlak edə bilərik. Gün ərzində 180 qram zülal istehlak ediriksə onunla bərabər 180 qram tərəvəzli yemək yeyilə bilər. Həm havanı həm də hazır ki, vəziyyətdə evdə qalmalı olduğumuzu nəzərə alaraq menyumuzu yüngülləşdirməklə çəkimizə nəzarət edə bilərik. Gün ərzində tərəvəzli suplar istehlak etməkdə də fayda var. Bugün istər bina, istərsə də həyət evində yaşayanlar hərəkətsiz qalmamaqdan ötrü 10 dəqiqə gün ərzində üç dəfə idman etməklə sağlamlıqlarına nəzarət edə bilərlər. Bina evində yaşayanlar bunu şəxsli balkonlarında edə bilərlər."

Ağa Salamov bildirdi ki, pandemiya dövründən asılı olmayaraq insanlar hər zaman bədənlərinin tanıdığı qidaları qəbul etməlidirlər. İnsan özü bioloji varlıq olduğu üçün genetik koduna yaxın qidalara üstünlük verməlidir. Aldığımız məhsulların mənşəyi bəlli olmalıdır.''E'' qatqı maddələri olan qidalardan və xüsusi dadlandırıcılardan istifadə etməklə ömrü uzadılan qidaları rasionumuzdan uzaqlaşdırmaq imunitetimizə müsbət təsir edəcək.

''Təbii və orqanik məhsullara, mövsümi qidalara üstünlük verilməlidir. Hazırda qarpız giləmeyvəsi marketlərdə satışa çıxarılsa da onun istehlakı üçün bir az gözləmək lazımdır. Bu meyvənin yetişdiriməsinə normadan artıq üç dəfə çox nitrat turşusu vurulur.Bu da o deməkdir ki, zəhərlənmə riski var.Yaxşı olar ki, qarpızı mövsümündə alıb qəbul edəsən. Qarpızın sezonu iyul ayının 15 dən sonra başlayacaq.Yəni iyul ayının axırları və avqust ayının əvvəlləri qarpız istehlak edə bilərik.

Ümumiyyətlə boş karbohidratlardan uzaq qalmaz lazımdır. Pandemiya dövründə yaxşı olar ki, hər kəs öz çörəyini özü hazırlasın. Bu həm hərəkəti təmin edəcək həm də ailəsinə təzə çörək bişirib yedizdirə biləcəklər. Çörək də çox yox 50 qram yeyilərsə kifayət edəcəkdir. Rafinə olunmuş duz məhsullarından da uzaq qalmaq lazımdır. Onlara rəf ömrünü uzatmaq üçün ''titan dioxsid'' əlavə edilir. Yaxşı olardı ki, hər kər milli duzumuz olan Naxçıvanda istehsal edilən duzlara üstünlük versin. Onların tərkibində orqanizmaya faydalı olan 80 dən çox mineral var. Şəkərin tərkibinə ''titan dioxsid'' əlavə edilir. Rafinə olunmuş un məhsullarından istifadə edib şirniyyat hazırlamaq da ziyanlıdır. Onların tərkibindən rüşeym və kəpək çıxarıldığı üçün faydasız və ziyanlı sayılır. Unutmayaq ki, qeyri-qida maddələrindən istifadə obezitaya səbəb olur.''

Qida texnoloqu vurğuladı ki, yay mövsümündə su istehlakı əsas məsələrdəndir. İnsanlar həyat tərzlərini nəzərə alaraq su tələbatlarını ödəyə bilərlər. İnsanların gün ərzidən 5 litr su içmək məcburiyyətləri yoxdur. Əgər ehtiyac varsa hər kəs bədəninin tələb etdiyi qədər su istehlak edə bilər. Onun sözlərinə görə tərkibində maqnezium olan qidalar pandemiya dövründə stresdən uzaqlaşmağa kömək edəcəkdir.

''Qara və qırmızı lobya həmçinin ev şəraitində hazırlanmış tərkibində ''Melanin'' olmayan ağartı məhsullarının qəbulu bu dövrlərdə insanları gərginlikdən uzaqlaşdıra bilər. Orqanik olan bu məhsullar beyində ''Serotanin'' səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcək. Bağırsaq mikroflorasına təsir edəcək qidaların qəbulu, xüsusi ilə də balıqlardan Somon balığının tükədilməsi orqanizmanın omeqa turşuları ilə təminatında kömək edəcəkdir.

Ən çox beyində ''Serotanin'' səviyyəsinin yüksəlməsinə müsbət təsir edən qidalardan olan ''Antosiyonin'' maddəsidir. Bu qidalar bənövşəyi rəngdə olur. Məsələn qara tut, qara kişmiş, badımcan, bənövşəyi kələm, şirin kartof kimi məhsulların qəbulu bədəndə stres atmağa kömək edəcəkdir. Bütövlükdə sağlam qidalanma kompleks şəklində olmalıdır. Hərəkət ,qida rasionu və yuxu rejiminə riayət edilməlidir. Axşam saat on birdən, səhər saat beşə qədər normal yuxu rejimində yatmaq bədənin gümrah olmasına və beyində epifiz vəzidə qaranlıq hormonunun Melatonin-nin ifrazına şərait yaradacaqdır. Bu da gün ərzində normal insanın sağlam düşünüb hərəkət etməyinə özünü xoşbəxt hiss etməyinə səbəb olacaq.''

İstənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də stressdən qorunun, əhval-ruhiyyənizi yüksək tutmağa, pozitiv olmağa çalışın.

Unutmayın ki, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklər sadəcə olaraq qısamüddətlidir və başlıca hədəf hamımızın sağlamlığıdır. Odur ki, fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınızı da qorumağa çalışın.

Gülbəniz Hüseynli 

https://metbuat.az/news/1384983/pandemiya-dovrunde-stressden-uzaq-olmaq-ucun-ne-etmeli.html?fbclid=IwAR1UA5ao5Ize7ZjTCg9nEUB9uWMK4wG9PEFs7O30ou1rjtyO6Hz3oftozN8


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.