Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun İNTER.AZ-a müsahibəsi:”Saatların çəkilməsinin insan psixologiyasına təsiri
Məyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü – yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlərin sayı artır.