Övladlarının sevgililəri tərəfindən öldürülməsini istəməyən valideynlər üçün - Müsahibə

Övladlarının sevgililəri tərəfindən öldürülməsini istəməyən valideynlər üçün - Müsahibə

Elnur Rüstəmov: “valideynlər övladlarının neqativ durumlarına müəyyən bəhanələrlə bəraət qazandırmaq istəyirlər”

“Valideynlər övladlarının taleyinin iki gün bundan öncə sevgilisi tərəfindən öldürülən Aytac adlı məktəbli və ya onu öldürən gənc kimi olmasını istəmirlərsə ilk öncə stereotip düşüncələrdən azad olunmalıdır. Əksər valideynlər oxşar situasiyalarla üzləşərkən deyirlər ki, əşi yeniyetmədirlər heç nə olmaz, bir az keçsin düzələcək.”

Bu sözləri İnterAz-a Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov iki gün bundan öncə 11-ci sinifdə təhsil alan məktəbli qızın sevgilisinə yox dediyinə görə öldürülməsi hadisəsinin baş vermə səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

Bu cür hallarla üzləşən valideynlərin hadisələrə zamanında müdaxilə etməli olduğunu söyləyən ekspert, bildirdi ki, əks halda bədbəxt olaylarım baş verməsi qaçılmaz olur:

“Zamanında müdaxilə problemin köklü şəkildə həllinə səbəb olur. Əslində övladları valideynlərindən yaxşı tanıyan və xasiyyətinə bələd olan heç kəs yoxdur. Amma valideynlər övladlarının neqativ durumlarına müəyyən bəhanələrlə bəraət qazandırmaq istəyirlər. Məsələn dərs oxumayan uşağın valideynləri deyir ki, mənim uşağım yaxşı başı var, amma bir qədər tənbəldir. Zərərli vərdişlərə aludə olanda da deyirlər ki, ara-sıra edir. Lakin diqqət etsək görərik ki, nəyin ki ara-sıra daima övladı neqativ hərəkətlərə yol verir.”

Azərbaycan insanı üçün övladının fiziki sağlamlığını, psixoloji sağlamlığından daha öndə olduğunu təəssüflə qeyd edən psixoloq, “uşağın ürəyi, böyrəyi digər orqanları ağrımırsa deməli o sağlam uşaqdır. Belə olan halda uşağın psixoloji sağlamlığı arxa plana keçir” – deyə bildirdi: “Düşünürəm ki, valideynlər övladlarının yeniyetməlik dövründə birmənalı şəkildə psixoloqlarla əməkdaşlıq etməlidirlər. Hətta valideynlərin məktəblərlə lazımı formada əlaqələri yoxdur. Məktəbə gedəndə də dalaşmağa gedirlər. Ona görə də problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. 

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.