Kimlərin mahnıları psixologiyamızı darmadağın edir? - Müsahibə

Kimlərin mahnıları psixologiyamızı darmadağın edir? - Müsahibə

“Musiqinin insan sağlamlığına təsiri birmənalı qəbul edilir. Psixologiyada musiqi terapiyası var ki, bununla insanları müalicə edirlər”.

Bunu Metbuat.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O qeyd edib ki, musiqi insan həyatına, sağlamlığına, davranışlarına təsir göstərir:

“Musiqinin həm müsbət, həm mənfi təsirləri var. Götürək özümüzdən, Azərbaycanda gen yaddaşımızdan, etnopsixologiyadan qaynaqlanan məqam odur ki, biz muğama qulaq asanda düşünürük, nostalji hisslərə qapılırıq. İnanmıram ki, elə bir insan olsun, muğama qulaq asıb aqressivləşsin, onda pis düşüncələr yaransın”.

Psixoloq Elnur Rüstəmov qeyd edib ki, oynaq bayağı musiqilər insan psixologiyasına mənfi təsir edir. Belə mahnılarda ritm və daim təkrarlanan sözlər var və insan ona qulaq asanda aqressivləşir, emosional reaksiyalar baş verir:

“Əgər avtomobil idarə edirsə, sürətlə idarə etməyə meyl göstərir. Və yaxud insanlarla ünsiyyətdədirsə, davranışlarında intensivlik müşahidə olunur. Rok musiqilərə qulaq asanlar isə daha çox emosional, çılğın, aqressiv, üsyankar gənclər və yeniyətmələr olur. Bütün bu amillər göstərir ki, musiqi insan psixikasına təsir edir”.

Elnur Rüstəmov əlavə edib ki, musiqi insanların azad seçimi olsa da, insan psixikasına mənfi təsir edən bayağı musiqilərdən uzaq durmaq lazımdır.

Aysel Yaqubqızı

http://metbuat.az/news/656562/kimlerin-mahnilari-psixologiyamizi-darmadagin-edir.html

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.