Karantin rejimi yeni koordinasiya yaradacaq - Psixoloq rəyi

Karantin rejimi yeni koordinasiya yaradacaq - Psixoloq rəyi

Məlum səbəbə görə məktəblər və bağçalar bağlıdır. Bu, vaxtının bir hissəni yaşıdlarıyla, onlarla oynamaqla və.s keçirən uşaqlarçün çətindir. Həmçinin, karantin rejimi aprel ayının 20-dən 4 maya qədər uzadıldı. Bu günlərdə onların vaxtını daha sərfəli keçirməsi üçün tv-lər, media hansı proqramlar hazırlamalı, nələr təşkil etməlidir? Həmçinin, valideynlər bunu necə nizamlamalıdır?

Bu barədə suallarımızı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov cavablandırdı. Məktəblərin bir çoxu online tədris sistemfə keçməsinə baxmayaraq bağçalarla bağlı belə bir sistem yoxdur. Psixoloqun fikrincə bağça uşaqlarının vaxtını necə keçirməsi valideynlərdən aslıdır. O, bu baxımdan məktəblilərlə bağça uşaqlarını ayrı qruplarda təsnifatlandırır:

"Məsələni 2 formada qruplaşdırmaq olar. Birinci bağçaya gedən uşaqlar, digəri isə məktəbə gedən uşaqlar. Bunlar fərqli qruplardı. Birinci qrupa daxil olan uşaqlarla bağlı məsələ tamam fərqlidi. Bildiyim qədər online rejimə keçən uşaq bağçaları yoxdu. Ona görə də məsuliyyət daha çox valideynlərin üzərinə düşür. Valideyn evdə rejim qurub onun əsasında uşaqla səmərəli zaman keçirərsə bu müddət ərzində xüsusi bir problem olmayacaq. Bununla bağlı hal-hazırda internet resurslarımız kifayət edir. Qalır bunu həyata keçirmək. Dünən haqlı olaraq bağçalardan tələb etdiyimizi bu gün özümüzdən tələb etməliyik. Sosiallaşma tək cəmiyyət və yaşıdlar içərisində olmaq deyil. Bu emosional intellekt, emosional sfera ilə bağlı məqamdı ki, o da ilk növbədə ailədə, valideyn uşaqla münasibətdə formalaşır. Uşaq gördüyünü cəmiyyətdə yaşıdları və insanlar arası münasibətlərə apelyasiya edir. Yenə də qeyd edirəm, xüsusi karantin rejimi bir müddətdən sonra bitəcək. Sonsuz davam etməyəcək. Uşaq yenə də cəmiyyətə çıxacaq. Bağçaya gedəcək, həyətə düşəcək, gəzməyə gedəcək. Bu gün evdə gördüklərini sabah cəmiyyətə daşıyacaq. Ona görə xüsusi karantin rejimindən mümkün dərəcədə səmərəli istifadə etmək lazımdı. Kiçik yaşlılarla bağlı məsələdə məsuliyyət daha çox valideynlərin üzərinə düşür.”

Elnur Rüstəmov bildirir ki, karantin rejimində online tədris sistemi valideyn-məktəb-uşaq sistemində yeni koordinasiya yaradır. Bunu gələcəkdə də qorumaq lazımdır.

"Ikinci bir məqam qeyd etdiyiniz məktəb yaşlı uşaqlarla bağlıdı. Bu prosesdə məktəb-valideyn-uşaq üçbucağı ortaya girir. Məktəb online rejimdə dərsin keçirilməsini həyata keçirir, valideyn bunun təşkilinə dəstək olur, uşaq da tədris olunan dərsi mənimsəyir. Burada məsuliyyəti hər 3 tərəf bölüşür. Dünənə qədər bu prosesdə bir qism valideynlər obyektiv və subyektiv səbəblərdən tam şəkildə aktiv iştirak etmirdilər. Bu gün mənzərə fərqlidi. Valideyn istədi-istəmədi bu prosesin bir parçasına çevrilir. Bu həm də gələcəkdə valideyn-məktəb münasibətində yeni münasibət formasının yaranmasına gətirib çıxaracaq. Online dərslərinin tədrisi ilə bağlı adaptasiya prosesini demək olar ki, keçmişik. Artıq müəllim-valideyn-uşaq adaptasiyanı keçiblər. Növbəti əsas məsələ kordinasiyanın qorunmasıdır. Bir prosesin düzgün təşkil edilməsi avtomatik olaraq digər proseslərin də doğru formada getməsinə səbəb olacaq. Yəni uşaq əgər səhər dərsə qatılarsa mexaniki olaraq dərsdən sonra da çalışmaları edəcək, asudə vaxtdan səmərəli istifadə edəcək, təbii olaraq yorulacaq, nəticədə ailədə bununla bağlı problemlər azalacaq. Indi isə bunun əksini düşünək. Bir uşaq obyektiv, yaxud subyektiv səbəbdən dərsə qatılmır. Nəticədə gün ərzində ailədə uşaqla bağlı müxtəlif problemlər ortaya çıxacaq. Ona görə də bu prosesdə də günlük rejimin qurulması vacib məqamdı. O ki, qaldı bununla bağlı tv və internet resursları, bunlar var. Bilirsiz ki, Təhsil Nazirliyi tərəfindən TV də, konkret olaraq Mədəniyyət TV də gündəlik dərslər tədris olunur. Internetdə də bu gün üçün kifayət edəcək resurslar var. Tətbiq etmək isə bizə qalır. Bu da insandan insana dəyişir. Kimi onlardan istifadə edir, kimi yox. Hər iki tərəfin də bununla bağlı öz səbəbləri var. Xüsusi karantin rejiminə əməl edək ki, tez bitsin, uşaqlar, ailələr, məktəb normal iş rejimində fəaliyyət göstərsin.”

Emin Piri

http://www.adalet.az/w185163/details/#.Xp1wt8gzY2x


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.