Gənclərin evlənmə problemi: səbəblər və çıxış yolları - Müsahibə

Gənclərin evlənmə problemi: səbəblər və çıxış yolları - Müsahibə

Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindəndən (VVAQ) Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin 9 ayı ilə müqayisədə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 18 faiz azalıb. Belə ki, 2014-cü ilin ilk 9 ayı ərzində 62509 nikah bağlanmışdısa, 2015-ci ilin müvafiq dövründə cəmi 51069 nikah aktı qeydə alınıb.

Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov bildirib ki, ölkədə ailə quranların sayının azalmasının bir sıra səbəbləri ola bilər: “Evlənənlərin sayının azalması, ilk növbədə, tərəflərin ailə qurmağa tələsməməsi, məsuliyyət hissini daşımaq istəməməsi, bir-birinə güvənsizlikdən, etibarsızlıqdan irəli gəlir. Onlar qorxurlar ki, evlənsələr, hansısa problem çıxacaq. Çünki cəmiyyətdə boşanmaların artması ailə quran insanların da psixologiyasını zədələyir, onlarda müəyyən narahatlıqların yaranmasına səbəb olur. Əgər statistikaya da baxsaq, görərik ki, əvvəllər xanımlar, 18-20 yaşlarında ailə qururdular və bu, çox normal hesab olunurdu. İndi isə onlar, əsasən, 25-27 yaşlarında ailə qururlar. Bundan əlavə, Azərbaycanda təkrar ailə quran insanların sayı çoxalır. Yəni ailələrdə baş verən narahatlıq, münaqişələr, boşanmalar müəyyən qədər bizim ənənəvi ailə institutumuza təsir göstərir. Belə hallar bəzilərinin gözünü qorxudur, evlənmə ilə bağlı fobiyalar yaranır. Ona görə də evlənmə ilə bağlı addım atmağa tələsmirlər, fikirləşirlər ki, irəlidə hələ çox vaxt var, o vaxt edərəm”.

E.Rüstəmovun sözlərinə görə, ölkədə evlənənlərin sayının azalması gələcəkdə ümumi demoqrafik vəziyyətə sosial-psixoloji aspektdən müəyyən neqativ təsir göstərə bilər. Ona görə də vəziyyətdən çıxmaq üçün cəmiyyətdə maariflənmə işləri aparılmalı, ailənin vacib bir amil kimi rolunun qabardılmasına üstünlük verilməlidir. Bundan əlavə, problemli ailələrə müəyyən dəstəyin verilməsinə ehtiyac var: “Səhiyyə naziri göstəriş verib ki, xəstəxanalarda psixoloq ştatları açılsın. Ailələr onlardan müəyyən məsləhətlər ala bilər. Bundan əlavə, artıq 1 ilə yaxındır ki, gənclər ailə qurmazdan qabaq tibbi müayinədən keçirlər. Bu qərar ailə institutuna keyfiyyət baxımından çox müsbət təsir göstərdi. Əgər əvvəllər, məsələn, 10 ailə qurulurdusa, indi 8 ailə qurulur, amma daha sağlam əsaslarla yaradılır”.

Bundan əlavə, psixoloqun fikrincə, boşanmalarla bağlı məhkəmə instansiyalarında ailələrə psixoloji dəstək verilməsi yaxşı olardı: “Çünki boşanmalara baxanda görürük ki, ailələr ciddi səbəb olmadan dağılır. Bu məsələ zamanında həll edilsə və ailələrə lazımi dəstək olsa, boşanmaq istəyənlərin təxminən 20 faizi fikrindən daşınar. Elə bu səbəbdəndir ki, hazırda yarımçıq boşanmaların sayı çoxdur. Yəni, görürsən ki, tərəflər ayrılıb, amma yenə də bir-birinə qarşı müəyyən hissləri qalıb. Yəni, əslində, insanlar heç də tam boşanmayıblar. Boşanmış ailələrdə uşaqlar olduqda isə bu, uşaqların psixologiyasına mənfi təsir göstərir. Çünki həmin uşaqlar da böyüdükdə ailə qurmaq istəməyə və ya ailə qurmaq prosesində çətinliklər yaşaya bilərlər”.

Bəzilərinin fikrinin əksinə olaraq E.Rüstəmov hesab edir ki, evlənənlərin sayının azalmasında psixoloji aspektlər sosial-iqtisadi amillərdən daha çox üstünlük təşkil edir: “30 il bundan əvvəl də ailə quran insanların böyük bir qismi kirayə evlərdə qalır və ya bir damın altında 2-3 ailə yaşayırdı. Bundan əlavə, o vaxt indiki kimi çeşidli, çoxlu iş yox idi. İndi əksinə, iş çoxdur. Düzdür, bəziləri deyir ki, işsizlik var. Amma məncə, insanlar bir işdə qərar tuta bilmirlər. Bəzən elə olur ki, bir adam 2-3 iş yeri dəyişir. Əvvəllər isə bir zavodda 30 il işləyib, elə oradan da təqaüdə çıxırdılar. Ona görə də bu məsələni sosial-iqtisadi faktorla bağlamaq doğru deyil. Bir insan ailəli olanda onun büdcəsi formalaşır. Ailə olmadıqda isə büdcəsi sərbəst olur. Bəzən insan heç özü də bilmir ki, qazandıqları hardan gəlir, necə və nəyə xərclənir. Amma ailə olanda konkret qrafik olur. Əslində, ailə insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, nəninki pozur.

Məsələn, əgər bir insan yeməkxanada 30-40 manat hesab vermək əvəzinə o pulu bazarlıq edib evinə aparsa, onu 4-5 gün yeyə bilər. Ailə büdcəsi formalaşdırılarkən bunlar nəzərə alınır. Ona görə də insanların bu istiqamətdə maarifləndirilməsinə, təbliğat aparılmasına ehtiyac var.

Əgər ailə normal qurulsa, sosial-iqtisadi faktor özü aradan qalxacaq. İnsan subay olanda səbəstdir və 5 manat qazanıb kənara çəkilə bilər. Amma ailəli olanda məsuliyyət artır, gedib işləyir, daha məqsədyönlü olur. Sadəcə, bəzi insanların çətinliklərdən qorxusu var. Məhz bu amil evlənənlərin sayının az olmasına təsir göstərir. Onlar bilməlidir ki, ailə insanı düzənli edir. İnsanın müəyyən qrafiki, yaşam tərzi formalaşır. İnsan nə vaxt istədi evdən çıxmır, nə vaxt istədi evə gəlmir və tərəflərin bir-birinin qarşısında yazılmayan öhdəliyi yaranır”.

İlkin İzzət
Milli.Az

http://news.milli.az/country/383436.html


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.