Bakıda iti vəhşicə ağaca asıb öldürən şəxsin xəstəliyi nədir?

Bakıda iti vəhşicə ağaca asıb öldürən şəxsin xəstəliyi nədir?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik. Tanınmış psixoloq bu dəfə sadizmdən, bunun özünü hansı formada biruzə verməsindən yazıb. 

“Dəhşətli qətli ssenarisini düşünüb tapmış təcrübəli sadist işləyib”. Xəbərdən bir cümlə. Söhbət “Qara Qarayev” metro stansiyası tərəflərdə yerləşən restoranlardan birinin yaxınlığından asılmış itdən gedir.
Bir insan necə sadist olur və verdiyi əzabdan ləzzət alır? Buna bənzər hadisə bir müddət öncə də mətbuatda yer almışdı. (Gənc oğlan tərəfindən bir itin döyülərək öldürülməsindən söhbət gedir – E.R.) Orada da sadizmin əlaməti açıq-aydın hiss olunurdu. Sual olunur. Nə baş verir? Niyə insanlar bu dərəcədə qəddarlaşıblar. Yaxud bu tip hadisələr əvvəllər də baş verirdimi? Bəli, bu cür hallar əvvəllər də olub və eyni xarakterə malik insanlar tərəfindən törədilib. Aqressiv, sadizmdən əziyyət çəkən, cəmiyyətdə özünü tapa bilməyən, psixoloji terminlə desək, sadistik xarakter tipli insanlar tərəfindən. Nədir sadizm və insanda necə formalaşır?
Sadizm özünü aşağıdakı formada biruzə verir;

- Münasibətlərdə fiziki güc və ya şiddət istifadə etmə.

- İnsanları davamlı olaraq başqalarının yanında alçaltma və hörmətdən salma.

- Başqa insanların və heyvanların fiziki və ya mənəvi iztirabıyla əylənmə və bundan zövq alma.

- İstədiyi şeyi etdirə bilmək və ya məqsədinə çatmaq üçün insanların gözünü qorxutma.

- Yaxınlarının azadlığını məhdudlaşdırmaq.

- Şiddət, silah, döyüş sənəti, əziyyət, işgəncə və s. bu kimi hallara həddindən artıq maraq göstərmə.

Bu meyarlara malik olanlar sadistik xarakter tipindən əziyyət çəkən insanlar kimi xarakterizə edilir. Konkret hadisə ilə bağlı qeyd edə bilərik ki, onu törədən ola bilsin ki, o restoranın ətrafında dolaşan sıradan bir insan olsun. Heç bir intellektual qabiliyyətə malik olmayan biri olsun. Və onun tərəfindən törədilsin. Olsun, razıyıq. Nəzərə almaq lazımdı ki, bu insan ailəlidirsə, ailəsi üçün, ailəli deyilsə, valideynləri üçün, sabah hər hansı bir səlahiyyət sahibi olsa, cəmiyyət və tabeliyində olan insanlar üçün nə dərəcədə təhlükəli ola bilər. Biz çox zaman ətrafımızda, yaxud yaxınlarımızda bu halları müşahidə etdiyimizdə bunun nə zamansa düzələcəyinə inanırıq. Əslində böyük yanlışlıq da buradan başlanır. Düşünürük ki, uşaqdı, yeniyetmə olanda düzələr, yeniyetmə olanda fikirləşirik, gənc olanda, yaxud da ailə quranda düzələr… Hətta baba da olandan sonra düzəlmir ki, düzəlmir. Çünki problemi həll etmək üçün müalicə almaq lazım olduğunun fərqində deyilik. Bunu heç ağlımızın ucundan belə keçirmirik.

Qeyd edilən hadisəyə oxşaq hallar bəlkə də hər gün yaşanır. Sadist ətrafında olan insanları alçatmaqdan zövq alır. Eyni xarakterik xüsusiyyət asosial insanlarda da olur. Ancaq onlar sadistlərdən fərqli olaraq başqalarını yalnız zövq almaq üçün incitməzlər. Sadistlər isə bundan xüsusi zövq alırlar. Onların seksual davranışlarında da bu hala rast gəlinir. Bunun meydana gəlməsində bioloji faktorlar, ailədaxili münasibətlər, fərdin uşaq yaşlarında almış olduğu travmalar böyük təsir göstərir. Çox zaman sadizmdən əziyyət çəkən fərd bunun fərqində olmur. Etdiyi və göstərdiyi davranışı normal qəbul edir. Bu səbəbdən də problem artıq ciddi fəsadlara səbəb olanda aktuallaşır. Sadistik xarakter tipinin müalicəsində dərman müdaxiləsi və psixoterapiya tövsiyə edilir. Psixi sağlamlıq hər bir fərd tərəfindən ciddi şəkildə qorunmalıdı. Xüsusən informasiyanın inkişaf etdiyi müasir dövrdə. Özümüzü özümüzdən qorumağın zamanı gəldi.

http://ailem.az/read/4712 


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.