Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 12 aprel 2022-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktiki seminar təşkil olunub.

Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmişdir.
Seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsi ilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin autizm spektr pozuntusu diaqnozu müəyyən edilmiş insanların cəmiyyətə inteqrasiya olunması prosesinə göstərdiyi diqqət və marağın son dərəcə önəmli olduğu qonaqlar tərəfindən xüsusilə vurğulanmışdır.