• Psixoloqla danışdıqlarımız gizli qalarmı?
    Psixoloq ilə paylaşdığınız hər mövzu gizli qalar və sizdən başqa heç kimlə paylaşılmaz.
  • Psixoloqa, yoxsa psixiatra üstünlük verməliyik?
    Ümumiyyətlə, hər iki ixtisasçı əməkdaşlıq içində çalışmaqdadır. Hər hansı birindən dəstək almağa başladığınızda, ehtiyaca görə psikoloqunuz, ya da psixiatrınız sizi yönləndirəcək.Dərman və psixoterapiyanın birlikdə tətbiq edildiyi seansların müvəffəqiyyəti daha yüksək nəticə verməkdədir.
  • Hansı nöqtədə psixoloq dəstəyini almalıyıq?
    İçində olduğunuz ruh halı artıq sizi narahat etməyə başladısa… Sosial həyatınız, iş həyatınız və ya ailə həyatınız içində olduğunuz vəziyyətdən mənfi təsirlənirsə… Gündəlik ən sadə işləri belə etməkdə çətinlik çəkir və artıq həyatdan əvvəlki kimi zövq almadığınızı düşünürsünüzsə, dəstək almağın zamanı gəlmiş deməkdir.
  • Ən yaxşi psixoloqu necə seçə bilərik?
    Ən yaxşı psixoloq deyə bir anlayış yoxdur. Dəstək almaq istədiyiniz vəziyyətə görə seçə bilərsiniz. İxtisasa görə bölünən psixoloqlar vardır. Məsələn: depressiya, anksiyetə pozuntusu, panik atak və s. problemlərlə yaxınlaşsanız, təfəkkür davranışçı müalicə tətbiq edən psixoloq ən təsirli psixoloq olacaq, şəxsiyyət pozuqluqları üçün dəstək almaq istəyirsinizsə sxem terapiya tətbiq edən bir psixoloq doğru seçimdir
  • Bir seans nə qədər davam edir?
    Bir seans 60 dəqiqə davam etməkdədir. Seanslarımız sizin daha sürətli inkişafınız üçün ümumiyyətlə həftədə bir dəfə həyata keçirilir.
  • Psixoloq dərman Verirmi?
    Psixoloq təcrübəsinə əsasən dərman yazmaz, terapiya (söhbət və proqramlar) edərək sizin probleminizin həllini təmin edir.
Psixoloqa Sual Ver