“Bəlkə mən homoseksualam?”

“Bəlkə mən homoseksualam?”

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edir.

Sən kimsən? İldırım, yoxsa od-atəş?!

Sən məndə ev-eşik, ömür-gün qoymadın!

Mövlanə

Son zamanlar müzakirə olunan mövzulardan biri də homoseksualizmdir. Məqalədə biz cinsi obsessiyalar haqqında danışacağıq. Öncə obsessiyadan başlayaq. Beyninizə istəmədən daxil olan, özünüzdən uzaqlaşdıra bilmədiyiniz, eqo-distonik (xarakterə uyğun olmayan) düşüncələrə obssesiya deyilir. Obsessiyalar fərqli formada olur və zamanında korreksiya olunmadığı halda obsessiv-kompulsiv pozuntuya çevrilir. Bu zaman insan narahatedici düşüncələri neytrallaşdırmaq üçün təkrarlanan hərəkətlərdən istifadə edir ki, bunlara kompulsiyalar deyilir. Ən çox rastlanan obsessiyalar isə cinsi yönümlüdür; “Görəsən, uşaqlara qarşı cinsi marağım var? Bəlkə pedofiləm?, “Qonşunun pişiyindən xoşum gəldi? Görəsən, heyvanlara qarşı cinsi marağım var?”,”Bəlkə homoseksualam?, ”Biseksual olmaqdan qorxuram” – bunlar sadəcə müəyyən nümunələrdi…

Cinsəlliklə bağlı insanın beyninə gələn hər düşüncəni obsessiya kimi dəyərləndirmək olmaz. Obsessiya sadəcə bizi maraqlandıran və ya dərhal unudulan düşüncə deyil. Düşüncəni obsessiya kimi dəyərləndirmək üçün onun beynimizə “ilişməsi” lazımdır, oranı işğal etməlidir, beynimizdən kənarlaşmamalıdır və intensiv şəkildə təkrarlanmalıdır. Həmçinin paralel şəkildə ciddi narahatlıqlar müşahidə olunmalıdır.

Narahatlıq yoxdursa, obsessiya da yoxdur!

Obsessiya zamanı paralel şəkildə narahatlıq, təşviş hallarının yaşanmasına xüsusən fikir vermək lazımdır. Çünki bir düşüncə tez-tez təkrarlanırsa, uzun müddət ağlımızda qalırsa, getdiyi halda təkrarən qayıdırsa və insan buna görə narahatlıq keçirmirsə, bu hal obsessiya adlandırılmır. Məsələn: oğlan mütəmadi olaraq bir qızı düşünür, ağlından çıxmır, çıxsa belə yenidən qayıdır, bu hal oğlanda narahatlıq deyil, əksinə müsbət duyğular yaradırsa, bu situasiya psixologiyada terminologiyaya görə obsessiya deyil. Bir də situasiyanı belə düşünək; oğlan küçədə gedəndə bir qız görür və ya alış-veriş əsnasında hansısa qadınla söhbət etdikdən sonra ağlına minlərlə fikir gəlir. Bu düşüncələrin bəzisi belə olur: görəsən, mən o qıza baxdım?”, ”görəsən, mənim ondan xoşum gəldi?,görəsən, ona qarşı məndə cinsi həvəs oyandı?”… Həmin situasiyadan sonra oğlanın zehni yalnız bu düşüncələrlə yüklənir və ciddi narahatlıq yaşayır, təşviş hissi keçirir. Belə hal obsessiya olaraq qiymətləndirilir.

Ən böyük cinsi obsessiya: homoseksualizm

Cinsi obsessiyalardan daha çox müşahidə olunanı homoseksuallıqla bağlı obsessiyalardır. Məsələn: öz cinsinə qarşı marağı olduğundan şübhələnən oğlan uşaqlıqdan bəri ona çox yaxın olan oğlan dostuyla bağlı aşağıdakı düşüncələrin “hücumuna” məruz qala bilər: “görəsən, dostum çox xarizmatikdir? Bəlkə ondan xoşum gəlir?,Onunla tez-tez görüşürəm? Bu, onunla tez-tez birlikdə olmaq istəməyimlə bağlıdı?, Onu dost kimi sevirəm, ya məndə cinsi həvəsdi?, Bəlkə mən homoseksualam?”

Lezbiyanlıqla bağlı obsessiyası olan qadında isə aşağıdakı düşüncə qəlibləri ortaya çıxa bilər: “Qonşumuz X xala bizə qonaq gələndə, qapıda onunla görüşəndə yanağımda fərqli bir hiss yarandı?, ”Rəfiqəm Y-i qucaqlayanda məndə yaranan hiss normal idi, yoxsa fərqli?, ”Qarşımdakı qadına görəsən, çox uzun müddətdir baxıram? Ondan xoşum gəlir? Mən lezbiyanam?

Obsessiya cəmiyyətdən uzaqlaşdıra bilər

Obsessiya hədsiz narahatlıq yaradan psixoloji durumdur. Yəni homoseksuallar həmcinsləriylə bağlı düşüncələrindən zövq aldığı halda, cinsi obsessiyası olan (homofob) insanlar bu düşüncələrdən dolayı əzab çəkirlər. Obsessiyası olan insanlar bu əzabdan xilas olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar uzaqlaşma və düşüncədən qaçmadır. Seans zamanı psixoloq pasiyentə narahatlıq yaradan düşüncələri uzaqlaşdırmaq üçün müəyyən mühitdən və müəyyən davranışlardan uzaqlaşmağı bildirir. Məsələn: lezbiyan olduğunu düşünən xanım həmin düşüncələri fikirləşməsin deyə tez-tez görüşdüyü rəfiqələriylə münasibəti azaldır və ya tamamilə dayandırır. Mütəmadi getdiyi məclislərdən uzaqlaşır, artıq telefonla da az əlaqə saxlayır. Digər qadınlara da baxmamağa çalışır, baxsa belə, nəzərini dərhal başqa istiqamətə yönəldir. Bu zaman isə “görməyim, yadıma düşməsin” məntiqiylə hərəkət edir.

Homoseksual tədqiqatlar problemdən qaçma üsuludur

Qaçma, psixoloji terminologiyada bir insanın narahatlıq yaradan vəziyyətdən, mühitdən dərhal xilas olmaq üçün istifadə etdiyi üsuldur. Homoseksual obsessiyası olan insanlarda hər növ müdaxilə strategiyaları sonda obsessiv düşüncəyə qayıdır. Bu zaman isə qaçma üsulundan istifadə olunur. Homoseksual obsessiya ilə bağlı ən vacib davranışlardan biri homoseksuallıqla bağlı tədqiqatlar, araşdırmalar aparmaqdır. Bu insanlar internet və kitablardan bu barədə məlumatlar toplayırlar. Məqsəd – həmin məlumatlarda özünə uyğun olmayan informasiya tapmaq, bu şübhədən qurtulmaq və rahatlamaqdır. Bəzi insanlar laborator hormon analizlərinə belə müraciət edirlər. Bir digər üsul isə bu barədə mütəxəssis yardımı almaqdır. Məsələn: həkimə, psixoloqa müraciət edirlər. İstədikləri cavab isə xeyr, sən qətiyyən homoseksual deyilsəndir.

Problemin həllini zamana buraxmayın!

Bəs qeyd etdiyimiz qaçma və uzaqlaşma strategiyalarının faydası varmı? Təəssüf ki, xeyr! Obsessiv düşüncə olmasın deyə bəzi mühit və insanlardan uzaqlaşmaq və ya o düşüncələrin verdiyi narahatlıqdan xilas olmaq üçün istifadə olunan üsullar, əsasən, bir müddətlik rahatlıq verir. Məsələn: mütəxəssisin xeyr, sən homoseksual deyilsən sözü sadəcə qısa müddətli rahatlıq verir. Uzun zaman isə təəssüf ki, obsessiyanı artıran reaksiya verir. Bu, obsessiyanın maraqlı xüsusiyyətidir. Obsessiyanın tərkibindan asılı olmayaraq cinsi obsessiyalar çox çətin psixoloji problemlərdir. Ətrafda olan insanlar bu durumun pasiyentdə yaratdığı təzahürləri anlamır. Yaxşı olar ki, problemin xroniki hal almaması üçün zamanında mütəxəssisə müraciət olunsun. Bu, obsessiyanın artması və ya bir müddət neytrallaşmasının əksinə, tamamilə aradan qaldırılmasına yardım edər.

http://aile.lent.az/read/15492



12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.