İnsanı yoran, mahiyyətindən uzaqlaşdıran nədir?

İnsanı yoran, mahiyyətindən uzaqlaşdıran nədir?

Postmodernist qərb təfəkkür tərzinin (oxu – psixologiyasının) təbliğ etdiyi prinsiplərdən biri  “xoşbəxt ol, bu, sənin təbii haqqındır”, – fikridir. Xoşbəxtliyin isə konkret formulu yoxdu. Nisbi anlayış olduğundan, insandan insana dəyişir. Ona görə də çox zaman bu fikrə paralel başqa bir fikir ortaya qoyulur – “Özün üçün yaşa!”.

Demək olar ki, hər gün “insanlar dəyişib”, “heç kimə etibar yoxdu”, “həyat fanidi” və s. kimi gileylər eşidirik. Nə baş verir? Doğrudanmı əvvəllər hər şey yaxşı idi, indi pisləşib? Doğrudanmı ətrafımızda olanlar pis, biz məsumuq? Doğrudanmı biz bu qədər safıq? Özümüzün heçmi günahımız yoxdu?

Hamı günahkardı,

Dünyada heç kimin günahı yoxdu.

Ramiz Rövşən

Hər şeyin heç nəyə çevrildiyi bir dövrü yaşayırıq. Özü də çox sürətlə yaşayırıq. O qədər sürətlə ki, ölüm artıq insan faktoru yox, statistikadır. Ona görə də çox zaman ətrafımızda olan insanlardan “çalış ölmə” fikrini eşidirik. Avropa insanı çoxdan bu həqiqəti qəbul edib, həyatını da aşağı-yuxarı demək olar ki, bu fikir üzərində formalaşdırıb. Hər kəs öz işi ilə məşğuldu, başqasının işinə qarışmır. Belə olanda fikri yayınmır, gördüyü işi ürəklə görür, ürəkdən görür. Orada “əl işdə, göz dərvişdə” variantı keçmir. Düzdü, onlar bu həqiqətə çatana qədər uzun bir yol keçdilər və sonda demək olar ki, istədiklərinə çatdılar. Nəticədə bir çox müstəvilərdə bu gün bizdən daha rahatdırlar. Dolayısı ilə hər günü son gün kimi yaşayır, hər anın dadını çıxarmağa çalışırlar. Qayıdaq özümüzə. O dad artıq bizə də gəlib çatıb. Hərçənd ki, öyrəşmədiyimiz, fərqli daddı. Ancaq görünən bu ki, öyrəşirik, öyrəşdirirlər. Zatən dünənlə müqayisədə çox şeylər dəyişib, özü də çox sürətlə dəyişib. Bir çox müstəvilərdə bu dəyişikliyi rahat şəkildə görürük.

Elnən gələn toy-bayramdır.

Kütlə psixologiyası bu günün elmi kəşfi deyil. Tarix boyu bu haqda yazılıb, lazım gələndə də yazılanlar tətbiq olunub. Bu gün hər şey ekranlaşdırılır. Fərqi yox, tv-də, sosial şəbəkədə, digər internet resurslarında. Nəticədə dünən fikrən belə, toxunmadığımız həqiqətlər bu gün adiləşir. Əvvəllər bir həqiqətə sığınıb bir ömür yaşamaq olurdu. İndi bir ömrü yaşamağa yüz həqiqət kifayət etmir. Hər kəsin öz həqiqəti ortaya çıxır, hər şey nisbiləşir. Nisbilik bütün həyatımızın tərkib hissəsinə çevrilir.

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

İ.Nəsimi

Manevr etmək, hər ötəri yeniliyə uyğunlaşmaq insanı mənəvi cəhətdən yorur. İnsan tükənir. Bu günün insanının ən böyük psixoloji narahatlığı da məhz xroniki yorğunluq sindromunun olması heç də təsadüfi deyil. Bu gün insanların əksəriyyəti ondan əziyyət çəkir. O, evdən çıxmaq istəmir, telefona cavab verməyə ərinir, insanlardan uzaqlaşır, özünə qapanır. Bəşər tarixində insanın yaşamaq resursları heç zaman indiki qədər geniş olmayıb. Bununla yanaşı, yaşamaq imkanı indiki qədər məhdudlaşmayıb. Nəticədə psixoloji problemlər sürətlə artır. Təzadlı da olsa qeyd etməliyik ki, cəmiyyətin inkişafı ilə psixoloji problemlərin artım tempi düz mütənasiblik təşkil edir. Statistika intiharın daha çox inkişaf etmiş ölkələrdə baş verdiyini ortaya qoyur. Onların ki, yaşamaq üçün hər bir şəraitləri var. O zaman niyə intihar edirlər? Paradoks da burdadır. İnsan darıxır, yaşamaq üçün stimul tapa bilmir, boğulur, havası çatmır. Sürət əsrində yaşadığımızdan sürətlə hərəkət etməyə də təhkim olunmuşuq. Hər kəs bu dünyanı tutub qalmayacağına bütün varlığı ilə inanır, ancaq əbədi yaşayacaq kimi hərəkət edir. Danışmaqla əməl arasında böyük disbalans yaranıb. Bu günün ən böyük problemlərindən biri də təzaddır. İnsanın söylədikləri ilə yaşadıqları arasındakı təzad. Bu da insanı yorur, mahiyyətindən uzaqlaşdırır. Sual olunur, xilas yolu nədi? Xilas yolu milli-mənəvi dəyərlərə söykənən günümüzün çağırışlarına cavab verən konsepsiyanı formalaşdırılmaq, ənənə ilə müasirliyi birləşdirmək, bu istiqamətdə təbliğat, təşviqat işi aparmaqdı. Unutmayaq, fərqli ölkələrdə yaşaya bilərik, ancaq bu, bizə oxşar şəkildə düşünməyimizə mane olmur. Gen yaddaşı daha dərin qatlardadı. Ora nüfuz etmək lazımdı. Bu gün cəmiyyətdə baş verən bir çox neqativ hadisələr ənənə ilə müasirliyin toqquşmasından, fərdin ona uyğunlaşa bilməmə səbəbindən yaranır. Bəzən yanlış istiqamətləndirmələr, prosesə subyektiv yanaşmanın şahidi oluruq. Müasirlik ənənənin inkarı deyil. Yaponiya texnologiyada dünyanın aparıcı ölkəsi olmasına baxmayaraq, ənənəyə hər zaman sadiq qalıb. Nəticədə həm texnologiya, həm də insan kapitalı baxımından qabaqcıl yer tutur. Eyni yanaşmanı biz inkişaf etmiş Avropa ölkələrinə də şamil edə bilərik. Biz də eyni yolu gedə bilərik, getməliyik. İnanıram, bu dəfə gec qalmarıq.

Elnur Rüstəmov Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri e-tibb.az üçün 



12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.