Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər

Psixologiya Elmi-Tədqiqat İnstitutunda qanvermə aksiyası keçirilib. Koronavirus (COVİD 19) infeksiyasının yayılması səbəbilə yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün də təhlükə yaradır. Belə ki, son günlərdə donorların sayında müşahidə olunan kəskin azalma qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü demək olar ki, mümkünsüz edir.

"Ölkə.Az" xəbər verir ki, bu səbəbdən Psixologiya Elmi-Tədqiqat İnstitutu "Qanınla can ver" şüarı ilə qanvermə aksiyası həyata keçirib. 

Qanalma prosesi Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının nümayəndələri tərəfindən Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirilib. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, həmçinin institutumuzun əməkdaşları şəfqət, mərhəmət, humanizm, xeyirxahlıq və bu kimi yüksək insani keyfiyyətlər sərgiləyərək qanvermə aksiyasında könüllü iştirak ediblər. 

Narınc Psixologiya Mərkəzinin əməkdaşları da "Güc birlikdədir" deyərək aksiyaya dəstək olublar. 
Həmçinin xeyirxah həmvətənlərimiz də aksiyada könüllü olaraq fəal iştirak ediblər.

http://olke.az/news/detail/psixoloqlar-qanverme-aksiyasinda-istirak-etdiler-fotolar-188086/

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.