Covid-19 və Dunning Kruqer Sindromu

Covid-19 və Dunning Kruqer Sindromu

Psixoloq.az xəbər verir ki, son günlər pandemiya ilə bağlı insanların karantin rejiminə riayət etməməsi ilə bağlı psixoloqlarda mediada və sosial şəbəkələrdə marifləndirmə işləri aparırlar.Tanınmış psixoloq Psixologiya Elmi Tədqiqat İnstitunun Sədri Elnur Rüstəmov özünün sosial hesabında maraqlı paylaşım edərək  qeyd edir ki, pandemiya rejiminə əməl etməmək psixikamızın Dunning-Kruqer sindromunun göstəriciləridir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik

Dunning-Kruger sindromu Cornell Universitetinin 2 psixoloqu DavidDunning və Justin Kruger tərəfindən elmə gətirilib. Onlar bu sindroma görə məşhurlaşdılar və 2000-ci ildə Nobel mükafatına layiq görüldülər. Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”. Kitab, qəzet oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzuda məlumatlı biri kimi göstərən insanlar sindromun daşıyıcılarıdır. Onlar özlərini həddindən yüksək qiymətləndirirlər. Onlara görə hər şeyin yaxşısını özləri bilir, idarəetmə bacarığı da yalnız onlarda vardır. Bəs Koronavirusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?Yəqin ki, ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Koronavirusa tutulmayacağını əminliklə söyləyən insanlar var. Onlar deyilən heç bir məsləhətə əməl etmir, "ölərəmsə, heç bir dezinfeksiya, karantin bunun qarşısını ala bilməz"- deyə düşünürlər. Bunlar isə Dunning-Kruger sindromunun əlamətləridir.Ona görə də, əgər bu düşüncələr səndə və ya tanışında varsa, ilk növbədə bu düşüncələri ağlından çıxarmağa çalış. Rəsmi saytlardan Covid-19 la (koronavirus) bağlı məqalələr oxu. Qaydalara lazımi şəkildə riayət et. Əks təqdirdə Dunning-Kruger sindromu #evdə qal müddətində daha da arta, Sənin və ətrafın yaşam tərzini çətinləşdirə bilər. Bugün Covid-19-a inanmayacaqsan, sabah qohumun təhsilini sorğulayacaqsan, ananın yeməyindən daha gözəl yemək bişirə biləcəyinizi düşünəcəksən, istəsən, qardaşından daha yaxşı yerlərə gələbiləcəyinizi söyləyəcək, lazımsız yerə atanıın “səhv”lərini sorğulayacaqsan. Həyatını bu cür keçirməmək üçün Sən də bizə qoşul.

Ailən üçün, sevdiklərin üçün

#Evdə qal, sağlam qal.

https://psixoloq.az/article/covid-19-ve-dunning-kruqer-sindromu-psixoloq-elnur-rustemov?fbclid=IwAR3jp1uSFTu53AhU50NduozJMMQKm6QRGgbTqVbkYYcqsWUGaxM5khJaIvI

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.