X-LADY
Bəzən kor bir ideya uğrunda həyatımızı heçə çeviririk. Hər kəs xoşbəxt olmaq istəyir. Həyat, xoşbəxtliyi yaşamın müəyyən dönəmlərində hər bir insana dadızdırır. Ancaq onu doyunca yaşamaq hələ heç bir bəndəyə qismət olmayıb, yəqin ki, bunda sonra da olmayacaq. Çünki bu İlahi harmoniyanın pozulması, bəlkə də həyatın sonu olardı. Bizə qalan mübarizə aparmaqdı. Hərçənd ki, apardığımız mübarizədə sonun nədən ibarət olduğunu gözəl bilirik. Ancaq buna baxmayaraq, yenə içində nələrsə tapıb onun uğrunda yaşayırıq. Öncə ana-ata, sonra sevdiyin insan, sonra övlad, nəvə, nəticə və s. Bəhanələr qurtardıqda ölüm də gerçəkləşir. Ağır xəstələrlə iş prosesində ən yaxşı həkim, ən yaxşı ümid verəndi. Xəstə öləcəyini gözəl bilir. Bu məqamda kiminsə ona yalnız ümid verməyini istəyir.