Sual-Cavab


*Xahiş edirik qeyri-etik sözlərdən istifadə etməyəniz. Əks təqdirdə sizin sualiniz qeydə alınmayacaq və məsuliyyətə cəlb olunacaqsınız

Gulnare 2017-12-13

Xesteler agir xestelerdir evi dagidirlar nalaiq soyusler soyurler 4 sutkayla yatmir, oxuyurlar bu hallar ailede gerginlik yaradir en cox usaqlarda menfi eks gosterir usaqlara da pis tesir bagisliyir men ozumun ve usaqlarimin huquqlarini nece qoruya bilerem? Ve qanunumuzda bu meseleye nece baxilir xahis edirem yardimci olasiniz

Cavab:

Salam Gülnarə xanım. Bunun üçün ilkin olaraq mütəxəssis dəstəyi almaq lazımdır. Ondan sonra müşahidə əsnasında hansı qərar verilərsə, sizə bildiriləcəkdir, edib etməmək isə sizə qalmış bir şeydir. Belə şikayətə əsasən dəqiq deyə bilmərik ki, evdəkindəki problem nədir, onu dispanserə göndərmək lazımdır yoxsa yox.

nahide 2017-12-13

Salam Elnur bey. Menim bir oglum var 10 yasi var o menimle tek olanda sozume qulaq asir ama yoldasimla qaynanam evde olanda meni dinlemir qisqirir bilmirem nece edim ?\n

Cavab:

Salam Nahidə xanım. Uşağı görmədən hər hansı bir diaqnoz qoymaq mümkün olmadığı üçün sizə tam lazım olan yanaşma formasını deyə bilməyəcəyik. Psixoloqla görüşün, oğlunuzu müşahidə etsin dana sonra diaqnoz qoyulacaqdır. O zaman valideynə də necə davranmalı olduğu deyiləcəkdir.

Elnurhiv 2017-12-12

Salam.Doktor Qanimda Hiv virusu asgarlandi.Qiscle mubarize merkezine qeydiyyatdayam dermanlar verildi.Artiq olum haqqda dusunuram cox qapaniq olmusam.Olumden deyil Insanlarin bizim kimlerine pis reaksiyasi insani diri diri olmus hiss edir.Spid deyerken herkese bu insandan uzaq durmaqa calisir bilgisizlik cox pis seydi.\nICDIYIM DERManlar psixaloji olaraq cox tesdir edir ela bilam ki rak var beynimda bedanimi harasindasa \nCox solmusam. Dualariniza ehtiyacim var \nSualim bu olacaqdir MMS deyilen bela bir xlor terkibli madde var mutamadi 3 4 ay istifade edikdan sonra qanda hec bir infeksion xastalik yox olur sizce bu realdir?\nTibb iscileri tabiki buna inandirici gelmir \nAmma derman sirketlerin kari ucun hiv aids asisini gizladilar

Cavab:

Salam Elnur bəy. Yaranan narahatlıqlar ucbatından ölüm qorxusu yaşamağınız psixoloji haldır. İnsanlara bu barədə nəsə demək məcburiyyətində deyilsiniz, etməli olduğunuz birinin buna yoluxma hallarını bilib bunlara riayət etməkdir. Bunlara diqqət etdiyiniz zaman məlumat verməyə bilərsiniz. Ancaq yaranan psixoloji narahatlığa görə isə psixoloqa müraciət edə bilərsiniz.

nara23 2017-12-12

Salam Elnur bey. Cox xahis edirem mene komek edin. Oncelikle saytiniz cox gozeldi. Men de muraciet edib sizden meslehet almaq istedim. 4 ildi aileliyem . Geden gunden qaynanamla problemlerim basladi. Men ozum ali mektebde isleyirem. Qaynana, qaynata, baldiz, yoldasim, men ve qaynanamin qardasi oglu da bizde qalir. geden gunden qaynanam menle pul davasi edir. Oz usaqlari maaslarini ozleri ucun xercleyir. Mene gelende teleb edir ki maasini menim elime vermelisen ve yol pulunu da menden almalisan. Men de vermirem. Cunki geden gunden oz telebatimi ozum odemisem. paltarim, yol pulum hamisini ozum edirem. Yoldasim yaxsi maaw alir. Ana baciya gelende pul verir. Mene gelende ise deyir pulum yoxdu ya da ki deyir ki get anama pul vermisem get anamdan al. Anadan isteyende de deyir ki mene pul zad vermiyib. Ustelik de mene qadagalar qoyublar ki anangile getme. Ilk usagimi 6 ayliq dogulmamis itirdim. Pula gore mualice etdrmediler. menim de maasim buna catmirdi, Bir dermanimi alanda o birini ala bilmirdim. esebden usagi itirdim. Ikinci usagi ise valideynlerim ve oz maasimla dunyaya getirdim. Usagi itireceyimi gorduyum ucun anamgile qacdim. Anamgile getmisem deye dogus zamani ne zeng etdiler ne de xestexanaya geldiler. Hec maraqlanmadilar ki olmusem ya qalmisam. ya da ki usaq ne veziyyetdedir. Evde de qaynanamla bir problem olan kimi qaynanam ustune besini qoyub evdekilere xeber verir. Evdekilerin heresi bir atmaca atir. Haqqimi teleb edende de deyirler ki delisen psixiloqa getmelisen. 4 ildir yoldasima urek sirrimi deye bilmirem. cunki bir defe cehd etmisem yoldasim onlarin terefini cekib ve deyib ki dozursen doz dozmursen cix get atavin evine. analiq mezuniyyetindeyem. usagim 1yas 3 ayliqdi. yene de mene ne eyin bas alir erim. bu 4 ilde bir defe yanina salib hec yana aparmiyib. Gezmeye bele cixmamisam. Ustelik de watsap olmaz. anagile olmaz. Demek olar qohum eqreba ile elaqem yoxdu. Baldizim geymediyi paltarlari mecbur olub geyinirem. Yoldasim hele bu usaga allahin konfetini alib getirmez elinde. sual verende deyir ki bacim atam alir da. artiq bezmisem. Usaga gore dozurem ama artiq esebim korlanib. Anamla xelvet danisiram. ele bilirler ki men anamgile gedende meni anam oyredir. Artiq bezmisem. mene qarsi o evde ne hormet var ne qaygi var. Hekim deyerem deyerler pul yoxdu. paltar deyerem deyerem pul yoxdu. ancaq ozlerine lazim olanda tapilir. Mene yardim edin cox xahis edirem. bosanmaq isteyirem. ne meslehet gorerdiniz?

Cavab:

Salam Nara xanım. Əvvəla onu qeyd edim ki, heç kim sizə boşan məsləhətini vermə hüququna malik deyil. Öncəliklə siz hər şeyi götür-qoy etməlisiniz. Boşandıqdan sonra hər şeyin daha yaxşı olacağına inanırsınızsa, seçiminizi özünüz də edə bilərsiniz. Ancaq bütün halları nəzərdən keçirmək lazımdır. Hesab edin geri dönüşü olmayan bir yola başlamaq istəyirsiniz. Orada sizi nələrin gözlədiyini müəyyən etmisinizsə, qərarı da verə bilərsiniz.

R.M.1992ci il. 2017-12-12

Salam.men ilk defe idi ki size muraciet elemisdim.menim kimi problemli olan da var imis.xeberim indi oldu.meni basqasiynan deyisik salmisiz,ziyani yox,caniniz sag olsun.amma sayenizde ureyim arxayin oldu ki psix olan tekce men deyilem.yeni bu problemden eziyyet ceken men deyilem tekcene.sag olun cavablandirdiginizcun,sag olun ki sayenizde de ureyim rahatlasdi ki menim kimi problemli olan biri de var.bir gun gelecem qebulunuza,sizi narahat elediyimcun uzr isdiyirem.gelecem qebulunuza sag olun

Cavab:

Salam hörmətli izləyici. Görünən odur ki, siz sizə vermək istədiyimiz mesajı anlamısınız. Bəli, siz tək deyilsiniz, bu halı yaşayan bir çox pasientlər var. Tiklər və Obsessiyalar bir-birinə qarışdığı zaman ortaya bu mənzərə çıxır. Çalışın psixoloqa mütləq müraciət edin. Çünki indi rahatladınız ki, siz tək deyilsiniz, ancaq bu müalicə demək deyil.

ayan26.11.2001 2017-12-12

sualimi cavblandirmiyibsiz amma yenede sagolun

Cavab:

Salam Ayan xanım. Zəhmət olmasa sualınızı təkrar edəsiniz. Biz bacardığımız qədər bütün sualları cavabıandırırq. Kiminsə mesajı cavablanmayıbsa, ya o sual psixologiyaya aid olmayıb, yaxud mesaj bizə çatmayıb. Bir daha yollayın, mütləq cavablandırılacaqdır.

Aywe 2017-12-11

Salam.axwaminiz xeyir olsun hekim.menim 22 yawim var.baldizim mene weir atib deye her gùn dùwùnùb aglayiram.o weiri unutmaqcùn mene bir meslehet vererdiz.cox xahiw edirem.

Cavab:

Salam Ayşə xanım. Müraciətiniz tam anlaşılmır. Yəni kiminsə sizə atdığı şeirimi unutmaq istəyirsiniz? Bu şeir nədir? Nə haqdadır? Baldınızın bunu nə məqsədlə sizə göndərib? Əlaqələriniz necədir?

R.M.1992ci il. 2017-12-11

Salam necesiz.size bir cox problemlerimden danisacam.bele ki limondu,pesokdu,qenddi,isdiotdu,murebbedi,turs meyvelerdi,duzdu,bunlari gorende havalaniram.sirincay icende allah bilir ne veziyyetder kecurdirem(5cu sinjfden bu yana sirincay,qendnen cay ucmirem,indu26yasim var,usagligdan bu yana iyrenirem sirincaydan,qendnen cay icmekden),limonu gorende havalaniram deli oluram;qendi casib agzima alib cay icende qaytariram;isdiotu gorende,salata duz vurulanda boguluram,isdiotun iyi gelende bir allah bilir ne veziyyet aliram,(imkanim olsa yemeyi de duzsuz bisirerem,amma evdekiler qoymur),(retki hallarda murebbe yeyerem,o da qarpiz murebbesin,retki hallarda caresiz adam arasinda canimj disime tuturam,birce damci yeyen kimi qaytariram yediyim murebbeni,turs meyveleri gorende,kimse yanimda yiyende etim vicellenir,cixiram otagdan.caynikin erpune deyende elim qicaniram.cayi yavan icirem gun boyu.qablari yuyarken qab sampynu limonlu olsa el vura bilmirem ona.sirniyyatdarda hiss edirem limonun dadin.qendden,sirincaydan,turs meyvelerden,murebbeden,caynik erpindsn,limondan,isdiotdan iyrenirem.men esl deliyem,deli daha nece olur.esl deli.men neyniyim bes?!

Cavab:

Salam hörmətli izləyici. Daha əvvəl bu müraciəti yetəri qədər məlumatlandırıb məsləhətimizi vermişik. Görünür artıq problemimizi yazaraq deyil, psixoloqa əyani müraciət edərək həll etməyin zamanıdır. Bu kimi xəstəliklər zamanı psixoloq pasientlə birbaşa görüşüb müşahidələr aparmalıdır. Əlaqə saxlayın sizə yardımcı olacaqlar. 0552572700, 0124803629

Gulnar 27 2017-12-10

Salam hekım bagıslayın narahat edırem ama cıxıl az vezıyyetdeyem bacımın 24yası var 4ıldı aılelıdı usagı olmur ve aılesınde problem var yoldasınım bır defe sehfını tutub ındı ancag onu basına vurur nır nece aydımı ayrılacam deyı hele 24yası var hamı ıle yaxsıdı ama yoldasınjn gırende ısteyır ancag dalassın yoldasıda bezırkı anacag dava salıraaan men basa salıramda basa dusmur qorxuram ozune nese eder bılmırem neyleyım meslet ısteyrem paıxaloqa muaracıet edek?bu xestelıyon adı nedı ne ola bıler benıne salırkı yoldasım yene aldadır evde soz sohbet salır ama sora pesman olur bır muddetden sonra yenı tekrar seyler olur ne meslehet gırerdz?

Cavab:

Salam Gülnar xanım. Bəli, belə hallarda psixoloq müraciət etmək lazımdır. Görünür o xəyanət zamanı dərin mənəvi zərbələr alıb, indi isə yenə eyni halların yaşanmağından ehtiyat edir, ancaq bu şübhə fonunda baş verir, nəticədə isə hər iki tərəfi də narahat edir. Əlaqə saxlayın sizi qəbula yazacaqlar: 0552572700, 0124803629

Ay 2017-12-09

Salam,Elnur bey.Cox xahis edirem imkan daxilinde cavab yazardiniz..Meni demek olar ki heckim başa duşmur cavablari da mene bele olur sen cox aqressivsen,hecneyi dogru duzgun fikirleşib qerar vere bilmirsen..Duzdu heqiqeten bezen cox aqressiv oluram ama adice birşeye esebleşende insanamda esebleşe bilerem deyirler sen hemişe belesen..Meni hemde seven bir şexs var,men onun bezi xasiyyetlerini hec beyenmirem,ama mene deyirler ki problem sendedi onda hecne yoxdu xasiyyeti eladi..Ama başa duşmurler ki o onlarin duşuncesidi..Bu veziyyet meni cox pis yorur,bezirem,sixiliram..

Cavab:

Salam Ay xanım. Məsələnin kökü nədir, kim haqlıdır, sizdə aqressiya varmı, yoxmu demək hazırda mümkün deyil. Əgər hamı bunu sizə deyir, ancaq siz bunla razılaşmırsınızsa, deməli siz özünü doğru tanıtmırsınız, yaxud fərqində olmadan davranışlarınız yanlışdır. Psixoloqla görüşməyinizdə fayda var.

Adsız 2017-12-09

Menim qohumum var ancaq el yuyur. Bir weyi defelerle tekrarlayir. Hamamda saatlarla yuyunur 6-7 saat. Fikri ancaq su ustundedi. Hec telesmeyi yoxdu. İşlemek deyende de eseblewir. Hekimede ged deyende deyir men xeste deyilem apara bilmirler hekime.Biz onun üçün ne ede bilerik?Zehmet olmasa cavablandirardiz.

Cavab:

Salam hörmətli izləyici. Qohumunuzda təmizlik obsessiyaları mövcuddur. Mütləq şəkildə psixoloji müdaxilə olmalıdır.

Xedice 26yas. 2017-12-06

Salam necesiz.refuqemin telinden sualima cavabini tapdim.sag olun cavab verdiyinizcun.meni irana aparmag isdediler bu yuxuynan bagli.refiqem aileme dedi ki onu irana aparmag neye lazimdi,sizi nisan verdi.basdadi terif etmeye.sanki illerdi taniyibmis kimi agizdolusu danisdi sizden.bezi problemlemlerim de var hell etmekcun.ailemi irana getmekden dasindirdi refiqem.sonra dedikleri psixoloqu arasdirdig refiqemnen deli oldug her ikimiz:yalanci,duzenbaz,sarlatan,yalandan aglina ne geldi onu deyib onu da eliyendi,firildagcinin tam elasindan,qandigi qrafa yox,pul gucuynen \"oxumus adam\". psixoloq her adamnan olmur axi,insannari sonadek dinlesin,coxlu dil bilsin,nitq qabiliyyeti olsun,sebrli,hamiya xeyirxahliligla yanassin en azindan,psixoloqsuz,ne dediyimi basa dusduz.biz arasdirdig bu iranli psixoloqu.gosderdim aileme,kime guvendiklerini gorsunner deye.her yerinden durana psixoloq adlandirmasinnar deye gosderdik onlara.amma refiqem size inanmagimi tovsiyye eledi mene.sizi sekkiz aydi taniyir internet vasitesile,amma ele bil illerdi taniyir sizi.ona gore de mene de deyir ki problemlerivi ona ac de,o sene el uzadacag. bilmirem ona ne yaxsiliginiz kecib ki o size bu qeder etimad sevgi hormet besliyir.☺☺☺allah sizi qorusun.amin.

Cavab:

Bir daha salam Xədicə xanım. Çalışdığımız qədər yardım üçün əl uzadanlara yardım əlimizi uzadırıq.

Jale 2017-12-06

Salam menim sualim menim oglumun 9 yasi var atasini hec gormeyib usaq vaxti ayrilmisiq mektebde son vaxtlar dalasqan olub mene hele gelir ki atasi ile bagli olar belke nece aydinlasdirim problemi\n

Cavab:

Salam Jalə xanım. Natamam ailələrdə görülən hallardan biridir. Bir boşluq olduğundan bunlar baş verə bilər, ancaq hər şey bu demək deyil. Bunu qıcıqlandırıb, ortaya çıxaran səbəblər də müəyyən edilməlidir. Psixoloqla görüşməyiniz məsləhətdir, bu zaman doğru yanaşma da etmək mümkün olacaqdır.

Elvira 2017-12-05

Salam sabahiz xeyir. Menim de wikayetim 5 yawinda qizim var ve cox cigirir. Her weye naraziliq edir baxcaya gedir aglayaraq. Neyse bir wey isteyirse dile tutmaq zor olur. Oz bilfiyin edir. Ne istese icaze alir ama yox deyende qebul etmir taki hen deyesen. Cox yorur meni paltar bele zorla geyindirirem. Onu iztemirem bunu istemirem. Balaca bacisin doyur. Olmaz deyirsen bawa duwmur. Oz bildiyidode bir sozle ona olmazi yoxu nece oyredim bilmirem. Gec daniwdi deye onun naziylan oynadim esebi olmasin ama day daniwir her weyi qanir nece edim bilmirem.

Cavab:

Salam Elvira xanım. Əgər uşaq gec danışıbsa, gərginliyi, əsəbiliyi buna görə ola bilər. Ümumi olaraq nədənsə yetərsizlik duyğusu var ki, ona bunu elətdirir. Yaxşı olardı ki, siz yaxın günlərdə uşaq psixoloqu ilə görüşəsiniz və psixoloqun əyani müşahidəsinin rəyini alasınız.

Rafiq Bey 2017-12-05

Salam hekim menim prablemim var telefonumda mesaj saxlamiram silirem hetta zeng edenlerin siyahdan silirem foto sekil saxlamiram ancaq silirem silmesem rahat ola bilmerem nedir bele xestelikdi? Birde qonsumuz var her gun ses kuy edir eseblesirem evde qalmaq isdemirem ne ede bilerem cixis yolu tapa bilmirem ne ede bilerem.??

Cavab:

Salam Rafiq bəy. Bu obsessiyadır. Məsələ tam da telefondakı mesaj yaxud zənglə bağlı deyil. Sadəcə psixolo xəstəliyiniz özünü belə bir formada biruzə verib. Sabah bu itib gedə bilər, (yaxud şiddətlənə bilər, ancaq itib getsə bilə, yenə də başqa fonda özünü biruzə verəcəkdir. Psixoloji müdaxilə şərtdir. Psixoloq qəbulunda olmağınızı məsləhət görərdim.

Nigar 2017-12-04

Salam.men eseblewib aqliyan kimi ogume tutur meni coc

Cavab:

Salam Nigar xanım. Bu psixosomatikadır. Psixoloq müraciət etməyinizdə fayda var.

anonim 2017-12-04

salam elnur bey menim 32yasim var son iki ildi cox hessas olmusam hec cur anamdan ayri qala bilmirem hetta bir icinde ayri ayri otaqlarda onsuz qala bilmirem

Cavab:

Salam hörmətli izləyici. Bu kimi bağlılıq sonradan yaranıbsa, səbəbi bilinməlidir. Daha əvvəl olubmu, olmayıbmı, bunları dəqiqləşdirmək lazımdır. Sonra sizə yardım edə biləcəyik.

Elnur 2017-12-04

Salam men biraz esebleşen kimi bütün bedenim esir dişim dilime deyir sanki marozdayam adi telefonda kimese esebleşende sesimi yükseldende bu hallar baş verir...

Cavab:

Salam Elnur bəy. Yaxşı, bunu qeyd etdiniz biz də sizə bunun psixoloji vəziyyət olduğunu vurğuladıq. Sonra? Bu aradan qaldırılması lazım olan haldır. Əsəb, həyəcan, hər hansı gərginlik zamanı psixosomatik ağrılar müşahidə olunan hallardandır. Bunun üçün mütləq şəkildə konsultasiyadan keçmək lazımdır. Biz çalışırıq ki, bizə müraciət edənlərə yardım edə bilək, ancaq bu kimi artıq fiziki ağrılara çevrilmiş hallar üçün əyani söhbət şərt olur. Əlaqə saxlayın sizə yardım edəcəklər.

Sadiq 2017-12-03

Salam,həkim.Mən hər gecə yatanda sinəmdən sancı girir və bu həmişə yuxuya gedən ana baş verir.Exo,Ekq etdirmişəm ürəyimdə heç bir problem olmayıb.Ağ ciyərimidə yoxlatmışam ondada heçnə çıxmadı.ən az 3 Nevroloqa müraciət etmişəm heç bir problem olmadığını deyib yüngül müalicə yazıb məni yola salıblar sizcə mənim problemim psixoloji ola bilərmi?Ya da mən fikirləşirəm ki,bu məndə alışqanlıq yaradıb.

Cavab:

Salam Sadiq bəy. Bəli, bu psixoloji haldır və səbəbi müəyyən edilməlidir. O qədər həkimə getdikdən sonra üz tutacağınız ünvan psixoloqdur. Əlaqə saxlayın sizə yardım edəcəklər, müraciətiniz üçün təşəkkür edirəm. 0552572700, 0124803629

Nuray16 2017-12-03

Salam Elnur bey. Men size yazmisam ama nedense cavab yazmamisiniz. Men 3 aydi ayrilmisam. Ailemi qaynanam dagitdi. O qeder yoldasimi yalanlarla doldrdu,o qeder ustume werler atdi ki. Yoldasim da onun dediyine inandi. Ha caliwdim sohbet edim alinmadi. Qetiyyen yaxina buraxmadi meni. Evdekiler de hamisi qaynanama inanirdi. Men komeksiz qalirdm. Gelin kocen gunden de toy borclarini odetdrdiler. Qizillarimi aldilar. Anamin boynuna wer atdilar ki guya yoldawimin niwan uzuyunu anam ogrluyub. Yoldawim bir defe olsn mudafie etmedi meni. Nehayet bezib bowandim. 1 yasli korpem var. 5 aydi o ailenin hec biri atasi basda olmaqla maraqlanmir. Sualim odur ki yoldawimin her hansi psixoloji xesteliyi ola bilermi?anasina bu qeder bagli olmaginin sebebi ne ola biler?

Cavab:

Salam Nuray xanım. Boşandıqdan, bu qədər şər-böhtandan, şiddətdən sonra axı nəyə gərəkdir onda problemin olub-olmamağını bilmək yaxud dəqiqləşdirmək? Bəlkə şüuraltı olaraq siz onu bağışlamaq istəyirsiniz, ancaq lap psixoloji problemi varsa belə, buna görə bu qədər yaşadığınızı silə bilməzsiniz. Çünki silməyiniz o insanın dəyişdiyi mənasına gəlməyəcək. Özünüzü aldatmayın, təsəlli axtarmayın. Dəftər bəlkə də bağlanıb, siz yenə də irəli baxın.

A.R KOMEK ISTERDIM 2017-12-03

Salam hekim.Baqisdayin narahat etdim.Menimde bir problemim var ama bilmirem ki nece care tapim yoldasima da demisem apar meni psixoloqa bizim ailede en cox siddetli kecimsizlik var.Qaynane Qaynata yaninada qaliram.2 Ovladim var.Oturub dozmeyiminde esas sebibi ele bu iki ovladimdir.Qaynanemle aramizda artiq o qeder problem olurki mende yoruluram.Axirida yoldasimla dalasmaqla qutarir.Qaynanem cox artiq hedden aetiq temizliye ustun verendi.Tessevvur edinki yayin colde adi biraz kulek cox olan kimi men evde pencere aca bilmirem axir qonsularda deyib.Yoldasima demisem.Artiq careni demisem kendisaner alaq valla bizim ev bina evidi uc otaq yayda durmaq olmur adi acsaqda inaninki iki perde cekecek pencereye kimi gun dusmesin nedi nedi evin polu xarab olar.Yprulmisam artiq 3 ildi nervlerimde artiq siradan cixib.Yoldasima demek istemirem yorulmusam.Bir defe dedim ele boyuk dava cixdiki meni Qaynatam dedi ki sen oyredirsen cox pis olfum oz valdeyinlerme deyende deyir yola ver indi siz mene bir verin tessevvur edinki cixmiram evde ne ede bilerem?Her sey men gedende evden otaqma kimi her seyi deysir deyende ki yoldasim deyir yaxsiliqna istir her seyi menden icazesiz paltar atacaq ne bilim bir sey sinacaq.Cox caresiz qalmisam.Artiq susmusam buna gorede yoldasimdan siddetde gormeye baslamisam ele incidir meniki.Otururam Allaha yalvariram ki demir evimdi memin yaxsi edirem bele ederem men yasayiram biz olenden sonra ozunuz bilersiz.elesin demirem tessevvur edinki heyet dusende beke gozleyirem ki ne vaxt duserem usaqlari ele o dusurur o aparir mende deyendeki mende senle dusub sifet edir soz sohbet edir.men ne edim inaninki caresize valdeynlerimde cox gelir ustume deyir doz hami eledi bosansan usaqlari qiy gel.Kim oz ovladlarini qoyub geder.Artiq baxiramki nervlerimi ysaqdanda baslamisam cixmaya.Somra pesman oluram.Yoldasima demirem ki anasi ile dalasin ama en azindan hormetde elemir.Deyir Qaynenendi ozu biler .Bilmirem ki artiq ne edim nece defe demisem apar meni hekime belkem men deliyem bu evde sakitlesede bilmirem artiq

Cavab:

Salam hörmətli izləyici. Qaynanada ola bilər təmizlik obsessiyası olsun. Bu baxımdan psixoloji cəhətdən sağlam sayılmaya bilər. Yoldaşınıza şikayət etməyin, bir gün evdə olub müşahidə etməsini tələb edin. O ailə üçün çalışır deyirsə, siz də o zaman ailə üçün çalışmağa başlayın, onların anladığı tərzdə. 

Ulduz. 2017-12-03

Salam hakim,oglumun iki yawi olacaq,hec bir soz daniwmir,hecna bawa duwmur,10 11 ayinda ata,ana,mama,deyirdi.birdan bira uwaq ela bil dayiwildi,qiwqirir,bawini cirpir,aqresivlawib,oyncaqlarla oynamir,dagidir,oz ozuna firlanir,hakim deyir eqli inkuwafdan feri qslib,nevroloqa yazdi,oda deyir autuzmdi,ada reaksiya vermir,goz tamasi yoxdu,bela da isti soyuq cox yaxwi bilir,mawin galanda qacir,xahiw ediram xavablandieasiz.

Cavab:

Salam Ulduz xanım. Nevroloji müayinədən keçibsə, növbə uşaq psixoloqundadır. Siz yaxşı olardı ki, uşaq psixoloqu ilə məsləhətləşəsiniz. Uşağı görmədən diaqnoz qoymaq qeyri-mümkündür.

Gunel 2017-12-03

Elim qolum qic olur ve buz kimi olur

Cavab:

Salam Günel xanım. Bu kimi hallar somatik ağrılar kimi qəbul olunur. Psixoloqa müraciət etməyinizdə fayda var.

nurlane 2017-12-03

Salam elnur bey menim 5 ayliq oglum var qaynanam imkan vermir usagimi qucagimda saxlayim alan kimi elimden alir deyir qoy divanda oynasin usag aglayir sakitlewdirem deyir mene ver yemeh vermek isdirem elimden alir usag mende yemek yemir cox pis tesir edir mene ogluma hesretem oglumu opub qucaglayib oynadiram deyir ver mene elnur bey men anayam axi men dunyaya getirmisem haqim yoxdu

Cavab:

Salam Nurlanə xanım. Belə halda görünən odur ki, problem qaynanadadır. Belə halda psixoloq nə edə bilər? Müraciət edən o yox sizsinizsə, biz onun dəyişməsi səhvini görməsi üçün nəsə edə bilmərik. Burada iş sizə düşür, onunla normal ünsiyyət yaratmağa çalışın, daha sonra isə bu kimi narahatlıqları bildirin. Bunu uyğun dillə deyin. Etdiyi heç bir mənfi hərəkəti saymayın, saydıqda əsəbləşirsiniz. Hesab tutmayın. O da belədir, siz siz olun.

Elvin 2017-12-02

salam elnur bey men sizþe yazmisdim unutmaq haqqnda urey doyuntusu haqnda xahis edirem deyerdiniz.

Cavab:

Salam Elvin bəy. Zəhmət olmasa narahatlığınızı bir daha aydın şəkildə qeyd edərdiniz.

Nurane 2017-12-02

Salam.. durdug yere yaddasin getmesi hec neyi xatirlamamaq neden ola biler? Gozlerim qaralir ve birden hec neyi xatirlamiram oldugum yeri bele.. bu neden ola biler

Cavab:

Salam Nuranə xanım. Mütləq surətdə psixoloqa müraciət edin. Bu ciddi bir vəziyyətdir, ilk öncə psixoloji gərginliyinizin olub-olmamağı müəyyən ediləcək, ondan sonra psixoloqun rəyi ilə ola bilər MRT-ə ehtiyac olsun. Əlaqə saxlayın sizi qəbula yazacaqlar.

Nuray 2017-12-02

Elnur bey birde usaqliq illerinde sevdiyim insani ne ediremse unuda bilmirem 20 il olacaqki onu sevirem bile bile atam meni mecbur basqasina verdi bu ayriliq mende hetta derin yaralar yaratdi epilepsiya yarandi mende ne qeder calisiramki onu unudum yoldasima baglanim alinmir bacarmiram boguluram sanki nolar yol gosterin xais edirem

Cavab:

Salam Nuray xanım. Bu sevgi deyil, sadəcə tamamlanmayan situasiyadır, ki siz bunu sevgi sanırsınız. Az öncə də qeyd etdiyim kimi psixoloq müdaxiləsi şərtdir. Əlaqə saxlayın sizi qəbula yazacaqlar. 0552572700, 0124803629

Nuray 2017-12-02

Salam Elnur bey .men 13 ildir aileliyem yoldasimi cox isteyirem ama mene toxunmagini istemirem yalniz bir dost kimi isteyirem basqa hecne buda problemler yaradir ne ede bilerem yardim edin xais edirem

Cavab:

Salam Nuray xanım. Ailədaxilində bu kimi problemlərin səbəbi vaginizmdir. Mütləq şəkildə psixoloq müraciət etməlisiniz. Bir ailənin təməlində ilk növbədə qadın-kişi münasibətlərinin qaydasında olması dayanır. 

Tenhalig xesdesi 2017-12-01

Men tenhalig isdiyirem, amma baxiram ki onsuz da qelben ruhen tek ve tenhayam

Cavab:

Salam hörmətli izləyici. Bu tənhalıq istəyi nəyə görədir, bəs bu tənhalıqdan gileylənmək nədir? Gəlin birinci bunu müəyyən edin, həqiqətən istədiyiniz nədir deyə.

Xedice26 yas 2017-12-01

Men refiqemin telinden yaziram,salam necesiz.size qurban olum mene komek edin.men bir hefdedi yuxuda gorurem ki ciynimde qadin meyidi dasiyiram.sonra qadin el atib bogur meni,xirildiyan kimi oluram,ayilan kimi gorurem yastig qanin icinde.agzimdan burnumdan qan acilur yasdiga yorganin qiragina tokulur.fikir aparib meni bu ne olan seydi.,rwfiqem sizi meslehet gordu mene.men de yazfim.nomresi dusduse ona yazin,o da gondersin menim nomreme de bu sualin cavabin.bele bele deli olacam.her gun eyni yuxu,olmaz ki bele.belke kiminse ruhu tutub meni,bele oluram.yuxudan duran kimi de her yandan o adamin sifetin gorurem.axi neyniyim men.nagayrim.

Cavab:

Salam Xədicə xanım. Öncəliklə saytın qaydalarını qeyd edim, burada nömrə və s. düşmür. Özünüz də bura müraciət edə bilərsiniz. O ki, qaldı qeyd etdiyiniz psixoloji vəziyyətə, yuxunu görmə səbəbinizi indidən demək mümkün deyil, ancaq yastığın qan içində olmağı yuxunu gördüyünüz zaman dişinizlə ağzınıza zərər verməyinizdir. Bu yuxunu görməyinizə səbəb olan psixoloji gərginlik müəyyən edilməlidir. O zaman sizə yardım ola biləcəyik.

Meley 2017-12-01

Salam her gece saat 3 tamamda kimse ele bil iyneleyir duz 1 saat davam eleyir gece oyaniram ele bil iyne batirirlar ayagima uzume elime her yerime neyneye bilerem?

Cavab:

Salam Mələy xanım. Bu senestopatiyanın əlamətidir. Siz hər gün eyni saatda psixoz keçirirsiniz. Mütləq əlaqə saxlayın. 0552572700, 0124803629

Lale 2017-11-30

Salam Elnur bey.. Sualim oglumla baglidi..7 yaşı var..2-ci sinifde oxuyur. Ayrılmışam..Dünyaya gələn gündən tək böyüdürəm. Bir birimize hədsiz cox bağlıyıq.Hətta bu meni bəzən cox qorxuzur..cünkü oğlan uşağıdı..sabah təhsili, əsgərliyi var. \nƏsas narahatçılığım ətraf mühütdə coxx hədsiz coxx utancaq olmasi, ünsüyyət qurmamasi, aktiv olmamasi..Derslerin ela oxuyur..amma cavab verende cox cetinlik cekir..amma ailede ele deyil..ancaq cemiyyet icinde..\nŞirvan şəhərində yaşayırıq. Bütbü diqqət, sevgi onda cəmlənib. Yani deyimki sevgisiz qalır..qətiyyən.. Ne edim bilmirəm?\nElnur bey ogluma qebulunuza nece getire bilerem? Cox xahiş edirəm tezliklə cavab yazasız.\nCox xahiş edirəm mənə yol göstərin.

Cavab:

Salam Lalə xanım. Oğlunuza bağlılığınız ondakı özgüvəni zədələyib. Hər ana oğluna bağlıdır, ancaq görünür burada normalar bir az aşılıb. Əlaqə saxlayın sizə lazımı məlumat veriləcəkdir. Sizə necə qəbula yazılacağınızı izah edəcəklər. 0552572700, 0124803629

Eseb xesdesi olmusam artig 2017-11-30

Menim problemim anamla baglidi,qetiyyen yola getmirik:her isime qarisir,paltar refine seliqeynen oz paltarlarimi qoyuram,gelib oz bildiyi kimi yigir paltarlarim,onda daaxdardigimi tapa bilmirem eseblesirem.ev temizdiyi edirem,qarisir,gelin yaninda tehqir eliyerek duz temizdemirsen bele temizde,ele temizde deyir;servantdaki qablari yigiram seliqeynen,bir de gelib gorurem ki oz bildiyi kimi yigir,adice tor almagadek qarisir,artig gelin olmusam hele de qarisir.paltarlarimi,erimin pal paltarlarini bele her seferinde oz bildiyi kimi yigirdi,servantimin qablarini,evdekiler de mene gulurduler ki buna bax anasi bunu idare edir.bir var meslehet vere,bir var da alcalda.qablari yuyuram basdiyir ki qabo bele yuma ele yu.danisiram deyir ki bele danisma ele danis.meni korpe usag kimi idare elemesinden yorulmusam.kasmetikamdan tutmus ev temizdiyimedek,paltarlarimin yigilisindan tutmus tor almagimadek her seyime qarisir.er evinde de ata evinde de her isime mudaxile eliyib,meni gelin yaninda da, er evinin ailesinin yaninda pert elemeyi,onlarin yaninda asagiluyib tehqur dolu tenqid elemeyi,aglatmagi mene yer eledi neyniyjm axi.anamin bu hereketini ordakilar da,gelin de mene qarsi eliyir.men neynirim qurbanin olum,mene bir yol gosder gedim o yolnan,get gede anamnan dusmene cevrilirem.basqa yere gedende hami razi qalir menden,amma bunnar.serbestliyim yox,bir yere gede bilmirem, imkani olsa onnarin harasa da getsem dalimca adam yolliyarlar.men artig bezmisem neyniyim,mene bir yol gosder nolar.men neyniyim.nolar,qurbanin olum nolar,yol gosder.boguluram uji.adam ne qeder sebr eder,dozer.axi yoruluram korpe usag kimi idare olunmagdan doymusam cana,neyniyim.eseb xesdesi olmusam artig.

Cavab:

Salam xanım. Ola bilər ki, valideyninizdə Obsessiv-kompulsiv pozuntu xəstəliyi olmuş olsun. Daha çox bu narahatedici fikirlər sizinlə bağlı ola bilər. Əgər həqiqətən belə bir xəstəlik varsa ortada, o ya psixoloqa gəlməlidir, ya da siz özünüz bunun idarə edilməsi yollarını müəyyən etməlisiniz. Dalaşaraq, qarşı gələrək siz öz dediyinizi heç vaxt izah edə bilməyəcəksiniz.

Konul 2017-11-30

Salam.Hekim men nevrozdan mualice almiwam 1 ildir.sol gozum yigilib acilirdi en coxda agiz hereket eden zaman olurdu.indi gozun yigilib acilmaasi teriben kecib.ancaq esebilewende olur.Ancaq bawim axir vaxtlar coxx agriyir eyni zamanda ureyimde bulanir amma qusma yoxdur.Baw gicellenmede var gozlerimdede zeifleme goz qapaqlardada agri.sizce hara muraciyet edim?xahiw edirem komek edin

Cavab:

Salam Könül xanım. Əvvəlcə bu gərginliyə görə birinci psixoloqa müraciət etmək lazımdır. Konsultasiya davamiyyətində əgər nevropatoloqa yaxud psixiatra ehtiyac olacaqsa psixoloq özü sizi yönləndirəcəkdir. Bizimlə əlaqə saxlayın sizə yardım edəcəklər. 0552572700, 0124803629

Zaur 2017-11-28

Salam men tekliyi istiyen bir insanam ancaq isteyiremki tek yasayim ehetemde hec kim olmasin icime qapanan bir insanam tek qalanda aglayiram ozumden ixtiyarsiz olmek isteyirem yuxuda yatanda her gun gorduyum bir yuxu var bir adam ancaq meni oldurur artiq 5 ildirki bu yuxnu her gun gorurem ve ondan sora men heyatdan kusmeye basladim komeklik gosterin imkan olsa elaqe nomresi qoyum uzu uze meslehet veresiz 0554559130

Cavab:

Salam Zaur bəy, bu vəziyyətin nədən sonra yarandığını müəyyən etmək lazımdır. Yaxşı olardı ki, siz bizimlə əlaqə saxlayasınız. 0552572700, 0124803629

Aqil İsayev 2017-11-28

Salam,mən panik atakdan əziyyət çəkirəm.\nbeynimdən ölüm qorxusunu çixarda bilmirəm.beynimdə hər zaman ölüm qorxusu var. mənə maneçilik yaradır.\nmən nə etməliyəm bu fikirlərdən daşına bilim.?\nxahiş edirəm cavablandırasınız

Cavab:

Salam Aqil bəy. Panik atakdan nə qədər müddətdir əziyyət çəkdiyiniz önəmlidir. Bu zaman narahat edən fikirlərin olmağı görülən hallardandır. Axşam düşdüyü zaman  atakın artması halları pasienti narahat edir. Etməli olduğunuz psixoloqa müraciət etmək və profesional yardım almaqdır. Əlaqə saxlayın sizə yardım edəcəklər. 0552572700, 0124803629

Gunay 2017-11-28

bir kişi xeylağı mənim günahım olmadan məni mox bir şəkildə tehqir etdi.Mən ona heç nə deyə bilmədim ancaq gücüm özümə çatdı ki çox ağladım heç vaxt bu qədər təhqir olunmamışdım özümü heç cür sakitləşdirə bilmirəm bunları sizə ağlaya-ağlaya yazıram

Cavab:

Salam Günay xanım. Əgər həqiqətən heç bir səhviniz, günahınız yox idisə vicdanən rahat olun. Haqsızlıq dözülməz bir haldır, ancaq olmuşa çarə yoxdur, sadəcə adamınızı tanıyın. Qarşınızdakı insanda davranış pozuntusu narahatlığı olmuş ola bilər. Buna siz nə edə bilərsiniz? Hər kəs etdiyi ilə qalır.

Agilli olub derd cekmekdense deli olum derdimi ceksinler 2017-11-27

Salam,necesiz,men derdimi size yazmisdim.limondan,caynik erpinden,turs meyvelerden nece iyrendiyumi yazmisdim size.mene meslehet vermisdiz ki psixoloq mudaxilesi sertdir.men bu iyrenmelerden qurtulmag isdediyumi,psixoloq getmek isdediyimi dilime getirib diyende mene risxendle gulduler:psixoloq yanina deliler geder,agillinin orda ne isi var,psixoloq psixlernen isdiyenlerdi dediler,neler,neler.men havalaniram ged gede.boguluram,olurem,eriyirem getgede mehv oluram,o dediklerimin adini cekende,gorende,yanimda yeyilende,yuyulanda caynik erpi,aman allah qicdarim qarnima yigilir,basimi tutub o divardan bu divara vururam.duzdu,sirniyyatdara qatilanda,evelikli asa qatilanda o qeder de hiss etmirem,yalxi yiyilende,cayima qatilsa,yanimda kimse yuyanda,elime deyende bagirtim butun her terefe yayilir,ele bil nesdernen vururlar ureyime.men neyniyim qurban olum,care deyin de mene nolar,elden gedecem bele bele.qurban olum

Cavab:

Bir daha salam. Təbii ki, biz evdəkilərin yanaşmasını dəyişə bilmərik, ancaq halınıza varsa bir çıxış yolları sizə yardım etsinlər. Bu narahatlığınızın şahidi olublar yəqin.  Ancaq onu da qeyd edim ki, bunların üzərinə gedərək bunu aşmaq lazımdır. Hər gün birinin. Misal üçün, limondan iyrənirsiniz. Onda nəyin iyrənc olduğunu aydınlaşdırın. Həqiqətən iyrənc nəsə olmadığını bilirsiniz, ancaq bunu həm də dərk etmək lazımdır.

İnci 2017-11-25

Həkim mənimyadaşım zəibləyib məni həkımə aparanda mənə balıq yazı dedilər ancaq adını demədilər mən hansı balıq yağını içim deyə bilərsiniz\n

Cavab:

Salam İnci xanım. Hansı yağ olduğunu deyə bilmərəm, bunu həkiminizlə məsləhət edin. Psixoloq olaraq sizdə yaddaş pozuntusuna səbəb olan faktorların bir qismini qeyd edə bilərəm: fikirli olmaq, əsəbilik, stress, doğru qidalanmamaq, yuxu rejiminin pozulması və bir çox psixoloji xəstəliklər.

ayniwan gozelova 2017-11-24

Salam elnur bey men yoldawimla bagli yazmaq isderdim yoldawim oglunun sekli qoymur hec bir zaman sosial mediyada meselen whatsapda her zaman izilirem ancaq oz sekli qoyur ve men ne zaman soruwsamki niye qoymursan ona cavab yazmir ona her zaman bu suali verirem ( belke ozunu subay gosdermek isdirsen ) o ise mene deyir yox qeyd edimki inanmiram mene xeyanet ede cunki soz veribki senden bawqa heyatda hec bir qadin mene gerey deyil ama men hey aglimda wubheler yaradirki bes nece cox isdir oglunu qoymur uwag dogulmamiwdan qabag deyerdiki ogluma bele edecem ve yaxud ata olacam ve s ama indi wubheler qalir aglimda bilmirem niye bele edir?

Cavab:

Salam Aynişan xanım. Nə yaxşı ki, bu facebook var, yoxsa biz bir atanın atalığını necə müəyyən edərdik? Aynişan xanım özünüz də deyirsiniz ki, o bunu etməz, o zaman bu şübhə nəyə gərək? Kaş elə uşaq şəkli ilə məsələ həll olmuş olsaydı. O şəklə qardaşım oğludur deməyə nə var? Belə xırdalıqlarla ailənizdə söz-söhbət yaratmayın. 

mnbvc 2017-11-24

salam men size bacimi a yerine o yazdigini demisdim sizde disleksya ola bileceyini demisdiz ama oxudum ve disleksiyada olan demek olarki hec biri yoxdu bilrsiz nece bacim dersleri hecde yaxsi deyil 9 cu sinifde oxuyur dersleri pisdi balaca vaxti xestelik kecirdiyine gore erkesoyun boyutmusuk bu sadece yazida bas verir sozu duzgun yazmir bezen ama ozunu selis ifade eliyir cavab verses minnatdar olaram

Cavab:

Salam xanım. Disleksiya ola biləcəyini deməmişdim, əgər qeyd etdiyiniz hallara bənzər başqa hallar da varsa bu zaman olma ehtimalını qeyd etmişdim. Bəzən valideynin gözündən qaçır, ancaq sizə məsləhət etdim ki, uşaq psixoloqu ona lazımı sualları və testləri etdiyi zaman müşahidəsinə əsasən diaqnozu dəqiq qoyacaqdır. Uşağı görmədən diaqnoz qoymaq yanlış olar, həmçinin internetdə araşdırıb diaqnoz qoymaq. Çalışın əyani yardım alın. Disleksiya bir ehtimaldır, ancaq ortada bir narahatlıq var. Bunun da səbəbi bilinməlidir.

Aygun 2017-11-24

Salam elnur bey.xaiw ediremki mene komek edesiz.men 1 il 8 ay bundan qabaq 6 yawli qizimi faciyeli wekide rehmete gedib. 10 gunun icinde saglam uwaqmi bezi savadsiz hekimlerin qoydugu sef diaqnoz ucbatindan hemde.bu faciyeni unuda bilirem.ele hemin gunden ozumde defelerle mualiceler olunuram xeyir etmir daima qorxu icinde yawayiram olum qorxusi herweyden qorxuram.mene komek edin

Cavab:

Salam Aygün xanım. Allah sizə səbr versin. Postravmatik stress zamanı yaşanan narahatlıqları keçirirsiniz. 1 il 8 ay bu hisslərlə yaşamaq problemin artıq vərdişə çevrilməsi deməkdir. Heç bir müalicə sizə xeyr etməyib, çünki siz düşüncə olaraq yaralısınız, narahatsınız. Bir az danışmağa ehtiyacınız olmuş ola biler. Psixoloqla görüşüb bölüşməyə çalışın. Əmin olun daha yaxşı olacaqdır.

Rafiq Mamedov 2017-11-23

Salam hekim men 2 ildi ictimai yerlere cixa bilmirem ancaq evde oluram mecburen islerim olanda cixiram cemiyet icine yani ki 1\n500 metr den uzaq yere gede bilmirem heyacan olur titreme qarin agrisi olur buna gore qastroentroloqa getmisem kolonoskopiya edibler diaqnoz qiciqlanmis bagirsaq sindromu cixib 13 defe ayri ayri hekim yaninda olmusam ama xeyri olmayib bilmirem neden bele olub bir qizla whatsappla yazisandada bele heyacandan qarnim agriyir sancilanir bu xesteliyin adi ne ola biler mene meslehet verin 22 yasim var 24 aydi bu veziyetdeyem

Cavab:

Salam Rafiq bəy. Bu sosial fobiyadır. Bunun üçün nə qastroentroloq, nə də başqa həkimə getməyə ehtiyac yoxdur. Etməli olduğunuz psixoloq müalicəsi almağınızdır. Əlaqə saxlayın sizi qəbula yazacaqlar, ondan sonra sizi bu vəziyyətdən çıxarmaq üçün bərabə çalışacayıq. 24 ay yetəri qədər uzun müddətdir. Buna son qoymağın vaxtıdır. 0552572700, 0124803629

nemet 2017-11-22

salam doktor menim atam poliradikulonevrit diaqnozi qoyulan xesteliyden eziyyet cekir hec bir mualice komey etmir siz bu xesteliyin mualicesin ede bilersiz?

Cavab:

Salam Nemət bəy. Qeyd etdiyiniz xəstəliyin müalicəsində bir sıra digər tibbi müdaxilələr də edilməlidir. Ancaq sinir sistemindəki həssaslıq, pasientdə əsəb atakaları, gərginlik və s bunun kimi hallara görə psixoloq ona kömək ola bilər.

Alsu 2017-11-22

Salam hekim menim anamda yadawsizliq var cumleni axira kimi qura bilmir yaddinan cxr her wey birden adami bele tanimaqda cetinliy cekir 2ildiki bele xesdedi hekime aparmiwiq ama xeyri olmuyub yaddawi cox zeifdi meselen qoydugu ewyani tapa bilmir daniwmir cox soz sorucanda cavab vermir gecelerde narahat yatr sizden artig derecede xahiw edirem mamamin xesdeliyi nedi?1961ci tevelludu

Cavab:

Salam Alsu xanım. Alzheimer xəstəliyi zamanı görülə bilən hallardan biridir. Ancaq pasienti görmədən diaqnoz qoyub, yaxınlarını boş yerə narahat etmək doğru deyil. Yaxşısı psixoloqla diaqnozu dəqiqləşdirmək üçün olsa da görüşməyinizdir. Allah hər bir valideynə can sağlığı versin. Bizimlə əlaqə saxlayın sizi qəbula yazacaqlar: 0552572700, 0124803629

nigar 2017-11-22

Salam elnur bey men ad qoymaqla bagli meslehet al,aq isderdim menim bir ovladim var qaynanam qoydu adi ve men qoymaq isdedim imkan vermediler ananin haqi catmir?

Cavab:

Salam Nigar xanım. Ananın haqqı çatır əlbəttə. Ancaq ana övladı adsız da sevər, adla da sevər. Bəlkə qaynana nəvəni istədiyi adı qoymadı deyə ayırar, ancaq ana heç vaxt. Yəni vacib olan övlad sahibi olmaqdır. 

gul 2017-11-22

Salam elnur bey ne yaxwi ki siz varsiz size ureyimi acanda rahatlayiram men size yoldawimla bagli yazmiwdim uzak yerde iwlemiwdi demiwdi dimeli men yoldawimla telefonda daniwanda meselen hal ehval soruwur deyirem xesteyem uwagda xesdedi qaynanam o deqiqe deyirki mene o saat onu niye deyirsen ama inan Allahimiza and olsun qaynanam ancaq yoldawimla daniwanda qayidib deyir ureyim agriyir filan yerim agriyir deyir ozunu halini deyir ama biz xesde olanda deyir ne deyirsiz qaynanam bizi cox qisqanir coz uzur isdirem sozume gore yoldawim bakida olan zamanlarda otagimiz qapisi aciq olur qapini doymemiw icerir girir mende yoldawima eseblewdim dedimki bax anava bawa salki ayibdir hecne demedi usdume qiwqirdi sakit dur mende pis oldum elnur bey yoldawim hec sozume qulaq asmir 2 ci birde qaynanam yoldawim adiyla daniwir yoldawim geyimime o qeder qariwan deyil qisqanc deyil o qederde men walvar geyinende o deqiqe yoldawim qatir ortaya erim qoymaz ama heqiten yoldawim demir hecne sora gorurki oz bildiyimi edirem qacir yoldawim bawini yeyir o nedi arvadin walvar geyinir bawlayir yoldawim usdume bozarmaga mende deyiremki yoldawima bes beyaq mene hecne demedin niye anan deyende geldin inanirsiz bezmiwem artiq yoldawim indi uzaxdadi deye daha menle mübahisə edmir oki men yoldawimla otagimizda sohbet edim bawlayir qiwqirmagaki iwim tokulub qalib ve bunu yaza yaza yaza aglayiram

Cavab:

Salam Gül xanım. Yoldaşınız uzaqdadır, zəng etdiyi zaman ciddi heç bir narahatlığınız yoxdursa, xəstəyəm deyərək neqativlik yaratmayın. Elə edin ki, sizə zəng etdiyi zaman ürəyi açılsın. Doörudur, evlilik acısıyla, şirini ilə evlilikdir, ancaq belə hallarda da bir az diqqətli olmaq lazımdır. Qaldı qaynananızın xəstəyəm deməyinə o onun gözündə anadır və yaşlıdır. Ona uyğun görsə sizdən lori dillə desək bezə bilər. Yanlış hərəkət gördüyünüz zaman tez qaynananı pisləməyə başlamayın. Siz içəri girməsindən narahat olursunuzsa, yoldaşınız da olmalıdır. Yox əgər olmursa, deməli siz narahat olmaqla da ona nəyisə izah edə bilməzsiniz. Sadəcə vaxtı gələndə bu kimi şeyləri doğru bilmədiyinizi hiss etdirə bilərsiniz. Ancaq bax anan belə etdi deyərək heç vaxt həqiqəti ona sübut edə bilməzsiz.

Anonim (q.) 2017-11-20

Salam Hormetli Elnur bey,menim 6 yashli bacim var.Telebe olduguma gore yanina tez tez gele bilmirem.3 aydan bir gelirem.Her defe gedende de bacim aglayir.Umumiyyetle gedeceyimizi eshidende aglamaga bashlayir.Bundan bashqa televizorda Valideyn ovlad arasinda duygusal anlar olduqda aglayir.Mamamin yaninda olmasini isteyir.Her yuxudan ayilanda ilk once mamami axtarir.Tapa bilmedikde aglayir.\nBunun sebebi nedi????

Cavab:

Salam hörmətli anonim. Valideyninizin niyə görə yanında olmadığını qeyd etməmisiniz. Böyük ehtimalla bağlılıq və hazır olmadığı zamanda ayrılıqdan söhbət gedir. Ki bu gün sizin də getdiyinizi eşidəndə öyrəşə bilmir. Uşaq psixoloqu ilə görüşməyiniz məsləhətdir. Bu nə böyüdüyü zaman keçə bilən bir şeydir, nə də özlüyündən həll olan. Sizin keçib getdi sandığınız sabah başqa bir nüasnda üzə mütləq çıxacaqdır. Terapiya almağından dəstək olun.

anonim 2017-11-20

Yoldasim mene xeyanet edib cixib aamgile gelmisem usaqda var o gelir aparmaga getmirem meslehet istiyirem

Cavab:

Salam hörmətli anonim. Xəyanət zamanı valideyn evinə qayıtmazdan əvvəl kimləsə məsləhət etmişdinizmi? Həqiqətən hər şeyi götür-qoy edib sonra getmisinizsə, bu gün də nə etməli olduğunuzu bilməliydiniz. Yox əgər götür-qoy etmədən verilən qərardırsa, ona yaxşıca situasiyanı analiz edin və yoldaşınızla söhbət edin. Aydınlıq gətirin.

Adsız 18.11.2017. 2017-11-19

Salam həkim. Qardaşım özünə qapanıb deyir ki, mən öləcəm.mən xəstəyəm.Həkimə apardıq həkim dedi hec bir xəstəliyi yoxdur.Heç bir yerə çıxmır ancaq bütün günü uzanıb deyir ki mən haçan ölərəm.Xahiş edirəm bir məsləhət verərdiniz.\n\n\n\n\n\n

Cavab:

Salam hörmətli izləyici. Belə hallarda pasientlə mütləq görüşməyimiz lazımdır. Onda heç bir xəstəlik yoxdur, bu sadəcə şübhələr və paranoyalardır. Psixoloq müdaxiləsi şərtdir. Psixoloqa müraciət etməyiniz daha uyğundur. Bizimlə əlaqə saxlayın pasientlə birbaşa söhbət edə bilək ki, səbəbi anlayaq. 0552572700, 0124803629

Qesem 2017-11-19

Men 12 yasima kimi sefler etmisem indi ise onu cox fikirlesirem cox sixiliram

Cavab:

Salam Qəşəm. Hazırda neçə yaşınız olduğunu və bu səhvlərin nə olduğunu bilmədən sizə lazımı yardımı göstərə bilmərik. Əgər söhbət uzunmüddətli edilən bir səhvdən və günahkarlıq hissindən gedirsə, yazmaqdan əlavə olaraq psixoloqla əyani görüşmək lazımdır.

Agilli olub derd cekmekdense,deli olum derdimi ceksinler. 2017-11-18

Limondan iyrenirem,deli oluram limonu gorende,bunu her kes,meni taniyanlar bilir,amma bile bile yanimda yeyirler.havalaniram,el atib hemin adami bogmagim gelir.butun bedenim qasinir,gozum qizarir,yigiliram esebden,umumiyyetnen turs meyvenin iyi gelende qicaniram,ozumden asli deyil,hele deyirem bunlari,esebden el ayagim buzdiyir.caynik erpinden etim vicellenir,cayniki yanimda yuyanda bagirtim goturur her yani.bile bile de vaxd olur ki yanimda yuyan da olur.iyrenmeli olannardan iyrenmirem,amma limonu,turs meyveleri,caynik erpini gormuyum.neyniyim here bir cur delidi,men de bu cur deliyem,psixem.esil masdagalig.xasiyyetim dehset derecededi.qiz olsam da icimde oglan xususiyyetderi var.gezisim,gulusum,danisigim oglan.xaricim qiz.oglannarnan futbol oynamisam,ancag futbola baxirdim,mancestra balet eliyirdim,gulurduler mene ki qiz hara futbol hara.qizdar kukla oynadanda men tapanca elimde dava dava oynuyurdum mehlede.gic xasiyyet var icerimde:qisqanclig yuzde yuz,cox danismagi sevmirem,sozu bir defe de yeni,tersem,gic damarim tutdusa oldurseler de donmerem inaddan.amma sizin kimi sebrli,sakit,insani sebrle dinliyen,sozun kokune catib qerar veren deyilem.eksine,darsebr,delidolu,sozun kokune catmamis qerar veren,hedsiz derecede eseb dagarcigiyam.allah saxlasin ki eseblesende qarsidakini oldursem uf demerem.agliyiram,ne bilim nece basa salim ozumu size ?!bir sozle deli.vessalam,adim usdumde,zir deli

Cavab:

Salam hörmətli izləyici. Limonun adı gəldiyi zaman qıcıqlanma, özündən asılı olmadan sərgilənən hiss və davranışlar onu göstərir ki, sizdə tiklər var. Bunun üçün psixoloq müdaxiləsi şərtdir. Bizimlə əlaqə saxlayın sizə yardımcı ola bilək: 0552572700, 0124803629

1992 2017-11-18

Bir daha salam.bilirem narahat eliyirem.sozderinizi oxudum.kecmisime nezer saldim.amma o bir olan allahin,bir de onun kitabi olan quranin adi haqqi menim cekdiklerimi,yasadiglarimi,acilarimi,ezablarimi hec kes yasamiyib,hec isdemirem de yasasin.heyatdan doymusam.yasam fiwimi cekib faydos edecem heyatima.fikrimden dasindirmaga calisma meni.hec ne dyzelmiyecek,amma gorunur meslehet beleymis.demirem idealam.sehvlerim var,amma bu zemanet vermir ki kimse ezsin meni.kimse canimi yaxsin menim.men cox dedim meni Psixoloqa gosderin deye,esitmediler.amma indi men esitmiyecem.men de ozumu vuracam karliga heckesi dinlemiyecem,korluga vurub gormiyecem hec bir seyi,sebebin demeden ozimu lalliga vurub gedecem heyatdan.belke onda anliyarlar deyerimi.onda da ki gec olacag.bele bir deyim de var:vaxdinda neyinse deyerin bilmiyende o elden gedende anliyarlar deyerin.doymusam cana,yigilmisam artig,bezmisem artig.ne ise.haqqini halal et,vaxd ayirib oxuduz ya,halal ed haqqini.allah qorusun sizi.

Cavab:

Salam hörmətli izləyici. Hər kəs yaşadıqlarının heç kimin yaşamadığını iddia edir. Ancaq uzun müddət insanları dinləyən biri olaraq buna hələ də limit qoymağın mümkün olmadığını qeyd etmək istəyirəm. Daha pisi və daha yaxşısı yoxdur. Hər kəsin problemi özünə əziz və böyükdür. Sizə isə çıxış yolu verilir, ancaq o yoldan getməyə niyət etmirsiniz. Bir müddət sonra insan özü belə yaşamağa alışır. Həm istəyir, həm şikayətçi olur. Siz də bu insanlardansız. Psixoloqa yazılı yox, əgər həqiqətən bir problem varsa aşmaq istəyiriksə, bir dəfə olsa psixoloqla əyani görüşmək danışmaq lazımdır.

mnbvc 2017-11-18

salam bacim a herflerinin yerine o yazir herifleri yazanda sef yazir biz oxuya bilmirik ama ozu yazdigini selis oxuyur bu xestelikdi?\n

Cavab:

Salam hörmətli izləyici. Bu hallar başqa nələrdəsə varmı? Qeyd edim ki, disleksiya zamanı belə hallar ola bilir. Ancaq bu sadəcə bircə a hərfi zamanı belə olursa, bəlkə də müşahidə etməmisiniz başqa hallarda da olur bu. Ona görə psixoloqla görüşün o digər halların olub-olmadığını uşaqla söhbət zamanı aşkara çıxaracaqdır. Əlaqə saxlayın ki, terapiyalıq vəziyyət varsa gecikməyəsiniz. 0552572700, 0124803629

kainat 2017-11-16

salam men size yazmismisdim sizde mene pisixoluqa getmeyi meslehet gorduz ama teussufki bunu eliye bilmirem 17 yasim var pisixoluqa getsem qebul etmez ailemede bunu deye bilmirem bu nedir sizofrenlikdi cunki eger ele olsaydi bir nece menliyim olardi ama bezen ele hereket eliyiremki niye elediyimi bilmirem heddinnen artix agresifem ele olurki durdugum yerde gulurem agliyiram duygularim deyisken olur hetda bezen yalan danisaram deye bilersizki burda ne var ama o qeder menasiz yerlere yalan danisiram ele olur bu yala inaniram bu xestelikdi bilirem ama hecne eliye bilmirem ne edecem onuda bilmirem indiden tesekkur\n

Cavab:

Bir daha salam Kainat xanım. 17 yaşlı birini psixoloq hansı səbəbə qəbul etmir? Qaldı ailə bu vəziyyəti ailənizə deyin. Nə də olsa övladları sıxıntı içindədir. Bu problemdir. Bunu onlqarla bölüşün. Lazım olanı özləri edəcəkdir. Daha əvvəl də qeyd etdiyiniz kimi reallıqla yuxunu ayıra bilmirsiniz. Sadəcə bu günə köklənmək lazımdır. Olmuşlara, olacaqlara deyil.

Adsiz 2017-11-16

Salam,necesiz.sizin meqalelerinizi oxuyurdum,her zaman oldugu kimi.sanki heyatimi ortaya qoyan,ureyimi oxuyan cumlelerdi cumleleriniz fikirleriniz.meqalelerinizi her oxuyanda kecmisime nezer salarken sehvlerim dogrularim yasanir xatirelerimde.isder kicik sehlenkarliglarim,isder o kicik sehlenkarligdan dogulan boyuk sehvlerim.her kicik sehlenkarligdan boyuk sehvler,boyuk sehvlerden de boyuk gunahlar dogular.duzdi gunahim olmiyib,amma sehvlerim olub.cumleleriniz yeter sehvlerimi duzeltmeye.tsk edirem.allah sizi qorusun amin

Cavab:

Salam hörmətli anonim. Dəyərləndirməniz üçün təşəkkür edirəm. 

Naile 2017-11-16

Salam Elnur bey anam nece ildi stres kecirdib hekimlere apardiq hec kim derdini tapa bilmedi sonra bakida diaqnostik merkezinde dedilerki sinirdi medesinnen sixir ona drrmanlar yazdilar roxsizapin,relaniyum, deprolam bu dermanlari icir nece ildi amma yenede heyacan olanda yene bawlayir bunu sizce ne etse yaxwi olar \n\n\n\n\n\n\n

Cavab:

Salam Nailə xanım. Bu somatik ağrılardır. Vəziyyəti psixoloji dəyərləndirmək olar. Bəlkə də heç bir dərmana ehtiyac yoxdur. Bunu psixoloji dəstək zamanı dəqiqləşdirmək mümkündür. Dediyiniz kimi dərmanlar çare etmir. Bizimlə əlaqə saxlayın: 0552572700, 0124803629

1992ci il 2017-11-16

Bir deli seytan diyir cix yuksekliye burax ozuvu ordan asagi,can da qutarsin.amma sirat korpusundeki imtahandan qorxuram.guya ki bu dunyadaki yasantilarim firevanliligdidi da ordaki yasantimin yaninda.olmek olmek,xirildamag ne demek.sonrasi da ki bir defe iki defe yas tutacaglar sora da ki diyecekler ki allah rehmet elesin,sonra da unudulub gedecem.isdediyim de budu zaten ki hec yasamamisam kimi olsun.onsuz da kime baglansam kime deyer versem pesman oluram-gozumden gelir,kime yaxsilig elesem pisdik eliyib ureyimden bicagliyir,kime el uzatsam darda qoyur meni,yaxsilig eliyen sonradan minnet qoyur mene.sozum evde kecmir...daha ne diyim.bu dunyada unudulmusam o dunyaya da gedib vapwi unudulmag isdiyirem.hec yaranmamis kimi.ehhhh,ne ise.sevgide de,dosdlugda da,aile icinde de xeyanete ugranan men,gunahkari da men,ezab ceken men.yananda men yamanda men bir sozle.vallah cixacam hundurluye buraxacam ordan asagi ozumu,onsuz da diriyken canimi bogazima yigiblar,olsem ne diyirler desinner arxamca,esitmiyecem ki onsuz da

Cavab:

Salam hörmətli izləyici. Özünüz də çox gözəl bilirsiniz ki, bu düşüncələriniz doğru deyil. Bununla heç nə düzəlməyəcək. Nə yaşamısınız bilmirəm, ancaq əgər hər kəs tərəfindən zərbə aldığımızı deyiriksə, deməli ola bilər biz də haradasa səhv edək. Səhvlərinizi görməyə çalışın. Kiməsə qarşı yox, özünüzə qarşı. Və bir mütəxəssis yardımı almağınızda fayda var.

Ramile 2017-11-15

Salam Elnur bey.ilk olaraq bize bu cur wans yaratdiginiza gore tewekkyrler.\nQizimin 3 yaw 3ayliqdi.Bagcaya gedir.Iki ay bagcaya cox sevinerek gedirdi.Hec bir problem yawamirdim.Ama oktyabr ayindan uwaq baxcaya getmek istemir.Bagcaya bir muddet sehetiyle elaqeli fasile verib getmedi.Ondan bu yana baxcaya getmek istemir.Orada aparanda aglayir.Ele de bagcada qoyuram.5-10deq.sonra zeng edib maraqlananda sakitlewib hec bir problem olmadiqlarini deyirler.Qizimla da sohbet aparmiwam.Soruwuram ki belke seni orda incidirler.ama hec bir wikayeti yoxdu.Xahiw edirem mene meslehet ederdiz.Men nece hereket etmeliyem?Problemi nece coze bilerem?

Cavab:

Salam Ramilə xanım. Ola bilər səhhətinə görə uzun müddət evdə qalıb. Yəni ən azından onun özünə görə bu uzun müddət olub. Və yenidən ilk dəfə ora gedirmiş kimi adaptasiya prosesi yaşayır. Yaxud da yenidən qayğınız üzərində çoxx hiss edib və bundan ayrılmaq istəmir. Nəzarətdə saxlayın əgər vəziyyət uzun müddət hələ də ilk dəfəki kimi davam edərsə, uşaq psixoloqu ilə görüşməyinizdə fayda var.

H.M . 2017-11-15

Salam hekim.Menim iki olglum var. Boyuk oglumun 8 yasi var 2-ci sinifde oxuyur.kicik oglum 6.5 1-ci sinifde oxuyur. Kicik oglum fealdir. Boyuk oglum feal deyil. O,eyni zamanda piano dersine gedir. Her iki dersinde calisanda hersey alinir. Lakin muellimle unsiyyetde cox cetinlik cekir.men muellimden xais etmisemki onunla gunde bir nece defe sual cavab etsinler. Bezen derslerine laqeyidir. Calisiram sakit, mehribancasina izah edim.Mene deyirlerki sen usagi cox ezizleyirsen ona gore. Sert olmalisan .usaqlarim dunyaya cox gec gelibler. Men onlara aciqlansam ozumu bagislaya bilmirem. Oglum soze qulaq asandir, sakitdir,mehribandir. Onlari ozumdende cox istiyirem. Men sert ola bilmirem. \nxais edirem mene meslehet verin ogluma nece komek edim.Evvelceden tesekkur.

Cavab:

Salam hörmətli izləyici. Sizcə hər iki uşağın eyni olmağı şərtdirmi? Ola bilməzmi böyük oğlunuzun təbiəti sakit olmuş olsun? Yox əgər uşaq deyəcəyi sözü də demir utanırsa, çəkinirsə bunu narahatlıq kimi qəbul etmək olar. Yenə də ürəyiniz rahat deyilsə, psixoloqla görüşün uşağı özü müşahidə etsin. O zaman sizə nəyin normal nəyin narahatlıq olduğu deyiləcəkdir. Sizi dinlədik istərdik bir də uşağı dinləyək. 

Leyla 2017-11-14

Çox sağolun cavab yazdiginiza görə. Mən yenə çıxılmaz vəziyyətdə qaldım. Mən yoldaşımdan 7ay ayrı qaldım. Dünən tələbindən qızla şəkilini gördüm. Dedi şəkil çəkdirmişik.başqa heçnə olmayıb. Ama inalmıram. Balam var deyə şans verdim.bugün yenə Gelmeyob.gəlsə də gec gəlir.and içirki xəyanət eləmir. Ama geç gəlir.ürəyim partlayır. Çox yalan danışır. Mende çox danışan insan deyiləm. Bezirəm bir şeyi çoxlu çoxlu təkrar eləməkdən. Neyləyim bilmirəm. Heç gələndə elə bilirəm o qadının yanından gəlir\nAma cox and içir ki ele şey deyil.boşanmır.Mən neyleyim ogluma Necə edim.atasız böyüməsini istemirəməkdaşlıq. Ama dözə də bilmirəm\nMənə məsləhət verin xaiş edirəm. Çox pisəm. Sizdən başqa da heç kəslə bölüşə bilmirəm. Başa düşən yoxdurmu ni\n

Cavab:

Salam Leyla xanım. Hər şeyi kənara qoyun və onun sizinlə münasibətinə nəzər salın. Sizə qarşı diqqəti, davranışı necədir onunla ən çox bunu danışıb həll edin. Xəyanətə köklənməyin. Ondan əlavə özünüzn özünüzə qarşı diqqətini də bir az sorğulayın. Bu həyat sizindir, çalışın onu yaşayın.

Lamiya 2017-11-14

Salam Elnur bey. men cox esebi olmusam 2 yasimda qizim var kimese eseblesende hirsimi ondan cixiram sonra pesman oluram. yoldasim seher ise gedib axsam gelir mene vaxt ayirmir qaynana qaynatali evde qaliram rahat olmuram. yoldasim menle maraqlanmir. evde qisqancliq dava cox olur. ozumu oldurmek istemisem 2 yadki qizima gore qalmisam bele cehd ede bilmemisem.

Cavab:

Salam Lamiya xanım. Ailədə ilk 3 il oturuşma ərəfəsidir. Belə hallar görülə bilir. Ancaq buna çox köklənməyin. Yoldaşınızın üzərinə gedərək ondan diqqət gözləyə bilməzsiniz. Özünüzə və övladınıza zaman ayırın.

Ülviyye 2017-11-14

Salam Elnur bey men müellime işleyirem sinfimde anormal uşaq var.Rehberlik istemir bu şagirdi mektebden kenarlaşdirsin.amma men ders keçe bilmirem.Sizden xahişim mene bir izahat numunesi atin ki bu uşaği kenarlaşdira bilim nece yazilir bu cur izahat bilmirem doğrusu

Cavab:

Salam Ülviyyə xanım. Bir təhsilçi olaraq ciddi şəkildə siz məndən bunumu istəyirsiniz? Əgər valideynləri o uşağı məktəbə yazdıra bilibsə, deməli öyrənməyində problem görülməyib sadəcə bir az ona fərdi yanaşmaq lazımdır. Normal şəraitdə hər kəs müəllim ola bilər. Ancaq əziyyətli olan həqiqətən öyrətməkdir. Psixoloq kimi isə müraciətinizin sonunda onunla necə davranmalı sualını gözlədim, ancaq sonluq məni məyus etdi.

elvira 2017-11-14

salam hekim men her seyden iyrenirem evden cole cixa bilmirem ellerimi cox yuyuram mene komek edin

Cavab:

Salam Elvira xanım. Bəlkə də buna bənzər səhifəmizdə bir çox suallar görmüsünüz. Bu OKPdir və mütləq şəkildə yazılı deyil, əyani müraciət etmək lazımdır. Bizimlə əlaqə saxlayın qeyd etdiyiniz vəziyyət psixoloji xəstəlikdir və aradan qaldırılmalıdır. 0552572700, 0124803629

Rəqibə 2017-11-13

Elnur bəy salam. Mənim bacımın oğlu bu il iqtisadiyyat univrstetinə qəbul olub. Bilmirəm imtahanda həyəcan keçirib nədir deyir ki mən boğuluram.Çox narahatçılıq keçirir.Nə ilə bağlı ola bilər. Hamama girir deyir ki orda ağ paltarlı adam gördüm.Bu nə ilə bağlı ola bilər?Əvvəlcədən təşəkkür edirəm.

Cavab:

Salam Rəqibə xanım. Abituriyentlərdə bu kimi narahatlıqları tez-tez müşahidə edirik. Yalnız abituriyentə xas olan bir narahatlıq deyil. Hər kəsdə ola bilər. Ancaq səbəbi üçün onun özü ilə söhbət etməyimiz lazımdır. Bu kimi hallarda psixoloji müdaxilə şərtdir. Gecikdiyi zaman fəsad törədə bilir.

sima.... 2017-11-13

Salam elnur bey anamla bagli yazmaq isderdim anam refiqesine ve qohum pul verir borc isdeyirler anamda verir lakin anama deyirler meselen 1 hefteye kimi verecem anamda gozlur gozlur pulu getirib cixardmir 1 hefte kecir anam isdir borcu deyir pulum yoxdu ne gezir anama deyirem verme verir sorada deyirki birdr pul gorerler sizce anam duzgun edir men?

Cavab:

Salam Sima xanım. Heç bunu sorğu etməyə də dəyməz. Yəni ortada səhv yaxud doğru edən biri yoxdur. Valideyniniz əlbəttə ki, bunu etmək istəmir, ancaq nə olursa özü özünə verdiyi sözü tuta bilmir. Çalışın bunun səbəbini bilin və həmin məqama müdaxilə edin. Doğru olan zatən ortadadı.

Hecer 2017-11-13

Salam.5yaw 9ayliq qizim.mektebe hazirliqa gedir.ders bawa salan zaman uwaqi nece qiwdirib qorxutmuwamsa.indi uwaq meniynen hec ders etmek istemir.qorxur menden.ve en esasi dodaq etrafini diwleyib qanadir.coooox pis veziyyetdeyem.gunahimin olduqunu bilirem.nece onu bu veziyyetden cixarda bilerem.cox xaiw edirem.meslehetinize ehtiyacim var..

Cavab:

Salam Həcər xanım. Onunla empati qurun. Uşaq vaxtı sizin də dərslərinizin zəif olduğunu bildirin. Davranışınızın doğru olmadığını bildiyinizi deyin. Əgər problem hələ də davam edərsə, mütləq uşaq psixoloqu ilə görüşün. Ancaq sizə məsləhət verdiyiniz travmanı psixoloqla korreksiya etməkdir. Çünki siz bundan sonra sizdən qorxmamasını korreksiya edə biləcəksiniz. Ancaq uşağın ağlında qalan bu sıxıntılı travma isə psixoloqun görəcəyi işdir.

sima 2017-11-12

Salam hekim. İki aya yaxindir ki men mualice alıram. Əvvəl ureyimde titremeler ayaqimda esmeler basladı. İndi bunların hec biri yoxdu. Amma başımda ağrılar olur. Bir az da qorxu hissi qalıb. Ele bil bu saat nese olacaq. Üreyimde de hec ne yoxdu. Hekim deyir baş ağrısı boyundakı duzdandı. Onu da müalicə edirik amma başımdakı ağrı qurtarmır. Boynumda, ensede, bir de gicgahlarım ürek kimi döyünür. Xahiş edirem bir meslehet verin.\n\n

Cavab:

Salam Sima xanım. Əgər tibbi müalicə almağınıza baxmayaraq yenə də ağrılarınız davam edirsə, bunu hər hansısa bir psixolo vəziyyətin somatik ağrıları kimi qəbul edə bilərik. Yüksək gərginlik, stress və bir çox bu kimi narahatlıqlar bu hallara gətirib çıxara bilir. Həmin müalicələrlə yanaşı psixoloq görüşməyiniz də məsləhətdir.

Solmaz 2017-11-11

Salam Elnur bey.menim 37 yasim var.6 ildi nevrozdan ve panik atakdan eziyyet cekirem.4 ildir mualice aliram.ama dermanlari buraxanda yene pislesirem.psixologiyam cox zeifleyib.bed dusunceler daim olum qorxusu ile yasayiram.bilmek isterdim psixoloq desteyi ile butun bu sixintilardan azad olmag mumkundurmu?son gunler dahada soyumusam heyatdan.mubarize etmek ucun taqetim qalmayib artiq.cox xais edirem mene komeklik gosterin.onceden tesekkur edirem.

Cavab:

Salam Solmaz xanım. Bəli, mütləq. Panik atak elə bir xəstəlikdir ki, o fikirdə insanı narahat edir. Dərman müalicəsi də lazımdır, doğrudur, ancaq fikirləri yaradan bizim düşüncəmizdir. Bu isə psixoloqun işidir. O müalicə ilə yanaşı terapiya dəstəyi aldıqdan sonra görəcəksiniz ki, dərmanlara bir müddət sonra artıq ehtiyacınız qalmır. Bizimlə əlaqə saxlayın: 0552572700, 0124803629

Anonim (q.)19yash 2017-11-11

Salam Elnur bey,men son 5-6 aydir ki cox esebi olmusham.Adi sheylere de esebleshirem.Ozumu de etrafimdakilari da narahat edirem.Bu esebiliyi en cox aileme biruze verirem.Evveler bu cur deyildim.Etrafimdakilar mene aqressivsen deyirler.Qarshisin nece ala bilerem??\nBir de meni narahat eden mesele qapilarin qarshisindan kecende cox qorxuram.Her an acilacagindan qorxuram.Acilanda da asili olmadan sag ayagimi qaldiriram.Ve ya biri suretle yanimdan kecerse onda da qorxub sag ayagimi qaldiriram.

Cavab:

Salam hörmətli anonim. Bunlar sayrışan nevrozun, başqa dillə desək OKP əlamətləridir. Əslində heç də aqressiv və əsəbi deyilsiniz. Tez bir zamanda psixoloqa görünməyinizdə fayda var.

Günel 2017-11-11

Salam Elnur bey men cox qorxuram bir yerim agrayir sirazi pis sey fikirlesirem. usaqlariminda harasisa agrayanda qorxuram fikrim qalir orda .her seyin pisini fikirlesirem

Cavab:

Salam Günel xanım. Hər şeyi neqativə doğru düşünmək, mənəvi həssaslığın, psixolo cəhətdən bir zəifliyin olduğunu göstərər. Psixoloqa müraciət edərək, bunun səbəblərini müəyyən edib rahatlıqla aradan qaldıra bilərsiniz.

XƏYAL. 2017-11-10

Salam Elnur Bəy Sizə Ozum Haqda Bir Balaca Sual Verim Mən Usaq Yaşlarımda çox Sakit Olmuşam ve 20 Yasima Catanda Hecneden Qorxum Yox İdi İndi Aradan üç il Keçib 23 yaşım Var İndi Nese Olmamiş Qorxu Məni Buruyur Heyacanlanıram Ve İsdi Olsa Belə üsüyürəm Sizdən Cox Xais Edirem Mene Komek edesiniz.

Cavab:

Salam Xəyal bəy. Bu qorxuların hansı fonda olduğunu müəyyən etmək vacibdir. Bunlar müəyyən edildikdən sonra sizə yardım edə bilərik. Bizimlə əlaqə saxlayın lazımı yardımı edəcəyik. 0552572700, 0124803629

SOna 2017-11-10

Salam qizim 5 yaşlı hazirliga gedir evde aktivdi ama dersde sanki başqa Usaqdi hec Neye ya cavab vermir ya qorxa qorxa deyir yada picildayir sanki guvenmir diqqetsizdirde.xais edirem mene yol göstərin hekime aparmağa imkan yoxdu beLe mene Komek edin xaiş edirem

Cavab:

Salam Sona xanım. Övladınızda övgüvən və özünüqiymətləndirmə aşağıdır. Həkimə getməyə imkan yoxdur deyərək bunu göz ardı etmək doğru deyil. Psixoloq sizinlə deyil, birbaşa uşağın özü ilə danışmalı, danışıq zamanı müşahidə etdiyi şübhəli məqamları korreksiya etməlidir. Bunun üçün uşaq psixoloqu ilə görüşməyiniz şərtdir. Ancaq real müşahidədən sonra sizə ona davranmalı olduğunuzu deyə bilərik. Ancaq çalışın bunun üzərinə indidən düşün.

Gulnar 2017-11-10

Salam baggisdayin mene komey edin iki ovladim var yoldasim pis insanlara qosulub her gun doyur meni basimnan da travma almisam derdimj hec kime deye bilmirem atam anam yox balalrim da korpedi

Cavab:

Salam Gülnar xanım. Yoldaşınızın harada boşluq hiss edib elə insanlara qoşulduğunu müəyyən etmək lazımdır. Başdan hər şeyi emosionallığı kənara qoyaraq müşahidə etməyə çalışın.

TURAL 2017-11-09

MƏN ARTIQ BACARMIRAM YORULMUŞAM

Cavab:

Bir daha salam Tural bəy. Yorulmağınız üçün heç bir səy göstərməmisiniz. İstirahət etmədən necə dincəlmək olar? Problem üçün lazım olanı etmədikdən sonra nədən yorulmaq olar? Psixoloqa müraciət edirsinizsə, o zaman dediklərini ciddiyə alın və sizə məsləhət ediləni edin. Ondan sonra nəticə almadığınızda yorulduğunuzu deyə bilərsiniz. Belə əlbəttə yorularsınız.

tural 2017-11-09

salam elnur bəy mən axiri vaxti intihar etmək istirəm cox təsuflər olsun ki cəsarətim catmir mənə komək edin

Cavab:

Salam Tural bəy. Bəlkə də hamının dediyi sözü sizə demək doğru olardı, ancaq əminəm ki, bunu özünüz də dərk edə biləcək yetkinlikdəsiniz. Çox yaxşı bilirsiniz ki, heç nə buna dəymir. Həyat hər zaman davam edir. Əgər ortada can sıxıntıları çoxdursa, deməli biz nəyisə düz etməmişik. Sizə uzadılan yardım əlini bəlkə də var görmürsünüz. Görmürsünüzsə, siz uzadın o əli. Əmin olun ki, doğru adama o əli uzatdıqca tutan da olacaqdır. Bir mütəxəssis dəstəyi ala bilərsiniz.

TURAL 2017-11-09

SALAM ELNUR Bəy mən geyəm tərgidə bilmirəm xayiş edirəm mənə komək edin ?

Cavab:

Salam Tural bəy. Bunu tək başına etməyiniz bəlkə də mümkün olmayacaqdır. Yaxud da çətin və səbr tələb edəcəkdir. Biz bu mövzuda bir çox pasientlərimizə yardım əlini uzatmışıq və nəticə ürəkaçan olub. Bütün konsultasiyalarımız anonim aparılır. Bundan isə əmin ola bilərsiniz. Odur ki, bu şansınızı dəyərləndirin. Daha rahat həyat sizi gözləyir.

TURAL 2017-11-09

salam elnur bəy necəsiz mən bunu ailə uzuvlərinə deməyə qorxuram yəni gəy olduqmu duzdur artiq heç kimlə cinsi əlaqədə olmuram anma hərdən ozumlə oluram tərgidə bilmirəm birdəki bu məndən asli deyir harda gozəl yarasiqli oğlan gorəndə pis oluram etiraslaniram ozumu guclə saxlaram bu nədi bələ xəstəlikdi yoxsa hormonlarda olan gedişdi yoxsa anadan gəlmədi suialimi cavablasaniz sevinərəm hormətlə TURAL?

Cavab:

Hər kəsdə bu ayrı fonda baş verir. Ancaq buna tez homoseksuallıq adını vermək doğru deyil. Simptonlar uyğun gələ bilər, ancaq bu diaqnozu doğrulamaq. Cinsi obsessiyalar zamanı da belə hallar ola bilir. Psixoloqa müraciət zaman anonimlik hər mənada qorunur.

Anonim. 2017-11-09

Allah sizi QORUSUN. Minnetdaram size cavabinizcun.

Cavab:

Buyurun, müraciətiniz və güvəniniz üçün mən təşəkkür edirəm.

Aytac 2017-11-08

salam Elnur hekim necesiniz..hekim menim 27 yawim var hekim mende dehwet derecede stress olur birde davamli ureyimde sanci olur qorxuya duwurem ele bilirem olecem hekimede getmisem deyir ureyin saglamdi bes bu neden ola biler hekim cox xahiw edirem sualima cavab yazasiniz....evvelceden de tesekkur edirem Size hekim

Cavab:

Salam, bu ola bilər ki, panik atakla bağlı narahatlıq olsun. Əgər tibbi heç bir sağlamlıq problemi yoxdursa, vəziyyətin psixoloji olduğundan əmin ola bilərik. Mütləq surətdə psixoloqa müraciət etməyinizi məsləhət edirəm.

Elsevər 2017-11-07

Salam Elnur bəy! Mən bir valideynəm. Bir oğlan bizə elçi düşüb. Dediyinə görə qızımı çox istəyir. Amma hərəkətlərindən qısqanc olduğu görünür.Yəni avtobusda , metroda və s. yerlərdə harda oturmusan, niyə oturmusan deyə qısqanır. Mən bir valideyn kimi qərar verməyə çətinlik çəkirəm.Onlar gələcəkdə həyat qursalar, necə olacaq bilmirəm. Sizin məsləhətinizə ehtiyacım var.Qabaqcadan minnətdarlığımı bildirirəm.\n

Cavab:

Salam Elsevər bəy. Bir valideyn kimi narahatlığınızı anlayıram, ancaq öncədən heç kim heç nə deyə bilməz. Yaxşı olardı ki, onlara sınama müddəti verəsiniz və gedişat sizə nəyi göstərir onu müəyyən edəsiniz.

Anonim(q). 26yash 2017-11-07

Salam hekim. Vaxtinizi aldigim ucun cox uzr istiyirem.Ushaqliq dovrunden agir travmalarim var.Atamla elaqedar. Atamin gozel imkani,pulu olub.Anamla bir-birlerini cox sevibler. 35yashinda aile qurub,anamdan 12yash boyuk olub. Hal-hazirda da cox adam olarin bur-birlerine hormetinden,qaygisindan danishir.Amma tesevvur bele ede bilmirem.Cunki deyilen atamin tam eksini taniyiram men.Melum oldugu kimi sovetler birliyinin dagilmasi,bankdaki pullarin batmasi,ishsizlik,deyilene gore corek tapilmirmish. Atam ishini,pullarini tamamile itirir.En yaxin dayagi olan dayisi dunyasini deyishir.Qarabag muharibesi bashliyir. Butun gunu evde, ishsiz,esebi. Biz 3ushagiq atamizdan cox qorxurduq,sesimizi cixarda bilmezdik. Bu hal illerle davam edir. 97ci ilde artiq pik hedlere catdi. Anamla her gun dava. Doymek,söymeye qeder getdi.Anami qonshuluqda yashayan öz ushaqliq dostuyla aldatdigina inanirdi. Cirkin sozler deyirdi. Yataq otaqlarinda pencerenin önunu demir listle baglamishdi,arxadanda X shekilli berkitmishdi. Goruntusu yadimdan cixmir. Hamiya danishirdi bu hali. Hami anami namusunu bilir. Hami shok olurduki bu ne deyir. Kim ki,anamin terefini tuturdu o adami dushman bilirdi. Bu bacisi bele olsa. Ya dediyini demeliydiler,ya da neytral movqe. Anam cox dedi hekime aparin. Mualice lazimdi. Esla qebul etmirdi. Deyirdi anamin anasi,xalasi ona cadu eliyib. Olari gormek istemirdi. Mollalara gedirdi. Ozu cox seliqeli,qabiliyyetli biridir. Bizi de deyilene gore cox sevib,ezizliyirmish. 2,3il davam etdikden sonra ayrildilar. 17ildi ki,elaqe yoxdur. Gormuruk. Bizi de gormek istemir. Cox cetin gunler bashladi. Yoldashlarimizdan,mektebimizden ayrildiq. Anam esebi,depresiv olmushdu. Dayim,bibilerim,xalam destek oldular. Ushaqliqdan qorxu miskinlik yarandi sanki ichimde. Shukur boyuduk. 3de oxuduq. Uniye qebul oldum. Bitirdim. Sonrasinda İshsizlik cekdim. Cox hessasam yoldashlarimfan ayrilmaq cox uzdu meni. Yuxu sistemim tamamile pozuldu. Sehere yaxin 7,8de yatib gunortadan sonra ayilirdim. Bu xeyli davam etdi. Sonra mende bedenimde halsizliq,urek doyuntusu qeribe qorxu yarandi. Tecili yardim geldi defelerle. Hec bir shey cixmadi. Ola bilsin revmatikdi dediler. Analiz yuksek cixdi. Mualice aldim. Ustune birde refiqem,qrup yoldashim dunyasini deyishdi agir shekilfe. 6ay ozume gele bilmedim. Heyat ne menasizdi. Niye yashiyiriq deyirdim. Sonra ozum ozumu ela aldim. Allahin qismetidi kimik ki biz dedim. Ozumi gezmeye gulmeye mevbur etdim. Bu olduqca cetindi. Sanki beden ruhu gucu catmadigi yük kimi dashiyir. Shukurler olsun Allahima kechdi. Heyati insanlari ailemi sevirem. Daim shukur editem. Amma icimde qeribe qorxu var. Ya birde ele olarsam. Birden bu 2aydan bir bash verur ki, 1gunluk icimde cokuntu olur. Ozumu gezmeye mecbur edirem hemin gun. Kecir 1,2gune. Vaxtinizi cox aldim dastan yazdim.Amma bashqa yolum yoxdu. Esas meselem odur ki, Kimse atamin şizofren oldugunu demishdi. Ve men arashdirdim. Oxumaz olaydim. Genetik faktor,bezi elametler tutur. Onu deyim ki,atam sadece anama dushmen movqededi. Ve onun ailesine. Oxudugum andan bedenimde dehshetli qorxular oldu. Ureyim cixir sanki. Bu saat ses eshidecem,nese gorecem nese mene toxunaca deli olaxam. Ses gelende deli kimi oluram. Analiz edib sebebini tapmadimsa batdim. Sorushuram ses geldi sizede. Bu her gun olmur. Bezen olur ayda bir. Bezen gec gec. Bezen de internetde,tv de o xesteloyin adiyla qarshilashana kimi. Adi bele qorxudur. Kimden sorushsalar normal insanam. Bezi hobby olaraq gorduyum ishlee var. Qabiliyyetkiyem. Xoshbextem ailemi sevirem. Shizofren olaram olara mende istemeden dushmen kesilerem,Olari uzerem deye deli oluram. Uzr istiyirem done-done yazimdan dolayi. Sadece meslehet verin. Atama hrc bir zaman diaqnnoz qoyulmuyub. Bu dediklerimle atamin xesteliyi shizofrene uygundurmu?? Minnetdaram oxuduzsa. Oxumasaz da caniniz sag olsun. Cox sag olun. Yaxshi ki varsiz

Cavab:

Salam hörmətli anonim. Yaşadıqlarınız çətindir. Ancaq biz birinci atanın şizofren olduğundan əmin deyilik, qaldı onun genetik faktorlarından qorxmaq. Belə əsassız hallara ilişmək çox əbəs yerədir. Genetik faktorlar olsa indiyə kimi çoxdan özünü biruzə verərdir. Bu mənada rahat ola bilərsiniz. Ancaq hər eşitdiyimizin bizdə də olma ehtimalənə davamlı düşünmək, yenə elə olaram kimi qorxular yaşamaq da doğru deyil. Bu da bu günə kimi yaşadığınız çətinlikdən irəli gəlir. Həssas birisiniz. Özünüzü qorxutmayın. əgər həyat davam edirsə, izin verin o gözəl davam etsin. Keçmişi ayağına qanqal etməyin. Bir az rahatlaya bilmək üçün psixoloq da müraciət edə bilərsiniz. Qapımız hər zaman açıqdır.

Leyla 2017-11-06

Salam həkim. Narahat edirəm bağışlayın\nMən 2ile yaxindirki ailəli yem. 1oglum var.yoldaşımla xarici olkede yaşayırıq. Ailə qurandan gəlmişik xaricə. Ama uşaq olduqda maddi cəhətdən çox çətinlik çəkdik.məni uşağı anasının atasının yanına yolladı bir muddəliyə. 7ay qaldım yenidən gəlmişəm. Mən gəlmekle işləri bağlandı yenə maddi sıxıntı çox oldu.məni yenə göndərmək istəyir. Ama qala bilmirəm orda.atası çox cetin adamdır. Özüdə bilirki cəmindirlər. Özü qalmır orda məni yaşadır. Mən 7ay zülüm çəkdim.depressiyadan çox çəki itirdim.indidən depresiyyadayam.neyləyəcəm orda.deyirəm yoldaşına deyir məni başa düş. Müvəqqəti döz. Ama dözə bilmirəm. Həmdə yoldasim deyəsən xəyanət edir.telə fonunda qadınların nömrəsi var.dedim ona mənlə dolaşdı. Qəbul elemedi.ayrı qalanda da mənlə kontakt qurmur.orda elə fikirləşirəm ki menə xəyanət edir.başqa qadınla yaşayır. Çıxılmaz vəziyyətdəyəm.bosanamazda istəmirəm. Sevirəm yoldaşımı. Uşaqda var.men istəyirəm ailəm bir olsun.uşağın psixologiyasını pozmaq istəmirəm\nAtasını tanısın onla oynasın falan istyrem uşağım xoşbəxt böyüsün. Özümü herşeyle günahlandıran. Mənə deyir mənlə ailə qurandan işləri alınmır. Pesman olub.deyir saxlaya bilmirəm get ailəmin yanında qal .Mən çox çıxılmaz vəziyyətdəyəm. Özüm sevib ailə qurmuşam deyə ailəmə deyə bilmirəm. HəmDe imkanları da yoxdur.qaynanam qaynatam bütün gün məni bezdirir. Ürəyimcə heçnə edə bilmirəm. Hələ qaynatası atasıda var.neyləyim Mən. İndi gedəcəyem deyə indidən depresiyaya düşmüşəm yemək yeyə bilmirəm. Uşaqla əsəbi davranan. Ürəyim sıxılır. Kömək edin neyləyim. Necə edim

Cavab:

Salam Leyla xanım. Yaxşı olardı ki, yoldaşınızla söhbət edəsiniz. Yəqin o düşünür ki, sizin onun yanına getməklə işlərinin gətirməməyi sizinlə bağlıdı. Axı bizim düşündə belə bir fikir var "ayağı düşərli deyil". Yaxud dediyiniz kimi həyatında başqa biri varsa onunla söhbət edin, dalaşmadan, günahlandırmadan. Bildirin ki, əgər bu baxımdan rahat olmağa görə sizi uzaqlaşdırırsa, bir neçə günlük çətinlik yaxud əyləncəyə görə həyatı boyu yanında qalacaq olan ailəyə, öz pvladlarına ziyan vurmağa dəyməz. 

Gul 2017-11-05

Salam Elnur bəy Mən çox esebi olmuşam son zamanlar hal hazırda hamileyem ama hamilelikden once bawlayib bu əsəb her şeye eseblewirem en coxda seliqesizliye \nSeliqesizlik goren kimi girib otaga yatiram gormeyim deyə \nBütün gunu yatmaq isteyirem qaranliq otaqdan çıxmaq istemirem yol gosterin mene

Cavab:

Salam Gül xanım. Səliqəsizliyin sizdə yaratdığı narahatlığın səbəbi nədir? Yəni siz səliqəsizlik gördüyünüz zaman nə hisslər keçirirsiniz ki, yatmağı ondan qaçmağı üstün tutursunuz.

samil agabey 2017-11-05

Salam men hemise mektebde sinifyoldaslarimin ustune qisqiriram bilmirem niye harden qardasimin da ustune qisqiriram niye beleyem?Elnur muellim

Cavab:

Salam Şamil bəy. Bunun niyəsini bilmək, müəyyən etmək üçün sizi öncə dinləmək lazımdır. Daha əvvəl psixoloq qəbulunda olmamısınızsa, sınamağınızda fayda var.

nesibe 2017-11-05

salam Elnur muelim 5-de oxuyuram siniyoldaslarim senile dost olmurlar men onlara her seyde onlara komek edited onlar menimle dost olmurlar niye ne eleyim?

Cavab:

Salam Nəsibə bala. Ola bilər ki, biz nəyisə düz etməyək. Öncəliklə gərək biz qarşımızdakıları dinləyək, tez fikir söyləməməyə çalışmalıyıq. Daha sonra öz fikrimizi ifadə edə bilərik. Əgər belə olduğu halda yenə belə bir problemlə üzləşiriksə, bu barədə valideynimizə xəbər etməli daha sonra isə psixoloqa müraciət etməliyik.

xedice 5-ci sinif 2017-11-05

qizlara bir soz deyende menimle dava edirler meselen :sinifyoldasimin cantasini basqa bir sinifyoldasim gotururur men deyirem ki canta sende idi deyir ki yox men goturmemisem yeni dava eleyir niye?

Cavab:

Salam Xədicə bala. Başqalarının işinə qarışmamalıyıq. Kim nə edirsə, özü bilər.

banu 2017-11-05

men sekili nece cekib gondere bilerem bir dine burada bir resept var oglum ucun yaziblar oxuya bilmirem hekimin y

Cavab:

Salam Banu xanım. Pasienti görmədən heç kəs dərman yaxud resept məsləhət edə bilməz, nə də resepti təsdiqlədə bilməz. Bunun psixiatrlarımız var. Buyurub müraciət edə bilərsiniz. 0552572700, 0124803629

Miran Nur. 2017-11-04

salam doktur men rusiyada yasayiram 2usaqim var 7yas 1yas tanimadigim aileye veribler boyuklerom meni o ailede qebul olunmuram 9il olmaqina baxmayaraq oqeder eseb kecirtmisem eseb mualiceleride almisam xeyri yoxdur ozumu tek hiss edirem kimlede daniasam basa dusmurler qelbime deyirler aqlayiram xais edirem mene komek edin\n

Cavab:

Salam Miran Nur xanım. Öncəliklə onlara məcburi verildiyiniz, tanımadığınız ailəyə verildiyiniz kimi fikirləri ağlınızdan atın. Bu belə olsa belə bunu düşünməyin. Çünki düşündüyünüz zaman adaptasiyanız da bir o qədər çətin olacaqdır. Yoldaşınızla isə münasibətin necə olduğuna diqqət edin.

Gülya 2017-11-03

Salam Elnur bəy. Mənim 6 ildir ki yoldaşım rəhmətə gedib, 2 qızım var. Hərdən onları böyütmək ,tərbiyə etmək mənə ağır gəlir, son vaxtlar onlardan bəzən istəmədən belə bezirəm. sonra peşiman oluram . son bir aydır ki başımda bərk ağrılar əmələ gəlib, beynim sıxılır. həyatdan çox yorulmuşam . uşaqlara görə güclə özümdə güc tapıb toparlanıram amma artıq getdikcə elə bil depresiyaya düşürəm. necə edim yenidən özümdə güc tapım?

Cavab:

Salam Gülya xanım. Üzərinizdə böyük məsuliyyət hiss etdiyiniz üçün siz məsuliyyətin ağırlığından bezirsiniz. Övladlarınızdan deyil.  Bu sıxıntılara görə ağrıların olmağı normaldır. Sıxıntı etməyin, övladlarınız üçün çalışın. Yaxın zamanda artıq onlar sizin üçün çalışıb, onlar məsuliyyəti öz üzərlərinə alacaqlar. Sadəcə səbr edin. Heç nəyi düşünməyin.

Meryem 2017-11-03

Salam.Hekim men sevib aile qurmusam lakin erim mene ele ilk gunlerde n cox soyuq davranib.geceler 2 de filan eve gelirdi dostlari ile mehellede dayanirdi ele bil 2 gundu evlenen adam deyil.Mene hec diqqet gostermeyib.9 illik evliliyimiz boyu bir defe meni qucaqlayib 5 deq divanda oturub tv ye baxmayub hec vaxt elimden tutmayib.uzr isteyirem yani hec bir diqqet gormemisem.ve demisem de deyib ki aevgi emelde olur dilde yox.defelerle bunq ehtiyacim olduqumu soyuduqunu sevgimin ged gede azaldiqini desemde hec deyisiklik olmayib.ozum qucaqlamaq isteyende de sen Allah kec sixiliram kimi sozler esidmisem.ustelik qaynana qaynata zulmlerine de meruz qalmisam.duzdu ailesine qarsi haqli olduqum teqdirde meni mudafie etsede ozu de cox eziyyetler verib anama qeder nomremi vermeyib.xestelenende hekime filan aparib amma dusunurem ki bu er kimi borcudu deye edib.emeliyyat olmusam ozu ailesi oturub divanda inildeye inildeye usaqa da baxmisa her sey de etmisem evde olduqu yorqun olmadiqi mezuniyyetde olduqu halda 1 stekan su bele vermeyib.ve netice etibari ile cox soyumusam.Sonra 1 il evvel qaynatamdan artiq hereketler hiss etdim yoldasima da dedim ola bilmez dedi.bildim ki hec kime hec ne subut ede bilmeyecem deye 2 ay sozde mene guya ata kimi nevazisine dozdum.amma o \"ata\" nevazishleri teklikde olurdu ve mene hec kim bilmesin deyirdi.dozurdum cunki inananim yox idi.amma ustdekini cixart altdaki paltarla daha qeseng gorunursen el qol atmalar bu kimi sheyler aciq aydin niyyetin bildirirdi.ozume nifret ede ede dozurdu m.ozumu bele inandirmisdim ki men sehvem o ata kimi yanasir.Sonda o ata esil niyyeti n ortaya qoydu .tecavuzden ozumu qurtara bildim duzdu.subut da etdim whatsapp da yalvaris sesleri vardi.axrinci defe oldu bir de etmeyecem hec kime deme bu seslerle yoldasima subut da etdim.indi danismiriq.ve yoldasim ailesinden bele zerbe alandan sonra men deyere mindim amma artiq o gozumden dusdu.Yalniz anadiyla gorusur.anasida erinin biqeyretliyin bilsede kecmedi ondan.Amma men arriq bu aileye nifret edirem.Indi o mene can deyende mene o qeder pis gorunur.ne mene qayqi ne diqqet gostermeyin hec ne menden cox uzaq olmaqin isteyirem.3 ovladim var.amma hec xosbext deyilem.erimin daim menden cox uzaq olmaqin isteyirem.mene toxunmaqin qayqisin sevgisin hec istemirem.ozumu mecbur etsem de hec 1 xosh soz davranis icimden gelmir.MENCE DAHA SEVMIREM.hemise dusunurem ki men aid olduqum yerde deyilem bunlara layiq deyildim.Cunki men ona cox yaxsi heyat yoldasi olmusam ister maddi ister menevi hemise destek olmusam.hec bir qadinin etmeyeceklerini etmisem.kesr emeliyyatina girmeye 2 gun qalmisa qeder aileme maddi destek olmaq ucun ishlemisem.cox sheyler etmisem.amma cox boyuk zerbeler vurdular.Ne etmeliyem?bir omur boyu usaqlarima xatir dozmeliyrn?yoxsa ayrilmaliyam?sevirem yoxsa yox.onu bele bilmirem.amma cay icmeyi bele mende eseb yaradir.Mene ne olar komey edin.

Cavab:

Salam Məryəm xanım. Bu hekayənin ardını da təcrübəmə əsasən mən sizə danışım. Yoldaşım əvvəl mənə diqqət göstərmirdi, sonra ailəsindən zərbə aldıqdan sonra sanki münasibət yenidən düzəlməyə başladı. Ancaq bu dəfə də mən ona əvvəlki kimi ola bilmirdim. Bir müddət mən soyuq davranmağa başladım. Soyuq davranıldığı zaman hiss edilənin nə olduğunu bilə-bilə soyuq davrandım, çünki içimdən gəlmirdi. Hər şeyi əsəb verirdi. Sonra yəqin yoldaşım da qarşılıq görmədən isti münasibət göstərməkdən bezdi, indi yenə eyni şeylər yaşanır, yenə soyuqdur evə gec gəlir. Bəlkə də həyatında başqa biri var. Necə edim ki, o yenidən mənimlə isti münasibət qursun?. Ümid edirəm ki, bu hekayədən sonra nə demək istədiyimi anlamısınız. Köhnə dəftəri bağlamağa çalışın. Orada yazdıqlarınız sizi ancaq incidəcəkdir. Nələr yaşandısa, unudun, daha doğrusu xatırlamamağa çalışın. Ağlınıza gəldiyi zaman indi rahatlığınızı düşünün. Və onu pozmayın.

Tehminə 2017-11-03

Salam men 7 ildirki nevroz deyilen xestelikden eziyyet cekirem.beynimde sadece kimise öldurmek hissi kecir ezab cekirem.öldurmek isteyirem.bezen ele hallar olurki..özumu gucle saxlayiram yoruluram.ölmek isteyirem canim yanir.neolar yaridim edin...Allah meni öldursun

Cavab:

Salam Təhminə xanım. Siz birinə hədiyyə verdiyiniz zaman, həmin şəxs sizə onu geri versə, bəyənməsə, kobudlasa xoşunuza yəqin ki, gəlməz. Allah da sizə bir həyatı hədiyyə verib. Necə sizi öldürməyini tələb edə bilərsiniz. Birinə qarşı belə fikirlərin olmağı yoluna qoyula biləcək pozuntudur. Psixoloqa müraciət etmək lazımdır. Bizimlə əlaqə saxlayın sizə yardım edəcəyik. 0552572700, 0124803629

Ayla 2017-11-01

Salam Men niwanliyam ama niwanlimi sevmirem ailedede herden prablemler olur men ancaq evden qacmaq kimi fikirler fikirlewirlewirem ne bilim herden olmek isteyirem ama intihar gunahdi deye etmirem her gun fikirli oluram ne edim nece edim deye sizce men ne etmeliyem?

Cavab:

Salam Ayla xanım. Nişanlı qalmaq üçün sizi nəsə məcbur edirmi? Fikirlərinizi dalaşaraq deyil, izahlı şəkildə çatıdırn bəlkə ailə sizi başa düşəcəkdir. Əgər ailə sizi anlamırsa, nişanlınızla məcbur nişanlanmağı yaxud onu sevmədiyinizi unudun. Bir insan kimi onu müşahidə edin. Sonra isə bunun birini sevmək üçün yetərli olub-olmadığını müəyyən edin.

Seadet 2017-10-31

Men,cox,sevirem,sevgilmi,hedsiz,derecede,qisqaniram,o,ise,qisqanc,deyil,xais,edirem,bir,yol,gosderin,men,onu,qisqanmayim

Cavab:

Salam Səadət xanım. Qısqanclığa səbəb özgüvənin aşağı olması və itirmə qorxusudur. Çalışın bunları bərpa edin.

Lale 2017-10-31

Salam Elnur bey. Men 3ildirki aileliyem. Yoldasimla aile tanishligi ile gorusmusuk, lakin bir birimizi sevib evlenmisik. Yoldasimin mene qarsi sevgisinden raziyam, amma bezi meqamlar varki ailesi bagli ile mene hec bir soz demir. Menden her shey gizledilir, qaynanam baldiz ve qaynata haqqinda hec ne demirler mene. Harasa gedirler yoldasimla birge. Mene demirler. Halbuki qAynanamla da her gun telefonla danishiram amma mene hec ne demir.menimle bagli olan her sheyi ise menden ve yoldashimdan maraqlanirlar. Bu yad munasibet deyim ya ne deyim bilmirem meni cox incidir. Cunki men yoldasima qarsi cox semimi davraniram. Amma bunu ondan gormurem deye soyuyuram(( mene bir meslehet vererdiz zehmet olmazsa

Cavab:

Salam Lalə xanım. Sizi narahat eden vəziyyət nə qədər qəribə görünsə də ciddi heç bir şey yoxdur. Sadəcə siz özünüzü yad kimi hiss edirsiniz deyə bu vəziyyət sizi sıxır. Əslində onlar sizi yad gördüyü üçün bunu etmirlər. Kim etsə də yoldaşınız dəqiq etmir. Siz də çalışın məsələyə bu yöndən baxmayın.

Anonim 2017-10-31

Salam her vaxtiniz xeyir olsun. Men 18 ildir ki, aileliyem:2 övladim var ve yoldasimdan 2 yaş büyüyem. Xahis edirem ki, mene kömek edesiniz. Heyat yoldaşımla dalasiriq. Basqasiyla mesajını tutmuşam. Onlarla yaxşi danışır, ama mene qarsi soyuqdur. O dereceye gelmişem ki, özüme qesd etmek isteyirem. Hec kesle de danışa da bilmirem. Eve gelende bizlerle maraqlanmir,bir söz sorusuram ama demek olmur, qisqirir tehqir edir ve söyüş söyür. Mehriban olmaq isteyirem ancaq onun soyuq munasibeti, basqalariyla mesajlari beynimden getmir. Aglayiram öz özüme danışıram. Kimse var elebil onunla sohbet edirem. Bosanmaq da istemirem. Çünkü cox sevirem,hem de getmeye yerim yoxdur. Üreyim doludu ureyim partlayir, ya aglayiram ya da ki özümle danisiram. Ureyimdekilerin bir hissesini size dedim. Usaqlarima bu hadiseler tesir edir deye evde cox danışa bilmirem. Xahis edirem ki mene yardım edesiniz. Yoldaşım çöle bayıra qoymur.Sizin yanınıza gelmeyi çox isteyirem, amma gele bilmerem. Bağışlayın uzun oldu. Danismaga cox ehtiyacim var. Sagolun

Cavab:

Salam xanım. Belə halda onunla nə dalaşın, nə də nəyisə izah etməyə çalışmayın. Onsuz da nə sizi dinləyəcək, nə də dediklərinizi anlamayacaq. Görünür komfortludur ki, sizin danışmağınız onun komfortunu pozur və ortaya hücumcu davranışlar çıxır. Etməli olduğunuz özünüzün komfort zonasını yaratmaqdır. Nə qədər sevsəniz də, ona möhtacmışsınız kimi davranmaqdan uzaq durun. Bunu ona hiss etdirməyin. Belə olduğu halda ortada itirmə qorxusu olmur. 

kainat 2017-10-30

men real ve yuxunu ayirammiram bezen ve bu tez tez bas verir sesler esidirem esyalarini neyese veya kimese benzedirem yuxuya getmek ucun basqa bir dunyada oldugumu ve sanki orda oyaq oldugumu gorurem ve eger bunu elemesem yuxuya gedemmirem bunun ucunde bezen yuxudan durmax isdemirem heddinnen artix cox yatiram 12 bezen 14 saat yatiram ve bunu heckime dye bilmirem

Cavab:

Salam. Mütləq şəkildə psixoloqa müraciət etməlisiniz.

Ayan 2017-10-30

Elnur məllim salam mənə kömək edin yoldaşım məni çox isdiyir amma içki icir qumar oynayır mən necə edim dözə bilmirəm necə ayirim

Cavab:

Salam Ayan xanım. Əgər nəsə edə bilirdinizsə, əmin olun indiyə kimi bunu siz özünüz çoxdan etmişdiz. Həmin şəxsin özü bizə lazımdır. Buna niyə görə qurşandığını müəyyən etmək lazımdır. Bunun cavabları isə ona verilən suallarımız sonrası bəlli olacaq. Yaxşı olardı ki, dəstək alasınız.

Gunel 2017-10-29

Salam.menim yoldasim eplepsiya xesdesidi.nervilidi tez tez meni davaya tehrik edecey sozler deyir ve soz sohbet olur.demek olarki her deyqe xirda bir sohbetden.sonra men cox uzulurem ruhdan dusurem yasamaq isdemirem.ona nese olacaq deye qorxuram pis fikirler aglimdan cixmir.mene komek edin nece davranim bu qorxularimi yenim onun sozune qarsiliq vermeden mehriban yasayaq

Cavab:

Salam Günel xanım. Əvvəla onu qeyd edim ki, epileptik xəstə ilə ailə qurduğunuz zaman onların psixologiyalarını araşdırıb oxumağınız doğru olardı. O zaman etdiyi hansı hərəkətin gözlənilən olub-olmadığını müəyyən edə bildiyiniz üçün davaya təhrik edəcək davranışlara baş qoşmamağı da bacaracaqdınız. Ancaq artıq görünəm odur ki, siz mənəvi cəhətdən neqativ köklənmisiniz. Bunun üçün psixoloqda olmağınızı məsləhət görürəm, bu zaman onun da psixologiyası sizə məlum olacaqdır. Daha sonra isə əmin ola bilərsiniz ki, sizin üçün daha asan olacaq.

nilayy 2017-10-29

Salam menim oglum 4 ayliqdi onunla sohbet edende yalanan oskurur ama habuko hec xesde deyil sizce niye ozunu ele gosderir

Cavab:

Salam Nilay xanım. Əgər uşağın yaşını doğru qeyd etmisinizsə, 4 aylıq uşaq bilərək belə bir davranış sərgiləyə bilməz. Ola bilər gülmək istəyir boğazında qıcıq yaranır. Vəziyyəti psixoloji yox, fizioloji dəyərləndirin və həkimə göstərin. Digər sizi narahat edən suallara görə uşaq psixoloquna müraciət etməyiniz daha doğru olardı.

Esma 2017-10-28

Salam elnur bey mende bele bir sey varvbir isi iki defe gorurem is goruremse meselen paltar yuyuram kimse ustune cixsa irde aparib yuyuram kimse mene deydi paltarimi deyisirem ne edimki qurtulum bugun ianca eve qapaniram usaga cox hirslenirem eli vurma bu seye eli get yu sen hec kes opmesin elin api rucqasindan tutma tutsa gerek yuduzduram bax bele ele seyler var yaza bilmirem netniyim

Cavab:

Salam Esma xanım. Bu Obsessiv-kompulsiv pozuntudur. Bunun üçün mütləq psixoloqa müraciət etmək lazımdır. Etdiyini bir çox şey sizi müvəqqəti rahatladacaqdır, ancaq tam həll yolu isə yalnız terapiya vasitəsilə aradan qaldırıla bilər.

qulas 2017-10-25 2017-10-27

Mene komek edin

Cavab:

Salam. Zəhmət olmasa sualınızı təkrar edin.

Miray 2017-10-27

Salam elnur muellim sizi narahat edirem ozume cox qapanoram ozumden asli deyil evvelerde olurdu size yazdim pencerden baxin hava alin soylemisdiniz indi ele halar yene davam edir ozumde bilmirem neyleyim usaqliqdan arzum hemse yazar olmak isdemisem muhit yasam tarzi engel olub bilmirem neyleyim ne meslehet gorerdiz yoldasimlada aramiz yaxsi deyil tekir edici sozler deyir goture bilmirem mende ona cavab qaytaram sonrada axri yaxca olmur eseblerim korlanib bilmirem cixis yolu evdekilerde meni gunahkar edir ozde islemir ona gorde soz sobet cox olur bir cox yolu deyin qabaqcadan tessekur edirem birde yazar olmak ucun nelere fikir vermeliyim

Cavab:

Salam Miray xanım. Yoldaşınızla probleminiz özünüzə qapanmağınıza səbəb olur. Probleminizin nədən qaynaqlandığını müəyyən edin və onu yoluna qoymağa çalışın. Bunun üçün psixoloq dəstəyi də ala bilərsiniz.

xeyale 2017-10-27

elnur bey salam. men cox deyiwik ruh halindayam ozumu yaxwi hiss etmirem tez tez ruh halim deyiwir icimden kimse idare edirmiw kimi hiss edirem ozumu ozumden fikirler qururub ona inanib ailemde prablemler yaradiram, intihar haqqinda cox duwunurem her kicik prablemde intihara dogru gedirem. yorgunlug hiss edirem her weyden her kesden. yawayib unuda bimediyim cox tramvalarim var ozumu idare ede bilmirem. bezen cox sessizbezen ise cox ses kuylu oluram. bi cumleyle nece olacagimi nece olmaliyam eslinde bunu bilmirem. nece defe caliwmiwam sizin qebulunuza gelim ama alinmiyib mene sadece duzgun ne etmeliyem hansi yola dogru getmeliyem onu demek lazimdir. ozumu lunaparkda anasini itirmiw uwag qeder yalniz caresiz ne edeciyini bilmez kimi hiss edirem.tek dua ALLAHim aglimi elimden alma deye dua etmekdi cunku 1 qizim var ve onun mene cox ehtiyaci var xahiw edirem mene ALLAHin icazesiyle komek edesiz

Cavab:

Salam Xəyalə xanım. Uşaqlıqdan qalan travmaların olduğunu vurğuladığınız, adətən belə hallarda psixoterapiya şərtdir. Və qeyd etdiyiniz digər hallar ciddi məsələlərdir. Mütləq qısa zamanda psixoloqa müraciət etməyinizi tövsiyə edirəm.

Gunayyy 2017-10-26

Elnur bey işimin smenle elaqeli oldugunu dedim.smenden cixib yata bimediyimi dediz yuxu rejiminiz pozulub.mende basqa narahatliqlarda olur.gece yatanda olmur ama geceden cixib gelib evde yatmaga calisanda ureyim baslayir cirpinmaga ele doyunurki elebil bu deyqe nese olacaq bogazim duyun kimi olur heyacan gelir mene buda meni yatmaga qoymur.axsam işde olmaliyam halbuki.evvel bele deyildim ama.son 3-4ayda bele olmusam.nevropatoloqa muraciet dşedib nevroloji mualice gotursem komey olarmi mene?

Cavab:

Salam Günay xanım. Bunlar panik atakla, həyəcan-təşviş pozuntusu kimi psixoloji narahatlıqlarının simptonlarıdır. Dəqiq diaqnoz üçün sizi bir az dinləməyimiz şərtdir. Köməyi olarmı olmazmı demədən öncə xatırladım ki, bu nevroloji deyil, psixoloji xəstəlikdir. Nevroloji müalicə sizi müvəqqəti rahatlada bilər. Özünüzə zaman ayırın və müalicə götürməyə diqqət edin.

cansu.. 2017-10-26

Salam elnur bes mene bir meslehet verin yoldawimla nece davranim menim yoldawi uzax yerde iwlir qaynimla. Qaynim telefonu olmadigi ucun yoldawim telefonu ile qizlarla yaziwir ve. Uzur isdirem. ifademe gore. men. Yoldawimi deli kimi qisqaniram. Mene wubheler gelir aglima sanki yoldawim telefondaki qizlarla daniwirmiw kimi ama her defe deyirki. Men tek seni sevirem menim onlarla elaqem yoxdu. Qeyd edimki subay vaxti hec sevgili olmuyub kimlese ama men ona whatsapda yazanda oxuyub yazmiyanda. Eseblewib qisqaniram. Ay kime yazirsan hansi qizi izleyirsen bu kimi sozler deyir her defede qisqaniram yaziwanda. Sonrada cavab gec yazanda aglayiramki niye oxudu yazmadi yarim saatdan sora. Fikirlewiremki goresen bu kimle daniwir ne edim men

Cavab:

Salam Cansu xanım. Yaxşı olardı ki, boş yerə belə hallara səbəb olacaq səbəblər yaratmayaq. Özünüz də qeyd edirsiniz ki, qaynınız bunu edir. Yoldaşınıza narahat olduğunuzu başqa tərzdə bildirin. Amma belə edərək əsla. Çünki o bunu etsə də siz həmin reaksiyanı verirsiz, etməsə də. O da bir gün düşünəcək ki, nə fərqi. Və xəyanət o zaman başlayacaq.

firuze 2017-10-25

salam. xais edirem mene komek edin. men ailemle hergun problem yasayiram onlar mene deyirler ki sen valideyinlerine qulaq asmirsan derslerini oxumursan hecbir yere gire bilmeyeceksen ve basqa seyler deyirler en coxda anam ve ESAS DA SIZDEN KOMEYIM ANAM MENE GUVENMIR INANMIR QIZ DOSTUMGILE GETMEYE QOYMUR GUYA MEN INAMIMI GUVENIMI ITIRMISEM men nece ede bilerem anamin atamin qardasim guvenini qazanim xais edirem ne edim ki men deyin coxxx xais edirem komek edin

Cavab:

Salam Firuzə xanım. Heç vaxt üsyan etməyin. Onların tələbləri ilə öz tələblərinizi sıralayın və hansının kimə niyə görə uyğun olmadığını müəyyən edin və ortaq yol tapın.

Gunayyy 2017-10-24

Salam Elnur bey.ne olar mene eyanide olmasa burdan komey edin meslehetlerinizle.menim işim smenledi.ele vaxt olur 12 saat iş rejiminde işleyirem.gece smenide olur.bir hefte gece bir hefte gunduz smeninde.men geceleri normal yatiram.amma gece smeni olanda işden yorgun gelirem bitkin ama gelki yata bilmirem.halbuki axsam yene işe getmeliyem.ama men 3-4saatda olsun yata bilmiremm.işim agir fiziki işdi.gozlerimi yumuram ele fikirler kecirki aglimnan hec onu adi halda men duşünmurem.Cox menasiz duşunceler meni yatmaga yuxuya getmeye qoymur.bu hefte gece smeniyem.gece 6 saata yaxin yatmisam axsam işde olacam isteyirem bayaqdan yatim 1-2saatda olsa alinmir.yuxu gelir gedir beyin oyagdi.men ne edim Elnur bey.Allah xatirine mene meslehet verin.işden cixmaqda istemirem ehtiyacim boyukdu.

Cavab:

Salam Günay xanım. Yuxu rejiminiz pozulub. Yaxşı olardı ki, təmiz hava almağa da diqqət edəsiniz.

Gunel 2017-10-24

Mene komek edin.meslehet verin.boeanmisam. uwagim var.aileli biri ile bir yerdeyem.onu cox sevirem. O da meni cox isteyir.buna eminem.ama arada basqa biri olur onu taniya bilmirem.sanki meni aldadir basqa biri ile ele duwunurem.and aman edir ki mrndrn basqa hec kim yoxdu heyatinda.bilmirem ki niye ona tam inana bilmirrm.ozumu subhrlerle uzmuwem.mene meslehet verin xahiw edirem

Cavab:

Salam Günel xanım. Ailəli biri ilə birlikdə olmaqla siz kiməsə ağrı verdiyinizi düşünürsünüzmü? Bunun qarşılığında necə siz sadiqlik gözləyə bilirsiniz? Kimdən nə tələb etdiyinizin fərqinə varın. Hər şeyin adını sevgi qoymaq doğru deyil. Bu qədər narahatlığınızı sonu olmayan nəyəsə həsr etmək yerinə sizə normal həyat tərzi verən nəyəsə sərf edin. O zaman belə narahatlıqlarınız da olmayacaqdır.

sevinc 2017-10-24

Salam Elnur bəy! Mən artıq sizə 1 dəfə yazmışam və siz də mənim xəstəliyimin panik atak olduğunu və psixoloqa müraciət etməyimi bildirmisiniz. Ancaq mən ailədə tək işlədiyim üçün və himayəmdə 4 nəfərin olduğunu nəzərə alsaq maddi cəhətdən sıxıntı keçirirəm. Özümdə həmin xəstəliklə əlaqədar işə getmək qabiliyyətimi itirməkdən qorxuram. Mənə güzəşt edə bilərsinizmi? Xahiş edirəm kömək edəsiniz.

Cavab:

Salam Sevinc xanım. Əgər müalicə olunmaqda dəqiq qərarlısınızsa, işin maddi tərəfini də unutmaq lazımdır. Əgər buna köklənərsək müalicədə effekt üçün özümüzü darıxdırmış olacayıq. O ki qaldı güzəştə buyurun. Qəbulda olarkən bunu xatırladın. Lazımı köməkliyi edərik.

nuray 2017-10-24

salam. menim sevgilim var ozumden 2 yas boyukdur ikimizde mektebliyik biz her saat ders arasi gorusuruk o ise her fursetde cekinmeden opur hetta furset demeyek her gorusende men icaze vermirem ama yenede opur bugun ise mene dediki sen meni op men opmedim ozu opdu sizden komek isteyirem ki buna icaze vermeliyem yeniyetmeyik ikizmizde onun 15 yasi menim 14 yasim var

Cavab:

Salam Nuray. Həyat hələ qabaqdadır. Bu kimi hallar üçün tələsməmək lazımdır. Yoxsa arada sevgi qalmaz. Hər şeyi olmasa da bu kimi halları valideynimizin gözündən dəyərləndirməliyik. Onların verəcəyi reaksiya nədirsə, tutmalı olduğumuz istiqamət də odur.

aysen 2017-10-24

elnur bey xais edirem nee komek edin cox cetindeyem

Cavab:

Salam Ayşən xanım. Buyurun narahatlığınızı qeyd edin.

Gulnar 2017-10-23

Salam Elnur muelim menim il yarimdi toyum olub.Indi iki ayliq hamileyem.Yoldawimin ailesi bawda meni istememiwdi sonradan raziliq oldu.niwan oldu.ele alindiki biz qacdiq.Uwag gec olurdu deye hamsi soz edirdi.bizbkirayede bawqa yerde qaldiq.rayonda yoldawimin iwi ile elaqedar.Ama ozum bawqa tayona gelin gocmuwem.Axirda meni o anasinin uanina apardi ora apardigi bir gunen artiq bu insan deyiwib.Mene alcaldici sozler deyir.Menede tesir edir mende ona yersiz kelmeler iwledirem.Bilirki hamileyem eseblewmek olmaz eksine edir.bir gun bu fikirde olur sabah bawqa fikirde bele bir varsa yoxsa anasi \n Bacisi uwagimi dunyaya getirmeyin menasi varmi bele bir insanla Omur surmeye deyermi elediylerin adamin bawina cirpir.mealehet verin xaiw edirem.

Cavab:

Salam Gülnar xanım. Belə halda məsləhət nəyi həll edər bilə bilmərik, ancaq hərhalda ortada əvvəldən yolunda getməyən nəsə var ki, bu gün bunlar yaşanır. Siz bu günə yox, lap əvvələ köklənin və qaynananızla danışmağa çalışın.

Göyərçin 2017-10-22

Salam. Sizə bir sualım var. Mən bir insana aşiq olmuşam. Amma bundan qurtulmalıyam. Onu uzun müddətdi görmürəm, bu sevgini öldürür deyirlər (hələ bir xeyri olmuyub). Sizcə necə qurtula bilərəm bu hisslərdən? Bir də ümumiyyətlə, sevgi və eşq eyni şeydi?

Cavab:

Salam xanım. Bundan niyə qurtulmaq istədiyinizi bilmək önəmlidir. Səbəb nədir?

Gunel 2017-10-22

Salam doktor.men 1 ay once gece yataqdan dehsetli olum qorxusu ile ayildim.tezyiqim qalxdi.nefes ala bilmedim.sanki bu deqiqe ya dilim qatlanacaq ya da olecem dusundum.basim agridi ureyim bulandi.sonra psixoloqa getdim dedi panik atakdi.psixoloqa getdim amna faydasiz yene ataklarim olur ve bu mebe ezab verir.imkanim yoxdu.ozumde xesteyem.mene guzest ede bilersiniz seanslariniz mene gore bahadir.xahis edirem komek edesiz.

Cavab:

Salam Günel xanım. Buyurun gelin veziyyeti burada mene vurğulayın size yardımcı olacayıq. 

Tamara 2017-10-22

Salam Elnur bey,4-ildl ailelĺyem lkl oglum var erlm mennen hec maraxlanmr evr gec gelr telefonda mesajlarlnl gorurem tez tez menl allatdlgnl dusunurem hemlse mene soyux davdanr biraz aclqlanan klml soyur.ne qeder nervlansamda onu qlsqansamda bldrmrem ona glzllnce agllyram bosanmaq da lsdemrem usxlara yazlglm galr anam glnde o qeder lmkanl yoxdu du usaxlarml ve menl saxlamaga\n.neynlylm men mene blr yol gorsratn xahls edrem\n\n

Cavab:

Salam Tamara xanım. Həyatınızın dəyərli günlərini yoldaşınızın sizə necə davrandığını saymaqla keçirməkdə yanlış etmiş olursunuz. Ola bilər əvvəlki kimi göstərdiyi diqqəti gözləyəsiniz, ancaq əksini tapasınız bu da problemə səbəb olsun. Odur ki, diqqət etməyin bu kimi hallara. Yoldaşınız soyuq davranırsa, sizlə maraqlanmırsa sizcə tək çıxış boşanmaqdır? Əlbəttə xeyr. Sadəcə çalışın birinci öz əhvalınız yüksək olsun ki, o da evə gəldiyi zaman sıxıntılı bir ab-hava sezməsin. Siz gizlində də ağlasanız deyə bilməzsiniz ki, gün ərzində özünüzü xoşbəxt kimi aparırsınız. 

leyla 2017-10-22

Menim aylem var uc evladim var amma men basqasini sevirem o ise subaydi xais efirem mene komek edesiniz ureyime soz kecirde bilmirem

Cavab:

Salam Leyla xanım. Kömək istədiyiniz elə bir şeydir ki, bu tamamilə sizə bağlıdır. Onun subay olduğunu unudun. Belə olduğu zaman siz hələ də bir ümidin olduğunu düşünürsünüz. Böyüməkdə olan övladlarınıza verin diqqətinizi. Kimin hələ də subay qalıb qalmamağına deyil və əmin olun ki, yaşadığını bu hiss sevgi deyil. Yoldaşınızla boşluqlarınızın nələr olduğunu müəyyən edin. Və onu digərləri ilə müqayisə etməyin.

sara 2017-10-21

salam men nisanlimla aramda problem yasadim bugun o mene cox pis cumleler qurdu mende cox qirildim o kelmeye gore..neticede whatsapimi sildim telefonumu sondurdum gunahini anlayar deye amma hemise gunah sevdiyim oqlanda olsa bele men ilk addim atmisamki herseye gore dava etmek olmaz guzeste getmisem elnur bey men onunla nece davranimki oda oz sehflerini anlasin men cox caresizem ne etsem bele o oz gunahini anlayib menden uzr istemir \n

Cavab:

Salam Sara xanım. Öncəliklə onu qeyd edim ki, bu kimi hallarda verdiyini reaksiya yanlışdır. Elə ona görə də səbr edə bilməyib ilk addımı atan da siz olursunuz. Nəsə xoşunuza gəlməyə bilər, ancaq buna görə hesabları silmək, telefonu söndürmək və s kimi çox da diqqətə alınan hallar deyil. Çünki telefonu söndürürsüz sonra da onsuz da yandırırsız. Yandırmasaz da peroblem deyil istəsə sizi tapacaq. Xoşunuza gəlməyən telefon işlətməyiniz deyil, onun davranışıdır unutmayın. Ona görə hər şey olduğu kimi davam etdiyi halda ona bir reaksiya vermək yəni reaksiya verməmək lazımdır. 

fatya 2017-10-21

bir kişi ilk danışmasında cinsi elaqeden danışarsa ona ne ad vermek olar sevgi yoxsa

Cavab:

Salam Fatya xanım. Yaxşı olardı ki, bu məsələyə ad verməyə çalışacaq qədər onu dəyərli bilməyin.

Reksane 2017-10-20

salam sizden komek isteyirem menim yoldasim hec vaxt mene qulaq menen maraklamir men buna cox pis olam esla dava etmeyi sevmire ancaq oz ozume cox pis olam ele hal catmiwamki bir weye eseblewen kimi gozlerimde yaw axir sizde xayiw edirem mene komek edin neneyimki heyat yodawim men qarwi davraniwlarini duzeltsin

Cavab:

Salam Rəqsanə xanım. Əvvəlcə özünüzə sual verin, nə baş verdiyi zaman sizin nəyəsə, kiməsə marağınız itir yaxud itə bilər. Cavabları isə sıralayın.  Qeyd etdiyiniz cavabların hansının sizdə olduğunu, yəni hansıları özünüzün yoldaşınıza qarşı etdiyinizi çıxarış edin. O zaman hər şey sizə aydın olacaqdır.

Solmaz 2017-10-20

Salam.Mən 14 yaşındayam ictimai yerdə çıxış edərkən həyəcanlanıram və bu zaman gözlərimdən yaş axır.Nə qədər çalışıramsa,bunun qarşısını ala bilmirəm.Nə edim ki, bu hal məndə olmasın?

Cavab:

Salam Solmaz bala. Bu qədər daxildən özümüzü sıxmaq doğru deyil. O auditoriyada, ictimai yerlərdə bizdən çox bir neçə insan var. Hamısı da çıxışını edir. Ağlamaq nəyə gərəkdir? Əksinə ağladığımız zaman biz diqqət mərkəzində olmuş olarıq. Bu vəziyyəti valideyninə bildir və psixoloq dəstəyi almağa çalışın.

memmed 2017-10-20

Oğlum pis yola düşüb ne ede bilerem?\n

Cavab:

Salam Məmməd bəy. Oğlunuzla ünsiyyətiniz normaldırsa, bunu onunla onu narahat etmədən danışa bilərsiniz. Əgər verəcəyi reaksiyanı bilirsinizsə, söhbətinizin baş tutacağına inanmırsınısa, o zaman bunu psixoloqla həll etməyinizi tövsiyə edirəm.

Güllü 2017-10-19

Salam Elnur müəllim. Mən ailəliyəm. Qaynana qaynata baldızımla birlikdə yaşayıram. Evdəkilər bütün günü bizlə ən çox da mənlə ev davası aparırlar biz tikmişik evi tək yaşamaq istirik. Yoldaşım da qalır belə tək oğuldu sora deyəcəklər valideynlərinə baxmadı. Nə qədər mehriban davranıram xeyri yoxdu bütün günü iynəli sözlər deyir adamın qəlbiylə oynayırlar. Bilmirəm neyləyim dözə bilmirəm ta

Cavab:

Salam Güllü xanım. Ev davası edilirsə, bu həm sizə, həm yoldaşınıza aiddir. Yox əgər siz bunun ən çox sizə yönəlik bir şey olduğunu vurğulayırsınızsa, deməli məsələ tam olaraq ev deyil. Etməli olduğunuz isə xüsusi olaraq onların suyuna getməkdən daha çox özünüzü ailənizə verməyinizdir. Əgər sıxıntı yaşayırsınızsa, bunu yoldaşınızla paylaşın, ancaq paylaşarkən heç vaxt bunu deyinərək, şikayətlənərək etməyin.

Anonim 2017-10-19

Salam hekim məndə uzun illərdir obsessiv-kompulsiv pozuntu xəstəliyi var.Hərdən öz özümə mənasız hərəkətlər tekrarlar edirəm.Ən çoxda bir şeyi edərkən orda yaxınlarıma ən çoxda anamla bağlı içimdən istəmədən boş fikirlər gələndə (Məsələn: anam ölsün ve s) mən həmin hərəkəti tekrar edirəm ki boş fikirsiz alınsın o hereket.Hər defə olmur amma bəzən özümdən asılı olmayaraq edirəm Hətta alınana qədər edirəm. Bunu kompulsiv hərəkət olaraq adlandırmaq olar mı yoxsa tamamile cəfengiyyatdir ? Hal hazırdada həmin veziyyətdəyəm israrla hansısa sözü \"boş fikir gelmeden tekrar etməyə çalışıram.Ele bilirəm mən istəyən kimi tekrar etməsəm anama nese olacaq ve mən günahkar olacam.Heqiqəti bilirəm mənasız dı amma etsəmdə etməsəmdə boş fikirlər meni narahat edir mədəmdə ağrı var hal- hazırda.Heç cüre reallığı qebul etmir beynim Sizce mende OKP den başqa bir xestəlikdə ola bilər mi ? Sizdən xaiş edirəm mənə tutarlı bir cavab verin təşəkkürlər.

Cavab:

Salam. Bəli bu Obsessiv-kompulsiv pozuntudur. Təkrarlanan hərəkətlər və sayrışan hallar. Mütləq şəkildə psixoloqa müraciət etməyinizdə fayda var. Bu kimi obsessiyalar qarşısında heç nə etməmək gedişatın yaxşıdan çox pisə getməsinə səbəb olacaqdır. Bizimlə əlaqə saxlayın sizi qebula yazacaqlar. 0552572700, 0124803629

aysun 2017-10-19

Salam. Ne yaxwi ki varsiz. Siz olmasaz meni bawa duwen olmaz. Demeli men yoldawimla bagli yazacam yoldawim 1989 men ise. 1996. Menim yoldawim turkiyede iwleyir lakin. Cox diqetcilsizdi. Telefonda seni sevirem sensiz darixiram deyir ama. Bir maraglanmirki ne geyinirsen usagim ne yeyir ne geyinir. Qaynanam gil bir wey deyende. Al deyirler pul qurtardi. Yoldawim pul gonderir. Deyirem qaynanam paltar al deyir pul yoxdu habuki yoldawim gonderib yoldawima her defe bawa saliramki. Sevirem demekle iw qurtarmir qadin. Diqqet isdir ama onda yoxdu anasi atasi puldan soruwanda deyir narahat olma gonderecem ama men nese isdeyende yola verir

Cavab:

Salam Aysun xanım. Ola bilər hazırda diqqəti yayınıq olsun. Fikir verin hisslərini bildirir, ancaq tətbiqə baxanda ortada tutarlı heç nə yoxdur. Sanki çox məşğuldur, yorğundur, ancaq hisslərini ifadə etməli olduğunun fərqindədir. Bəlkə də buna görə deməyə sözü boldur, ancaq tətbiqə gələndə əksini edir ya da heç nə etmir deyək. Bu barədə onunla telefonda danışmaq heç nəyi həll etməyəcək. Sadəcə xoş xəbərlər verin. Hər danışdığınızda ya diqqət, ya da maddi nəsə istəsəniz ona sizinlə danışmaq da maraqsız gəlməyə başlayacaqdır. Onu sıxışdırmadan söhbət edin. Fikirlərinizi bu əsnada bildirin.

Aytac 2017-10-19

Salam bağişlayin narahat edirem.Menim 18 yaşim var bir arzum variydi polis olmaq..Arxamda durmadi atam.Ve men bu azuma öz gucumle catmaq istedim olmadi.Daha her wey mene menasiz gelir..Nefes almaq bele..Meqsedim yoxdur daha,olmur başqa hecne istemirem.Ne var -døvlet ne de xowbextcilik.Yawamaq menasiz gelir.Bele yawamaq olmur.Bunun ölumden bawqa caresi varmi?

Cavab:

Salam Aytac xanım. Bəzi arzular var ki, onlar uşaqlıqda ağlımıza gəlir və böyüdüyümüz zaman da biz ondan bəhrələnirik. Bəzi arzular var ki, onlar bizi inadlarımıza çevrilir. Çünki bizim üçün real olmayan uşaqlıqda ağlımıza gəlir və biz bunun fərqinə varana kimi valideyn müdaxiləsi olur deyə biz heç vaxt doğru olanı görmürük. Düşünürəm ki, sizdə də belə olub. Ancaq yenidən başlamaq üçün yetəri qədər gənc yaşımız var. Ancaq bilməyinizi istəyərdim ki, itirdiyiniz heç nə hələki yoxdur. Ancaq bu gün ayağa qalxıb addımlamasaq bax bundan sonra xeyli geriləyə bilərik. Odur ki, artıq toparlanmaq vaxtıdır.

Nicat 2017-10-17

¤¤¤Elnur emi çox sağolun məsləhətlərinizə görə mən həm pisxoluqa müraciət etdim və öz üzərimdə işləyirem bunun mən olduğuma inanmırlar¤¤¤

Cavab:

Salam Nicat bala. Psixoloqa müraciət etmək uğurlu addımdır. İnşallah təkrar müayinədə səninlə görüşərik.

Aylin 2017-10-17

Bas agrisi siddetli ve qollarda keyime olur

Cavab:

Salam Aylin xanım, psixoloji olaraq bunu somatik ağrılar kimi dəyərləndirə bilərik. Bioloji heç bir narahatlığımız yoxdursa, psixoloqa müraciət etməyinizdə fayda var. 

GULNAR 2017-10-17

Salam Elnur bey nisanlim mennen insdaqram acmaqi isdediyini bildirdi isiyle baqli video carxlar izlemek ucun amma men razi olmadim oda normal qarsiladi sizce razi olmamaqda yalnismi ettim amma mene o tipli sosial sebekeden isdifade etmeye icaze vermir o mene guvenini qiracaq hesne etmeyib amma men ara sira bir hiss yasiyiram bu ona qarsi guvensizlikdimi yaxud itirmek qorxusudurmu o sexsi heyati ile baqli butun qerarlari hemise menimle meslehetlesir\n

Cavab:

Salam Gülnar xanım. Əgər bir qərar verirsinizsə, sonradan bunu sorğulamayın. Düzdür, götür-qoy etmək yaxşı bir şeydir, ancaq hər zaman bunu etmək yanılda bilər sizi. Əgər bu sizin komfortunuzu qaçırırsa, sərt yox istəmədiyinizi bildirəcək neytral cümlələr qura bilərsiniz. 

Royal 2017-10-17

salam Elnur bey gun erzinde kefsiz halsiz bikef fikirli diqqetsiz olmaq nedendi... onceden tesekkurler

Cavab:

Salam Royal bəy. Bunun bir çox səbəbi ola bilər. Yaşadıqlarınız barədə çox məlumatım olmadığı üçün diaqnoz qoymaq doğru olmaz. Müayinə zamanı diaqnozu dəqiqləşdirmək mümkündür.

Anonim 2017-10-15

Salam. Sizdən bir şey soruşmaq istəyirdim. Mən qardaşımdan böyüyəm və onun 18 yaşı var. bu yaşda olan oğlanda bipolyar pozuntu ola bilər ? Mənim qardaşımda uzun müddətdir ki qəribəlik hiss edirdik. bir neçə ay çox şən olurdu lazımından artıq. Bizə qəribə gəlirdi, çünki yersiz zarafatlar edirdi və bir-biri ilə əlaqəsi olmayan cümlələr qururdu. Nəsə söhbət edəndə dəxlisiz bir söz deyirdi və gülməyə başlayırdı. Daha sonra isə çox sakin olurdu və yerindən çıxmaq istəmirdi. gecələri ağladığını eşidirdim. Evdəkiləri nə qədər xəbərdarlıq etsəm də bir nəticə vermirdi. Anamda arada mənə bu niyə belə özünü çox qəribə aparır falan deyirdi, ancaq yenə də özlərini bunun qardaşımın xarakteri olduğuna inandırmağı seçmişdi anam və atam. 2 həftə bundan əvvəl səhər yuxudan durduq və qardaşımı oyatmağa getdim ki, bəs dur universitetə gecikəcəksən. Gördüm mızıldaya-mızıldaya qalxdı, üzümə baxdı və ağlamağa başladı. Bilmirəm necə deyim sizə. Yəni mənim anam ölsə (allah etməsin) elə ağlaya bilmərəm. Çox qeyri-adi bir ağlama idi. Sonra mənə qardaşım nə olar kömək et mənə. Səslər eşidirəm. Mənə deyirlər hamısı sənin günahındı. İnsanlar mənə görə özlərini öldürürlər. Axı niyə mənə görə insanlar ölür. Mən ölməliyəm dedi. Mən çox şok oldum. dəqiqələrlə üzünə baxdım. Əlim-ayağım əsdi, nitqim tutuldu. Sonra vəziyyəti aydınlaşdırmaq üçün suallar verdim, amma cavab verəcək heyi yox idi. Gözlərində elə ümidsizlik görürdüm ki, sanki 18 yaşı yox 90 yaşında ölüm ayağında bir qoca idi. Elə həmin gün onu bir psixiatra apardım pisindən-yaxşısından randevu götürüb gözləyəcək vaxtımız yox idi. O dedi ki, diaqnoz qoymaq üçün tezdi, ancaq depressiyada olduğu aşikardı və bir dərman yazdı. Onu aldım, lakin onu qəbul etdikdən 3-4 gün sonra yenidən anormal bir şəkildə əvvəlki şən vəziyyətinə qayıtdı. Hətta əvəlindən belə anormallıqda sevincli idi. Mən çox narahatam. Özümdən diaqnoz qoyub ağıllılıq etmək istəmirəm, ancaq bu hərəkətlər bipolyarın simptomlarına çox bənzəyir. Məni ən çox maraqlandıran bizim ailəmizdə, qohumlarda mental bir xəstəlikdən əziyyət çəkənin heç olmamasıdır. Belə bir xəstəliyin 18 yaşlı bir oğlana təsadüf etməsi mümkündürmü ? (Uzun yazı üçün üzr istəyirəm)

Cavab:

Salam, psixoloji xəstəliklər elədir ki, oradakı bir neçə simptomu görmək mümkün olur, ancaq bu diaqnozu dəqiq qoymaq üçün səbəb deyil. Pasiyent müşahidədə olmalıdır. Müayinə şərtdir. əgər qulağına səs gəlirsə və belə əhval dəyişikliyi yaranırsa, mütləq ona psixoloq dəstəyi lazımdır. Yalnız dərmanla müvəqqəti rahat ola bilər, ancaq həll yolu deyil. Bizimlə tez bir zamanda əlaqə saxlayın biz ona mütləq ki, yardım edəcəyik 0552572700, 0124803629

surac 2017-10-15

salam elnur muellim.men tez tez eseblewib,ozumden cixiram.istemeden kiminse xetrine deyirem.bu ne ile elaqadardir

Cavab:

Salam Surac. Bunun nə ilə əlaqədar olduğunu demək üçün sizin barədə çox az məlumata sahibəm. Səbəbi müəyyən edilməlidir. Ondan sonra diaqnozu qoymaq da mümkün olacaqdır. Mütləq ki, ürəyimizcə olmayan nəsə var ortada. Onun nə olduğunu aydın etmək lazımdır.

Nicat 2017-10-13

Men 14 yasindayam ve ozumu agir aparabilmirem muelimlerim menden sikayetcidiler amma men yaxsi oxuyuram Dostlarimla sitlik edirem

Cavab:

Salam Nicat bala. Əgər bu özümüzdən asılı olmayan bir şeydirsə, hətta müəllim acıqlandığı zaman da biz bunun qarşısını ala bilmiriksə, bir psixoloqa müraciət etməkdə fayda var. Ancaq dostları gördüyümüz zaman dərsi qarışdırırıqsa, müəllim acıqlanırsa və bunu dayandıra biliriksə, sadəcə bir az diqqət etməliyik. Dərk etməliyik ki, bunun üçün zatən tənəffüs var. O bunun üçün tərtib edilib. Uğurlu adam olmaq istəyiriksə, bu gün idarəyə özümüzdən başlamalıyıq.

Xalide 2017-10-13

Axsmınız xeyır Elnur muellim. Meslehet vermeyınızı ıateyırdım zehmet olmasa problem qaynanamdır. Oglunu qısqanır ayrı yasayıq ısteyırkı ondan asılı olaq her seyı buna meslehet edek ama yoldasımdan cekınır ona gore cox mudaxıle ede bılmır . Menım uzerıme defelerle sher atıb ama ısteyıne naıl ola bılmeyıb . Yalanı uZe cıxıb ozu pıs olubdu. Bılıremde menden xosu gelmır. Men onubla aramda olan seylerı cox vaxt yoldasıma demırdım sonradan vaxt kecdı yalabların ustume atdıgı serlerı bıldı . I dı ona deyendekı bes bele bele olub deyırkı hamı tanıyır onu bılır xasıyyetın yola ver getsın defelerle deyır fıkır verme ama elde olmur esebı oluram ve gırsını yoldasımdan cıxıram melehet verın zehmet olmasa. Baxara bılmırem men daha qaynanamın bu xasıyyetı ıle .

Cavab:

Salam Xalidə xanım. Əslində onun sizinlə şəxsi heç bir problemi yoxdur. Hətta daha dəqiq desək sizinlə şəxsi heç bir tanışlığı da yoxdur. O sizi hazırda "oğlumu məndən alan kəs" olaraq qəbul edir. Sizin adınız gələrkən onun ağlında canlanan sadəcə budur. Deməli nə etməliyik? Özümüzü sıfırdan, yenidən ona tanıtmalıyıq. Sizə etdiklərini sizə qarşı rəftarını kənara qoyun. İlk dəfə tanıyırmış kimi ona yaxınlaşın. Jestlər edin, öncəliyi ona verin. Hər şeyi ondan soruşmağınızı, məsləhət etməyinizi istəyirsə, edirmiş kimi edin. İstədiyini ona verməyiniz qorxmayın fəsada yol açmayacaq. Ancaq diqqətli olun baxır hansı mövzularda. Bir böyük kimi mütləq müraciət edin. Sizə pis rəftar etdiyi zaman rəfiqənizin bunu etdiyini düşünün. Nə edərdiniz? Səbəbini anlamağa çalışıb, aradan qaldırmaq üçün çalışardınız. Eynilə indi də bunu edin.

niyarrr 2017-10-12

Salam men cox esebiyem menim balaca korpem var. O. Yatmiyanda. Eseblewirem meselen gece tez tez durur. Yatizdiram yatir bawimi qoyuramki. Yatam. Yuxum qacur ve. Eseblewiremki. Niye gore menim yuxum qacdi. Niye beleyem

Cavab:

Salam xanım. Sizcə gecə körpəsi oyanan tək ana sizsiz? Bu bütün valideynlərin probleminə çevrilib, ancaq ana olmadan öncə analığın zatən bu kimi hallardan uğurla başa çıxmaq olduğunu hesaba qatmaq lazımdır. Madam ki, biz bunu hesaba qatmadan ana olmuşur, bu gün bu kimi sıxıntılara qarşı həssaslığımız da elə buna görədir. Öncəliklə dərin bir nəfəs alın, həmin o körpənin çox balaca olmasına baxmayaraq dünyada ən böyük statuslardan sayılan Ana statusunu sizə qazandırdığını düşünün. Görün necə o balaca olmasına baxmayaraq sizə ad qazandıra bilib. Hələ bu ilk statusdur. Hələ nə qədər adlar qazandıracaq. Ancaq bu statusların ardı üçün ona sağlam həyat lazımdır. Ki sağlam deyildikdə sadəcə bioloji sağlamlıq deyil, daha çox mənəvi psixoloji sağlamlıq nəzərdə tutulur. Hər şeydə ilk öncə bunu düşünərək özünüzün rəftarını dəyişdirin və cilovlayın.

Sevinc 2017-10-12

Salam Elnur muellim ,, men 3 ildi aileliyem 1 ovladım var yoldasım cox sukur yaxwıdır ama duygularını hısslerını ıfade ede bımır utancagdır , bu utancaqlıq mendede var . Her qey qadından aslıdır mende utancaqlıgımdan el ceke bılmırem adı ıwe yola salabda uzunden bele opmeye cekınırem ele bılırem eseblewecek ve yaxud nese panıka oluram buda mene ezıyet verır, adı sevırem sozun demeye cekınırem, dıfer terefden duwunuremkı o mese dese sevırem mende xesaretlenıb ona deyerem amma oda utanır meslehet verın zehmet olmasa ındıde cox tesekkur edırem sıze

Cavab:

Salam Sevinc xanım. Qeyd etdiyiniz kimi işə yola salarkən ürəyinizdən keçən cürə yola sala bilməməyinizi onunla danışa bilərsiniz. Bir gün oturun və qarşılıqlı söhbət edin. Ondan çəkindiyinizi xoş söz desəniz qışqırmağından qorxduğunuzu bildirin. Yoldaşınız verəcəyi cavablarla özü sizi terapiya edəcəkdir.

Nuray 2017-10-12

Salam Elnur muellim.Bagiwlayin.Men 11ci sinifde oxuyuram.9aydan sonra imtahan verecem.Men sinaqlarda 300bal yigiram.Lakin sosiologiyanin bali 473du o bali yiga bilmirem.Pulluya girsem evdekiler meni oxutdurmuyacaq gucleri catmir buna.Caliwiram o bali yigim.Amma mene hec kim inanmir deye artiq hevesimi oldururler.Men ne edim?

Cavab:

Salam Nuray bala. Öncəliklə "o balı yığmasam evdəkilər məni oxutdurmayacaq" fikrini ağlından çıxar. O oxumaq sənə evdəkilər səni oxutsun deyə yox, sən o bala layiqsən deyə, ona gücün çatır deyə lazımdır. Sadəcə bunu düşün. Zəif nəticə zamanı alınmayacaq demə, bu dəfə alınmaya bilər, gələn dəfə mütləq alındıracam de. Uğurlar sənə.

anonim 2017-10-12

Salam Elnur bey.Avqustun 28i size yazmlşam.Helede cavab gözleyirem.Cavab yazln xahiş edirem

Cavab:

Salam. Zəhmət olmasa sualınızı təkrarlayın. 

Jalə 2017-10-12

Salam Elnur bəy ilk sizden artıq derecede xaiş edirem sualımı cavablandırasınız çunki çıxılmaz vezyetdeyem iki uşağım var 25 yaşım var birinci onu deyimki mən uşaqlıqda çox stres keçirmişem Atam içən olub Anama şidet uyquluyub və mən çox qorxurdum Anama nəsə edər Anama çox bağlı olmuşam indi isə məndə belə bir şey var beynimden fikiri ata bilmirem keçən ili Atam Anamnan yenə zorakılıq etdi və Anam qaçdı qohumumuz gilə və hər dəfə mənə zəng edirdi Anamı hədəliyirdi və mən bundan çox stres keçirdim İndi isə Anam yenə barışıb her defe Anamnan danışanda Atamın ona qarşı necə olduğunu soruçuram deyir yaxşıdı amma mənim beynimden fikirleşirem ki o yenə elədi və bu fikir beynimden çıxmır sizden artıq derecede xaiş edirem mənə məsləhət verin mən iş görəndədə beynim elə bilirem yuklənib fikirlər çıxmır tv baxıram fikirim başqa yerde olur sizden çox xaiş edirem mənə kömek edin bilirem deyeceksiz psixoloqa gedin gedede bilmerem çunki imkan yoxdu yoldaşımda herbiçidi mənə məsləhət verin

Cavab:

Salam Jalə xanım. Hər nə qədər valideyniniz də olsa bu onun həyatıdır. O artıq atanızı bu cürə qəbul edib və xoşbəxt olmasa da rahatlığı onun yanındadır. Çox pik həddə olduğu zaman çarəni qaçmaqda görür. Ki bunu bacara da bilir. Ancaq sonra geri dönür. Dönərkən həm gözə alır, həm də nə qədər şiddət görsə də darıxdığı adam o olur. Düşünürsünüzsə, çarəsizlikdən məcburən orada qalır bunu onunla dəqiqləşdirin. Beyninizdəki narahat fikirləri tamamilə kənara qoyaraq onun verdiyi cavablardan səmimiliyini anlamağa çalışın.

nigar 2017-10-11

Salam menim oglum 4 aylikdi yatan zaman aniden cirpinir sanki komek isdeyir ve men tez onu yuxudan oyadiram bu deferlerle olur neden ola biler

Cavab:

Salam Nigar xanım. Allah saxlasın. Yaxşı olardı ki, uşağın öz həkiminə bunu bildirəsiniz və nevropatoloqa müraciət edəsiniz. 

Polad 2017-10-10

Salam. Mən heç kimə qaynayıb qarışa bilmirəm. Bütün söhbətlər mənə mənasız gəlir, bilmirəm bir söhbətə necə qoşulum. Bu xəstəliyin adı nədir, müalicəsi varmı? Həyatım boyunca çox problemlər yaradıb bu mənə \n(kiçikliyimdən bəri belə olub, yoxsa genetikdir?)

Cavab:

Salam Polad bəy. Ola bilər həyatdan hələ tam olaraq nə istədiyinizi bilmirsiniz, məqsədləriniz yoxdur. Çalışın bunları dəqiqləşdirin. Çoxlu mütaliə edin. Gəzin, araşdırın, zehninizi təkmilləşdirin. Bir çox maraqlı bilgiyə sahib olduğunuz zaman insanlarla bunu bölüşməyə can atacaqsınız.

nuray 2017-10-10

bezi vaxtlarda ele bil ureyim darixir nefesim kesilmis kmi olur ehvalim olmur cox vaxt tsekkurler

Cavab:

Salam Nuray xanım. Gözlənilməz anda bu halların baş verməsi Panik atakdır. Əgər bu yöndə dəstək almırsınızsa, psixoloq dəstəyi almağınızda fayda var. Keçmiş olsun.

sevinc 2017-10-09

salam Elnur bəy. mənim 49 yaşım olacaq. mən 5-6 ildir həkimləri gəzməkdən, analiz verməkdən yorulmuşam. Amma heç nə çıxmır. hansı həkimə gedirəmsə müalicə yazır. edirəm amma heç bir xeyri yoxdur. Mən gecələrdən qorxuram. Çünki, bütün ataklarım gecələr gəlir. ürək döyüntüsü. təzyiq çox qalxır. mən yeni atakın gəlməyini gözləyirəm və tək qalmağa qorxuram. Depressiyaya düşürəm və arıqlayıram. Fikir eləyirəm. Öləcəyimi fikirləşirəm. İndi artıq bilmişəm ki, mənim xəstəliyim panik atakdır. Xahiş edirəm mənə deyəsiniz mən hansı həkimə müraciət etməliyəm? Əvvəlcədən minnətdaram.

Cavab:

Salam Sevinc xanım. Bəlkə də sizə sevincli bir xəbər bu olacaq ki, sizin vəziyyətinizin dəqiq diaqnozu panik atakdır. Ən çox gecələr rast gəlinən bu ataklar ölüm qorxusundan tutmuş hər an nəsə olacaq qorxusunu insana hiss etdirir və kəskin baş dönmələri, ürək bulanma, nəfəs darlığı kimi bir çox sıxıntılara da səbəb olur. Etməli olduğunuz zaman itirmədən 0552572700, 0124803629 nömrələrinə müraciət edərək psixoloq qəbuluna yazılmaqdır. Allah hər birimizə şəfa versin.

Zeynəb 2017-10-08

Ərimin başqa qadınla smsini tapmışam nə edim?

Cavab:

Salam Zeynəb xanım. Qadın üçün çətin bir vəziyyətdir. Ancaq indi mesaja görə onunla dalaşsanız, heç bir nəticə verməyəcəkdir. Ən uzağı bir daha etməyəcəm deyərək bir müddət sonra yenidən təkrarlamağa başlayacaqdır. Yaxud da sizin yerinizin başqa olduğunu deyəcəkdir. Deməli etməli olduğumuz bu mesajı tutmamışdan əvvəl nə edirdinizsə, etməyə davam edirsiniz, onunla bərabər nələr çatışmırdısa, onları müəyyən edib doldurmağa çalışırsınız. Öncəliklə başlayın özünüzdən, daha sonra ailənizdən. Özünüzə zaman ayırın. Ancaq bu təkcə baxımlı olmaq mənasına gəlmir. Gün ərzində mütləq sadəcə özünüzə ayıracağınız heç olmasa bir saatınız olmalıdır. Öncə öz gücünüzün fərqinə varın, daha sonra hər şeyə qarşı gücünüzü də hiss edəcəksiniz. Çarəsiz deyilsiniz, çarə sizsiniz.

Anonim 2017-10-07

Salam Elnur bey,men son bir ildi depressiyadan çixa bilmirem daimi xeyallar içinde oluram,keçmişe qayidiram rahatliq tapmiram aqressiv oluram tekliye meyl edirem hetta ağlamaq derecesine catir bu hal,isteksiz ruhdan düşmüş veziyyetde oluram,sebebsiz yere qorxu yaranir mende pis fikirler gelir ağlima negativ düşüncelerden el ceke bilmirem

Cavab:

Salam. Bu vəziyyətə səbəb olan mütləq ki, nəsə var. Və onu müəyyən etmək lazımdır. Bu kimi hallarda edə biləcəyiniz ilk növbədə psixoloqa müraciət etməkdir. Özünüz özünüzə güc gələ bilməyəcək vəziyyətdəsiniz. Bu gün söz verirsiniz ki, daha belə olmayacam sabah isə yenidən eyni şey olur. Psixoloq isə eyniliyin olmamağı üçün sizə yardımcı olacaq və gücünüzü yenidən sizə verəcəkdir. 

Yegane 2017-10-07

Salam men cox pisem ozumu sakilesdire bilmirem hamileyem uwaq qiz olduguna yoldawim baxmir mene 1 aya olacag eseblwirem komeyim yoxdu bezen ozumu oldurmek isdeyirem sonra uwaqim duwunurem ozumu eleala bilmirem mene komey edin xaiw edirem atada oz evladindan kecer qizd istemirem oglan olsun herwey edecem qiz olduguna bizi kucelere atib butun gunum aglamaglad caresizem

Cavab:

Salam Yeganə xanım. O sizin övladınızdır və sağ-salamat dünyaya gətirmək haqqınızdır. Övladınızı dünyaya gətirməkdə qərarlısınızsa, o zaman sağlam gətirin və bu sıxıntıları düşünməyin. Bu düşüncədə olan biri atalıq edə bilməz. Ancaq yenədə onu anladığınızı ətrafın ona basqısını hiss etdiyinizi deyərək sizin də oğlan övladı sahibi olmaq istədiyinizi, arzunuzun olduğunu bildirin.

lale 2017-10-07

Salam Elnur bey necesiz?Elnur bey men 5 ildir aileliye yoldawimla sevib aile qurmuwam evlilikmizin ilk gununden xeyanet gordum bu gune kimi ne edim bilmirem o hedde catibki gizli tel.iwledir iw yerinde eve getirmeyir.boynuna almir amma men Eminem iwletdiyinden. ailesine baxmayir baxmayaraq ki dord evladi var ayrilmaqi duwunmuwem amma bacarmamiwam cunku oz secimim olub problemimi valdeyinlerim bilmir, boluwe bilmemiwem xowbext sanilar meni.eve ovladlarina baqli deyil gunu cayxanada orda burda kecir eve baqlaya bilmirem ne edim \n

Cavab:

Salam Lalə xanım. Belə halda yoldaşınızla bu barədə çox danışmağa dəyməz. Çünki indi problem eşidəcək hayda deyil, üzərinə bir də sizi günahlandıracaq, deyingənliyinizdən şikayət edəcəkdir. Öncəliklə kiməsə xoşbəxt görünməyi düşünməyin. Daha rahat yaşamağa çalışın. Yoldaşınızın sevdiyi işləri görün onunla bərabər həm öz sevdiklərinizi. Və bunları edərkən onun rəyinə tərifinə ehtiyac duymadığınızı hiss etdirin. Demək ayrı hiss etdirmək ayrı. Arada edə bilsəniz onu nələrin xoşbəxt etdiyini soruşun. Ancaq ondan şikayətlənməyin, bu sizin ünsiyyətinizin pozulmasına səbəb ola bilər. 

Elnur Məmmədov 2017-10-02

Natamamlıq kompleksindən necə xilas olunmalıdır?

Cavab:

Salam Elnur bəy. Öncəliklə hansı vəziyyətinizə natamamlıq kompleksi adı verdiyinizi bilmək lazımdır. Bu diaqnozdur yoxsa sadəcə sizə maraqlıdır ki, bundan necə qurtulmaq olar? Əgər sadəcə maraqlıdırsa, bu natamamlığı müəyyən etmək daha sonra lori dillə desək o boşluqları doldurmaq mütləqdir.

Gül 2017-10-02

Salam Elnur bey. Menim 25 yasim var. Men iki il universitete qebul olmayib ve ikinci ili tehsilimi kollece qebul olmaqla davam etdirmishem. Bu menim arzumdu xeyalim idi lakin hem ozumun gucum yetmedi hem de odenishli olduqlari ucunde valdeyinlerimin gucu. Tehsille bagli basharisizligim meni cox narahat edir ve yeniden hazirlashmaq ve basharmaq isteyirem amma kesileceyimi dushuende ve yene qebulda olub odenishli olarsa men neynerem ve ustune hel bir aileliyem ve ailemde dagilmaq uzredi men bulari bu problemlerin ustesinnen gele bilecemmi qorxusu var.

Cavab:

Salam Gül xanım. Söhbət əslində təhsildən getmir. Bütün insanların həyatında bu kimi hallara rast gəlmək mümkündür. Bunlar bizim uğursuz olduğumuz nöqtələrə ilişib qalmaqdır. Hansı ki, bu bizdə elə bir inanc yaradır ki, biz elə bilirik ki, sırf o universitetə qəbul olmadım deyə bu gün uğursuzam. Biz buna tamamlanmamış geşgalt deyirik. Yəni başqa dillə desək tamamlanmayan situasiya. Etməli olduğunuz həmin illərə geri dönüb sonunu indiki real həyatınıza uyğun olaraq gətirməyinizdir. Xəyallarda universitetə qəbul olmuşam, dəsrə gedirəm, universitetim elə, universitetim belə kimi düşüncələr varsa, bu geşgalt heç vaxt tamamlanmadığı kimi, özümü hər zaman yarımçıq hiss edəcəyik. Dediyim tərzdə bu gününüzə uyğun olaraq sonluq gətirməyiniz sizi ayıldacaqdır. O zaman görəcəksiniz ki, həyatınızda bundan da vacib məsələləriniz və bacardığınız uğurlarınız var. 

gunayyy 2017-10-02

Salam mene bir teseli verin butun eseblerim korlanib dimeli menim qaynanam menim geyimime qariwir yoldasim hecne demir geyimime lakin bu qarowir yoldasim uzax yerde iwleyir yoldasim olmuya olmuya qariwir gedir ozbawina geyim alir mene ve yaxud da walvar geyinmek isdirem deyir uzun kofta geyin bezirem inanirsiz kurtka alir onuda uzun bezmisem daha ozune deyremki men uzun geyine bilmirem xowlamiram yene deyir yox cins walvar alsaq dar almiyacam genis uje inanirsiz qoca arvad kimi geyindirir utaniram ujr

Cavab:

Salam Günay xanım. Belə halda əks istiqamətdə getmək yerinə onunla birgə yol alın. Məsələn, onun yerinə siz ondan öncə davranaraq bu paltarım qısadır bunu əvəzləyici mənə uzun paltar almaq lazımdır deyərək onu təəccübləndirin. Əks istiqamətdə getdiyiniz zaman o daha da qıcıqlanraq sizə məcburən etmək istədiklərini edəcəkdir. Çünki ola bilər oğlu uzaqdadır, qorxur yaxud çəkinir nəsə söz gələ bilər. Nə də olsa yaşadığımız cəmiyyəti nəzərə almalıyıq. O da köhnə insandır. Ona görə onun cəbhəsinə keçərək ona hiss etdirin ki, siz zatən bunları nəzərə alırsınız. Geyiminizi bilirsiniz. O zaman görəcəksiniz məsələ necə həll tapır.

Firengiz 2017-09-30

Salam Elnur bey,men cole cixarken,insanlar daniwanda,ele bilirem,men haqda daniwirlar,ozumu narahat hiss edirem,ne ede bilerem?

Cavab:

Salam Firəngiz xanım. Bu şübhə obsessiyası ola bilər. Buna səbəb olan faktorları bilmək vacibdir. Böyük ehtimal orada bir özgüvən problemi də vardır.

Vəfa 2017-09-30

Depressiyadan cıxmaq istəyirəm

Cavab:

Salam Vəfa xanım. Depressiyadan çıxmaq üçün onun səbəblərini bilmək önəmlidir. Daha sonra psixolo durumunuzun nə vəziyyətdə olduğunu ayırd etmək lazımdır. Əgər həqiqətən depressiya hazırda sizi narahat edir, həyatınızda çətinliklərə səbəb olursa, psixoloqa müraciət edərək bundan asanlıqla qurtula bilərsiniz.

Meryem 2017-09-29

Sualima cavab verdiyiniz ucun cox tesekkur edirem var olun Allah razi olsun

Cavab:

Buyurun Məryəm xanım. Güvəniniz və müraciətiniz üçün mən təşəkkür edirəm. Yolunuz hər zaman açıq olsun.

Kenan 2017-09-29

Salam elnur bey men heyatmdan cox narazi idm hetda ozume xerceng diqanozu qoymwdm amma dermansiz ve hec neysiz panik atakdi urey doyuntusu qorxudu bunlarn hamsn Allahin komeyliyi ve sizin komeynzle bitrdm amma indi yuxu prablemi yawayram buunu neece duzelde biler 19 yawim var ********** kimse neisdese soruwa biler

Cavab:

Salam Kənan bəy. Psixoloji narahatlıqların bir çoxunu aşmaq mümkündür. Ki siz bizim də dəstəyimizlə bir dəfə çətinlikdən yaxa qurtara bilmisiz. Etməli olduğunuz bizə müraciət etməkdir. Ümid varam ki, bir daha sizə yardımcı ola biləcəyik. Sizin bizimlə əlaqə saxlamağınız daha doğru olardı. 0552572700, 0124803629

Muradova Sefeq Balamirze qlzl 2017-09-29

Menim oglumun 17 yasl var eve cox baglldl cole clxmlr gucle mektebe gonderirem tez tez ozne qapanlr xais edirem komek edesiz

Cavab:

Salam Şəfəq xanım. 17 yaş böyük yaş qrupuna daxil olduğundan bizim məsləhəti və terapiyanı birbaşa pasientin özü ilə etməyimiz daha doğru olardı. Yaxşı olardı ki, oğlunuz müayinəyə gətirəsiniz. Vəziyyəti onunla birgə müşahidə etdikdən sonra valideynə necə davranmalı olduğunu demək mümkün olacaqdır. Böyük ehtimal orada faktorlar çoxdur. Bizim deyəcəyimiz sadəcə fərziyyə ola bilər, ancaq bir də dinləmək lazımdır ki, pasientə görə bunun səbəbi nədir. Əlaqə saxlayın sizə yardımcı olacaqlar: 0552572700, 0124803629

Meryem 2017-09-29

Salam hekim.Menim basimin ve bedenim sag hissesinde keyime oldu hekime getdim hec bir problemim cixmadi hekim mene nevroz oldugumu dedi men her gun qorxu yasiyiram beynimde olum qorxusu var geceler qorxudan yata bilmirem sanki men ozum deyilem ellerim mene qeribe tesir bagislayir sanki bedenimin sahibi men deyilem ellerim ve ayaqlarim buza donur herden titremeye baslayiram boguluram cenem kilitlesir ureyim cox guclu doyunur bu nevrozun elametleridi ?

Cavab:

Salam Məryəm xanım. Ölüm qorxusu özü ayrı bir psixoloji narahatlıqlardandır. Ancaq pis nəsə olacaq qorxusu, ürəkdə narahatlıq hissi panik atak ola bilər. Ancaq vəziyyətinizin sırf olaraq psixoloji olduğunu demək indidən mümkündür. Qorxulu heç nə yoxdur, aşılması lazım olan bir vəziyyət var. Psixoloqa müraciət edərək doğru yanaşma və terapiya üsulu ilə bunu tez bir zamanda aşa bilərsiniz.

aynur 2017-09-28

Salam elnur bey menim yoldasim meni hedsiz sevib aile heyati qurmusuq duzdur menim de sehvlerim olub lakin o hec vaxt bunu mene ciddi formada irad olaraq demeyib sonra her gun insan sanki beynine seytan girir ve tamam deyisir aqressiv nifret tehqir dolu sozler hetta aileme bele sanki tanidigim o insan deyil menim yanimda olan indi ise basqa fikirleri dinleyen olub ayrilmaq isteyir sanki yuxudayam bir heftede insan deyisib menden zehlesi gedir maddi cetinlikleri cox olub var

Cavab:

Salam Aynur xanım. Belə halda heç vaxt üstünə getməyin. Nə oldu, belə deyildin, kimi sözlərdən istifadə etməyin. Cavab olaraq belə olmağına səbəbkar sizin olduğunuzu deyəcəkdir. Ki bu heç nəyi həll eləmir. Əgər razılıq verərsə psixoloq müayinəsində olmağı məsləhətdir. Yox əgər istəməzsə, ancaq ayrılmaq fikri dəqiqdirsə, ona sual verin ki, ayrılaraq daha rahat həyatının olacağına əmindirmi? və cavabı həmin an sizə verməyini istəməyin. Bir müddət düşünməyini sonra cavab verməyini təklif edin. Və eyni məkandan uzaqlaşın ( digər otağa keçin məsələn). Ancaq ən doğru olan psixoloqa müraciətdir.

Leyla 2017-09-28

Salam axşamınız xeyir doktur.men 4 aydırki birden bire özümden çıxıram mende çoxlu eseb olur hemin an çox pis titretme gelir canıma ve en azı 20 deyqe o prases gedir ve birden dayanır hemin titretme ve mene çox pis ağlama gelir hemin andada ağlamasam belkede ölerem onu bilmey olar doktur? Çox xaiş edirem mene bir meslehet görün

Cavab:

Salam Leyla xanım. İsterik tutmalar zamanı bu görülən hallardan biridir. Bəziləri ağlayaraq, bəziləri həm qışqırıb, həm ağlamaqla rahatlama üsulunu seçər. Bəzən isə özündən getmə halları da müşahidə oluna bilər. Bu davranış sizdə vərdişə çevrilmədən, adət halını almadan psixoloqa müraciət etməyinizdə fayda var.

AYGÜN 2017-09-28

Sala Elnur m. menim 30 yaşım var. 3 ildir məndə bu problem yaranıb. ne edirəmsə özümdən tərgidə bilmirəm. məs: özümə içmək üçün cay, su tökən zaman əgər beynimə və görüntü olaraq göz önümə mənfi fikirlər və mənfi insanların simaları gəlirsə o suyu və ya çayı boşaldıb yenidən tökürəm.həmçinin yemək yeyendə də, eynimi geyinənəndə də və s. eyni hal 4-5 dəfə təkrarlanır. bu mənim beynimi cox yorur .nə yeməyimi bilirəm nədə içməyimi.özümü bataqlığa düşmüş kimi hiss edirəm çapaladıqca batıram elə bil. Cox xahış edirəm mənə kömək edin.

Cavab:

Salam Aygün xanım. Bu Obsessiv düşüncələrdir. Əslində yaxşı bilirsiz, o çayı içsəniz sizə heç nə olan deyil, ancaq daxilinizdə onu boşaltsam daha yaxşı olar inancı sizi çaşdırır. Çox asanlıqla psixoloqa müraciət edərək bunu aşmaq mümkündür. 3 il yetəri qədər müddətdir ki, siz bundan artıq bezmə dərəcəsinə kimi çatmısız. Tez bir zaman bizimlə əlaqə saxlayın rahat bir həyat üçün sizə yardımcı ola bilək.

Wefeq 2017-09-27

Doktor salam.menim 3yawinda ovladim var cox mene bagli uwaqdi.ve bunun oda ozguvensizlik yaardacigdan qorxuram.ne ede bilerem

Cavab:

Salam Şəfəq xanım. Hər uşaq anaya bağlı olur. Ancaq sizi narahat edəcək qədər müşahidə etdiyiniz bağlılıq nədir bilmirik. Bəli, doğrudur, normadan artıq anaya bağlılıq sabah uşaqda özgüvənsizliyə səbəb ola bilir. Bunun üçün birinci uşağınızdakı bağlılığın normadan artıq olub olmadığını müəyyən etmək lazımdır. Bu barədə uşaq psixoloquna müraciət edərsəniz daha yararlı olar.

Kənan 2017-09-26

Salam, Elnur bəy. Əvvəla bütün insanlar üçün bu cür şərait yaratdığınıza görə təşəkkür edirəm, minnətdaram. Stat: \"Mən tez qorxuram və həyəcanlanıram. Bu psixoloji duyğunu yaşadıqda isə asanlıqla nəzərəçarılacaq, ifrat dərəcədə əsmə (titrəmə) olur. Eyni zamanda bədənimdə həddindən olduqca çox üşütmə baş verir. Sanki bütün bədənimə buz qoyublar. Lap özümə hakim olub qorxmasam da, cəsarətlənib sözümü desəm də sadaladığım hallar yenə də istər-istəməz baş qaldırır. Birinin qabağında bu vəziyyətə düşməkdən çox utanıram həkim, istəmirəm mənə qorxaq desinlər. Qeyd edim ki, bu hallar bütün qorxularımda baş vermir. Məs: Uzaqdan vahiməli hürüşü ilə mənə doğru it gəlir. Baxın, bu halda təbii ki, qorxacam, amma bu prosesləri keçirməyəcəm. Məs: Biri ilə sözüm çəp gəldi. İstər monitor arxasında, istərsə də üz-üzə. Baxın, həmin proseslər o, saniyədə sürətlə başlayır. Söhbət bağlandıqda isə bu proseslər anidən dayanır. Bilirik ki, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Birinci misalımda ölüm təhlükəsi daha çoxdur. Bəs onda niyə titrəmə və üşütmə baş vermir\". Xahiş edirəm, kömək edin. Bu normal hal deyil. Allah razı olsun.

Cavab:

Salam Kənan bəy. Burada bir çox faktorlar ola bilər. Ümumi olaraq ilkin müəyyən etməli olduğumuz bu nədən sonra sizdə başlayıb. Ola bilər xatırlamayasınız, ancaq mütləq bir başlanğıc nöqtəsi vardır. Psixoloqun işi də budur. Bu vəziyyət sizə yazacağım heç bir sözlə keçməyəcəkdir. Ola bilər sizi rahatlatsın, ancaq hədəfiniz sağalmaqdırsa, psixoloqa müraciətiniz şərtdir. Həyəcan-təşviş pozuntusu yaşayırsınız. Qarşınızdakı insanla sözünüz çəp gəldiyi zaman haqsız vəziyyətə düşməkdən, özünüzü isbat edə bilməməkdən, işin sonunun pisə gedəcəyindən narahatsınız.

Zehraa 2017-09-25

Salam Elnur bey. Menim bacimin 24 yasi var 2 usagi var. Uwaqlar xestelenen vaxt bacim heddinden cox panikaya dusur ozunu cox qorxudur. Aglamga basliyir. Sizce bu normal haldir? Evvelceden tesekkur edirem:)

Cavab:

Salam Zəhra xanım. Psixoloji cəhətdən şəxsin özünü incidən və yorucu davranışdır. Uşaqlara həddindən artıq bağlılıq ona onları itirmə qorxusunu yaşadır. İsterikaya düşür. Psixoloji dəstək ala bilər. Öncə özü dərk etməlidir və özünü ələ almağa cəhd etməlidir. Uğursuz cəhdlərdən sonra psixoloqa müraciət edə bilər.

Ayaz 2017-09-24

Salam Həkim Mən mühafizaçi işləyirəm bir gün yeni 1 ay evvel təxminən.. gece smeninden gelende ürəyimdə agri hiss eledim tezyiqim qalxdi. Təcili yardima müraciət elədim gəldi kardeqramma eledi heçne yoxdu dedi .. tezyiq iynəsi vurdu getdi. Həmin gündən bəri həmin vəziyyət təkrarlanir ürək döyüntüm artir gecələr yata bilmirəm. Son 1 həftə olarkidə başımda sıxıntl var agrimir amma sixilir.. bilmirəm nece edim ölüm hissi bürüyüb məni

Cavab:

Salam Ayaz bəy. Panik atak zamanı ölüm qorxusu, hər an pis nəsə olacaq düşüncəsi, ürək döyüntülərində nasazlıq müşahidə etdiyimiz vəziyyətdir. Yaxın zamanda psixoloqa müraciət edərək bu vəziyyəti aradan qaldıra bilərsiniz.

firengiz 2017-09-22

tesekkur edirem sualmi cavablandirdiginiza gore\n

Cavab:

Müraciətiniz üçün mən təşəkkür edirəm.

Gultekin 2017-09-21

Salam doktor mən 2016ci ilin martın 8de qorxmuşam, ondan sonra stresse düşmüşəm, ürək döyüntüm artib, özümə qapanmisam, bütün günü aglamisam, evdə dura bilmirdim, evden qaçırdım, istahasizliq olurdu men de, beynimde pis fikirler yaranmışdı, ölməyimden cox qorxurdum.6-7 ay mualice aldim.Gun erzinde 5 dene derman qebul eləyirdim özümdə olmadigim üçün hec dermanlarin terkibini bele oxuya bilmirdim soralar dermanlar men de siskinlik emele getirdi ona görə de kecen ilin sentybrdan birden bire dayandirdim.Duzdu indi dediyim hallardan hec biri mende yoxdu ama dermanlari dayandirandan bu günə kimi yuxu pozgunlugu var məndə yata bilmirem.Mene hec cure yuxu gelmir.Men ele bele ayiq yatıram yuxu görürəm amma yuxum derinlesmir.Xaiş edirem ki mene yuxu barede meslehet verin cavabinizi gozleyirem cox xais edirem

Cavab:

Salam Gültəkin xanım. Hansı dərmanları qəbul etdiyinizi bilmədiyimiz üçün nəsə demək doğru deyil. Həmin dərmanların belə bir problem yaradıb yarada bilməyəcəyini dəqiqləşdirmək lazımdır. Əgər heç bir belə bir fəsad verəcək dərman deyilsə, vəziyyətinizdə hər hansı psixoloji narahatlığın yuxunuza təsir etdiyini demək olar. Bunu müəyyən etmək vacibdir. Ondan sonra isə sizə doğru yolu göstərmək mümkün olacaqdır.

Türkan 2017-09-19

Salam bagıslayın narahat edirem oktyabrda 25 yasım bitecek.men iki il aileli olmusam bir oglum var yoldasımla yola getmeye qaynanamgil imkan vermedi cox heyecan qorxu icinde oldum bosanmısam ama yene icimde heyecan qorxu var tez eseblesirem herseye usaga bele ama sora pesman olub aglayıram geceleri yata bilmirem yuxum qacır ureyim sıxılır narahatkimi his eliyirem ne ede bilerem

Cavab:

Salam Türkan xanım. Durduq yerdə qorxu hissi keçirmək, ürəyin əsməsi, yanımızda biri yüksək səslə danışdığı zaman bizim həyəcan keçirməyimiz və s halları həyəcan-təşviş pozuntusunun olduğunu göstərir. Ola bilər bununla bərabər panik atak da keçirəsiniz. Dəqiq diaqnoz və doğru müalicə metodu üçün mütləqdir ki, psixoloq müayinəsində olasınız. Qeyd etmək lazımdır ki, vəziyyətinizdəki diaqnozlar klinik psixoloji xəstəliklərə aiddir. Çalışın zamanında üzərini düşün və tez bir zamanda problemi aradan qaldırın.

Famil 2017-09-18

Salam hekim mende olan elametler qorxu heyyacan urek duyuntusu usume titremme boqulma tengenefeslikbezen istilik hissi xahis edirem kumek edesiniz

Cavab:

Salam Famil bəy. Panik atak keçirirsiniz. Bu psixoloji xəstəlikdə rastlaşdığımız hallardan sadəcə bəziləridir. Rahatlıqla bunu psixoloqla aşmağınız mümkündür. Müalicəsi var və tək bir şey tələb edir zamanında müalicəni alıb, müalicəni deyilən müddətdə dayandırmaq.

elnur 2017-09-18

analiz vermisdim sadece beynimde bir sual qaldi qolumda goyerme birazda agri oldu analiz goturende hekim kohne sipirise elin vurubsa nese infeksiya kece biler\n

Cavab:

Salam Elnur bəy. Kənardan baxan biri sualınıza baxdığında yanlış yerə müraciət etdiyinizi deyə bilər, ancaq sizi narahat edən bu deyil, bu kimi paranoid düşüncələrdir. Bu hallar zənnimcə tez-tez baş verir, siz tez-tez belə şübhələr yaşayırsınız. Bu bir xəstəlikdir psixoloji olaraq bunu aşmalısınız. Sırf buna görə psixoloqa müraciət etməlisiniz.

Canan 2017-09-17

Salam Elnur bey. Men 3 ildirki bir oglanla bir birimizi isteyirik.Fikrimiz ciddidir.Ailelerimizde bundan xeberdardi.bir naraziliqlari yoxdur.Oglanin 24 yawi var.Tek ovlatdi.atasi rehmete gedib bunun 17 yawi olanda.Anasi ile yawayir.Problemleri coxdu esasende maddi cehetden .butun yuk oz ustundedi.Bu gun oyrenmiwemki bu anasina tez tez el qaldirir.Duzdu esebi sebirsiz ve anasi ile mubahiseleri oldugunu bilirdim.Ancaq el qaldirmaq derecesinde oldugunu duwunmezdim.Bunu ewitdim cox pis olmuwam.Bu veziyyetde men neyleye bilerem?Ve yaxudda onu bele hereketlerden cekindirmek ucun neler eliye bilerem? Ve deyimki bu gun elcilik olacaqdi.mueyyem narahatliqlar oldu alinmadi.oda buna cox eseblewdi\nPis oldu ve yenede anasina el qaldirib.Xahiw edirem mene bir meslehet verin.

Cavab:

Salam Canan xanım. İndidən onunla danışıb sizə qarşı da bu hərəkəti edib etməyəciyini dəqiqləşdirməyiniz boşunadır. Onun bunu niyə görə etdiyini bilmək üçün özünü tanımağımız şərtdir. Əgər özü də bu haldan şikayətçidirsə, psixoloqa müraciət etsin. 

sonaq 2017-09-15

salam hekim,men 10ildi ayleliyem 3 ovladim var.Menim yoldawim uwaqlarin cox isdiyir bunu bilirem,lakin o tez tez bawqa bawqa seherlere gedir,fetdiyi yerdende bir defe zeng etmir,mende soruwandaki niye bele edirsen biz senin ucun cox darixiriq deyir sen mene yawamaq oyredesen men nece isdiyirem elede yawiyiram.Men bunun bu qeder laqeyitsizliyine goz yumuram,ona qarwi cox cox mehriban davraniram,ancaq ki yenede narazi qalir,oturub daniwiram yenede xeyri yoxdu,amma bir az gecir deyir men sizi cox isdiyirem sen menen hec neyin usdunde dalasirsan.Sizden artiq derecede xaiw edirem mene bir fikir verin

Cavab:

Salam Sona xanım. Belə halda az sual verib, az maraqlanmaq lazımdır. Çünki eşidəcəyiniz cavab bəllidir: məni sıxırsan, çox deyinirsən, ancaq dalaşırsan. Ona görə onun gözündə dalaşqan olmağımız tablosunu yox etməliyik. Bunun üçün də qeyd etdim nə etmək lazımdır. Danışdırdığı zaman normal danışın bir həyat yoldaşı kimi, ancaq əlavə maraqlanmalar və s kimi halları azaldın. Ona sizə ehtiyacı olduğunu hiss etdirmək üçün sükut yaradın. Gün ərzində 5 dəfə zəng edirsinizsə, 2 dəfə edin.

sefa 2017-09-13

salam hekim menim ovladim xestedir ewitmir daniwmir buna gore ozumde cox sisiliram gun olurki hami ile dalawiram\n

Cavab:

Salam Şəfa xanım. Bunun üçün sizə Allah səbr versin deməyəcəm. Çünki səbr ediləsi bir hal yoxdur. Biz hər şeyi normal qəbul etməyi öyrənməliyik. Öyrəşdiyimiz kimi görmədiyimiz vəziyyətlərə anormal demək, qüsur demək bunu tərgitməliyik. Dünya üzərində sizin kimi valideynlər çoxdur, ancaq deməzdim ki, hamı sıxılır. Hər gün istifadə etdiyiniz internetdə rastlaşmısınız yəqin qüsurlu hesab edilən övladı ilə fərdi inkişaf edən valideynləri. Çalışın onlardan olun. Beləliklə, əzminizdən güc alıb özünüzlə də fəxr edəcəksiniz. Allah yolunuzu açıq etsin.

nergizzzz 2017-09-13

Salam mene. Komek edin ne olar uje deli olmaq uzreyem elnur bey xaiw edirem dimeli menim yoldawim turkiye gedib iwlemeye qaynimla ve evde qaynanam qaynatam ile qaynanamla qaliram. Birde balaca korpemiz var 3 ayliw yoldawim mene dememiw getdi o gedende agladim qucaxladimki getme darixacam deyir pul lazimdi iwlemeye gedirem men her defe onla telefonda danuwanda deyirem menide yanina apar deyir sebr ele sebrim yoxdur. Qaynanam. Deyir gedecem usaglarim yanina mende dedim menide apar deyir usagla getmek olmaz mene pis tesir etdi ne edim elnur bey

Cavab:

Salam Nərgiz xanım. Görünür qeyd etdiklərinizdən əlavə başqa qorxularınız və şübhələriniz var. Çalışın bunu tam açıqlığı ilə yoldaşınızla danışasınız. Xəbərsiz getməsi və sizi yanına almaması sizə başqa şübhələr verirsə, bunu ona bildirin və cavablara görə nə edəcəyinizi müəyyən edin.

Cavid 2017-09-12

Salam 11 yaşım var 2 gündür rahat yata bilmirem yavaş üreyim bulanır ne ede bilerem

Cavab:

Salam Cavid. Öncəliklə bu halda valideynini xəbərdar et. Əgər soyuqdəymə halı müşahidə olunmursa, bu hal uzun müddət davam edirsə, o zaman psixoloqa müraciət edə bilərsiniz.

Aslanov Imamverdi 2017-09-12

Salam Elnur muellim menim sualim odurki men bir defe dini kinoya baxan zaman dine qarsi pis fikirler emele geldi ve o zamandan ele bilirem bu pis fikirler heqiqeten beynimde dolasir xeyalin heqiqi oldugna inaniram o gunam ve o gunden butun xeyallari gercek saniram ve qorxuram xeyallardan ayri qalmaqdan saniram ki onlar heqiqeten var bu beladan nece qurtulum men ve bu bir xestelikdirmi? Ve ciddirmi

Cavab:

Salam İmamverdi bəy. Bu mücərrəd obsessiyalardır. Həmin fikirlər həqiqətən fikrinizdə dolaşa da bilər. Burda qəribə və pis nəsə yoxdur. Günah qazanmaqdan qorxaraq bu halı özünüzdə qovmayın, çünki məsələnin həll yolu ondan qaçmaqda deyil, sonacan düşünərək məsələnin axırına çıxmaqdan asılıdır. Lap elə ağlınıza da gəlsə oturub düşünün. Əgər qəlbinizdə Allah sevgisi varsa, bundan əminsinizsə, qalan hər fikir ağlınıza gələ də bilər, gedə də bilər. Bunun heç bir önəmi yoxdur, olmamalıdır. Vəziyyətiniz gedərək ciddi hal alarsa, çoxalma hiss edərsəniz mütləq psixoloqa müraciət edin.

Elvin 2017-09-11

salam .Mənim dərslərimi oxumağa hevesim yoxdur, dərslər mənə çox çətin gəlir.Amma bilirəm ki məcburi oxumalıyam.ancaq mənə arrıq hərşey çətin gəlir özümdə dərslərə maraq oyada bilmirem .men ne edim?

Cavab:

Salam Elvin bəy. Dəsr oxumağı məcburiyyət kimi görməkdən vaz keçdiyiniz an, onun sizə nə verəcəyini, oxumamağın sizə nə verəcəyini müəyyən etdiyiniz zaman hər şey qaydasına düşəcəkdir.

nihad 2017-09-11

bağışlayın bir şeyde soruşum. mənim dərslərimə hazırlaşmağıma bacım kömek edirdi . o meni oxumağa mecbur edib yol gösterirdi ve men hevesle oxuyurdum.indi bir neçe heftedir ki bacım aile qurub ve bizden ayrılıb.artıq menim derslerime kömek eden yoxdur ve mende sıxıntıdayam.buna göre derslerime hevesimde yoxdur. indi mən necə edim

Cavab:

Salam Nihad bəy. Bu sadəcə özünüzü inandırdığınız yaxşı bir bəhanədir. Bəzi məqamlar var ki, insan oartada tək olduğunu, tək bacaracağını qəbul etməli və ayaqları üzərində dayanmağı öyrənməlidir.

Gunay 2017-09-10

Salam Elnur bey menim 19yasim var.4aydi evliyem bir birimizi sevib evlenmisiy yoldasim nisanli olanda daha cox qaygi gosterirdi mehriban olurdu ama indise hec qaygi gostermir eve gelenkimi telefonu alir eline ancaq telefonan oynuyur menimle maraqlanmir evvelki istediyinin sekline baxr neyniyimki menle maraqlansin sevdiyini his ede bilmirem cox pis oluram ozune deyirem deyirki esebi oluram niye maraqlanmirki belke sevmir?ne edim eseblesirem elediyi hereketlere neyniyimki onun ucun deyerli olum

Cavab:

Salam Günay xanım. Ola bilər evlilik həyatı onun xəyal etdiyi kimi davam etmir. Marağı itmiş ola bilər. Özünün necə davranışlar sərgiləməsini kənara qoyun, nəyi niyə etdiyini sorğulamağı da həmçinin. Onunla danışın. Nələr xəyal etdiyini, nələr istədiyini. Xəyal etdiklərini verə bilirsinizsə, bunu ona yaşadın.

sədaqət 2017-09-09

İyrənirəm hər hansi bir şeydən bu zaman əllərim ayaqlarım\nTərləyib buza dönür özümdən çixiram ağlayıram dalaşmaq \nİstəyirəm 10 dəq oluram sonra peşman oluram\n

Cavab:

Salam Sədaqət xanım. Hər şeydən iyrənmək vas-vasılıq obsessiv davranışlarınızın olduğunu göstərir. Özünüzdən çıxmaq, ağlamaq, sındırıb-dağıtmaq kimi hallar isə isterik tutmalardır. Daha dəqiq diaqnoz və müalicə üçün müayinə şərtdir. Bunun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 0552572700, 0124803629

Kenan 2017-09-09

Salam Elnur bey menm 18 yawim var hervi xidmete cagirilmiwam coox umudle gedmek isdeyrem seciniremki herbiye gedecem amma prablem lerm imkan vermr sanki olecem hec vaxd rahat yatmram medemde sanki bagirsagimda sabki dolawiglig wiwkinlik ozmu duwub olecekmiw kimi his edrem bawm firlanr her bir prablem gorurem ozumde bir evden uzaglawan kimi dahada agirlawiram

Cavab:

Salam Kənan bəy. Ölüm qorxusu və bunun kimi panik ataka bənzər hallar üçün birmənalı psixoloqa müraciət etmək lazımdır. Hərbiyə getmədən əvvəl psixoloq dəstəyi alarsanız daha rahat olduğunuzu hiss edəcəksiniz. Sadəcə doğru müalicə və yanaşma olmalıdır. Müalicəni daha çox gecikdirərək bir az daha sıxıntı etməməyə diqqət edin. Unutmayın ki, bu həll olan və əsası çarəsi olan bir vəziyyətdir.

Samire 2017-09-09

Salam men hele gun adini chekmiyecem10 yashinda qizimla beraber paltar dukanina getmishdim.Men razdevaokaya girib 1 yublani primerka etmmek istedim .Chixanda gordum ki ushagimi satici kishi menim qizimi kunce chekib nese deyir .Hirslendim chixdim .Ushaqdan yolda sorushuram ne dedi sene .Ushaq deyir ki ana menim arxadan qucaqldi sixdi .uzumnen opdu .Dr men ozume gele bilmirem ne edim.Ushaga

Cavab:

Salam Samirə xanım. Belə halda psixoloqdan əvvəl şikayətiniz üzrə lazımi orqanlara müraciət etməlisiniz. Təhlükəsizlik kamerası isə sizə burada yardımcı olacaqdır. İkinci növbədə uşaqda hər hansı qorxu yaxud travma qaldığını düşünürsünüzsə, psixoloq müayinəsindən keçirə bilərsiniz. Qorxulu və narahat olacaq nəsə yoxdur. Sadəcə lazımı tədbiri görün.

firengiz 2017-09-09

salam . tesekker edirem cevabladirdiginiza gore . dediyim kimi usaq 11-ci sinifde oxuyur . adida Fatimedi .Bayaca olanda anasi qeza ile dunyasini deyisib . men xalasiyam . ailemde , ozude cox calisir ki hekim olsun . cunki anasinin arzusu olub . amma ozu cata bilmeyib cox isteyirki hekim olsun . indi onun ne vaxti ne de menim maiddi imkanim yoxdu . ancaq onun kursunu hell edirem . cox xahis edirem ki , oz meslhtlerinizle , ona desdek olasiz .

Cavab:

Allah səbr versin. Yazı ilə nə qədər kömək olar açığı dəqiq deyə bilmərik. Ancaq ilk növbədə etməli olduğunuz ona yüklənməmək, çətinliklərin olacağından, ancaq bunların heç birinin qalıcı olmadığından danışaraq onu sakitləşdirə bilərsiniz. Şikayət etdiyiniz zaman izin versin şikayətlənsin. Sadəcə dinləyin və sonda onu anladığınızı deyərək nə edə biləcəyinizi soruşun. Sadəcə bu.

ferqane 2017-09-08

Salam Elnur bey. Menim 29 yasim var 4 ildir aileliyem, 2 ovladim var yoldasimi cox sevirem amma onunla yola gede bilmirem. Cox sebirsiz ve esebi biriyem. Eseblesen kimi cox heyacanlaniram qeti istahim da olmur 3 gun yemek yemesem acligimi hiss etmirem.22 yasimda skaliozdan 2 defe emeliyyat olmusam onun ucun de usaglarim qeyseriyye emeliyyati ile olub. Onlarda cox nadinc usaglardir. Ozumu cox yorgun hiss edirem. Etrafimdaki oz dogmalirimda meni cox gunahlandirirlar. Ne edim,nece edim heyatima nece davam edim bilmirem. Cox xahis edirem mene komek edin. Men ne etmeliyem?

Cavab:

Salam Fərqanə xanım. Balalarınızı Allah saxlasın. Səbrsizlik sizi əsəbi edir. Öncəliklə həyatınızı rejimə salmağa çalışın. Özünüzə aid saatlarınız və məşğuliyyətləriniz olmalıdır. Nəsə edərkən bunu məcburi etməli olduğunuzu düşünməyin. Bu sizi daha da əsəbi edə bilər. Əgər ailədə sevgi varsa, orada etdiyiniz hər şey istədiyiniz üçün etdiklərinizdir. Çalışın müsbət düşünün. Gün başlayarkən bu gün etməli olduqlarınıza köklənin. "Yenə" kəlməsindən az istifadə edin. 

firengiz 2017-09-07

salam hekim . menim 16 yasinda qizim var . eseblesn kimi qapilari cirpir ,neyise sindirir . bu defede qapini cirpanda qapinin wuwesi sinib . qizimin eli kesilib . ozu cox savadli qizdi , imtahanlarinin nticesi guclu olur . kursa gedir . 4-cu qurupa hazirlasir . xais edirem mene bir meslehet veresiz

Cavab:

Salam Firəngiz xanım. Dediyiniz qədər güclü potensialı olan bir uşağın gedərək daha da pisləşməsinə səbəb olmadan ona psixoloq dəstəyi verilməsinə şərait yaradın. Bu əsəbiliyin səbəbi nədir, onu narahat nəsə varmı yoxmu müəyyən edilməlidir. Ondan sonra doğru addım atmaq ona kömək etmək mümkün olacaqdır. Bir azdan qəbul imtahana yaxınlaşdığında bu əsəblə gedərək artan məsuliyyətin stressinə tab gətirə bilməyəcək. Çox gec olmadan çalışın psixoloqa müraciət edəsiniz.

Ayla 2017-09-06

salam . men her gece tez tez dururam . oz prablemlerimi dusunub aglayiram . 1,2 saat yata bilmirem. men ne ede bilerem ?

Cavab:

Salam Ayla xanım. Gecə oyanmağınıza səbəb probleminiz hər nədirsə odur. Ağlamaq yox həmin problemi aşmaq lazımdır. Çalışın ondan qurtulasınız.

anonim 2017-09-06

Salam Elnur bəy.Dəyərli məsləhətlərinizə görə sizə təşəkkür edirəm.Əslində mənim barışıq mesajıma cavab çox yaxşı oldu və istədiyim cavabı aldım.Amma bütün bunlara baxmayaraq mən yenə də pisəm depresiyadan çıxa bilmirəm.Bütün bunalrı unuda bilmirəm.Kaş etməyəydim deyirəm.

Cavab:

Salam. O zaman onunla barışmağın sizin üçün elə də bir mahiyyəti olmayıb. Nəsə qazanıbmış hissini sizə yaşatmayıb deyə boş yerə birinci addımı atmış olmağınıza üzülürsünüz. Ancaq daha əvvəl də dediyim kimi burada qürurluq bir hal yoxdur. Və çalışın zamanında ürəyinizdə gələrək etdiklərinizi bir müddət sonra beyninizlə düşünərək günahlandırma etməyəsiniz. Uğurlar.

sema 2017-09-05

salam hekim.menim bas nahiyem dehset agrir ele bilin beynimin icini ezilmis kimi hiss edrem.17yashim var abituriyentem hecneye hevesim yoxdu evvel univeristete hevesle hazirlasirdim indi ise hecneye heveslene bilmirem.beynim buna izin vermir.her sey qeribe gelir.heyatin ozu bele qeribe gelir.sanki mamami bacimi ilk defedi gorurem her seyden soyuyuram.her an oleceyimi dusunurem.ancaq pis seyler fikirlesirem bu zamanda ureyim tez tez atmaga baslayir.psixeatriye getdim iki dene derman yazdi biri grandaxin biride trival bunlar xeyir etmedi sizce neynemeliyem?

Cavab:

Salam Səma xanım. Baş ağrılarında əgər tibbi heç bir problemə rast gəlinməyibsə, vəziyyəti psixoloji qəbul etmək olar. Ancaq digər sadaladığınız halları nəzərə alarsaq, vəziyyətinizin psixoloji olduğu dəqiqdir. Yaxşı olardı ki, abituriyentlər üçün nəzərdə tutulmuş seanslardan yararlanasınız. Dərs ilinin yeni başlamasını nəzərə alarsaq gecikmiş sayılmırsınız. Bir çox abituriyentlərimizdə bu hallara rast gəlmişik, sadəcə bunu doğru yolla aşmaq lazımdır. Dərman isə çarə olmaya bilər. Olarsa, bunun müvəqqəti olub-olmayacağını heç kim dəqiq deyə bilməz. Çünki sizi narahat edən daxilinizdəki o sıxıntıdır. Ki bunu da düşüncələriniz yaradır.

Elgiz 2017-09-04

salam Elnur bey mene ele gelirki hemise kimse menim haqqimda pis neise danisir ozume cox qapaniram hec kimle unsiyyet qura bilmirem mene komek edim 16 yasim var cox sag olun

Cavab:

Salam Elgiz bəy. Bu kimi hallar ya özgüvənsizlikdən yaranır, ya da paranoid düşüncələrə səbəb olan digər psixoloji bir xəstəliyimizin olduğunu göstərir. Yaxşı olardı ki, valideynlərinizi bundan xəbərdar edəsiniz və psixoloq yardımı alasınız.

anonim 2017-09-03

Salam Elnur müəllim.Mən demək olar 3 aydır ki yaxşı deyiləm.Mənim bir qrup yoldaşım var ondan küsmüşdüm.9 ay idi biz küsülü idik.Mən küsmüşdüm ondan sonra ona barışıq mesajı göndərdim.O mesajı göndərəndən bəri yaxşı deyiləm.Elə bilirəm qürurum qırılıb.Əvvəl həvəs göstərdiyim məşğuliyyətlərlə məşğul ola bilmirəm məni ağlamaq tutur.Əvvəlki şəkillərimə baxıb pis oluram və düşünürəmki burda çox xoşbəxtəm.Daha belə olmayacam kaş göndərməyəydim barışıq mesajı.Ancaq keçmişi xatırlayıram keçmişdə xoşbəxt idim indi daha pisəm.Mənim psixoloji cəhətdən xəstəliyim nədir?

Cavab:

Salam. Görünür barışıq mesajına aldığınız cavab gözləntinizdən kənar bir cavab olub. Ancaq bir şeyi qəbul etməlisiniz ki, böyüklük sizdə qalıb. Etdiklərimiz üçün sonradan qərar verə bilmərik. Geri dönüşün olmadığını düşündükcə sizi fikir götürür. Ancaq hər zaman çalışın ürəyinizdən gələn cürə yaşayın və bunu heç vaxt da sorğulamayın. Həyat zamanla hər şeyi özü tənzimləyir. Heç kim heç kimdən nə əskik qalır, nə də artıq.

Elnara 2017-09-01

Hekim birde sizle gorusmek isterdim is yeri hardadi .psixoloji problemlerm cox olur .sizofreniya elametlerm bele var qulagma sesler gelir amma normal insanam sadece usaglg illermnen tutmus yeniyetmely indi ise aileli olsam bele cox cetnlylerm var xahis edirem men. Sizin qebulunuzda olmag istiyirem mene. Psixoloq terefinden destey lazmdi.sukurler olsun zeif deyilem amma desteye ehtiyac! Var hedsiz sagolun

Cavab:

Salam Elnarə xanım. Özünüzü qorxutmayın. Şizofreniya asanlıqla qoyulan diaqnoz deyil. Özünüzə bu diaqnozu qoymaqda tələsməyin. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərsiniz. Ondan sonra diaqnozunu da dəqiq demək mümkün olacaqdır. Müraciətiniz üçün təşəkkür edirəm.

reksane 25 2017-09-01

Sevimli, sevilmeye layiq, menim ucun ideal psixoloq salam.necesiz. sizi, ve ailenizi qurban bayrami munasibetile tebrik edirem. bu bayramda sufrenizde bol ruzi bereket,firevan dolu heyat,xosbexd gunler,sevgi dolu anlar,ovladlarinizin fexrli gunleri gormeyi, heyatin butun gozelliklerini arzulayiram. arzuladiginiz arzulari arzulayiram.zahiri gozelliyiniz kimi, daxili pakliginiz kimi, heyatinizin her saniyesi,her ani gozel kecsin.sirin tebessumlu gozel nur uzunuzden gulusunuz eskik olmasin, her isiniz avand olsun. rebbim sizi her belalardan, xetalardan, heyatin pis surprizderinden, pis insanlarin seytan niyyetderinden, qezalardan qorusun, amin insallah. butun bayramlariniz ruzulu,neseli,xosbexdlik dolu,derdsiz belasiz,sevinc dolu kecsin.bayram olmiyan gunleriniz bele bayram kimi kecsin. allah sizi ovlad saridan imtahana cekmesin.sesini esiderken rahatlig tapdigim, ozunu internetdeki videolarinda izlerken yorulmadan baxdigim,coooox sevdiyim,xususiyyetderine vurgun oldugum, zahirile daxili gozelliyine asiq oldugum canim birdenem olan sevimli psixoloqum.bir daha bayram munasibetile tebrik edirem sizi. allah sizi qorusun. allaha emanet olun.sizi sizden, sizi her kesden,sizi canimdan bele coooox sevirem sevimli, sevilmeye layiq ideal psixoloq. sizi siz oldugunuzcun,insani xususiyyetderiniz,kefiyyetderinize gore coooox seven men,qelbimin en gozel hissderile bunlari size yazmisam.

Cavab:

Salam Rəqsanə xanım. Çox təşəkkür edirəm. Sizinlə bahəm. Mesajınızdakı cümlələrin hər birində diqqəti görmək mümkündür. Allah hər birimizdən razı olsun.

Samir 2017-08-31

Salam Elnur hekim menim sualim havaya cixdiqda rengimin solmasi. Beden titremesi nefes aldiqda cetinlig cekmesi . bas gicellenme . goz qaralmalari ve qorxu hissi . Bunin icon be etmek olar ... Twk

Cavab:

Salam Samir bəy. Panik atakla bağlı bir probleminiz ola bilər. Dəqiq diaqnoz və düzgün müalicə üçün psixoloq müayinəsi şərtdir.

Xedice 2017-08-29

Salam men cox tez heyecanlaniram ve butun gunu harasa ele bil telesirem.Cox gergin oluram ve kecmisde olanlari tez-tez xatirlayib eseblesirem.Bu da meni aqresiv edir.Artiq ozumle bacarmiram.Ne meslehet gorerdiz?Evvelceden tesekkur.

Cavab:

Salam Xədicə xanım. Daim həyəcanlı olmaq, özünü gərgin hiss etmək hansısa psixoloji narahatlığınızın olduğunu sübut edir. Ümumi olaraq deyə bilərik ki, psixoloji baxımdan mənəvi rahatlığınızı itirmisiniz. Ancaq bu nədən sonra, niyə görə baş verir müəyyən olunmalıdır ki, sizə doğru addımı ata bilər. Öncəliklə xatırlamağa çalışın. Bunun sizdə nəyin reaksiya ola biləcəyini ehtimal edin. Əgər məsələ həllini tapmazsa, psixoloq dəstəyi ala bilərsiniz.

fidan 2017-08-29

salam elnur muellim. soze nece baslayacagimi bilmirem. \n 15 yasim var.qisacasi icimde biri ve xeyali dostum var. icimdekinin adi safir xeyali dostumunsa adi jackdir. usaq vaxtida evde olanda kuklalarim ile danisar oynardim . xeyali dostumu ise bir mutfilime baxanda ordaki qehramanlarda bele bir sey oldugun gorum ozum yaratmisam hetta onu bezen gorurem. cox qeribe hallar yasayiram. biz ucumuz danisiriq. men safir ve jack . bezen men susuram onlar danisir. icimdeki mene cox oxsayir ama men deyilem . gorunus olaraq ferqliliklerimiz var. bu hadise ile bagli cox ama cox qeribe hallar yasamisam. birin deyeceyem. stola iki bosqab ve stekan qoyub yemekleri bolub qoymusam . bir terefe oturub safir olaraq o yemeyi yemisem ozumle sohbet ede ede sonra diger terefe kecib ozum olub safir ile sohbet ede ede yemeyimi bitirmisem. sosyal heyatim yaxsidir. birdeki izlendiyimi zenn edirem guzgulerden evin cox noqtesinden. deyilene gore truman sendromudur . basima cox sey gelib . men kimem elnur muellim?

Cavab:

Salam Fidan xanım. Paranoid düşüncələrinizin olması yaxşı hal deyil. Uşaq vaxtı gördüyünüz bu üsul sizə zamanında cəlbedici gəlsə də illər keçdikcə bu cəlbedicilik gücünü itirməli və siz normal dostluq əlaqələrinə üstünlük verməli idiniz. Bu barədə valideynlərinizə məlumat verməyiniz daha sonra isə mütləq surətdə psixoloji yardım almağınız lazımdır.

Anar 2017-08-28

salam Elnur bey..menim 24 yasim var,usaqliqdan utancaq cekingen boyumusem.indi cemiyetden qaciram insanlarla unsiyyet qura bilmirem,cemiyyet icine girende panik atak kecirirem ve oradan qacmaq mecburiyyetinde oluram.ozum istiyirem cemyete qosulum ama panik atak ele cekmir menden..menim xesteliyim nedir ve psixyatira yoxsa pisxoluqa muraciyye etmeliyem dinlediyiniz ucun cox sag olun

Cavab:

Salam Anar bəy. Panik atak deməzdən əvvəl vəziyyətinizdə sosial fobiyanı da dəyərləndirmək doğru olardı. Bunun üçün ilk etməli olduğunuz psixoloqa müraciət etməkdir. Ehtiyac olduğu zaman psixoloq özü sizi psixiatra da yönləndirəcəkdir. Əlaqə saxlayın sizə lazım yardımı göstərəcəklər. 0552572700, 0124803629

aynur 2017-08-28

ikinci ailemde dagldi hamileyem ozumu nece ele alim?ureym sixilir o barsmaq istyir atamgil razi deyl ne edim?

Cavab:

Salam Aynur xanım. Öncəliklə özünüzə zaman verin. Bir az toparlanın, hər şeyi ölçüb biçin və emosional olmamağa diqqət edin. Doğru olanı özünüz zatən müəyyən edə biləcək bir vəziyyətə gələcəksiniz.

Irada eliyeva 2017-08-25

Salam doktor yasli bir xedtemiz var oturmus uzanmis veziyetde dala qabaqa hereket edir dayanmadan terpenir.bu neyin elameti ola biler.80 yasinda qadindir

Cavab:

Salam İradə xanım. Yataq xəstəsidirsə, burada bir çox səbəb ola bilər. Ümumi olaraq nevrozluğun və psixi gərginliyin göstəricisi ola bilər.

Gunay 2017-08-25

Salam Elnur bey. Biz cavan aileyik. Sualima gore uzr isteyirem. Yoldawimda cinsi isteksizlik var. Daima erken bowalma olurdu. Son vaxtlar isteksizlik de elave olunub. Hec bir mualiceye de getmek istemir. Qeribe situasiyadir. Narahatliq kecirmir sanki. Ne etmek olar

Cavab:

Salam Günay xanım. Erkən boşalma kimi hallardan sonra istəksizliyin yaranması gözlənilən haldır. Çünki şəxs özgüvənini, marağını ən əsası həzz hissini itirmiş olur. Yaxşı olardı ki, psixoloqla bərabər androloqa da müraciət edəsiniz. Bu aşılmayan bir hal deyil. Buna görə sıxıntı etmək lazım da deyil.

Nuray 2017-08-23

Salam Elnur müəllim. Məndə uzun müddətdir ki, xəstəliyə görə fobiyam var. Bunun müalicəsi varmı? Sizin qəbula gəlmək istiyirəm. Çox xahiş edirəm sualımı cavablandırardınız. Öncədən təşəkkürlər.

Cavab:

Salam Nuray xanım. Fobiyalar müxtəlifdir, yaranma səbəbləri, tarixçələri məlum olarsa müdaxilə etmək mümkündür. Qəbul üçün əlaqə saxlayaraq qeydiyyat edə bilərsiniz: 0552572700, 0124803629

nazli novruzova 2017-08-22

Salam..qardawimda oglanlara qarwi sevgi hiss edirem ne ede bilerem? Qarwisin nece ala bilerem..xahis edirem mene komek olun cox qerarsizam..

Cavab:

Salam Nazlı xanım. Tez ağlınıza pis heç nə gətirməyin. Ola bilər özgüvən problemi yaşayır və həmcinslərinə qarşı marağı böyüyür. Onlara baxaraq onlar kimi olmaq istəyir. Ancaq burda bir nüans var bəzən bu özgüvən problemindən qaynaqlanan bir şey olduğu halda şəxs özü belə bunu anlamır. Yanlış anlayır və eyni sizin kimi ağlına yanlış fikirlər gəlir. Psixoloq dəstəyi almaq isə belə hallarda lazımlıdır və şərtdir.

SIMA 2017-06-06

Salam Elnur muellim . Men yuxuda dunyasini deyiwmiw yaxinlarmi gorende sehersi ailemde ziyan cekirik. Quranda oxuduram niye bele olur \n bilmirem, fikirlewmekden eseblerimde pozulub. Sualimi cox xahiw edirem cavablandirardiz . Evvelceden size tewekkur edirem

Cavab:

Salam Sima xanım. Belə bir deyim var, nəyi gözlərsən onu da yaşayarsan. Biz hər zaman pis olana köklənirik. Bir neçə dəfə yuxudan sonra yuxuda gördüyünüzü yaşamaq ola bilsn ki, sizdə şüuraltı bu qorxunu yaradıb. Siz səhər oyandığınız zaman artıq bu fikirlə oyanırsınız. Yuxuları gerçək həyatınıza köçürmə halları artıq normadan çıxıbsa, psixoloq müdaxiləsi mütləqdir. Öncəliklə etməli olduğunuz kontrolu əldə saxlamaqdır. Müraciətiniz üçün təşəkkür edirəm.

gül 2017-06-03

salam necesiz elnur bey men sevgilimle aramizda problemler yasayiram o heddsiz derecede qisqanc bir insandi amma men onu basa dusmeyi bacariram dunen onun muxtelif whatsapp tipli sosial sebekelerden isdifade etdiyini gordum tesadufen amma ona bunu desemde yalan olduqunu dedi isdifade etmediyini bildirdi lakin gozumle gordum giris cixis tarixi herseyi bilirem o mene xeyanet etmez guvenirem men onun bunlardan istifade etmeyin eleyhine deyilem sadece o mene bunlari qadaqa edirse eger özu niye gizlinden istifade etir lakin onun mene yalan demeyini goture bilmirem ve birde onda pis xasiyyet varki menimle dalasanda etdiyi herseyi baslayir uzume vurmaqa men onunla adi vaxtlar basa saliram deyirki birde olmaz eseblesib ettim dedim amma sonradan hersey yeniden tekrarlanir men onunla nece davranimki hersey qaydasina dussun oda mene yalan danismasin

Cavab:

Salam Gül xanım. Baxın özünüz də bunu problem etmədiyini deyirsiniz, ancaq heç yoxdan narahatlıq yaratmadan da dayanmırsınız. Əgər söhbət işlətmirəm deyilərək bağlanıbsa, nə etsəniz də bu məsələyə qayıda bilməzsiniz. Əks halda partnyorunuzu hövsələdən çıxarmış olarsınız. Adətən kişilər problem olmamağı üçün yalan danışdıqlarını deyərlər, qadınlar isə yalan danışmağını qəbul edə bilmirəm deyərək eqo edərlər, ancaq narahat olmayın bununla eqo əzilməz. Zatən ortada nəsə varsa, zaman hamısını qarşınıza çıxaracaqdır.

Ayten 2017-06-02

Salam Elnur bey.Men sizi ve psixoloqlarimizi daim takip edirem ve demek olarki oxumadigim meqaleleriniz yoxdur.Psixologiya menim ucun onemlidir lakin men ne qeder inam ve ozguven haqqda oxusamda calissamda bu iki hali ozumde saglam formalasdira bilmirem qaynaglar tebiki belidir eslinde ozume etiraf etmek cox cetindir qebullana bilmirem amma men cox tenbelem herseyi sonraya saxlayiram oxumagida neticede ne edirem yalan danisiram ve yaxudda yola verirem ve qarsimdaki insani dinleme qabiliyetim yoxdu acixlama vermemis tehqir edirem tez panikaya dusurem bu yay psixoloji yardim almag isteyirem Anam mene hergun cox esebi oldugumu ve mualice almali oldugumu deyir men hec vaxt ozumkimi olmamisam basqalarinin istediyikimi olmusam

Cavab:

Salam Aytən xanım. Kəmhövsəllik, təhqir və sonrasında peşmanlıq kimi isterik davranışların kökü bəlli olmalıdır və əsası bunu qəbullanmalı daha sonra isə uğurlu müalicəsinə başlanmalıdır. Hər zaman deyirik həlli mümkün prolemlərə görə həyatınızı çətində saxlamayın. Bizə müraciətiniz uğurlu addımlarınızdan olacaqdır. Yolunuzu gözləyəcəyik. Müraciətiniz üçün təşəkkür edirəm.

Anonim 2017-06-02

Salam Elnur bəy. Yaxınlarımın ruhi sağlamlığımla bağlı ciddi narahatçılıqları var. Uzun müddətdir məndə nəsə qəribəliklər hiss etdiklərindən məni psixoloqa götürmək istəyirdilər, ancaq mən qarşı çıxırdım. Son vaxtlar mənim də içimə qurd düşüb. Əslində sübut etmək istəyirəm ki məndə heç bir problem yoxdur. İndi mənə marağlıdır ki, mən psixoloqa, yoxsa psixiatramı görünməliyəm ?

Cavab:

Salam, ilk əvvəl psixoloqa şübhələrinizi və şikayətlərinizi bildirirsiniz. Ehtiyac görülərsə sizi psixiatra yönləndirəcəklər. Əlaqə saxlayın sizə gün təyin edilsin: 0552572700, 0124803629. Müraciətiniz üçün təşəkkür edirəm.

Subhan 2017-06-01

Salam Elnur müəllim..Mən əsgərlikdə olanda bizim ailəmizdə çoox mənfi şeylər oldu...xidmətdən çıxıb gələ də bilmirdim..nəhayət 3 ay dözdüm xidmət qurtardı gəldim..gələndən sonra bu hadisələri qəbul edə bilmirdim..həzm edə bilmirdim -elə indi də hələ də izləri qalıb ..nə məsləhət görərdiz..?

Cavab:

Salam Sübhan bəy. Bu izlər nələrdir qeyd etmədiyiniz bir şey demək mümkün deyil. Bunun üçün həm də ailəniz barədə bir fikir formalaşmalıdır. Elə şeylər olar ki, onlar sizin ailədə normal qarşılanar bu kimi hallar müəyyən edilib nəzərə alındıqdan sonra sizi narahat edən nüansla da tanış olduqdan sonra nəsə demək mümkündür. Bu izlər bu gün sizin həyat prosesinizə təsir edirsə, psixoloq dəstəyi ala bilərsiniz.

Xalid 2017-06-01

Salam Elnur müəllim və moderatorlar..xahiş edirəm sualii cavablayasınız..çoox narahat edir məni...deməli mən 8-ci sinifdə oxuyanda Babamın səhhəti pisləşdi və rayondan bizə bakiya -bizə gəldiki ona qulluq edək..o bizdə 2 il qaldı.. 2 il ərzində mənə öz həyat məsləhətlərini verdi..sadəcə o rəhmətə gedəndən sonra məndə fikirlər qarışdı-yəni ata ananın verdiyi tərbiyə öyüd nəsihətlərlə babamın verdiyi öyüd nəsihətlər arasında qalmışam..tamam fərqli həyat istiqamətləri verdi babam..

Cavab:

Salam Xalid bəy. Bu fikirlərin nələr olduğunu bilmədiyimiz üçün bir şey demək mümkün deyil. Bu qədər arada qalmaq bu gün sizə öz qərarınızı verməməyə səbəbdirsə, siz bu fikirlərdən aydınlığa çıxmalısınız. Bunun üçün isə hər bir fikir ayrılıqda danışılmalı izah olunmalıdır.

Fəxri Məmmədov 2017-06-01

Salam Elnur Bəy. Mən maşın almaq istəyirəmm..Sürədə bilirəm..təlim keçmişəm.. sadəcə mənə elə gəlirki maşın alsam avarya edəcəm ..gündə bir avarya eşidirəm.. nə edim..belə sürətə də meyilli deyiləmmm. nə edim

Cavab:

Salam Fəxri bəy. Əgər burada göstərdiyiniz bu kimi narahatlıq həyatınızda ara sıra da olsa başqa hallarda da müşahidə edilirsə, psixoloqa müraciət etməlisiniz. Bu sadəcə neqativ düşüncələrdir. Çalışın bundan uzaq olasınız, əgər bu sizdə alınmır günü gündən artırsa, mütəxəssis yardımı almağınızda fayda var.

Zülfiyyə 2017-05-31

Salam Elnur bəy. Elnur bəy sinif yoldaşım bir məsələ ilə bağlı Sizə müraciət etməyimi xahiş etmişdi. O, deyirdi ki, onunla hazırlıqda olan bir qız acanda mədəsindən gələn səslərə görə çox narahat olur. O, acmayanda da bu hal təkrarlanır və o da ac olsa da, olmasa da çoxlu yemək yeyir. Buna görə çox utanır. Yəni, bu hal olmayanda da, olacağı üçün çox gərgin olur və mədəsini qucaqlayır. Elnur bəy, bu hal orqanik yoxsa psixolojidir? Öncədən diqqətiniz və dəyərli məsləhətləriniz üçün təşəkkür edirəm.

Cavab:

Salam Zülfiyyə xanım. Əslində orqanizmimiz canlıdır səslər orada hər zaman ola bilər. Lakin nə zamanki biz bu səslərə diqqət etməyə hətta kompleks etməyə başlayırıq o zaman o səsləri hər zaman eşidirik. Vəziyyəti psixoloji dəyərləndirmək olar. Əgər ciddi sancılar varsa həkimə müraciət etməyiniz lazımlıdır. Yox, sadəcə səslər və komplekslilik varsa psixoloqa müraciət edə bilərsiniz.

Nazim 2017-05-30

Salam Elnur bəy. Mənim həssas nöqtəm din mövzusudu...mən namaz qılan deyiləm..içimdən namaz qılmaq gəlmir..və mənə deyirlərki namaz qılmasan cəhənnəmə düşəcəksən..və ən pisi isə budu ki deyirlərki hər an ölə bilərsən nəbilirsən nəvaxt öləcəksən, gecikişirsən başla namaz deyirlər.. mən başa sala bilmirəmki içimdən gəlmir namaz qılmaq..məni bir növ məcbur edirlər buna...mən bunu psixoloji təhdid kimi qiymətləndirirəm..

Cavab:

Salam Nazim bəy. Psixoloji problem kimi bir vəziyyət yoxdur, ancaq ola bilər bu sizə psixoloji basqı etsin. Belə halda qarşı gəlmək yerinə, konflikt etmək yerinə çox sakitliklə nə vaxtsa qılmaq istədiyinizi, ancaq o zamanın indi olmadığını deyə bilərsiniz. Qarşı gəlib dalaşdığınız zaman çevrənizdəkilər elə düşünürlər ki, siz tamamilə dindən qaçırsınız.

Elvira 2017-05-29

Salam Elnur müəllim. Natamamlıq kompleksi haqqında da nəsə paylaşım edərdiz .mümkündüsə

Cavab:

Salam Elvira xanım. Diqqətiniz üçün təşəkkür edirəm. www.dushunce.az saytımızdan Siz komplekslə bağlı materiallar tapa bilərsiniz. yaxın günlərdə isə çalışaram bununla bağlı həm məqalə, həm də video çarx hazırlayım. Uğurlar Sizə

anonim 2017-05-26

salam elnur bey bu il allah qoysa toyumuzdu menim 20 sevdiyim oqlanin 22 yasi var meni narahat eden etrafdakilarin bu evliliyin tez olduqunu bildirmekdi sizce bu duzgun bir fikirdi mence yas deyil insanin ruhu eyer boyumuwse herseye yeni yasama aile mesuliyyetine ozunu hazir hiss edirse yas mence 2ci plandadi meni kenardaki fikirler hemise narahat etir men bunu nece asa bilerem

Cavab:

Salam. Bu yaş evlilik tez sayıla bilər. Ancaq o demək deyil ki, uğursuz evlilik olacağı dəqiqdir. Xeyr, sadəcə burada şəxsin həyat prosesi, həyat proseslərinə qarşı dayanıqlılığı nəzərə alınmalıdır. Siz məsələnin içində olduğunuzdan bunu görməyə bilərsiniz. Ancaq ətraf dediyiniz həm də ailənizdirsə, onlar da bunun tez olduğunu deyirsə, öncəliklə qulaq verməkdə fayda var. Tələsmək hər zaman mümkündür, geri qayıtmaq isə heç vaxt. Dəqiq addımlamaq üçün özünüzə zaman tanıyın. Qalan hər şey zatən öz axarında gedəcəkdir.

Esmira 2017-05-26

Salam menim problemim budurki men ozumu ifade ede bilmirem men biliremki istediyim herseyi bacara bilerem neyi isteyiremse bacariram lakin heyat mene qarsi acimasizdir etrafimdaki insanlar herseyi o qeder rahat elede edirlerki universitete qebul oldum lakin oxuya bilmedim oxumaq isteyirem ailem islemeyimi isteyir savadim ola ola satici isleyirem hecneye maragim hevesim qalmir tez ruhdan dusurem psixologiyani cox sevirem lakin oz psixoloji veziyyetimi gore bilmirem heyat meni sarsdigca sarsiliram 21 yasim var amma ozumu cox yasli ve yorgun hiss edirem sadece men indi fikirlesiremki hardan ve nece heyatimi qurum hersey menfiye dogru gedir ne edimki?

Cavab:

Salam Esmira xanım. İnsan özünə irad tuta bilirsə, deməli o həm də formalaşır deməkdir. Lakin bəzən bu iradların limitsiz olduğunu müşahidə edirik. Yəni insan hər etdiyi işdə özünü uğursuz, bununla yanaşı həm də ətrafındakı insanları daha bacarıqlı hesab edirsə, problem buradan qaynaqlanmağa başlayır. Davamlı özünü mənəvi cəhətdən əzmək sonda özünə güvənməməyə gətirib çıxarır. Daha sonra bir anlıq həvəs etdiyiniz işlərdən tez soyuma halları, tez ruhdan düşmə halları da müşahidə edilir. Özünüzü davamlı aşağı dəyərləndirərək mənəvi gücünüzü zədələmisiniz. Əgər toparlanacaq gücü özünüzdə hiss etmirsinizsə, bunu bir mütəxəssislə aradan qaldıra bilərsiniz. Gedərək özünüzdə gücü də hiss etdikcə layiq olduğunuz işdə də işləyəcəksiniz. Doğru müalicədən sonra sizə lazım olan sağlam addımların atılmasıdır. Zaman itirmədən bunu aradan qaldırmağa çalışın.

Vusal 2017-05-25

Salam .Sizdən xahişim fikirlərimi düzgün dəyərləndirin . Məndə arada psixoloji beyin pozulması olur. Mən hər zaman insest tipli halların əlehinə olmuşam .Davamli olaraq baş vermir sadəcə arada beynimə gəlir gedir . Bundan başqa yaraşıqlı insan görəndə simpatiyam artır ozüm özümə deyirəm ki qəşəng insandır . Amma sonra fikirləşirəm ki, bu homoseksualliqdir . Sadəcə bunu araşdırmaga çalışıram . Fikirləşirəm özümdən uzaqlaşdırıram . Allaha dualar eləmişəm ki, bu fikirlər uzqlaşşsın . Xahiş edirəm elmi olaraq mənə izahın verərdiniz . Homoseksualist yada insestlə məşğul olan insan deyiləm normal insanam hər zaman düzgün dəyərləndirməyi bacaran insnam . Sadəcə son zamanlar bu hallar olub . Mənim üçün bu utanc və gunah olan əməldir .

Cavab:

Salam Vüsal bəy. Bu kimi fikirlərin olması o demək deyil ki, sizdə homoseksuallığın göstəriciləri mövcuddur. Bu cinsi obsessiya da ola bilər, yaxud şəxsin heyranlıq hissini özünə düzgün təlqin etməməsi. Belə halların əleyhinə olmaq da bəzən bizi fikircə də olsa buna apara bilər. Lori dildə buna beyin oyunları da deyə bilərsiniz. Sadəcə çox köklənmə nəticəsində bu fikirlər ola bilsin ki, sizdə yaranmış olsun. Özünüzü qorxutmayın, gərgin olacaq da bir vəziyyət yoxdur. Sadəcə zaman verin özünüzə və bu zaman ərəfəsində bu kimi hallara anormal, qorxaraq, narahaqlıqla yanaşmaqdan imtina edin. Bir az zehinsəl olaraq normal və rahat yanaşın. Daha isə müşahidə edin baxın belə hal davam edirmi etmirmi. Əgər edərsə, psixoloqa müraciəet edin.

Cicek 2017-05-24

Salam. 1 ay bundan evvel anam sehheti ile elaqedar xestexanada yatmali oldu. Bunu bilende cox qorxmusdu dusunmusdu xesteliyi cox agirdi deye xestexanada yatmalidi. Mualice olundu indi sukur yaxsidi. Amma bir muddetdi yuxusuzdu. her gun yuxusuzlugu daha cox olur. Eyni suali tez tez verir. Nese deyende agliyir.Sakit danisir. Cox halsizdi. Bilmek isteyirdim anamda niye bele deyisiklik olub. Birde bunu nece hell ede bilerik. Siz ne meslehet gorursuz?

Cavab:

Salam Çiçək xanım. Öncəliklə keçmiş olsun. Allah hər birimizin valideyninə can sağlığı versin. Ola bilər ki, valideyniniz bu səhhət problemində böyük stress yaşayıb və ölüm qorxusu keçirib. İndi isə daxilən onu bu mövzuda olan düşüncələr sıxmış olsun. Bu hal 2 aydan çox davam edirsə, nisbətən azalıb cuzi də olsa qalıbsa, (2 ay ərzində azalma yox, artma yaxud stabillik varsa ) mütləq psixoloqa müraciət etmək vacibdir. Çalışın bunu gecikdirməyin.

AYDAN 2017-05-22

GECE YATA BILMIREM.YATABILMEYENDE DE,AGLAYIRAM.MENE ATAM DEYIR KI,MENIM KIMISEN YATIRSAN AMA,OYAQ KIMI HISS EDIB OYANIRSAN.MEN TEZ RUHDAN DUSUREM.BUNUN QARSISINI NECE ALA BILEREM.HEMDE 6-CI SINIFDE OXUYURAM

Cavab:

Salam Aydan xanım. Yata bilmədiyinizdə özünüzü yatmağa məcbur etməyin. Qalxın bir az zaman keçdikdən sonra yenidən sınayın. Əgər çare etməsə hər hansı sinir gərginliyi keçirməyə davam etsəniz bizə müraciət edin. 0552572700 0124803629

Gunel 2017-05-15

Salam hekim men panik atak xestesìyem illerdi mualice alìram saxalmìram duzdu ele olubki yaxsìlasdìgìmì his etmisem ancaq sonra yene baslayìb cox eziydt cekirem heyacan keder gucsuzluk meni yorub inanìnki men bu 7 il erzinde nece yasamìsam bilmirem indi de dermanda kömek etmir surum zeyifleyib fikirim cox dagìnìq olur usagì mektebe yola salìram biraz kecir unuduram ele bilirem heyetdedi sonra xatìrlayìram cox caresizem 29 yasìm var 2 usagìm var yoldasìmda meni tam basa dusmur ne cekdiyimi bilmir özumu cox yorgun yaslì his edirem ureyide guclu cìrpìntì okur 1 mertebeli pileken bele cìxa bilmirem heyacandan ureyim cìxìr yerinden bu iller erzinde inandìgìm pisxaloqdan mualice almìsam indi hecne etmirem ruhdan dusmusem cox umudsuz yasayìram bedenimde cox agrìlar olur övladlarìm menden qat qat gucluduler men onlara destek olmaqdan onlar mene destek olur yaxìnlarìm coy uzulur menim bu halìma hec yana gede bilmirem xayis edirem mene kömek edin bunlarì elim titreye titreye yazìram cox heyacan var

Cavab:

Salam Günel xanım. Panik atak psixoloji xəstəlikdir və yalnız dərman onun müalicəsi deyildir. Çünki panik atak əsli olmayan narahat fikirlər sonrası yaranır. Öncəliklə düşüncələrinizi səhmana salmağı öyrənməlisiniz. Yoxsa dərman sizi sadəcə müvəqqəti yaxşı edə bilər. 7 il yetəri qədər uzun müddətdir. Artıq psixoloqla görüşməyin zamanı gəlmişdir. Doğru diaqnoz və doğru yanaşma psixoloqun uğurlu müalicəsidir ki, bundan sonra panik atakdan qurtulmaq mümkündür.

sahib 2017-05-11

Salam. Var olmayan seyler gorurem. Oyaq veziyyetde meni ele bil qara basir.

Cavab:

Salam Sahib bəy. Vaxt itirmədən mütləq şəkildə psixoloqa müraciət edin. Bu hal psixoloji vəziyyətinizin ciddiliyindən xəbər verə bilər.

Rüfət 2017-05-11

Salam.. Cavabınız üçün təşəkkür edirəm. 22 yaşım var. tələbəyəm. Düşüncələrim daim qarışıqdır. Fikirlərim baş verənlərin pis tərəfini ələ alır, özüm özümə düşmən kəsilmişəm. Səbəbsiz kefim pozulur. taqətsizləşirəm. Bəzən münasibətdə sərhədləri aşıram. Ele olur ki axşam yerimə uzanib hava işıqlananda qalxıram ama o müddətdə yatmıram. Bütün bunlara bir məna verə bilmirəm. Mənəvi boşluq içərisindəyəm. zövq alacağım bir məşğuliyyətim yoxdu.. tam ürəkdən reallaşdırmaq istədiyim bir hədəfim yoxdu. nə məsləhət görürsüz.

Cavab:

Salam Rüfət bəy. Nədən sonra bu halən müşahidə olunduğunu bilmək vacibdir. Burada sizin günlük həyat axışınız da nəzərə alınmalıdır. Ailədaxili münaqişələr, vəziyyətlər hər biri hesaba qatıldıqdan sonra səbəb dəqiq bilinəcəkdir. Daha sonra isə bu prosesə son vermə yolunda addımlar ata bilərik. Bu addımları psixoloqla tərtib etməyə çalışın.

Leyla 2017-05-11

Salam Elnur bey. Men universiteti bitirmisem hetda isleyirem amma oz ozume sual verende ki \"men ne isteyirem?\" cavabini tapa bilmirem. Bu hal meni cox narahat edir umumen xosbext olmaq isteyirem ve ugurlu geleceyim olsun isteyirem her insan kimi. Amma hansi peseye sahib, nece insan olmaq istediyimi bilmire. Bu hal da mende meqsedsizliye, hevessiz olmaga getirib cixarir. Sizinle sohbetlesib, meslehet almaq cox isteyirem amma merkezinize muraciet edende (cox uzr isteyirem) konsultasiya qiymetleri menim budcemi asdigini gordum bu meni cox meyus etdi. Diqqetinize ve mene vaxt ayirdiginiza gore onceden tesekkurler

Cavab:

Salam Leyla xanım. İstədiyiniz yolda əmin addımlamaq üçün sizə böyük motivasiya lazımdır. Ya kiçik yaxud uğurlu işlərlə öz motivasiyanızı qaldıra bilərsiniz, ya da psixoloq dəstəyi ala bilərsiz. İlk əvvəl bir plan dəftəriniz olarsa yaxşı olar. Görmək istədiyiniz, görməli olduğunuz işləri qeyd edin və sıralayın. Daha sonra isə hər birini yerinə yetirmək üçün müəyyən vaxt limiti qoyun. Həmin limit daxilində qeyd ediləni yerinə yetirməyə çalışın. Həftə sonu isə nə qədər planda geriləmə etdiyinizi çıxarış edin.

Feride 2017-05-09

Salam. Mənim 23 yaşım var. Atam məni görmədiyim tanımadığım biri ile nişanlayıb. Mənim razılığım olmadan. Onunla ancaq telefonla ünsiyyet qura bilirəm. O hər danışdığımızda. Məni düşüncələrimə görə uşaq adlandırır.Təhqir edir , alçaldır, hədə qorxu gəlir. Men ondan artıq çox qorxuram. Əsəbləşirəm. Atama , anama deyəndə mənə inanmırlar, məni günahlandırırlar. Onun tərəfini tuturlar. İndi mən nə edim? Xahiş edirəm mənə kömək edin?

Cavab:

Salam Fəridə xanım. Əgər ortada belə bir hal var və valideyn bunun olduğunu inkar edirsə, böyük ehtimalla onu istəmədiyiniz üçün bunları uydurduğunuzu düşünürlər. Belə halda ana ilə söhbət etmək lazımdır. Bunun istəməməklə əlaqəsi olmadığını bildirdikdən sonra onunla telefonda danışarkən yanınızda olmağı təklif edə bilərsiniz. Şahid olduqlarınıza onu da şahid edin.

Qurban 2017-05-08

Salam zahmat olmasa cavab yazasiniz. Tak hec yana cixa bilmiram,ayaq usta dura bilmiram oturmaga ustunluk veriram pis yuxular goruram.gun arzinda narahat oluram isi cox gore bilmiram

Cavab:

Salam Qurban bəy. Bu vəziyyət nə qədər müddətdir davam edir, nədən sonra yaranıb, kökündə hansı faktorlar dayanır ilkin müayinə ilə müəyyən edilməlidir. Ondan sonra nəyə əsasən yaranan hansı psixolojin halın olduğunu dümək mümkün olacaqdır.

MuraD 2017-05-07

Salam.Abituriyentem.Amma vaxtimi duzgun bole bilmirem.Gunorta hazirliqlar...Axsamustu gelirem biraz yemek...baxiramki mes saat 9 10du amma yorgun da olsam yatmiram yatanda yorguluguma gore qalxa bilmirem buda oxumaq suretimi azaldir.Vaxta da qalib...Ne meslehet gorursunuz???

Cavab:

Salam Murad bəy. Bu kimi hallar üçün psixoloqların abituriyent proqramına qoşulmağınız daha yaxşı olardı. Bu zaman dəyişiklik edilən rejimdə həm yuxunuz, həm də hazırlıqlarınız tənzimlənərdi.

murad 2017-05-07

salam elnur muellim bilirsiniz yorgunlugum necedir yuxudan doymuram ancaq yatmaq isdeyirem yatiram yaxsi oluram ancaq ne qeder yatmaq olar gozlerim elece yorgun olur basqa problem yoxdur sag olun narahatciliq verdiyim ucun uzr isdeyirem\n

Cavab:

Bir daha salam Murad bəy. Yuxu problemi təkcə yatmamaq sayılmır, həm də çox yatma halları da yuxu probleminə aiddir. Və sizin narahatlığınız yuxu problemidir. Müalicəsi üçün yardım almağınızda fayda var.

anonim 2017-05-07

salam elnur muellim mende deyesen sosial fobiya var bilmirem neyneyim cox eziyyet cekirem bundan qabaq dost tanisin yaninda oturanda bir yerde yemek yeyende bu hal mende olurdu. indi artiq qohumlarin yaninda bu hallar bas verir duzdu uzume vurmurlar amma cox ezab cekirem hetta depresiyya halindayam ... oturub deyib guluruk birden qizariram istilik gelir mene sonra baslayiram terlemeye asiri terleyirem uz gozumden su kimi ter gedir durub cixiram bayira .... ele biliremki kim ne danisirsa danisdigi sozu mene unvanlayir bele pis oluram artiq demey olarki hamindan qaciram ancaq geceler cixiram gezmeye. Xahis edirem mene bir yol gosterin ele biliremki mene aciq verirler mende pis oluram ...men hec kimin gelbin qirmiram calisiramki insanlarin xetrine deymeyim amma bu hiss meni lap biabir eleyib...cox utaniram ele biliremki qizarmaqimi gorub terlemeyimi gorub mene paxil deyecekler ...

Cavab:

Salam. Sosial fobiyadan daha çox paranoid fikirləriniz də mövcuddur. Belə halda şəxs neqativ hər şeyi özünə aid. O düşünür ki, hətta əslində insanlar onu sevmir yalandan onu sevirmiş kimi göstərirlər. Bu kimi narahatlıqlara zamanında müdaxilə etmək lazımdır. Artıq gəzintiyə belə gündüz tək çıxmaq sizə yetmir gündüz gizlənib gecə gəzintiyə çıxmağa başlamısınız. Gedərək evdən çıxılmayacaq hala gəlmədən psixoloq yardımı alın və qısa zamanda özünüz də dəyişikliyi hiss edəcəksiniz. Həll olan hallara görə həyatınızı daha da çətinə salmağa dəyməz. Əlaqə saxlayın sizə lazımı yardımı edə bilək: 0552572700 0124803629

murad 2017-05-05

salam elnur muellim yaz vaxti yorgunlugu yeni beyin yorgunlugunu nece def edim 1 ile yaxindir ki depresiyadan cixmisam ne meslehet ederdiz sag olun

Cavab:

Salam Murad bəy. Yaz yorğunluğu ilə beyin yorğunluğu tamam ayrı narahatlıqlardır. Yaşadığınız hal tam olaraq hansıdır məlum deyil. Əgər hər iki halda da 2 həftə müddət verin. Əgər narahatlıq azalmazsa, azalmaq yerinə nisbətən də olsa artım olarsa mütəxəssisə müraciət edin. Yenidən depressiyaya çevrilməməsi, ruh düşkünlüyü yaşamamaq üçün bu vacibdir.

E.Tagiyev 2017-05-02

Cavabiniz ucun tesekkur edirem.Bu cur problemler olmasin deye mene ne meslehet gorerdiniz? Belke men sadece gozlemeliyem sebr elemeliyem? Ne etmeliyem ? Ve yaxud onun qardasi haqqinda hec ne dememeliyem he?

Cavab:

Bəli, heç bir şey deməyin. Desəniz zatən o buna haqq verməyəcəkdir. Ən yaxşısı yolunda getməyən digər nüansları aradan qaldırmağa çalışın.

E.Tagiyev 2017-05-01

Menim aile problelerim var.Yoldasimla 9 ildi evliyik. 9 il boyunca bir yerde islemisik.Men yoldasim ve qardasi. Yoldasim qardasinin menafeyini mennen ustun tutur.Qardasi demek olar ki, bizim aramiza girir.Menim 2 usaqim var. Heyat yoldasimida cox isteyirem.Lakin axir vaxtlar maddi sixintilarim oldugunnanda problemler yaranir.Yoldasim mennen cox qardasina guvenir. En azinnan mene bele gelir.Qardasinin islerini yoldasim aparir. Sizin bu meseleye munasibetinizi bilmek isteyirem.Bu yaxinlarda yene problemimiz oldu.Qardasinin ve onun ailesine gore bir muddet ayri qaldiq.Amma men yene usaqlarima gore yoldasima gore her seyi uddum yoldasimi yanima getidim.Amma bu defe olanlardan ozum psixoloji travma almisam. Yoldasim ise her seyde qardasina guvenir deye bilerem. Xahis edirem mene bir meslehet verin.Evvelceden tesekkurumu bildirirem size

Cavab:

Salam. Şikayətçi olduğunuz hal yoldaşınızın çox öncədən bütün gördüyü şəxsdir. Əgər sizin heç bir önəminiz olmasa əvvəldə sizə diqqət etməzdi. Nə qədər qəribə səslənsə də, siz onun həyatına sonradan gəlmiş biri sayılırsınız. Qardaşına bağlılığı onu pis yolamı aparır? Xeyr. Sadəcə ola bilər daha çox önəmsənilir. Siz bunu aranızda problemə çevirmədən həll etməyə çalışmalısınız. Əgər hər dəfə konfliktlərinizin səbəbini ona qardaşı olduğunu bildirsəniz təbii olaraq dinləməyib sizi səhv görəcəkdir. Maddi sıxıntılarınızın olmadığını düşünün, hər tam ürəyinizcədir. O zaman da qardaşı sizcə problem sayılardımı? Ola bilər xırda sayılan bir çox ürəksıxıcı hallar üst-üstə gəldiyindən siz daha çox bu nöqtədə dayanırsınız.

Jale 2017-04-30

Salam Elnur muellim! Xahis edirem, menim sualima cavab gonderesiniz cunki cox ehtiyacim var.2 ildir aileliyem, 1 oglan ovladim var.Heyat yoldasim narkotik qebul edir ancaq onu bu pis emelinden uzaqlasira bilmirem.Onunla derdlesirem, yenede hansisa meqami qaciriram.Men gelen gunden valideynleri ile yola getmirdi, esasda anasi atasi ancaq yoldasimi izleyirdiler ve men hecne anlamirdimki ne bas verir?! Hergun eve gec gelirdi ve gunler kecdikce evde dava-dalas artirdi, isde de problemler yaradaraq cixarildi.Men aciq olaraq,oglunuz narkotika verdiskaridir ona yardim edin,mualice eletdirin, psixoloqa aparin -desemde meni hecbiri dinlemir ve men qalmisham tek.Ozum defelerle ayrilmaq istemisem cixib atam evine getmisem sonradan atasi anasi ozu gelib yalvaribki, bir sansda ver duzelecek amma teessufler olsunki,duzelmir. Mene destek olun.. teshekkur edirem yaxsiki siz varsiz!

Cavab:

Salam Jalə xanım. Belə halda sizin kimi yoldaşınızın da bundan şikayətçi olmağı şərtdir. Məcburi deyil də, ona izah edərək və sonda seçimi ona qoyaraq onu bu yoldan döndərmək lazımdır. Ən doğru yol isə psixoloqa müraciət etmək olacaqdır. İlk əvvəl etməli olduğunuz yoldaşınıza mənəvi dəstəyi verməyinizdir. Özünə güvəni formalaşarsa, bəlkə buna ehtiyacı olmadığını anlayar. Daha sonra isə qurtulmaq üçün lazım gələrsə psixoloqa da öz istəyi ilə müraciət edə bilər.

Elcan 2017-04-26

Salam.Problemim belkede gulmelidir.16 yasim var.Menim sanki geniw sahelerde gezmeye ayaq uste durmaga fobiyam var. Sanki yixilacam kimi bir fikir gelir aglima. Qeyd edim ki hecvaxt bele bir wey olmayib yeni yixilmamiwam. Sadece qorxudur. Meselen geniw mawin yolunu kecsem yixilacam deye bir fikir gelir aglima. Eslinde biliremki menim ozumden asilidir. Ama bir ilden coxdurki bu problemle bacara bilmirem. Xahiw edirem ele bir soz deyin ki bu fobiyami silib atsin. Onceden tewekkurler.

Cavab:

Salam Elcan bəy. Vəziyyətinizi psixoloji dəyərləndirmək mümkündür. Bu fikrin nədən sonra yarandığını müəyyən etmək lazımdır. Geniş və boş sahəyə düşdüyünüz özünüzü dərin quyuda kimi boşluqda hiss etməyiniz sizə mənəvi bir çox zərər verə bilər. Diaqnoz üçün ilkin müayinə lazımlıdır. Zaman itirmədən psixoloqa müraciət etməyiniz məsləhətdir.

R.Memmedova 2017-04-25

Salam hekim. bagiwlayin narahat edirem menim 17 yasim var bu aralar cox qerarsizam bir anda bir nece sey haqqda dusunurem cox sehv qerarlar verirem buda meni cox narahat edir bezende ureyimde sixinti olur ele seyler var aglimdan cixarmaq isteyirem ama olmur.....Meslehetinize cox ehtiyacim var\n

Cavab:

Salam. Əvvəlcə bu qədər fikir dağınıqlığının haradan qaynaqlandığı müəyyən etmək vacibdir. Ondan sonra isə doğru yanaşma etmək mümkün olacaqdır.

aylin 2017-04-25

salam hekim men sizden bezi problemler haqqda meslehet almaq isteyirem men birini cox sevirem lakin onu tam tanimiram o menen uzaqda olur ancaq telefonla elaqe saxlayiriq uzunu ancaq wekilerde gormuwem yenede onu cox sevirem bezende meni aldadir deye wupe edirem dunen bir ilimiz tamam oldu hem fikirlewirem aldatsaydi 1 il menle danismazdi ama yenede wupeler qorxular meni buraxmir

Cavab:

Salam Aylin xanım. Şübhə ediləcək, qorxulacaq bir şey yoxdur. Əgər münasibət sadəcə uzaqdan-uzağa telefonladırsa, bunu çox ciddiyə almamağınız doğru olardı. Zamanla hər şeyi onsuz da ayırd edə biləcək vəziyyətə çatacaqsınız. İndidən ciddiyə almaq sizə artıq məsuliyyəti hiss etdirir və sadəcə telefonla danışmaq yetməyə bilir. Buna görə də müəyyən narahatlıqlar, bilinməzliklər yaranmağa başlayır.

Ilahe 2017-04-22

Salam Hekim sizden meslehet Almaq\n Istiyirem Mende demey olar ki vas vasiliq\nXesteliyivar Tez Tez ozumnen asli olmayaraq elerimi yuyuram evde ozume yer tapa bilmirem her seyden diksinirem bilmek istirem Bunun malicesi var\n\n\n \n\n\n\n

Cavab:

Salam İlahə xanım. Bəli, qeyd etdiyiniz vəziyyət psixoloji xəstəliklərdən sayılır və Diaqnoz olaraq qeyd etdiklərinizdən OKP demək mümkündür. Zamanında psixoloqa müraciət etmək lazımdır ki, fəsadları irəliləməsin. Aradan qaldırılması mümkün bir narahatlıqdır. Əlaqə saxlayın sizə lazımı yardımı edəcəkdirlər: 0552572700, 0124803629

Nihan 2017-04-19

Salam Elnur muellim.Xahish edirem mene cavab yazasiniz,evvelceden teshekkur edirem.Men 2 ildir aileliyem,heyat yoldashimin bir cox problemleri var, maddi ve is sixintilari yasadi,valideynleri ilede her gun mubahise edir onlarla yasamaq istemir.Xususilede anasi ile yola getmir.Demek olarki men 2 ildir heyat yasamiram.1 ovladim var.Bir zaman hiss etdimki,narkotikadan (tiryek) istifade edir.En yaxin meni bilir, ancaq meni yaxin buraxmir hekime , psixoloqa gelmek istemir yaxsi qidalanmir yuxu rejimini deyisib ancaq gece heyatini yasayir.nece ede bileremki onu bu depressiyadan qurtarim.mene yardim edin.

Cavab:

Salam Nihan xanım. İş sıxıntılarının sizin üçün əsas olmadığını, ancaq toparlana biləcəyinizə onu inandırmağa çalışın. Belə davam etməklə heç bir işi toparlaya bilməyəcəyinin fərqindədir. Ancaq dərk etmir, yaxud bundan qaçır. Bir az əzmlə hər şeyin öhdəsindən gələ bilmə gücünü ona hiss etdirin. Valideynləri də bu yolda ona kömək olarsa yaxşı olar. Ola bilmirsə, mənəvi güc verməyi bacarmırsa, bəzi konfliktləri yaratmamaqlarına diqqət etməlidirlər.

Fuzuli 2017-04-18

nisanlim kecmiwinde basqa bir oglanla opusub indi men onunla 7 aydir niwanliyam indi deyir mene men opusmusem xaiw edirem siz mene komek edin men niwani qaytarim yoxsa o duzeler\n

Cavab:

Salam Füzuli bəy. Belə halda sizcə deməməliydimi? İş prosesə görə dəyişir əgər bu qəbul etməyəcəyiniz bir şeydirsə, bunu çox normal qarşılamaq məcburiyyətində deyilsiniz. Onun bunu deməmiş olduğunu var saydığınızı deyərək ciddiyətinizi qoruya bilərsiniz. Nişan atmaq və s. belə qərarlar artıq olardı. Bu günlə yaşayın. Keçmiş keçmişdə qalmadığı müddətcə çox problemlər yarada bilər.

aysel 2017-04-09

hekim bagislayin bir daha narahat edirem.men istemirem bizim qohumlardan kimse bilsin ona gorede elaqe saxlaya bilmirem fantaziya nedemekdir?men sebebin tam orgenib demek isteyirem bacima.xahis edirem cox xahis acig danisinda

Cavab:

Bir daha salam Aysel xanım. Yaxşı olardı ki, müraciəti də bacınız özü etsin. Çünki onun evlilikdə yoldaşı ilə yaşadığı cinsi problemi sadəcə özü daha aydın izah edə bilər. Sizinlə çox şeyi paylaşsa belə paylaşmadığı nələrsə ola bilər. Və qohumların bunu bilməyinə ehtiyac yoxdur. Sadəcə zamanında müdaxilə edilməlidir. Bu onların anonim problemləridir. Siz belə kənarda durmalısınız. Ailə özü buna çözüm axtarırsa, o zaman problem həll tapa bilər. Başqa cür özü bunu istəmədikdən sonra heç bir yardımın onlara köməyi dəyməz.

B.Yusifli 2017-04-05

Salam,hormetli hekim. Meslehetinize gore minnetdaram. Cox uzr isteyirem,sizi bu qeder bezdirdiyim ucun ozum de cox narahat oluram. Cox sagolun.

Cavab:

Buyurun hörmətli Yusifli. Əgər narahatlığınız son tapmazsa, psixoloji müayinədən keçməyiniz məsləhətdir.

aydan 2005 2017-04-04

men gece yata bilmirem.sabaha qorxuram.elaciyam.6-ci sinifde oxuyuram.elaciyam,derlerimi oxumusam.hemde ki,qorxanda medem olan hisse agriyan kimi olur.\n neyniyim

Cavab:

Salam Aydan xanım. Qorxunun səbəbi nədir öyrənmək lazımdır, mədədəki ağrı isə psixoloji vəziyyətin fiziki təsiridir. Bu barədə valideynlərinizə məlumar verin və bizə müraciət edin.

Gülnar 2017-04-01

Mən ailəliyəm ama çox narahatam.Bu barədə mənə kömək edərdiniz?

Cavab:

Salam Gülnar xanım. Narahatlığınız nədən ibarətdir?

Malik 2017-03-30

Salam. Mən özümdə son zamanlara qədər bir problemin olduğunun fərqində deyildim. İndi də nələr olduğu haqqında tam bir fikrə sahib deyiləm. Yaxınlarım mənə bir psixoloqa görünməyi məsləhət gördükdən və axır vaxtlar insanların məndə bir qəribəlik hiss edib, bunu bildirdiklərindən sonra yolunda getməyən bir şey olduğunu anladım. Bilirsiz necə 2 ay idi ki çox pis depressiyada idim. Maraqlısı bu idi ki, heç bir səbəbi yox idi. Hər şey yolunda gedərkən anidən çökdüm. Sanki bütün həyatım qaralmışdı. Gündəlik etdiyim sadə şeyləri belə edə bilmirdim. Düşünə bilmirdim, hətta ağrını belə hiss etmirdim. Səbəbsiz yerə ağlayırdım. Sonra bir səhər oyandım və hər şey keçmişdi. Özümü çox xoşbəxt və ağıllı hiss edirdim. Bir də qəribə bir şəkildə boyumun normaldan uzun olduğunu hiss edirdim, sanki atılsaydım başım səmaya dəyə bilərdi. Təbiətim sakit insan olmağıma baxmayaraq, o qədər danışqan, və canayaxın idim ki, heç kim buna inana bilmirdi. Məhz buna görə də yaxınlarım məni çökmüş bir vəziyyətdən sonra anidən belə enerjik görüb təəcüblənmişdilər. Bu vəziyyətimdə təxminən 2 həftə neçə gün dəvam etdi. İndi isə həmin vaxt heç vaxt etməyəcəyim şeyləri etdiyimi xatırlayıb utanıram. Hətta söyüşlü və aqressiv danışıb bəzi dostlarımın qəlbini qırdığım üçün xəcalət çəkirəm hal-hazırda. Sizcə psixoloqa görünməliyəm, yoxsa bunların nəsə bir səbəbi var ?

Cavab:

Salam Malik bəy. Dost-tanışın gördüyünü psixoloq özü də müayinə etməlidir. Dəqiq diaqnoz üçün bu lazımlıdır. Öncədən diaqnoz qoyaraq sizi narahat etmək istəmərik. Bəlkə səbəbsiz sandığınız bu əhval dəyişməsinin bir səbəbi var. Varsa aşkar edilməlidir. Yox əgər yoxdursa, diaqnoz ayrı ola bilər. İlkin müayinə şərtdir. Mütləq müraciət edin. 0552572700, 0124803629 əlaqə saxlayın sizə yardımcı olacaqlar.

Mətanət 2017-03-29

Salam Elnur bəy. mən cox halsız oluram. cox agrilarım olur. demək olarki son 5 gündü gecə yata bilmirəm cəmi 2 saat məcbur yataram.Odaki gözlərimi neyləsə bağlıyıram sonra. adı səhər yaxın hava işıqlandı oyaniram. bütün günüdə key kimi oluram. boğuluram.Bəzən ürəyim elə əsir ki oskürək tutur urəyim qalxir qaytarıram. agzıma acı su gəlir. gözlərim tor olur tikan batır elə bil. Son vaxtlar cox əsəbi olmuşam. fikir edirəm. halim cox pis olur. O hal olanda kimnənsə dalaşıram qışqır bağır salandan sonra sakit özümü gümrah hiss edirəm. Bu nəyin əlaməti ola bilər doktor. xahiç edirəm mənə məsləhət verin\n

Cavab:

Salam Mətanət xanım. Nədən sonra bunun yarandığını bilmək vacibdir. Psixoloji ağrılarınız artıq fiziki ağrılara çevrilib. Ən qıza zamanda psixoloq müayinəsində olmağınız şərtdir. Tez bir zamanda müdaxilə olunmalıdır.

B. Yusifli 2017-03-28

Salam,hormetli Hekim. Menim 17 yashim var, abituriyentem. Bu hessasliq bilirsiz necedir, bir nece defe cox sevdiyim bir muellimimin aglamagina shahid olmusham ozumu saxlaya bilmeyib men de aglamisham,adi bir az problem olan kimi ureyim esir,aglmaga tutur. Dehshet hessasam. bir nece aydir beleyem.yardiminiza ehtiyacim var.

Cavab:

Salam hörmətli Yusifli. Ola bilər ki, hazırda olduğunuz gərgin vəziyyət sizi mənəvi olaraq belə həssas edir. Abituriyentlər xroniki yorğunluqları olan insanlardan sayılır. Səbr edin gözəl günlər qabaqdadır. Əgər vəziyyət qalıcılığını saxlayarsa, psixoloqa müraciət edin.

gunel 2017-03-28

niye hersey bele oldu axi\n

Cavab:

Salam Günel xanım. Unutmayın, hər şey olacağına varır. Və hər şeydə bir xeyir var buna inanın.

Nuray 2017-03-26

salam bagislayin narahat edirem.Istedym biri var ciddi munasibetdi hetta ailelerde bilir 3-4 aya nisan gelecek sevglm mene bidefe xeyanet eledi onu bagsladm soz verdi birde olmayacaq mende onu bagsladm indi danwrq mene deyr seni sevrem allatmram ama bu gun ondan xebersz kodlarn oyrendm instada coxlu qzlarla dansr kohne sevgileryle hele ozune demesem bldymi men neyneyim indi ?ne etmelyem zamanla gozledm belke sever meni duzeler ama olmur nooolar komek edin.

Cavab:

Salam Nuray xanım. Başqa qızlarla yazışmağı o demək deyil ki, onlara qarşı sevgisi var. Siz onun sizinlə münasibətinə diqqət edin. Fikriniz və ağlınızı qızlarla münasibətinə yönləndirib yormayın. Kişinin həyatında evlənəcəyi günə qədər başqa qadın ola bilər. Əgər o ayırmağı bacarırsa, istədiyi zaman da o qadından qurtula bilər. Bu isə onun sizinlə münasibətində əks olunur. Əgər heç bir qayğıdan kənar qalma halları yoxdursa, diqqəti sizdədirsə, özünüzü o kimi hallarla yormayın. İzləməyin onu. İzlədikcə öz həyatınızı qura bilməyəcəksiniz. Özünüzə aid rejiminiz olsun. Onun zəngini mesajını gözləmək yerinə başınızı qatacaq, həm də ürəyinizcə olan bir işlə məşğul olun. Unutmayın, məşğul insanların həyatında rol almaq, ala bilmək hər kəsə cəlbedici gəlir. Təəssüflər olsun ki, heç kəs həyatını ona həsr edənin dəyərini bu gün bilmir.

Anonim 2017-03-24

Salam hekim men nevralgiya ve hiploklonik mioklonusdan mualice aliram. Son on gunde 2-3 defe gozumu ovmadan cikkili isiq gordum. Insan gozunu bezen ovduwdab sonra gorure bax o cure. Ama men ovmadan gordun. Qeyd edim tezelikce anami itirnisen rehenete gedib. Bu hasuyasidi yoxsa nedi?

Cavab:

Salam. Başınız sağ olsun. müayinə olmadan, ətraflı məlumat toplamadan buna hallusinasiya demək doğru olmazdı. Ola bilər ki, sinirləriniz gərgindir, yuxu rejiminiz yoxdur. Mənəvi yorğunluq zamanı ola bilən bir şeydir. Özünüzü qorxutmayın. İstirahətinizə, yuxu saatlarınıza, sinirlərinizə diqqət edin. Əgər görsəniz bu hal davam edir vaxt itirmədən psixoloqa müraciət edin.

Aybeniz 2017-03-24

salam doktor. menim 4 yasinda bir oglum va soze baxmir ne desek qiwqirir aglayir. soze baxmag istemir. soz bawa saliram bawa duwmur ya da bawa duwmek istemir. yoxdu sozunu bilmir. neyleye bilerem. cox sagolun

Cavab:

Salam Aybəniz xanım. Siz yaxşı bilirsiniz ki, çox nadir hallarda olur ki, uşaq olmaz və yox sözünü başa düşür. Hansısa boşluq olduğu zaman uşaq belə bir davranış sərgiləyə bilir. Uşaq psixoloquna müraciət edərək bu boşluqları tapmağa çalışın.

anonim 2017-03-20

minnetdaram size elnur bey bizlere yardimci olduqunuz ucun tesekkurler

Cavab:

Buyurun, mən təşəkkür edirəm.

nicat 2017-03-18

men her gun qizdar isdiyirem

Cavab:

Salam Nicat bəy. Bu bir pozuntu ola bilər. Nədən qaynaqlandığını bilmək terapiya üçün önəmlidir. Psixoloqa müraciəet etməyinizdə fayda var.

anonim 2017-03-17

salam elnur bey men size kecen il sevdiyim oqlanin kecirdiyi esebi pozqunluqlar haqqinda yazmiwdim.psixoloji destek almadiq bu onemlidi bunu bilirem lakin men onda musbet deyisiklikler gordum onunla reftarimda daha yumsaq anlayiwli olmaqa calisiram ve anladimki menim onunla davraniwlarimda da qusurlarim varmis inseallah 1 ile aile qurmaq isteyirik uzr isteyirem sualima gore nisanlimdaki esebilik gelecekde ovladimiz dunyaya geldiyi zaman ona kecme riski varmi men evlilikden once onun psixoloji destek almaqinin musbet olacaqini ve vacib olduqunu dusunurem size bir sualim daha var insan musbet yaxud menfi seyleri daima dusunende bunun gercek olmaq riski neqeder doqrudur size minnetdaram deyerli vaxdinizdan bizede ayirdiqiniz ucun\n

Cavab:

Salam. Əgər əsəbi olmağı və s sonradan qazanılmış bir şeydirsə, gendə psixoloji xəstəlik, əsəb xəstəliyi yoxdursa, övladınıza keçmə risqi azdır. Ancaq evin içində gərginlik olarsa, əlbəttə ki, uşaq da o gərginlikdə böyüdüyü üçün əsəb sistemində pozuntular ola bilər. Evlilikdən öncə psixoloji dəstək almağınız doğru qərardır. Və son olaraq belə bir məsəl var: Nəyə inanarsan, onu da yaşayarsan. Bu həqiqətən də belədir.

ayten 2017-03-17

Salam Elnur hekim mende 4ildirki geceler yuxudan oyanan zaman ureyimde sixilma titreme olum qorxusu hallari bas verir bu hallar ara bir gunduzlerde bas verir kordioloqda olmusam bitki terkibli derman yazmisdi yaxsi idim dunenden hemin hallar yene tekrarlanib men ne edim meslehet verin xais edirem hemin dermanlari yene icim

Cavab:

Salam Aytən xanım. Havanın qaralması və yuxuya getməyinizlə bağlı bir anlıq oyanaraq panik atak keçirirsiniz. Psixoloq müayinəsində olmağınız vacibdir.

aysel 2017-03-17

salam men bu sulima gore uzr isteyirem .menim bacim ailelidi o mene bir sohbet acdi ki yoldasiyla yaxinlig edendeyoldasi basqa qadinlarin adini cekir bacimin qohumlarinindan olan qadinlarin adini cekir.menden sorusdu men de dedim fikirleserem.ona gore size muraciet eddim.yoldasi ona xeyanet ede biler?xahis edirem cavab veresiniz.Bu hal bir nece aydi davam edir.ozude adi cekende bacima deyirki senin qohumlarinin adini ckecem yaxinlig edende.bacim razi olmur amma o direnir ki yox ey qoy ad cekim.bu ne ile elaqedardi

Cavab:

Salam Aysel xanım. Bu xəstəlik deyil, onun seçimi, fantaziyası ola bilər. Əgər bu hal ailədə narahatlığa səbəb olursa, ortaq yol tapılmalıdır. Boşanmadan öncə ailə terapiyasında olmağınız önəmlidir. Əlaqə saxlayın: 0552572700 0124803629

İlahə 2017-03-16

Salam Elnur bəy. Elnur bəy mən hər şeyi çox fikirləşirəm, xəyallar qururam, buna görə axşam gec yatıram. Elnur bəy, mənim anam psixologiyaya, psixoloqlara ciddi yanaşmır. O düşünür ki, bütün bunlar lazımsızdı. Məndən soruşur ki, sənin bu barədə fikirlər haradan ağlına gəlir? Mən də deyirəm ki, sinif yoldaşım mənə danışır. mən necə edim ki, anam anlasın ki, psixologiya da, psixoloqlar da lazımlıdır. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab:

Salam İlahə xanım. Narahatlığınız psixoloqları anlatmaqdırmı yoxsa xəyalpərəst olmağınızmı? Valideynin niyə bu fikirdə olduğunu demək mümkün deyil, ancaq düşünsək ki, bir neçə psixoloji xəstəlik deyilsə, psixoloq yoxdursa, bəs o zaman o xəstəlik üçün kimə müraciəet etmək lazımdır deyə sual verilsə cavabı maraqlı olardı. Qaldı xəyal qurmağa real həyatda çox az nələrsə ürəyinizcə olduğundan siz o doymuşluq hissini xəyallarda yaşayırsınız. Ona görə də ondan vaz keçə bilmirsiniz. 

lala 2017-03-15

salam hekim menim 20 yawim var cox esebiyem aileliyem yoldawim bayira cixanda cox sixiliram ele duwunurem ki o mene vaxt ayirmir men ne ede bilerem tewekkur edirem

Cavab:

Salam Lalə xanım. Siz düşünürsünüz ki, o sizə vaxt ayırmır bəs reallıq nəyi deyir? Ola bilər münasibətdə hardasa boşluq olsun, siz gözlədiyinizi ala bilmirsiniz deyə belə bir fikrə düşürsünüz. Yaxşısı budur götür-qoy edin həmin boşluğu tapmağa çalışın və onu bərpa edin.

B.Yusifli 2017-03-15

Salam,hormetli hekim. Bagishlayin narahat edirem. Sizden bir yardim isteyecem. Men nece ede bilerem ki, hessasligimi yere qoyum. hec neyi vecime almayim?

Cavab:

Salam hörmətli Yusifli. Bu kimi hallarda həssaslığın nədən sonra yarandığını, nə zamandır davam etdiyini, ən çox hansı hallarda baş verdiyini və ən önəmlisi yaş nəzərə alınmalıdır. Daha sonra isə belə bir vəziyyətdə nə etməli olduğunuzu daha rahat demək olar.

Səidə 2017-03-13

Salam. Elnur müəllim, böyük auditoriya qarşısında çıxış etməliyəm,amma çox böyük stress keçirirəm. Sizin yanınıza gəlsəm,bu stresdən tam qurtula bilərəm? Vaxtım çox məhduddur.Ən azı neçə seans kömək edə bilər? Seansları siz aparacaqsız? Təşəkkür edirəm.

Cavab:

Salam Səidə xanım. Əgər vaxt azdırsa, o zaman bir az daha vaxt itirmədən bizə müraciət edin. Sosial fobiya fonunda baş verən bu halın sizdə nədən qaynaqlandığını araşdırmaq lazımdır. O zaman seanslar barədə danışmaq olar. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700 0124803629

Terane 2017-03-13

salam Elnur bey men yoldawimdan asilli veziyyete duwmuwem o cixib gedende pis oluram isteyirem hemiwe yanimda olsun ele olsa rahat oluram. iwe gedendese cox pis oluram. oleceyimi duwunurem bawimda sesler olur bawim gicellenir elebil huwumu itirecem kimi. bundan nece qurtula bilerem komek edim xahiw edirem. cox pisem. tewekkur edirem onceden

Cavab:

Salam Təranə xanım. Daha əvvəl bununla müraciətinizi xatırlayıram, bu elə bir narahatlıqdır ki, hər dəfə yazmaqla heç bir yerə vara bilməyə bilərsiniz. Bu bağlılıqdan irəli gəlmir, panik atakdır, sadəcə yoldaşınıza bağlamısınız məsələni. Daxilən insanın özünü dayaqsız, özgüvənsiz hiss etməsi buna gətirib çıxarır. Yoldaşınız illərlə sizinlə bir vaxt keçirsə heç yerə getməsə bir müddət sonra bu narahatlıq başqa fonda sizdə özünü mütləq göstərəcəkdir. Psixoloji müdaxilə şərtdir. Çalışın psixoloq yardımından yararlanasınız.

Mətanət 2017-03-13

Salam Elnur bəy.33 yaşım var.Subayam. Mən cox aqressiv və küskün olmuşam. hec nəyə səbrim catmir. Adi işə getməyə paltar hazırlamaga belə.Çimmeyə belə. Gecələr yata bilmirəm. Ürəyim cox ağrıyır.Sinəmdə giziltilər olur.sakitləşdirici dərman atıram oda təsir etmir, yuxuya gedə bilmirəm. Sizcə bu məndə nəyin əlaməti ola bilər.

Cavab:

Salam Mətanət xanım. Fəsil dəyişkənliyi zamanı bu kimi depressiyalara şahid oluruq. Təbii əgər bu hal sizdə uzun müddət öncədən deyilsə, vəziyyətinizi bununla əlaqələndirə bilərik. Yaxşı olardı ki, günlük plan tutasınız və işləri planı yerinə yetirmək adına görəsiniz. Nə qədər ki, siz taqətim yoxdu, əhvalım yoxdur desəniz bir o qədər də ruh düşkünlüyü yaşayacaqsınız. Əzmli və iradəli olmaq lazımdır. Bu hala səbəb olan digər bir hallar olduğunu düşünürsünüzsə, ancaq onların nə olduğunu bilmirsiniz, yaxud bilib öhdəsindən gələ bilmirsinizsə, psixoloqa müraciət etməyinizdə fayda var. İndi etməniz lazım olan tək şey özünüzə zaman verin və özünüzə zaman ayırın. Heç nəyi sorğulamayın, bunu niyə edirəm, bunu etmək mənə nə verəcək, deyərək özünüzü ruhdan salmayın.

Natavan 2017-03-12

Salam Doktor.Mən bir insan ilə 3 ildir ki, bir birimizi sevirik.Amma son 1 ildir ki,mən o insana qarşı cox inamsız olmuşam. Əslində səbəb var, onda mən öz dediklərin deyil, kənarda bizim qovuşa bilməməyimizi deyirdilər onları görürəm. Amma bütün bunlara baxmayaraq məndə oda bir birimizi cox sevirik. doktor o insan dəyişib soruşuram niyə bələsən cavabnda deyir ki, hmsn sənin deyinməyin söz söhbətin etdi. Söz söhbətdə məndən asl deyil mən ancaq onun hərəkətlərindən şübəhələnirəm, inanmıram,cuzi bir şey ciddi davaya cevrilir bizdə. Doktor cox xahiş edirəm mən onla necə münasibət saxlayım, necə olum ki, əvvəlki vəziyyət alınsın. Mənə məsləhət verin. Buna cox ehtiyacm var. Bu xasiyyətlə özümdə məhv oluram.onuda məhv edirəm.İntihar həddinə catram, yata bilmirəm. boguluram. həyatdan küsmüşəm. mənə məsləhət verin. xahiş edirəm\n

Cavab:

Salam Natavan xanım. Yaşınızı qeyd etsəniz daha yaxşı olardı. Ətraf çox şey deyə bilər, ancaq siz onların sözünə görə münasibətdə münaqişə yaradırsınızsa, siz itirəcəksiniz. Belə çox deyinmək qarşısında əlbəttə münasibətiniz irəliləməyib eyni qalacaqdır, ya da tamamilə qopacaqdır. Çünki deyingən insan demək hüzursuzluq deməkdir. Evlilik isə bir ömür boyu birlikdəlik deməkdir. Bir ömür boyu deyingən birinə dözmək cəlbedici səslənmir. Bəlkə evlilik olsa daha yaxşı olar vəziyyət, ancaq bu sadəcə bəlkədir və qarantiyası yoxdur. Ona görə də o sizinlə belə halda ailə həyatını düşünə bilməz. Siz ona hüzur verməlisiniz, öncəliklə isə özünüzə bu hüzuru verməlisiniz. Bütün günü onun davranışlarını analiz etmək yerinə bu gün özünüzü analiz etməyə başlayın.

Ayse 2017-03-10

Salam hekim bir aydi qizdirmam 37 bezen 37.1 olur neden ola biler?

Cavab:

Salam Ayşə xanım. Səbəbləri müxtəlif ola bilər. Öncəliklə tibbi müayinə lazımdır. əgər heç bir fəsada rast gəlinməyibsə, vəziyyəti psixoloji dəyərləndirmək olar. Doğru diaqnoz üçün müayinə şərtdir.

anonim 2017-03-09

salam men yoldasimla tez tez munaqise edirem bunu nece aradan qaldira bilerem?

Cavab:

Salam. Onunla münaqişə səbəblərinizi araşdırın. Diqqət edin və qərar verin münaqişə ediləcək qədər böyük bir səbəbdirmi yoxsa yox.

cemile 2017-03-09

salam. men 1 heftedir ana olmusam ancag ne ediremse eseblerim sakitlesmir ne ede bilerem

Cavab:

Salam Cəmilə xanım. Gözünüz aydın olsun. Hamiləlikdən sonra bu normal haldır, ancaq bunu cilovlamaq lazımdır ki, vərdişə çevrilməsin. Düşünürəm ki, sizin xəyalınızdakı ana obrazı, aqressiv bir ana deyil də, xoş və mülayim bir qadındır.

fidan 2017-03-09

salam. men ozumden basqa hec kimi beyenmirem. hamiyla dalasiram hemise ele dusunurem ki haqliyam ancag bilirem ki dord dordluk insan yoxdu menim de sehvlerim ola biler. ancag ne ediremse bunu ozume izah ede bilmirem

Cavab:

Salam Fidan xanım. Narsist tiplərə aid olan şəxslərdə belə hallara rast gəlmək mümkündür. Özünü bəyənmək, güzgüyə çox baxmaq, tərif eşitmək və s. Ancaq burada kökdə dayanan problem özgüvənin aşağı olmasıdır. Siz elə düşünürsünüz ki, bunları özünüzə etməsəniz heç kəs də sizə etməyəcək. Ancaq məsələ tam da elə deyil. Belə hallarda bəzən şəxs uğur qazansa da, çox zaman uğursuzluq qazandığının şahidi oluruq. Qeyd etdiyiniz kimi özünüz də bunun fərqindəsiniz, ancaq özünüzə izah etmək tamamilə sizdən asılıdır. Kökdə dayanan düşüncə çox önəmlidir. Çalışın özgüvəninizi belə yollarla deyil də, xırda işlərdə uğur qazanaraq qaldırın.

Elmir 2017-03-04

Salam Elnur bey men nese edende onun axirina gedib cixmayanda ve yaxudda kimse mene nese vir soz deyende beynimden cixara bilmirem gece yata bilmirem fikirlewirem gorum nece eliyecem men nece eliyim adi bir sozu beynime salmiyim yada neyise ?

Cavab:

Salam Elmir bəy. Bu kimi takıntılar obsessiv fikirlərdir. Qeyd etdiyiniz vəziyyətə son qoymadan rahatlıq tapmamaq halları müəyyən narahatlıqlar yarada bilir. Çalışın psixoloqa müraciət edin və OKP müalicəsini alın. İndi bu belə fəsadlarla qarşınıza çıxırsa, bu o demək deyil sona kimi bununla kifayətlənəcək. İndidən bu vəziyyəti aradan qaldırmağınız daha doğru olardı.

İlahə 2017-03-02

Salam Elnur bəy. Mənim 15 yaşım var. Mənə kimsə nə etdiyimi bilə-bilə sual verəndə əsəbiləşirəm. Səhər yuxudan duranda aqressiv oluram. Evdəki bacılarım və qardaşımla tez-tez mübahisə edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab:

Salam İlahə xanım. Yeniyetməliklə bağlı görülə bilən bir narahatlıqdır. Çalışın bunu cilovlayasınız. bunların fərqində olmaq elə ilk addımlardan biridir, qalanı isə özümüzü cilovlamağın öhdəsinə düşür. əgər bacarmasanız gedişat daha pisə doğru getsə, psixoloq dəstəyi ala bilərsiniz.

Gigi hadid 2017-03-02

menim yaddasim pozulur.herden yasimi bele yadima sala bilmirem.Herden tanidigim adamlar mene yad kimi gorunur.Ve yadimda qalmir oxudugum cox seyler.:(

Cavab:

Salam. Mütləq şəkildə müayinə lazımdır, özünüz də fərqindəsiniz. Bütün psixoloji hallar gözdən keçirilməlidir.

ulviyye memmedova 2017-03-01

salam menim qizim 10 oxuyur cox vaxd ureyinde n sikayetlenir ,der derinden nefes alanda incidir,hekime aparmiwdim o da imunitetin zeif olduqunu,ve bu sezonlarda olan 1 weydir,revmmatizmasida cixdi men bilmirem duzdur ya yox,tay hec kime inanamaq olmir,saq olun

Cavab:

Salam Ülviyyə xanım. Müalicə təsir edirmi? Əgər etmirsə, tibbi heç bir səy nəticə vermirsə, psixoloqa müraciət etmək olar.

Aysel 2017-02-28

Elnur bey Salam..Sizin meslehetinize ehtiyacim var.2 gundu men gece yatanda pis fikirler mene icaze vermir rahat olum,yata bilmirem.kecmiwde etdiyim sehvler yadima duwur vicdan ezabi cekirem men nie etmiwem.bu fikir meni rahat buraxmir.yatmag isteyen kimi hamsi yadima duwur ozumu sakitlewdirmeye caliwiram ama alinmir.gec yuxuya gedirem.onuda qeyd edim ailemde cox problem var.stress ustune stress yawayiram.neynemeliyem? xahiw mene komek edesiniz.mene ele gelir ki,bu fikirler meni deli edecey aglimi itirecem qorxu butun bedenimi titredir(

Cavab:

Salam Aysel xanım. Bunlar ola bilər ki, obsessiv fikirlər olsun. olub bitmiş üzərində bir çoxlarımız düşünərik, ancaq heç kəs bu qədər özünü günahlandırın pis nəticə çıxarmaz. Çalışın bir az stressdən uzaq olasınız. Əgər hər şey üst-üstə gəlirsə, bu dayanılmaz hal yaradırsa, o zaman psixoloqla bərabər bunu aşmağa çalışın.

nigar. 2017-02-28

salam.menim sizin meslehetinize cox ehtiyacim var.4ildi aileliyem.sevmediyim biriyle aile qurdum.bir oglum var.onuda ailesinide hec cur seve bilmirem.ozumde cox esebiydm.heddinden cox.en xirda weyden bele cox eseblesirem.hetta o derecedeki qarwimdaki insana xesaret yetirmeye calisiram.bezen bele vaxtlarimda oz oglumda gozume gorynmur.ve bu eseb mende hergun var.bas agrisindan ise olurem.gunun her saati menim basim agriyir.mene komek edin.cox xais edirem

Cavab:

Salam Nigar xanım. Öncəliklə sevmədiyiniz biri ilə ailə qurmaq düşüncəsini özünüzdən uzaqlaşdırın. Üstündən 4 il keçib hələ də ilk gündəki kimi bu düşüncə ilə davam edirsiniz. Əgər ailəniz olmadan özünüzü düşünə bilmirsinizsə, bu ailə qarşı biganə yanaşmaq lazım deyil. Bəzən əlimizdəkini itirdiyimiz zaman dəyərini anlayarıq. Ancaq itirmək şərt deyil. Bütün bu özünüzü mənəvi yormağa görə baş ağrılar sizi dinc qoymur. Ailənizi qəbullanın, övladınızı sevin.

əzimə 2017-02-27

salam Elnur bəy mənim 1 yaş 6 aylıq nəvəm var yeriyir sözləri tək tək deyir ancaq doğulduğündan yatma problemi var gecələr bəzən səhərə kimi yatmır gah oynayır gah ağlayır ancaq yatmaq istəmir bir necə dəfə psixoloq yanında da olmuşuq ancaq uşağın sağlam olduğunu deyiblər ancaq bu uşaq yenə yatmaq istəmir sizdən məsləhət istəyirəm əvvəlcədən sizə təşəkkür edirəm xahiş edirəm bizə məsləhət verəsiniz

Cavab:

Salam Əzimə xanım. Allah saxlasın nəvənizi. Uşağı müayinə etmədən, ananın hamillik dövrünü araşdırmadan nəsə demək mümkün deyil. Yaxşı olardı ki, Narınc uşaq psixologiya mərkəzi ilə əlaqə saxlayasınız.

Mexfi_oglan 2017-02-27

Salam Elnur bey 24 yaşım var.Uşaq vaxtı dostlarım çox idi indise heç bir dostum yoxdu oğlan ya qız ferq etməz.Özümde ən irəliləmiş dərəcədə OKP xəstəsiyəm .Günümün ən az 10 saatı PC qarşısında keçir. Bəzən heç bayırada çıxmıram çünki nə dostum var məqsədim.Hər yerə tək gedirəm.Universitet oxudum ordada dost tapa bilmədim 4 ili sakit başı aşağı getdim gəldim.Çox safam çox sakitəm.Mən heç zaman artıq hərəkət etmirəm amma məndən istifade edib edirlər məndə dava edirəm hamısıyla.Əvvəl çox idi doslarım indi hər kəsdən elaqəm itib.Bir neçə dəfə də antidepresant qəbul etmişəm Bir yandanda bu OKP ilə əlləşirəm Mən nə etməliyəm sosyallaşmaq üçün xarici görünüş olaraq çirkin biri deyiləm.Dişlərimdə biraz problem var bu səbəblə heç düz əməlli gülədə bilmirəm insanlarla söhbət edərkən. Siqaret çəkmirəm içkidə dilimə dəymiyib.Heç kim mənlə dost olmaq istəmir yaşım ötür mənimsə hələ də gələcəyə doğru heç bir planım yoxdu.Baxıram bir ətrafıma bir özümə mən ele bil bu dünyanın adamı deyiləm varlığım yoxluğum bilinmir.Asosyalam bir sözlə.Bilirəm özümü əməlli yıxdım sürüdüm amma bu reallıqdır)).Mən bu yaşdan sonra həyatımda dönüş etmək üçün nə etməliyəm ? Əvvəlcədən təşəkkürlər

Cavab:

Salam, öncəliklə mütləq şəkildə Okp üçün psixoloq qəbulu şərtdir. Çünki Okp özü insanda belə qapalılıq yarada bilər, ancaq sizin özünüzdə əlavə olaraq zatən asosyallıq var. Bu isə ikiqat yükdür. Sizdə kompleks yaradan səbəbləri aradan qaldıraraq rahat gülə bilərsiniz. Yaxud da problemi gizlədəcək şəkildə gülmək olar, ancaq gülməmək bu çözüm deyil. Antidepresant isə tək başına sizə kömək edə bilməz, müvəqqəti rahatlıq verə bilər. Ən doğru variant isə psixoloq dəstəyi və ehtiyac olarsa dərman dəstəyidir.

medine 2017-02-26

salam. men kurslarinizda istirak etmek isteyirem. ibtidai tehsili bitirmisem. reabilitasiya merkezlerinde xususi qaygili usaqlarla da calismaq isteyirem. hansi kursu secmeliyem?

Cavab:

Salam Mədinə xanım. Hər hansı bir kursu bitirərək ali təhsil olmadan hansısa reabilitasiyada işləyə biləcəyinizin qarantisini deyə bilmərəm, ancaq hazırda mərkəzimizdə davam edən hər hansı bir kursda iştirak etmək sizə çox şeyi öyrədə bilər. Kurslarımızla bağlı müraciət edin, xanımlar sizə yardımcı olacaqdırlar. 0552586700

Anonim 2017-02-26

Salam Elnur bey. Size daha oncede yazmisdim sualimi cavablandirdiginiz ucun tesekkur edirem. Doktor men psixiatr mualicesi aliram Deprolam 20mgin yarisin qebul edirem. 2-3 heftedi mualiceye baslamisam. Evvel derman biraz yaxsi tesir etdi iki gundu yene pisem. Panik atak yene oluram. Urek bulanma, heraret, ureyim sixilir. Bilmek isteyiremki mualice dovrunde bu hallar ola biler? 2 hefteni kecib yoxsa ola bilerki derman eks tesir gostersin dusmesin? Xahis edirem bu sualimi cavablandirasiniz. Qorxuram dermani qebul etmeye, saxlayada bilmirem. Mene bir meslehet verin cox xahis edirem

Cavab:

Salam. Öncəliklə dərman barədə yaxşı olardı ki, dərmanı sizə təyin edən psixiatrınızla məsləhət edərsiniz. Ondan əlavə isə panik atak üçün psixoloq qəbulu lazımlıdır. Dərman sizi rahatlada bilər, ancaq o düşüncənin yaratdığı idarə olunmaz qorxu və düşüncələr üçün psixoloji müdaxilə lazımlıdır.

Anar 2017-02-26

Salam Elnur hekim,men doguldugum gunden usaqliq heyatimi utancaq olaraq kecirdim,, yetkinlik yasimda syosal sebekelerden uzaq dayandim,cemiyyetden uzaq insanlardan qacaraq kecirdim.tanimadigim insanlarin yaninda ozmu rahat hiss etmirem heyecan kecirdirem ozmu onlardan zeif ve ozmu onlarin yaninda biyabir etdiyimi hiss edirem.indiye kimi menim ucun bir cixis yolu vardir oda cemiyetden uzaq dayanmaq..ama indi 23 yasim var normal insanlar kimi cemyete qarismaq isteyirem.bunu ozum bacarmiram ve sonra duzelmeyeceyimi hiss edib aglima piss fikirler gelir.en yaxin dostum meni cemiyyet icine cixarir elinden geleni edir men duzelim ama eni pisi odurki indi men en yaxin dostumdan bele uzaq dayaniram..komek etseniz cox sevinerem

Cavab:

Salam Anar bəy. Belə hallarda bizə yaxşı təsir edən xırda detallardan da biz uzaq dayanmağa başlayarıq, eynilə sizə yardımcı olan dostunuzdan uzaq dayanmağınız kimi, ancaq bu səhv davranış olardı. əksinə o sizə yardım edə biləcək, şanslı sayıla biləcəyiniz tək insandır. Sonra isə psixoloqa müraciət etmək lazımdır. Ona görə ki, bu vəziyyət bizdə çox öncədən var və artıq oturuşub, onu qoparmaq sizin fikirlərinizdən atmaq lazımdır.

Konul 2017-02-26

Salam.menim 1yas 2ayliq qizim var.onun.elinden ona zererli olan neyise alanda ve yaxud neyese icaze vermeyende cox berk aglayir(demek olar bagazi partlayana qeder) ve men onunla nece davranmali oldugumu bilmirem.ozum de bir az esebi insanam.mene meslehet verin.isteyirem qizim duzgun sexsiyyet kimi boyusun.

Cavab:

Salam Könül xanım. Allah saxlasın. Bu yaşda uşağa hansısa psixoloji müdaxilədənsə daha çox anaya o müdaxilə etmək daha doğru olardı. Hamiləlik zamanı ana gərgin olursa, uşaq da o gərginliklə dünyaya gəlir və ana hələ də əsəbi biridirsə, uşaq onu da güzgü kimi əks etdirəcək. Özünüz üçün psixoloqa, uşaq üçün isə uşaq psixoloquna müraciət edə bilərsiniz.

aygun 2017-02-25

salam necesiz once size tesekkur edirem ki menim kimi size ehtiyac duyub goruse bilmeyen insanlarin suallarini cavblandirib onlara destek olursuz doktor mende qeribe hal olur sanki elim baqmaqlarim dislerim sisir ele bilki gucum catmayacaq kimi hiss edirem en coxda sakit uzananda olur ayaqa qalxib hereketde olanda olmur sanki penaplas materialini hiss edirem ki sisib bu psixoloji hal ola biler yoxsa basqa xestelik

Cavab:

Salam. İlk olaraq nevroloqa müraciət etməyiniz məsləhətdir. Əgər vəziyyətinizdə digər hallar, psixoloji hallar aşkar edirsinizsə, psixoloqa müraciət edin ehtiyac olarsa sizi nevroloqa yönləndirəcəkdirlər.

Ilahe 2017-02-25

Salam men sizde sorusmaq isteyirem men bu aralar aile prablemim var cox eseblesirem hemde cetiniye gore stres yasayiram cox sixiliram hecne alinmir deye ozumu darixdiriram eseblesen kimide mende titreme bas verir birde urek bulanma heda qaytariram oyume olur hemen gunu bunun sebebein bilmek isteyirem bu mende tez tez bas verir

Cavab:

Salam İlahə xanım. Stress zamanı daxilimizdə yaratdığımız gərginlik bu kimi hallara səbəb ola bilir. Qeyd etdiklərinizdən aydın olan budur ki, psixoloji vəziyyətiniz artıq fiziki hallara çevrilib. Bu isterik tutmalar da ola bilər. Çox gecikdirmədən bir mütəxəssis yardımı almağınızda fayda var.

Aytac 2017-02-25

Salam doktor. 8IL sevdiyim biri ayrildi menden sebeb oz problemlerile elaqedar dedi. Men artiq 3 ildirki mecburen yasayiram heyatda, ozumu bedbext hiss edirem. Coxlari terefinden sevilsemde kimseni ozume yaxin buraxa bilmirem, bu o demek deyilki kimese guvenmirem. Sadece kimseni istemirem, cunki men ne istediyimi bilirem. Sonradan pesiman olmamagim ucun tekliyi ustun tuturam. Amma yene de daxilen ozumu mehv olmus hiss edirem. Fikrimi toplaya bilmirem. Yol gederken bele o qeder gucsuzluyumden yixilacagimi dusunurem. Intiharla valideynlerime zerbe vurmagimi da ede bilmirem.Men guclu olmaq isteyirem, amma bacarmiram. Onceden tesekkur edirem Size.

Cavab:

Salam Aytac xanım. istər 8 il olsun istər 1 il bunun heç bir əsası yoxdur. Münasibət bitəndə bitir. Yenidən münasibət hər kəsin haqqıdır, eləcə də onun. Ancaq bu dəfə daha ehtiyatlı olmaq, yəni bütün həyatı ona bağlamamaq lazımdır ki, bitdiyində belə boşluqlar olmasın. Kiçik ayrılığı özünüzdə bu qədər böyütməyin. Ayrılıq çox bəsit bir davranışdır, ona biz mənalar yükləyirik. Kənara qoyun və yeni səhifə açın.

Samire Huseynova 2017-02-25

Salam Elnur bey Allah sizden razi olsun ki bize serait yaratmisiniz derdimizi bolusuruk. Allah sizin ailenizi qorusun insallah. Amin. 31 yasim var 11 ildir aileliyem. Atamin rizasi olmadan aile qurdum. Evvel icki icen olmusdu deye atam vermirdi qacdim. 20 yasim var idi usaqliq etdim. 1 il her sey yolunda idi bir qizimiz oldu qizimin 6 ayliginda icmeye basladi. Sen deme Narkaloji dispanserde yatib evveller bundan xeberim olmayib. Sonra mecburi atasi bunu yeniden dispanserde yatirdi. Cixdiqdan 1 ay sonra yene basladi icmeye. Yoldasima cox inanirdim her defe and icirdi ama bosuna... defelerle ayrilmaq istedim alinmadi. Biz kirayede yasayirdiq atasi bizi apardi özleri ile saxlamaqa. 2 qizim daha oldu. Bizi qaynatam saxlayir. 70 yasi var alimdir. Yoldasim ziyali ailenin oğludur kino rejissordur. Qazancini gormurem senetinden demek olarki uzaqlasib. Qaynanam qaynatam 3 qizim yoldasim 2 otaqli evde uasayiriq. Axirinci defe 2016 ci il sentyabir ayinda dispanserde yatib 3 diaqnozla şizofrenya paranomiya panika ile. Ozunu pencereden atirdi briqada cagirdim gelib aöardilar xestexanaya . Butun bu danisdiqlarim korpelerimin gozu qarsinda bas verirdi. Kicik qizimin 4 yasi var ortancil 8 boyuk 10 yas. Bilmirem ne edim. Yene de icor qapini baglayib uatiriq otaqda onla bir evde yasamaga qorxuram. Defelerle meni hedeleyir ki basini geceyle keserem. Deyirem polise gederem erizemi yazaram deyir isverensen. Bir de doctor mene ser atir ki heyatinda kimse var gezirsen. Gozune adamlar gorunur. Her defe ayamgile gelirem qaynatam gelir aparir. Hara ise qacib gizlenmek isteyirem. Cox qorxuram 3 qizima yazigim gelir yoxsa ozumi coxdan oldurmusdum. Ne edim mene yol gosterin. Bpsanmaq da yol deyil cunki cox qorxuram. Ozum hicabliyam intaharin gunah ve agilsizliq oldugunu bilirem ama ele bir veziyyet yaranirki cixis yolu o qalir. Ne edim Elnur bey hara kime muraciet edim?

Cavab:

Salam Samirə xanım, öncəliklə yoldaşınıza psixoloji müdaxilə şərtdir. Dərman müalicəsi ona müvəqqəti yardım edəcəkdir. Şizofreniya diaqnozunu qoymağa tələsmək lazım deyil. Bütün hallar dəyərləndirilməlidir. Nevrozdan irəli gələn psixozlar da buna səbəb ola bilər. Bu yolu da sınadıqdan sonra artıq hansısa qərarı verə bilərsiniz. Tamam yoxsa davam. Ancaq qorxuduğu üçün lazım bildiyini etməmək bir az düz olmazdı, çünki belə halda da qorxunuz onsuz da var.

anonim 2017-02-24

salam. sizin mene etdiyiniz meslehetler mene cox komek oldu. coooox sagolun Allaha emanet olun. ne yaxsi ki varsiz

Cavab:

Salam. Qiymətləndirməniz və diqqətiniz üçün mən təşəkkür edirəm. Gücümüz çatdığı qədər hər kəsin psixoloji cəhətdən hər zaman yanındayıq.

Leyla 2017-02-24

Salam Elnur muellim. yene men bagisdiyin sizi narahat edirem her defe bura yazdiqca rahatliq tapiram mende birseyi sayma alisqanligi var meni cox narahat elemir ama niye gore ele olur mene deye bilersiz?

Cavab:

Salam Leyla xanım. Bu OKP-dir. Məsələn saymadan rahatlamamaq halları olursa, bu özü bir narahatlıqdır. İndi sizə problem etməyə bilər, ancaq bir qədər sonra vərdişə çevrilərək sizdə dərin kök sala bilər. Çox gec olmadan bərpa etməyə çalışın. Bacardığınız qədər özünüzü cilovlayın, saymamağa çalışın əgər alınarsa, deməli çox irəliləməyib hələ sizin kontrolunuzdadır. Alınmazsa, mütləq psixoloqa müraciət edin.

Gulcin 2017-02-24

Salam. eger insan cox eseblesirse ne etmelidir?

Cavab:

Salam Gülçin xanım. Belə hallarda pasientin yaşı, həyat prosesi, nələrin onu əsəbləşdirdiyini və bu kimi bir çox nüanslar diqqətə alınmalıdır, saha sonra nələr edə biləcəyinizi demək daha doğru olardı.

Ayla 2017-02-24

niye gore men hami kimi deyilem? niye kimse mene pislik edende cavabini vere bilmirem?

Cavab:

Salam Ayla xanım. Hamı kimi olmaq bəzən göründüyü kimi cəlbedici olmaya bilər. Öncəliklə hamını kənara qoyun özünüzdə nələri dəyişmək istədiyinizi müəyyən edin və işə başlayın.

fuad 2017-02-24

salam size abituriyentler muraciet ede biler? men cox stress kecirirem

Cavab:

Salam Fuad bəy. Bəli, abituriyentlərimiz bizim ən sevimli pasientlərimizlərimizdəndir. Qarşıda sizi gözləyən böyük bir ömür yolu var, bu indi sizə görünən çətin hissədir, ancaq əgər şərtlər yerinə yetirilibsə, stress üçün heç bir əsas yoxdur. Şərtlər isə oxumaq və yazmaqdır. hazırlıqlara hazır getmək adına yox, öyrənmək və oxuduğunu bilən şagird uğurlu şagirddir. Onda da stress ola bilər, o qədər zəhmətinin hədərə getməsindən qorxa bilər, ancaq bu normal stressdir və icazə verilməməlidir ki, o bir az daha irəliləyərək böyük narahatlığa çevrilsin. Artıq qəbul imtahanına iki şansınız var, bu sizin həyəcanınızı yarıya endirməlidir.

Mehriban 2017-02-23

Salam Elnur bəy. Mən dövlət işində işləyirəm axır vaxtlar sənədlərin çox olması məni əsəbləşdirir. Saat 6-nı gözləyirəm evə qaçım. Nə edim?

Cavab:

Salam Mehriban xanım. Fəsil dəyişikliyi ilə əlaqədar olaraq belə hallar bir çox pasientlərdə artmağa başlaya bilər. İşinizdə motivasiyasızlıq yaşayırsınız. Öncəliklə bu işə nə dərəcədə ehtiyacınız olduğunu düşünün. İş olmazsa nələr etmək istədiyinizi aydınlaşdırın və onları işlə bərabər də edə biləcəyinizə inanın. Ən əsası özünüzə zaman ayırdığınız müddətcə iş sizə çox görünməyəcəkdir.

Leyla 2017-02-22

Salam. Men cox utancagam. Kimse mene sual verende cox qisa cavab verirem. Ne qeder calisiramki danisim oz sesimi esidende cox utaniram. Eve gelende fikirlesirem ozume de qeribe gelirki niye danisa bilmirem axi. İnsanlarin icine dusende ureyim sixilirki birden kimse meni danisdirar. Eslinde men danisanda kimse mene gulmur, laga qoymur. Ama ozum ozumu pis veziyyete saliram. Bunun qarsisini nece ala bilerem?

Cavab:

Salam Leyla xanım. Öncəliklə insan öz daxilində özünə yaxşı davranmalıdır. Öz daxilində özünə gülməməli, alçaltmamalı və inanmalıdır. Əgər bunlar natamamdırsa, bu düşüncələr artıq üzə vurmağa başlayar. Nəticədə bu kimi hallar yaşanar. Özünüzə güvənin, əgər bunu bacarmırsınızsa, bu halın baş verməsinə səbəb olacaq ciddi bir nəsə həyatınızda baş veribsə, korreksiya üçün psixoloq yardımından faydalanın.

Eliyev 2017-02-22

Salam Elnur bey size sual unvanlayacam menm demek olar hec bir problemim yoxdur sadece qarwima tanidigim bir insan cxanda heyecanlaniram ayagim bowa gedr ve yaxutda hemin insanlarnan daniwig zamani sifetim titreyr daniwmaga ezyet cekirem bu neden ola biler

Cavab:

Salam. Həyəcan təşviş pozuntusu ola bilər. Həyəcanı yüksək səviyyədə yaşamaq buna gətirib çıxara bilir. Bu özü psixoloji narahatlıqdır. Sevindirici haldır ki, bərpası mümkün bir narahatlıqdır. buna görə zaman məsafəsini çox uzatmadan özünüzə o rahatlığı verin və psixoloqa müraciət edin.

Tural Əliyev 2017-02-21

Salam Elnur bəy. Yoldaşımda postnatal depresiya əlamətləri var. Sizin qəbulunuza gətirmək istəyirəm. Düzəlməsi uzun çəkən prosedurdumu yoxsa necə?

Cavab:

Salam Tural bəy. Öncəliklə qeyd etdiyiniz diaqnoz təsdiqlənməlidir və bunun üçün ilkin müayinə lazımlıdır. Problemlə və dərinliyi ilə tanış olduqdan sonra prosedurdan danışmaq olar. Əlaqə üçün 0552572700 0124803629 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

aygul 2017-02-21

salm doktor men bir insanla 5-6 ay bir otaqda islemisik islediyim insanda qadin idi. isden cixandan sonra arxamca bezi sozle danisib men isteyirem ki onun menm haqqimda basqa insanlara ne danisdiqini ona deyim ve deyim ki niye bu qeder haqsiliq edirsen mene meslehet verir nece vaxtdir ki gotur qoy edirem deyim yoxsa yox cox xahis edirem mene meslehet verin

Cavab:

Salam Aygül xanım. Heç bir əsası olmadan yalan dolanla işi olan adama haqdan danışmaq mənasız olardı. O adam zatən etdiyinin fərqindədir və etməyə davam edir. Ola bilər zövq anlayışı budur. bu gün sizdən danışar, sabah başqasından. Çox üzərində qalmamağınız daha doğru olardı.

Anonim 2017-02-20

Salam Elnur hekim. Size sual unvanlayacam amma meni pis qiz kimi anlamayin. Tehsili agli basinda olanam sadece ola biler ki o insana cox guvenimden bu hala dusdum. Demek Biz bir birimizi 4 il sevdik amma oglan ne qeder mucadile etse de ailesi imkansizam deye qebul etmedi meni. Depresiyaya dusdum agladim. Indi o evlidi srazi evlendirdiler qohumu ile ve ama ara sira qulagima gelib catirdi ki xosbext deyil. Sonra aradan 4 il sora oglan meni axtarib tapib duzu unuda bilmirdm ama icimde nifrer olsada sevgi de qalmisdi ona. O bosanacagini dedi mene. Sevgili iken bir az yungul yaxinligimiz olmuadu amma indi lap yaxinlifimiz oldu ama o sediki sora xeste usaqlarina gore ailesini dagida bilmez. Bu ikinci zerbe oldu. Indi meni coxdan rahat atib bloka cunki arvadina deyeveyimi dedim o da atdi bloka meni yani insan nece vicdansz ola biler bilmirem. Aglayrm her gun ki nece agilsiz imisem. Nece edim onun meni unutdigu kimi men de unudum aglamayim ? SiCe bu movzuda menmi gunahkaram ? Tesekurler

Cavab:

Salam, əlbəttə ki günahkar sizsiniz. Heç kəsi günahlandırmaq lazım deyil. Dünyadan çox səhvlər var, ancaq nəzərə alsaq ki, bunların hamısı bəziləri başımıza gəlir birbaşa biz hardasa səhv edirik deməkdir. Ancaq günahın bizdə olmağı o demək deyil ki, biz nəsə edə bilmərik yaxud da bu bir minusdur. Sadəcə olan olub bu sadəcə dərs çıxaracağınız təcrübə oldu. Həyatınızı qurmaq barədə düşünməlisiniz, onu necə unutmağınız barədə yox. Çünki unutmaq deyə bir şey yoxdur, xatırlamamaq vardır. Başınız xoşbəxtliyinizə qarışmalıdır ki, unutmağa ehtiyac da qalmasın. 

adiniz 2017-02-19

salam elnur hekim menim prablemim dislerim curukdu cekdire bilmirem ora gedende qorxudan az qalsin ureyim partlasin mende stres qorxu gucludu qorxumdan hkime gede bilmirem ele bilirem onda olejem cox seye qarsi heleyem bu prablem meni yorub cunki o qeder fikir edirem ki beyinim yorulub inanmiram ki bu prablemden azad olam guclu inamsizdigim var

Cavab:

Salam,  həkimə qarşı fobiyalarınızın yaranma səbəbi müəyyən edilməlidir. Bir müddətlik psixoloji dəstək sizə bu inamı verə bilər. Əgər hər şey öz əlinizdə olduğu halda ondan istifadə edə bilmirsinizsə, psixoloq dəstəyindən yararlanmağınızda fayda var.

Terane 2017-02-19

Salaam menim problemlerim coxdur.hem aile problem I\'m hem xesdelik problem I\'m.cox agir xesdeliklerim var ueni emeliyat olmusam indi yaxsi deyir hekimler.plansiz hamile qaldim hec srvinmirem gece gunduz usagi gotuzdurmek haqinda fikirlesirem.amma namazda to be elemisem ki birds aborta getmiyecem.ozum rusiuada yasayiram.yoldasim azerbaycana gonderir hec usaq isdemir yasi coxdur deye .mene de cox laqeyiddi.men\'s pul verir ki GED or can even am orda qal men die gelecem.ozumde getmek isdeyirem cunki burda hec kimim yoxdur mene komek edecek.xesdeliklerim coxdur. Eseblerim de yerinde deyil gece guniz aglayiram..end bit meslehet verin.men nece edim .men xosbext olmaq isdeyirem nece vaxtan sonra Ana olmagi qismet eledi Allah.amma men qorxudan olirem

Cavab:

Salam Təranə xanım. Necə siz ana olmağı çoxdan arzulayırsınız ki, hamilə olduğunu qeyd etdiyiniz sevinmədiyinizi deyirsiniz? Yazınızı əvvəl oxuyanda sizi bir neçə uşaq anası o uşağa ehtiyac görməyən biri kimi başa düşdüm, sonluq isə məni təəccübləndirdi. Siz bu həyatda özünüzün nələr istədiyini müəyyən etməlisiniz, daha sonra yoldaşınızın.

leyla 2017-02-18

salam axwaminiz xeyir Elnur bey men tebiyeten cox sakit insanam amma bezi vaxdlar hedinden cox eseblewrem heta uwaqmadaozmede xesaret yerecek hala bele gele bilrem men etdiyin herektleri uwaqimda edr cox qorxuram mene bir meslehet verin cox xahiw edrem

Cavab:

Salam Leyla xanım. Əsəblərinizi cilovlamaq gedərək kontroldan çıxırsa, həmin an sizi heç nə sakitləşdirə bilmirsə, bir mütəxəssis yardımı almağını daha faydalı olardı. Bunu uşaqlarınız üçün etməyiniz mütləq şəkildə lazımlıdır. Sizə yardım edə bilmək üçün səbəb bilinməlidir, daha sonra isə düzgün müalicə üsulu seçilir.

Anonim 2017-02-18

Salam Xais Mene Komek edinde Erim Meni atib gedib ozunden yawca Boyuk qadinla yawayir Evede Gelir meni teqqir edir Mende dozmeyib Evden Getdim Ne zeng etdir Ne axtarmir 1 usaqimda var Ayrilmaqda istemirem

Cavab:

Salam xanım. Öz evinizi nə olursa, olsun tərk etməyin. Sadəcə sizi tərk edən adama ehtiyacınız varmış kimi də davranmayın. Özünüzə və övladınıza zaman ayırın. bütün bunlara ilişib qalmaq sizə bir nəticə verməyəcək. Ruhi sağlamlığınız və rahatlığınız hər şeydən öncə gəlməlidir.

Adim Aide 2017-02-17

Salam Elnur bey men iki il bundan qabaq qorxu kecirmisdim ve ogunden men heyecan olmek kimi qorxular yasayiram bu hallar mende evveller geceler olurdu amma bu gun seher yene hemin hali kecirdirem ve ele bilirem basima qan sizir yene heyecan var yenede olmek qorxusu kecirdirem men ne ede bilerem

Cavab:

Salam Aidə xanım. Bu vəziyyəti biz panik atak adlandırırıq. Təəssüf ki, panik atak insana belə narahatlıqları çox sıx yaşadır. Əvvəl qaranlıq düşdüyündə artmağa başlayan qorxular gedərək bütün həyatımızı zəbt etməyə başlayır. Ancaq sevindirici haldır ki, bunun müalicəsi var və bundan qurtulmaq mümkündür. Sadəcə psixoloqla məsləhətləşmək və ehtiyac görülərsə psixiatrla görüşmək dərman qəbul etmək lazımdır.

gulay 2017-02-17

Salam Elnur bey. men iki il evvel Berk qorxmuwam daha doqrusunu desem qorxudublar bunun ucun her yere apariblar meni ama icimdeki qorxu helede kecmir gece olduqda ne tek cole cixa bilmirem nede qorxulu yuxular gozumun onunden kemir hetta dini ewyalarmi kitablarmi elime gotrdukde qorxuram by nedendr \n

Cavab:

Salam Gülay xanım. Sizi necə qorxudublar, qorxduğunuzda nələr hiss etmişdiniz, bu qorxu nə qədər müddətdir sizdə davam edir. Bunlar hamısı danışılmalı qeydlər tutulmalı və müalicə üsulu tətbiq edilməlidir. Yüksək günahkarlıq duyğusu dini kitabları əlinizə götürdüyünüzdə qorxmağınıza səbəb ola bilər.

Metanet 2017-02-16

Salam Elnur bey. Mende panik atak var. Uc il evvel nevropatoloqun mualicesin aldim. Antidepressant qebul etdim tesiri yaxsi oldu. Ama antidepressanti davamli qebul etmedim. O hallar kecib getdi fikirlesirdim tam sagalmisam. 2016 ci il oktyabr ayinda qefil cox pis qorxu kecirdim. Ondan sonra yene heminki hallar basladi. Darixmalar, olum qorxusu, deli olmaq qorxusu qisqirib qacirdim. Doktor birdeki mende derman atmaga qarsi cox pis qorxu var. Derman icen kimi hemin hallar tekrarlanir. Ona gore antidepressant qebul etmedim. Ama dahada pislesdim. Iki aydi cox pis haldayam. Yataq xestesi oldum. Hecne yemedim. Ozume qapandim. 15 gundu psixiatr mualicesine baslamisam. Antidepressant qebul edirem. Birinci defe mualice olunanda tez tesir gostermisdi. Indi az az tesir gosterir. Hele yataqdan tam dura bilmirem, evden hec yere cixmiram, heyecanim kecib getmir, hec neye hevesim yoxdu. Esas da darixmalarim olur, derman meni cox halsiz edir ele bilirem ureyim sixilir. Doktor bu hallar kecib gedecek? Men sagalacam? Uzr isteyirem bilirem basinizi cox agritdim ama size izah etmek istedim veziyyetimi. Xahis edirem cavablandirasiniz. Onceden tesekkurumu bildirirem

Cavab:

Salam Mətanət xanım. Daha əvvəl belə bir narahatlığınız olub və siz bunu aşmısınız. Qorxduqdan sonra bu narahatlığın yaranması o demək deyil ki, o problem yenidən geri qayıtdı. Sadəcə həssaslığınız özünü bu fonda göstərir. Dərman müalicəsi lazımlıdır, ancaq eyni zamanda psixoloq qəbulu şərtdir. Səbəb isə həssaslığınızı bərpa etmək lazımdır. Hər dəfə zəiflik göstərdiyiniz situasiya yaşadıqda bu problemlə üzləşə bilərsiniz. Bu sizdə vərdişə çevrilmədən psixoloq dəstəyi almağınızda fayda var.

Sevinc Vahabova. 2017-02-14

Salam Elnur bey! Men gece yuxudan cox eziyyet cekirem. Beleki son 3- 4 aylarda normal yuxu gormurem. Cox qarisiq, qorxulu yuxu gorurem. Demek olar ki, tanidigim dunyadan kocen insanlari hamisin yuxuda gorurem. Bu ise meni cox qorxudur. Ve gunum de demek olar ki, pis, fikirli, yorgun kecir. Tesirinden ayila bilmirem. Mene ne ise olacagindan qorxuram. Ovladlarim korpedi, mene bir seyolsa onlar ne eder deye fikirlesende az qalir ureyim partlasin. Bu qeder yuxu gormeyim ne ile elaqedar ola biler? Men bundan nece qurtara bilerm? Sizden artiq derecede xahis edirem mene bir cixis yolu gosteresiniz. Size evvelceden minettdaram.

Cavab:

Salam Sevinc xanım. Öncəliklə yuxu rejiminə diqqət etmək lazımdır. Gün ərzində müsbət düşüncələrdə olmaq vacibdir. Pis nəyinsə olacağından qorxmaq panik atak ola bilər. Əgər yuxunuz normada deyilsə, bunu tənzimləmək şərtdir. Daha sonra geri qalan sıxıntılar üçün mütləq psixoloqa müraciət etmək lazımdır.

GUNAY1111 2017-02-13

Salam Elnur bey. necesiniz? MENDE BIR PROBLEM VAR DEMEZDIM BIRDI COX TEZ HEYECANLANIRAM. BIR YERE CIXACAM DEYENDE UZAQ YOLA CIXACAM DEYENDE. SEHER BIR WEYDE HEYECAN KECIRSEM HEMEN GUNUM BERBAD KECIR. her weyde her gun olum axtariram. avtobusda olanda o qeder heyecan keciriremki. heyecan kecirdim kecirmedim ureyim elebil birteherdi ozumden gedecem kimi. pis oluram her an olumu fikirlewirem. hec cur cixmir aqlimdan. nece edimki bunlar olmasin. pozitiv fikirlewe bilmirem. heqiqetenmi bu olecem demeydi? cox tewekkur edirem. cavabi gozleyecem

Cavab:

Salam Günay xanım. Əvvəla bir az sakitləşməyə çalışın. Sanki probleminizi yazarkən belə həyəcan keçirirsiniz. Həyəcan təşviş pozuntusu yaşayırsınız. Daha rahat bir həyat üçün aşıla biləcək bu problemi psixoloqla bərabər aşmağa çalışın. Müalicə doğru isrtiqamət götürərsə, bundan tamamilə qurtulmağınız mümkündür.

aynur 2017-02-12

Salam elnur bey. Menim bir qizim bir oglum var.qizimin 10,oglumun 9 yasi var.Onlarin bir-birine munasibeti meni cox narahat edir.Onlara basa salsam da neticesizdi.Usaqlar nece yasdan baci qaedas munasibetini derk edir?zahis edirem yazin by veziyetde men onlarla nece danismalitam ki meni anlasinlar.evvelceden tesekkur edirem..

Cavab:

Salam Aynur xanım. Yaş fərqlərinin az olmasından qaynaqlanan bir problem ola bilər. İkisi də bir-birinə görünür hələ də adaptasiya ola bilməyib. İkisindən birinin hansının daha yola gəlimli olduğunu müəyyən edin, əvvəlcə onu yola gətirməyə çalışın. İkisi ilə eyni anda demək onları yarışa salır. "O etsin, mən niyə edirəm" kimi düşüncələr yaranır.

Orchan 2017-02-11

menim qardasim xesdedi delixana banisesinde yatib ona schisoferin xesdeliyni deyibler bu xesdelik sagalan xesdelikdi bilmek isdeyirem ?

Cavab:

Salam Orxan bəy. Tamamilə sağala bilmə ehtimalından söz gedə bilməz. Ancaq onu stabil saxlamaq lazımdır və ondan əvvəl diaqnozun doğru olduğundan əmin olmaq şərtdir.

Nurane 2017-02-11

Menim 5yasinda oglum var az danisir.Cumle qurammir barmaqlariyla oynayir.Deli kimi hereket edir.Men buna baxmaqdan ureyim agrayir cox fikir edrem oglum ucun.Ozum Rusiyada qliram yaxsi hekim meslehet bilseniz cox sevinerem yardi edin lutfen.Azdrbaycana gelmeye yoldasimin vaxti yoxdur isdeyir.yoxsa ora Narinc kilinkasina getrerdim

Cavab:

Salam Nuranə xanım. Bunun hansı fonda olduğunu bilmək üçün psixoloq uşağı müşahidə etməlidir. Narınc uşaq psixologiya mərkəzinə müraciət edin, mesajınızı cavablandıracaqlar.

Èli 2017-02-11

Men eseblesende cox vaxt mahni oxuyuram oz ozumden birden aglayiram tez eseblesib ozumden cixiram.Neyise ureyimde derd edrem tey o hakda fikirlesirem.

Cavab:

Salam Əli bəy. Bu isterik şəxsiyyət pozuntusu ola bilər. Daha əvvəl psixoloq yardımı almamısınızsa, almağınızda fayda var.

/Gunay/ 2017-02-11

Hekim yani demeyinizden bele anladim ki ozum izunu ele alim? Meselensizin yaniniza grlseydim psixiate yanna go dereckdiniz? Men basqa xestelyne gore mrt ve eeq aparatindan kecen xestelkleein adini cekmeyecem mualice aliram. Bu xestelijle baagli nevriptoloqum mene dermain adini tam yazmayacam ki burda oxuyanlardan kimse yanlis istifade eder qisa yazacam dermanin adini ozubuz bilessiniz. Cer.kom.beyin iynesi ve deemani bunlardan sora duzeldim qetiyyen eseblesmirdim. Sonra defeleele eseblesdikce artiq istilik agzmda uze cixdi. Qurban size, indi men ne edim hekimimim antidepresantini yazsa qebul edim yoxsa ozum ozumu ele alsam kecib gedcek dermansiz? Yani sizin yaniniza gelzeydim derman yazacaqdiniz? Xahis edirem bu suallarima cvb verin.

Cavab:

Günay xanım, vəziyyətiniz sırf olaraq nevroloji yox, psixolojidir. Dərman sizi rahatladır, ancaq o bitən kimi narahatlıq davam edir. Psixoloq müayinədən sonra ehtiyac görülərsə, sizi psixiatra yönəldir, ancaq mütəmadi olaraq psixoloq qəbulu şərtdir.

leyla 2017-02-11

Salam. Okp-den eziyyet çeken bir insana beyninde müxtelif sesler eşiden bir insana ne kimi meslehetler vere bilersiz?

Cavab:

Salam Leyla xanım. OKP məsləhətdən əlavə dərman müalicəsini lazım bilən xəstəlikdir. Səslər gəlməsi və s bunun artıq ciddiyətindən xəbər verir. Mütləq şəkildə müraciətinizi probleminizi önəmsəyib yazılı yox, əyani şəkildə edin.

Elmira 2017-02-11

salam menim qardasim 20 yasi var beyin derisi oyaqdir tez-tez eseblesir yaddas pozquntuluqu var evden nese almaqa gönderende yaddasinda saxlayib alib getire bilmir ona ne meslehet görerdiz

Cavab:

Salam Elmira xanım. Belə halda psienytin özü əyani olaraq müraciət etməyi daha doğru olardı.

Raul 2017-02-10

Salam elnur hekim qardaşımda bele bir problem emele gelib her şey tez xetrine deir esebleşir her şeyə özundən çıxır bədəni əsir ağlıyır butun bedeni aqriyir esebləşəndə söyuş ifadələr söyur amma belədə.sakit nəsə diyəndə ona çixir özundən

Cavab:

Salam Raul bəy. Bu nədən sonra yaranıb öncə müəyyən edilməlidir. İsterik fonda davranış pozuntusu ola bilər. Əgər qəbul edərsə, mütləq psixoloqa aparın.

Pervane 2017-02-10

Cox sagolun cavabladiginiz ucun. Anam belke de icaze verer tekbasina nese etmeyime. Amma indi de men cekinirem. Bu vaxta kimi beynimi qorxulu fikirlerle doldurub. Heryeri, hamini tehlukeli hiss edirem. Ele bilirem dostlarimla harasa getmek, hardasa oturmaq ayib bir seydi. Buna gore indi anam nese etmese de, Allah meni cezalandiracaq. Bir de ki cox utancagam. Ele bilirem harasa gedende gulmeli nese ederem pis veziyyete duserem. Gorunusumun, hereketlerimin gulunc oldugunu dusunurem hemise.

Cavab:

Pərvanə xanım bu qorxular sadəcə sizin daxilinizdədir. Cəsarətli olun və bunu aşmağa çalışın.

/Gunay/ 2017-02-10

Salam hekim yadiniza gelir men size burda yazirdim okpden eziyyet cekirdim sizin meslehetlerinizle sagalmisam tam. Emin olun. Hazirda nevralgiyayagore nrvropotoloq mualicesini aliram. Mende hazirda bir problem de var eseblesende heyecanlananda agzima istilik gelir ureyim sixilir sanki imtahana gedirem. Bu tesvisi nevroz potogiyaidi? Hekimim menebitki terkiblo antidepresant yazdi ehvalim duzelob xeyli ferq var. Ve xesteliyle elaqedar serovrovin kompozium milqamma sedativ saktlesdrci dermanlar qebul etdikden sonra qlisimden sora duzeldim ama sora yene agzima istilik gelir hovselem catmir sanki imthna gedrm. Bu tesvisi nevroz potologiyasidir? Cox xahis edirem indi ne edim ozumu el alim ? Agzima iztilik gelmesin. Evvelkine nisbeten azalib ama yene de var qeyd edim ki saktlsdrci dermanlar zamani olmur. Demek ki esebdendi. Buna antidepresant lazimdirmi kimyevi yoxsa sakitlesdiricilerclele kecib gedecek?

Cavab:

Salam Günay xanım. Nə xoş bizə. Ancaq daha öncə qeyd edildiyi biz hər zaman pasientlərə bunu məsləhət edirik ki, müalicə psixoloq müşahidəsi ilə aparılmalıdır ki, bu kimi hallar yaranmasın. OKP keçib getmiş ola bilər, ancaq özünü digər xəstəliklərə biruzə verəcəkdir. Həyəcan təşviş pozuntusu və yaxud isterik əlamətlər buna misal ola bilər. Yazılan dərmanlar sizi sakitləşdirə bilər, ancaq o bitdikdən sonra narahatlıq yenidən davam edə bilər. Səbəb isə bu fikirlərin beyninizdə yaranmasıdır. Düşüncələr kontrola alınmalıdır.

Terane 2017-02-10

salam Elnur bey eger imkan varsa sizden meslehet vermeyinizi isteyerdim. 3 il qabaq bir oglanla tanis oldum vertualda sora tanisligimiz ciddilesdi ve reala cevrildi. yaxsi munasibetde idi men cox istediyini cox sevdiyini deyirdi. deyirdiki seninde mene laqeyd olmadiqini hiss etsen mene deyersen onda men cox xosbext olaram. yaxin aylarda ona bildirdimki onun hisslerine qarsi laqeyd deyilem/ o gun bu gun elebilki soyudu menden evveler cox sis six hsl ehvsl tutsn zeng eden insandan eser elemet bele qalmadi, ne zenglerimi acmir ne cavab vermir, bu da mene cox pis tesir edir axi bu nece ola biler hec ne etmedim axi ona. niye birden bire bele geri cekildi anlaya bilmirem. evvelerde gergin isleyirdi ancaq mene vaxt tapirdi indi ise isini behane edir deyir basim cox qarusiqdi ve qacir. sizden xahis edirem deyin nece davranim nece qebuk edim bunu? ne meslehet gorursunuz? cox sagolun

Cavab:

Salam Təranə xanım. Əgər qaçırsa, basqı etməyin bir mənası da yoxdur. Çalışın sizi axtarmadığını, sizin ona müsbət cavabı verdikdən sonra dəyişdiyini ona bildirməyəsiniz. Nə o bunu qəbul edəcək, qəbul etsə də bunu sizə bildirməyəcək. Zaman verin və o bu zaman daxilində sizin basqılarınızın azaldığını hətta heç olmadığını hiss etməlidir. Sanki sizi axtarmadığı sizin heç yadınıza belə düşmürmüş kimi hiss etdirin.

/Gunay/ 2017-02-10

Salam hekim yani men antidepresant qebul etmeliyem? Hekimim bitki terkibli yazib qebul etmisem ehval ruhiyyem cox yaxsidi amma strees gore deyirki yox kimyevi antidepresant yazmali olcam. Indi men ne edim ki agiz istiliyi heyecan getsin menden? Hekimim nevropotoloqum basqa xestelyme gore beyin ve b qrup vitaminleri iynesi yazdi ve kecdi getdi sora 10 defe eseblesdirildikden sora yeniden agzm istilenir heyanlanamda eseblesende ama sakitlesdirici ve qlisindi qlicindi onu qebul ednde olmur. Indi men ne edim? Bu eseble baglidi yoxsa antideprsnt qebul edim? Ama vallah iyrenmeyim ellerimi yumagim dini insanlardan iyrenmeyim qetiyyen gedib sizin online sayenizde. Reqs edirem gulurem evde idman edirem ozumcun. Men ne edim agiz istiliyim heyecanim urek sixilmam getsin?

Cavab:

Günay xanım, buradan heç kəs hansısa dərman təvsiyyəsi etməyək. Əgər müalicə psixoloqla yox, nevropatoloqla davam etdirilirsə, bu kimi məsləhətləri öz həkiminizlə etməyiniz daha doğrudur. Öncə də qeyd etdiyim kimi, OKP kimi ciddi narahatlıq online vasitəsilə tam sağala bilməz, ötüb keçir və yerini digər müxtəlif psixoloji xəstəliklərə verir. Psixoloqa müraciət etməyiniz daha uyğundur. 

sevinc> 2017-02-09

Salam Elnur bey mene size yazmaqa refiqem meslehet bildi. tewekkur ediremki bele bir yeri acdiniz azda olsa insanlar rahatlawa bilirler. menim 27 yawim var. aileliyem iki ovladim var. bir nece muddetdiki narahatliqlar kecirirem. bunun ne olduqunu bilmirem isteyiremki siz aydinliq getiresiniz eger mumkunduse. 9 cu sinifde oxuduqumda dayim qizinin toyu olacaqdi yayda biz rayonda onlar weherde yawayirdilar. valideynlerim meni toya aparacaqina heveslendirmiwdi. cox hazirlawmiwdim psixoloji olaraq. ele olduki imkansizliq ucbatindan meni aparmadilar. o gun elebilki heyatin 180 derece dondu. cox pis oldum oleceyimi duwundum ureyimde aqrilar bawladi her kesden her weyden eseblewirdim. iki il bele davam etdi doze bilmedim acdim daniwdim halimi neler kecirdiyimi meni koordioloqa apardilar. o da urekde hec ne yoxdu yeqin eseblerdi dedi bir derman yazdi onnan biraz rahatlawdim. o zamanlar o qeser ehemiyyet vermedim buna. soralar evlendim kecib getdi. evliliyimin 3 cu ilinden bilirsinizki azcanda qaynana anlami wuralti esil qaynana gelin menim supurgemdir motivinde ozunu gostermeye caliwir. mendede ele belede oldu aile munaqiweleri dava dalaw. axirki uzun sozun qisasi indi bir nece muddetdi men cox pis hallar yawayiram. qorxularim her kesden qacmaq biri gelende harasa gedende sixilmaq. yuxusuz olanda seherisi gun sol kureyim tutulur aqrilar olur ozumu ele ala bilmirem/ olecem deye qiwqirmaq kecir icimden. hec cur cixa bilmirem bu veziyyetden. bilirem cox uzun yazmiwam her weyi izah etmek istedim. indi mene bir meslehet vererdiz zehmet olmasa. men daha bu evde yawamaq istemirem. sizi yordumsa uzur isteyirem. cavabinizi gozleyecem ve mene vaxt ayirib cavablandiracaqiniz ucunde evvelceden tewekkur edirem size. cox saqolun

Cavab:

Salam Sevinc xanım. Çox sağ olun təşəkkür edirəm. Toya böyük emidlə hazırlaşmaq, lakin əksini yaşamaq sizdə frusturasiya yəni xəyal qırıqlığı yaradıb. Bu da isterik fonda özünü biruzə verib. Qaynana düşüncəsində gəlinin süpürgə olduğunu düşünməkdən imtina edin. Əgər belə düşüncədə olsanız onun sizə dediyi hər xırda bir nüansı bu düşüncəni sizə yetirmək istədiyi hissində olarsınız. Normal olaraq da bu sizə pis təsir edəcək və yaşadığınız yuvanız sayılan evi gözünüzdən salacaq. Baxın diqqət edin özünüz öz eviniz barədə "bu evdə yaşamaq istəmirəm" deyə bəhs edirsiniz. Bu ev dediyiniz sizin ailə olduğunuz evdir. Hər ailədə kimsə kiməsə cürət edib nəsə deyər. Ancaq düşüncədə o insana qarşı təmiz gözləntilər içindəyiksə, bu bizə çox toxunmaz. Necə ki, ana övladını söyər də döyər də, ancaq yenə ona ana deyər. Ona görə yox ki, orada qan bağı var o anadır, xeyr, ona görə ki, uşaq anadan pislik gözləmir. Niyətin təmizliyi düşüncəsi ağlında olduğu üçün kin etməməyi bacarır. Düşüncələrinizi təmizləyin daha sevgi dolu olun.

gunay 2017-02-09

salam.menm 19 yasm var heyatmi deyismek isteyrem neden baslaym nece edim?tewekkurler

Cavab:

Salam Günay xanım. Dəyişmək istədiklərinizi dəqiqləşdirin, sonra onları dəyişmək üçün sizə nəyin lazım olduğunu müəyyən edir. Daha sonra isə tətbiq etməyə çalışın.

Fidan 2017-02-09

Salam.Men birin isteyrem 2 ildi bu insana hercur her sey edirem ki meni sevsin meni gorsun ama olmur.o sadece meni cox isteyr menen ciddi dansr ailelerde bilir ama sevmr helede gozu baska qizlardadir.bir muddet aramz yaxsi olur sora soyuyur.Nece defelerle ayrlmsq o inanmr bu duruma menm ondan vaz kecmeyme inanmr.men nece edm o inansin ya o insana lazm olan her seyi vermisem niye sevmr meni?coooox sagolunnnnn.

Cavab:

Salam Fidan xanım. Vaz keçməyimə inanmır deyirsiniz, əgər bu həqiqətən belədirsə, onun inanıb inanmamağının bir önəmi olmamalıdır. Yox əgər elə deyilsə, onun inanmamağı normal haldır. Bütün diqqətini ona verməyin. Niyə yazmır, niyə sizi axtarmır, hansı qızla maraqlanır bunlarla nə özünüzü yorun nə də onu. Nəzarəti buraxın. Onsuz nəzarət oldu olmadı sizin də qeyd etdiyiniz kimi diqqəti başqalarındadır. Özünüzə zaman ayırın. Həyat o insanı tanımadan əvvəl də davam edirdi.

Dəniz 2017-02-09

Salam Elnur bəy. Mən kiməsə bağlanmaqdan qorxuram. Çünki, bağlandığım insanları itirməkdən qorxuram. Həyatımda mənim üçün ən dəyərli olan iki insanı itirmişəm. Bəzən də mənim sevdiyim insanlar elə şərait yaranır ki, məndən uzaqda qalır. buna görə də kiməsə bağlanmaqdan qorxuram. Öncədən təşəkkürümü bildirirəm.

Cavab:

Salam Dəniz xanım. Həyatınızda sizə dəyərli olan iki insanı itirmək dedikdə nəyi nəzərdə tutursunuz? Əgər söhbət mənəvi itkilərdən gedirsə, vəziyyəti eyniləşdirməmək lazımdır. Ümumiyyətlə itki nə olur olsun, biz dəyər verdiyimizə görə baş vermir. Sadəcə dəyərli olduğu üçün o itki yadda qalır. Yoxsa gün ərzində dünyada milyonlarla itkilər baş verir və biz bundan xəbərsizik.

nura 2017-02-09

Cox sagolun Elnur bey vaxtinizi ayirib cavablandirdiginiz ucun. Doktor qaynanam uje sozumu sehv anlayib ters reaksiya verdiyi zaman,men izah etsem de artiq inanmirmis kimi yanasir ya ustume gelir.Yoldasimla adeten bunlari gormediyi ucun onunla munasibetime tesir etmir. Sirf onunla munasibetim korlanir. Onun soz xetrine deyir ve sonra basqa seyle o da meni yaralayir.Men de cox hessas oldugum ucun cox pis oluram. Bir de doktor qaynanam meni oz istediyi kimi gormek isteyir.xarici gorunus menasinda, meselen sac rengi ve ya geyim,men ise oz istediyimkimi olmaq isteyirem. Ve o her defe meni beyenmirmis kimi mimika gosterir ve ya uzume vurur, men de komplekse girirem ve cox pis oluram. Men ona nece deyimki bu dedikleri mene tesir edir? cox sagolun doktor.

Cavab:

Bir daha salam. Əgər sizi istədiyi görmək istəyir, lakin öz istədiyinizi edirsinizsə, ancaq həm də onunla ünsiyyət qurmaqdan bəhs edirsinizsə, deyiləcək tək bir şey var o da ortaq nöqtəyə gəlməyiniz. Onun qaynana psixologiyasında olduğunu nəzərə alsaq ortaq nöqtəyə gəlmək sizə düşür.

Şəlalə 2017-02-09

Salam həkim mənim qızımın 22yaşı var 6 aydır ki antidepressant içirdi artiq kəsmişik dərmanı qızım öz-özunə çox gulur bəzən söylənəndə həddindən çox təpki göstərir qışqıraraq həkim xahiş edirəm yazasınız antidepressant içən adam çox gulə bilərmi bu dərmanın təsirindəndirmi əvvəlcədən təşəkkur edirəm

Cavab:

Salam Şəlalə xanım. Həmin dərman hansı problem qarşılığında yazılıb bilmirik, psixoloq müşahidə etməlidir. Və antidepresantlarda qəbul edilən doza önəmlidir. Problemin dərinliyi də nəzərə alınmalıdır. Psixoloqa müraciət etməyinizdə fayda var.

Fidan 2017-02-09

Salam.suallarmi cavablandirdiginiz ucun vaxt ayrdgniz ucun coooooooooox sagolun... yaxsi ki, varsiz :)

Cavab:

Bir daha salam Fidan xanım. Buyurun, nə xoş bizə. Təşəkkür edirəm.

xedice 2017-02-09

salam.nisanlm hemse mene deyr eger anamla aranzda problem olarsa hemse anamn terefin tutaram anam ne dedi odu .Mene komek edinn xahs .bele haqsizliq olmaz axi :(

Cavab:

Salam Xədicə xanım. Belə sözün qarşısında sizin qarşı gəlməyinizin bir faydası olmaz. Bir söz var bükə bilmədiyin əli öpəcəksən. Ancaq bu o demək deyil ki, o haqlıdır, sadəcə tərs psixologiya ilə bu sözün qatılığını öldürün. Elə dedikdə eynilə aramızda nə problem ola bilər ki deyərək, onun doğrusunu etdiyini övladın ananın tərəfində durması lazım olduğunu, sabah sizin də oğul anası ola biləcəyinizdən bəhs edib oğlunuzdan da bu davranışı görmək istədiyinizi bildirin.

zerine 2017-02-09

Salam Elnur Bey.gece yata bilmirem.sabaha qorxuram.derse gore,amma elaciyam.derslerimi de,oxumusam.amma qorxuram.icimde qorxu var.ne olar mene cavab yazin

Cavab:

Salam Zərinə xanım. Əlaçısınız dərsin nəyindən qorxursunuz? Əlaçılığı itirməkdənmi? Bu obsessiv fikir ola bilər. Valideyninizə bu narahatlığınızdan bəhs edin.

aydan 2017-02-08

Salam ELNUR BEY Men derse gore qorxuram.Gece yata bilmirem.\nNe edim?

Cavab:

Salam Aydan xanım. Dərsə görə qorxuram dedikdə nəyi nəzərdə tutursunuz?

aygun 2017-02-07

size tesekkurum sonsuzdur sualimi cavablandirdiqin ucun inaninki bu meslehete boyuk ehtiyacm var idi calisacam ki o gedenden sonra sizle gorusub psixoloq mesleheti alim o insana bele seyler catmir deyendede seni laqa qoyur cox saq olun \n

Cavab:

Buyurun Aygün xanım. İşimiz budur, nə xoş bizə.

nura 2017-02-07

salam Elnur bey, menim problemim ondan ibaretdirki men qaynanamla unsiyyet qura bilmirem.Onunla danisanda cox heyecanlaniram,terleyirem,ureyim sixilir,derinden nefes alaraq danisiram.gozlerinin icine baxa bilmirem.Ondan ayrildiqdan sonra hiss eleyiremki ozumu o qeder sixmisamki basim pis agrayir.Eslinde ozum cox unsiyyetcil insanam. O olmayan yerlerde rahat oluram. o olduqda ise sadece susuram.menim sozlerimi sehv anladigi ucun susmaq metoduna kecmisem.yalniz sual verilende danisiram. Bu veziyyetden cox narahatam,yoldasim da anasina bagli olduguna gore tez tez birlikde oluruq. mene ne meslehet gorerdiniz? cox sagolun

Cavab:

Salam Nura xanım. Öncəliklə bu həyəcanın səbəbini müəyyən etməyə çalışın. Sizin sözlərinizi səhv anladığı üçün belə bir həyəcan keçirirsinizsə, o zaman düşünün sizin sözünüzü səhv anlayarsa nə olar. Və qorxmaq lazım deyil, əgər səhv anlaşılıbsa, doğrusunu izah etmək çətin deyil. Əgər izah edildiyi zaman qəbul edirsə, başa düşürsə nə xoş sizə. Ancaq deyək ki, izah edildiyində də dinləmir, bu da sizi qorxutmasın. Ən uzağı sizi səhv anlamış olaraq qalacaqdır. Ola bilər yoldaşınızın ona bağlılığı sizi narahat edir ki, valideynidir xətrinə dəysəniz yoldaşınızla aranız korlanar. Bundan da çəkinmək lazım deyil. Səhv anlaşılma varsa və qaynana izahata tabe deyilsə, o zaman siz izahatı yoldaşınızla aranızda danışaraq edə bilərsiniz. Bütün bunlar aradan qalxarsa, ünsiyyət də alınacaqdır. Əgər belə həyəcanlanmalar digər nələrdəsə biruzə verirsə, psixoloq məsləhəti almağınızda fayda var.

Pervane 2017-02-06

Salam Elnur bey. Meni anam cox qayda qanunla boyudub. Ozum de söze baxan olmusam. İndiye kimi geyimimden tutmuş yemeyime kimi herseyime o qerar verib. Tek hecyere getmemisem. Herseyi anamla edirem. İndi hiss ediremki eslinde bununla yasidlarimnan cox geri qalmisam. Normal unsiyet de qura bilmirem, evden tekce universitete getmek ucun cixa bilirem, basqa yerden qorxuram. Anam hemise basqalarini pislediyi üçün dostum da yoxdu. Yasidlarima baxiram gezmeye de gedirler, işleyirler de, herseye vaxt tapirlar. Men deyesen paxilliq edirem onlari bele gorende. Sekilde qizlari biryerde gezmekde gorende aglayiram hemise. Qeyd edimki 20 yasim var. Ele dusunuremki eger indiden normal yasamaga baslasam da artiq cox gecdi. 20 ilimi itirmişem. 20 il eskik olacaq heyatimda. Bu fikirler lap hevesimi öldürür herseye. Heç cür anama qarsi cixa bilmirem. Nese etmek istesemde deyir onsuzda men olmasam bacarmayacaqsan. İmkan vermir hecneye. Bilmirem niye yasayiram. Heyatimda hec bir mena gormurem. Düzgün olmadığını bile bile hele de bele yasamaga davam edirem. Xahis meslehet verin mene.

Cavab:

Salam Pərvanə xanım. 20 il deyib özünüzü ruhdan salmayın. Çox gənc məktəb illərindən sonra qeyd etdiklərinizi etməyə başlayır. Sərbəst gəzmək və s. Bunu nəzərə alsaq sadəcə 3 ya 4 il gerilədiyinizi demək olar. Ancaq bunun geriləmək olduğunu düşünmürəm. Hal-hazırda sərbəst gəzməyinizə, işləməyinizə valideyniniz izin verirmi?

aygun 2017-02-05

salam doktorocelikle tesekkur edirem doktor menim heyat yoldasim 8 ay idi k mosvadadir\nindi gelib amma men cox eyyet cekirem fikir edirem ele bilki o meni usaqlarini gormur burda muveqqeti qalirmis kimi davranir bunlarda meni narahat edir cox fikir edirem hetta geceler oyanib ne qeder yatmaq istesemde yata bilmiem ureyim cirpinir aqlayiram qollarim giziltili aqrilar olur cox xais edirem mene meslehet verin men neyleyim en boyuk qorxumda onun basqa qadina sevgisinin olmasi basqasinii sevmesidir biz sevmeden aile qurmusuq 10 ildir ki evliyem

Cavab:

Salam Aygün xanım. Əgər o yenidən Moskvaya qayıdacaqsqa, müvəqqətilik hissini o da yaşamış ola bilər. Ümumiyyətlə adaptasiya dövrü deyə bir şey var. Nə zaman insan olduğu yerə qayıtdığında hər kəsin həyatının axarında yolunda davam etdiyini görür həmin təlaşla o da o həyatlarda rol almağa çalışır. Ancaq nə zaman ki, o qayıtdığında hər şeyi buraxdığı kimi tapırsa, bu zaman istəksizlik ola bilir. Eynilə sizin qeyd etdiyiniz kimi sanki burada müvəqqətidir onu bura maraqlandırmır. Bu barədə onunla çox mübahisə etməyin. Sadəcə bir-iki dəfə doğru yolla dilə gətirə bilərsiniz. Ancaq artıq bu barədə şikayətlənmisinizsə, bu söhbətin bir yararı olmaz. Narahatlıqdan ağlamaq, qollarda gizilti və s bunlar psixoloji vəziyyətinizin isterik tutmaların fiziki təsirləridir. Əgər bir psixoloq yardım ala bilsəniz mütləq alın. Və yoldaşınızın həyatında kiminsə olmağından qorxmayın, onsuz da qorxmaq bizi heç nədən siğortalamaz. Bəzən hər şeyin doğrusunu bilmək heç nə verməyə bilər. Bunu heç dəqiqləşdirməyə də cabalamayın. Ən yaxşısı ailənizə yönəlin. Kənarda kimlər var, kimlər yox bunlar sizin həyatda mövzunuz belə olmamalıdır.

Sevinc 2017-02-05

Salam hekim.Bacimin 31 yasi var.teneffus catishmamazligindan eziyyet cekir.sakit oturan veziyyetde bele sanki ozunu nefesi dayanacaqmish kimi hiss edir butun analizler ve uziden kecib hec bir problemi yoxdu.bunun sebebi ne ola bilet?

Cavab:

Salam Sevinc xanım. Oturduğu yerdə sanki nəsə olacaq hissini yaşamaq, nəsə bir hadisə olacağını düşünmək və nəfəs darlığı kimi narahatlıqların kökündə panik atak dayana bilər. Qeyd etdiyiniz kimi bütün yoxlanışlar təmiz çıxıbsa, vəziyyəti psixoloji dəyərləndirmək olar. 

Terane 2017-02-03

Hekim evvelce sualimi cavablandirdiqiniz ucun tewekkur edirem size. mene meraqli olan bu veziyyetden tam olaraq cixa bilecem? yoxsa bu olmayacaq? hemiwe bele yawamaqa mehkum olacam? cunki bu veziyyete ele qapilmiwamki elebil onnan sonraki heyatim olmayacaqmiw kimi. bunu fikirlewende de cox pis oluram. ne qeder muddete bu veziyyeti azalda ve yaxud tam xilas ola bilerem. belke vereceyiniz cavab mene dahada inam verecek ki oz uzerimde iwleyim bunun ucun ne etmeliyem? cixa bilecen ya bilmeyecem cox sixanda bu sualdi. qorxduqum hemiwelik bu ezaba dozmele olacaqimdi . inaniki doze bilmeyecem. cox xahiw ediremki cavablandirasiniz suallarimi. tewekkur edirem bir daha.

Cavab:

Təranə xanım əgər hansısa məqamda çətinlik çəksəniz psixoloqa müraciət edin. Ancaq yola başlamadan bu nə qədər müddətə aşacam demək doğru deyil. Hər şey sizin əlinizdədir.

ARZU 2017-02-03

SALAM HEKIM MEN 1 IL BUNDAN QABAQ QADIN XESTELIYINDEN EMELIYYAT ILMUSAM AMMA CANIMDA COX QORXU VAR HER SEY QAYDASINDADI AMMA MEN ELE BILIREM MENE NE VAXTSA NESE OLA BILER EVVELCEDEN TESEKKUR

Cavab:

Salam Arzu xanım. Ola bilər bu əməliyyat gözlənilmədən planda olmadan baş verib. Özünüzün gözləmədiyiniz halları yaşamaq bu kimi qorxuları yarada bilər. Yaşadığınız vəziyyət psixolojidir panik atak keçirirsiniz. Nə vaxtsa nəsə olacağından qorxmaq sizi nədənsə qorumaz. Yaşanılması lazım olan şeyləri biz zatən yaşayırıq, qaçış yoxdur, qalıb ona qalib gəlmək var.

Leyla 2017-02-03

Salam Elnur bey. Menim prablemim ozumle baglidi yeniki deyer verdiyim hedsiz cox isdediyim ozum bildiyim dosdum refiqem bawqa oz iwlerine gore menen balaca diqetin uzag tutanda gec yazanda men neylese onun yadina duwmemi isdirem yalanan xesdelenmiwem deyirem,ya bawqa bir weyler evveler daha cox olurda indi nisbeten azalib ama yene bu prablemim var yalnizca bir insanadi heyata etrafimda coxlu insan olmasina baxmiyaraq meni bawa duwen meni ozum kimi bilen insandi cox bagliyam hemcinin oda eledi ama biraz wexsi iwi olanda ozumu yalanan xesdeliye vuram ya nelerse uyduram men neynemeliyem?

Cavab:

Salam Leyla xanım. Burada özgüvənsizlikdən və isteriyadan söz gedə bilər. Kənarda qalmaq qorxusu bu kimi üsullarla özünüzə diqqət çəkməyə sizi məcbur edir. Ancaq seçdiyiniz üsula diqqət etsəniz özünüzü pis vəziyyətlə qələmə verib diqqət istəyirsiniz. Bu özgüvənsizlikdir.

Samir 2017-02-02

Cox sagolun sualimi cavabladiginiz ucun.1 il bundan qabaqda bele bir hiss olmusdu 2 3 gun davam eledi aglim sefey sefey fiker gelirdi getdim uzguculuye biraz mewqul olandan sora yadimdan cixdi.ama indi 1 aydan coxdu bu eziyyeti cekirem axirda mecbur qalib hekime getdim yoxlanislardan temiz cixdim dediler nevroz ola biler. indi aglima yene gic fikirler gelir her 2 deyqeden bir derinden nefes salmaq istiyirem...sizce bu defede ozum yene bilerem ya komek lazimdi ?

Cavab:

Salam Samir bəy. Hər an nəsə olar qorxusu, boğulma qorxusu panik ataka daxildir. Psixoloq dəstəyi şərtdir. Əlaqə saxlayın vəziyyətiniz nəzarətə alınsın 0552572700 0124803629

elvin 2017-02-02

Salam . Hekim Menim 18 yasim var.1 ildirki siddetli urey doyuntusu.her an nese olacaq kimi dusunurem. Cox aqresiyali.tez ozune qapanan biriyem. Adi veziyyetde ve ya piyada harasa gederken 1 insan gorende ve ya rastlasdiqda onunla men dava etsem o mene qalib gelecek kimi fikirler gelir ve bu anda mende cox siddetli qorxu Urey doyuntusu yaranir.nefes darligi urey nahiyemde agrilar yaranir.her zaman mene nese olacaq kimi titzde oluram.yeni mende cox guclu panika var. cox siddetli derecede heyecan olur.Panika.qorxu .heyecan heyatimi mehv edib.edir ve men bu xesteliyimi sagaltmaq ucun .evvelki veziyyetime qayitmaq ucun sizden komek isteyirem.onuda qeyd edimki bu xesteliyim 1 ildirki var.men xestelyimle bagli psixloqa ve ya psixatra muraciet etmeliyim? Tesekkur edirem.

Cavab:

Salam Elvin bəy. Həyəcan təşviş pozuntusu keçirirsiniz. Mütləq bir psixoloqa müraciət etməlisiniz. Öncəliklə vəziyyətiniz psixoloq nəzarətindən keçməlidir, ehtiyac yarandıqda isə psixiatr məsləhəti də alınacaqdır. 0552572700 0124803629

Ulker2017 -02-02 2017-02-02

Salam komeyinize ehtiyacim var yoldasimla tez tez dalasiriq evveller ona guvendiyim halda indi guvene bilmirem aglima qeribe hec olmayacaq fikirler gelir geceler yatada bilmirem yuxumda pozulub en piside onu en yaxinima qisqaniram bu prablemim meni canimdan bezdirib artiq 1 il yarimdi evde soz sohbetden bezmisem ozumu oldurmeyi bele dusundum xahis edirem komek edin sag olun

Cavab:

Salam Ülkər xanım. Bunlar paranoid düşüncələrdir. Həm sizə, həm çevrənizdəkilərə təsir edə biləcək qədər narahatlıq yaradan bir problemdir. Psixoloqa görünməyinizdə fayda var.

Semaye Qurbanzade. 2017-02-02

Salam Elnur bey!Mende artiq 1 ildir ki,qeribe hallar bas verir.Ele bilirem olumume az qalib.Bir yerim agriyanda cox qorxuram.Ele bilirem pis xestelikdir.Tez tez ureyim sixilir,siddetli urek doyintuleri,bas gicellenmesi olur mende.Hetta demek olar yemekden de kesilmisem.Gozumun qarsisina ata,anam(qeyd edim ki, dunyadan koçubler) gelir.Hetta yuxularimda bele atam meni cagirir.Bu hal heqiqeten de olumumun yaxinlasdigin gosterir?Evvelceden size tesekkurumu bildirirem.

Cavab:

Salam Səmayə xanım. Xeyr, əlbbətə bu onun göstəricisi deyil. Sadəcə həyəcan təşviş pozuntusu keçirirsiniz. Bir psixoloqa müraciət etməyinizdə fayda var. Valideynlərinizə də Allah rəhmət eləsin.

lale 2017-02-02

salam hekim bir insan gorseki,segisinin ona ziyandan basqa faydasi yoxdu.o sevgi onun heyatinan her seyini ala biler.o sevgini unudmaq olmasada,nece zerersizlesdirmek olar evvelceden tesekkur edirem.

Cavab:

Salam Lalə xanım. Daha ətraflı izah verin. Buradakı emosionallığı ölçmək onu nəzərə almaq üçün bu lazımlıdır.

Billure 2017-02-02

Salam.Men 7aydi evliyem ve aile heyati qurdugum zaman yoldasimin psixioloji xesteliyi oldugunu bilmirdim ama indi biliremki 10 ildi xestedi mueyyen dermanlar icir ve omur boyu icecek bu dermanlari.Ustelik hemde uzurlu sayin hamileyem.yoldasimin butun hereketleri danisiqlari kankret xeste kimidi mene cox tesir edir eseblerimi cilovlaya bilmirem her hereketine reaksiya verirem ve ailemnen herkesden uzaqdayam turkiyede yawayiram buda bir agirliq edir mene men ne edib nece davranmaliyam komek edin mene xais edirem.

Cavab:

Salam Billure xanım. Yoldaşınızın narahatlığını qeyd etsəydiniz sizə necə davranmalı olduğunuzu demək mümkün olardı.

Elşən 2017-02-01

Salam qolumda ve elimde keyimeler olur neden ola biler? Ve hansi dermandan almaliyam?

Cavab:

Salam Elşən bəy. Bu keyimələrin səbəbi araşdırılmalıdır. Psixoloji vəziyyətin olduğundan əmin olduqdan sonra müalicə başlaya bilər.

Amil 2017-02-01

Sizinle nece goruse bilerem.

Cavab:

Salam Amil bəy. Zəhmət olmasa 0552572700 nömrəsi ilə əlaqə saxlayın.

aysel bagirova 2017-02-01

Hekim salam men 5il bunnan qabag boyuk qorxu stres kecirdim nevrozdan mualice aldim duzelmisdim bu yaxinlarda his ediremki mende yene nevrozun elametleri var cox qorxuram nevroz yenkden yarana biler?

Cavab:

Salam Aysel xanım. Əgər simptonları yenidən hiss etdirməyə başlamısınızsa, gecikdirmədən psixoloqa müraciət edin.

Rafiq 2017-02-01

Salam . Hekim Menim 18 yasim var.1 ildirki siddetli urey doyuntusu.her an nese olacaq kimi dusunurem. Cox aqresiyali.tez ozune qapanan biriyem. Adi veziyyetde ve ya piyada harasa gederken 1 insan gorende ve ya rastlasdiqda onunla men dava etsem o mene qalib gelecek kimi fikirler gelir ve bu anda mende cox siddetli qorxu Urey doyuntusu yaranir.nefes darligi urey nahiyemde agrilar yaranir.her zaman mene nese olacaq kimi titzde oluram.yeni mende cox guclu panika var. cox siddetli derecede heyecan olur.Panika.qorxu .heyecan heyatimi mehv edib.edir ve men bu xesteliyimi sagaltmaq ucun .evvelki veziyyetime qayitmaq ucun sizden komek isteyirem.onuda qeyd edimki bu xesteliyim 1 ildirki var.men xestelyimle bagli psixloqa ve ya psixatra muraciet etmeliyim? Tesekkur edirem.

Cavab:

Salam Rafiq bəy. Yaşadığınız vəziyyəti qeyd etdiklərinizə nəzərən Panik atak adlandırmaq olar. Öncəliklə psixoloqa müraciət edirsiniz. Əgər ehtiyac görülərsə psixiatra yönləndirirsiniz. Ancaq müalicə psixoloqla davam etməlidir. Zəhmət olmasa əlaqə saxlayın sizə yardım edəcəklər: 0552572700 0124803629

Sevda 2017-02-01

Salam menim bu yaxinlarda toyum olacaq amma cox qorxuram hetta toyun vaxtin uzadiram get gede yani niwanlimada demiwem qorxtuqumu amma ele biliremki hecne ola bilmiyecek hetta aglayiram cetin gelir mene... ( Suala gore uzur istirem)) Cavabin gozliyecem

Cavab:

Salam Sevda xanım. Toydan öncə bu kimi qorxular üçün psixoloqa müraciət edənlər kifayət qədərdir. Siz tək deyilsiniz. Öncəliklə bu barədə valideynlə məsləhət edə bilərsiniz. Ola bilsin hansısa suallarınız var. Əgər bu da sizə kömək olmazsa rahatlıqla psixoloqa müraciət edə bilərsiniz. Psixoloqa ehtiyac duyduğunuz an bizimlə əlaqə saxlaya bilərsiniz. 0552572700 0124803629

İlkin 2017-02-01

Salam hekim men psixiatr mualicesi almisam hardasa 1 ilden cox en guclu yuxu heblerini qebul etmisem xeyri yoxdu yata bilmirem yuxusuzluq problemi mende 3 ile yaxındıki var her gece yatabilmirem hal hazırda mualice almiram sualım budurki yuxu problemi psixoloq meslehetiyle duzelebiler?bele bir pasiyentiniz olub?

Cavab:

Salam İlkin bəy. Yuxusuzluğun səbəbi bəlli olduqdan sonra onun korreksiyası zamanı dərmandan yardım almaq olar. Ancaq təkcə dərman məsələni həll etməz. Bu sadəcə müvəqqəti olacaq. Öncəliklə psixoloqa müraciət etmək şərtdir. Prosesin ardıcıllığı olarsa, nəticə almaq mümkündür. 0552572700 0124803629 əlaqə saxlaya bilərsiniz.

Sevda 2017-02-01

Salam həkim

Cavab:

Salam Sevda xanım buyurun.

Samir 2017-02-01

Salam. Menim 16 yasim var ve mene ele gelir ki hecneye vaxtim qalmir, hecne ye vaxt catdirmiram, vaxtimi hecneye serf ede bilmirem...

Cavab:

Salam Samir bəy. Sizə elə gəlir deyirsiniz, bəs bu həqiqətən belədirmi? Bir gününüzü necə keçirirsiniz?

lale 2017-01-31

salam hekim sizin 1ay evvel meslehetinizi almisdim.men evlliyem 7ildi men basqasini sevmisem bu evlilik mudetinde ve bu yaxinlarda onun profiline yazdim dost olaq.o meni cox sevdiyini dedi hemen gun sanki heyatimin sefini etdim cox pesman oldum.yazdigim profili bagladim.o dozmedi tanis idi deye ev nomremizi bilirdi eve zeng elemeye basladi men yalvardim ona pesmanam zeng eleme o yene yigirdi mennen danismaq isteyirdi.evdekiler artiq zenglerden supelenirdi.mecbur oldum.siz verdiyiniz meslehete uygun onunla danisdim bu isin sonu olmadigini,pesman oldugumu,aileme xeyanet etmek istemediyimi,bu ise son qoymagini ,aramizda olanlar sirr qalsinv.s.istedim o sozlerinen bele cixdiki meni gercekden sevib yoxsa bir insan toxunmadigi birine nece iller bele sevgiyle baxmazdi neyse sozum onda deyil aramizda olan danisiqlarin olene qeder sir qalacagini ve seni olene qede sevecem birde seni narahat etmeyecem dedi.ancaq men qorxuram onun dostlarii yoldasiminda dostlaidir uzaq qohumluqda var .goresen gercekden o menim sirrimi saxliyarmi yazdigimiz mesajlari hec kime gostermez ki o sozunde duracaxmi.bilmirem hekim sef etiyim duzdu men hec bilmeden onu sevdim bilmeden belkede onun baxislarini sevdim belke mene olam maraqii sevdim nece edim ki bu sevgi uze cixmasin.men hecne olmamis kimi ailemin uzune baxa bilim ozumu heyata qaytara bilim cunki hem pesmanam hem caresiz o qarsima ne vaxtsa cixanda men ozumu nece aparsam duzgun olar. hecne olmamis kimi davransam o meni nece qiymetlendirer xais edirem meslehet virin cunki meslehetiniz mene cox komek etdi dogru yola yonlendirdi

Cavab:

Bir daha salam Lalə xanım. Gələcək nəyi göstərər bilmək olmaz. Ancaq od sönüb külü qalıb sanki. Bundan sonra edəcəklərinizdən çox şey asılıdır. Yoldaşınıza verin diqqətinizi uzun müddət sonra o sizin qarşınıza çıxsa belə sizdəki diqqətsizliyi görməlidir. Və bu sizin bilərək yox, daxilinizdən gələrək etdiyiniz bir şey olmalıdır. O da insandır görür ki, sizə maraqlı gəlir, ancaq diliniz yox deyir, düşünür ki, istəyir, ancaq evlidir deyə məcbur uzaq dayanır. Bu görüntünü yox etsəniz qarşınıza çıxsa belə heç nə edə bilməz. Çünki meydanı siz verirsiniz ona.

günel 2017-01-31

Salam.men ayrilmişam, 4il keçib unutmuşam amma evelki kimi şen ola bilmirem.xasiyetim dəyişib.heckime inanıb aile qura bilmirem

Cavab:

Salam Günel xanım. Bir ayrılığın təsirində 4 il qalmaq düşünürəm ki, yetəri qədər uzun bir müddətdir. Bəlkə də artıq işə profesionalca yanaşmaq bunu aşmağın vaxtıdır. Şərt deyil hansısa bir xəstəliyiniz olsun və siz onu o zaman önəmsəyəsiniz. Bu da bir narahatlıqdır, hansı ki, bütün həyatınıza təsir edə bilir, öz ailənizi qurmaqda çətinlik yaradır. Psixoloq yardımı almağa çalışın. Ehtiyac olarsa bizimlə mütləq əlaqə saxlayın: 0552572700 0124803629

Samir 2017-01-31

Salam.men derinden nefes salanda eziyyet cekirem her 2 deyqeden bir derinden nefes salmaq istiyirem.butun muayinelerden kecmisem hecneyim yoxdu.herden basim qarisiq olur yadima dusur ama ele vaxt olur oz ozume deyirem boguluram derinden nefes salmaq istiyirem alanmiram 3 4 defe ceht etdikden sora aliram.bilmek isterdim bu verdisdi yoxsa psikologi haldi?

Cavab:

Salam Samir bəy. Əgər daha əvvəl belə bir probleminiz olmayıb və yoxlanışlar da təmiz çıxıbsa, psixoloji hal kimi dəyərləndirmək olar. Mütləq psixoloqa müraciət edin.

esmer 2017-01-31

salam doktur necesiz menim sualim size menim 24yasim var aileliyem yoldasim meni qoyub islemey ucun xarici olkeye sehere rayonlara gedir ele vaxti olur aylarla gelmir bu mene pisiqi tesir edir gunun cox vaxti esebi oluram her seyden bezmisem bir nece defe esebden ureyim gedib dilim sisir nefes ala bilmirem elerim goyerir bedenim esir ozume gelende sahatlar kecir birde doktur ele bil yuxuda gezirem fikrimi hec cur toplaya bilmirem ele nelerise filirlesirem bir qizim var iki yasinda ele vaxdi aqlayanda hirs gelir usaqi az qaliram oldurum elimden almasalar belkede nese ederem bulara sebeb nedi kime muraciet edim ki hami kimi normal heyat surum cunki beynim coox ozude cox yorqundu evelceden tesekur edirem size

Cavab:

Salam Əsmər xanım. Bu dana çox isteriyaya bənzəyir. Mümkün olduğu qədər tez bir zamanda psixoloq dəstəyi alın. Bizimlə əlaqə saxlayın sizə yardımcı olacayıq. 0552572700 0124803629

Leyla 2017-01-31

Salam Elnur muellim.sualim qizimla baglidir.qizimin 5 yasi var.oskuren , asqiran adamdan qorxub aglayir.ozunden cox balaca usaqlardan qorxur.nervpatoloq yaninda olub mualice alib.hele de qorxulari var.Sizden meslehet almaq isteyirem.

Cavab:

Salam Leyla xanım. Bu kimi hallar üçün nevropatoloqdan daha çox uşaq psixoloquna müraciət etməyiniz daha uyğun olardı.

Sekine Kamalova 2017-01-31

Salam Elnur bey.Qizim ensefalopatiya perinatal ensefalopatiya, hipertenzion hidrosefal sindrom psiki inkiwafin lengimesi xesteliyinden eziyyet cekir. Qizimin 18 yawi var. Size muraciet ede bilerikmi? Zehmet olmasa bize meslehet veresiniz

Cavab:

Salam Səkinə xanım. Öncəliklə nevroloqa müraciət edin. Daha sonra psixoloji dəstək üçün bizimlə əlaqə saxlayın. Yaxud əyani görüş zamanı psixoloq qızınızı müayinə etdikdən sonra daha doğru qərar veriləcəkdir. 0552572700 0124803629 əlaqə saxlayın sizə yardımcı olacaqlar.

Serif 2017-01-31

Salam sosial fobiya özgüvən əksikliyinden ireli gelir?

Cavab:

Salam Şərif bəy. Bəli, sosial fobiyanın daxilində həm də özgüvən problemi dayana bilər.

Terane 2017-01-31

Salam Elnur bey. cavab verdiyinize gore onceden tesekkur edirem. mende 5 ilden artiqdirki narahatliqlar var amma 1 ile yaxindiki tam derinlesmis forma alib. psixoloq qebulunda olmusam 3 siansda panik atak diaqnozunu qoyublar hemde derman mualiceside apariram/ evden cixa bilmire, yoldasimdan asililiq yaranib onu evden bayra cixartmiram, o gedende pis oluram, ele bilirem olecem, sianslarin hec bir xeyrini gormurem/ men nece edim? mene komek edin xahis edirem

Cavab:

Salam Təranə xanım. 3 seans panik atak üçün ciddi bir problem üçün çox az rəqəmdir. İlk seansdan yaxud 2-ci seansdan sonra xeyir görüb görməmək barədə qərar verməyə tələsməyin. Psixoloqunuza güvənin və özünüzə zaman tanıyın. 1 ildir yaşadığınız bu vəziyyəti necə 3 seansa bağlaya bilərsiniz. Əlaqə saxlayın buyurun gəlin əyani müayinədən sonra sizə yardımcı olaq. 0552572700 0124803629

Gunay 2017-01-31

Salam..bagiwlayin sualima goree..men 5 aydi evliyem yoldawimla cinsi elaqede cox olanmiram agrilar cox olur doze bilmirem..tam ola bilmirik bunun caresi varmi?buna goremi hamile qalanmiram sizce ? Coxda axira kmi olanmiriq agriyiram.. Etrafli yazinda xaiw..evvelceden tewekurler..

Cavab:

Salam Günay xanım. Əgər bu özünüzdə yaratdığını hansısa qorxuya görədirsə, psixoloji sizə yardım edə bilərik. Deyilsə, bir həkimlə məsləhət etməyiniz daha doğru olardı.

aytekin 2017-01-30

salam mende gepatet be var 7ildi bilirem 27 yasim var hec bir mualice etmemisem agrinram men gepatet agri vere bilermi

Cavab:

Salam Aytəkin xanım. Yaxşı olardı ki, bunu uzmanından soruşasınız. Psixoloji hallar üçün isə bizə müraciət edə bilərsiniz.

Aynura 2017-01-30

Salam.32 yawim var.subayam.mende tez tez heyatdan kusme intihar kimi hissler olur.hetta nece defe istemiwem ozume nesen edim durmuwam.insanlardan kusmusem.qeti hecneye heves yoxdu.sadece gun yubadiram.hec kesnen unsiyyet qura bilmirem.hettaa son vaxtlar geceler gah qorxur gahda qeribe giziltili bir hiss esme gelir mene .ozumu yataqda gucle saxlayiram.sufreye oturub yemek yemeye bele sebrim catmir.men ne. Ede bileremki evvelki kimi heyat dolu olum.zehmet olmada menr meslehet vererdiniz

Cavab:

Salam Aynurə xanım. Yəqin ki, özünüz də vəziyyətin ciddiliyindən xəbərdarsınız. Depressiya yaşayırsınız. Ancaq bunun səbəbi bəlli olmalıdır ki, sizə doğru yanaşma edilsin.

Sema Ibadova 2017-01-30

Salam Elnur bey,sizden cox xahis edirem menim sualimi da cavablandirasiniz.Cox narahatam qizima gore.Menim iki qizim var.Biri 5,biri 2yasinda.Boyuk qizimda hetta 6 ayligindan musahide elediyimiz bir hal var.Nese maraqli bir sey gorsun,ya tvye baxanda,neyese sevinende barmaqlarini qicamis kimi eliyib,agzini ayirib titreyir.o an nefesini de saxlayir.ozunden asili olmadan eliyir bunu.camaat icinde olanda adam utanir,tepinende korpe ozu de pis olur.Usaq vaxti nevropotoloq dediki verdisdi kecib geder ama kecmedi eksine elave eledi ustune.indi de qefilden qalxib baslayir otaqda firlana firlana gezmeye.ele heyecanlana heyecanlana.nese fikirlesirmi ya nedise anlamiram.tvye cox qoyurduq baxirdi ya ondanmi oıdu bilmirem.sizden bir ana kimi cox xahis edirem mene ne meslehet gorersiz,nece edek onu?hara aparaq?yalnis mualice olunub pisleser deye qorxuram,bagcaya qoyduq o biraz acilisdirdi onu ama o hereketleri ele oldugu kimi qalir

Cavab:

Salam Səma xanım. Ola bilər həyəcan təşviş pozuntusu olsun. Televizor qarşısında fırlanmağının səbəbi nədir araşdırmaq lazımdır. Daxili aqressiyası varmı yoxmu bilmək lazımdır. Ən doğru yanaşma uşaq psixoloquna müraciət etmək olar. Psixoloq müşahidə zamanı hər şeyin açıqlamasını verəcəkdir. Narınc uşaq psixologiya mərkəzinə müraciət edə bilərsiniz.

Maga 2017-01-29

salam men retki hallarda ureyim gedir men hec ozumde xeberim olmur neden ola biler?

Cavab:

Salam. Nevropatoloqda olmusunuzmu? Epileptik tutmalarınız varmı? Dil qatlanması sudurqa kimi hallar olurmu?

anonim 2017-01-29

salam hekim, men ozumu cox tenha hiss edirem, valideynlerimi itirmisem, usaqligim cox pis kecib xatirlamaq istemirem. Ama hal hazirda evliyem bir qizim var 1yasinda xosyenede men ozumu xosbext hiss ede bilmirem

Cavab:

Salam xanım. Post travmatik stress yaşayırsınız. Bu kimi itkilərdən sonra toparlanmaq zaman alarsa, mütləq psixoloqa müraciət etmək lazımdır. Bəlkə o zaman daha xoşbəxt olarsınız. 

xatire 2017-01-28

men aileliyem 8 ildi ama hec yola getmirik eslinde sevib evlenmisik aramizda bir yas ferq var o menden boyukdu bilmirrm ferqin az olmagindandi ya nedenfi bir birimixi basa dusmuruk vox kobud insandi men ne istediyimi bilirem heyatdan mene ele gelirki o hele bunlari basa dusmur

Cavab:

Salam Xatirə xanım. Ola bilər o bunları anlamasın hələ də. Ancaq siz ona bunu məcburi qəbul etdirə bilməzsiniz. Belə halda qadın aparıcı rol olmalıdır ancaq bunu ona hiss etdirməməlidir.

gulnare 2017-01-28

salam hekım men axsam ustu canım cox sıxılır bır bed xeber esıdeceyem endısesı ıle yasıyıram

Cavab:

Salam Gülnarə xanım. Panik Atakla bağlı narahatlıqlar yaşayırsınız. Psixoloq müdaxiləsi lazımlıdır.

Lütvəli Şəkili 2017-01-28

Salam,əvvəlcədən minnətdarlığımı bildirirəm. Mən dünyada və ölkəmizdə baş verən neqativ hadisələrdən təsirlənib əsəbiləşir və evdəkilərlə kobudlaşıram. Məsləhət verməyinizi xahiş edirəm.

Cavab:

Salam Lütvəli bəy. Daxilən həssassınız, əsəbləriniz gərgindir. Ancaq bu sizin həyatınız üçün olduqca yorucu olmalıdır. Dünyada hər gün neqativ nəsə baş verə bilər. Ancaq bu sizə bu qədər təsir etməməlidir. Bunu aşmağa çalışın, bir mütəxəssis dəstəyi alın. Həyatı daha yaşanılacaq hala gətirmək sizin əlinizdədir.

Azad 2017-01-28

Salam muellim insanlarla rahat unsiyet qurabilmirem insanlarin fikirlerine cox onem verirem birine aqressiya bildirsem yungullesir basim yox olur psixoloqa ehtiyac varmı

Cavab:

Salam Azad bəy. Bəli, sosial fobiya kimi hallar üçün psixoloq lazımlıdır.

Lalae 88 2017-01-27

Cox sagolun deyerlu meslehetiniz ucun psixolog psixoloji sohbet edecek?men sizin klinikaya getirdim narinc klinikasina psixolog rengleri kecdi men ama tesevvir edurdimki psixoloji nese komek edilecek sizce nece olmalidr men sehv basa dusmusem?

Cavab:

Bir daha salam Lalə xanım. Üzrlü hesab edin, siz nə ilə bağlı müraciət etmişdiniz və Narın mərkəzində seans nə qədər davam etdi? Problem nə idi xatırladın zəhmət olmasa

Fatma 2017-01-27

Salam hekım menım sızun meslehetınıze su kımı ehtıyacım var aylelıyem ıkı ovladım var gozel aılem var amma son ıkı ıl erzınde aramızda soyuqluq yaranır onunda sebebkarı ozumem buda mennen aslı olmayan bır seydır mende bele bır hıs yaranıb neqeder xoş gunüm olsa qorxuynan yasayıram 12-13yasımda eledıyım sefler gelır gozumun qabaqına ve menı heyatdan soyudub fıkırlesıremkı hacansa bılecek men neye gore mehrıban olumkı bu qorxuynan heyatım zındana donub sevıncım xeyallarım yaşamaq heveslim olub 35yasım var allaha yalvarıram aqlayıram derdımı heckıme deye bılmırem amma onuda deyım yoldasım menım yasama hevesımdı mende onunucun hemcının mene nese bır meslehet verın beke sızın bır sozuz menım heyatımı deyıser deyede bılmırem pısxoloqa gedey ureyımnen kecırdırem sızle oturub busozlerı sıze deyım buranı tapıb sıze yazdım saqolun

Cavab:

Salam Fatma xanım. İnsan öncəliklə birinci özü pzünü bağışlamalıdır. Əgər o bunu bacarmırsa, ətrafdakılardan da eynisini gözləyəcəkdir. Hər şey sizin beyninizdə başlayır və orada da bitməlidir. Bu gecikmiş vicdan duyğusudur. Nə səhv etmisinizsə, o zamanda qaldı. Bu günə onu daşıyan sizsiniz. Söhbəti ən birinci özünüz bağlamalısınız. Hərçənd onlar nə səhvlərdir bilmirəm və indi üstünün açılmağı nə qədər realdır müəyyən etmək olmur. Yenə də bu əsas gətirmir ki, siz özünüzə bunu edə bilərsiniz. Psixoloq dəstəyi istəyirsinizsə, daxildən həssaslıq və zəiflik hiss etdiyinizi qeyd edə bilərsiniz. Söhbət onsuz da anonim qalır.

Melek 2017-01-26

salam hekim.menim oglumun 2 yawi var her defe cole cixanda desekki gezmeye gedirik bawliyir qaytarmaga. hecne demesem qaytarmir.bu psixoloji ola bilermi?neden olar?

Cavab:

Salam Mələk xanım. Bəli, bu psixolojidir, həyəcan-təşviş pozuntusudur. Mütləq uşaq psixoloquna müraciət etməyinizdə fayda var. Hələ çox balacadır, bu qədər həyəcan etməyi yaxşı bir hal deyil.

Lalae 88 2017-01-26

Salam Elbur bey suallari cvblandirdiginiz ucun twk ler.sualim ozum haggindadir 2 oglum var 2sininde canimdan cox sevirem deyerli varliglarimdir heyatda onlarsiz bir gunumu bir deggemi bile tesevvur ede bilmerem Allah onlarsiz bir gun bir degge bir an vermesin mene.boyuk oglum 8 kicik oglum 5 yasi var.boyuk oglumun her hereketi meni eseblesdirir ozumden aslidir ya deyil bilmirem ama eseblesirem .kicik oglumda ise olmur.mene komek eleyin nolar canlarimdirlar balalarim qirmag istemirem korpelerimi. 2ci sualim ise oglum 5 yasinda olan ucundur.5 yasi var danisma problemi var yeni hec ne demirdi kecen il aprel ayinda nevropotologdan malice aldig xeyli soz deyir loqopede de apardim masaj eledi birazda onunla acildi dili indi uzun cumle demekde cetinlik cekir ve birde loqopede apariram bir muddet fasile verdik imkan olmadi deye indi heftede 1 defede olsa aparirdim loqopede indi getmek istemir stolun altina girir veya kunce girir veya hec otaga girmek istemir .bunun ucun psixonevrolog yanina apariram iyne yazdi 2 dene sakitlesdirirci beyin gidalandirici yazdi ve bir derman yazdi daimi atmaga yeni hekim dayandir deyene kimi atmaga .daimi dermani yazdiki davranislari duzelsin .soram mene dedilerki usagda qorxu var uji bilmirem neyi nece edim meni bir yola yonlendire bilersiz zehmet olmasa

Cavab:

Salam Lalə xanım. Bəzi məqamları nə qədər doğru etsəniz də, elə məqamlarda səhvlər etmisiniz ki. Uşaq utandığından yaxud nəyəsə görə stolun altına girmə halları yaşayır siz isə iynə vurursunuz. Beyin qidalandırıcı bu vəziyyətə nə edə bilər? Loqoped doğru yanaşmadır, ancaq uşaqda bu problemlə bağlı özgüvənsizlik formalaşıb. O uzun cümlə deməkdə çətinlik çəkir, çünki utancaqlıq və kompleks hissi keçirir. Loqopedlə yanaşı uşaq psixoloquna da göstərmək lazımdır. Qaldı ki, uşaqların hansısa hərəkətinin sizi əsəbləşdirməsi, bunu özünüz fərqində ola-ola cilovlaya bilmirsinizsə, mütəxəssis yardımı ala bilərsiniz. 

Namiq 2017-01-26

Salam Hekim.Mende bele bir xosa gelmez bir problem var.Olmayan bir seyi aglimda canlandirib ve onun wokun yasayiram.Misal ucun deyimki,masinla guya gedirem ve korpu uzerinden kecirem birden masin suya dusur ailem icinde qalir cixa bilmir.Ama bele bir sey heyatimda yasanmayib.Buna benzer hadiseler canlanir aglimda.Sizin fikrinize ve sexsiyyetinize inamim var.bunun sebebi ne ola biler

Cavab:

Salam Namiq bəy. Bu obsessiyadır. Neqativə doğru meyl edən obsessiya. Psixoloji müdaxilə lazımlıdır.

Nazan 2017-01-25

Salam, Elnur bey, evvelceden cox sag olun bu sayta gore ve yazacaginiz cavaba gore, Qizim 2 yaw 8 ayligdi canimdan cox isdiyirem onu ne isdese nazin cekirem amma nahar vaxdi gelende men men olmuram yemir mende az qaliram bogum uwagi eseblerim en son hedde catir, birde qorxu var mende gozumden ayirmiram ele bilirem pencereden duwecek, nese ele bir qorxum var,durdug yerde aglima pis weyler gelir itirmekden qorxuram, men eseblerimi nece sakitlewdirim birde bu qorxuyla neyliyim

Cavab:

Salam Nazan xanım. Bu o qədər də sandığınız kimi ötəri bir hal deyil. Sabah uşağı evdən çölə də buraxmayacaqsınız. DOlayı yolla problemli uşaq böyümüş olacaq. Ən doğru olan psixoloji müraciət etmək və belə şeylərdə özünü cilovlamağı öyrənməkdir.

Efqan Elizade. 2017-01-25

Salam Elnur bey!Men nece muddetdir ki, panik atakdan eziyyet cekirem.Ve bu barede cox dusunurem.Isde de bezirem.Butun gunu hevessiz,yorgun kimi oluram.Aglima ancaq pus hadise olacagini,qebirsanliq,tabut kimi seyler gelir.Ve hemen gece de qarisiq olumle elaqeli yuxular gorurem.Herden de ele olur ehvalim yaxsi olur, hec ne yadima bele dusmur.Ve geceni de yuxu gormeden rahat yatiram.Bu heqiqeten de olumun elametleridi?Men bundan tam sekilde qurtula bileremmi?Bir turk hekim mene bundan tam qurtula bilmemeyi soyledi.Bu dogrudurmu?Siz meni tam mualice ede bilersizmi?

Cavab:

Salam Əfqan bəy. Psixoloqa müacit etmək lazımdır. Və yalnız onun nəzarəti ilə terapiya davam edib sonra dayandırılarsa, tam bunu aşa bilərsiniz.

Lale imamzade 2017-01-25

Salam her vaxtiniz xeyir .insanda iradesizlik psixoloji bir problem ola bilermi?meselen men etdiyimin sehv olduqunu bilirem lakin yenede edirem(qeyd edimki qadin kisi munasibeti ile baql)

Cavab:

Salam Lalə xanım. İradəsizlik sadece iceberqin görünən hissəsidir. Ola bilər daxildə buna səbəb olacaq çox psixoloji nüanslar olsun.

Mine 2017-01-25

salam. Dr. Bir ara yaxsi idim yene baslib urek sixintilarim. nie nie deye deye qalmisam. agliram. guclu olmaqdan yoruluram bezen. hecne olmamis kimi davraniram yaxsi olmaga caliwiram ama olmur ozumu aldadiram. zamanla kecer deirem bilirem kececek ama bezen istiyirem qeza olsun yaddasimi itirim etrafimda olan heckimi tanimaq istemirem 0-dan baslamaq istirem insanlardan uzaq durmaq. .. basinizi agritmaq istemirem sadece yazanda sanki biraz rahatlir adam .. tewekkurler yenede

Cavab:

Salam Mine xanım. Yazmaq sizi sadəcə müvəqqəti rahatlada bilər. Nə qədər müddət özümüzü aldadıb daha haralara yazıb rahatlayacaq? Bəlkə də artıq bu vəziyyəti ciddiyə almaq, deyil rahatlamaq, onu çözmək üçün çalışmalıyıq.

Tofiq 2017-01-25

Salam hekim xeyr psixoloji destek almamisam bu kimi hallar ozguvensizlik ola biler?bir de hekim en xirda nuansa fikir verirem ve pessimist oluram yene de cox sagolun meslehetiniz?

Cavab:

Bir daha salam. Bəli özgüvənsizlik və bir çox nüanslar ola bilər burda. Pessimistlik və s neqativ fikirlər də bundan qaynaqlanır.

Lale 2017-01-24

Salam Elnur bey. Menim 21 yasim var. Mende bele bir problem var. Herden axsamlar cox pis oluram. En cox imtahan erefesinde bele oluram. Ureyim cox berk doyunur, nefesim catmir, aglamaga baslayiram. Ne qeder ozumu sakitlesdirmeye calisiram ki, imtahan ele de ehemiyetli deyil yene de alinmir. İsti basir meni, ureyim sixilir. Oldugum yerden qacmaq isteyirem. Ozumu caresiz hissedende hemise yaranir bu hisler. Bas ede bilmirem. Ne meslehet gorerdiz?

Cavab:

Salam Lalə xanım. Həyəcan təşviş pozuntusu keçirirsiniz. Bir psixoloqla görüşməyinizi məsləhət edərdim.

nergiz 2017-01-24

salam Elnur bey. cox sagolun suallara vaxt ayirib cavablandirdiginiz ucun. menim heyat yoldasim 8-9arasi ishe gedir ve 7nin yarisi eve gelir her kes kimi.Lakin eve gelende ozunu cox yorgun hiss eledyini deyir ve hergun tez yatir.2ildir aileliyik. cavan insandir. bu qeder yorgunluq neden ola biler?dostlari ile gorus lazim olanda gedir yatmir. eve gelen kimi ise saat 8den yatir. bu psixoloji problem ola biler? cox sagolun evvelceden

Cavab:

Salam Nərgiz xanım. Bu motvasiyasızlıqdan irəli gələ bilər. Həvəsləndirici nəyinsə olmaması insana bu kimi sıxıntıları verə bilir. Ancaq bəzən də bunun ciddi bir psixoloji fonunda olduğunu görürük. Əgər qadın-kişi münasibətlərinə təsir edəcək qədər bu sıxıntı varsa, bunu həll edilməsi lazım olan problem kimi dəyərləndirə bilərik.

Saleh 2017-01-24

Salam hekim yanınıza gelmek isteyirem uzaqdan gelcem ele bil 2 sualim var 1ci seansdan sonra mesafe ile elaqedar onlineterapiya ola biler? 2cisi de siz ozunuz sexsen istirak edirsiz da?coxsaolun

Cavab:

Salam Saleh bəy. Online seans yalnız müayinə və diaqnoz sonrasında məsləhət edilir. Bəli, sizi mən qarşılayacam. Əlaqə saxlayın gəlmədən öncə qeydiyyat edin: 0552572700 0124803629

Tofiq 2017-01-24

Salam menim basima ele bil her terefden tikan batirirlar nese bir soz deyende dusunurem gunlerle ki duz eledim ya sehv bu ne ile elaqedar ola biler?

Cavab:

Salam Tofiq bəy. Obsessiv fikirlərə bənzəyir bu. Bir psixoloq dəstəyi almısınızmı?

Şakir 2017-01-24

Hekim men rayondan bakiya 12de catsam marsrut 2de cixir 12 -2araligina seans salmaq olarmi?sagolun

Cavab:

Salam Şakir bəy. Əlaqə saxlayın sizə vaxt təyin etsinlər 0552572700

Anonim 2017-01-24

Salam Elnur bey birden el ayagim buz kimi olur bu ne ile elaqedardi cox sagolun:)

Cavab:

Salam. Həmin anda həyəcan hiss edirsinizsə bu ondan qaynaqlana bilər

Melek 2017-01-23

deyerli vaxtinizi ayirib cvb verdiyiniz ucun tewekkurler

Cavab:

Siz sağ olun.

Bagirova Rena 2017-01-23

Salam Elnur muellim evvelceden size tewekkueumu bildirirem.menim nevemin 8 yawi var eli ayagi terleyir.hetta dersden gelende corablari su icinde olur.yazi yazir ellerinin icinden su axir.bu neden ola biler

Cavab:

Salam Rəna xanım. Həyəcan təşviş pozuntusunun simptomudur.

Ilgar Guliyev 2017-01-23

Salam hekim.. Ilk onceden bele bir sayt yaradib komeyimize yetdiniz ucun tesekkur edirik. Hekim 4 il once yeni ish yerimde bir xanimla munasibetimiz bashladi. Ilk onceler qeyri ciddi oldugunu dushunsem de, daha sonra bu munasibet tam ciddileshmeye bashladi. Ama dushunurem ki, bu ciddilik gecikmish bir ciddilik oldu. Men o xanimi sevdiyimi anlayanda artiq o meni sevmirdi. Telefonlarimi cavabsiz qoymaq, cagirishlarima kobud cavablar bashladi. Bu ise meni ozumden cixarirdi. Ona qarsi kobudluq edirdim ozumden asili olmayaraq. Indi o mene bir shans verib. Lakin bu muddetde gergin olmamagimi, ona guven vermemi isteyir. Ama men daha da gerginleshib, daha da guvensizlik gostermeye bashlayiram bu muddetde. Ishde onu gorende uzaq durmaga calishiram, eve gedende sixiliram, ev mene cox sixici gelir. Men o xanimda yeniden guven qazana bilerem? Sizce her sheyi geri qaytarmaq olar?

Cavab:

Salam İlqar bəy. Öncəliklə dəyərləndirməyinizə görə təşəkkür edirəm. Qaldı xanımın güvənini itirmək, güvən nəyə görə itirilibsə, o bərpa olunmalıdır. Ancaq gərgin olmaq və s bunun üçün psixoloq yardımı ala bilərsiniz.

Ilgar Guliyev 2017-01-23

Hekim, cox sag olun sualimi cavablandirdiginiz ucun... Sizce bu guvensizlik, bu inamsizlik gerginlikden ireli gele bilirmi? Yeni bu sebeb ola bilermi buna?

Cavab:

Bəli, ola bilər.

aylın 2017-01-23

salam hekim 2il bundan evvel güvlü qorxu hissi keçirmişem helede o qorxu cıxmır menden

Cavab:

Salam Aylin xanım. Nədən qorxmusunuz? Qorxu hissinin davam etməsi hansı fondadır?

sevinc 2017-01-22

salam .Elnur bey cox sag olun sualarimiza cavab verdiyiniz ucun.sualiim :heyat yoldasim uzaqdadi gec gec daniwiriq problemlerine gore .7ay olarki daniwmiram hecne pis bir wey olmasada menim ureyime gelirki yol ona nese olub yazmir ölüb ne bilim ne .umumiyyetle yawxi weyler fikirlewmirem .O deqiqe pis fikirlewirem agliyiram dehwet cox agliyiram esebi oluram .

Cavab:

Salam Sevinc xanım. Hansı problemə görə 7 ay ara verilir bilmək olarmı?

abbas bagirov 2017-01-22

salam Elnur muellim. Menim qardasima Rusiyada rus psixiatri ''Астенический синдром'' (epiqresde bele yazilib) diaqnozu qoyub. Rusiyadan teze gelib men onnan bu xesteliyin ne oldugun sorusdum meni duz emelli basa sala bilmedi. Balaca qardasimdi bilirem onsuz Mennen basqa ona el tutan olmuyacaq. Hekim bu ne xestelikdi, ne olan seydi? Qebulunuza mutleq getirecem ozuvuz baxarsiz lazim olsa mualice eliyersiz. Bu xestelik barede mene qisaca melumat verin gorum bu ne olan seydi. Cox sag olun. Minnetdaram.

Cavab:

Salam Abbas bəy. Astenik vəziyyətdə olan pasientlər daha çox axşama doğru özlərini yorğun hiss edə bilərlər. Yaxud da aqressiv ola bilirlər. Daha dəqiq diaqnoz üçün müayinəyə gətirin diaqnozu qoyaq yaxud təsdiqləyək. Daha sonra müalicəyə başlamaq mümkündür. 0552572700 0124803629 nömrələri ilə əlaqə saxlayın sizə yardımcı olacaqlar.

samir 2017-01-22

salam hekim menim 15 yasim var. men her gun idiyene kimi olan pis hadiseler beynime saliram ve ozumu pis hiss edirem birdeki men her defe nese bir is gorende ele bilirem onu elesem nese bir pis hadise olacaq zehmet olmasa hekim bu suali cavablandirardiz ve bu pis fikirlerden azad olmaq ucun mene bir meslehet vererdiz

Cavab:

Salam Samir bəy. Bu kimi inanclar obsessiyalardır. Əslində bir şeyi etmək ardıyca pis hadisəni gətirəcək deyə qayda yoxdur, ancaq bəzən insanlarda bu kimi inanclar ola bilir və bu onun mənəvi rahatlığını korlaya bilir. Bu kimi hallar üçün psixoloq müdaxiləsi lazımdır.

Melek 2017-01-22

salam hekim.menim size sualim budurki men herweyi sayiram.uwaq olannan sonra bele olmuwam.uwagi yatizdiriram birde gorurem saymaga baelamiwam.qaba su doldururam sayiram,yatmag istiyirem sayiram.bu nedi mende?deli oluram diyesen..

Cavab:

Salam Mələk xanım. Bu OKPdir. (Obsessiv-kompulsiv pozuntu) Psixoloqla aradan qaldırıla biləcək vəziyyətdir. gecikdrmədən psixoloqa müraciət edin.

Ramiz 2017-01-21

Salam hekim bagiwliyin yene narahat edirem.men size kecen defe yazdim dediniz ola bilsinki panik atakdi ama titreme her gun olurdu kecibdi ta olmur.eger panik atak olsa bundan ozuum qurtula bileremmi?ya dermanla? ne meslehet gorursuz

Cavab:

Salam Ramiz bəy. Panik Atak psixolo haldır, psixoloq müdaxiləsi şərtdir. günümüzdə bir çox insan bundan əziyyət çəkir, ancaq psixoloqla müsbət nəticə almaq mümkündür. Ancaq öncəliklə dəqiq diaqnoz lazımdır. Yazı vasitəsilə pasienti canlı müşahidə etmədən dəqiq diaqnoz verilə bilməz.

Elmir 2017-01-21

Salam doktor özgüvensizlik problemi duzelen seydi hekim?ya ömürlük qalir?

Cavab:

Salam Elmir bəy. Əlbəttə düzəlir. Psixoloqla buna səbəb olan bütün hallar sadalanır və əla bir motivasiya ilə yenidən özgüvən geri qazanılır.

Nahid 2017-01-21

Elnur bey onda bu fobiyanın yadaki özguvensizliyin qabagini hemiselik almaq mumkundu?

Cavab:

Əgər proses psixoloqun nəzarətində olarsa, bəli.

vusal 2017-01-21

SALAM ELNUR.menim problemmim subhe dir. men yoldasimi bacimi anami uzur isdiyirem olara qarsi pis fikir oyanir ne edim alinmir duzele bilmirem yaziglarin burnunnan getirmisem her seyi ne edim ozumde bilmirem

Cavab:

Salam Vüsal bəy. Etməli olduğunuz ilk növbədə psixoloqa müraciətdir. Bu fikirlərin yaranma səbəbi ola bilər ki, OKP olsun. Yəqin ki, bunun yaxşı bir şey olmadığının fərqindəsiniz. Sadəcə tez bir zamanda bunu aşmaq lazımdır. Bu həm sizin üçün, həm də ailəniz üçün lazımlıdır.

Əbülfəz 2017-01-21

Salam Elnur bəy necəsiz. Sizin qəbulunuza gəlmək istəyirəm. öyrənmək istəyirəm ki, Siz həftənin neçə gün vətəndaşları qəbul edirsiz?

Cavab:

Salam Əbülfəz bəy. Buyurun gəlin, qapımız hər zaman açıqdır. 0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə gün və vaxt təyin edəcəklər.

Paşa 2017-01-21

salam Menim 13 yasim var amma yasima gore çox esebiyəm deyirler. niyə ?

Cavab:

Salam Paşa bəy. Bunu niyə görə dediklərini düşünürəm ki, daha yaxşı siz bilərsiniz. Ola bilər həddindən artıq reaksiyalar verirsiniz.

Gulnar 2017-01-20

Salam Elnur bey.sualima cavab verdiyiniz ucun tesekkur edirem.cox rahatlasdim.ele bilirdim mendeki hal psixoloji haldir

Cavab:

Bir daha salam. Narahatlığa heç bir əsas yoxdur. Sadəcə özünüzü psixoloji olaraq çox basqıda tutmayın. Daha rahat həyat əlinizdədir. Uğurlar.

Fidan Huseynova 2017-01-20

Salam hekim bagisliyin sizi yene narhat edirem siz dediz oglumda neqative dogru perenos gedib bunun menasini deyerdizde ne demekdir. Cox sagolun

Cavab:

Yəni anaya perenos getməsi hardasa normaldır, müəyyən səviyyəsə. Ancaq ataya belə maraq ona qarşı istək normal hal deyil.

nermi 2017-01-20

men guzgude ozume tez tez baxiram.hetta ehtiyacim olmayanda bele ozumu guzgude izleyirem.guzgu olan otaqda ders yaza bilmirem cunki ozume baxdiqca fikrim dagilir bu neden ireli gelir?

Cavab:

Salam Nərmin xanım. Ola bilər ki, ciddi bir özgüvən problemi yaşayasınız. Bunun qaynağını tapmaq korreksiya etmək lazımdır.

Fidan Huseynova 2017-01-20

Cox sagolun hekim bu qeder isin gucun arasinda bize de cavab yazirsiz Allah komeyiniz olsun.

Cavab:

Siz sağ olun Fidan xanım. Dəyərləndirməyinizə görə təşəkkür edirəm. Allah hər birimizdən razı olsun.

nərmin 2017-01-20

Axşamınız xeyir Dc. Cavablandırdığınıza görə təşəkkür edirəm.Bu problem, uniyə hazırlaşdığıma görə imtahan stressi olur ondan irəli gələ bilər?

Cavab:

Əgər problem bu stress başlayandan sonra yaranıbsa, ola bilər. Ancaq bir şey daha var ki, ola bilər kökdə bu narahatlıq olmuş olsun sadəcə bu stress onu qıcıqlandırıb üzə çıxarıb.

lale 2017-01-20

salam hekim men seherler yuxudan ayilanda cox esebi oluram.hetta hecneden mene eseb gelir.sonradan yavas yavas ehvalim duzelir.bu neden ireli gelir.evvelceden tesekur edirem.

Cavab:

Salam Lalə xanım. Axşam yuxuya getməzdən əvvəl hansı əhvalda yatdığınıza və yuxu rejiminizə diqqət edin. 

sona 2017-01-19

salam hekim men aileliyem 2ovladim var ancaq nece ildi ki basqasini deli kimi sevirem sanki 2 dunyam var balalarim birde o ancaq sevgime teslim olmamaq ucun direnirem men onunla hecne olmaq yerine gercek bir dost olmaq isteyirem sizce bu alinarmi evveller salam var idi aramizda sonradan salami da kesmisdim.sizce yeniden hecbir sey olmamis kimi yeniden ona salam vere bileremi bilmirem bu umid vermek kimi cixarmi amma mence o bir gun bilecek ki men onun dostduyam hekim birden meni sef basa dusersiz.men axmaq biri deyilem hetda subay vaxdimda bele hec kimle munasibetim olmuyub yoldasimada mecbur verilmisem hettda bir gunintar edirdim gorduler izin vermediler.dediyim odur ki men bu insanla dost olsam ozume daveryam var dost adi altinda hec bir sey yasanmayacaq siz nece baxirsiz buna meslehetiniz menim ucun deyerlidir

Cavab:

Salam Sona xanım. Əvvəla özünüzü aldatmayın. Dostca da olsa onunla ünsiyyətdə qalmaq istəyirsiniz. Bu vəziyyətin sonacan dost kimi gedəcəyi isə şübhəlidir. Yoldaşınıza məcburi verilməyiniz o demək deyil ki, sizə belə bir haqq qazandırır. Öncəliklə ailəyə qarşı dürüst və hörmətli olmaq lazımdır. İnsan öz ailəsinə qarşı özü bunu etdikdən sonra yaddan nə gözləyə bilər? İki övladınız var onların gələcəyi sizi daha çox maraqlandırmalıdır. Yəqin ki, hələ balacadırlar ancaq bunun sabahı da var. Onlara qadağaları hansı haqqla qoyacaqsınız? Bir valideyn kimi izin verməyin ki, sizin ağlınızı 18 yaşında yaşamalı olduğunuz fikirlər məşğul etsin.

Fidan Huseynova 2017-01-19

Hekim sizden cox xais edirem biz hal hazirda Rusiyadayiq cox guman ki senedimizle bagli gele bilmirik siz helelik bir cixis yolu gosterin ki usaga nece reftar eliyek yayda gelende usaq psixoloquna aparaciq xais eliyirem artiq derecede.

Cavab:

Fidan şərt deyil bura gələsiniz. Olduğunuz yerdə də psixoloqa müraciət edə bilərsiniz. Yaxud da Narınc Uşaq psixologiya mərkəzinə müraciət edin. Orada sizə necə davranmalı olduğunuzu izah edəcəklər. 

Nahid 2017-01-19

Salam davadan qorxmaq ki yani doyulub eliyesen bele bir fobiya var Elnur bey?

Cavab:

Salam Nahid bəy. Bəli, özgüvənsizlikdən qaynaqlanan bir qorxu ola bilər.

hafiz 2017-01-19

salam Elnur hekim mendunen size muraciet etmisdim.sagolun cavablandirdiniz. size muraciet etmek olarmi. OLARSA NECE . TESEKKURLER

Cavab:

Bir daha Hafiz bəy. Bəli, qapımız hər zaman açıqdır. 0552572700 yaxud da 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə lazımı yardımı edəcəklər. Ondan sonra inşallah görüşərik.

yusif 2017-01-19

Salam menim anamin birinci urek nahiyesi sancir sonra sag eli sag ayagi esir ama biz o esmeyi gormuruk ozu deyir esirem bide guclu osgurur nefesi cixmir bu sizce ne ola biler 5 deqiqe ele olur sonra buraxir sonra sag qolu agrayir

Cavab:

Salam Yusif bəy. Bununla bağlı bir həkimə müraciət etmisinizmi?

Aygun 2017-01-19

Salam Dr.Mende xesdeliye qarsi qorxu var.yawadigim.evde hepatitli xeste var.men onun elinden alib wakalat yedim.ve nece gundu ozume.gele bilmirem mene neise kecib deye.Hamileyem.cox stresse duwmuwem.Sizce bu fobiya adlanir? Ya mene dogurdada neise yoluxa biler.

Cavab:

Salam Aygün xanım. Hamiləliklə bağlı həssaslıq yaşayırsınız. Əlindən alıb şokolad yemək təhlükəli deyil. Bu barədə qorxularınızı şəxsi həkiminizlə danışın. Yoxlanışlardan keçin. Nələrə diqqət etməli olduğunuzu bilin ki, xırdalıqlar sizi narahat etməsin.

Leyla 2017-01-19

Salam men iki defe narkoz almiwam ikinciden sonra cox esebiyem adi bir soz bir hereket meni ozumden cixardir coxlu aglamag isdeyirem etrafimda hec kimi gormek isdemire. Balaca 6 aylig qizim var birininde 7 yawi var esebden uwaglarada baxa bilmirem mene meslehet verin cox xahiw edirem ne etmeliyem?

Cavab:

Salam Leyla xanım. Bu kimi hallarda stressdən uzaq durmaq lazımdır. Həm narkoz almaq, həm hamiləlik sonrası bu kimi sıxıntılar çox olur. Mənəvi və psixoloji rahatlığa ehtiyacınız var. Bu yola bir psixoloqla başlamağınız daha doğru olardı. Geri qalanını isə o sizin probleminizi daha yaxından tanıdıqdan sonra nə etməli olduğunuzu daha dəqiq deyəcəkdir.

Mine 2017-01-19

salam doktor men artik 6-7 aydirki cox sevdiyim adamnan ayrilmisam ve onun vecine olmamasina gore hecbir caba gostermemesine gore heqiqeten cox pis oldum menim ucun o serefsiz biridir. bir qiza sozler verib yari yolda buraxdigina gore. her neise indi yaxsiyam ama bir anliq bosluga dusenkimi kederlenirem hemin deqqe bawqa seyler haqqinda dusunmeye caliwiram bu ozumu aldatmaqdimi? ne zaman sagalacam men ne zaman unudacam meni sevmeyen bir ucun deymez axi deilmi? heckimlede munasibet qura bilmirem artik guvenmirem oglanlara. herkes aile qur deir ama artik isteyim yoxdur cunki herzaman xeyanete ugruyacam artik eminem kisilere guven olmaz . bax bele doktor =)

Cavab:

Salam Mine xanım. Vecinə olsa etdiyi səhvi dəyişərmi? Niyə belə bir şey gözləyirsiniz? Həm də bilə bilməzsiniz vecinədir ya yox. Bəzən insanlar bir səhv etdiklərində ya onun təsirində olarlar, ya da bacardıqları qədər qaçarlar. Ancaq gerçək hər zaman, nə zamansa mütləq özünü göstərir. Siz gözləməyin nə zaman onun vecinə olacaq. Çünki heç bir dəyəri yoxdur. Bu o demək deyil ki, siz heç kimə güvənməmlisiniz ya da şübhə ilə yanaşmalısınız. Sadəcə həyatda belə bir şeyin ola biləcəyini gördünüz və anladınız. Həyat hər zaman yenidən öz əvvəlki axarı ilə davam edir. Əgər hər kəs yaşadığını təkrar-təkrar yaşasaydı, gələcək deyə bir şey olmazdı. Biz bu gün dünənimizi yaşaya-yaşaya qalardıq. Odur ki, bu kitabı bağlamağın vaxtı çoxdan çatıb. Sizi gözləyən yeni bir həyat var. Ona köklənin.

ilahe 2017-01-19

6 Yawinda qizim var dodaqlarini qeyri adi hereket eletdirrir.ne meslehet girerdiniz?

Cavab:

Salam İlahə xanım. Niyə bu qədər qısa və konkret məlumat verirsiniz? Bir az ətraflı izah edə bilərsinizmi?

Leytenant 2017-01-18

Salam men herbiciyem zabitem ali tehsilliyem 28 yashim var Bakida isleyirem heyatim herbiden ibaretdir 8 ci sinifden herbideyem beynim sirf herbi ucun inkishaf edib xosuma gelir herbi herbi hissede ozumu rahat hiss edirem amma cole cixanda sixiliram Bakida evimiz anam atam qardawim qalir mende qala bilerem 5 otaqlidir amma istemirem evden cagirandada deyirem cox vaxt novbedeyem yalan danisiram herbi hissede yatiram herbinin daha guvenli her oldugun dusunurem bu xestelikdir?

Cavab:

Salam. Daha əvvəlki müraciətinizdə də bildirilmişdi ki, bir psixoloqla görüşməyiniz şərtdir. Davamlı olaraq yazılı müraciət etmək heç kəsə güvənməyən biri üçün böyük addım ola bilər, ancaq şikayət etdiyiniz vəziyyəti aşmaq üçün yetərli deyil. Siz özünüzdən başqa heç kəsə güvənmədiyinizi bildirmişdiniz, indiki yazınızda isə hətta ailə üzvlərinə qarşı müəyyən balans saxladığınız məlum oldu. Bu qədər qaçıb özünü təcrid etmək ən birinci idman bədən quruluşuna sahib birinə yaraşmaz. Özünüzü doğru dəyərləndirin və heyif etməyin. Kiməsə güvənməyə ehtiyacınız olmaya bilər, ancaq heç kəsə güvənmirəm gücsüzlüyü də sizə yaraşmaz. Əlaqə saxlayın və terapiyanızı gecikdirməyin: 0552572700 0124803629

namiq seyyidov 2017-01-18

salam hekim men ukrayna yasiyirdim xeyli muddet mene orda maniakal sindrom diaqnozu qoydular. bunun mualicesile mesgul olursuz? birde hekim bunu mualice etmesek ne olar ne bas verer. sozun acigi bu veziyyetde ozumu daha yaxsi hiss edirem. amma etrafim deyir ki get mualice olur bele sey narmol deyile ne meslehet gorursunuz. cox sag olun minnetdaram.

Cavab:

Salam Namiq bəy. Maniakal sindrom yox, epizod ola bilər. Bu mütləq müalicə olunmalıdır. Psixoloji haldır. Əlaqə saxlayın qəbula yazılın, öncəliklə diaqnozun doğruluğunu canlı müşahidə ilə təsdiqləyək, əgər elədirsə, müalicəsinə başlayaq. 0552572700 0124803629

Fidan Huseynova 2017-01-18

Salam hekim cox sagolun ki bele serait yaradib bizlere komek olursuz Allah da size komek olsun. Oglumun 5 yasi var. Cox istedadli,aktiv ve nadinc usaqdi. Hekim 1 ile yaxin olar ki oglum atasinin ayaqlarini aciq goren kimi atasinin ayaginin ustunde oturur ve usagin cinsiyyet orqani oyanir. Bu hadise evveller arabir bas verirdi axir vaxtlartez tez bas verir. Bu hem de yoldasimi qucaqlayanda da bas verir. Onu deyim ki usagin cinsiyyet orqani yuxuda olanda ve adi hallarda da oyanir . Ancaq atasiyla bas vermesi bizi cox narahat edir.Ogluma qadaga qoyanda ki bele eleme israrla tekid edir ki yox eliyecem. Inanin ki urek xesteliyi tapmisam qorxudan. Xais edirem hekim bize meslehet verin usaqla nece reftar edek bunun bas vermesi ne ile elaqedardi?

Cavab:

Salam Fidan xanım. Ola bilər ki, uşaq hansısa cinsi münasibətin şahidi olsun, fiksasiya olub. Neqativə doğru perenos gedib. Bu yaxşı hal deyil. Mütləq şəkildə uşaq psixoloquna müraciət edin. 0552542700, bu Narınc uşaq psixologiya mərkəzinin nömrəsidir. Əlaqə saxlayın filialları çoxdur, sizə yaxın filiala mütləq uşağı göstərin.

Melek 2017-01-18

Slm Elnur hekim... Menim yoldaşımla problemim var... Çox cüzi şeyleri başqalarına göre problem edir... Her şeyde meni günahkar görür... Uşağa nese olsa bezen meni sorumlu tutur... Amma heç zaman özünde günah görmür... Amma bele ailesi üçün narahat olur... Menim üçün de narahat olur... Her ehtiyacımızı olmasa bele temin elemeye çalışacaq... Yeni ailesi üçün bezi hallarda fedakarlıq edir... Men yoldaşım üçün ne ede bilerem? Veya menim yoldaşıma qarşı nece davranım? Bilmirem sinir problemdi yoxsa psixoloji....

Cavab:

Salam Mələk xanım. Ola bilər ki, o çətinlik gördüyü zaman günahkar sizi çıxararaq az da olsa rahatlayır daha sonra problemin həllinə yönələ bilir. Stress anında bunun olmağı normaldır. Ümumi olaraq ailəyə qarşı münasibətinə diqqət etmək lazımdır.

Novruzquliyeva Letafet 2017-01-18

Salam Elnur bey menim oglumun 25 yasi var bir hefte bundan evvel polise dusmusdu boyuk bir stres kecirmisdi ve bir gun orda saxlanilmisdi eve geldi yi zaman yaxsi idi yeni hemiseki kimi sabahisi gun bunda boyuk deyisiklik oldu butun aile ucun bir qorxu yarandi men onu hara gostermeliyem

Cavab:

Salam Lətafət xanım. Çox gecikdirmədən psixoloqla görüşdürün. Orada yaşadığı hissləri ifadə etməlidir. Nə qədər ürəyində tutarsa o qədər qəribəliklər başlayacaqdır. Bizimlə əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700 0124803629

hafiz 2017-01-18

HORMETLI ELNUR HEKIM. MƏNİM OGLUMUN 15 YASHİ VAR.EQLİ CEHETDEN GERİ QALİB.OZ YASİDLARİNDAN QORXUR OZUNDEN KİCİK USAQLARLA OYNAYİR.ESEBLİYİ VAR. MAGAZAYA GONDERİRSEN BİR NECE ERZAGİ ALMAGA 5 MANAT VERİRSEN. DEYİRKİ PULLARİ AYRİ VER MESELEN QEND NECYEDİ O MİQDARİ AYRİ VER VE İLAXİR VE SAİR.BİR SOZ DEYİRSEN BİR NECE DEFE TEKRAR ELETDİRİR VE SAİR NE MESLEHET GORURSİNİZ ONCEDEN TESEKKURLER

Cavab:

Salam Hafiz bəy. Ola bilər özgüvənsizlik problemi olsun. Yaşıdlarından geri qalmağının səbəbini isə ayrıca müəyyən etmək lazımdır. Məsləhət edərdim ki, əyani olaraq psixoloqla görüşdürün, ondan sonra dəqiq diaqnov və yanaşma olacaqdır.

Sahib 2017-01-18

Salam hekim siz gelen xesteye derman yazirsiniz?

Cavab:

Salam Sahib bəy. Psixoloq dərman məsləhəti edə bilməz. Bunu sadəcə psixiatr edə bilər.

Gulnar 2017-01-18

Salam elnur bey.men 11ildi evliyem.evveller ailemizde cox prablemler olub.bir nece defe ayriliqdan donmuwuk.2ovladim var.axrinci bariwiqdan sonra yoldasim yaxwiliga dogru xeyli deyiwib.size bele bir sual vermek istiyirem.men bezen atam evinde gelib qalmali oluram.(uwaq xestelenende,evde remont isleri ile elaqedar)burda gunduzler rahat geceler cox narahat oluram gece yata bilmirem.seherin acilmagini sebirsizlikle gozleyirem.eve tez qayitmaq isteyirem.bu ne ile elaqeli?uzr isteyirem yoldasimi cox istemekden ya psixoloji prablemdi?onuda vurgulayim yoldasim menimle tez tez elaqe saxlayir ayri qalanda.ozum ali tehsilli muellimeyem namaz ehliyem psixoloji sohbetlere verliwlere diqqet yetirirem amma halima bir anlam getire bilmirem.hetta meni aglamaq tutur geceler qacib oz evime getmek isteyirem

Cavab:

Salam Gülnar xanım. Burada anlam gətiriləsi bir hal yoxdur. Normal olaraq siz də digər insanlar kimi öz evinizə can atırsınız. Bəlkə də ola bilər iki dəfə boşanma ilə üzləşmisiniz deyə itirmə qorxusu sizi darıxdırır. Ancaq narahat olunası hal yoxdur. Müvəqqəti olaraq ata evindəsiniz.

Esmira 2017-01-17

Salam Elnur bey.men artiq 9 ildir ki tukenmisem.1evde 10 nefer yasayir.qaynimgil qaynanam qaynatam.artiq rahat yasamaq isteyirem.inanin ozumu oldurmek derecesine gelirem.iki balama gore sebr edirem.mene deyirler sebr et.doze bilmirem.

Cavab:

Salam Esmira xanım. Məsələnin çıxış yolunu ayrı ev kimi görsəniz ayrı ev olana kimi bu vəziyyət sizi sıxacaqdır. Bu qədər müddət ərzində sıxılaraq da olsa yaşamısınız. Deməli yaşamaq olar sadəcə istədiyiniz komfort olmur. Çalışın ailənizə köklənin axtardığınız komforta yox.

Vesile 2017-01-17

Salam Elnur bey bagislayin narahat edirem men sizin yaniviza gelmisfim siz mene baxdiz ve yonlendirdiz bir hekim xanimin yanina doktur iki seansim kecib ama hec bir xeyrin gormurem bas gicellemem birde esmem kecmir men o xanima dexim oda meni orda bir hkimle sohbetlesdirdi ama mene dediki get qan ver terapevte get yoxlan sonra gel .Elnur bey menim imkanim yoxdu men qanda vermisem hecne cixmiyib her sey yaxsidi sadece men siznen sohbetlesende mene siz dedizki yalniz stresdi cox xais edirem bir komek edin basim cox gicellenir agri olmur sadece gicellenir ureyim ayaglarim esir menimle maraglanin 3cu gun seansimdi cox xais edirem mene diz baxin komek edin ki men rahat olum.

Cavab:

Vəsilə xanım, bura kimi gəlmişkən niyə seansları davam etdirib gedişat üçün səbr etmirsiniz? Qan analizi istənilibsə, demək lazımdır. Əgər analizdən keçmisinizsə, psixoloqunuza bunu bildirin və nəticəni ona göstərin. 2 seansa nəticə gözləmək və kitabı bağlayıb nəticə görmədim demək əlbəttə sizə heç bir ümid verməz. Yanaşma çox önəmlidir. İndi dəqiqləşdirin siz problemmi yaşayırsınız yoxsa hədəf burada söhbətləşməkdirmi. Psixoloqunuzun adını belə qeyd etməmisiniz, deməli hələ onunla tam tanışlıq olmayıb qaldı nəticəyə. Bunlar üçün zaman lazımdır. Çalışın prosesə maddi baxımdan yanaşmayın.

Lala1999 2017-01-17

Salam Elnur bey.ozum ucun size yazmisam.menim oglum 2ci sinifde oxuyir onun her hereketine hirslenirem eseblesirem vururam onu cunki sinirime cox toxunur tullanir bir ders oxuyirsa her yeri qasinir oturdugu yerde elli forma cixardir yerlese bilmir esebime toxunur yazi yazanda sehv yazan kimi hirslenib vururam cox cox eseblesirem her seye ama axsam oglum yatanda opurem qoxlayiram ozumu soyuremki niye vurdum birde vurmuyacam seher olur yene tekrarlanir .2ciside bir gun yuxuda oglumun 12 yasinda oleceyni gorurem bu yuxu omrumden omrumu aparir.cunki yuxularim duz cixir.duz cixir deyende yeni 5il evvel ekizlerim olacagdi yuxuda goruremki 2oglandr ama normalda 1qiz 1oglandr.bu 2oglN olma yuxusunu 5 6defe gordum dedim yagin izi sehf gosterir 2 oglan olacag usaglar oldu.1qiz 1oglan yixu yadimdan cixdi.1ay sonra qizim rehmete getdi.bu yuxuda meni qorxuzur balami itirmek.doze bilmerem onun itkisine.cox xahis edirem men ne ede bileremki bu fikirden uzag olum qiz vaxtinda oldugu kimi normal insan olum

Cavab:

Salam Lalə xanım. Hiper aktiv övladınız var. Bunu qəbul etmək bir ana üçün o qədər də çətin olmamalıdır. Əgər çətinlik varsa deməli mənəvi yorğunluq var ortada. çalışın bunu psixoloqla aşasınız. Yoxsa övladınıza davamlı bu kimi ziyanlar verəcəksiniz.

LALE 2017-01-17

salam hekim mende bele bir sey var.ne ise cuzi bur sey etmek isteyirem hemen sey alinmasa yaxutda gec alinanda men cox narahat oluram.beynimden cixarda bilmirem.o is alinana qeder yalniz onu fikirlesirem,hamini bezdirirem.bu sebirsizlikdi yoxsa xasiyet

Cavab:

Salam Lalə xanım. Bu OKP ola bilər. Daha əvvəl psixoloq yardımı almamısınızsa, bunu psixoloqla bərabər aşa bilərsiniz. Bizimlə əlaqə saxlaya bilərsiniz. 0552572700 0124803629

nigar 2017-01-17

Salam elnur bey.men 1 ildi heyacan pozuntusundan eziyyet cekirem.axsamki oldu menim dehşetim baslayir.saat 9 dan gedib yatiramki canim qurtarsin.hekimlerde cox olmusam.maddi imkan olmadigindan davam etdire bilmirem.aglima qorxulu fikirler gelir sora heyacan baslayir.ureyimdeki agarilarda get gede artir. Butungunu ozumu gunahlandiriramki etdiyim gunahlarin evezidi çekirem.mene komek edi.pis fikirlerden nece ayrilim

Cavab:

Salam Nigar xanım. Özünü gözəl bilirsiniz ki, əyani olaraq başlanan terapiya yazılı olaraq davam etdirilə bilməz. Çox həkimdə olmaq lazım deyil. Bu həm sizi yorar, həm də nəticəsiz olar. Öncəliklə psixoloqla görüşmək lazımdır və ehtiyac görülərsə psixiatrla psixoloqunuz sizi görüşdürüb dərman dəstəyi almağınıza yardımcı olacaqdır. Bu kimi fikirləri özündə yaradan eyni zamanda onu özündən qova bilməz. Çox nadirən bunu bacarar insan. Qorxulu fikirlər siz sadəcə onları düşündüyünüz müddətcə var, çalışın pozitiv olanlara köklənin.

Elcin 2017-01-17

Elnur muellim salam mende son vaxtlar yaddas zeyifliyi olur sizce men ne edim ki bu problemnen uzaqlasim.

Cavab:

Salam Elçin bəy. Bu problem nədən sonra yaranıb müəyyən etmək şərtdir. Bəzən ola bilər ki, stressli zamanlarda belə hal baş versin. Yuxu rejiminizə diqqət edin. Əgər aradan qalxmazsa, bir mütəxəssisə müraciət edə bilərsiniz.

samire 2017-01-16

salam mene zeng eden adam 2 gun zeng etmedi .bu gun yene zeng etmisdi.men goturmurem evdekiler goturur .oda zanit verir men artiq ne edim.el tel nomemi isteyir vermirem deye zeng edirki elacsiz qalim nomremi verim.yenede veren deyyilem.bu sehvi birde etmek istemirem.allah size komek olsun .esil senetinizin adamisiz.meslehetleriniz mene cesaret verdi.indi onun incitmeden ondan uzaqlasmaliyam.yoldasim moskvada isleyir birce cixis yolum mende gedim.alinsa getsem her sey duzelermi bilmirem birce isteyim onunla aramizda olanlar bir sirr qalsin.bunan basqa cur tesevvur bele etmirem

Cavab:

Əgər o nəyisə korlamaq istəsəydi telefonu evdəkilər götürəndə kimliyini bildirmədən də nəsə bildirə bilərdi. Sadəcə cəsarətli olun və qorxularınıza görə səhv etməyin. Əsası budur.

Ramiz 2017-01-16

Yaxwi hekim sizinle elage saxliyacam.ele olandan sora sigaretide tergitmisem indi ceksem problem olmaz?

Cavab:

Hərhalda siqaret hər zaman təhlükəsini saxlayır. Uzaqlaşmışkən bunu qüvvədə də saxlayın

samire 2017-01-16

meslehetleriniz ucun cox sagolun Elnur hekim size minetdaram. MESLEHETLERINIZ UCUN COX SAGOLUM.MENE BU SIXINTILI GUNLERIMDE COOOOX DESDEK OLDUNUZ ALLAH BALALARINIZI QORUSUN.AMIN

Cavab:

Siz sağ olun Samirə xanım.

Fidan 2017-01-15

Men boshanmaq isteyirem...... :((((( Qizim var caresizem..Sevib aile qurmusham...Ama cox kobudlashib bu 4 ilde..O insan deyil..Soyur, qisqirir..Hetta defelerle meni doyub...Qizima gore dozurem, hem de hara gedim?(((Anam ata qebul etmez..Pis olarlar:( Olmek isteyirem...Neyniyim men( 23 yashim var, ozumu 50 yashinda hiss edirem(((

Cavab:

Salam Fidan xanım. Məsələyə boşanmaq kimi çarələr axtarmazdan öncə müəyyən yolları sınamaq lazımdır. Dediyiniz kimi o insan sonradan bu hala gəlibsə, bir yoldaş kimi bunun səbəbini müəyyən edin. Xəstəlikdə və sağlıqda olmaq üzərə evlilik buna görə qurulur.

Ayka 2017-01-15

Salam Elnur muellim! Sexsen siz ozunuz meni qebul ede bilersinizmi? sexsen sizin oznuzun dinlemeyiniz ve komek etmeyinizi isteyrem cunki men sizin prasedurlarda ozunuz olmursuz mence men sizde olmusam ona gire .cvb deyin zehmet okmazsa

Cavab:

Salam xanım. Problemə əsasən seans baş tutur.

Xumar 2017-01-15

6ildirki evliyem 2ovladim var eveller yoldawimla sozsohbetim cox olardi.indi ise o qutarib anasi bacisi bawlayib eseblerimi pozmaqa.o qedar eseb cekiremki beynimnen 1anda cixmir mene etdiyi hereketler oz ozumle daniwiram her daqa .yuxudan oyanar oyanmaz duwur yadima busbutun eseblerim pozulur o andada.xaiw edirem mene 1cixiw yolu gosterin burda.psixologa getmeye imkanim yoxdu

Cavab:

Salam Xumar xanım. Əsas olan yoldaşınızla olan münasibətdir. Digər nüansları nəzərə alıb almamaq tamamilə sizdən asılıdır. Biz kimi istərsək yalnız o bizə təsir edə bilər.

Ramil 2017-01-15

Salam həkim.18 yaşım var.Uşaqlıqdan xəstəliklərə fobiyam var.məsələn 14-15 yaşım olanda vəba xəstəliyinə yoluxmağdan çox qorxurdum və debresiyaya düşürdüm.yəni həmin xəstəliy hakkında əsasəndə gecələr düşünməyə başlıyırdım.Ancaq indi daha ciddi problemim var.Gayliyin həmdə psixoloji xəstəliy olduğun öyrənən vaxtdan bunun hakkında düşünməyə başladım bu hardasa 1 ayın söhbətidi.Və beynimdə özümündə əsassız olaraq gay olmaq ehtimalım hakkında düşünürəm.Və bunun keçib gedəcəyini fikirləşirdim son 3 gündə başımı başqa şeylərlə qatıb bu fikri başımdan atmağa çalışdım biraz yaxşı olsamda hal hazırda yenə həmin vəziyətdəyəm.Yəni özümü inandıra bilmirəmki gay ola bilmərəm.Yuxarda qeyd etdiyim kimi 3 günnən sonra yenə bu duruma düşməyimin səbəbi yuxumda həmcinsimlə olduğumu görməyimdi.Xahiş edirəm kömək edəsiniz yəni bu fikir məni intahara qədər apara bilər.

Cavab:

Salam Ramil bəy. Yuxular bizə gələcəkdən deyil, beynimizdəki düşüncələrdən xəbər verər. Bu barədə sıxıntı etməyiniz elə bir yuxu görməyinizə səbəb olub. Psixoloji olaraq homoseksuallığın sizdə yaranmasına qeyd etdiklərinizdən başa düşüldüyü qədər heç bir əsas yoxdur. Ancaq yenə də bu fikri beyninizdə yaratmaqdan imtina etmirsinizsə, bir psixoloq məsləhəti alın. o zaman beyninizdəki bütün şübhələrə daha dolğun cavab alaraq rahatlamış olacaqsınız.

deniz 2017-01-15

salam hekim sayrisan hallar nevrozunda titreme mede bulantisi urek nahiyesinde agri basda agri alin ve boyun hisesinde agri olurmu xais edirem deyin.

Cavab:

Salam Dəniz xanım. Nəinki nevroz yaşaya biləcəyiniz bütün psixoloji hallarda bunlar yaşana bilər. Ki bu da psixoloji vəziyyətin fiziki ağrılara çevrilməsidir.

Ramiz 2017-01-15

Salam Hekim 20 yasim var mende birden bire hava catismamazliqi emele geldi ureyimde sancilar basladi hekime apardilar kardiyama elediler temiz cixdi agciyerlerimi yoxladilar temiz qandan analiz verdim hamizi temiz cixdi .dediler ola bilsin nevrdi. bedenimde titreme olur geceler yataanmiram udqunanda boguluram ele bil.hava catismamazliqi qalir..neden ola biler fikriniz cox maraglidi menim ucun

Cavab:

Salam Ramiz bəy. Daha çox panik ataka oxşayır. Mütləq şəkildə bizə müraciət edin: 0552572700 0124803629

seide 2017-01-15

Salam.menim aile problerim var.ve bu problemler artiq bosanmaya getirib cixarib.ama men bosanmaq istemirem.ozume gele bilmirem.heccur qebul eleye bilmirem bunu.4 ay idiki evli idik.uwagimizda var 1 ayliqidi.mecburi onu da abort eledim.butun bunlar mene cox pis tesir eleyib.xahiw edirem mene meslehet verin.ne edim.hemdeki heyat yoldawimi helede sevirem

Cavab:

Salam Səidə xanım. Övladınızı aldırma səbəbiniz nə idi?

samire 2017-01-14

salam hekim men siz dediyniz kimi etdim . ona izah etdimki bu isin sonu yoxdur ancaq o insan mene qulaq asmadi telefonu qapadi. indi qorxuram o eyer menden heyif cixsa meni ailemin qarsisinda utandirarmi .yoxsa danismaq istemediyime gore kusdu anlamdim

Cavab:

Samirə xanım qorxularınızı kənara qoymadıqca səhv etməyə davam edəcəksiniz. Əgər üstü açılacaqsa, bunu heç kim önləyə bilməz. Siz belə. Ancaq o demək deyil ki, hər dəqiqə siz qorxu keçirib ona istədiyini verəsiniz. Toparlanın. Siz sözünüzü bildirdiniz. Qalanı ona qalıb.

Gunay 2017-01-14

Salam hekim.xalam dunyaya uwaq getrenen sora yuxuda qorxub.onan sonra ancaq aglayir.men olecem deyir ve yatir.hec bir iw gormur ancaq yeyib yatir.4 ildi artiq duzelmir.ne meslehet gorerdiniz?

Cavab:

Salam Günay xanım. Doğuş sonrası belə hallar ola bilir. 4 il yetəri müddətdir ki, vəziyyəti ciddiyə alınsın və yazılı şəkildə deyil də, əyani şəkildə psixoloqa müraciət edilsin. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700 0124803629

heyran 2017-01-14

salam doktor.Köməyinizə ehtiyacımız var. qohumumuz ailə qurub və sonradan bilinib ki almaniyada müalicə alıb və dərmanlar qəbul edir(Zy) Hər işə qarışır çay içmə mən desəm içərsən bunu geymə bunu belə dedin ayağını belə qoydun hətta bişən yeməyin tərkibin belə internetdən axtarırki bir səhv tutsun. bəzən də çox mehriban olur bəzən dəhşət desəm azdır. Məsləhətinizi istərdik.Minnətdarıq

Cavab:

Salam Heyran xanım. Yaxşı olardı ki, müraciət özü etsin və bu yazılı deyil əyani şəkildə olsun. Terapiya olunmalıdır. Psixoloji hallarda sadəcə dərman dəstəyi yetərsizdir.

Gulay Sibirden. 2017-01-14

Salam Elnur bey.Evvel size tesekkurumu bildirirem,evvelde unvanladigim suali cavablandirdiginiz ucun.Tanri sizi qorusun.Elnur bey virtual da olsa meslehetinize ehtiyacim var.Size panik atak oldugumu bildirmisdim.Umumuiyyetle panik atakdan eziyyet cekenlerin durumunu oxuyub,ozumle muqayise edende mende sanki ferqli bir sekilde oldugunu dusunurem.Cunki panik atak olanlar qeyd edirler ki, bayira çixmaga,cox insan olan yere getmekden çekinirler.Mende ise tam eksine o hal bas verende sanki evden cixib qacmaq coxlu insan olan yere getmek isteyirm.O cur yerlerde bu barede az da olsa bele fikitlesmirem.Bele desek hec yadima bele dusmur.Amma evde....Dusunmeye basladimsa kicik ovladlarimla bele ozumu ovuda bilmirem.Bu neden beledi mende?En cox qorxdugum ise gece olmasidir.Cunki qarisiq hem de qorxulu yuxular menim rahatligimi bele elimden alib.Tam yuxuya bele getmemis qorxulu yuxu gorurem.Onu da qeyd edim ki,ailemizde bir nece aniden olum hadiseleri oldu (caniniza sagliq.)Yuxularima da qebirsanliq,rehmete geden dogmalarim daha cox gelir.Hetta atamin yuxuda bir nece defe meni cagirmasi meni cox qorxudub.Bu xesteliyi de demek olar 1 il bundan evvel bu cur yuxular gorenden sonra tapdim.Bu xesteliyim barede hec kime hetta yoldasima bele bildirmemisem.Meni basa dusmeyeceklerinden cekinmisem.Evveki sualda da qeyd etmisdim ki Vetenden cox uzaqda yasayiram.Derdimi hec kimle boluse bilmediyim ucun,mehz derdimi sizinle bolusub sizden meslehet isteyirem.Size derin tesekkurumu bildirirem.Vaxtinizi serf edib,az qala bir eser olacaq sualimi oxudugunuz ucun.

Cavab:

Salam Gülay xanım. Müqayisə etməklə vəziyyətinizə şükür etmək doğru deyil. Hər kəsdə bu başqa fonlarda baş verə bilir. Uzaqda yaşamış da olsanız olduğunuz yerdə bir psixoloq mütləq ki var. Çalışın bundan yararlanın və daha tez nəticə əldə edin

santana 2017-01-14

salam hekim 18 yasim var 15 yasimdan beynime manden asili almadan muxtelif fikirler gelirdi artiq hemin fikirler beynime dini vesvese formasinda gelir meden asili deyil artiq dini seylerden esidende vesvese daha cox gelir bilmirem ne edim ozumu cox gunahkar his edirem oz ozume ne etdim deye agliyiram hekim bilmek istiyirem bu fikirler neden olur sayrisan hallar nevrozu ola bilermi.hekim bir de bilmek istiyirem sayrisan hallarda soyuq titreme mede bulantisi soyuq olma olurmu xahis edirem deyin . mene komey eliyin.

Cavab:

Bir daha salam xanım. Daha çox OKP-yə bənzəyir. Dini obsessiyalarınız olmuş ola bilər. Çalışın psixoloq dəstəyi alın

Aynur 2017-01-14

Salam Elnur müəllim mənim oğlumun 11yaşı var .Yaşıdlarından daladı ,çox nadincdi ,dərs oxumağa hövsələsi çatmır ,deyirəm get dərsini oxu amma görürəmki kitabı qoyub qabağına amma fikri başqa yerdədi .Özündən balacaları döymək isdəyir ,qardaşını hər gün vurur.Sözümə qulaq asmır ,onu danlayanda söz qaytarır qışqırır .Mən bilmək isdəyirəm bu uşaqla necə rəftar edimki o düzəlsin .Xaiş edirəm sualımı cavablandıraydınız.Çünki böyüdükcə mənə çətin olacaq bilirəm ,oğlan uşağıdı ,qorxuram böyüdükcə lap pis olar .Məktəbdə dostları yoxdu ,uşaqlarla oynamağı bacarmır ,çox kobud rəftar edir ,qələmini ,pozanını kitabını tez tez itirir .

Cavab:

Salam Aynur xanım. Özgüvən problemi yaşamış ola bilər. Bir uşaq psixoloquna göstərməyinizdə fayda var.

Kenan 2017-01-14

Salam hekim men ele bil basimi itirmisem ele biliremki mende biraz catismamazliq var qapali insanam danismaq istemirem ele biliremki danisanda nese sef soz deyecem fikirim qarma qarsiqdi gic gic seyler gelir aglima hekim umidim sizedi xais edirem mene komek olun 17 yasim var sizin yaniniza gelmeyi cox isterdim amma alinmir xais edirem cavablandirasiniz

Cavab:

Salam Kənan bəy. Ağlınızı qarışdıran fikirlərdən qurtulmaq lazımdır. Söz deyə bilməmək, çəkinmək ola bilər, kompleks olsun, sosial fobia olsun. Daha dəqiqləşdirilməlidir. çalışın psixoloqa müraciət edəsiniz.

İradə 2017-01-13

Salam həkim mən tez tez heyatdan yoruluram bezirəm beynim sanki yorulub ele hey yatmaq isteyirem durub heyati gormek istemirem sanki ne edim bilmirem .xaiş edirem mene sroçnu cavab yazin

Cavab:

Salam İradə xanım. Ola bilər bu depressiya olsun. Səbəbi nədir danışmaq lazımdır. Daha sonra isə onu korreksiya etmək. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700 0124803629

leyla 2017-01-13

salam hekim men sevmeden bir evlilik etmisem 2ovladim var sonra usaqliqdan beyendiyim bir sexs davamli mene yaxinlasdi men onnan cox uzaqlasdim amma get gede mende onu dogrudan sevmeye basladim bir gun onun profiline sadece dost olaq deye teklif etdim amma o dost deyil sevgili olmaq isteyir amma men sevgili olmaq istemirem indi o her gun ev telefona gizli zeng edir evdekiler supelenir mennen gorusmek isdediyini deyir cox utaniram men sadece aramizda bir salam olsun istemisdim amms onun tek derdi mennen gorusmek imis mene bir meslehet verin artiq her gun oz ozumnen danisar oldum cixis yolu axtariram ancaq tapa bilmirem ailemin dagilmaginan cox qorxuram nece edim ki o meni basa dussun meni bir dost kimi qebul etsin cunki ailem bir yana o bir yana hec birini itirmek istemirem amma onu heyatimda xeyanet etmiyeceyim bir formada olmagini isdeyirem bu dogru olarmi

Cavab:

Leyla xanım, əgər niyətiniz sadəcə bir salam idisə, ev nömrəsini hardan bilir? Siz uzun müddət sonra o insana ümid vermisiniz. İndi isə onun xasiyyətinə uyğun olaraq ona necə yanaşmalı olduğunuzu müəyyən etməlisiniz. Hansısa boşluqda olmağınız deyil yoldaşınızı hətta 2 övladınızı sizə unutdurub. Ancaq yenə də o bir yana ailə bir yana heç kimi itirmək istəmədiyinizi deyirsiniz. Belə sizə ikisini eyni anda necə idarə etməli olduğunuzmu deməliyik? Seçim edin və onu tətbiq edin.

anonim x 2017-01-13

salam chox sevdim aile qurdum ayrildim sonra heyatimda biri oldu evvel her wey chox wey yaxwi oldu sonra ise onunla men xowbext deyilem mene etiyi yaxwiliqlara gore qaliram ayrilanda ondan etdiyi her weyi bawima vurur meni doyur men sixilmiwam bele yawamaqdan ruhum olub men ne edim?

Cavab:

Salam. Diqqət etsəniz, ailə qurub ayrılmısınız. Daha sonra sizə çoxlu yaxşılıqlar edənlə münasibətiniz olub, amma onunla da xoşbəxt deyilsiniz. Ancaq yaxşılıqlara görə onunla münasibətə davam edirsiniz. Bu qeyd olunanlara əsasən sizin nə istədiyiniz hələki bəlli deyil. Bəlkə problem də elə budur. Əgər problem budursa, sizi heç bir şey məmnun etməyəcəkdir. Yaxşı olardı ki, psixoloq məsləhəti alasınız. Aşmalı olduğunuz həssaslığınız ola bilər.

Jasmin 2017-01-13

Men 3 ildi bir oglanla sevgili idij, amma her defe dalasiriq barisiriq.Indi menim nisanlimdir ve yene yola getmirik men ona hedsiz qisqaniram her gun goz yasi axidiram ve ayrilmaq isdeyirem.Bununnsebeleri coxdu hamisini yaza bilmirem.

Cavab:

Salam Jasmin xanım. Səbəb çoxdur deyə bilmirsinizsə, buyurun əlaqə saxlayın qeydiyyat edin. Psixoloqla görüş zamanı daha rahatlayıb daha doğru fikirlərə sahib olacaqsınız. Əsası insanın özünü gümrah hiss etməyidir. 0552572700 0124803629

leyla 2017-01-13

hekim sozu geden sexs yoldasimin tanisidir ev nomremizide ordan bilir men istemirem defelerle zeng edib onu acilamisam ancaq onu o qeder sevirem ki hislerime teslim olmaqdan qorxuram onu nece uudum bu bir xestelikdirmi meni duz basa dusun onunla gizli gorusmemisem eli elime bele toxunmuyub tek gunahim yasaq bir sevgidir ve ona etdiyim dostluq teklifi

Cavab:

Leyla xanım bu saatdan sonra sizdəki bu qərarsız və nə istədiyinizi bilməməyiniz baxılırsa, psixoloji müayinə şərtdir. Sizə qeyd edildiyi kimi qərar verin nəyi istəyirsinizsə, seçin və onu tətbiq edin. Yox əgər nə edəcəyinizi bilmirsinizsə, psixoloq məsləhətinə müraciət edin. yalnız əyani söhbətlə sizə doğru yol göstərilə bilər. Öncəliklə etməli olduğunuz güc toplamağınızdır. Ancaq bunu edə bilmirsiniz. Əlaqə saxlayın sizi psixoloq qəbuluna qeydiyyata alsınlar: 0552572700 0124803629

ayan 2017-01-13

5inci sinifde oxuyuram riadi sevirem indi men ona nece sual verimki meni sevir srocnu mene yazin tez

Cavab:

Salam balaca Ayan. Belə suallar verilmir, varsa, səbr edilir. Ən əsası hazırda müəllim və valideynin verdiyi sualdır: Sən dərslərini oxuyursanmı?

Arzu 2017-01-13

Salam elnur bey.menim oglumun 14yawi var.oglumun oz guven prablemi var.8ci sinifde oxuyur ders baresinde bildiyim weylerim balaca qardawinin soruwur.deyirem bala sen ozun bilirsen bes qardawinin niye soruwursan deyir ele bele soruwdum.bawqa adam sual verende ozunu itirim.dilindede prablem var."r"herein deye bilmir evvelleri laqapit yanina aparmamiwam indi aparacam bilmirem getmir.deyirem uwaqlar sene lag eliyecek vecine almir kompleksiz uwaqdi.men ne edim xahiw edirem meslehet verin

Cavab:

Salam Arzu xanım. Öncəliklə psixoloqa müraciət etməyi doğrudur. Daha sonra laqapedə də yönləndirmək mümkündür. Yeniyetməlik bağlı yaxud da uşağın ailədən gəlmiş bir problemi ola bilər. Müəyyən edilməlidir. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700 0124803629

samire 2017-01-13

salam hekim men heyyatimin en boyuk sehvini etmisem .evli oldugum gunden meni bir uzaq qohum cox sevdiyini dedi ancaq bilmirem bu dogrudan sevgi idi yoxsa sadece elde etmek isdeyi idi.duzunu deyim mende ona bos deyildim ancaq qorxurdum.amma bir gun onunla telfonda yazisdiq meni dogrudan sevdiyini dedi men hecne demedim.bir gunde heyatimin sehvini etdim .belke bu bir ders idi mene .1aydi nece yasadigimi bilmirem .siz haqli olaraq meni qinayacaqsiz amma ona evlendiyim gunden bu yana icimde meni mehv eden bir duygu var. meni hec rahat buraxmirdi. indide elediyim sehvin qorxusu ile qarisib bir birine artiq o sehvi unutmaq isteyirem.ancaq o insan el cekmir .nolar meni acilamiyin meslehete ehtiyacim var.ne etsem onun zenglerine son verdire bilerem.olum arzulayiram.tek isteyim olub biteni hec kim bilmesin birce umidi odurki,o meni cox sevsin menim heyatimnan oynuyacaq qeder manyak olmasin.Basqa umidim yoxdu

Cavab:

Salam Samirə xanım. Əstağfullah biz heç kimi qınamırıq. Bəzən insanın toparlanması üçün lazım olan sözləri sərt şəkildə deməliyik ki, o ayıla bilsin. Əslində fərqindəsiniz vəziyyətin, ancaq nə son verə bilirsiniz, nə də qopa bilirsiniz. Qopa bilməmə səbəbi isə elə düşünürsünüz ki, bu onu qıcıqlandırar və sizdən acıq çıxaq. Ancaq bilməli olduğunuz bunun sonu yoxdur. Nə zamana kimi qorxarsınız. Birinə qarşı istəyiniz yaxud sevginizin olmağı sizə evli olduğunuzu unutdurursa, evlilikdə bir boşluq var deməkdir. Yaxud da keçmişdən qalan tamamlanmamışlıq. Belə oyunlara gəlmək lazım deyil. Belə hallarda bu günlə yaşamaq lazımdır. Əgər danışmağa uyğun biridirsə, danışın və izah edin. Bu işin sonunun olmadığını artıq hərənin öz həyatını qurmalı olduğunu bildirin.

Anonim 2017-01-12

Salam . Mənim qızımda yazdıqlarıma görə isterik davranış pozğunluğu diaqnozu qoydunuz. Bilmək istərdim ki, psixoloqa getmədən mənə bir məsləhət verə bilərsinizmi? Çünki ora gəlməyə qorxuram yoldaşım örgənər birdən .Sizdən çox xaiş edirəm kömək edin

Cavab:

Salam. Bu narahatlığı keçirən pasiyent üçün ən doğru vasitə psixoloqdur. Siz nəsə edə bilməzsiniz. Çünki siz valideynsiniz. O sizə söz verəcək sonra yenə təkrarlayacaq. Çünki hesab aranızdadır. Ancaq psixoloq terapiya xarakterli söhbətlə sizin dediklərinizi başqa yolla ona çatdıracaq.

gunel 2017-01-12

salam ,menim anamda beyinde quruma gedir ,ve basinda kista var ,hekimler deyirler bunun mualicesi yoxdu ,hec dermanlarinda tesiri olmur ,amma men anamin agridan eziyyet cekmesine doze bilmirem ,xahis edirem mene ya guclu agri kesici ,dermani yazardiniz ,yada bir hekim nomresi ,anamin 61 yasi var ozunu idare ede bilmir ,agrisi olanda eline ne kecir ,sindirib ,dagidir ,ozunde olmur ,xahis edirem mene bir meslehet verin ,men nece edim ,hekimlerin verdiyi derman nevroloji xesteler ucun nezerde tutulmus dermandi ,amma onlarda anama komek etmir

Cavab:

Salam Günel xanım. Belə halda psixoloqun edə biləcəyi nəsə yoxdur təəssüf ki. Dərman müalicəsi yalnız psixiatr tərəfindən aparılır. Psixiatr məsləhəti istəyirsinizsə, əlaqə saxlayın sizi psixiatrla görüşdürsünlər: 0552572700 0124803629

leyla 2017-01-11

men evliyem 1 ay once feyzde birinen yazisdim o meni seven ve sevdiyim bir tanis idi indi pesman olmusam erime xeyanet etmek istemirem ve qorxuram hemen o insan meni santaj etmeyinden cox qorxuram men neyleye bilerem

Cavab:

Salam Leyla xanım. Siz onun sizi şantaj etməyindən yox, yoldaşınıza xəyanət edə biləcək potensialda olduğunuza görə narahat olun. Və bu şəxsi tanıdarkən sevdiyim deyə tanıtmağınızdan. Həll edilməsi lazım olan budur. Siz onun sizi şantaj etməsindən qorxa-qorxa da onla danışmağa davam edəcəksiniz. Adını isə qoyacaqsınız ki, "qorxuram uzaqlaşaram acığa düşüb nəsə edər". Sadəcə məsələ normal olaraq danışılıb bunun sonu olmadığına gətirilməlidir. Yaxud uzaqlaşmaq.

Yegane 2017-01-10

Salam hekim bagisdiyin narahat edirem bir sualim var usaq olandan sora mende gulus yaranib bir soz deyilen kimi gulurem ozumu saxlaya bilmirem

Cavab:

Salam Yeganə xanım. Doğuş sonrası rast gəlinən hallardandır. Bunun üçün bir müddət psixoloq nəzarəti lazımdır.

Aysel 2017-01-09

Salam elnur bey. Menim bir padruqam var özüne qapanıq biridi. Her şeye küsür qırılır. Menden de incidi ve deyir barışa bilmirem tip insanam deyir senlik heçne yoxdu ama barışmaqını isteyirem. Ona nece davranım? Ve ya ona nece meslehetiniz var ki artıq o xasiyetlerini tergitsin?

Cavab:

Salam Aysel xanım. Yaxşı olardı ki, rəfiqəniz özü müraciət etsin. Siz nə etsəniz də xeyri yoxdur. Bunu o psixoloqla bərabər aşmalıdır. Sizin edə biləcəyiniz onu mütəxəssisə yönləndirməkdir.

sevinc 2017-01-09

Salam menim oglum 3 yas 3 aaylixdi hele bir kelmede danismir.

Cavab:

Salam Sevinc xanım. Allah saxlasın. Uşaq psixoloqu ilə məsləhət etməyiniz daha doğru olardı. Çalışın bunu əyani sürətdə gerçəkləşdirin.

Leyla 2017-01-09

Salam Elnur bəy.4 ildi nişanlıyam nişanlım məni çox sevir ama mənə yetərincə vaxt ayırmır.Başqaları xəstə olanda o dəq onların yanına gedir problemi sıxıntısı olan insanların yanında olur onlarla dərdləşir əlindən gələni hamı üçün edir tək mənə qarşı elə deyil.Deyəndəki nişanlı olsaqda başqalarına ayırdığın vaxtı göstərdiyin diqqət qayğını mənə göstərmirsən sadəcə bağışla deyir ama yenə mənə qarşı elə olur.Mən də nişanı qaytarmaqla hədələyirəm üç gündü sms ləşmirik onsuzda normaldada mənə zəng etmir.Bir həftə vaxt istəmişəm həm də ona vaxt vermişəm ama yenə də məni axtarmır.Məni çox istədiyi və sevdiyi halda mənsiz qalır mən ona çox əsəbiyəm onun mənə qarşı soyuqluğu məni ondan uzaqlaşdırır onunla sms ləşməsəmdə normal həyatımı yaşayıram ancaq gec gec hərdən yadıma düşür.Mən neyləyim??heç bilmirəm.Qorxuram toy etsək ondan sonrada mənə qarşı belə olar.Onu deyim problerim olanda düzəməli dinləmir ama başqaları ilə elə deyil ..

Cavab:

Salam Leyla xanım. Əslində düzəlməli problem sadəcə sizə görə var. Əgər qarşı tərəf üçün bu problem yoxdursa, siz nə etsəniz də onu buna inandıra bilməzsiniz. Sadəcə bağışla deyəcəkdir. Yaxşısı budur ki, bu qədər diqqət gözləməyin. Ən azından gözlədiyinizi bildirməyin izin verin özü bunun məsuliyyətini hiss etsin.

Scarpion 2017-01-09

Salam 26 yashim var men 8 ci sinifden herbi ucilis sonrada ali herbi mektebi bir nece ildir iwleyirem xoshbext deyilem heyatim ev ishden ibaretdir ne edim heyatima maraq qatim pulumda var xerclemeye adam yoxdur tek yashiyiram iwden sonra ancaq mashin sururem saatlarla bilmirem hara gedirem elece sururem rahatlasiram ya gedib kafede tek oturub aglimi itirene kimi icirem hec kime uz vermirem etibar ede bilmirem etibar edecek tek insan var o da ozumem mene ele gelir ne edim xahiw edirem cvb verin ne edim

Cavab:

Salam. Bu vəziyyət nə zaman nədən sonra yaranıb danışılmalıdır. Ətrafa qarşı güvənsizliyinizə səbəb isə müəyyən edilməlidir. Qapalı birisiniz sadəcə bir az yönləndirilməyə ehtiyacınız var. 

Tahir 2017-01-08

Salam, bagisliyin narahat edirem.Mümkünsə bu sualımı cavablandırarsınız.Məndə fikir dagınıqlığı var.Məsələn Elementar olaraq ayird edə bilmirəmki mən rus dilinə yoxsa ingilis dilinə kursa gedim.Hansı daha vacibdi.Görəndəki kimsə yanimda rusca danısşır.Ona maraqgim artir.Kimsə ingiliscə danisanda ona maraqgim yaranir.Əslində bir çox seylərdə beləyəm.Mən konkret sanki nə istədiyimi bilmirəm.Bunun səbəbi nə ola bilər və ya bunu necə aradan qaldırım ? Hazırda menecer olaraq isliyirəm.Hansısa tanışım məktəbdə işlədiyini deyir.Məndə məktəbdə işləmək istəyirəm.Bir başqası deyirki dukanda işliyirəm.Məndə duaknda isləmək isityirəm.Yəni beynim sanki qarisir. Çox xahis edirəm bir yol deyin.Nəsə göstəriş fikir bildirin mənə

Cavab:

Salam Tahir bəy. Sizin sualınızı artıq cavablandırdıq. Çox sağ olun ki, hər yerdə müraciət edirsiniz. Ancaq burada  mesaj yazmaq məsələnizi ciddiyə alırsınız mənasını gəlmir. Artıq neçə aydır müraciəti yazılı şəkildə edirsiniz. Yenə də seçim sizindir. Ancaq məsləhət olunan psixoloji terapiyalara baş çəkməyinizdir. Bizim əlaqə saxlayın sizə yardımcı olaq 0552572700 0124803629

Konul 2017-01-08

Salam.Elmur hekim 17 yasim var.cox caresizem,cox eseblesirem hetta ozumu odurmek bele istemisem.Valideyinlerime hec ne deye bilmirem derdlerimi boluse bilmirem,cox safam her seye inaniram.Mene komek edin.Onceden tesekurler.

Cavab:

Salam Könül xanım. Bu yaşda bu qədər neqativ düşüncəyə səbəb nədir? Nə qədər yükünüz ola bilər ki, özünü öldürmə dərəcəsinə gələsiniz? Bir psixoloq dəstəyi almağa çalışın

Xuraman 2017-01-07

Cox saq olun hekim diqqetiniz ucun mutleq verilen nomrelere zeng edib hekim qebulunda olacaqiq

Cavab:

Siz sağ olun. terapiyanı gecikdirməməyə çalışın.

Xuraman 2017-01-07

26 yawinda oqlum nefesini cox cetin alir gozleri yawarir

Cavab:

Salam Xuraman xanım. Görünür sizdə ailəcə nəfəs problemi yaşanır. Əgər tibbi heç bir problem yoxdursa, vəziyyət psixolojidir. Tibbi müayinədən sonra psixoloq qəbulunda olmağınız məqsədəuyğundur. 0552572700 0124803629 əlaqə saxlayarsınız sizi qeydiyyata alarlar

Mahir 2017-01-07

Salam hekim menim 17 yasim var men qorxulu vidiolara baxdim sonra cin girme vidiyosuna baxdim qorxu heyacan kecirtdim bu hal mende 1-2 hefte getdi sonradan arada bir yadima dusende fikirlesirem sizce cin varmi ? Bu fikiri nece atim

Cavab:

Salam Mahir bəy. Əgər bu sizdə hansısa qorxu yaxud şübhə yaradıb psixoloji sarsıntı edirsə, qarşısını indidən alın. Psixoloqa müraciət edin

Sebine) 2017-01-07

Salam hekim cox xahiw edirem mene komek edin 20 yawim teze olub cox caresiz veziyyetdeyem 2-3 ikdirki cixilmaz veziyyetdeyem artiq doze bilmirem butun nesil hec kim meni anlamir. meni seven biri var ozunu hamiya xow gosterib hami onu cox isteyir deyirler aile qur yaxwi oglandi amma men onu sevmirem biliremki onunla menim xasiyyetim tutmuyacaq hemde tutsada sevmirem ay hekim nolar komek edin valideynlerim deyirki nie istemirsen sebeb nedi deyirem sebeb yoxdu sadece xowum gelmir ondan bawdiyirlar onu teriflemeye her gun bize gelib gedir her gun psixoloji sarsinti kecirdirem onun bir az kefi olmuyan kimi valideynlerim mene sifet edirlerki sen nese elemisen ona gore oglanin kefi yoxdu filan hekim doze bilmirem psixoloqa gelecek imkanimda yoxdu hecolmasa burda mene bir nece meslehet verin ne olar. sanki. butun dunya mene qarwidi onun terefini tuturlar men sevmediyim birini sevmeye caliwmaqa mecburam? sehv edirem neyise? ondan nifret edirem seve bilmirem elimde deyil imtahanlarimda var stressden bawim agriyir dersde oxuya bilmirem her saniyem her yuxudan oyananda stressle oyaniramki jndj atam anam mene sifet edecek nese agir soz deyecekler hekim dozemmirem ne okar mene bir meslehet verin cox qorxaqam? evdekilerin nese etmeyinnen nese agir bir siz demeylerinnen nje bu qeder heddsiz derecede qorxuram? hetta. awim partdiyir bu qorxu uzunden stress icindeyem nece rahatlawim? nece def edim bu stressii? dersimi nece rahat beyni aciq oxuya bilim? havada gezmek filan tesir elemir her saniye bele yawamaqdan yoruluram artiq oglan burcuyem deye her wey menim bawima gelmelidi? gua saturn beke problemler edirmiw oglaq burclerine neyse cox yzun oldu ama ne olar hamsini oxuyun cox xahiw edirem cavablandirin indiden coooooxx saoolun Allah razi olsun sizdeen insAllahh

Cavab:

Salam Səbinə xanım. ola bilər ki, valideynə cavabı doğru yolla demirsiniz. onlar da sizin bunu nəyə görə istəmədiyinizi anlamırlar. Düşünürlər ki, indi məcbur eləməsək özünə qalsa heç vaxt ailə qurmaz. Oturub danışılmalıdır. Və özünüzə sual verin niyə görə onu istəmirsiniz. Səbəbsiz heç nə yoxdur

Melis 2017-01-07

Salam Elnur bəy mənim 16 yaşım var məni sevən bir oğlan var həmdə bir sinifdə oxuyuruq) hər gün mənə yalvarırdı sırf məndən *hə* cavabı almaq üçün.. Lakin mən sevgisinə inanmrdm heccür inana bilmirdim.. ama mənə etdiyi hərəkətlər çoox xoşagəlici idi.. Taki 2 ay sevgisini dəvam etdirdi daha sonradan əvvəlki insan olmadı tamamən dəyşildi keçmişdə mənim xətrimə dəyəcək bir sözü olmasn deyə uraşan insan indi hər gün məni sındırmağa andı var sanki və buda mənə çox təsir edir niyə belə edirsən? deyə sual verəndə hər kəsə layiq olacağı dəyəri vermək lazmdır deyr Elnur bəy xaiş edirem bir şey deyn məndə edim

Cavab:

Salam Melis xanım. Bu kimi problemlər üçün yaş həddiniz ola bilər ki, az olsun. Əgər yaş təcrübəniz yetərsizdirsə, xırda bir narahatlığın içindən çıxa bilmiriksə, bu münasibətin həyatımızda olması hansı vacibiyyəti daşıyır? Vaxtilə çəkdiyi əziyyət sonradan inada çevrilmiş ola bilər. İndi isə çəkdirir. Ona görə hazırda sizdən tələb olunan nələrəsə vaxtınızı ayırın. Bunlar gəlir və nə zaman keçib gedir insan özü bilmir. Dərslərinizə yönəlin. Layiqolduğunuz yer onun sizə göstərdiyi rəftar deyilsə, bunu ona deməyin göstərin. yüksəlin.

fidan 2017-01-07

Salam.men bir ara depresiya kecirirdim.Sonra yoldasima qarsi soyuqluq hiss eledim.sevgim heyecanim hislerim oldu ele bil.dayanan yerde.bu fikir meni cox qorxudur.bu fikirden qurtulmaq coox istiyirem.Cox xahis edirem mene komek edesiz.

Cavab:

Salam Fidan xanım. Depressiyaya səbəb nə idisə, o problem aradan qalxmalı idi. Depressiyanın özünün keçməsini gözləmək bəzən belə problemlərə gətirib çıxara bilir. Ola bilər depressiyanız hələ də davam edir. Sadəcə başqa fonda. Psixoloq dəstəyi almağınızda fayda var.

Adimi yazmiram 2017-01-07

Salam aleykum. Hekim men xaricde yashayiram. Sizinle elaqe qurmaq isteyirem. Olar whatsApp nomrenizi deyesiniz? Menim Bakuya gelmeyime hele chox var. Men gundelik size suallar vermek isteyirem. Bir az qeliz heyatim var, eslinde bu heyati ozum sechmishem. Men bilmirem nece addim atim. Ne edim. Anamgile hechne demirem. Onlari uzmek, narahat etmek istemirem. Dushunurem siz meni basha dusher ve mene duzgun meslehetler verersiniz. Men burda yazmaq istemirem. Ola bilsin bezi insanlar meni taniyar. Xosh qarshilanmaz. WhatsApp nomrenizi yazsaniz sevinerem. Chox narahat etmerem sizi.

Cavab:

Salam. Psixoloji durumları daha ciddi dəyərləndirdiyimizdən qeyd etdiyiniz proqrama əsas vermirik. Xaricdə yaşamaq sizə bu səbəbi verməsin, vəziyyətiniz qeyd etdiyiniz qədər qəliz və ciddidirsə, o zaman daha ciddi yanaşın, sayt sizlər üçün yaradılıb. Bəzən məsələnin içində olmaq insana elə hiss verər ki, onu indi tanıyacaqlar. Ancaq adı da qeyd etsəniz yenə sizi kimsə tanımaz. Bir baxın nə qədər insanlar müraciət edir. Burada yalnız siz deyilsiniz.

Gülşen 2017-01-07

Salam.....Hekim men o qeder danisiram özümde narahat oluram basqa yerde meselen xala gilde yaxud dayi gilde hec danismaram ama evde o qeder danisiram özümde özümden bezirem öz ozumede o qeder danisiram tek qalan kimi öz özüme danisiram problemlerimi ele bil içimde dostum var onnan dertelesirem hem özüme sual verirem hemde cavab verirem

Cavab:

Salam Gülşən xanım. Cəmiyyət içində özümüzü ifadə etməkdən çəkindiyimiz an belə hallar baş verir. El diliylə desək, ürəyiniz dolur və nəticədə evdə çox danışırsınız. Evdəkilərə narahatlıq vermə fikri, lori dildə desək, bezdirmək fikri isə sizi məcbur edir ki, bir dost yaradıb onunla danışasınız. Həralda sağlam bir yanaşma və həll yolu deyil. Çalışın psixoloqa müraciət edin. Bu sizə ən azından biri ilə söhbət etməyi də öyrədə bilər. Terapiyanı gecikdirməməyə diqqət edin: 0552572700 0124803629 nömrələrimizlə əlaqə saxlaya bilərsiniz

Nigar 2017-01-06

Elnur bəy salam.Çox pis vəziyyətdəyəm.Qızımın 14 yası var.Onu iki uc defe telefonda sosial sebekelerde oglanla yazisan tutmusam.Her dəfə də doymusem.Arti1 3 cu haldir bele hal vas verib.Hətta atasına belə dedim ,və atası düz iki aydır onunla danışmır.Mənə hər dəfə soz verir " bir də olmayacaq" Amma denən gecə yenə onu tanimadiqi bir oglanla yazisan tutdum gecə.Yenə döydüm.Qızım tərbiyəsiz usaq deyil əslində.Rəfiqəsi belə yoxdur.Abırlı, sakit qızdır. Amma ara sira bas verən bu hadisələr məni dəli edir.Bütün günü aglayiram. Mən nə edim ? Doyməklə düz etməmişəmmi ? Xahis edirəm mənə yardım edin. Qeyd edim ki onu məktəbə gec qoymuşam. Hələ 7 ci sinifdə oxuyur.

Cavab:

Salam Nigar xanım. Qızını döyməyən dizini döyər şüari altında çox valideyn bu səhvi edir. Ancaq gerçək budur ki, o döyüldükdən sonra da bunları təkrarlayıb. Siz artıq başa düşməli idiniz ki, sizin uşağınızın dili bu deyil. Çünki uşaq özü söz verir, biri də var yaxşı edirəm demək. Ancaq bu uşaq söz verir və tuta bilmir. Deməli onda hansısa boşluqlar var. Atanın isə onu danışdırmamağı ümumiyyətlə yanlış və nəticə verməyən bir davranışdır. Qız övladı ata dayağını hiss etməlidir. Övladınızı bir psixoloqa göstərin. Ondakı boşluqlar müəyyən edilməlidir ki, belə yanlış məşğuliyyətlərlə dolmasın. Yoxsa sabah bu onda vərdişə çevriləcək. Qarşı cinsdən biri ilə danışmadan dayana bilməyəcək. Müdaxilə şərtdir. 0552572700 0124803629 əlaqə saxlayın sizə yardım edəcəklər.

elvira 2017-01-06

salam . men dostlarma bezi heyatimda olan hadiseleri yalan daniwiram indi ise cox pewmanam nece ede bilerem ki sehfmi duzeltim ..

Cavab:

Salam Elvira xanım. Heç gərəyi yoxkən yalan danışmaq bir problemdir. Çalışın psixoloji dəstək alasınız.

Gulay Sibirden. 2017-01-06

Salam.Men 1 ilden artiq vaxt oldu ki,olum qorxusu deyilen 1 hissden qurtula bilmirem.Sosial sebekeleri arasdirib bunun panik atak adli xestelik oldugunu oyrendim.Bu hiss meni 1 gun de olsa bele rahat buraxmir.Herden ureyim partlamaq,deli olmaq derecesine getirib cixarir.Onu da qeyd edim ki,bu hiss ailemizde bir birinin adinca dunyadan kocenler oldu.Ve bundan sonra qorxulu yuxular gormeye basladim.Demek olar gece olmagini,yatmagi hec istemirem.Yuxular meni deli olmaq derecesine catdirib.Sizden cox-cox xahis edirem mene komek edesiniz.Uzaq diyarda yasadigim ucun pisixoloq komeyinden yararlana bilmirem.Mene komek edin xahis edirem.Onceden tesekkurler.Allah hamimizi hifz etsin..

Cavab:

Salam Gülay xanım. Panik atak psixoloji problem hətta xəstəlikdir. Uzaq diyarda da olsanız bu mesajla probleminizi həll edə biləcəyiniz mənasına gəlməz. Yoxsa dediyiniz kimi inyetnetdə araşdırdığınız zaman bundan qurtulma yolları da yazılıb. Ancaq təəssüf ki, bu kömək olmur, yaxud da sonradan yenidən geri qayıdır. Nə qədər uzaq da olsanız ilk psixoloji müayinədə olmağınız psixoloqunuzun sizi görməyi vacibdir. Ən azından doğru yanaşma üçün. Ola bilər ki, problemin dərinliyinə görə dərman yazılmalı olsun. Doğru yanaşmaq vacibdir.

Səma 2017-01-06

Sehf ondadi elbetdeki mence üzrüdə o istəməlidi hem men dayanan yerde nece üzür isdymki ondan?? oda varda((

Cavab:

Əgər o sizi dindirməlidir, o üzr istəməlidir mən niyə edim fikri varsa, o zaman etmək istədiyiniz nədir? Rəfiqənizə sizə yazıb üzr istəməyinimi öyrədək? Ya qürur edərsəniz, ya da söhbət açıb bunun dostluğunuz üçün doğru olmadığını dostluğunuzun daha dəyərli olduğunu deyərsiniz. Yaxud da heç biri bu küsülülüyü qəbul edib belə də davam edərsiniz.

Vesile 2017-01-06

Salam Elnur bey sabah sizin yaniviza gelmek isteyirem saat neceden neceye klinikada olacagsiz?

Cavab:

Salam Vəsilə xanım. Bunun üçün əlaqə saxlayıb qeydiyyat etməyiniz kifayətdir. 0552572700 0124803629

Melahet 2017-01-05

Insanlari bagislaya bilmirem ureyim dasa donub

Cavab:

Salam Məlahət xanım. İnsanları bağışlaya bilməmək, insanları bağışlamaq istəməməjk ayrıdır. Çox vaxt biz şüuraltı olaraq bunu istəmədiyimiz üçün edə bilmirik.

Leyla 2017-01-05

Salam Elnur bəy Mən dosdumdan (rəfiqəmdən) ayrılmışam Və bunun üçün çox acı cəkirəm hergün!! ancaq ağlayram qışqırram tamamən əsəblərimin pozulduqnu hiss edirəm mən nə ede bilərəm?? xaiş edirem bir çarə tapn mənə

Cavab:

Salam Leyla xanım. Rəfiqədən ayrılmaq deyəndə nəyi nəzərdə tutursunuz? Buna səbəb nədir?

Leyla 2017-01-05

Elnur bəy yəni qız dosdumu nəzərdə tuturam özüylə nece ildirki coox gozel refiqe olmuşuq indiyse sebebsiz yere AYRİLİQ oldu artıq men onunla 4 aydır danşmram lakin barşmaq isdeyirem bunun üçün nə edim axi??

Cavab:

Leyla xanım, münasibətin qırılmasına səbəb nədirsə, öncəliklə o aradan qaldırılmalıdır. İlk addım atılıb ünsiyyət yaradılmalıdır. Əgər qarşı tərəf də bunu istəyirsə, zatən barışacaq.

Həyat 2017-01-05

Salam Elnur bəy mənim şikayətim qardaşımnandır qardaşımın 5 yaşı var və əsəbləri dehşet dərəcədə pozulub hər gün ağlayr insan yanında yəni (toy ad günü yığıncağ kimi yerlərdə) özünü apara bilmir qırır sındırır sakit dayana bilmir elə bilki dəlidi biz onun ücün nə edə bilərik??

Cavab:

Salam Həyat xanım. Ola bilər ki, hiperaktivdir və bu enerjisini neqativə doğru istifadə edir. Yaxşı olardı ki, uşaq psixoloquna müraciət edib müayinədə olasınız.

Səma 2017-01-05

Salam Elnur bəy mən 4 aydırki dosdumdan ayılmışam küsmüşük və ikimizdə qürurumuzun ücbatndan bir birimizdən üz isdəmirik! mən onunla cox barşmaq isdəyirəm düz 4il dosd olmuşuq! çox gözəldə dosdluqumuz olub_dosdluqun bitmə səbəbidə onun mənə yalan deməsi və mənim yox başqa qızın tərəfin tutması idi------xaiş edirem mene komek edin onunla necə barışa bilərəm??

Cavab:

Salam Səma xanım. Özünüz çıxış yolunu cümlələrinizdə qeyd etmisiniz artıq. Qürurumuzdan üzr istəmirik demisiniz. Ya qüruru seçib belə qalacaqsınız, ya da üzr istəməyi qürurdan saymayıb barışacaqsınız. Səhv kimdə olursa olsun, səhvi edən üzr istəməli, səhvini görməyənə isə izah edilməlidir.

leyla 2017-01-04

Salam hekim menim sacim ve qawim tokulur bu neden ola biler

Cavab:

Salam Leyla xanım. Saç və qaş tökülməsi stressdən ola bilər. Ancaq öncə tibbi heç bir probleminiz olmadığını dəqiqləşdirmək lazımdır. Daha sonra vəziyyəti psixoloji dəyərləndirmək olar.

Rafiq Mamedov 2017-01-04

salam hekim 21 yasim var rayonda yashayiram mene burdan mualice yaza bilersiz 5 aydi evden cole cixanda ureyim doyunur halim pislesir ama evde olanda hecne olmur burda hekim yanina getmisem mualice almisam xeyrin gormemisem hetta İrana da getmisem Cavad Vahbzadenin yanina Bakiya hal hazirda gelme imkanim yoxdu ele panik atak bakida tutdu meni ictimai yerde o vaxtan bu yana sagala bilmirem ne işe gede bilirem ne deki ictimai yerlere xaish edirem komeylik gosterin bilirem deyeceksiniz sizi gormeden resept yaza bilmerem ama ki burdaki hekimler gorub ne etdiler ki bos yere dermanlar qebul etmisem evvel birazda olsa gezirdim qorxu azda olsa var idi sora getdim hekimin yanina ele derman yazdiki sagolsun qebul edenden sonra hec yere cixa bilmedim mumkunse komeylik gosterin

Cavab:

Salam Rafiq bəy. Yolu İrana qədər uzatmaq lazım deyildi. Vəziyyətiniz psixolojidir. Mütləq şəkildə psixoloq müdaxiləsi lazımdır. Mesaj vasitəsilə heç bir psixoloji problem həll edilmir. Əgər elə olsa o zaman qəbul nəyə görədir? Vəziyyətinizi ciddi dəyərləndirin. Dəqiq diaqnoz üçün ən azından psixoloji müayinə lazımdır.

nisa 2017-01-03

duz bes ildir ki aile urmusam yoldasim hele mene xeyanet edir men cox eseblesirem ozumu ele ala bilmirem bilmirem ne edim stresden oza olum xahis edirem mene meslehet vererdiniz

Cavab:

Salan Nisə xanım. Xəyanət zamanı qadınlar adətən yoldaşının ona kiminlə xəyanət etdiyini maraq etməyidir. O insanın necə göründüyü ilə maraqlanmağı və s. Əgər belə maraqlar sizdə də olubsa, deməli özünüz barədə düşüncələriniz neytral yaxud aşağıdır. Yaxşı olardı ki, özünüzə zaman ayırın. Bütün bunlara diqqət eləmək sizi sadəcə yoracaq. Heç nəyi həll etməyəcək. Olan gücünüz də tükənəcək. Zaman verin özünüzə. Hər şeyə.

ulviyye 2017-01-03

Elnur muellim, men sizi lenkerandan müraciət edirəm. paytaxta sizden meslehet almaq ucun gelmek isteyirem, sizden ovladimla bagli kömək almaq istərdim,övladım heç kimlə (yoldaşları,bacıları ilə)yola gedə bilmir,sanki söz dinləmək istəmir.etmə dediyimiz halda eyni hərəkətləri təkrarlıyır,dava-dalaşa meyillidir bunun ucun kiminle ve ne vaxt elaqe saxliya bilerik,? muellime oldugum ucun cox xahis ederdim ki, senbe gunu goruse bilek.mümkünmü?

Cavab:

Salam Ülviyyə xanım. Allah saxlasın, siz qeydiyyat şöbə ilə əlaqə saxlayın sizə və qrafikə uyğun vaxta gün və saat təyin edilsin. 0552572700, 0124803629

Gulay 2017-01-02

Salam.Men bir sehv etmisem.Bunu deyede bilmerem. Bilerekden olmuyub.Ama basa dusende gec idi.Bu hereketimi unutmaq istiyirem,beynimden silmek istiyirem ne edimki unudum

Cavab:

Salam Gülay xanım. Öncəliklə bu səhvin nə olduğunu bilməliyik. Bu bizə görə yox sizə görə lazımdır. Siz onu dilə gətirə bilmədikcə, ondan qaçdıqca əvvəlkindən ikiqat daha da onu xatırlayacaqsınız. Əgər bu sizdə sıxıntı yaradırsa, psixoloqla görüşün. Söhbət anonim olaraq davam edəcəyindən hardasa rahat ola bilərsiniz.

Rena 2017-01-02

salam Elnur bey.yoldawim 2-3 ay bir qadinla daniwdi men de bunu bildim. adinda yoldasiyla bariwdi ayrildi bununla, ama yene yaziwilar, men ne edim ki onunla elaqesini kessin.onu unutsun. meni istesin.. indiden cox sagolun

Cavab:

Salam Rəna xanım. Yaxşı olardı ki, bunlarla əsəbinizi yormayın. Bu yaşda bir adam ailəsini dərk etmirsə, siz onunla danışaraq, dalaşaraq bunu izah edə bilməyəcəksiniz. Hər şey insanın özündən asılıdır. Etməli olduğunuz bir müddət bu fikirlərdən uzaq dayanın, zamana buraxın deməyəcəm. Bu zaman ərəfəsində çoxdandı ertələdiyiniz özünüzlə məşğul olun. bu qədər sualın içində özünüzdən uzaqlaşmısınız. Qoyun onun özü dərk eləsin. Siz isə özünüzə zaman ayırın. Münasibətlərə aid edilə biləcək ən gözəl söz bəlkə də "qaçan qovalanar" kəlməsidir.

Metleb 2016-12-31

Salam men yuxusuzluqdan eziyet cekirem derman atıram xeyri yoxdu ne meslehet verebilersiz?

Cavab:

Salam Mətləb bəy. Yuxusuzluğun səbəbini bilmək lazımdır. Əgər əsəb gərginliklə bağlıdırsa, əsəblər oyaqdırsa, ona dərman kömək etməyə bilər.

jale 2016-12-30

salam .menim erim mene xeyanet edib men ozumu cox pis hiss edirem 11 illk birlikde surduyumuz heyatdan sonra . men ozume gele bilmirem . en pisi odurki men ele hiss ediremki o buna son vermiyib . mene kimek edin men ne ede bilerem

Cavab:

Salam Jalə xanım. Bu güvənsizlik duyğusu və şübhələrdən qurtulmaq üçün psixoloji rahatlığa ehtiyacınız var. Yaxşı olardı ki, hal-hazırda münasibətin necə olmasına köklənəsiniz. Yox əgər şübhələr yenə sizə imkan vermirsə, dəstək almağınızda fayda var.

Niyazi 2016-12-30

Salam hekim sosial fobiyadan qurtulmanın yolları nelerdi

Cavab:

Salam Niyazi müəllim. Bu kimi narahatlıqlar üçün psixoloji müdaxilə şərtdir. Yoxsa internetdə də qurtulma yolları qeyd edilib. Amma təəssüf ki, psixoloji narahatlıqlarda belə yazı yaxud mesajla problem həll edilə bilmir. Vəziyyətinizi ciddi dəyərləndirin və ondan qurtulun.

marina 2016-12-30

Salam hekim.men bir ara panik atak kimi kecirirdim.sonra bu mende depresiyaya cevrildi.butun gun beynimde pis seyler dusunurem qolum quruyub sinem agriyib yandirir.birden agli.a gelir ki men yoldadimi sevmirem.aramizda hec bir anlasilmazlqiq yoxdur.bu fikir gelende ureyim bulanir qolum quruyur.basima istilik gekir.qorxuram.bu psixoloji durumdu?

Cavab:

Salam Marina xanım. Panik Atakınızın keçdiyini düşünmürəm. Bu artıq fiziki ağrılara çevrilib. Bu kimi hallar üçün mütləq psixoloq müdaxiləsi lazımdır. Psixoloji çox nüans var. Ola bilər yaranma səbəbi qeyd etdiyiniz ailə vəziyyəti ilə bağlı olsun.

sevgi 2016-12-29

Salam Elnur hekim..hekim sevgilim mene nedense yalan Deyir bir hefteden artiqdi mene ne zey vurur nedeki mesaj yazir mene dostunun telefonuynan yazdiki telefonumu satmisam pul lazim idi kursa ona göre satmisam imkan olduqca burdan yazaram bacisina dedim niye satib telini dedi yalan deyir menede ele dedi ama dostu deyirki qirilib telefonu özü ele.deyir başa dusmurem ki onu buna ne mecbur eliyirki yalan deyir özüde bu.hadise keçen ilde başverdi telefonu qirilmsdi hheqiqetende hemde cox qisqanc insandi yani meni cox sevdiyinu dedi bağışla dedi sene yaxsi sevgili olmaddim dedi ona göre qisqancdiki ne qeder imkansizda olsa oğlan qismi ya kiminse telefonuy.an yazmaz bir defede bele olanda demişti istemirem nomren kimdese qala niye yalan dediyini.bilmirem indide nomresine yaziram ama bir xeber yoxdu bacisida dedi mene dunen bir kelme yazib salam vessalam sizce ne etmeliyem

Cavab:

Salam xanım. Əgər yalan dediyini düşünürsünüzsə, çox üstünə getməyin. Çünki dediyi yalan əlaqəni dayandırır. Bəlkə də müvəqqəti bunu istəyir. İcazə verin bir az dinc qalsın. İmkansızlıq dediniz ola bilər telefon qırıldığından düzəltdirə bilməsin qürur edir, ona görə də çox araşdırmayın sual verməyin. Bu onu rahatlatmaz, daha da qıcıqlandıra bilər. 

Jalə 2016-12-29

Salam. menim 17 yasim var ve men biliremki depressiyadayam bu il bas verir. Men kecmisde yasadiqlarimi unuda bilmirem icime qapaniq biriyem derdimi anama,bacima deye bilmirem ve kecmisde yasadigim pis gunler geceler yadima dusur agliyiram yaxsi weyler dusune bilmirem daha.hec neden zovq almiram,hec yere getmek istemirem qoysalar evde yataram axsama kimi. Ve mende esebilik var. Mende birden bire ureyimin doyuntusu artir,tez tez nefes aliram,danisa bilmirem o an ellerim ayaqlarim yigilir,elerime agri verir istilik gelir bedenime titreme gelir ellerm ele donub qalir o anda qanim yaxsi islemir deyiller esebdende mualice elemisem edirem duzelmir heleki.kefsizem xowbext ola bilmirem,olmek bele istemisem,aglima pis fikirler gelir. kecmisi unudmamaq mende coxdan var. xais yazin

Cavab:

Salam Jalə xanım. Bu hal nədən sonra yaranıb, nə qədər müddətdir davam edir araşdırmaq lazımdır. Əgər bir psixoloq dəstəyi almamısınızsa, müayinə üçün mütləq müraciət edin. Ancaq o zaman dəqiq diaqnoz qoyula bilər. 

Adil 2016-12-28

Salam doktor xais edirem cvb yazın yuxusuzluqdan eziyet cekirem ele bil kimse alnimin on terefini bir iple sıxıb ele bir gerginniyim var ne qeder dava derman eledim getmedi psixiatra getdim getmedi uzun muddetdi eziyet cekirem eger yuxum duzelebilerse bele bir halla qarsilasmisinizsa gelim yanınıza sebebi ne ola biler cox sagolun

Cavab:

Salam Adil bəy. Vəziyyətiniz psixoloji ola bilər. Bəzən pasiyentin özündə psixoloji olaraq bu kimi ağrıları yaratdığının şahidi oluruq. Psixiatrdan əlavə mütəmadi olaraq psixoloq qəbulu lazımdır. 0552572700 0124803629 əlaqə saxlayın

Hikmet 2016-12-28

Salam hekim men psixiatr mualicesi almışam 2ile yaxin antidepresant ve neyroleptik istifade etmisem bunların elave tesirleri varmi coxmu mes.rispolept(neyroleptik) qebul etmisem 3ay bu kimi dermanların olum qorxusu urek pozgunlugu ve basqa yan tesir verme kimi ehtimalı varmi bunu bilmek isdiyirdim cox saolun

Cavab:

Salam Hikmət bəy. Bu barədə psixiatrınızla, məsləhət etməyiniz doğrudur. Ancaq hipoxondriksinizsə, belə bir düşüncəni yarada bilərsiniz ki, bu dərmanı içdim məndə bu narahatlıq yarandı. Yenə də psixoloji müayinə daha yaxşı olardı

Esmira 2016-12-28

Salam Elnur bey. Menim 2 yasinda oglum var cox esebidir ve cox agliyir neyse istiyir vermeyende cox agliyir evdekilerde ona agresiv qarsiliq verirler ve buda meni cox eseblesdirir ne edeceyimi bilmirem imkanim olmadigiucun pedaqoqa gede bilmirem xais bir cixis yolu deyin indiden tesekkurler

Cavab:

Salam Esmira xanım. Allah saxlasın. Ola bilər ki, hamiləliyiniz ağır keçib, bu da uşağa təsir edib. O dərk eləmir bu cür davranış göstərir, bunun sizi əsəbləşdirməyi heç nəyi həll etməz. Əsəblərinizi bir kənara qoyun, uşaqla səbrli davranın. Əgər bir şeyi istəyir vermirsinizsə, bu da ona təsir edirsə, deməli vermədiyiniz zaman davranışınızı dəyişməlisiniz. Ona yoxu başqa cür deməlisiniz. Çoxlu izahatlar verin. Ona maraqlı gələcək nələrləsə onu tanış edin. Barəsində danışın izah edin. Düzəlməzsə, uşaq psixoloquna müraciət etməyiniz lazımdır.

yuksel 2016-12-28

salam hekim baqiwliyin sizi narahat edirem men 3 aydir halsizam ozmu cox halsiz his edirem axwam olanda saat 8 ya 10 olan kimi yuxum qelir yatiram ama seher 4 ya 5 de oynayiram yuxum qelir ama yata bilmirem saat seher 7 ya 8de yeniden yatiram ve cox weyleri beynime saliram fikir direm duwunurem evveler mende bele hallar olmurdu 3 aydir beleyem cox stres kcirdirem bilmirem hekim neden olar bunlar

Cavab:

Salam. Nədən sonra bu hal sizdə baş verib? Günlük rejiminiz olmalıdır. Ləng həyat tərzindən uzaq dayanın. Əgər bunlar çarə etməsə psixoloqa müraciət edin.

nuyverov ramin 2016-12-27

hekim salam menim canimda cox qorxu ve sixinti var harasa tek getmeye qorxuram ele bilirem nese olacaq her yere anamla ve bacimla gedirem tek gede bilmirem hamama girirem cimib qurtaranakimi ozumu sixib saxlayiramki nese olacaq asib dusecem uzumu telas edende ozumu sixib saxlayiramki nese olacaq yarimciq qalacam harda olur olsun elebil oz ozumu ezelelerimi sixib saxlayiram guyaki mene nese olacaq ozumu sixmaqla ozumu qoruyuram tesekur edirem birde sizin qebulunuzda olmaq ucun sizin elaqe nomrenizi isterdim http://www.google.com/m/search?client=ms-samsung&channel=mm

Cavab:

Salam Ramin bəy. Sizdə fobik pozuntudur. Əlaqə və qeydiyyat üçün 0552572700 0124803629 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

ramin 2016 28 12 2016-12-27

salam hekim size zeng vursam telefonu acarsiniz

Cavab:

Salam Ramin bəy. 0552572700 nömrəsi ilə əlaqə saxlayın

Ferrux 2016-12-26

Mende panik atak var faleza plazada seanslara gelirem umudum boyukdu.insallah sagalaram.Elnur muellim Allah size can sagligi versin.qebulunuzda oldum cox gozel insansiniz

Cavab:

Salam Fərrux bəy. Çox təşəkkür edirəm. İnşallah bəhrəsini də görəcəyik.

Inci. 2016-12-25

salam hekim. Xahis edirem cavab veresiniz. Men gece yuxuda gordum ki mene deyirler ki sen 3-4 gune onsuzda oleceksen.o uc dort gun men neler cekdim bir Allah bilir her ozumde deyisiklik olan kimi ele bilirdim olecem ya gozum qaralib yixilacam cox qorxu kecirdim ve sonra urek tereimde agrilar oldu hekime getdim hec bir wey cixmadi sadece dedi sinirdi cox qorxdum indide cox qorxaq olmusam bir sey olan kimi ele bilirem neyse olacaq olecem. Ya biraz eseblesen kimi ozumu pis hiss edirem ele bilirem basim pozulacaq deli olacam ve yaxud olecem tez ozumu ele aliram qorxumdan iki balam var komek edin ne etmeliyem. Usaqlar yaxin durandada eseblesirem ozumu cilovlaya bilmirem xahis edirem cavab veresiniz coox xahis edirem evvelceden tesekkurler.

Cavab:

Salam İnci xanım. Ölüm qorxusu bir çox pasiyentlərimizin yaşadığı narahatlıqlardan biridir. Səbəbi də bəllidirsə, bərpası da o qədər asan olacaqdır. Etməli olduğunuz isə psixoloq dəstəyi almaqdır. Əlaqə saxlaya bilərsiniz. 0552572700 0124803629

Elnare 2016-12-25

Salam .menim oglumun 7 yasi var.neyse xosuna gelmeyen bir sey oldugunda agliyir .balaca baci qardasi ile dalasir yene agliyir.xais edirem bir meslehet veresiz.tewekkur.

Cavab:

Salam Elnarə xanım. Allah saxlasın oğlunuzu. Bu kimi hallar üçün uşaq psixoloquna müraciət etməyiniz daha doğru olardı. Mümkünsə hətta müayinəyə aparın. Görünür həssas uşaqdır və bu aqressiyaya çevrilir. Uşaq psixoloqu məsləhətləşin ehtiyac gələrsə terapiyadan keçirin. 0552532700 

aygül 2016-12-25

Salam menim qızmın 6 yaşı var psixolojı prablemimiz var sizinle vatwapla elaqe saxlamaxq isteyirem yanınıza gelkek isteyirik ama ilk önce sizinle danışmaq istelirik zehmet olmasa sizinle nece elaqe yarada bilerik çox ehdiyacimız var sızınle danışmaqa burda yazmaq istemırem

Cavab:

Salam Aygül xanım. 0552572700 nömrəsi ilə əlaqə saxlayın.

aygül 2016-12-25

Size yalvarıram size gürcüstandan yazıram burda psixoloqa yazdı hekım ama qızım gürcü rus dili bilmediyim üçün aparajam bilmirik deyirler gerek uşaqın özü ünsiyetde ola psixoloqla tek çarem sizsiniz selinde men narınc xanımlar yazmaqa isteyirdim tapa bilmedim onunla danışsam daha yaxşı daha açıq danışaram tek ümıdim sizden gelen cavab olacaq ablam günden güne gözümün qabaqınde zülüm zekir menseli heçne eden bilmirem

Cavab:

Salam Aygül xanım. O yaşda uşaq uşaq psixoloquna müraciət edərsə, daha doğru olar. Bizimlə əlaqə saxlayın sizi yönləndirək. 0552572700 yaxud Narınc uşaq psixologiya mərkəzinin nömrəsi 0552532700

aysel 2016-12-25

salam axsaminiz xeyir menim16 yasim var menim pisxolajiam pozub ve derderim gec basa dusurem ve nervilerim pozulub ve birdeki danisarken tez tez danisiram bu nededn ola bilerem xays edirem sualimi cvb yazin cunki buna ehtiyacim va herseyi fikrilesirem en balaca birseyde menim diqqetimi cekir ne etmliyem

Cavab:

Salam Aysel xanım. Daha dəqiq diaqnoz üçün psixoloq müayinəsi şərtdir. OKP fonundakı narahatlığa bənzəyir. İnsanların sizi hər an dinləməyəcəkləri düşüncəsi sizin tez-tez danışmağınıza səbəb ola bilər. Yaxud da başqa bir səbəb. Çalışın terapiyadan keçəsiniz.

Karadeniz 2016-12-24

Salam menim bashim chatmir sanki men bunu hiss edirem yolnan gedende addimimi duz at bilmirem awiram heckimle unsuiyyet qura bilmirem bu mene iwlemeyede mene olur buna gore hec ne qeder iwlerden atkaz getmiwem sanki deyim necedir beyinle rabite elaqesi yoxdur mesel ucun dayanim uje yeriye bilmirem bashimda fikirlewiremki dayanma hereket ele ondan sonra yeriye bilirem gec qavriyir beyinle beden bir birini xahiw edirem bu ne beladir duwmuwem bu hadiseden yarandi mende bele sheylere hetta dostlarimda deyirki elnur sene ne ise olub ele bil deli olmusan 22 yahsim var 16-yashimdan 20 yashima kimi saysiz hesabsiz texmini 50 ye yaxin ayri-ayri qizlarla cinsi elaqede bunsan sonra aids haqqinda oxudum qorxdum bu qorxdan cox qorxdun bundan sonra heckimlerden 2 il erzinde davamsiz hiv analizinden kecdim 6 aydan bir hecne cixmadi bu analizlerden sonra o qorxu getsede indi sanki basim iwlemir bu ne xestelikdir adin deyim bilim xahiw edieem nece sagala biler

Cavab:

Salam Elnur bəy. Həyəcan-təşviş pozuntusu ilə bərabər hipoxondriya ola bilər. Bu qorxu yaranandan sonra cinsi əlaqə olmayıbsa, qorxmağınız heç bir əsası yoxdur. Ancaq bu kimi narahat fikirlər və dəqiq diaqnoz üçün psixoloji müayinə və terapiya şərtdir. Əlaqə saxlayın: 0552572700 0124803629

anonim 2016-12-24

Salam hekim. 25yawim var(qadin,subay). Defelerle yazmaq istemiwem ama alinmiyib. Twk edirem yaratdiginiz weraitden otru. Hekim, problemimi nece izah eliyim bilmirem. May ayindan etibaren bawladi mende. Ureyim narahat oldu. Cox agri vardi. Tecili yardim cagirdiq kardeqramma olundum. Hecne cixmadi. Ele bilirdim infakt kecirdirem. Agrikesi vuruldu. Axwamterefi tv de qeribe proqram verilirdi.kimdense daniwilirdi ki ruhi saglamligini itirib ve coxlu qetller toredib. Hekim, bir Allah bilir o anda ki qorxumu. Ozum ozumden qorxdum. Sanki istemeden sevdiklerime etrafima zerer vererem kimi. Elebildim deli oluram. Bu mende iki hefteye kimi guclu davam eledi. Sonra depresiya. Tamamile menevi cehetden ölüydum. Ama caliwdigim qeder ozum ozumu qaldirmaga caliwirdim. Bawimi qatmaga nese iw gormeye. Wukurler olsun ki kecdi. 7ay kecib.Arada ele bilirdim deli oluram. Ama guclu olmasa da Icimde cox qeribe qorxu var. Sebebsiz filan.(deyim ki olum qorxusu fobiya deyil. Hissdi sadece) Dehwetli derecede deyil ama meni narahat edir. Qorxudumu heyacandimi narahatliqdimi ozum de ayird ede bilmirem. Imtahan vxtlarinda olurdu mende rahat otura bilmirdim ki ders qaldi. Sanki nese bucur narahatciliq yumgul qorxu. Hekim biz uc uwagiq ailede. Kecmiwe qayidib daniwsam cox cetin uwaqligimiz olub. Doyulmuwuk soyulmuwuk. Anamizin atamiz terefinnen doyulmesini, her gun soyulmesinin wahidi olmuwuq. Guclu qorxular olub. Daha sonra bowandilar. Cetin gunler bawladi. Ama wukurler olsun ki anam bizi oxutdu. Ucumuzde ali tehsil verdi. Mende ureyimle bagli ilk wikayetim deyil. 13yawlarimda da eyni cur oldum. Ureyimde hecne cixmadi. Daha sonra guclu olum qorxusu bawladi. Wukur ki boyudukce kecdi. Iwsizlik stress eseb uni.nj bitirdikden sora butun gun evde.ustune de refiqem tesadufen agir wekilde dunyasini deyiwdi. Neler yawadim Allah bilir.Agir depresiya bawladi . Mende absessiya yarandi (dini). Sonradan bildimki bu absessiyadi. Olmek istiyirdim. Wukurler olsun ki o da kecdi. Belke de kecmiyib her stresde ozunu bawqa terefden gosterir bilmirem. Birde hekim, Geleceye tamamile qeribe baxiram. Evlenmeye, aile qurmaga. Cox qorxuram. Atam kimidi kiwilerin hamisi deye duwunurem. Meni hecne inandira bilmir ki bir ata heqiqeten ovladini seve biler. Evlensem yxw ana olmaram deye duwunurem. Meslehetinizi xahiw eliyirem. Uzun uzadi yazib vaxtinizi aldigimcun, bawinizi agritdigimcun de uzr istiyirem..Allah sizi kimi gozel hekimleri qorusun. Sizin sesiniz, daniwiginiz insani rahatladir, terapi edir ele. Cox sag olun

Cavab:

Salam xanım. Öncəliklə dəyərləndirməniz üçün təşəkkür edirəm. Qayıdaq qeyd olunan problemə. Bu daha əvvəl ölüm qorxusu kimi özünü biruzə verib. Ancaq zamanında üzrəinə düşməmək, zamanla keçər dediyimiz şeylər bəzən həqiqətən zamanla keçir, ancaq sonradan başqa nələrləsə yenidən üzə çıxa bilir. Tam olaraq sizdəki, problemə diaqnoz qoymaq üçün əyani müayinə şərtdir. Bundan əlavə yəqin özünüz də qəbul edirsiniz ki, siz terapiyadan keçməlisiniz. Çalışın bu dəfə üzərinə düşün. Keçib getsə də sonradan yenidən üzə çıxır. Çünki mənəvi olaraq psixoloji cəhətdən həssaslıq var. O korreksiya olunmalıdır. Yoxsa elə hər eşidib, gördüyünüzün təsirinə düşəcəksiniz.

Natiq 2016-12-23

Salam hekim bir psixoloq mene onlinepsixoterapiya edir rayonda oldugum ucun 1ci seansi biraz yuksek tonla danisirmis kimi geldi mene biraz takıntılarım var o psixoloq haqda sizin kimi sakit terzde danismir bir terefden deyirem seansları saxlatsam hem aciga adami yaymazki ya da seansi legvetsem derdimi kime deyecem ama o psixoloqdan nese impuls alabilmedim sizin meslehetinizi bilmek isterdim onceden tesekkur

Cavab:

Salam Natiq bəy. Online terapiya üçün öncəliklə ilkin görüş vacibdir. Uzaq yoldan gələn pasiyentlərimiz də var. Əsası insan bir nəticə aldığını gördüyü zaman uzaq yol gözündə dayanmır. İlk görüş önəmlidir. Ən azından problemini əyani tanımaq və doğru terapiya üsulunu seçmək adına bu vacibdir. Çalışın bunu yerinə yetirəsiniz. Daha sonra isə uzaq yolunuz və s nəzərə alınıb ona uyğun həm də probleminizə yardım ola biləcək üsulu tapmaq olar.

Əgər nəticə almırsınızsa, bunu psixoloqunuza bildirməlisiniz. Gedişat barədə də onunla məsləhət edə bilərsiniz. 

Emil 2016-12-23

Salam Elnur bey men facede serbest status yazabilmirem o ne diyer bu ne diyer fikirlesirem buna gore sosial sebekelerden uzagam men ne edim cox saolun onceden

Cavab:

Salam Emil bəy. Düşünürəm ki, bu hal özünü təkcə facebookda status yazarkən göstərmir. Psixoloq dəstəyi almağınız şərtdir. Kompleks edirsiniz, sosial fobiyanız da ola bilər.

Natiq 2016-12-23

Bir de hekim psixoloqa desem ki sizin barede bele takıntılarim var pis basa duser? cavabınız ucun sagolun

Cavab:

Takıntılarınızın psixoloqa şəxsi olaraq olduğunu düşünmürəm. Bunu dəqiqləşdirin. Sadəcə ifadə edə bilərsiniz ki, sizdə takıntılar var bəzən hətta onda nəyəsə də takıntı edirsiniz.

Rauf 2016-12-23

salam doktor men nece edimki hamiyla yola gedim meselen bir tanis var idi bakida aptekde isleyirdi mene bir derman lazim idi rayonda yox idi ama onun aptekinde var idi bu dermani onnan istedim once mene 3azne demisdi ama 6azne satdi sonra zengeledim ona nalayiq sozler dedim eseblesmisdim ama sonra o mene yazdigi mesajlarla meni sehv cixarmaq isdiyirdi meni hedeleyirdiki gelcem rayona qabagima cixabilcesen?seni doyerem falan filan men de berk qorxdum dedim 3 -4 gun elimi ayagimi hisselemedim dedim oz ozume ne vaxtsa bakiya getsem qabagima cixib meni doymezki ele berk qorxdum atam da deyirdiki sozu demisen kecib gedib bura gelen deyil takma beynine mense rahatlasmaqcun ureyim narahat olmasin deyene yazdimki hemin o tanisa gel bu naraziligi unudaq o da hecne yazmadi hardasa 2ayin sohbetidi bele olaylarda cox qorxuram elim ayagim esir sonra dedim yani men sehv elemisem ?bu qeder gerginlik nedir hekim?xais edirem cavablandirin onceden minnetdaram

Cavab:

Salam Rauf bəy. Hərhalda bu cürə rəftarınız doğru deyil. Sizi məbləğ narahat edirsə, sizə 6 Azn deyildiyi zaman səbəbi soruşmağınız daha doğru olardı. Nəinki alıb sonra nəlayiq sözlər demək. Davranış pozuntusuna bənzəyir daha çox. Psixoloq dəstəyi almağınızda fayda var.

Arzu xanim. 2016-12-23

Doktor salam.Siz ne meslehet goterdiniz.Sizce o ne etmelidir.Yola getre bilsem caliwaram ki ozu size yazsin.Bilirsiniz cox cetin ve cixilmaz dirymdadir.Ona gore cox utanir .Ama men ona bawa salmaqa caliwiram ki heyatda hec bir kes hec neden siqortalanmayib yawadiqca her bir wey bawimuza gele biler.Sizce onu bu dirymdan cixarmax olar.Caliwaram ki mutleq ozu size yazib elaqe saxlasin.

Cavab:

Bir daha salam Arzu xanım. Dünən mesajınız cavablandırılıb. Bəli, onun özü bu terapiyaya gəlsə daha uğurlu olar.

Vahid 2016-12-23

Salam doktor men cox eziyet cekirem gundelik demek olar her gun cox olum qorxusu yasayiram ureyim narahat olur valideynlerime de desem de gorurem onlar da cox ciddiye almir men de qapali insanam depresiyada oldugumu o qeder buruze vermirem nece edim hekim atama da bu hali deyende eseblesirki deme bes men ne edim cox eziyet cekirem fesadlari olabilermi hekim onceden sagolun

Cavab:

Salam Vahid bəy. Vəziyyətiniz psixolojidir. Bir psixoloqa müraciət etməyiniz müayinədən keçməyiniz şərtdir.

Aytac 2016-12-23

salam. men 2 ildi evliyem, yoldawimla qisqancliq ustunde dalawirdiq. indide bir qiza awiq olub qizda bunu istemir. mene de deyir sen eledin qaw qabaq eledin, qisqancliq eledin. xaiw edurem mene bir meslehet deyin nece onu geri ozume qaytarim. nece eliyim o qadini yox meni istesin. mene deyir isteyirsen doz, istemirsen bowan. bir oglumuzda var 7 ayliq. men ne edim??

Cavab:

Salam Aytac xanım. Belə halda yaxşı olardı ki, reaksiyasız qalasınız. Sanki sizə heç bir fərqi yoxmuş kimi, sanki onun sevgisinə ehtiyacınız yoxmuş kimi. Ancaq ona qarşı aqressiv saymazyana olmayın. Normal münasibət davam etsin, ancaq sanki bu şey heç yaşanmayıb hər şey, münasibətiniz yolundaymış kimi davranın. Əgər sizi qıcıqlandırarsa, gülümsəyin, gərginsən yəqin deyin. Səbəbi bildiyinizi bildirməyin. Başqa nələrəsə bağlayın. Əsası isə özünüzlə məşğul olun. Oğlunuzla bərabər gəzintiyə çıxın. Onun da gəlib gəlmək istəmədiyini soruşun. Cavab nə olarsa olsun, siz gedin gəzin.

Leyla 2016-12-23

Salam.men ailə qurandan qaynanam her seye qosulur.imkan vermir yoldasim ve men serbest yasayaq.2 ildi eseb xestesi olmusam yoldasimi doldurur meni doydurtdurur.o olmuyanda cox mehriban oluruq.men neyneye bilerem.hetta bosanmaq bele istemisem.sadece 1 usagim var.ona gore dozurem.ama artiq canim xeste dusub

Cavab:

Salam Leyla xanım. Müəyyən nələrsə təşkil edin. Məsələn bir gəzinti, bu dəfə özünüz təklif verin ki, qaynanız da sizlə gəlsin. Gələn dəfə isə bəlkə bu dəfə tək harasa gedək təklifini edin. Yenə sizlə gələrsə, daha əvvəl sizlə gəldiyindəki rəftarı göstərin. Çalışın onun sizin işinizə qarışdığını unudasınız.

feride 2016-12-23

Salam doktor. men 5 ay olarki sevgilimnen ayrilmisam demek olarki sebebsiz ayrildik ve oda sanki ele bunu istirmis kimi hec vecinede olmadi. ama men bu 4-5 ay o qeder oz ozume danismisamki artik yorulmusam onnan gorusmeyi qerar verdim. ozozumnen beynimde daniwdiqlarimi ona verecem suallarimi verib cavab almaq istirem belke rahatliyaram. onun ucun darixmiram ele birsey yoxdu sadece beynimdeki suallar yorur meni. hecne ede bilmirem hersey onu xatirladir ardincada nie bele oldu nie bele eledi nece rahat yasiya bilir ve.s kimi suallar gelir. sizce duz elirem? yoxsa hec deymez?

Cavab:

Salam Fəridə xanım. Adətən bu yenidən görüşmə istəyi şüuraltı olaraq onu yenidən görmə bəhanəsidir. Suallara görə görüşmək cavab almaq sadəcə dildədir. Çalışın belə şeyə əsas görməyin. Siz o cavabları alsanız da, almasanız da ortada qəbul etməli olduğunuz bir gerçək var ki, siz artıq ayrılmısınız. Özünüzə zaman verin və bu zaman ərəfəsində yenidən onunla görüşmə ehtimalları yaratmayın.

ARZU 2016-12-22

salam insan bir basqasina xeyanetine ve etinasizligina cavab olaraq xeyanet edib digerine urekden baglana biler?

Cavab:

Salam Arzu xanım. Əgər bu hal artıq baş veribsə, deməli ola bilər. Ancaq doğru olub olmadığı sual altındadır.

Arzu xanim 2016-12-22

salam doktor.Men biraz uzun yazacam ki her wey size aydin olsun..Men yaxin bir refiqemin kecirdoyo stresderi gorub natahat oluram.Refiqem aulelidir ovladlari var amma 2002 den ber oz toldawi ile elaqesi yoxdu baxmayarax ki bir evde yawayirlar.Aralarinda olan davalardan ireli gelen bir weydir ki bir birlerine nifretleri var.Ama uwaqlarun xatrine bur yetde yawayirlar.Refiqem 2002 den beri hec bir yaxinlixumuz yoxdur deyir.Ama yoldaeinin qadini olduqunuda bilir .Cunki ona nifteti olduqundan vecinede deyil deyir.Refiqem ise 2006 biri ile tanue olub .2009 dan ise onla elaqede olub infiyedek.elaqelru var oqlan subaydir.Refuqem onu oda refuqemu cix isreyir.Bir birinden ayri qala bilmirler.Son vaxtlar refiqem duwunur ki onada aile lazimdi oqlana uwaq lazimdi her gun bu fikrleri ona deyir.Ama ozude cox eseb kecirir ki ayirila bilerler.Ama ozunu onsuzda tesevur etmir.Her gun aqlayir.esebleti tarima cekilib.Esebini her kesden cixartmaqa caliwir hec kimi gozu gormur.Ama oqlanda ondan el cekmek istemir.Bu ozu isteyir ki oqlan aile qursun yawi otur.Uwaqlari olsun.OZUNE CETIN OLDADA BUNA CALIWIR.Ama ne edeceyini bilmir.Meslehetinize ehtiyacimiz var.Qadina cox yaziqim gelir ozunu onsuzda tesevur etmir.O olmadan yaeaya bilmerem deyir.Bir gun dansmayanda o nelert yawayir aqlayir hamiya aqresiyali hereketini bele bilmir.Oqlansa onu hix sevdiyini deyir hec vax t onu atmayacaqini deyir.Sadece deyir ki problemim var iwim cox olduqundan seni yiqa bilmitem.Qadinsa onu baea duwmek istemir .Qadinda aqlayir yuxusuz qalir yata bilmir fikri ancax onun yaninda olur..Bize bir yol gosterin.Ne edek bu situatsiyadan cixsin o.Xaiw edrem mutleq cavablandirasiniz.

Cavab:

Salam Arzu xanım. Öncəliklə müraciəti pasiyent özü edərsə, daha doğru olar. Nəinki yazmaq buna görə əyani psixoloji müayinədən keçmək lazımdır. Danışılması və müəyyən edilməsi lazım olan çox şey var. Ən birinci problem isə evlilikdən başlayır. Ancaq hərəsi eyni yaşayaraq özünə başqa həyat qurmağa çalışır. Şaxə çox olduqca doğru yola bir o qədər də gec gəlinəcəkdir. Nə etməli olduğunuzu siz özünüz də yaxşı bilirsiniz. Hər şey yarımçıqdır, biri olmalıdır və tam olmalıdır. Bunu edəcək güc yoxdursa, əsəblər bunu qaldırmırsa psixoloji dəstək şərtdir.

Banu 2016-12-22

Salam doktor.... Menim qonsunun ogluyunan yaxsi bir munasibetim var, sevgili deilik hec dostda deilik bilmirem ne ad verim munasibetimize, ama meni cox istediyin ve beyendiyin deir sadece men cox yaxin buraxa bilmirem cunki bir yaw menden kicikdir ve anasiynanda aramiz cox yaxsidi biliremki oglundan balaca bir qiz istemir xoslamir bele bir seyi... bu sebebden oglanida uzaq tuturam deye arada soyuqluq olur oda uzaqlasir menden.. ama mende istiyerdim alinsin sadece valdeyinlere gore addim ata bilmire.

Cavab:

Salam Banu xanım. Burada psixoloji nüans yoxdur. Sadəcə özünüzü çarəsiz hiss edirsiniz. Sevgili münasibəti yoxdur və sizi bəyənən biri ilə mütləq sevgili olmalısınız deyə bir qayda da yoxdur. Çevrəniz sizi sevən, sizin sevdikləriniz insanlardan ibarət ola bilər. bu da onlardan biridir. Mütləq ad qoymağa çalışmayın.

Abbas 2016-12-21

Salam dostumum udquna bilmir nefesi tutulur su icir yaxsi olur.birde baxdim bogazina ilceyi gorunmurdi.bu neden ola biler

Cavab:

Salam Abbas bəy. Öncəliklə tibbi olaraq yoxlanışdan keçməlidir. Tibbi heç bir problem görülməzsə, psixoloqa müraciət etməyiniz lazımdır.

Mehun 2016-12-21

Doktor hardasa 7ay olar bax beleyem. belkede uzun muddetli munasibetin sonrasi bele olur ama artik heckimnen munasibet qura bilmirem eks cinsin numayendelerine qarsi cox guvensiliyim var. hamisi eynidi artik menimcun... bulari derd elemirem hersey sevgili demek deil. ama beynimdeki bu danismalar bitmir seherler kefsiz dururam yuxularim yaxsi olmur belkede onnandi insanlarin vecsizliyin anliya bilmirem belkede odu qalib ama coxda basinizi agritmaq istemire. iwde filan basim qarisir ama rahatlasmaq istirem sadece xosbext olmaq istirem=( sevdiyim insanlar menide sevsin istirem sozde yox bunu hiss elemek istirem ama=(

Cavab:

Mehin xanım adətən ayrılıq sonrası bunlar görülə bilən bir vəziyyətdir. Ancaq müddət artıq 6 aydan çoxdursa, vəziyyəti ciddi qəbul etmək lazımdır. Bir mütəxəssis yardımı almağınız lazımdır. Tək aşa bilmədiyiniz hər psixoloji vəziyyət üçün psixoloq yardımı şərtdir. Əlaqə saxlayın bizimlə: 0552572700 0124803629

nesir 2016-12-21

salam Elnur hekim. menim bir dostum var 4 ile yaxindiki agir metal musiqisine qulaq asir . men onun qulaq asdigi mahnilari esidendende ozumu pis hiss eliyirem hemcinin de basqalari. amma o bu musiqiden zovq alir deyil esl musiqi bele olmalidi. uje psixikasi da pozulub, agressiv olub, qorxulu yuxular gorur ve diyir ki bu yuxulari bir gun gormuyende darixdirici olur. onu da qeyd eliyim ki o bu musiqiye psixoloji sarsintilardan sonra (nisanlisinin xeyaneti, dayisinin anasini doymesi ve s.) oldu. ona diyirem get psixiatr yanina mualice ol mene diyir menim isime qarisma senlik deyil. bir gun yuz faiz onu qebuluvuza getirecem, amma hekim bu pozuntu duzeler? sag olun. minnetdaram

Cavab:

Salam Nəsir bəy. Əgər qeyd etdiyiniz kimi bütün bunlar onun psixoloji sarsıntılarından sonra başlayıbsa, mütləq şəkildə psixoloq müdaxiləsi lazımdır. Əsası isə terapiyanı özü də istəməlidir. Doğrudur, çətini bura gələnə kimidir. Adətən pasiyent gəlmək istəmədiyini desə də, bir qədər yüngüllləşdiyini hiss edib gəlməyə davam edir və terapiya uğurlu olur. Hər halda bunun üçün ilk müayinə şərtdir. Zamanla isə aradan qalxa bilən haldır.

Nihat 2016-12-21

Salam hekim bagishlayin narahat edirem..hekim mende urek doyuntuleri tez tez bogulurmusham kimi olmag her deqiqe oleceyimi dushunurem fikirli kehvsiz oluram sinemde kureyimde keskin agrilar alishib yanma titreme olur..ama kardioloqa gedmishem ureyimde hech bir problem olmadigini deyib..bu qeder agri sixinti ve bu narahatliq qorxulu bir haldirmi??bundan nece qurtulum??hekim evvelceden cavab ve meslehet uchun chox sag olun teshekkurler

Cavab:

Salam Nihat bəy. Bu müraciətinizi daha əvvəl də cavablandırmışdıq. Tibbi olaraq heç bir problem yoxdursa, vəziyyət psixolojidir. Və bunun adı panik atakdır. Daha dəqiq diaqnoz və müalicə üçün vaxt itirmədən müraciət edin. 0552572700 0124803629

aydan 2016-12-21

Salam doktor.Menim 21 yasim var.Sevdiyim insan var idi.Amma qarsiliqsiz sevgi idi.Mene dozulmez tehqirler etdi.Aylarla eziyyet cekdim.Helede cekirem.Sen meni maraqlandirmirsan dedi.Amma indi telefonla meni axtarir.Evimizin yanina gelir.Deyende deyir men deyilem meni maraqlandirmirsan.Xahis edirem komek edin.Tesekkurler

Cavab:

Salam Aydan xanım. Sizə həmin adam lazımdırmı? İnsan birini acılamaqda limitsizdir. O haqqı özündə görürsə, pərdə bir dəfə götürülürsə, hər istədiyində qarşısındakı ona layiq oldu olmadı onu əzirsə, bunun təkrarlanmayacağını kimsə deyə bilməz. Əgər dediyi bir kəlmə sizin üçün dözülməzdirsə, başdan yaxına da qoymayın.

Aygün 2016-12-21

Salam Elnur bey. Axir vaxtlar menim aglima qeribe fikirler gelir. Herden evde tek olanda fikirlesirem belke insanlar yox olublar, yada men bu dunyada hemise tek olmusam. Tez özümü atiram pencereye kimise gorende sakitlesiremki insanlar var. Bezen yuxudan ayilib bele oluram. Ureyimin doyuntusunu ozum de esidirem, nefesim kesilir. Bezen deyirem hec belke bu insanlar movcud deyil sadece gozume gorunurler. Dunyada insan yoxdu. Tek menim dunyam var, insanlar da mene gore var. Bu fikirler aglima gelende deli oluram. Neyden olur bu?

Cavab:

Salam Aygün xanım. Neçə yaşınız var, bunlar nə zamandan, nədən sonra sizdə görünməyə başlayıb hər biri nəzərə alınması lazım olan bir vəziyyətdir. Əsası psixoloji dəstək almalısınız.

ilahe 2016-12-21

salam Elnur muellim sizden xahis edirem sualimi cavablandirim menim qizimin 4 yasi var danisib cumle qurmur butun muailiceleri eletdirmisik ancaq efekti yoxdu lakapet kursunuada qoydum yayin 3ayini getdi ancaq dunen baqazini uzi eletdirdikki zobu var az miqdarda bilmek isderdimki bunun danismamasinin sebebi bundandimi birde xahis edirem cavablandirin sualimi mualiceyle tez saqalan xesdelikdimi yeni qizim danisa bilecekmi?

Cavab:

Salam İlahə xanım. Allah saxlasın qızınızı. Bu barədə həkimi ilə məsləhətləşin. Ola bilir bəzən zob buna mane olsun. Ancaq onunla tez-tez ünsiyyət qurun. Səbrli olun onunla ünsiyyət qurmağa çalışın. Bilgi bazasını artırın. Eyni zamanda bütün bu proseslərdə uşaq psixoloqu da vəziyyətə müşahidə edərsə daha yaxşı olar. Davamlı olaraq psixoloq müşahidəsində olun. 

Aynur 2016-12-20

Salam yoldaşımla aramda tez tez söz söhbət düşür.Heçnədən evdə qırğın çıxır.O mənim valideynlərimi tez tez təhqir edir .Həmişə valideynlərimdə nəsə səhf tapmağa çalışır və mən onların tərəfin saxlayanda əsəbləşir.10 ildi beləyik ailədə artıq bezmişəm ,mənə özümə görə hörmət qoymur .Onun dediklərini qəbul edə bilmirəm ,mənim atam anam çox yaxşı insanlardı onlara olan hörmətsizliyə dözə bilmirəm ona görədə evdə hey davadır .Mən nə edimki ailədə xoşbəxt olaq?

Cavab:

Salam Aynur xanım. 10 ildir bu belə davam edirsə, o zaman sizi niyə indi daha çox narahat etməyə başlayıb? Kəskinləşən nəsə varmı? Onunla söhbət etməli idiniz və söyüşlərinə heç bir reaksiya verməməlisiniz. Böyük ehtimalla onun sizin ailənizlə bir problemi yoxdur, problem sizinlə bağlıdır. Ailə psixoloquna görünməyinizdə fayda var.

vusale 2016-12-20

salam hekim. men cox pis veziyyetdeyem stres icerisindeyem yoldasim anasina her hefte sonu pul gonderir qaynanamda 3 gune pulu qurtarir . Deyendede men pis oluram pisliyir meni. Dusunmurki oglu eziyyet cekir o pulu qazanana kimi ne meslehet bilerdiz.xais cavablandirin .

Cavab:

Salam Vüsalə xanım. Pulu qazanan yoldaşınızdır, tez xərcləyən də öz anası. Bu qədər diqqət etməyin, izin verin çətinlik olacaqsa, olsun. Sizin deməyinizdən əlavə bunu həm də görsünlər.

Mehin 2016-12-19

Salam doktor kecmisimle vidalasawa bilmire.. herdeq nelerse yadima dusur oz ozume daniwiram. unutmaq istediyim insalar var ama alinmir. sevdiyim maxnilara dinliye bilmirem sevdiyim yerlere gede bilmirem bir vaxt o insanlarla yasamisam deye .. ureyime sixinti gelir sanki cox pis guvensizlik var heckimnen munasibet qura bilmirem... oz ozume teselli verirem basimi qariwdiram nelernense ama 1saat tek olum agliram=(

Cavab:

Salam Mehin xanım. Nə qədər müddətdir bu vəziyyət davam edir?

Aliyə 2016-12-19

Çox sağ olun həkim allah sizdən razı olsun oğlum oxuduğu üçün ayrı yaşayır hər zəng vurduğumda məsləhətverieəm bəzən çox danlayıram özyoldaşları ilə qalır deyirəm ki onlar kimi ol tənbəl olma bueıədiklərim doğrudurmu mənə məsləhət verin xahiş edirəm danlamalımıyam yoxsa sakit sakit başa salmalıyam

Cavab:

Təbii ki, izah etməlisiniz. Sizdən bir fikir aldığı zaman da ona seçənəklər verin, seçim haqqını isə ona verin.

Nihat 2016-12-18

Salam hekim bagishlayin narahat edirem..hekim mende urek doyuntuleri tez tez bogulurmusham kimi olmag her deqiqe oleceyimi dushunurem fikirli kehvsiz oluram sinemde kureyimde keskin agrilar alishib yanma titreme olur..ama kardioloqa gedmishem ureyimde hech bir problem olmadigini deyib..bu qeder agri sixinti ve bu narahatliq qorxulu bir haldirmi??bundan nece qurtulum??hekim evvelceden cavab ve meslehet uchun chox sag olun teshekkurler

Cavab:

Salam Nihat bəy. Tibbi müayinə əgər təmiz çıxıbsa, vəziyyəti psixoloji dəyərləndirmək lazımdır. Panik atak keçirirsiniz. Psixoloq müayinəsi şərtdir. Bizimlə əlaqə saxlamağınız rica olunur. 0552572700 0124803629

Inci 2016-12-18

Salam. menim 18 yashim var ve bu yashima qeder indiki ve gelecek heyatima tesir edecek cox sehvler etmishem. cixilmaz veziyetdeyem. hec bir seye qerar vere bilmirem. sevdiyim var. ne sevdiyimin ne menim ailemin raziligi var. sevdiyim menim ucun her seye hazirdir, ancaq men cixilmaz veziyetde qalmisam, ailemi yoxsa onu secim bilmirem, 2ilden sonra ya ailemle ya da sevdiyimle olmaq mecburiyetindeyem, ancaq men onu cox sevirem, bilmirem ne edim, mene komek etmis olsaz cox sevinerem

Cavab:

Salam İnci xanım. Vəziyyətinizi "mən bunu etmək məcburiyyətindəyəm" dediyiniz ana kimi heç nəyi həll edə bilməyəcəksiniz. Sizi seçim qarşısında qalmağa məcbur edən amili bir daha düşünün. Ailənizin buna niyə qarşı çıxdığını onlarla danışın.

Ilham Qasimov 2016-12-18

Salam hekim.men nece ildi dirnaqlarimi yeyirem en adi siradan weylere eseblewirem oz olumumu tez tez fikirlewirem.umumiyyetle hecneye maragim yoxdu butun gunu yorgun oluram. Atamin olumunden sonra bu hallar daha cox demek olarki davamli olaraq davam edir

Cavab:

Salam İlham bəy. Vəziyyəti postravmatik stress kimi dəyərləndirmək olar. Psixoloq müayinəsi şərtdir.

Memmedlib Leyla 2016-12-18

Salam. Oglumun 3yasi var. Eline qelem vereq kecen kimi nese cekir.adeten daire formasinda nelerse cekir.bu ne demekdi

Cavab:

Salam Leyla xanım. Uşaq ilk olaraq ürək ritminə bənzər xəttlər, daha sonra isə oval, dairə çəkir ki, bu da hamiləlik dövründəki ana bətnidir. Yəni bu yaşda bunu çəkməyi normaldır. Əgər sizə narahat edən başqa bir nüans varsa, uşaq psixoloquna müraciət edə bilərsiniz.

Raul 2016-12-18

Salam. mən evli insanam. bir il olar, bir xanımla təsadüfən tanış oldum. bir müəssədə çalışırığ. ayrı ayrı şöbələrdə. qadın yoldaşından 10 il olarkı ayrılıb. Mənim isə normal ailəm var. tanışlığımız normal oldu. öz robemlərindən danışdı , çox problemi var. həm maddi həmdə sağlamlığı ilə bağlı. yazığım gəldi. ilk vaxtlar köməklik etdim. zaman keçdikcə ona bağlandığımı hiss etdim. sonradan onsuz yaşaya bilmədiyimi , onun zənglərini , mesajlarını görməyəndə depressiyaya düşürdüm. 9 illik ailə həyatımda belə hadisə ilə ilk dəfə idi rastlaşıram. mən ailəmə çox bağlı insan idim. indiki vəziyyətdə ailəmə xəyanət edib yaşamaq mənim üçün çox çətindi. bu xəyanəti ailəm hiss etməyib. lakin mən vicdan əzabı çəkirəm. Mən nə edim. 36 yaşım var. bu yaşıma qədər heç kimə xəyanət etməmişəm. indi çox çətin vəziyyətdəyəm. o qadınada yazığım gəlir. və onunla çox yaxın münasibətimizdə olub. bunlardan sonra onu tərk edədə bilmirəm. Necə edim ? xahiş edirəm məsləhət verəsiniz. təşəkkür edirəm.

Cavab:

Salam Raul bəy. Bu qədər yaxınlıqdan sonra onu tərk edə bilməzsiniz, ancaq bu qədər ailəyə sadiqlikdən sonra bunu edə bilmisiniz. O necə olur? Yəqin özünüzdə fərqindəsiniz ki, birindən vaz keçməlisiniz və hansı olduğunu da bilirsiniz. O qadın qarşı emosional heç bir bağınız yoxdur. Ona yazığınız gəlib və qarşınızdakını qadın kimi yox, hər hansı bir şəxs kimi görün. Mütləq sizə pis bir son lazım deyil ki, oturub ondan vaz keçməyə güc toplayasınız. Hələki, vəziyyət sizə bir pislik gətirməyib, ara çox qarışmadan bu seçimi edin və arxasında dayanın.

Fidan 2016-12-18

Salam doktor. Yanvar ayinda seminarlariniz olacaq???

Cavab:

Salam Fidan xanım. 0552586700 əlaqə saxlayın olduğu zaman sizə xəbər edəcəklər.

Aliyə 2016-12-18

Oğlumun 18 yaşı var Tək uşaqdır 17yaşına kimi hər işini özüm etmişəm ki ali məktəbə daxil olsun indi ali məktəbdə oxuyur amma heç bir işini vaxtında edə bimir bəlkə də etmir nə etməliyəm Ana kimi çox narahatam mənə kömək edin çox xahiş edirəm

Cavab:

Salam Aliyə xanım. Bəzən uşaq buna o qədər vərdiş edir ki, bir gün bunları özü etməli olduğunuz unudur. Çalışın ona öhdəliklər verin, hər hansı bir işi tapşırın. Yerinə yetirdi, yetirmədi yaxud unutdu unutmadı fərq etməz, tapşırıqları verməyə davam edin.

Guler 2016-12-17

Salam men psixoloqa getmeden stresden nece cxa bilmerem? Bowanmiw bryem 2ile yaxndi stresli weraitde yawayram ve guclu olmaga calwram daha bacarmiram cox cox xahiw mene komek edin

Cavab:

Salam Gülər xanım. Bu yola düşmədən necə gedəcəyim yerə çata biləcəyini soruşmağa bənzədi bu. 2ilə yaxın bir müddətdə bu vəziyyətin davam etməsi sizcə yetəri qədər bunu özünüzün aşa bilməyəcəyini göstərmirmi? Yenə də çalışın gün ərzində neqativ düşüncələrdən uzaqlaşasınız. Özünüzə məşğuliyyət tapın. "Niyə məhz mən?" sualını verməyin. Özünüzlə xoş zaman keçirin.

Aynur 2016-12-17

Salam menim 20 yawim var ayleliyem menim prablemim qorxulu yuxular gorurem ve bu mene cox pis tesir edir hemiwe öleceyimi duwunurem hetdda yatmağa bele qorxuramki öleceyem deye xaiw edirem mene kömey edesiz

Cavab:

Salam Aynur xanım. Ölüm qorxusu həll olmayan bir vəziyyət deyildir. Buna görə də sizə yardım edə biləcəyik. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar. 0552572700 0124803629

Gulsen 2016-12-17

Salam menim beynime pis dusunceler gelir qorxuram bununu sebebi nedi

Cavab:

Salam Gülşən xanım. Bunun səbəbi müəyyən edilməlidir, psixoloji müayinə lazımdır. Daha sonra ehtiyac görülərsə, seanslara başlamaq lazımdır. 

Aygun 2016-12-16

Elnur bey men 23yasim .is yoldaslarimla kollektiv arasinda u unsiyyet Qura bilmirem.Ozumu ifade ede bilmirem.neyle eelaqedardiki

Cavab:

Salam Aygün xanım. Sosial fobiya, komplekslilik ucbatından bəzən pasiyent çöldə yemək belə yeyə bilmədiyindən şikayət edir. Sadəcə psixoloq dəstəyi almağınız kifayət edəcəkdir. Daha sonra isə rahatlıqla kollektivdə çıxış edib özünüzü ifadə edə biləcəksiniz.

Fidan 2016-12-16

Salam doktor. Men nece vaxtdi ki panik atakdan eziyyet cekirem. Ancaq az da olsa ozumu ele ala bilirem. Bu haqda seminarlar kecirirsiniz?

Cavab:

Salam Fidan xanım. Bəli, bu barədə seminarlarımız olur. Ancaq problemi yaşayan biri deyil seminar, həm də terapiyaya gəlməlidir. 

jasmin 2016-12-16

salam Elnur bey. ikinci defe aile heyati qurdum birinci ailemden iki oglum var sevib gelmiwem bir birmize hedsiz yaxwi olmuwug heyat yoldawim menden 20 yaw boyukdu ovladlarimida qebul edib biryerde oldugumuz vaxt erzinde cox gozel diqeti sevgisi olub son zamanlar baxramki meni uwaglardan qisqanir iki oglum var orta mektebde oxuyular.onlardan uzag ol gece usderimi ortme cay hazrlama ozleri elesin.sakit durdum berke duzeler deye ujey uwaglarada qarwi pisdi durdug yerde qiwqrir mekteb xercliyi vermir.eve gelende otaglarindan cixmasin deyir bu gun durdug yerde bawqa ev tikdirirem orda uwaglar ananla qalacag sensen menen neyniyim ne deyim bilmirem duzdu bunu isdiyirem ama men uwagarimsiz qalamaram bir qerara geldimki daniwim uwaglar olmasa mende olmuyacam deyim qebul etmiyecek bilirem ama bawqa nese nece edim bilmirem komek edin mene

Cavab:

Salam Jasmin xanım. Belə halda ilk növbədə yoldaşınız təcili olaraq psixoloji dəstək almalıdır. Daha sonra öhdəlik sizə düşür.

gulare 2016-12-15

12 yasda usagin gun rejimi nece olmalidir?

Cavab:

Salam Gülarə xanım. 12 yaşlı uşağın rejimi onun günlük etməli olduğu işlərə, tapşırıqlara əsasən müəyyən edilir. Və bu qrafikə mütləq şəkildə onun ehtiyacları, maraq dairələri və əyləncəsi də daxil edilməlidir.

ruslan 2016-12-15

salamun alekum manim usdaqim cox dacaldi onunla baxli cavabniz

Cavab:

Salam Ruslan bəy. Uşaq dediyiniz zatən dəcəl olmazmı? Ancaq həddindən artıq bir səviyyədədirsə, bir uşaq psixoloqu ilə məsləhətləşin.

.... 2016-12-15

Tez-tez ürəyim sıxılır derision heç kime deye bilmirem.Be edim?

Cavab:

Salam. Ola bilər ki, panik atak keçirəsiniz. Daha dəqiq diaqnoz üçün bizimlə əlaqə saxlayın: 0552572700 0124803629

lale 2016-12-15

evliyem ama qaynanam erimle arami vurub men ne etmeliyem

Cavab:

Salam Lalə xanım. Əgər biriləri sizin aranızı vura bilirsə, bunun kim olduğuna yox, bunu necə bacardığınıza baxmaq lazımdır. Çat olmayan yerdən su sızmaz. Yoldaşınızla münasibəti daha dərinləşdirin. Onunla qaynananızın etdikləri barədə yox, sanki heç nə baş vermirmiş kimi ünsiyyət qurun. Ona mənəvi rahatlığı verdikdən sonra qalan narahat edici faktorlar daha gözəçarpan olacaqdır.

nazir 2016-12-14

salam hekim 17 yaşım var içimde bir gorxu var sanki ölüm gorxusu axsamlar bele olur heyacan basir ureyim tes tes doyunur gorxuram

Cavab:

Salam Nazir bəy. Bu panik atakdır. Psixoloq müdaxiləsi şərtdir. Əlaqə saxlayın qısa zamanda sağlamlığınıza qovuşacaqsınız. 0552572700 0124803629

RAMAL 2016-12-14

Salam. Hekim 22 yasim var telebeyem.men doslarimnan unsiyyet cox qura bilmirem. Daniwmaq isdesemde alinmir mende.zarafat etmek isdesem alinmir . fikrimi tam ifade ede bilmirem. Xahis edrem bu barede mene komeklik edesiz.. nece edim ki fikirlerimi tam catdirim qarsimdakina. (

Cavab:

Salam Ramal bəy. Özgüvənsizlik problemində görülə bilən bir vəziyyətdir. Daha əvvəl psixoloq yardımı almamınızsa, almağınızda fayda var. 

zeyneb 2016-12-13

Salam Elnur bey. insan hansi hallarda qarwisindakini dinlemekden qacar? yoldawimla sohbet etmek isdiyirem dalawdigmiz vaxd oturub danwram sozumu agzimda qoyub cixib gedir qarwisin kesremki getme daniwag prablem budu yenede sesin qaldrir cixib getmeyi usdun tutur.Daniwsag eslinde her wey hell olacag ama qacir niye qacr neden qacr bilmirem sohbetimizin icersinde hansisa yaxin insanlardan soz acanda yenede meni ayaga verirsen deyir eslinde ele birwey yoxdu umumiyyetle 3 cu wexsler haqinda nese deyende meni indide bu insanin ayagina verirsen deyir anlamiram hec cur daniwsag cox gozel olacag qacir sozlerime biganedi qaldiki sevgisinide gozel bilirem ama qisqancligi cox pis derecedi birinci yoldawimdan olan oglumada qisqanir.ozunun 50 yawi var yeterince dunya gormuw insandi ama qisqancliqdan yaranan hereketleri baximsiz ol seni men beyendim besdi bir yere cixmirsan baximli olmagin esas deyil belede daniwanda cox geri duwunceldi neyniyim nec reftar edim.Sozlerimi dinlesin duzunu dyende qacmag yerine qulag asin bir meslehet verin.

Cavab:

Salam Zeynəb xanım. Əgər bir şəxs danışmaqdan qaçırsa, onu buna məcbur etməyin. Yəni söhbət onsuz da alınmayacaq. O sizi ya dinləməyəcək, ya da eyni fikirdən tutub sonacan onu deyəcək. Yaxşısı budur, gün ərzində onunla bağlı bir planınız olduğunu deyin. Bərabər film izləyin, bir az birlikdə zaman keçirməyinizi artırın daha sonra ortalıq sakitləşdikdə söhbət edin. Ancaq cümlələriniz ona yönəlik olmamasına diqqət edin. Ümumi danışırmış, öz şəxsi fikrini deyirmişsiniz kimi söhbət edin. Arada da ondan sən nə düşünürsən deyə soruşa bilərsiniz. Və dediyi cavablara da etiraz etməyin "sən deyən də məntiqlidir" deyib haqq da qazandırın. Ancaq sonra yenə öz fikrinizi ifadə edin yenə ümumi danışın. Gəl otur söhbət edəcəyik dedikcə bu sizdə alınmayacaq.

ceyran 2016-12-12

Salam.Elnur hekim menim 20 yaşım var men ders oxuya Bilmirem oxumaq istiyirem ama oxuya.bilmirem sanki.hevesim ölüb uni bitirmisem ikinci uniye girmek istiyirem ama ders oxuya bilmir yaddasimda yaxsidi evveler ama indi ele bilirem oxuyuram yadimda qalmir

Cavab:

Salam Ceyran xanım. Ola bilər ki, motivasiyanız yoxdur. Yaxşısı bir həftə ara verin. Bu bir həftə ərzində etmək istədiklərinizi edin. Özünüzü məcburən evdən çıxarın. 1 gündən bir çölə çıxın gəzintiyə zaman ayırın. Bir həftə sonra isə yenidən sınayın.

Gunel 2016-12-12

Salam dr. ilk once her kesden cox uzr isteyirem.cox cixilmaz bir veziyyetdeyem.sualim sayta uygun deyilse sile bilersiz.hara-kime muraciet eleyim bilmirem.aileliyem,ovladim var.biz yoldashimla yeni tanish olanda bezi smsleri filan tutmushdum kishilernen,qadinlarnan iyrenc cinsi munasibetlerden danishirdi.sadece zarafat oldugunu filan deyib bir yolnan meni inandirir.evlendik yene olurdu amma kecirdim ona. cunki ciddi bir sheyler tapmirdim. bu defe ise cox uzr isteyirem bu dushunduyumuz kimi cinsi munasibetden yox sirf kishilernen cinsi munasibetlernen bagli smsler gordum.gorush filan olmushdu( ozu qadin rolunda).boynunada aldi.hal-hazirda danishdirmiram onu.cox pis hissler icindeyem,iyrenirem onnan her sheyden.yashadigimiz bu illerden iyrenirem :( xahish edirem mene komeklik gosteresiz.

Cavab:

Salam Günel xanım. Burada utanılası və üzr istəniləsi nəsə yoxdur. Sualınız tam da psixologiya sahəsinə aiddir. Qeyd etdiyiniz vəziyyət biseksuallıqdır. Yoldaşınız da qəbul edərsə müraciət edə bilərsiniz. Bərpa olunmayacaq bir vəziyyət deyil. Dərin bir nəfəs alın, toparlanın və yardım edə biləcək nələrsə edin. Ağlamaq, nifrət etmək çox sonranın işidir. Əlaqə saxlayın sizə yardım edəcəyik. 0552572700 0124803629

kamale 2016-12-11

Salam Elnur bey men insanlarla ünsiyet qura bilmirem söhbet etmeye söz tapa bilmirem evden çöle çıxmaq isdemirem ,bildiyim bir şeyi biri soruşanda heyacannan unuduram

Cavab:

Salam Kəmalə xanım. Ünsiyyət qura bilməmək kompleks etməyə, yaxud da sosial fobiyaya bənzəyir. Ancaq söz tapa bilməmək az mütaliə etməyinizdən də asılı ola bilər. Söz soruşulduqda həyəcanlanmaq isə özgüvən problemi də ola bilər. Daha dəqiq diaqnoz üçün müraciət edin. 0552572700 0124803629

sems 2016-12-11

salam mende atipik depresiya var men ozum bu veziyetden nece cixa bilerem

Cavab:

Salam Şəms xanım. Diaqnoz yalnız əyani görüşdən sonra psixoloq tərəfindən qoyula bilər ondan sonra isə terapiya başlamalıdır. Bu hər hansı bir reseptə uyğun yeməyi hazırlamağa bənzəmir. Vəziyyətiniz bizim üçün ciddidir. Çalışın psixoloq dəstəyi alın.

Cemile 2016-12-10

Salam.Hekim internete maraglandim sizin dilinizle desek yoldawimda wizoid wexsiyet pozuntusu. bu insanla nece unsuyet qurum? meni dinlesin bawa duwsun cunki heqiqeten cox pis haldayam evden cixa bilmirem.Elim heckese catmir bir komeylik edin mene.Eve gelende pasdele qeder iyliyir birden uwaglar senle yatmiw olar,seher durub mektebe ozderi gedsin ozderi qalsin sen menle qal uwaglarda hiss edir pis olular bir agil verin

Cavab:

Bir daha salam Cəmilə xanım. Bu qeyd etdikləriniz daha əvvəl qeyd etdiklərinizdən daha əsaslıdır. Yatağa qədər qoxlaması və s bunların hamısına müdaxilə edilməlidir. Onun ən birinci özü bunun normal olmadığını qəbullanmalı birbaşa psixoloq dəstəyi almalıdır. Siz nəsə deyəcəksiniz, yenə sizi susdurub öz bildiyini edəcək. Onunla danışın sizə görə bunun heç bir fərqi olmadığını, ancaq uşaqlara pis təsir etdiyini deyərək buna görə psixoloq dəstəyi almağını təklif edin.

Gulu 2016-12-10

Salam Elnur bey.menim 22yawim var,3illik evliyem.ancaq helede qaynatam meni qebul elemir.yeni bu 3ilde bir defede olsun ne menle,nede yoldawimla goruwmuyib.iwde orasindadiki menim haqqimda pis nesede demir.sadece qacdigimizi qebul elemek istemir.bizle daniwmasada oglumuzu goturub bir defe evine getdik oglumuzu qebul eledi ama bizi yoox.ve onnan sonrada bir defe dw olsun nevesini gormek istemeyib.her bayramlarda ona mektublar yaziriq.ancaq hec neyin xeyri olmir.cox kinli insandi.sizce biz ne etmeliyik?men cox pis oluram yoldawimla atasinin arasinda olmaqdan.eslinde qaynatamda cox sakit tebietli insandi ancaq qururunu sindirib bizi cagirmir.men ne edim?

Cavab:

Salam xanım. Ən doğrusu budur ki, yoldaşınız öncə öz arasını atasıyla düzəltməlidir. Əvvəlcə ikisi oturub söhbət etməlidirlər. Ortada qürur varsa, gözləməyin ki o qürurunu gəlini qarşısında asanlıqla kənara qoyacaq. Ona görə söhbət iki kişi ata-oğul arasında həllini tapmalı, sonra uyğun görülərsə, əl öpülməli, barışılmalıdır.

leyla 2016-12-10

salam hekim menim heyat yoldaşm mene xeyanet edir men döze bilmirem men xaiş edirem mene kömek ederdiz....uje boşanmaq hedine çatmşıq 3balam var mene kömek edin

Cavab:

Salam Leyla xanım. Boşanma kəliməsi nə olursa, olsun dilə gətirilməməsi lazım olan bir kəlmədir. Əgər bu təklif qarşı tərəfdən gəlirsə, o başqa. Ancaq siz bunu dilə gətirəndən olmayın. Xəyanət etməsinə səbəbi araşdırın. Ancaq çox da zamanınızı o sizi kimlə aldadır, həmin qadın kimə nəyə bənzəyir kimi fikirlərə ayırmayın. Qeyd etdiyiniz kimi 3 balanız var. Allah hər birini saxlasın. Siz zamanınızı onlara ayırın. Xəyanət edən edən yoldaş zatən zamanını sizə ayırmır deməkdir. Ancaq nə zamana qədər siz onun sizə zaman ayırmasına ehtiyacınız olduğunu hiss etdirəcəksiniz o bir o qədər də arxayınlıq hissi ilə sizə az zaman ayıracaqdır. Özünüzə 3 gün verin və bu 3 gün ərzində yazılanı edin: Səhər qalxdığınız zaman təkrar edin "Mən xəyanət ediləcək bir qadın deyiləm". (əgər xəyanət ediləcək bir qadın kimi görürsünüzsə, o zaman səbəbini araşdırın və özünüzdə dəyişiklik edin). Daha sonra baxımınıza vaxt ayırın. Səhər oyandığınız zaman 5-10 dəqiqəni ayna qarşısında keçirin. Daha sonra səhər yeməyi üçün hazırlıq edin. Uşaqlara zaman ayırın və gün ərzində yarım saatınızı hər hansı bir kitab yaxud jurnal oxumağa sərf edin. Digər baxımlı qadınların özləri üçün etdikləri bir çox şeyləri izlədiyiniz zaman özünüzə etdiyiniz haqsızlığı da görəcəksiniz. 3 gün sonra isə bizə yenidən müraciət edin.

seva 2016-12-10

SALAM.men uzun iller bundan once heyat yoldasimda askarlanan xestelikden boyuk sok kecirmisdim.kecici ve agir xestelikden hem berk qorxmusdum hem de ifrat derecede iyrenmisdim.indi yoldasim Allahin komekliyi ile sagalib,ammamen 12ildir onun fobiyasindan dozulmez eziyyet cekirem.indi bir kesde o xesteliyin oldugunu bilende deli olmaq derecesine sok kecieirem .ele adama deyen paltarimi 4ildir ki skafta asili elimi de vura bilmirem.hetda o skafa yaxin da getmirem.ellerimi hedsiz cox yuyuram.ozume eminliyim silindiyi ucun yanimda ovladim olmasa hec bir is gore bilmirem.yaddasim hedsiz silinib.her seyden iyrenirem.elimi yuyub unuduram tezeden yuyuram.yoldasim xeste olanda yaxildigi esyalara indiye qeder toxuna bilmirem.nece ildi cox paltar ve esyalarima elimi vura bilmirem hesret qalmisam.umumiyyetle bu xestelikle bagli bir copde olsa mene vahime gelir.men bu xestelikden dozulmez ezab cekirem .hetda defelerle ozume qest etmek derecesine qeder gelib catmisam.sizden cox xahis edirem mene komek edin.artiq son hedde gelib catmisam.bu xesteliyin adi nedir? Ve mene komek ede bilèsizmi?eger bu xestelikden 100faiz qurtulmaq umidu varsa sizden artiq derecede xais edirem meni bu cehennem ezabindan qurtarin.boyuk umudle sizin cavabiniza gozleyirem.oxudugunuz ucun minnetdaram.

Cavab:

Salam Seva xanım. Əllərin çox və tez-tez yuyulması halı OKP yəni obsessiv-kompulsiv pozuntuda rast gəldiyimiz bir durumdur. Bunun üçün mütləq şəkildə bizimlə əlaqə saxlayın. Bütün hallar danışılıb korreksiya olunmalıdır. Daha sonra isə asanlıqla öz rahat həyatınıza davam edə bilərsiniz. 0552572700 0124803629

Cemile 2016-12-09

Salam Elnur bey. İkinci yoldawimla munasibetlerimde soyugluq yaranib evvelki qeder diqetcil deyil mene uwaglara qarwi.evden hec yere cixmaga icaze vermir cox dehwet qisqancdi uwaglara bele qisqanir.Ureyimdeki prablemimi derdimi acib daniwram fikirlerimw hormetle yanawmir,ya cixib gedr ya sozumu agzimda qoyur ikinci defede daniwmama qerarina gelirem ondada oz icimde boguluram hec kesle unsuyete icaze vermir ancag heyatinda men olum.boluwmuyum kimi sozler buda cox bogur meni bir sozu ikinci defe deyende cevirme sozu deyir. neyniyim men? mene bir agil verin nece yaxinlawmaliyam nece reftar etmeliyem prablem mendedidim?

Cavab:

Salam Cəmilə xanım. O bunu niyə edir ağlında nədir öncə onu müəyyən etmək lazımdır.

pervane 2016-12-09

Birde salam Elnur bey.xeyir sadece aglamasi hec 5deqiqede cekmir.sadece ele aglamasina narahat oluram.yoldawimlada evde berk daniwiriq,televizora yuksek sesde baxsaqda xeyri olmur.....elave size bir sualda verim yoldawimla cox gozel munasibetim var,ancaq arada kicik mubahisemiz olanda gunah onda olsa bele hec bir zaman gunahini boynuna almaz.her zamanda qadin kiwi munasibetinnen daniwanda men iki terefde eynihuquqludu desemde deyecek yoox qadunlarla kiwileri bir tutma.sizce men ne etmeliyem??onceden cavablandirdiginiz ucun coox sagolun

Cavab:

Salam Pərvanə xanım. Verdiyi reaksiyadır. Normaldır. Qaldı ki, yoldaşınızla bu barədə ortaq məxrəcə gələ bilməmək. Hər insanın öz düşüncəsi vardır. Bu düşüncə sizə heç bir ziyan vermirsə, dəyməyin. O da onun düşüncəsidir. Başda sizə onda belə xasiyyət var desələr yenə də ailə həyatı qurardınız. Səbəb isə bunun o qədər də əsas olmadığını bilmək dərk eləməkdir. Ona görə də icazə verməyin bu gün bu sizdə problemə çevrilsin.

Mehriban 2016-12-09

Elnur bey, önce tewekkur edirem cavablandirdiginiz ucun. Menim size qarwi cox boyuk hormetim var. Allah ailenizi qorusun. Ve davamli suallarimla yordugum ucun uzr isteyirem. Men qaynanamla bu barede cox daniwmiwam.n Onun ogluna olan munasibeti de hec ferqli deyil, mene nece ona da ele. yoldawima bowan deyir o da heyfini menden alsada qeti wekilde ayrilmayacagini deyir. Sebeb soruwur ki ay ana niye, Bu uzden ona da nifret edir sanki. yoldawimla da ne vaxt veziyyete aydinliq getirib daniwmaq istesem, bezmiw kimi sohbetden boyun.qacirir. Neyse.. paylawacaq kimsem yoxdu. Bagiwlayin...

Cavab:

Təşəkkür edirəm. Allah hər birimizdən razı olsun. Boyun qaçırdığı söhbətlərlə üstünə getməyin. Bir gün oyanın və sanki heç qaynana yoxmuş kimi yoldaşınızla vaxt keçirin. Vaxt keçirin dedikdə şərt deyil harasa getmək. Yəni qaynana olmasaydı evdə nələr danışıb nələr paylaşardız.

Mehriban 2016-12-09

Elnur bey onu da qeyd edim ki, biz Qebelede yawayiriq, eyani kansultasiyanin vacibliyini duwunurem. Yoldawimda da uzaq yol fobiyasi var. Sizce bu xesteliyin eyani psixoloqla goruw olmadan hansisa derman preparati ile mualicesi mumkundu?

Cavab:

Psixoloji vəziyyətlər ilkin müdaxilə psixoloji konsultasiya, köməkçi isə dərman preparatlarıdır. Beyin hələ də elə düşünməyə davam edirsə, dərmanı atan kimi yenidən hallar qayıda bilər.

Gündüz 2016-12-09

SALAM. Men Size daha önce yazmışdım. Menim 28 yaşım var. Valideynlerim menim gece 2- de eve geldiyimde ve ya heç eve gelmediyimde meni danlayırlar. Cavanam qelyan çekende,içki içende danışırlar. Meni başa düşmürler. O oğlanla oturub durma, eve uzağı 12 de gel. Men uşaq deyilem axı. Bu meselede mene ne meslehet vererdiniz? Valideynlerim yoxsa menem haqlı?

Cavab:

Salam Gündüz bəy. Bu barədə sualınızı cavablandırmışıq. Elə bir yaş dövrüdür ki, uşaq olmadığınızı deməklə yox göstərməklə bildirməlisiniz. Böyümək demək o demək deyil ki, siz sərbəst içki də içib, evə gec gəlib qəlyan da çəkməlisiniz. Hər birinin öz yeri var. Uşaq əgər hər dəfə bunu təkrarlayırsa, valideyn onu sərbəst buraxa bilmir. Çünki sonunun yaxşıya getməyəcəyinə və haqlıdır.

Emil 2016-12-08

Salam Elnur bey mende sosial fobiya ve bir qeder ozguvensizlik var bundan evvel bir psixoloqa getmisdim ama o ancaq dinleyir yol gostermirdi diyir mes. Bu veziyyetde sen ne ederdin duzdu ona danisirdim rahatlasirdim ama yol gostermirdi ki men eyni situasiya ile qarsilasanda yene heyecan kecirirdim sizin taktikanız necedi gelmeden once haqqınızda biraz melumat almaq isterdim yol gosterirsinizmi ya nece cvbınızı gozluyurem coxsaolun

Cavab:

Salam Emil bəy. Dinləmək sadəcə problemin dərinliyini müəyyən etmək üçündür. Eləcə də suallarla söhbət etmək. Ancaq bunun həlli üçün sırf terapiyalar var. Həmin terapiyalar isə vəziyyətinizlə tanış olduqdan sonra müəyyən olunur və seans başlanır. 

saide 2016-12-08

salam elnur muellim men yazmisdim ki gencede yasayiram aileliyem hec cure imkan vermirler psixoloqyardimi almaga onlara psixoloq adi cekende mene qeribe-qeribe baxirlar bu hereketleri menim butun eseblerimi pozub.Onlari nece razi salim cox xai edirem mene yardim elinizi uzadin  men artiq neyi nece edeceyimi bilmirem evden qiraq yere cixmaq sansimda yoxdur.(problemim sirf depresiyadir) qurban olum eziz qardasim mene yazin goyde uca rebbim yerde ise yalniz size guvenirem.Bunlari size inanin honkure-honkure yaziram.Cox sag olun artiq size bas agrisi verdim cox sag olun evvelceden:'(

Cavab:

Salam Səidə xanım. Valideynləri razı salmaq bizim işimiz deyil, lakin evdə də izah edilməlidir ki müraciət etməyə səbəb nədir. Bir dəfəliyinə də olsa müayinə üçün bunu istədiyinizi bildirə bilərsiniz. Artıq əyani görüşdükdən sonra onları razı salmaq olar. 

pervane 2016-12-08

Salam hekim.men size uwagimla bagli narahat edirem.oglumun 1yasi var.cole cixanda biraz qiwqirti sesi gelen kimi aglayir ve men cox narahat oluram.evde bir yoldawimdi birde men ve heqiqeten mehriban,sakit heyatimiz var.ancaq ogluma gore narahatam.sizce men ne etmeliyem???

Cavab:

Salam Pərvanə xanım. Allah saxlasın. Hələ çox balacadır. Sakit təbiətli ailə üzvlərinə alışmış uşaq anidən qışqırığı eşitdiyində belə reaksiya verə bilər. Ancaq baxır bu verdiyi reaksiya hansı tərzdə və nə qədər müddəti əhatə edir. Məsələn, ağlayır saatlarla susdura bilmirsinizsə, uşaq psixoloqu ilə məsləhətləşin. Ancaq nevroloji heç bir narahatlığı olmadığını da həkimi ilə dəqiqləşdirin.

dilare 2016-12-06 2016-12-07

salam doxdur menim oglumun 19 yasi var. anadan gelme gozunde qusur var ve usaq cox ozune qapaniqdir heckimden dostluq etmir herkesden aciqi gelir, ve bizden is teleb edir mende qorxuramki ozunu idare edebilmez diye is duzeltmirik ve nece isde isdeye biler hec bilmirem cox esebidi yuxusuzdu istahsizdi,qapanib eve ,ve boyuklerinin sozunu de esitmir.hekimler pisxoloq tovsiye edibler amma gelmek istemir. xais edirem mene yol gorsedesiniz.

Cavab:

Salam Dilarə xanım. Çox zaman valideyn uşağı psixoloqa gətirməkdə çətinlik çəkir. Ancaq razılıq olmalıdır. Bu yardımı alıb müəyyən nələrisə aşaraq işləyə biləcəyini bildirin. O zaman fikri dəyişə bilər. 

Gündüz 2016-12-07

Salam. Menim 28 yaşım var. Eve gec gelende, başqa yerde qalanda valideynlerim meni danlayır. VALİDENLERİM meni içki içmeye, qelyan çekmeye qoymur. Ancaq men başqa yerde qalmağı, valideynlerimden serbest olmağı sevirem. Men ne cür hereket edim ki, valideynlerime isteklerimi keçire bilim.

Cavab:

Salam Gündüz bəy. Bəzən yaşın neçə olmasının bir fərqi olmur. Valideynin gözündə övlad hər zaman övladdır. Ancaq biri də var bu qədər sıxmaqları buna səbəb isə ya siz hələ də özünüz onların gözündə sübut edə bilməmisiniz, ya da başqa bir səbəb var. 

Gulzar 2016-12-05

Siz mene komey etmediz mene Allah komey etsin sizide bu sozleri oxuyan sexss Allaha hevale edirem inssallah careler icinde caresiz qalasiz menikimi sadece ozunuzu reklam edirsiz sizi telviziyada ve butun sayitlarda biyabir etmey lazimdi

Cavab:

Salam Gülzar xanım. Gördüyünüz kimi bu qədər suallar içində nə qədər də cavab var. Sizə cavab gəlməyibsə deməli sualınız bizə çatmayıb. Birilərini Allaha həvalə etmək qulun işi deyildir. O zatən hər şeyi görür. Bu cürə düşüncə və inamsızlıqla insanlara yanaşmaq gərəksizdir. Çarəsizlik də çarə də Allahdan gəlir. Qul isə hər zaman bəla tökür. Birinə palçıq atarıq, ancaq öncə öz əlimiz kirlənər. Bazada sualınıza rast gəlmədik. Bizim ürəyimiz təmiz, alnımız ağ, vicdanımız isə rahatddır. Gözəl bazan gözəl görər. Məsləhətimiz sizə budur. Sualınızı təkrarlamaq istəsəniz buyurun. Mövlanə deyir ki, kim olursan ol sən də gəl. Başımızın üstündə yeriniz var. Uğurlar sizə.

Mehriban 2016-12-05

Salam Elnur bey. Intihar etmek istememe sebeb odur ki artiq her weyden bezmiwem. Prablem odur ki, 3 il sevib aile qurmuwam. Aile qurdugum insanin anasi meni en bawdan istemiyib, sebeb ogluna öz qohumundan almaq istediyinin olmasidir. Yoldawimla her wey normal idi. Duwunurdum ki eger qaynanamin hormetin saxlasam zamanla meni sevecek. Ancaq eksine daim meni tehqir al edib alcaldir. Daim yoldawima xirda bir noqsanimi boyudub daniwir. 6 ildi aile qurdugum. Evvel susurdum agliyirdim. Indi sebrim tukenib, artiq yoldawimla aramiz soyuyub, onun heyatinda bawqasi.var. Bu durum meni sarsidir. Ayrilmagimizi uwaqlara gore istemirem bu durumla da.bariwa bilmirem. Cox agirdi mene.Her gun tehqir tezyiq, doyulmek de tamam psixoloji durumuma öz menfi tesirini gosterir, her gun agliyiram yoldawimla munasibetleri qaydasina salmaqcun normal duwune bilmirem. Men bu durumda ne edim?

Cavab:

Salam Mehriban xanım. Öncəliklə qaynana ilə söhbət etməlisiniz. O razıdırmı oğlunun həyatında ailədən kənar başqa birinin olmasına ya yox. Siz bir yana öz oğlunun gələcəyini bir az düşünüb onu ailəsinə qaytarmalıdır. Çünki davamlı davalarla o ailədən soyuyub. Sonra isə yoldaşınızla söhbət edin. Bu durumda nə edə biləcəyinizi nə etməli olduğunuzu ondan soruşun. Ortaq yol tapmağa çalışın.

Leo 2016-12-05

Salam hekim men de sosial fobiyadan eziyyet çekirem bunun qarşisini almaq üçün ne etmeliyem, meslehet verin zehmet olmazsa, bir de ki onu da qeyd edim ki spirtli içki içərkən hiss olunmur rahat oluram, normal veziyyetde problemlər yaşayıram

Cavab:

Salam. Spirtli içki bir az cəsarət verdiyi üçün bu vəziyyəti aradan qaldırır. Ancaq bu çarə deyil. Müvəqqətidir və siz ömrünüzün sonuna qədər içki içərək bunun öhdəsindən gələ bilməzsiniz. Çalışın bir psixoloq dəstəyi alasınız.

Aynur 2016-12-04

Salam Elnur bey Men 2 il yarimdirki aileliyem yoldasimin is yoldasi var bir xanim bosanib yoldasinnan yoldasimla cox vaxt kecirdir bir gedib ise bir qayidirlar evimize qeder getirib o xanimi butun gunn yazisirlar votsapda yoldasim gzledir yazismalarini herden yanimda yazisir amma men cox qisqaniram olari amma yoldasima ona deyende deyir bizim aramizda dostluqdan basqa hecne yoxdu biz baci qardasiq ama men her defe dava saliram bosanmaqa qeder gedib cixib amma qiz mene zeng edib deyib qayid evine biz dostuq men ama yenede qisqaniram pis olluram men nece davranmaliyam

Cavab:

Salam Aynur xanım. Çalışın bu vəziyyəti çox qabartmayın. Bir söz var mərdi qova-qova namərd etməyin. Ağlına salmayın. Xoşunuza gəlmədiyini bir dəfə bildirin. Qərarı ona qoyun daha sonra isə özünüzə diqqət etməyə çalışın. Özünüzə zaman ayırın.

Royal Kerimzade 2016-12-04

Salam mənim 18 yaşım var bilmirəm bu nədir qorxudur yoxsa başqa bir şey mən mühafizəçi işləyirəm məsələn birindən oğurluq barəsində şübhələnirəm amma bilmirəm necə yaxınlaşım deyirəm bir səhv olar birdən vurar dava düşər v.s və o adam artıq gedir sonra özümü danlayıram niyə tutmadın və çox peşmançılıq çəkirəm xaiş edirəm kömək edin

Cavab:

Salam Royal bəy. Bu özgüvənsizlikdən irəli gələn bir şeydir. Psixoloq yardımı almamısınızsa, yararlanın deyərdim.

Taleh 2016-12-04

Salam hekim bir qeder cekindiyim hemyasidim olanda onunla ozum oldugum kimi danisabilmirem cox sixiram ozumu ki ya sehvimi tutar laga qoyar ya da semimiyetimnen istifade edib meni asagilayar doktor bu ele bil men de verdise cevrilib heyatda bele insanlarla tez tez rastlasiram ureyim de de sancilar bas verir bunun elaci varmi ve psixoloq desteyi ile duzelebiler zehmet oasa cavablandirin hekim cox sagolun

Cavab:

Salam Taleh bəy. Bu sırf özgüvənsizlikdən qaynaqlanan vəziyyətdir. Çarəsi bəli var. Bizimlə əlaqə saxlayın: 0552572700 0124803629

Anonim 2016-12-03

Salam elnur bey men 10ildirkii psxoloji ezyyet cekirem o qeder deyilesi sozum var olum qorxusu kecirirem stresden agrimiyan yerim yoxduu yalvariram Allah rizasiycin mene komey olun imkanim yoxduu rayonda yasiyiram yalvariram komey edinn heyatim kabus icindedii 24 yasim var haldan hala dusurem birdeyqe yaxsii birdeyqe pis esidmisem stres pis xesteliylere yol acir yalvariram komey edin nollar

Cavab:

Salam. Öncədən qeyd etmək lazımdır ki, yazı ilə heç bir psixoloji problem həllini tapmaz. Əyani söhbət şərtdir. Bu sizdə nə zamandan sonra başlayıb? 

Mehriban 2016-12-03

Salam. Oğlumun 27 yaşı var.İxtisası rejissor. 2 Ali tehsilli. Evin tek övladı. Eve herden gec gelir. Gece yatmır. Evden sebebsiz acıq edib gedir. Eqosu var. Herden pulu olmayanda evden bayıra çıxmaq istrmir. Tek yaşamaq isteyir. Ofisinde geceliyir. Etrafındakı yaşıdları ile dost olur az müddet sonra onlardan aralaşır. Tez tez özüne qapanır,heç kesin meslehetine qulaq asmır, özüne xesaret edeceyi ile valideylerini qorxudur, bu yaxınlarda qolunu kesib. Sebeb ona deyilib ki, ofisde qalma. Sualımı cavablandırmağınızı xahiş edirem. Oğlumda bu veziyyeler ve davanışlar psixoloji pozuntudu yoxsa erkesöyünlük?

Cavab:

Salam Mehriban xanım. Psixoloji pozuntulardan olan davranış pozuntusudur bu. Mütləq şəkildə müdaxilə edilməlidir. Psixoloq dəstəyi almağınızda fayda var: 0552572700, 0124803629

Mehriban 2016-12-03

Salam Elnur bey. Men cixilmaz durumdayam. Defelerle intihar etmek istemiwem. 2 korpe balama gore dozub heyata tutunuram. Xahiw edirem cvb yazin men ne edim.

Cavab:

Salam Mehriban xanım. Problem nədir qeyd etməmisiniz. Ancaq intihara cəhd edəcək qədər böyük sıxıntılısınızsa, əyani konsultasiya şərtdir. Əlaqə saxlayın: 0552572700 0124803629

gulendam 2016-12-03

salam doktor .men sendiyim oglana onu sevdiyimi dedim . oda mene dediki mende seni . amma sonra mektublarima cavab yazmadi . axirinci mektubumun cavabini isteyende hecne demedi . o gedenden sonrs men agladim . bunuda onun dostlari gordu . sonra o menim yanima gelib mektbun cavabini dedi. cantasinda da menim butun mektublarim saxlayir . butu gunu mene baxir . sevdiyim oglanin adi KENANDI .dostlari meni goren imi deyirler ki Kenanin yeri melum . indi men bilmrem o meni heqiqeten sevir yoxsa yox . inda men ona qarsi nece darnmalyam

Cavab:

Salam Güləndam. İnsan öz etdiklərinin cavabını verib səbəbini bilə bilər. Çevrəsindəkiləri isə sadəcə təxmin edə bilər. Ki bu da çox zaman vaxt alıcı və yorucudur. Həqiqətən nə necədir bilə bilmərik, ancaq reallıqla davranmaq lazımdır. Uzaq durursa, yaxınlaşmamaq lazımdır. 

Anonim 2016-12-03

Salam elnur bey men 10ildirkii psxoloji ezyyet cekirem o qeder deyilesi sozum var olum qorxusu kecirirem stresden agrimiyan yerim yoxduu yalvariram Allah rizasiycin mene komey olun imkanim yoxduu rayonda yasiyiram yalvariram komey edinn heyatim kabus icindedii 24 yasim var haldan hala dusurem birdeyqe yaxsii birdeyqe pis esidmisem stres pis xesteliylere yol acir yalvariram komey edin nollar

Cavab:

Salam xanım. Yazı vasitəsilə bu durumda olan bir pasiyentə yardım edə bilmək qeyri-mümkündür. Bir dəfəyə belə olsa və ayda yaxud həftədə bir dəfəyə belə olsa psixoloq görüşməlisiniz.

Lala1999 2016-12-02

Salam Elnur bey twk edirem suallari cvblandirdiginiz ucun.oglum ucun yaziram 2ci sinifde oxuyur tezelikle baslayib hardasa 1ay olar yalan danismaga baslayib.yalan danismagi adi hala salib.deyirki meselen dersde əli meni qoymur oturmaga cagira cagira durur meni guldurur agzin burnun eyib meymun hereketleri cixardr halbuki bele seyi ozu edir boynuna almit.men bunun qarsisini evde nece ala bilerem zehmet olmasa her cur basa saliram ki yalan danismag pis bir isdir olmaz danismag buna aid nagilla r qururam ozumden.goruremki ozu ozluyunde neise fikirlesir biraz kecir evvelki formasina qayidr zehmet olmasa bir yol gostererdiz

Cavab:

Salam Lalə xanım. Uşaq psixoloquna göstərməyinizdə fayda var. Uşaq niyə görə bunu edir araşdırmaq lazımdır. Bu ona nə kimi rahatlıq verir bilmək lazımdır. Nədən sonra belə bir şey etmə ehtiyacı duyur bunları müşahidə etmək lazımdır.

metanet 2016-12-01

Salam Elnur hekim...Hekim men sevgilime sevdiyim insana o qeder bagliyam ki bilirem bağlılıq pis şeydi bes nece eliyimki elede dehşet derecede olmuyum ona mehriban olmaq istiyirem sevirem öz canımdan cox ama coxda bağlanmaq yaxşi bir şey deyil

Cavab:

Salam Mətanət xanım. Bütün günü ondan bir sms gözləmək, yaxud zəng gözləmək yerinə öz planlarınız və məqsədləriniz olmalıdır. Məsələn əlinizdə bir işiniz var, ancaq o zəng edən kimi tez o işi kənara atırsınız elə deyilmi? Bu isə ən birinci edilən səhvlərdəndir. Həyat kimlərəsə nəyəsə görə davam etməməlidir, o yalnız sırf bizə görə davam etməlidir. Çünki bu sizin həyatınızdır.

saide 2016-12-01

salam hekim sizin Gencede filialiniz var.Uzr isteyirem narahat etdiyim ucun tesekkurler.

Cavab:

Salam Səidə xanım. Bəli, bu yaxınlarda açılış oldu. Narınc uşaq psixologiya mərkəzi bizə aiddir.

gülay 2016-12-01

Salam Elnur hekim men cox pis hiss eliyirem özümü hekim pis verdislerim var özüm özüme bu verdisin pis olmasını izah eliyirem ama o verdisimi ne deye bilirem nede tergide bilirem özümden utaniram beynime düşürki eliyim ama sora özümden utaniram hec kime deye bilmirem çünkü utaniram ama rahatliq tapiram bir terefdende

Cavab:

Salam Gülay xanım. Öncəliklə bu vərdişin nə olduğunu bilməliyik. Necə yarandığını müəyyən edib korreksiya etməliyik. Psixoloq və pasiyent anonimliyinə güvənib bizə müraciət etməlisiniz. 0552572700 0124803629

Arzu resulzade 2016-11-30

Niwanlimnan kusmuwem ama o bunu bilsede bilmemezdikden gelir neynemeliyem sizce?

Cavab:

Salam Arzu xanım. Siz o sizə səhv etdi deyəmi küsmüsünüz, yoxsa o küsdüyünüzü görüb sizə diqqət etsin deyəmi? Öncə bunu müəyyən edin. Küsmık yerinə ifadə etmək lazımdır. Küs bir adamı dindirməyə hər kəs cürət etməz, bəli, bu nişanlınız belə olsa.

Anar 2016-11-30

Salam doktor bagislayin sizi narahat edirem men sizi esasen aile psixoloqu kimi esitmisem cavan psixoloqu yaxud kliniki problem psixoloqu kimi size muraciet edib gozel netice elde bileremmi

Cavab:

Salam Anar bəy. Buyurun qeydiyyat edin, lazımı yardımı sizə göstərəcəyik. 0552572700, 0124803629. Müraciətiniz üçün təşəkkür edirəm.

elmira 2016-11-30

sagolun doktor sozlerne gore ele bir pisxoloji destek almaqa hec cure razi olmaz bacim nece teftar elesin ele insan azda olsa ailesni dusunsun

Cavab:

Elmira xanım, daha əvvəl də dediyim kimi onun etdiklərini çox da diqqətə almamaq lazımdır. Ən azından bir müddətlik. Çünki o adamın yaşı da az deyil. Hardasa dərk etməlidir nə doğru, nə səhvdir. Siz dedikcə o bunu anlamayacaq bir az daha əksini edəcək.

Xatire 2016-11-30

salam doxdur.cox cox tesekkur edirem cavablandirginiz ucun.Allah sizi qorusun.doxdur bilirem.artiq qebul ediremki daimi dermanla yasamaq olmaz.mende en böyuk problem öz guven ve qorxu hissidir.beleki evden hec yere cixa bilmirem.Bir nece ay bundan evvel tek gedirdim harasa.ama evden yaxin mesafelere.ama yene tek hec yere gede bilmirem.Hetda yaxin mesafede magazaya bele gede bilmirem.Nefesim daralir,sanki havam catmir o an.tez eve qayitmaq isteyirem.her agriya dözmek olar.ama bu qorxu telas ve bu kimi hislerle yasamaq olmur.o qeder bezmisemki artiq ölmeyi bele dusunurem.her an fikrim ozumdedi.her cuzvi seyle qorxu yasayiram.özumu kontrol ede bilmirem.sizden defelerle xais edirem mene dogru yol gosterin.maddi durumum cox zeifleyib.bilmek isteyirem psixoloq qebulunda olsam bu mene ne qeder komek ola biler.ve nece seansa yaxsilasa bilerem.cox xais edirem mene meslehet verin.ve meni ve menim kimi insanlari dinlediyiniz ucun minnetdaram.var olun daim.

Cavab:

Xatirə xanım, sizə böyük ehtimalla bunun necə öhdəsindən gəlməyiniz barədə yaxın çevrə yazaraq məsləhətini edir düzdürmü? Ancaq nəticə olmur. Çünki vəziyyət tam olaraq psixolojidir. Psixoloji terapiyalar bəsit söhbətdən ibarət olmur. Ciddi yanaşmalı psixoloq dəstəyi almalısınız. Yazaraq hər kəs asanlıqla sözünü deyə bilir, ancaq çox az adam nələr hiss etdiyinizi anlayar. Psixoloq isə söhbət əsnasında sizi müşahidə edib buna görə yanaşmalar edəcək. Bu terapiyanı gecikdirməyin.

Terane 2016-11-29

salam ,Elnur bey.53 yasim var.1 il yarim evvel erimin mene xeyanet etdiyini oyrendim.Dunyam alt-ust oldu.O vaxtdan ozjme hec cure gele bilmirem.Basimi itireceyimden qorxuram.Heyatim cehenneme donub.butun gunu yoldasi kimledi,hardadi,goresen ne edir ve s...ancaq bulari fikirlesirem.Isteyirem bu dusuncekerden beynim temizlensin,wubhelerden tanam qurtarmaq isteyirem,amma olmur.Bilirem ki ,guclu psixoloji travma almisamneyniyim,mene komek edin,xahis edirem.Yene evvelki heyatima qayitmaq isteyirem,wubhelerden qurtulmaq isteyirem,Cox xahis edirem mene komek edin!

Cavab:

Salam Təranə xanım. Bu barədə onunla münaqişəniz oldumu? Sizin bildiyinizdən xəbəri varmı? Hazırda vəziyyət, münasibətiniz necədir? Geri qalan sadəcə şübhələrdirmi?

Ferid 2016-11-29

Salam hekim mende ozguven eksikliyi ve cesaretsizlik var lazımı yerde sozumu deye bilmirem haqlı olduğum durumlarda sozumu demeye cekinirem umumyetle oz fikrimi demeye cekinirem dusunurem o ne diyer bu bele dusuner deye sozumu dediyim durumlarda da men sehvem gerek dimezdim gerek basqa cur ederdim deyib gunlerle dusunurem bu ne ile elaqedardır esasen hekim psixoloji destek lazimdirmi

Cavab:

Salam Fərid bəy. Bunu birbaşa psixoloqla işləyib korreksiya etmək lazımdır. Çalışın psixoloq dəstəyi alasınız.

İlahə 2016-11-29

Salam, Elnur bey, sizinle ya Narinc xanimla nece elaqe saxlamaq olar?

Cavab:

Salam İlahə xanım. 0552572700, 0124803629 əlaqə saxlaya bilərsiniz.

Zehra 2016-11-29

Salam Elnur hekim. Uzr isteyirem artiq necenci defedir ki yaziram size. Eyani wekilde muraciet etmek isteyirem lakin daha evvelde yazmiwdim size evde valideynlerim razi olmur daha dogrusu anam razidi ama atani razi sala bilmirik. O diyir seni nevropatoloqa aparmaliyiq ama men bilmirem niye fikirlewiremki men nervpatoloqa getsem yene iyne derman yazacaq bow yere. Bilirsiz men onlara diye bilmirem ama menim daniwmaga ehtiyacim var iyne dermana yox. Bilirsiz o qeder pis olmuwam ki agrim olanda sevinirem hekime gedende istiyirem ki hekim desinki nese pis bir xesteliyin var istemirem mualice alim duzelmek istemirem. Bilmirem niye evdekilere diyirem men pisem hekime aparin meni ama duzelmekde istemirem. Ne edimki atada icaze versin psixoloqa muraciet edim?

Cavab:

Nevropatoloqunuzdan vəziyyətin psixoloji olduğunu izah etməyini tələb edə bilərsiniz. Daha sonra hər iki valideyn bura gələrək ona lazımı izahatlar veriləcəkdir.

elmira 2016-11-29

salam elnur doktor siz yene narahar edirem doktor insanlar cox ferklidiler bacimin yoldasi bacima cox incidir mece deyim islemir yoldasi bacimda ele bir insandi onun qabaqinda hecne demir ama yoldasi ona agzina geleni deyir ne deyir onu edir ama o insana soz catmir nece deyim o insan basqasi ucun oznu oda atir di gel ailesini ne islemir nede sozu ozunde doy hara olur olsun arvadni doyur soyur bilmirsen derdi nedi ne etsin uc usaqi var bir meslehet verin evelceden sagolun

Cavab:

Salam Elmira xanım. Yoldaşı psixoloji dəstək alarsa yaxşı olar. Görünür buna ehtiyacı var. O ki, qaldı necə davranmağa bir az güclü və sərt olmalıdır. Özünü əzdirməməli, uşaqları ilə məşğul olmalı həmin şəxsi diqqətdən kənarda qoymalıdır. Ən azından bir müddət onun etdiklərini kimsə önəmsəməməli, reaksiya verilməməlidir.

reyhan 2016-11-29

Salam Elnur hekim menim xalamin nevesinin 4 yaşı var danışa bilmir malice alir indi yavas yavaş az az danışır balaca vaxtdan o qeder uşağı danisdirmiyiblarki oynadanda falan indi ona pisixoloji tesir edib ve danismirdi onun selis danışmagi üçün ne etmelidiler

Cavab:

Salam Reyhan xanım. Allah saxlasın. Uşağı bir uşaq psixoloquna göstərməyinizdə fayda var. Ehtiyac olarsa loqoped dəstəyi də alarsınız. Ən birinci uşaq psixoloqu şərtdir.

taleh 2016-11-29

salam doktur 8 aydir bele bir xestelikden ezyet cekirem bezen ele bilem nefesim dayanir ele bilem dilim gedir ele bilem boqazimdan nefes ala bilemirem 5nomrelide dediler boruxlarda alergeya var 300 manat malice aldim efekt olmadi qalib esedovun yanidada oldum dedi nevrozsan malice aldim efekt olmadi pisxoloq yanada getmeye madi vezyetim cox zeyifdir adim talehdir 18 yasim var nomrem 0559192831

Cavab:

Salam taleh bəy. Vəziyyətiniz psixolojidir. Panik atak keçirirsiniz. Tibbi nəsə yoxdur. Mütləq şəkildə bizimlə əlaqə saxlayın: 0552572700, 0124803629

gulnar 2016-11-29

salam elnur bey qardawim 19yawindadi korpelikden yatanda bawini saga sola vurub yatir.bu hal indiye qeder de davam edir.tergide bilmir ozunden asili deyil.birde bu insanda qeyri ixtiyari gulumsemek olur.daniwarken,ciddi mesele olandada gulumsemek tutur onu.evdekiler danlayir ele bilirler hadiselere laqeyd yanawir.ozunden soruwanda deyir menden asili deyil.bize komek edin

Cavab:

Salam Gülnar xanım. Körpəlikdən bu problem ola-ola niyə görə hələ də psixoloji dəstəyi almamısınız? Mütləq şəkildə bu dəstək alınmalıdır. Bu artıq onda vərdiş halına da çevrilə bilər. Müdaxilə edilməlidir. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar: 0552572700, 0124803629

jale 2016-11-29

salam elnur bey.menim 30yasim var.mende olan bir xasiyyet meni cox narahat edir.meni oz fikrimden tez dawindirmaq olur.meselen bir paltari ureyim cox isteyir almaq qiraqdan yoldawim ya bacim deyirse neynirsen bu qeder pul verirsen o saat paltar gozumden duwur ve ya tutaq ki bir weye berk eseblewmiwem oz ozume hemin adamlla ureyimde dalawiram daha dogrusu ureyimde men istediklerimi ona daniwiram qarwimdakida sanki susub meni dinleyir bu cox vaxt yoldawimla dalawanda olur.ona cox sozu demeye aqresivlewib ona sert cavab vermekden qelbini qirmaqdan qorxuram.sadece kusub daniwmiram sebebini soruwanda deyirem o da deyir bu nnedir ki buna gore eseblewirsen?ona adi gelen mene bezen facie kimi gelir.cox vaxt qisqancliq baresinde bele hallar olur.ozu ile daniwandan sonra fikirlerim deyiwir yumuwaliram.ondada ele bilirem ozum olmuram.bu ne haldir mene komek edin

Cavab:

Salam Jalə xanım. Şəxsiyyət olaraq həssas birisiniz. Tez təsirə düşürsünüz. Öz mövqeniz yoxdur. Varsa da mövqenizi tez dəyişirsiniz. Sağlam və sərt bir xarakteriniz var, onu üzə çıxarın. Daha konkretləşin. Nələr sizi incidir, nələr yox bunları qruplaşdırın. Qarşınızdakı təxmin edə bilmir ki, etdiyi sizi incidəcək ya yox. Ancaq görür ki, incidibmiş. Artıq elə hal olacaq ki, o insan sizinlə ünsiyyəti azaldacaq. Səbəb isə hər sözünü hər dəfəsində min dəfə ölçüb biçməli olduğu sıxıntısı ola bilər. Əgər daha dəqiq ola biləcəksinizsə, çalışın güclü və dəqiq olun. Belə olmaz. Əgər bacarmayacaqsınızsa, müraciət edin psixoloq bunda sizə yardımcı olacaqdır. İlk öncə bir həftə arzində bunu özünüz sınamağa çalışın. Daha sonra olmasa əlaqə saxlaya bilərsiniz: 0552572700, 0124803629

santana 2016-11-28

salam elnur hekim bagislayin sizi narahat edirem menim 18 yasim var artiq 3 ildirki menim beynime ozumden asili olmadan dini yerlere qarsi gunah olan arzuolunmaz fikirler gelir bu fikirlerden bezmisem bu fikirlere gore butun arzularim mehv olub heyatda yasamaga umidlerim bele olub ozumde bilmirem ne ucun yasayiram bu fikirlere gore allah qarsisinda bele gunahkaram ele buna gorede yasamaga hevesim bele yoxdu oz ozume deyirem ki kas bu dunyaya gelmezdim bilmek istiyirem hekim neden bu fikirler menim beynime gelir buna qarsi neyneyim . sagolun

Cavab:

Salam. Çox zaman OKP zamanı buna rast gəlirik. Tez-tez rastlaşdığımız hallardan sadəcə biridir. Ancaq daha dəqiq diaqnoz və doğru yönlənmə üçün problemin dərinliyini bilməliyik və psixoloq müdaxiləsi edilməlidir. Çalışın bu dəstəyi alasınız.

Feride 2016-11-28

Salam Elnur bey. Bu dogrudurmu süd veren ana ariqlayir istesede istemesede yoxsa ariqlamayada biler yeni bu 100% faiz ariqlayacaqsan kimi bir sey yoxdu

Cavab:

Salam Fəridə xanım. Bu barədə psixoloqa deyil də öz həkiminizlə məsləhətləşməyiniz daha doğru olmazdımı? 

metanet 2016-11-28

salam elnur bey panik ataki nece ozumden uzaqlasdirim tesekkur edirem

Cavab:

Salam Mətanət xanım. Panik atak sıx rast gəlinən hallardan birinə çevrilib artıq və bərpası mümkündür. Sadəcə psixoloji dəstəyi şərt bilən bir narahatlıqdır. Psixoloqdan dəstək alaraq mütəmadi görüşlərdən sonra daha sağlam bunun öhdəsindən gələ bilərsiniz.

rauf 2016-11-27

Salam Elnur muellim men obssesiv komplusiv adli xesteliye tutulmusam. Bu xestelik menim qohumlarimdada var mene bu xestelik streptokok bakteryasindan yaranib deyirle

Cavab:

Salam Rauf bəy. OKP psixoloji bir vəziyyətdir və çarəsi yalnız psixoloji dəstəkdir. Psixoloq yardımı almağınızda fayda var.

Royal Kerimzade 2016-11-27

Bir işə girib işləyirəm amma həmişə bacarmadığımı fikirləşirəm və çox əhvalım pis olur biri işdə dalaşmaq istəyib ilişir deyirəm cavabını verim amma heç bir şey deyə bilmirəm və özümü qorxaq his edirəm və özümə nifrətim artır nə edəcəyimi bilmirəm

Cavab:

Özünüzə nifrət etmək lazım deyil. Ən birinci insan özü özünü sevməlidir. Böyük sıxıntılar yaradırsa və bunu aşa bilmirsinizsə, psixoloq dəstəyi alın. Daha rahat və daha asan bunun öhdəsindən gələ bilməyiniz üçün bu lazımlıdır.

Elsen 2016-11-27

Salam doktor men de ozguven eksikliyi var instuta qebul.olana qeder yox idi bu meden qaynaqlana biler haqli oldugum durumlarda bele dusunurem ki sehv etmisem ya mene ele gelir deqiq psixoloji durumdurmu bu ve terapiyasi varmi cox sagolun

Cavab:

Salam Elşən bəy. Bəli, bu psixoloji vəziyyətdir. Nəyə görə daha sonradan yarandığını indidən demək mümkün deyil. Bunlar araşdırılmalı müəyyən edilməlidir. Siz çalışın psixoloqla əyani görüşəsiniz. O zaman söhbət əsnasında bunun kökü nədədir bilinəcəkdir.

Anonim 2016-11-27

Salam hekim aşırı sosial fobiyanın psixoterapiyası neçe seans cekebiler onceden tesekkur

Cavab:

Salam. Öncədən seans sayı vermək heç doğru deyil. Çünki pasiyenti əyani görmədən problemin yaranma səbəbi və dərinliyini bilmədən bunu demək çətindir. Ondan əlavə pasiyent müalicəyə necə cavab verir bu da önəmlidir.

Ferid 2016-11-27

Salam Elnur bey dimeli mende evveller bele bir hal yox idi herseyin ziddine gedirem pis terefe yozuram xosuma gelmiyen bir adama isim dusende nece elaqe saxlayacam deye cox dusunurem sanki ondan qorxuram meni acılayacag usteleyecek deye men ozum medeni biriyem buna gore usteleneceyimi dusunurem herseye onyargi ile baxiram bunun elaci varmi hekim xais edirem cavablandirin hekim cox saolun

Cavab:

Salam Fərid bəy. Bəzən özünü yüksək qiymətləndirmək də belə fəsadlara yol açır. Bir az bunu işləmək lazımdır. Bu qədər kəskin olmaq doğru deyil. Yenə də psixoloq dəstəyindən yararlanmağınız daha doğru olardı.

Fatime 2016-11-26

Salam evelceden cox sagolun oxudugunuz ucun men evde atamla anamla yol getmirem her deyilen soz esebime toxunur 1996ci il teveludluyem nese duz soz deyende bele xetrlerine deyir edirem sora pesman oluram niwanlimda menen bezir tez tez behaneler axtarir menen savasir neyneye bilerem

Cavab:

Salam Fatimə xanım. Nəyə əsasən belə davranış sərgiləyisiniz deyə bilmərik. Hərhalda bunlar danışılmalıdır. Nişanlınız isə niyə görə sizinlə dalaşmağa bəhanələr axtarır bu da qaranlıqdır. Dəyişə bilirsinizsə, dünyaya baxışınızı dəyişin, daha mülayim, yolagedən olun. Əgər özünüzdən asılı deyilsə, psixoloq dəstəyi alın.

Xatire 2016-11-26

Salam Elnur bey.onceden minnetdarligimi bildirirem.36 yasim var.31 yasimda guclu qorxu strest kecirdim.Panik atak xestesi oldum.zamanla sikayetlerim coxaldi.medem cox agrimaga basladi.gec davrandim.daha dogrusu dogru diaqnoz qoyulmamisdi mene.ne mualice alsamda bos idi.20 gun psixo somatik sobede yatdim.mualice aldim.artiq 3 ildi nevrozdan mualice aliram.bu yay mualiceleri dayandirdi hekim.artiq yaxwi olmuwdum.ve medemden qeribe agrilar tutmaga basladi.ele siddetli agrilarki butun eseblerimi oyatdi.artiq 1aydan cox idi yatagdan duse bilmirdim.yene nevroza qarsi mualice aliram.medemdeki agri nevralgiya agrilari imis.esas odurki nevroz xesteliyi sagalirmi?artiq bezmisem derman qebul etmekden.derman qebul edende agrilarim kecir ama beynim donur.key kimi oluram.depresyaya dusurem dahada.hetda ölmek isteyirem.ozumde olmuram sankì.derman qebul etmeyende yaxsi oluram.beleki beynim ayiq olur.ozum kimi oluram.ama ondada agrilar imkan vermir.inanki artiq ne edeceyimi bilmirem.maddi olaraq artiq hec mualice olunmaga bele imkanim qalmayib.sizce men ne etmeliyem?cox xais edirem mene yol gosterin.

Cavab:

Salam Xatirə xanım. Panik atak üçün heç bir yerdə qalmağınız ya da yatmağınız lazım deyildi. Digər insanlar kimi normal həyatınızı yaşayaraq mütəmadi psixoloqla görüşərək çox asanlıqla bun öhdəsindən gələ bilərdiniz. Yalnız dərmanla müalicə sonradan belə fəsada yol açır. Çünki biz ən birinci problemi düşüncəmizdə həll etməliyik, dərman sadəcə yardımcı vasitədir və ömrümüzün sonuna qədər dərman ata bilmərik. Ancaq bizə qalan isə düşüncələrdir. Toparlanın və bir dəfə belə olsa doğru müalicəyə yönəlin psixoloq dəstəyi alın.

Senan 2016-11-25

Salam hekim menim qardasim bir burnu ile nefes ala bilmir sizce burda ciddi bir problem ola bilermi ?ve yaxud ne ola biler

Cavab:

Salam Sənan bəy. Burnu ilə nəfəs ala bilmir deyəndə nəyi nəzərdə tutursunuz? Əgər tibbi baxımdandırsa, sualınız yaxşı olardı ki, o sahənin həkimi olan bir uzmanla məsləhət edərdiniz. Yox əgər heç bir problem yoxdursa, burunla nəfəs almaqdan qorxursa, ki birdən boğularam və s bunu psixoloji dəyəerləndirmək olar. Əlaqə saxlayın sizə gün təyin edəcəklər.

Lale 2016-11-25

Salam men niwanliyam ama evvel istesiyim biri olub onu demey olar heftenin dord gunu gorem darixiram uzaqdan uzaqa sevirem yeni ama niwanlimida cox istirem bilmirem kecmiw sevgilimi helede sevirem yoxsa baqlanmiwam ama onsuz cpx darixiram onu gorende ozumden asili olmayan hereketler edirem qisqandirmaqa caliwiram oz alemimde duzdu oda reaksiya verir herden fikirlewirem goren o meni sevir helede reaksiya verir ama hemde men hecbiwey elemediyimde ona baxmayanda ozu nese bir hereket edir meselen nese soz dwyb kecir ya padruqalarima salam verir ya nese soz deyir sizce bunun sebebi nedi beynim yorulub bulari fikirlewmeyden deli oluram

Cavab:

Salam Lalə xanım. Bunun səbəbi hər nə olsa belə bu sizi niyə maraqlandırır? Bunun səbəbi nədir deməyəcəm heç bir mənası da yoxdur çünki. Bəzən insan gözünü arxadan, keçmişdən çəkməli önünə gələcəyə baxmalıdır. Ancaq siz hələ də bunun səbəini və s axtarırsınız. Həqiqətən bu sizə nə verir? Bunlardan sonra nə vaxtsa özünüzə dürüst insan deyə biləcəksinizmi? Nişanlınıza qarşı diqqətli olun. Hazırda bura siz yox o yazıb keçmiş sevgilisi barədə məsləhət alaydınız nə reaksiya verəcəyinizi də düşünün. Bəzən keçmiş keçib gedir çoxdandan bitmiş olur, ancaq biz onu zorla bu günümüzə daşımaqla məşqul oluruq. O düşünmədən nəsə edir, siz də səbəb axtarırsınız. Halbuki, o düşünmür siz özünüz öz həyatınızı düşünməlisiniz. Səhifələri bağlamağı öyrənin. Bağlamamaq sizə heç nə verməyəcək.

qerib 2016-11-25

salam evvelceden sualima cavab yazdiginiz ucun tewekkur edirem.menim 10yasinda bir qizim var.bu uwaq oz yasidlariyla yola getmir.tutaq ki bir qizla bu gun dalasib o uwaqla birde hec vaxt danismaq istemir.danlayiram deyirem qizim o da uwaqdi bariwin deyir yox o mene qarwi sehv hereket edib bir sozle eger bir uwaqla arasi deyibse onunla butun elaqesini kesirhec kesin sehvini bagiwlamir evdeki qardasiylada cox vaxt bele munasibet besleyir.soruwanda sebebini deyir men bilirem o hereket sehvdir qarwimdaki uwaq niye bunu bilmir? bilmirem bu onda psixi pozgunluqdu yoxsa xasiyyet?xahiw edirem meslehet verin.

Cavab:

Salam Qərib bəy. Yaşına görə yüksək düşünür. Ancaq neqativə doğru düşünür. Bu yaşda uşaqda kinin belə güclü olması bir az qəbulolunmaz haldır, ancaq bu onda daxili aqressiyadırmı yoxsa xasiyyətdirmi dəqiq demək mümkün deyil. Ancaq xasiyyət olsa belə indidən bu xasiyyət olsa belə korreksiya etmək lazımdır. Bir neçə il sonranı təsəvvür etmək çətin deyil. Çalışın bir mütəxəssis dəstəyi alın.

Aydan 2016-11-24

salam men evde tehsilden geri qalan usaqlarla isleyirem bunun ucun loqopediya kursna qatilmaq isteyirem mumkundurmu?

Cavab:

Salam Aydan xanım. Zəhmət olmasa Narınc uşaq psixologiya mərkəzinə müraciət edin. Daha dəqiq cavabı onlar sizə deyəcəklər.

Fuad 2016-11-24

Salam Elnur muellim. Mənim 21 yasim var.Men 5 yasimda danışmışam. Ondan buyana mende esebilik hallari bas verir. Esebi olarkən qabaqimdaki insanlari esyalari tanimiram. Her seyi qirib vurmaqla esebiliyimi sakitlesdirirem. Kitab oxuya bilmirem ancaq oyunlar olsun oynayim. Bom bos fikirlerle yasayiram. Bunun bir emcami varmi?

Cavab:

Salam Fuad müəllim. Öncəliklə hövsələ və ani əsəbə görə psixoloq dəstəyi şərtdir. Daha sonra nevroloji hallar müşahidə olunarsa, ehtiyac duyulsa yönləndiriləcəksiniz. İlk öncə isə psixoloji müdaxilə lazımdır.

Sultan 2016-11-24

salam.manim sorunum usaqla baglidi. 3yasinda oglan usagidi.problem bundadrki biz onu ozel baxcaya qoymusuq ama o hamini vurur oturmur dersa qulaq asmir hec na oyranmak istamir baxcada problemlar yaradib hami sikayet edir hetta baxcadan uzaqlasdirirlar decalliyine gore usaqlari vurmasina gore. bunun ucun ne etmaliyik sebebini bilmak istayirikki niye bu usaq beladi onceden tesekkurler

Cavab:

Salam. Bunun üçün mütləq şəkildə uşaq psixoloquna müraciət etmək lazımdır. Ola bilər uşaqda pataloji hiperaktivlik olsun. Psixoloq dəstəyi almağa çalışın.

mehri xanim 2016-11-24

Salam Elnur bey.Menim 35 yawim var.Uclu sinirim xestedir her iki uzume pristuplar verir.Buna gore mualice aliram.Bu pristuplardan sonra mende ozuneqapanma olur.Hec neyi gormek,ewitmek istemirem ve bu hal 5-6 saat davam eliyir sonra kecir.Bu nevroz elametidirmi?yoxsa agrilarla elaqelidirmi?urek doyuntulerim de cox olur.Evvelceden tewekkurler

Cavab:

Salam Mehri xanım. Bu nevroloji xəstəlikdir. Müalicəsi ilə bərabər psixoloq dəstəyini gərəkdirən bir xəstəlikdir. çalışın bu dəstəkdən yararlanasınız.

saide 2016-11-24

salam elnur bey onceden sualimi cavablandirdiginiza gore tesekkur edirem men2016 ilin yanvarindan panik atak deyilen xestelikden eziyyet cekirem eseble bagli 1-2 kurs mualice almisam evvelkine nisbetem sukur yaxsiyam amma Elnur bey helede evde tek qalanda qorxuhiss edirem men ne edim allah rizasi ucun komek edin sox sag olun

Cavab:

Bir daha salam Səidə xanım. Ən doğrusu psixoloqa müraciətdir. Mütəmadi və intensiv olaraq görüşlərdə bir müddət bunu kontrolda saxlamaq lazımdır ki, tam aradan qalxsın. Əlaqə saxlayın bizimlə sizi qeydiyyata alaq: 0552572700 0124803629

çiçek 2016-11-24

Salam hekim sizden Xais edirem mene komeyliy edesiz hekim menim 20 yaşım var 3 ildide sevgilim var bezen ona mesaj yaziram getmir ve men supeleniremki meni bloka atib sora bunu özünden defelerle sorusmusam ya deyib sendedi problem ya deyib internet zeifdi ya yoxdu ama internetsiz yerde olsada internet olan kimi mesaj geder ama.getmir men deyirem yeqin bloka atir aglima elli şey gelir deyirem mene soyuq olma deyir biz teze sevgili deyiliqki soyuqda ola bilerem kusede bilerem deyir men artiq sene ailem kimi baxiram ona gorede cox şeyi men sixiniti elemirem men neyniye bilerem hekim düzdü ona eseblesiremde hersleniremde ama coxda istiyirem men onu yalan demeye mecbur veziyyetdede qoymuram nece defe dalasmisiqda bu sohbete göre ama desemde bir şey hell eliye bilmirem o xaricde tehsil alir 5 aydan bir gorurem ve uz üze gelende üzümden gelmirki ona bu sehflerin deyem cixilmaz veziyyetde qaldim insAllah mene önce Allah sorada siz komey olarsiz neyniyeceiyimi bilmirem

Cavab:

Salam Çiçək xanım. Yəqin ki, çox deyingənsiniz və bir az mənəvi rahatlamağı ayrılmaqda yox bunda görür. Üzərinə gedərək heç nəyi həll edə bilməyəcəksiniz. çünki elə bunlar üzərinə getməkdən qaynaqlanıb. 

Sevinc 2016-11-24

Birni sevirem hemde cox 10 ildi sevrm amma imkansizdi evlidi o artig amma oda 8 il sevdi unudamrm onu mene komeklik edin

Cavab:

Salam Sevinc xanım. 10 il bir ömrün bəlkə də yarısı deməkdir. O da sevdi, amma 2 il. Sonra ailəsini sevdi. Bəs siz neçə ildən sonra öz ailənizi sevmək, ailə istəməyə başlayacaqsınız? 

anonim 2016-11-23

salam elnur bey.yoldasimin gece gunduz telefon elinnen duwmur.taksi iwledir iwdede el cekmir.en nifret etdiyi iqra oynamax internetde oturmag idi.son zamanlar bunu ozu edir.gah iqra oynuyur gah kinoya baxir.bezen seher 5e 6ya kim baxir.20 25 deyqe istirahet edir sonra yene .diyaloq qurmaga caliwiram daniwsada fikri telefonda olur.neynesemde el cekmir.az bax deyirem deyir fikrimi dagidiram.cox vaxt onunla beraber mende oturub baxiramki belke yoruldugumu gorub el ceke.oda iwe yaramir.neyniyimki el ceksin.bezen goruremki kinoya baxirsada fikri bawqa yerde.biraz prablemimiz var sizce onnan qaynaqlana biler?nece reftar edim?

Cavab:

Salam xanım. Telefon və internet asılılığı deyə bir psixoloji narahatlıq mövcuddur. Yoldaşınızdakı vəziyyət də tam da budur. Psixoloq dəstəyi almağınız daha uyğun olardı. Ancaq ondan əlavə onun telefonla məşğul olduğu zamanlar maraqlı nələrəsə diqqətini yönləndirin. Telefonu yerə qoy demək heç nəyi həll etməz. Adətən monotonluqdan sonra telefon həyatı daha rəngarəng göründüyü üçün ondan qopa bilmərik. Həyatınıza rəng qatın.

Suel 2016-11-23

Salam.Elnur bey heyat yoldashim meni qisqaniram..Onun 30 yashi menim 23 yashim var.Mashinla gedende deyir duz bax,saga sola firlanma..Delidi..Mashin gede gede kimese baxmaq olar?Deyir pencereden bayira baxma..Kucede tek qoymur gezim..O xestedi he?:( Peshmanam onunla aile qurmagima..3 ildi aileliyik.Qizimiz da var.

Cavab:

Salam Suel xanım. Əgər bu hal daha əvvəldən belə deyildisə, sonradan yaranıbsa, bunun yaranmasına səbəb olacaq nüans aydınlaşdırılmalıdır. Ona dəlidi yaxud onunla ailə qurmağa peşmanam demək yerinə ona ən yaxın birinci şəxs kimi yardım etməlisiniz. Onun dediklərini edin daha sonra onunla empatiya quraraq niyə görə belə şeylər etdiyini bunun onu yorub yormadığını soruşun. Onu yarğılamayın, diaqnoz da qoymayın. Onunla söhbət edin və anlayın. Ehtiyac olarsa, qərar alın psixoloqa müraciət edin.

Terane 2016-11-23

Salam..Men teze ana olmursham.Qizim olub..Erim zorla qaynanamin adini qoymaq isteyir..Daha dogrusu demek olar uje qoyub..Sagdi qaynanam..Menim icaze olmadan o bunu ede biler?Ozune de demishem..Sene halal elemirem..Gunah yazilir ona?Agliyiram her gun..Menim 40 gunum olmamish meni tehqir etdi,el qaldirdi buna gore...Men ne edim(((

Cavab:

Salam Təranə xanım. Özünüz də qeyd etmisiniz ki, artıq adı qoyublar. Etiraz etməyiniz nələrə səbəb olur görürsünüz. Ailənin içini daha yaxşı siz bilirsiniz, belə olacağını az-çox təxmin edib öncədən bu barədə razılığa gəlməli idiniz. Əgər gələ bilməmisinizsə, deməli onun necə qərarlı olduğunu bilirsiniz. Əslində uşağa nə ad qoyuldu fərqi yoxdur. Hər zaman buna xüsusi məna yükləyib belə boş yerə münaqişələri ailəyə salırıq. Ancaq heç doğru hərəkət deyil. Madam ki, artıq ad qoyulub etiraz etmək nəyisə dəyişməz. Nəyə görə bu adı istəmədiyinizi deyə bilərdiniz. Belə halda sanki onlarla düşmənsiniz onları bəyənmirsiniz kimi bir tablo yaradırsınız. Adı qoyulan şəxsin qaynananız yox, öz ananız olduğunu düşünün və hesab edin ki, kimsə bu adı bəyənmir evdə münaqişə yaranır buna görə. Necə də qəbul olunmazdır elə deyilmi? Uşaq özü qalıb kənarda adı daha çox danışılır. Övlad adı-sanı olsun ya olmasın yenə də övladdır. Allah saxlasın övladınızı. Ona addan çox sizin mehribanlığınız və sevginiz lazımdır.

Rena 2016-11-22

23 yashim var.2013-cu il avqust ayinda aile qurusham.1 yah 5 ayliq qizimiz var.Yox nishanli vaxti bele deyildim..2014cu ilden beleyem..Men qaynana baldizla bir evde yashamisham..Bldizim sentyabr bu il aile qurdu getdi..Ama hele de onu qisqaniram onlara..Paylasha bilmirem onu kimlese..Istemirem kimlese tek qalib sohbet etsin...Men dogurdan deyesen xesteyem:(

Cavab:

Əgər sonradan yaranmış bir fəsaddırsa, bunu bərpa etmək lazımdır. Ən əsası səbəb tapılmalıdır. Daha sağlam düşüncə ilə övladınızı böyütmək üçün psixoloq dəstəyi almağa dəyər. Ən azından bu sizin özünüz və ailə həyatınız üçün də vacibdir.

Fidan 2016-11-22

Salam Elnur muellim. 20 yasim var. Men butun gun oz ozume danisiram. Ozume sual verib cavablandiriram. Tek olanda yuksek sesle, yanimda adam olanda ureyimde danisiram. Meselen kimse mennen ozum haqda soz sorusur, men ona cavab vermeye cekinirem hemin anda. Amma sonradan ureyimde butun herseyi aciqlayiram ona. Ders oxuya bilmirem, yata bilmirem. Butun gun danisiram. Kenardaki insanlar deyri az danisirsan, sakitsen. Daha demirlerki butun gun icimde hamiyla danisiram. Xahis edirem meslehet verin.

Cavab:

Salam Fidan xanım. Bunun səbəbi araşdırılmalıdır. Nə zamandan, nədən sonra bu baş verib dəqiqləşdirilməlidir.

Lala xanim 2016-11-22

Axsaminiz xeyir cox sagolun meslehetiniz ucun.bezi sebeblere gore gede bilmirem (maddiyatda buna daxildi)maraglandig ama gucumuz catmadiki psixolog malicesi goturum.Allah ozu komek olsun mene inwaAllah olar qurban olum Allah .Allajdan arzu ediremki hec olmaya ayda menim kimi imkansiz eli asagi olan insalari nezere alib gozel hekimlermiz ayda 1 defe pulsuz konsultasiya gostererdi seherde rayonlarda kendlerde inanin o qeder ehtiyaci olan insanlar varki mende onlardan biri.INWA ALLAH Gozel REBBIM bu duami qebul eder heyata kecirer .Sizede tesekkur edirem deyerli vaxtiniz ayirib bizlerin suallarni cavablandirirsiz

Cavab:

Mən təşəkkür edirəm. Allah hər birimizdən razı olsun.

royal 2016-11-22

Salam men TRPS ne qebul ucun senet toplayiram menim qaradim axli catismazliq var onun mene neseziyani varmi

Cavab:

Salam Röyal bəy. Sualınızı daha aydın şəkildə ünvanlaya bilərsinizmi?

Rena 2016-11-21

salam..Men heyat yoldashimi dehshet qisqaniram..Isteyirem onu 1 otaga bagliyim qoymuyum insan icine cixsin.Ancaq menim olsun vse..Ozumle bacarmiram.Onu deli kimi sevirem..En problemlisi budu ki, hetta anasina bacisina qisqaniram.Istemirem onlarla danishsin,sohbet etsin..Men ne edim?(((

Cavab:

Salam Rəna xanım, neçə yaşınız var? Neçə ildir evlisiniz? Nişanlı vaxtı da belə idinizmi? Bu hal nə zamandan başlayıb? Övladınız varmı?

hacıyeva ülviyyə 2016-11-21

salam elnur bəy üzür istəyirəm mənim qlzımın 12 yaşı var 6 yaşında bağcadan evə gələndə gördüm qaşı ilə kipriklərini yolub o vaxdan indiyə dək bu bədən üzvülərındə olan tükləri yolur mən cox narahatam bir necə həkimə ararmışam deyir tirixomaniya xəstəliyidi bu dərman vastəsindın istifadə edirəm Fevarin 100 ml xaiş edirəm mənə bir mısləhət verəsiniz

Cavab:

Salam Ülviyyə xanım. Bəli, diaqnoz doğrudur. Təkcə dərmanla aradan qaldırılan narahatlıq deyil. Birbaşa psixolojidir və mütləq şəkildə psixoloq dəstəyi alınmalıdır. 6 il gec bir müddətdir. Vaxt itirməməyinizi məsləhət edərdim.

Merhemet 2016-11-21

Salam Elnur bey sizden artiq derecede xaiw edirem mene komek edesiz.Menim 33 yawim var aileliyem iki ogul evladim var.Men bu yawa qeder hec vaxt xesde falan olmamiwam ama 30yawimi kecennen bu veziyetdeyem xaiw edirem hetta yalvariram mene komek edin,demeli derdim budu:30yawimi kecennen bu gune kimi bu xesdelikdi nedi bilmirem ama cox eziyet cekirem butun gunu olmek duwunurem bir denede olsa yaxwi weyler barede duwune bilmirem ele bilem kin indi olcem bu saat olecem hecneden, hayatdan , balalarimnan bele hezz ala bilirem deyirem kin onsuz olecem,uwaq meni opende ele bilem olecem deye meni opur hekime gedirem deyirler nevrozdu uc ildi mualice etmekdende yoruldum derman icmekdende bezmiwem duz uc ildi getmediyim hekim qalmiyib ama xeyri yoxdu kin yoxdu ama onuda deyim kin evvele baxanda bir xeylax ireleyiw var mende ne edim bilmirem uwaqa cox eseblewirem onnarin hec bir hereketi mene xow gelmir ele deyrem olecem hec kim mene yaxin gelmesin yoldawim meni bawa duwmur deyir sende hecne yoxdu bilmirem bu nedi ne xestelikdi menim yeqin heqiqetenmi olmek vaxtim catib deye bele oluram menim kimi xesdeler varmi olurmu bele weyler yoxsa menim derdim nedi bilmirem sizden xaiw edirem mene komek edin olmek isdemirem hetta olmekden qorxuram size canli muraciet etmeye imkanim yoxdu sagolun komek etsez size omrumun axrinacan minnatdar olaram iki balam var yawamaq isdiyrem onnarin xetrine cox sagolun siz varsiz size oz problemizi daniwirix sagolun.

Cavab:

Salam xanım. Bu ölüm qorxusudur, həyəcanlanmayın, qorxmaq da lazım deyil. Görülə bilən bir narahatlıqdır. Təbii araşdırmaq lazımdır ki, hansı fondadır, panik atak keçirirsinizmi ya yox. Sadəcə psixoloq dəstəyi almalısınız. Doğru müalicə alarsanız nəticə də alacaqsınız. Müraciət edin sizə doğru yolu göstərə bilək: 0552572700 0124803629

Tahir 2016-11-20

Salam. Dogusdan basimda travma ile dogulmusam, mene yungul dereceli emosional labillik diaqnozu qoyublar. Bilmirem bu xestelik ne demekdi amma menim ehval ruhiyyem ele keskin deyisir ki, bunun ferqine varanda meni gulmek tutur. 5 deqiqe optimist, 3 deqiqe agressiv, 4 deqiqe depressiya, 2 deqiqe narmal veziyyetde oluram. Birde hec bir is gormemis yoruluram, dincelirem yorgunlugum kecmir, hec neye heves yoxdu. Xais edirem bir yol gosterin. Sizinle gorusum mualice edim. Bu mualice ile duzelir ve nece mualice eliyirler. Sag olun

Cavab:

Salam Tahir bəy. Bəli, psixoloji dəstək şərtdir. Müraciət edin sizə doğru istiqaməti göstərəcəyik. 0552572700, 0124803629

Lala xanim 2016-11-20

Salam Elnur bey menim 28 yasim var 2 oglum var 2cinifde boyuk oglum oxuyur kicik ise 5yaslidr.men usaglarmin her hereketine eseblesirem ve doyurem ele biliremki agilli olacaglar sonra it kimk pesman oluram.boyuk ogla garsi sevgi hiss elemirem ancag ele bilko yazigm gelir bilmirem bu niye beledi kicik oglumu yazigim gelir.bu analig hissidir onuda bilmirem memde zeherli zob var hormonal analizde th 0.004 ciib.bilmirem zobun meme verdiyi esebdwn yaranir bunlar..hemde cox esebiye ovladlarmi cox sevirem onlarsiz yasaya bilmerem.1 qizida 4 5 il evvel itirmis rehmete gedib.deyirem oz ozumeki men ovladimi itirmisemmi deye beleyem uji ozum ozumdende bas acmiram basimi yastiga goyanda ovladlarmi itirsem neyniyerem o qorxu basir memi.bir defede yuxda gordumki meme deyirlerki boyuk oglun 12 yasinda olecek buda meno cox qorxudir men bua dayana bilmerem meni basa dusirsiz olermee men gozlerim yasla dolur ureymi qorxu basir bedenim esir mene nece komek ede bilersizki mende gozel seyler dusunum sevgimi verim ovladlarima canlarima

Cavab:

Salam Lala xanım. Zob bir çox insanda var, doğrudur insana əsəb verə bilər, ancaq gəlin bunu səbəb bilməyək, nə də uşaqlara qarşı belə davranmaqda haqq görməyək. Bunun fərqidə olmaq sizin etdiyinizi yüngülləşdirməz, əksinə fərqində ola-ola bunu etmək, uşaqlara elə davranmaq etdiyinizin daha da ağır olduğunu göstərər. Özünüzü cilovlamaqda çətinlik çəkirsinizsə, psixoloji müdaxilənin şərt olduğunu bilməyinizi istəyərəm. Bu dəstəyi mütləq şəkildə almalısınız. Onlar hələ balacadırlar, ancaq sabah yeniyetməlik dövründə belə davranışlarınız qarşısında onlar da "anamı sevmirəm, amma əsəbidir ona yazığım gəlir" deyəcəklər. Əlaqə saxlayın sizə yardım edəcəyik: 0552572700, 0124803629

Güler 2016-11-20

Salam. Menim 19 yaşım var. Meni anam usaqliqdan bacimla muqayise ederdi deyerdi savadsizsan. Ne elemek istesem gulub laga qoyardi. Agzimi acmaga imkan vermezdi. Hetta cox ders oxumaga da qoymurdu ki onsuzda oyrene bilmeyeceksen. İndi de eledi. Amma men universitetde oxuyuram. Ozumu usaq kimi hiss edirem. Cunki anamsiz hecne bacarmiram. Kimse soz deyende de cavab vere bilmirem isteyirem anam gelsin nese desin. Tez aglayiram. 2 ildi qrupa uygunlasa bilmirem. Yoldaslarim kinoya, kitabxanaya, gezmeye gedir. Mense hec yere gede bilmirem. Universitetde nese tedbir olanda qacib eve gedirem ki meni aparmasinlar ora. Bunlari gizledirem hamidan. Amma ne qeder olmaya yene basa dusurler, deyirler usaq kimi aparirsan özünü. Bilmirem ne edim, nece qurtulum. Tesekkurler.

Cavab:

Salam Gülər xanım. Bəzən valideynlər belə edərək övladlarının hirs edərək daha qabağa gedə biləcəklərini düşünürlər, ancaq bu hər uşaqda eyni effekti vermir təəssüf ki. Bəzi şeyləri olması lazım olanlar kimi görməyi bacarmalıyıq. Məsələn, qrup harasa gəzməyə gedirsə, orada düşünməməli onlara qoşulmalıyıq. Biz valideynin gözünə girmək üçün onlar deyəni etsək, əslində heç nə etməmiş olarıq. Bu valideynin gözündə təəssüf ki, belə mənaya gəlir. Odur ki, gücünü göstərməli, bir az cəsarətli olmalısan. Məsələn, universitetə daxil olmusan, ancaq bu uğur sayılmadı. Olması lazım olan kimi adi görüldü. Halbuki, o qədər aşağılama qarşısında bu böyük uğur idi. Bütün pis fikirlərdən bilərək uzaq dur, sona qədər inadlaş və gücünü göstər. Hər zaman uğur səninlə olsun.

Fidan 2016-11-20

Salam Elnur muellim..Size qardashimin son 2 ilde yashadigi problemden yazmaq isteyirem..Onun bashina gelenler belke kimese gulmeli ve ya inandirici gelmeye biler..Ama inanin men shahidem gozumle..Onun hal-hazirda 21 yashi var.19 yashindan psixoloji veziyyeti yerinde deyil..O 2 il evvel bashqa insan kimi danishmaga bashladi..Deyirdi men cinem sizle danishan, sonra ne bilim men Ademem..Bele agilsiz sheyler..Indi sudurkalaritutur,heyecanlanir,her sozu ureyine salir..Agliyir.Hechneye hevesi yoxdu.Universiteti bitirdi indi magistraturaya hazirliga zorla gonderirik ki getsin bashi qarishsin ,cemiyyete qoshulsun,,Insanlardan qachir,utanir..Boynu,qollari dartilir...Psixiatr yanina getdik..Ona guclu psixiatrop dermanlar yazdi..Icdi, ama ne xeyri..Size yaxinlashsaq nese ede bilersiz?Ne etmeyimizi meslehet gorursuz?..Evvelceden size choxsagolumu bildirirem ki, vaxtinizi ayirib oxudunuz...

Cavab:

Salam Fidan xanım. Təcili bizimlə əlaqə saxlayın. Psixoloji müdaxilə şərtdir, psixiatra müraciət etməyiniz doğru addımdır, ancaq dərman dəstəyini psixoloqla bərabər davam etdirmək lazımdır. Əlaqə saxlayın lazımı yardımı göstərəcəyik. 0552572700, 0124803629

Gülsüm 2016-11-19

Salam.menim qizimin 2 yawi var tez tez,aglayir neden ola biler hec ne ucun bow yere aglayir.

Cavab:

Salam Gülsüm xanım. Allah saxlasın. Uşaq evdə neçənci uşaqdır? Ağladığı mövzular bizə görə ümumən boş sayılsa da onun üçün elə deyil. Boş yerə ağladığını demək yerinə onu diqqət mərkəzində saxlayın və daha sonra uşaq psixoloquna müraciət etməyiniz daha məqsədəuyğundur.

Mehri 2016-11-19

salam doktor, Menim insanlara cox tez baglanmaq xususiyyetim var, sevmirem bunu ozumde, biriyle munasibet qururam ve cox tez baglaniram ona tanimadan cox deyer verirem axirdada ele hereket elirlerki pis olan yenede men oluram. bilmirem nedi bu cox darixiram hemin adam ucun ama insanlar o qedeer laqeyiddilerki artik heckimi sevmek lazim deil dusunurem herkesden uzaq olamaga calsiiram buda yaxsidirmi yoxsa yox bilmirem

Cavab:

Salam Mehri xanım. Adətən daxildə bir boşluq olduğu zaman belə hallar baş verir. Məsələn böyük ehtimalla xəyalpərəstsiniz. Çalışın daha çox qarşınızdakının sizə davrandığı qədər davranıb ona uyğun xəyallar qurasınız.

leyli 2016-11-19

Salam Elnur Muellim men2ildir ki aile qurmusam.Yoldasimla dil tapa bilmedim.Bunu goren qayinanam fursetden istifade ederek bizi ayirdi.Ayrica evim da var.Amma hele remont olmuyub..Men ne ede bilerm.Aile isteyirem.ahis edirem mene komek edesiniz

Cavab:

Salam Leyli xanım. Tam olaraq hansı mövzuda yardım istəyirsiniz? Ailə istəyirəm dediniz, qurmaqda çətinlikmi çəkirsiniz? Yəni ailə istəyib qura bilməməyinizə səbəb nədir?

Layla 2016-11-19

Alaverdiyeva SALAM men coxda qaynayib qarisa bilmirem Şükür insanlar arasında(mektebliyem ) mektebde hormetim var Ancak özgüvenim asagidi Birde biraz zarafatcil olmak isteyerem ama olmur

Cavab:

Salam Layla xanım. Çox vaxt "deyərəm mənə gülərlər" fikri etmək istədiyimiz hər şeyin qarşısına keçir. Halbuki, biz onu demək istəyiriksə, deməliyik. Gülünəcək bir şeydirsə, həqiqətən gülərlər, bir şey itirmərik, biabır da olmarıq, ancaq bilərik ki, bu gülməlidi. Beləliklə fikirlərimiz formalaşmağa başlayar. Çəkinməyin, qorxmayın. Düşündüklərinizi ifadə edin.

Aysun 2016-11-19

Salam. men tek qalanda cox qorxuram. qaranliqda olanda cox qorxuram. sanki kimse meni oldurecekmiw kimi gelir. oz ailem bele meni oldurecek sanki.bu aralar hecne olmadan uzulurem ustumde agirliq var sanki.

Cavab:

Salam Aysun xanım. Qaranlıq fobiyası və paranoid fikirləriniz var. Psixoloq yardımı alaraq bunu bərpa etməlisiniz. Daha güvənli həyat üçün bu şərtdir. Buyurun əlaqə saxlayın sizə yardım edə bilək. 0552572700, 0124803629

Aynur 2016-11-19

Salam hekim men geceler yatarken boqulma hiss edirem bunnan cox eziyyet cekirem ayilannan sonra nefes aliram burnumda hec problem yoxdur xaiw edirem cavab yazin

Cavab:

Salam Aynur xanım. Yatmadan əvvəl hər hansı narahatlıq keçirirsinizmi?

Aişə 2016-11-18

Salam,mən öz-özümə çox danışıram,bütün problemləri belə danışıb həll edrəm,həm də özgüvənim çox aşağıdı,qərarverə bilmirəm,başqalarının təsirinə düşürəm,21yaşım var,ama gələcəyə heç ümidim yoxdu,bütün problemlərdə özümü günahkar görrəm,özüməqapanmışam,nə qədər özümə təsəlli verrəm,ümid yaranaın isdrəm içimdə,ama heç bir xeyri yoxdu.Nə edə bilərəm?

Cavab:

Salam Aişə xanım. Bu nə zamandan sizdə var və nədən sonra yaranıb bilmək və korreksiya etmək lazımdır.

Aycan 2016-11-18

Salam hekim menim bawim tez tez agriyir sebebi nedi bilmek isteyirem niye cavabimi gonder bilim nedenini sagolun

Cavab:

Salam Aycan xanım. Yuxu rejiminiz pozulubsa, onu bərpa edin. Yox əgər hər şey yolundadırsa, baş ağrıları varsa, bunu araşdırmaq lazımdır. Baş hamıda ağrayır. Ancaq sizdə nə fondadır bilmək üçün müayinə yaxud daha ətraflı məlumat lazımdır.

Sema 2016-11-18

Salam menim 15yaşım var tek olanda qorxuram elə bilirəm yanımda nəsə var gözümə nəsə görünəcək son vaxtlar qorxu artib qaranliqdanda qorxuram xahiş edirəm məsləhət verin

Cavab:

Salam Səma xanım. Birbaşa bunu psixoloqla işləmək lazımdır. Qaranlıq qorxusu ayrıcadırsa, bu fobiya sayılır. Bərpa etməyiniz məsləhətdir.

Gulzar 2016-11-17

Rayonda yasayiram gele bilmirem sehere hemde qaynanamgil meni istemiller adice atamgile gedirem dava dusur rayonda pisxoluq yanina getmisem bu diyaqnozu qoydu sayrisan hallar nevrozu dedi bu xesteliy 50f kecir 50fqalir dediki bu mene irsen kecib bilmirem ne edim yorulmusam artig bu xesteliyden cox ezzyet cekirem kaski imkanim olaydi gele bileydim yaniniza dediylerim birr fayizidii icimdekilerin

Cavab:

Gülzar xanım dəqiq diaqnoz yazı ilə qoya bilmərik. İrsən keçib keçmədiyini də həkim bir baxışda baxıb bilə bilməz. Adətən nəyi sağaltmağa güc çatmırsa, irsən keçib demək, mən bunu sağalda bilmərəm deməkdən daha asan gəlir. İstənməyən gəlin olduğunuzu unudaraq özünüzə ən böyük yaxşılığı etmiş olarsınız.

Telebe 2016-11-17

Salam hekim telebeye veya imkani zeif olana guzest edirsiniz? Onceden tskkur

Cavab:

Salam. Əlbəttə. Əlaqə saxlayın buyurun lazımı yardımı edəcəyik. 0552572700 0124803629

Nurane 2016-11-17

Salam 3 usagim 2 qiz 1 oglan qizlarin birinin 12 birinin 13 yasi var.12 yasli qizimin oglan sevdiyini anlamisam nece davranacagimi bilmirem.onceden tesekkurler

Cavab:

Salam Nuranə xanım. Bunu bildiyinizi bildirmədən bu barədə söhbətlər edib, bunun əslində normal bir şey olduğunu, ancaq müəyyən dövrdən sonra normal sayıldığını və nəyə görə müəyyən dövrdən əvvəl normal sayılmadığını izah edin. Daha sonra bu dövrün nə zaman olduğunu onların yox sizin bilə biləcəyinizi qeyd edin. Əgər normal yaxud normal olmadığını bilmək istərsə, gəlib sizinlə məsləhət edə biləcəklərini bildirin. İkisi ilə bu söhbəti aparın eyni vaxtda edin bunu. Ancaq qabartmayın, çünki bu yaşda sevgidən daha çox xoşlantı olur. Nəyəsə görə bir nəfər ona xoş gəlməyə başlayır. Qabartsanız onda qorxu olaraq, inad olaraq qala bilər.

İlknur 2016-11-16

Salam həkim çox sağ olun məsləhətləriniz üçün.Çalışacağam əməl edim..

Cavab:

Bir daha salam İlknur xanım. Mən təşəkkür edirəm. Uğurlar sizə.

Vüsalə 2016-11-16

Salam həkim.Bacım oğlunun 6 yaşı var 1-ci sinifdə oxuyur.Dərs oxumaq yazı yazmaq istəmir bacım yazı yazdırana kimi nələr çəkir oturub yazmır eləcə oyun oynamaq mutikə baxmaq istəyir fikrini dərsə salmır.Dərsə qarşı diqqətsizdir.Bacım necə etsin dərsə marağını artırsın dərslərini sevdirsin.. Birdə bacım oğlu özündən 1'yaş kiçik qardaşıyla dalaşır başqa uşaqlarla mehribandır ama qardaşına qarşı aqressivdir normalda sakit uşaqdı ama qardaşına qarşı sərtdi.Bacım necə etsin uşaqlar mehriban olsun bir-birini çox istəsin.Başqa uşaqlar qardaşını döyəndə qardaşını müdafiə etmir.

Cavab:

Salam Vüsalə xanım. İkinci uşaq sindromu görülə bilən bir haldır ki, valideyn bunu bərpa etməlidir. Dərslərinə konsentrasiya olmağı isə uşağın öz rejimi olmalıdır. Bu rejim onun maraq və etməli olduğu işlərə görə müəyyən edilir. Uşaq psixoloqu ilə məsləhətləşməyiniz daha doğru olardı.

Vahid 2016-11-16

Salam doktor bir seansın qiymeti ne qederdi bilmek mumkunse

Cavab:

Salam Vahid müəllim. Bizimlə əlaqə saxlayın lazım olan məlumatı sizə verəcəklər. 0552572700, 0124803629

Anonim 2016-11-16

Salam doktor sizde adin mexfiliyi qorunurmu onceden sagolun

Cavab:

Salam. Bəli

aydan 2016-11-16

Hekim meslehetleriniz ucun cox sagolun.heqiqetende beledi ve inan ki,mende bunlari bilirem.ancaq ozumle bacarmiram.kecmiwle yawayiram.ve buda meni incidir.cox hessas insanam.ve yawadiqlarima gore bu gun ki,xowbextliyimi sanki gormurem.ve deyesen men cox nankor insanam

Cavab:

Yox, özünüzü acılamayın. Nankor demək üçün tezdir, sadəcə sizə pis təsir edən hadisələrə daha çox yer verirsiniz. Yaxşı olanlara konsentrasiya olun. O zaman həyat daha asan və gözəl olar.

lala 2016-11-16

elnur bey salam.bilirem cox bezdirdim sizi belke onna gore cvb yazmirsiz.xahiw edirem komek edin.toparlamagimcun yardim edin.nece davranmaliyam?

Cavab:

Salam Lalə xanım. Toparlanmağınıza nə mane olursa, onu müəyyən edin və onları minimuma endirin

Rena abbasova 2016-11-16

Salam hekim yene narahat edrem ama bilmey istyrem yeni o yaxsi mualice alarsa men onunla evlensem heyatim mehv olmazki?duzdu esebi deyl meni incitmir cox yaxsi biridi ne isteyrem elyr ams ozune gore marahatamki icinde narahatlig var hamisi mene gore olub 3il once oma yox dedim sonra o xeste oldu sabuncuda yatdi psixi wobede sonra elci geldi evden verdiler sukur yaxsi idi sonra arada aile sohbetleri oldu ayrildig ama o unutmadi meni yene barisdig indi tam istyrem bilemki bunun caresi varmi yeni coxmu qorxuludu bu sayrisan nevroz indiden cox sagolun Allah razi olsun

Cavab:

Salam Rena xanım. Daha əvvəl də qeyd etmişdik ki, doğru müalicə və psixoloji dəstək almalıdır. Çalışın bu yöndə yola qoyulasınız. Qaldı digər məsələlər, heç kəs kiminlə ailə qurarsa onu nə gözləyir bilə bilməz. Eləcə də psixoloq. Ancaq seans zamanı psixoloq sizinlə də görüşüb aranızda yarana biləcək bir problem varsa, onu müəyyən edib doğru məsləhəti edəcəkdir. Müalicəni gecikdirməməyinizi məsləhət edirəm. Müraciətiniz üçün təşəkkür.

aydan 2016-11-16

Salam hekim.bilmirem neden bawliyim.cox cetin gunler yawadim.21yawim var,istenmeyen gelin oldum.toyum bele olmadi.hemiwe gelinlik gorende gozlerim dolur.ama tek problem o deyil.yoldawim cox gozel insandi.cox xowbextem o barede.ama qohumlar arasinda meni cox inciden var,qohum deyende yoldawimla mende qohumam ve ortaq qohumlarimizdan biri meni cox incidir,her sozumu problem eliyir,haqsizliqlar eliyir mene.ve.men sozumu,cavabimi qaytaran biri deyilem.o deyir,ya ewidirem ama ona bir soz demesemde ozum ozume zulm edirem.her deqiqe yadima saliram,icim icimi yeyir.bezen oturub agliyiramki axi men bunlara laiq insan deyilem.bezen qizima,yoldawima baxib wukr edirem.he bide onu deyimki yoldawimin ailesiylede cox problemlerim olub.sizin yaniniza hec cure gele bilmerem.eger bir nomre olsaydi hec ola bir defe sizinle daniwardim.size cox ehtiyacim var

Cavab:

Salam Aydan xanım. Qəribədir ailədaxili heç bir sıxıntı yoxdur, ancaq bu qədər çox incinirsiniz. Bəzən deyilən sözlər təsir edə bilər, ancaq o zaman təsir edər haçan ki, biz onu, onu deyəni önəmsəyərik. İndi isə sual verin özünüzə sizə yaxşı münasibət bəsləməyən birinin sözünü yaxud özünü niyə önəmsəyirsiniz? Sadəcə ortaq qohum olması şərtdirmi? Qeyd etdiyiniz vəziyyət əslində tam olaraq qohuma bağlı bir şey də deyil. Gəlinlik və s qeyd etmisiniz. Yəni canınızı sıxan çox olub. Ancaq diqqət edin olub keçməyindən danışıram. Keçməyib deməyin. Keçib, sadəcə orada qalmağa davam edən sizsiniz. Hansı ki, olub bitən pis yaşananlardan sonra hazırda xoş şeylər də baş verir və siz bunlardan tutunmaq yerinə keçmişi dərd edirsiniz. Ona görə hər zaman deyirlər ki, insana nə edirsə, özü edir. Ailənizə köklənin, övladınıza köklənin.

Gulzar 2016-11-16

Salam hekim men demey olarki usagligdan depresiyadiyam yaxinlarimi itirme qorxusu indi24yasim var hardasa 6ildirde olum qorxusuu kecirirem ara ara kecsede tam sagalmiram 4baydirki ayle qurmusam bu uzden yoldasimlada aram acilir ona soyug munasibet gosterirem heyacan kecirirem dunnenende boguluram ureyim sixilir ele bilirem havam catmir ama nefes aliram ele bilirem bogulacam ozumu sakitlesdirmeye calisiram biraz kecir yene ele oluram bu deyqe yazadada ele hallar gelir mene bilmirem ne edim komey edin xayis edirem

Cavab:

Salam Gülzar xanım. Daha çox panik ataka oxşayır. 6il az bir müddət deyil, mütləq şəkildə psixoloji yardım almalısınız. Qabaqda hamiləlik dövrü var. Daha çətin olmadan çalışın bunu bərpa edəsiniz.

Nermin 2016-11-15

Salam Elnur bey. Qarwimizdaki insana bezen cox isdemekden zerer vura bilerikmi? Yaxin refiqem var 4,5 il bir birmize cox dogma yaxin olmuwug.İndi o ikinci defe aile qurdu yoldawiyla menim aramda prinsip sohbetleri oldu menle elaqesi olsun isdemedi bariwig ucun bir araya gelmek icun elimizden geleni etdik refiqemde mende sadece yoldawi cox sert insaniydi qebul etmedi. Gizlin sosyal webekelerde elaqe saxliyirdig daniwirdig cox gozel evelki kimi.1 hefte olar durdug yerde yoxa cixdi nese yazmadi 3 gun sonra girdi mesajlari oxudu yene nese yazmadi cixdi indi men neynemeliyem nece davranmaliyam? xaiw edirem bir meslehet vererdiz.

Cavab:

Salam Nərmin xanım. Heç bir şey etməməyiniz, zaman verməyiniz lazımdır. Daha sonra istərsə, özü izahat verər sizə. Hazırda əgər bunun səbəbini demək istəmirsə, soruşsanız desəniz belə cavabsız qalacaqdır. Ona görə bir müddət sakit dayanmaq lazımdır. Əgər yoldaşı istəmirsə, onunla ikinci dəfə ailə qurması yəqin daha əvvəl problemləri olduğunu göstərər. Üçüncü dəfə eyni şeyi yaşamaqdan çəkindiyi üçün hazırda yoldaşının dediyini edir. Siz kənarda dayanın

ilknur 2016-11-15

Salam həkim mən 4 ildi nişanlıyam nişanlımla tel-lə danışmırıq ancaq sms-ləşirik.Görüşəndə də demək olar danışmır bir iki kəlimə edir sonra sakit durur mən danışanda da ağzıma vurur yəni imkan vermir danışım.Onla hələ nişanlı kimi düzəməli danışmamışıq məndən nə istədiyimi soruşsada öz bildiyini edir.Ona dediyimi sözləri mamasına deyir o mamasıyla aramızda narazılıq oldu.Həmişə söz deyəndə tapşırıram ki demə yenə deyir.Özünü elə aparır ki guya deməyib ama mamasıyla danışanda görürəm ki deyib bilmirəm necə edim özünün ailəsinin də ən pis xasiyyəti ailə içi danışılan hər şeyi hamıya deyirlər misalçun deyirlər qır qızılın hər şeyini necə lazımdır almışıq özlərindən razı danışırlar ama elə deyil.Hərdən mənə eelə gəlir nişanlımla və ailəsiylə yola ggedə bilməyəcəyəm.Nişanlım məni ssevsəndə imkan vermir aramızda narazılıq yarananda müzakirə edək eləcə deyir uzatdın nəysə mövzunu bağla belə olanda da görüşəndə mən də çox aZ belə danışıram onu bilirəm evlənəndən sonra heç imkan verməyəcək öz istədiyim kimi hərəkət edim o istəyir mən robot olum dilsiz ağızsız ancaq onun istədiklərini edim öz istədiklərimi isə basdırım am!a elə ola bilmirəm mənim istəklərim başqadır onunku başqa.XAHİŞ EDİRƏM BİR YOL GÖSTƏRİN!Mən neyləyim

Cavab:

Salam İlknur xanım. Bu qədər onun barəsində düşünməyin. Sizin danışmağınıza izin vermir, siz də sizi dinləmək istəyənlərlə söhbət edin. Dostlarınızla, ailənizlə. Ona bu qədər bağlı olmayın. Gün ərzində onu az axtarın. Mesaj gələn kimi cavablandırmayın. Sanki işiniz yox gücünüz yox yazmağını gözləyirsiniz. Bir az gec-gec sizi tapanda narahat olub zəng də edəcək. Bir az əlinizi çəkin kənarda dayanın

Leyla 2016-11-15

Salam həkim.Mən 3 il 5 aydı nişanlıyam nişanlım yaxşı insandı mən özümə dözə bilmirəm ama elə deyil hər şeyi anlayışla qarşılayır.Mən çox əsəbi biriyəm səbəbsizdə əsəbləşib özümdən çıxıram həmin vaxt yüksək səslə qışqırıram ailə üzvlərimdə həmişə məndən narazı qalır neyləsəmdə narazı olurlar bu da məni daha çox əsəbləşdirir.Eləcə istəyirəm mən deyən olsun.Bir anlıq bərk əsəbləşirəm tezdə peşman oluram çünki əsəbləşəndə yaxınlarımın xətrinə dəyirəm.Axır vaxtlar ailəmdən başqa kim nə desə mənə qıcıq gəlir ailəmə qarşı kin yoxdu ama basqaları bir sözlə xətrimə dəyəndə onu unutmuram hətta həmin insanın nə üzünü görmək istəmirəm nə də danışmaq insanlar bir sözlə gözümdən düşür bütün günü evdə tək oluram ailə üzvlərim axşam tərəfi gəlir tək olanda heç bir yerə getmirəm heç kəslə danışmaq nə də heç kəsin səsini eşitmək istəmirəm.Əvvəllərdə əsəbi idim indi daha çox əsəbiyəm xoşluqla deyilən sözdə məni əsəbləşdirir özümə sual verirəm axı niyə bu qədər əsəbiyəm cvb o olur ki mən tək qalmaq insanlardan uzaq olmaq istəyirəm.Çox əsəbi olanda hərdən ağlayıram ama elə olur nə qədər edirəm ağlaya bilmirəm yaxınlarım deyir ki dəli olmusan o qədər əsəbləşib çığırıram ki.Nə valideynlərimə yaxşı övlad ola bilmirəm nə bacı qardaşıma yaxşı bacı nə də yaxşı nişanlı ola bilmirəm.Valideynlərim üzünə ağ və çox pis övladam halbuki nə etsəmdə nə söz desəmdə onlar mənə qarşı yaxşıdı.Mən özümlə bacara bilmirəm xahiş edirəm mənə yol göstərin və kömək edin...

Cavab:

Salam Leyla xanım. Uşaqlıqdan başlayan bir travmaya bənzəyir. Bunu korreksiya etmək lazımdır. Bizimlə əlaqə saxlamağa çalışın.

Leyla 2016-11-15

Bir daha salam həkim öncədə sizə yazmışdım.23 yaşım var Gəncədə yaşayıram.Bütün günü evdə oluram ev işləri görürəm boş olanda yuxum gəlməsədə özümü məcbur edim yatıram çünki yatanda başım dincəlir.Qohumlarımgilə gedəndə nəsə söz deyib məni qıcıqlandırırlar ona görə getmirəm tək qalmağa üstünlük verirəm.Onu da deyim nişanlım nə qədər məni çox sevsədə elə olur aylarla zəng etmir ancaq sms yazır danışmaqla arası yoxdur.Məni nişanlımla olan münasibətimdən çox ailəmə qarşı yaxşı davranmamağım narahat edir.Cavablandırsanız sevinərəm əvvəlcədən çox sağ olun.Yaxşı ki varsınız və insanlara kömək edirsiniz Allah razı olsun inşAllah.

Cavab:

Salam Leyla xanım. Daha öncə bu məsələylə bağlımı müraciət etmişdiniz? Nə məsləhət edilmişdi? Yerinə yetirdinizmi?

Aygün 2016-11-15

salam.sizə sualım özümlə baglıdır.tez tez keçmişdə olan hadisələr yadima düşür.unuda bilmirəm keçmişdə olan hadisələri .nə edim?

Cavab:

Salam Aygün xanım. Unutmaq deyə bir şey yoxdur və keçmişdə olanları unutmağa can atmayın yəni ondan qaçmayın. Üzləşin, barışın, qəbul edin, qərar verib daha sonra irəli baxın.

Rena abbasova 2016-11-14

Salam size bir sualim var xais edrem cavab yazardiz nisanlim sayrisan nevrozdu aglina her fikir gelir dermanlar qebul edr ama dahada pis olur men me edim

Cavab:

Salam Rəna xanım. Sizin edə biləcəyiniz nəsə yoxdur, pasiyent bizə müraciət etməli psixoloji müdaxilə edilməlidir. Əlaqə saxlamağınız xahiş olunur: 0552572700 0124803629

Zema xanım. 2016-11-14

Salam Elnur bəy mən 23 İIDİR evliyəm .Bu müddət ərzində yoldaşım içən olub və bu hadisələrdən mən psixaloni travma deyərdim almışam.İndi o evə geç gələn kimi məni həyəcan qorxu basır .necə edim ki bu qorxudan xilas oıum mənə kömək edin çox xaiş edirəm.

Cavab:

Salam Zema xanım. O içkili gələrkən nələr baş verirdi, sizi qorxudan, gözünüzün önünə gələn nədir bunları danışmaq korreksiya etmək lazımdır.

Leyla 2016-11-14

Menim qızım ozune cox qapaniqdi fikrini tam cat dira bilmir kimlese daniwmaga utanir 13 yawi var her bir sozu hereketi ozune qarsi pis yere yozur bu neden ola biler

Cavab:

Salam Leyla xanım. Özgüvənsizlik və özünüqiymətləndirmə aşağıdır

... 2016-11-14

Salam hekim.men yene sizi narahat edirem.artiq olum barede fikirlesmeyden normal heyatimi yasaya bilmirem.mene daim yaxinlarimin oleceyi fikri ezab verir..ureyim agriyir.anamin atamin oleceyini dusunub dehsete gelirem.bunu aglima sigisdira bilmirem.hemise Allaha yalvariram nolar menim omrumden al onlara ver onlarsiz olmayim hecvaxt..bir ildir ki evliyem.yoldasimin oleceyinden qorxuram.her deyge dalinca gezirem usag kimi nese olar deye.bezdirirem bezen onu bu hereketimle.birden o olmasa onun qoxusunu hiss elemesem birden olse deye deli oluram..gucaglayiram tez tez el cekmirem basa dusmur ki men nece ezab cekirem.davam edir...heccur bu fikirlerin qarsisini ala bilmirem..yuxuda atamin olmeyini gormusdum ata ata qisqiran sesime yoldasim oyatdi meni.iki gun kecdi gordum yuxuda qardasim olub...sonra yoldasimi..o yuxulardan sonra bir hefte ruh kimi gezirdim ele.nece ezab cekdiyimi basa sala bilmerem..hem bele yuxulari gorende hem de dusunende.men birce gun birce saat bu fikirlerden yaxa qurtara bilmirem.aglamaq tutur meni..dehset icindeyem hemise..cox qorxuram bunu tesevvur eliye bilmirem basa dusursuz dehsete gelirem bu fikirlerden..ne edim men hekim?ne edim..ureyim agriyir

Cavab:

Salam. Bir daha narahat etmirsiniz, sadəcə hər dəfəsində probleminizi ciddiyə almırsınız. Baxın problemdən şikayətçi olmaqla onu ciddiyə almaq ayrı-ayrı şeylərdir. Məsələn siz indi şikayətçisiniz və çox gözəl bilirsiniz ki, psixoloq müdaxiləsi sizin vəziyyətiniz üçün şərtdir. Çalışın bərpa edin. Yazı ilə bacardığımız yardımı zatən edirik, ancaq bu situasiya üçün yazı heç bir rol oynamır. Bizimlə əlaqə saxlayın sizə yardım edə bilək: 0552572700 0124803629

Esma 2016-11-13

Men 4 il bunnan qabax yoldasima sadece basqasina mesaj yazmaxla xeyanet etmisdim.indiyene kimi onun ezabini cekirem.nece edim.xahis edirem komek edin.

Cavab:

Salam Esma xanım. Vicdan ən gözəl tərbiyədir, ancaq bu etdiyimizi təmizləməz. Öncəliklə niyə görə belə bir şey etdiyinizi müəyyən edin. Hansı situasiya olduğu zaman bunu etdiyinizi araşdırın, yenidən elə bir vəziyyət olarsa, yenidən bunu təkrarlayarsınızmı yoxsa yox bunları dəqiqləşdirin. O zaman bunu unutmağa yeni səhifə açmağa başlaya bilərsiniz.

Namiq 2016-11-12

Salam hekim onlayn konsultasiya movcuddur sizde? Eger movcudsa bu barede melumat vererdiniz zehmet olmasa mes. nece bas verir,muddeti ve s.

Cavab:

Salam Namiq müəllim. Öncəliklə niyə psixoloq qəbuluna gələ bilməməyinizin səbəbi mütləqdir. Ancaq yenə də birinci seans psixoloqla əyani görüşməkdən ibarət olmalıdır. ondan sonra uyğun görülərsə online konsultasiyaya razılıq verilə bilər. Bu terapiyanın müsbətə doğru getməsi üçün vacibdir. Razılıq verildikdən sonra sizi şərtlərlə tanış edəcəklər. Əlaqə saxlayaraq qeydiyyat edə bilərsiniz. 0552572700 0124803629

Aslan 2016-11-11

Doktor salam men boquluram ele bil nefesim dayanacaq cox cetinliknen udqunuram bu qun boyu baw verir ele olur qece yatada bilmirem hekim meslehetinen 1 ilden coxdur velaxsin roxsizapin ataraks bu dermanlari atiram ancaq yuxu verir elacsiz qalmiwam xahiw edirem komek edin ev

Cavab:

Salam Aslan bəy. Bunun adı panik atakdır. Yalnız psixoloq müayinəsindən sonra onun da məsləhəti ilə psixiatra yönləndirilib dərman qəbulu lazımdır. Qalan müalicə çox da doğru olmaya bilər. Bizimlə əlaqə saxlamağa çalışın: 0552572700 0124803629

Anonim 2016-11-11

Hekim men cooox sakit gorunurem.sebr edirem, boyuklere,kiciklere cavab qaytara bilmirem.25 yasim var amma bezen usaglarin aqresiyasindan esirem. Bilmirem qorxudandi ya esebden.meni fikrimden kimse dondere bilmir bezen yanlis oldugumu bildiyim halda inad edirem o an kimse meni maraglandirmir.cox yatmagi,yemeyi sevirem,cox insan olan yeri sevmirem.bos bos gezmey istiyirem.herden unutqan oluram.hec elaqesiz bir sey dusunub agliyiram sebebsiz.cox hessasam yeri geldiyinde.kiminse fikrin cekib ureyime saliram. Bu nedi?

Cavab:

Salam. Həsaas və kompleksli insansınız. Bunun üçün sadəcə psixoloqla çalışmaq lazımdır.

Anonim 2016-11-11

Salam oglumun 4yasi var(yoldasimnan hamileliyimin 5 ayinda ayrildig.aileye onem veren biri deyildi.ona gore atasin tanimir.gorende de ondan qacib gizlenirdi.indi telfonla danisirmag istiyirem amma ata istemirem deyir ) her dilde cizgi filme baxir.ancag haykuylu cizgibfilm izleyir.adrenalin heveskaridir.yuxu rejimi pisdi.gunorta yatmir axsam 9 da yatir saat 4 de durur.yatir yene tez durur.her seyi mecbur istiyir.bagcada masinin elinden ala bilmirler cox qisqirir.usaglarnan oyuncagin deyisir,cox vaxtda mecbur istiyir.tez kusur.men usagligdan onu sexsiyyet kimi boyudurem eslinde mecburiyet olmuyub. Yemeyi de mecbur etmemisem,qetiyyen doymemisem.xais edirem komek edin, nece davranim?

Cavab:

Salam xanım. Hiperaktivliyə görə fiziki məşqlər etməlidir. Sonra isə ən doğru olan uşaq psixoloquna müraciət etməyinizdir. Əyani olaraq psixoloq nəzarətində olmalıdır. O sizə hər situasiyanı müşahidə edib necə davranmaq lazım olduğunu deyəcəkdir.

lala 2016-11-11

salam elnur bey.rusiyada yawadigimcun hecara gede bilmi9rem.yazi ile sizden meslehet istiyrem.toparlanmagin vaxti catib bilirem.toparlanmagimcun komey edin xahiw edirem.eslinde evlendiyinin dememesinin tek sebebi qaynanamdi.onun isteyi yoldasimin o biri terefnen munasibeti pozmamasidi.yoldasimin bezi weylere gore iliwib qaldigini bilirem.uwagin uzunu gostermiyeceyinnen qorxur.ama qaynanam rusun kecmiwde bulara etdiklerini geri istemesinnen qorxur.ayri ayri fikirleri var.bir sozde deyim qadin yoldasimnan 10 yas boyukdu.bir terefden ozume bunu teselli bilirem.yanyana ana balaya benziyirler.tutunacaX bir tek dalim yoldasimin sevgisidi.yoldasimin qelbine cox cetin girmey olur.cox tezde gozunnen duwmey.onun qelbine girmiwem gozunnen duwmeyinnen qorxuram.cunki o qadin gozunnen duwduyucun ayrilib.indi neyniyeceyimi deyin.veziyeti nece toparliyim?cunki etrafim etdiylerime gore yalniz meni qiniyir.sanki herwey bele olmalidi sanki ailesi olan insanin bawqa yerde bawqa qadini olmalidi.ailesinin fikri yalniz budu.mende bulari qebul ede bilmirem.cixiw yolum sizden yardim istemeydi.cox sagolun

Cavab:

Lalə xanım, problem yaratmayın. Hər şey qaydasındadır, qaydaları korlayan sizsiniz. Bu düşüncələrinizdir. Ayrılmaqdan qorxursunuz, ancaq var gücünüzlə sanki sizi gözdən salacaq nələrsə etməyə çalışırsınız. Bir az qəliz yanaşmanız var. Həm qorxursunuz, həm də onu yaradacaq nələrsə edirsiniz. Yaxşı olardı ki, ailənizlə məşğul olun, başqasının dərdini bu qədər çəkmək yerinə özünüzə analıq haqqı tanıyın. Bunun üçün çalışın.

Nurane 2016-11-11

Salam hekim.Nevrozdan nece qurtulmaq olar? Meslehet vererdizde xahis edirem.

Cavab:

Salam Nuranə xanım. Məsləhətə qulaq verərək ən doğrusu bunu psixoloqla aradan qaldırmaqdır və qəbul edilən dərmanlar varsa onları yenidən gözdən keçirmək.

lala 2016-11-10

salam elnur bey.o biri sayta yazdim cvb yazmamisiniz hele.qabaxda size yazmiwdim.yoldasimin rus qadinnan uwagi olmasi barede.kecmiwde olanlara gore indiki munasibeti korlamamagi meslehet gormuwduz.meslehetinize qulaq asiram ancaq coxda emel ede bilmirem.bu kecmiwde olanlar mene cox eseb stres yawadir.neyniyeceyimi bilmirem.evelde qeyd etmiwdim yoldasim yalniz uwaga gore o qadinla kelme kesir yoxsa hec bir munasibeti yoxdu innen sorada mumkun deyil.bunu ozude deyir mende gorurem.sadece bezen ozumu 2ci qadinmiw kimi his edirem.pis fikirleri beynimnen ata bilmirem.geleceyde ovladimiz olsa ilk ovladini daha ustun tutar ona etdiylerini buna etmez deye fikirlewirem.bu fikir onuda cox eseblewdirir.aramizda soz sohbet yalniz rusa gore olur.artiq 1ile yaxindi aileliyik hele rusa evlendiyi barede bir kelme demir.sebebini soruwanda herweyin zamani var deyir.sizden cox cox xahiw edirem yene mesletinize ehtiyacim var meslehet verin.bu stres eseble yawiya bilmirem.omrumun sonuna kimi heyatimizda bawqa bir qadinin olacagini duwunduyce herweyi bitirib geri donmey istiyrem.ama ailemi dagitmax istemirem.xahiw edirem komey edin.bagiwdiyn bawinizi agritdim.herweycun coooox sagolun

Cavab:

Salam Lalə xanım. Yazı ilə veriləcək ən doğru məsləhətlər sizə deyildi, ancaq siz bunu yerinə yetirə bilmirəm deyərək geri döndünüz, deməli vəziyyət yazı ilə həll olana oxşamır. Çalışın bir psixoloqa müraciət edin. Ailədə problemi yaradan sizsiniz. O qadına evli olduğunu desə sizin boşanmağınızı onsuz da uşaq yoxdur boşan deməyindən çəkindiyi üçün zamanı var demiş ola bilər. Ancaq siz israrla pis nəsə axtarırsınız. Belə olmaz ya deyiləni yerinə yetirib özünüzü cilovlayın, ya da olacaqlara hazır olun. Toparlanmağın zamanı çoxdan gəlib.

Zahira 2016-11-09

Hekim sual vermisdiz mene.Yuksek sesle danisdiqlari zaman beli..eseblesirem o an.Sizden coox xahis ediremki mene deyerdizki nedendir bu? Ne xesteliyidi?

Cavab:

Bir daha salam. Yüksək səslə danışıldığında əsəbləşməyiniz yox, ürək döyüntünüzün artıb artmadığını soruşmuşduq. Nevroz yaxud həyəcan təşviş pozuntusu ola bilər. Daha dəqiq diaqnoz üçün müraciət etməlisiniz. Yazı vasitəsilə, pasiyenti görmədən diaqnoz qoymaq çətindir. 

elmira 2016-11-08

yoldasim mene qarsi soyuxdu bu da cox eseblesdir men rasya gedib gelir mende apar deyirem aparmir mesaj yaziram cavab vermirdi artik oqeder bezmisem uznide gormek istemirem oqeder layqeyitdiki usaqna mene qarsi bilmirem ne edim elebil elediyi hereket bele olmaldi ozunden fexir edir da yazmiram ozu yazir tusende cavab vermirem eveler zengde etmirdi neteri ola eliyirdi indi eliyir duzdu isleri yaxsi getmesde bizim ne gunahmiz var usaqlariyla maraxlanmir zeng eliyende danismak istemire eseblesirem eveler aramizda mubase olurdu ele herekeyerne gore artix bezmisem demek olarki bilmirem neyleyim duzgunmu eliyrem neylesem de o insan elebil bele olmaldi kimi hereket edir belkede oznu ele gostetir elebil qesten eseblesdirmek istir aramizda ele cidi birprablem olmub sen niye bele elirsen niye maraxlanmirsan deyende deyir niye maraxlanmiram cox ters ve kuseyendi artix dereced hec yaxsi qarsilamiram deyende pis qarsilir ne edim bir yol gosterin ne edim

Cavab:

Salam Elmira xanım. Bir şeyi yadda saxlayın ki, onun sizinlə şəxsi problemi yoxdur və bu axtarmamaqları sizinlə əlaqəli deyil. Özünüz də qeyd etdiniz ki, işləri yaxşı getmir. Bəzən qadınlar bunu cümlə arasında keçişdirib əsas başqa nələrisə vurğulayır, ancaq məsələ elə tam da burasındadır onun fərqində olmur. Öncəliklə bir kişinin işinin yaxşı getməməsi, qadının işinin yaxşı getməməsi ilə eyni deyildir və çox fərq vardır. Hansı ki, bu günümüzdə bir çox kişinin ailə qurmaq üçün iş və s baxımdan özünü yetərsiz hiss etdiyini nəzərə alsaq və onun buna görə ailə qurmağı ertələdiyini xatırlasaq bir işin yolunda getməməsinin kişi üçün nə demək olduğunu görərik. Siz bu məqamda dəstək olmaq yerinə axtarmamaqlarına və s diqqət edib hətta bunun mövzusunu qaldırırsınız və bu çox yanlış bir hərəkətdir. Dəstək olmaq dedikdə şərt deyil ona ürək-dirək verəsiniz, yaxud başqa cür təsəlli ilə dəstək olasınız. Kişi üçün ən böyük dəstək onun vəziyyətinin fərqində olub az sual verib və gedişatı izləmək onun yanında olmaqdır. Qeyd etdiyiniz kimi siz axtarmadığınızda özü başlayır sizi axtarmağa. Sadəcə bir az durğun su kimi dayanın, izin verin o durğunluğa baxdıqda özünü görsün. Daim dalğalanan su insana gərginlik verər. Söhbət dinclik axtaran insandan gedir. Çalışın mübahisə etməyin, sual verməyin ən doğru olanı zaman tanımaqdır. Yeni tanış olmuş olsaydınız onun bu davranışlarına səbrlə yanaşardınız. Ancaq evli olduğumuz zaman sanki daha çox tələbkar olmağa başlayırıq və qarşımızdakını bilmədən sıxırıq. Yolunda getməyən iş, məsuliyyət daşıdığın yoldaşın və övladın yəni ailən və dayanmadan diqqət tələb edən bir yoldaş. Bir az ağır yükdür. Yəni əhvalı yerində olmayan biri üçün ağırdır. Dəstək olun və nəticəni görün.

anonim 2016-11-08

COX SAQOLUN HEKIM INSEALLAH QISA ZAMAN ICERISINDE SIZINLE GORUWERIK ALLAH SIZDEN RAZI OLSUN

Cavab:

Amin. Cümləmizdən. Müraciətiniz üçün mən təşəkkür edirəm.

Zahira 2016-11-08

Salam Hekim.Mende her gun urek sixilma olur.Ureyim tez tez doyunur.ele bil yerinden cixacaq .bu zamanda tezyiqim artir.hecne hec kimle teselli tapa bilmirem o an .ele bilirem o an ureyim partlayacaq.ya da deli olacam.ancaq pis seyler dusunurem.olumden qorxuram.Evliyem.bir usagim var.Ailemde prablem yasamiram.amma ozumden asili olmuyan bir haldir.Cooox xais ediremki mene komek edesiniz .en coxda axsam olurdu evveller.indi ise ferqi olmur.bir nece ay ara vermisdi.yene baslayib.ele bilki her menim ucun menasizlasir o an.

Cavab:

Salam Zahira xanım. Yanınızda biri yüksək səslə danışdığı zaman ürək döyünmələriniz olurmu?

Leyla 2016-11-08

Salam Elnur bey Aile qurdugumuz insanda hansi xususiyyetlere fikir vermeliyik? her insana dur gedey pisixoloqa demekde olmur. Size sualim.Aile qurdugumuz insanda nelere diqqet yetirmeliyik,geleceye yonelik hansi xasiyetleri xususiyyetlere fikir vermeliyik. aile qurdugumuz insan sevdiyimiz insan deyl sadece ailenin raziligi var be pis olmadigi duwunceside vat ama qarwimdakin geleceye yonelik nece taniya bilerem belli suallar yaranir insanim icinde ama bir mutexessiz fikrinede ehtiyacim oldugunu duwundum acigi. Cavab versez cox xow olardi

Cavab:

Salam Leyla xanım. Evlilik üçün seçilmiş xüsusi insanlar yoxdu. Belə deyək model var və o modeli biz özümüz yönləndiririk. Məsələn bir insan birinə qarşı pis davranırsa, o demək deyil ki, hamıya qarşı elədir. Münasibət dedikdə "həmişə sən deyən olur" düşüncəsi kənara qoyulur. Yəni həmişə o deyənin olması ola bilər ki, olsun, ancaq biz bu məqama diqqət etməməliyik, həmişə o deyənin doğru olub olmadığına diqqət etməliyik. Münasibətdə "sən" və "mən" anlayışı nisbətən kənarda qalır. Ancaq o demək deyil, sən bütün günü məni axtarmırsan deməliyik. Haradasa hər iki tərəfin öz maraqları ola bilər. Ki gün ərzində onlarla məşğul olmaq ona xoş olur, ancaq ağlının bir ucunda siz onun münasibətdə olduğu insansınız. Bu yetərli olmalıdır. Xırda nüanslar böyüdülməməlidir, həlli mümkün olanlar danışılmalıdır. Bir problem olduğu zaman "niyə" deyərək sözə başlanılmamalıdır. Biz münasibət qurduğumuz zaman hesab verəcək insan yox, sevəcək insan seçirik.

Tagiyev Şirvan 2016-11-07

Salam Elnur hekim size suallarim var men usaqlarnan üniyyet qurmaqda çetinlik çekirem fikrimi ifade ede bilmirem nese bir soz deyende meni sef başa düşürler. xahiş edirem deyesiz men ne edim? Birde hekim men xasiyyetimi deyişe bilerem ?

Cavab:

Salam Şirvan bəy. Neçə yaşınız var? Yaxşı olardı ki, dünyagörüşünüzü artırın. Çoxlu mtaliələr edin. Fikir formalaşmadığı zaman yaxud cümlə bazası yaxşı olmadıqda vəziyyət yanlış cümlələrlə ifadə edilir. Kitab oxuya bilərsiniz. Yox əgər fikir etmək hissəsi çatdıqda həyəcanlanıb, gərginləşib ifadə edə bilmirsinizsə, psixoloq dəstəyi almağınızda fayda var.

samir 2016-11-07

salam hekim. men cox kinli insanam. ve bu da mene eziyyet verir. bu cur insan olmaq istemirem. amma calisiram alinmir. qelbim cox qaradi, hemise kefim asagi olur, sevinecek seylere sevinmirem, zarafat goturmurem, tez yoruluram, axir vaxtlar yondemsiz hereketler edirem. arada dilimin altinda soyurem sebebsiz yere. neyniyim hekim

Cavab:

Salam Samir bəy. Nə etməli olduğunuzu demək üçün öncəliklə bunun nə zamandan, nədən sonra yarandığını, nəyə əsasən belə etdiyinizi müəyyən etmək əsas şərtlərdən biridir. Yöndəmsiz hərəkətlər dedikdə nəyi nəzərdə tutursunuz məlum deyil. Ümumilikdə həyəcanlı yaxud gərgin birisinizmi, deyilsinizmi bilmirik. Əyani müşahidə doğru diaqnoz və doğru məsləhət üçün şərtdir.

Anonim 2016-11-07

Salam doktor sizde online psixoterapiya mumkundur?bezi sebeblerden alınmır qarsiliqli gorus onuncun bilmek isterdim olsaydı cox gozel olar onceden minnetdaram

Cavab:

Salam. İlk öncə pasiyenti əyani görməliyik, daha sonra problemlə tanış olduqdan sonra qərar vermək mümkündür, online davam edəcək yoxsa əyani. Online psixoterapiya şərtləri vardır. İlk öncə əyani görüşə bilməməyin səbəbini bilməliyik. Əlaqə saxlayın sizə gün təyin edilsin, buyurun gəlin görüşək ondan sonra qərar verərik. 0552572700, 0124803629

anonim 2016-11-07

salam doktor men bele dusunuremki mende sosial fobiya var.Bu hiss meni rahat buraxmir insanlarnan unsiyyet qururam hec bir problem yoxdur amma ele anlar olurki bu mende bas qaldirir . oturub meselen dostlarnan corek yeyirik birden ele bir sohbet olurki bu mende qizarmaqa urey doyuntulerinin artmasina hetta qulaqlarimda qizarir dehsetli terleyirem... bu hansi meqamda bas verir yeni hansi sozden sonra...ele bilki cevremizdeki insandan biri meselen deyirki men sabah masin almaq isteyirem ister istemez bu qizarti urey doyuntuleri terleme bas verir ...ele bilki bu soz mene paxiligimi sinamaqdan otru deyilir kimi anlayiram ve qizariram amma men biliremki bu xeyalidir ureyden gelmir bu hiss yeni men paxil insan deyilem ureyimde paxilliqim yoxdur bu hissden qurtulmaq isteyirem hetta tanis 4-5 nefrin yaninda telfonan danisandada bas verir ...hemse mubarize apariram bununla men ne ede bilerem ? bu nedir sosial fobiyadirmi yoxsa paxilliqdir...

Cavab:

Salam. Sosial fobiya da ola bilər. Ancaq biri yanımızda xəyalından danışdığında "məni sınayır, görsün nə reaksiya verəcəm" düşüncəsi paranoyaya bənzəyir. Sanki daxilinizdə qibtə hissinin biruzə verilməyindən, sizi yanlış anlamaqlarından qorxursunuz. Daxilən ola bilər ki, həssas yaxud gücsüz birisiniz. Bu vəziyyət nə zamandan sizdə müşahidə olunur bilmirik, ancaq uzun bir müddət belədirsə və bu sizin həyatınızda çətinliklər yaradırsa, çalışın psixoloq dəstəyi alasınız.

Afaq 2016-11-07

Salam hekim.1saatdan bir ve tez

Cavab:

Bir daha salam. Əgər belə tez bir sıxlıqla baş verirsə, vəziyyətinizi ciddiyə almaq lazımdır. Psixoloq dəstəyi şərtdir.

Aslı Vuqarova 2016-11-06

Salam, Elnur bəy. Rəfiqəmin 24 yaşı var. Uzun illərdir ki, bir oğlanla sevgilidir. indi bir ilə yaxındır ki, oğlan onu sevmədiyini deyir. Amma qız zorla oğlanı yanında tutmağa çalışır. Ayrıldıqları zaman evdən qaçıb gedib oğlanın evini basır. Öz anasını özünü öldürməklə təhdid edir ki, oğlanı gətirsin ona. Anası da məcbur gedir oğlana yalvarır ki, gəl. İndi oğlan təmiz əlaqəni kəsib istəmədiyini deyir. Rəfiqəm yenə pis vəziyyətdədir. Heç normal davranmır. evdən qaçır ki, oğlanın məhləsinə gedib biyabır edəcəm onu. Evdəkilər zorla tutub salırlar içəri. Öz anasına düşmanıymış kimi davranır, nifrətlə baxır. Bütün gün oğlana yığır gizlin nömrəylə. Oğlanın telefonu məşğul olanda və ya bağlı olanda özündən çıxır. Var gücü ilə qışqırır evi dağıdır. Anası psixyatra aparmaq istəyir. Mən sizdən məsləhət almaq istəyirəm. Sizin yanınıza gətirə bilərik rəfiqəmi? yəni psixoloqludur bu vəziyyət yoxsa psixyatırlıqdır? Çox xahiş edirəm mənə cavab yazın.

Cavab:

Salam Aslı xanım. Bu kəskin isteriyadır. Təcili olaraq bizə müraciət etməlisiniz. Psixoloq dəstəyi şərtdir. Psixoloq özü onu psixiatrla da görüşdürəcəkdir. Yəni görüşdükdən sonra ehtiyac olduğu təsdiqlənərsə, psixiatr yardımı da məsləhət edəcəyik. Əlaqə saxlayın sizə məlumat verəcəklər: 0552572700, 0124803629

Afaq 2016-11-06

Hekim salam.mende ele hallar olur ki,gun erzinde herwey,her an,her hadise mene taniw gelir.sanki hemin weyi gormuwem,hemin ani yawamiwam.

Cavab:

Salam Afaq xanım. Bu hansı aralıqlarla baş verir?

gulnare 2016-11-05

salam 12 il evvel yoldawimi itirmiwem iki ovladimla tek yawamali oldim yoldawimi itirdikden sonra sehetimde prablemler yarandi agr esebilik nevroz ki problemler nevroza qarwi mulaiceler aliram uzun illerdi.Ama coxda bir xeyrir gorulmur.biraz duzelmiwdim demek olarki.oglum qebula hazrlawrdi bu mudet erzinde sixintilar gerginlikler yawadim qebulda isdediyimiz pewe olmadigi ucun qohimlarinda danaglari meni dahada agr vezyete saldi demey olarki qiwdan bu yana yene pislewmiwem indise hec bir esebe sebeb olacag prablemler olmadan oz ozume eseblewirem,bawimda sixilma olur halim pislewir urek bulanmalar olur halsiz oluram nevroloji dermamlardam yuxu dermanlarindan isdifade edirem size sualim men neynemeliyem. Prablemim ciddidise rayonda yawiyiram qebulunuza gelmeyede caliwaram. xaiw edirem mene bir komekliy edesiz

Cavab:

Salam Gülnarə xanım. İstədiyiniz peşə olmamağı heç bir qohumu maraqlandırmamalıdır. Hətta uşağın hazırlıqların ödənişi versələr belə maraqlandırmamalıdır. Buna görə özünüzü zəif hiss etməyiniz əbəs yerədir. Birini itirdikdən sonra görülə bilən vəziyyət postravmatik stress olur. Siz bu müddəti ağır keçirmisinizsə, ola bilər siz də bunu yaşamısınız.  Nevroloji müalicələrdən xeyir görülmədiyi zaman vəziyyəti psixoloji dəyərləndirmək lazımdır. Ola bilər indi isteriya yaşayırsınız. Dərmanlarla hara kimi sakitləşib özünüzə yuxu gətirə bilərsiniz ki? Əgər bacarırsınızsa, sizə uyğun olacaqsa, buyurun gəlin psixoloq dəstəyindən yararlanın. Yuxu rejiminiz və əsəb sisteminiz, hadisələrə yanaşmalarınız dəyişdirilməlidir. Əlaqə saxlayın sizə məlumat veriləcəkdir: 0552572700, 0124803629

ramin 2016-11-05

Salam Elnur muellim. Men ozumu cox gunahlandiriram her seye gore ozume nifret eliyirem, usaqligima cavanligima nifret eliyirem. Tez tez qorxulu yuxu gorurem yuxuda ozumu gorurem. Gorurem ki menim basimin ustunde men durmusam ve mene deyir ki uzr istiyirem ifademe gore ''sən kisi deyilsen, kisi olsaydun hamisinin payin veredin'' zad bu kimi sozler ve basdiyir yuxumda meni dogramaga bogmaga ic calatimi cixarir ve s. men ne edim hekim

Cavab:

Salam Ramin bəy özünüqiymətləndirmə kəskin surətdə aşağıdır. Bu hansı hadisədən sonra, nədən sonra belə formalaşıb indidən demək doğru deyil, çünki müxtəlif səbəblər ola bilər. Ən doğru olanı sizinlə əyani görüşmək və dəqiq diaqnoz qoymaqdır. Vəziyyət artıq yuxularımıza qədər təsir edirsə, düşünürəm ki, psixoloq dəstəyi şərtdir. Nəzərə alaq ki, gördüyünüz yuxular sadə və ya bəsit bir yuxu da deyil. Hamısında özünüzü əzib, alçaldırsınız. Bu hissdən azad olmaq lazımdır. Qəbul üçün əlaqə saxlayın sizə məlumat verəcəklər: 0552572700, 0124803629

jasmin 2016-11-04

salam Elnur bey qardawimin 15 yawi var atamla unsuyeti demey olarki cox pisdi.Daniwiglar bir birine qicig verir. biraz deli dolu uwagdi derse gedir dersen kursa kursdan eve geldikde heyet duwur mehle uwaglariyla siqaret cekenlerle doslug edir internet kulublara gedir ve axwam ata eve gelende bunu gormur evde axtarir tapdigda isde dava dalaw olur cox vaxta doyulur.Ama yenede bu doyuldukden sonra bir gun aradan sora yene bildiyini edir. ve neticede yene doyilur. prablemi anamdada gorurem cunku ata iwden gelib eve kecen kimi gec geldiyini eve gec girdiyini xeber verir ve buda atani dahada qezeblendirir ananin demey meqsedine qaldigda ise anam qardawimla bacarmir yeni acig desek sozu kecmir.Biraz menen cekinir onuda ujey gorurem yavaw yavaw menende cekineceyi azalir. sualim biraz cox istiqametli oldu ama qisaldilmiw wekilde size sualim qardawimla nece reftar edilmelidi yetginliy yawidi kecid dovrudu atigmiz her bir adimi sef bawa duwur ne etmeliyik????

Cavab:

Salam Jasmin xanım. Düzdür, bu vəziyyət yeniyetməliyə görə görülə bilən bir durumdur, ancaq o demək deyil ki, normaldır. Səhv axtarmalı olsaq hər iki tərəfdə də səhv var. Həm sizdə, həm uşağın özündə. Sadəcə çalışın ona sevdiyi nələrisə verin, çox üzərinə getməyin. Sizə qarşı kobudluğu zaman səssiz qalın, onsuz da dalaşmaq heç nəyi həll etmir. Qaldı atanızın onu döyməsi, əsəblərin cilovlana bilməməsi heç bir problemi həll etməz. Bir gün onun normallaşması döyülməyinə görə deyil, küsmüş olmasına görədir, hər döyüldükdən sonra bu küsmə duyğusu da itib gedəcək. O zaman daha da çətin olacaq. Bacardığınız qədər səbrli olun. Səhvləri zamanı səssiz qalın, uyğun zamanı gözləyib onunla söhbət etməyə çalışmayın. Səs tonunuz belə diqqətli olmalıdır. Yox əgər heç bir nəticə olmasa o zaman bizə müraciət edin. Diaqnoza qaldıqda isə davranış ünsiyyət problemi yaşayır.

Elifxanov Ruan 2016-11-04

Salam Elnur hekim menim18 yasim var artiq 2 ildi ozumu pis his edirem basimda agrilar sxilmalar olur en piside beynime menden asili olmadan gic gic muxtelif dini yerlere qarsi teqir edici fikirlerin gelmesidir bu gunah fikirler mene ezab verir bu fikirlere gore ozumu oldurmek kimi fikirler bele beynime gelir qorxuram ele bilirem ki bu gunah fikirlere gore allah mene agir ezablar verecek. hekim sizce bu neden ola bilir buna qarsi derman varsa deyin xahis edirem komey edin.

Cavab:

Salam Ruan bəy. Qorxmaq yox, sadəcə üzərinə düşmək lazımdır. Ciddiyə alınması lazım olan obsessiya yaşayırsınız. Çarəsi var, müalicəsi və tamamilə bundan qurtulmaq mümkündür. Mütləq şəkildə bizə müraciət edin: 0552572700, 0124803629

Behruz 2016-11-04

Salam doktor siz insana cesareti asilayirsiniz?cox cesaretsizem ve sosial fobiyam var insanlara sozumu demelden cekinirem haqli olsam bele bu da meni cox narahat edir sixir meni bunun psixoterapiyası varmı sizde ne qeder muddet lazimdi bunun ucun onceden cox sagolun

Cavab:

Salam Bəhruz müəllim. Sosial fobia sıx rastlaşdığımız psixoloji narahatlıqlardan biridir. Bünün üçün sizə nə qədər müddət lazımdır öncədən demək qeyri mümkündür. Bunu yalnız sizinlə əyani görüşdükdən sonra və gedişata əsasən müəyyən etmək olar. Bizimlə əlaqə saxlaya bilərsiniz: 0552572700, 0124803629

Lale 2016-11-03

Salam men oz bawima her gun aqlayiram biri soz doyenne eseblewirem ureyim sixilir

Cavab:

Salam Lalə xanım. Günlük rejiminiz nədən ibarətdir? Məsələn, 1 gününüz necə keçir? Bütün günü evdəmi keçirirsiniz?

Gulay 2016-11-03

Salam hekim necesiz hekim men nervalojiden eziyet cekirem cok esebiyem oz bawima aqlayiram 1 aydi

Cavab:

Salam Günay xanım. 1 ay öncə hər hansı bir hadisə yaşamısınızmı?

Fidan 2016-11-01

Salam Elnur bey...Men 3 ildir ki, aileliyem..Ureyim doludur bilmirem neden bashliyim neden qutarim..Sizle uzbeuz oturub sohbetleshib dertleshmek isteyirem...Heyat yoldashimla chox problemler yashiyiram...Bir birimizin sozu bogazimizdan kechmir,Etiraf edirem ki, ona qarshi haqsizliqlar chox etmishem..Ama men dozmurem onun meni incitmeyine...Herden yatib durmamagi Allahdan isteyirem..1 yashli qizim var...Ona gore yashiyiram..Butun gunu evdeyem,,,Sixiliram,deli kimi butun gunu agliyiram...Meni bu heyatda heckim anlamir...Heyatda meqsedsizem...Hecne mene maraqli deyil,hecneden zovq almiram...Ne edim bilmirem..Oturub saatlarla derdimi anladaram...Ama yetmez..Sizle elaqe saxliyib sizin merkeze yaniniza gelmek isteyirem..Diqqetiniz ucun, vaxt ayirib mene cavab yazacaginiz ucun evvelceden derin tesekkurumu bildirirem size...

Cavab:

Salam Fidan xanım. Bütün ağlayırsınız bu övladınıza necə təsir edir sizcə? Haqlısınız elə ən doğrusu əyani söhbət və bu kimi ürəksıxan narahatlıqların aradan qaldırılması olacaq. Əlaqə saxlayın sizə lazımı yardımı göstərəcəyik: 0552572700, 0124803629

Lalə 2016-11-01

Salam həkim nevrozluqdan əziyyət cəkirəm xahiş edirəm mənə kömək edəsiz indi cavab yazsaz şad olaram

Cavab:

Salam Lalə xanım. Nevrozun müalicəsi birbaşa psixoloqla əyani söhbət və ehtiyac görülərsə dərman dəstəyidir. Çalışın bizə əyani müraciət edin. O zaman bu probleminizi aradan qaldırmaq mümkün olacaqdır. Əlaqə üçün: 0552572700, 0124803629

Aysun 2016-11-01

Menim bakiya gelmeyim biraz uzaqdir axi. yeni gele bilmirem. nece edim?

Cavab:

Bir daha salam. Bir dəfə psixoloqla gəlib tanış olduqdan sonra yatalaq və uzaqda qaləb seansa gəlməyi çətin olan pasiyentlərimiz üçün skype xidmətimiz mövcuddur. Ancaq vəziyyətiniz olduqca ciddidir. Çalışın daha çox bunu düşünün. Qalan hər şey asandır.

Resad 2016-11-01

Salam hekim.menim sol qulagimda kuy ses var.artiq bir aydi.ancaq sakitcilik olanda kuy sesi esidirem.yatmaga qoymur.iki muxtelif lor hekimine getmisem xeyri yoxdu. eseblerimi temiz pozub.mene dedilerki, psixoloqa muraciet ele.xahis edirem mene komek edin.indi cavab yazsaniz sad olardim

Cavab:

Salam Rəşad bəy. Bəli, vəziyyətiniz psixolojidir. Bu səs-küyün nədən, kimin səsindən ibarət olduğunu müəyyən etmək lazımdır. Həlli mümkün bir narahatçılıqdır. Dəqiq diaqnoz və müalicə üçün psixoloqun qəbulunda olmalısınız. Bizimlə əlaqə saxlayın sizə əlimizdən gələn yardımı edəcəyik. 0552572700, 0124803629

Vahid 2016-10-31

Salam hekim cavab yazsaniz sad olaram mende uzun muddet başın ön hissəsində ağırlıq var amma ağrı deyil meni çox narahat edir ve bir de tanıdım tanımadım insanlara gozumu bereldirem bele bir xoşagelmez tikim var ve mene ele gelirki bu tik basimdaki agirliqdandi psixiatr mualicesi de almışam amma xeyri yoxdu onu qeydedimki yuxu problemi de var bu kimi hal(başda ağırlıq) sizin merkezde mualice olunurmu deqiq bilmek isteyirem ve mualicesi nedi

Cavab:

Salam Vahid bəy. Psixoloji məsələlərdə müalicə terapiya növlərindən ibarət olur. Hansı terapiya üsulundan istifadə olunacağına isə yalnız sizi əyani gördükdən söhbət etdikdən sonra müəyyən edə bilərik. Buyurun müraciət edin, aydınlaşdıraq məsələ nədir. 0552572700, 0124803629

Heyat 2016-10-31

Salam Elnur bey.26 yaşım var .menim 3 illik nişanlim sevdiyim insan mene yeterince vaxt ayirmir .mecbur etmesem yazmir gun erzinde 2 defe z edir .bu hal o qeder uzur ki meni her gecem aglamaqla keçir cox ezab çekirem.And içir başqasi yoxdu and içir aile oıaciyiq .menim ondan başqa kimsem yox onu itirmek istemirem .bir komey edin nolar .

Cavab:

Salam Həyat xanım. Necə də yanlış bir cümlədir "mənim ondan başqa heç kimim yoxdur". Elə deyəsən məsələnin bu yerə gəlib çıxmasına səbəb də bu cümlə yəni bu düşüncədir. Öncəliklə insan insana bu qədər bağlı olmamalıdır. Yox əgər olmalıdır deyirsinizsə, o zaman hazırkı vəziyyətin qaçınılmaz olduğunu bilməyinizi istəyərəm. Belə düşünürüksə, deməli onu gün ərzində çox axtarırıq, çox zəng edirik. Ya da axtaran kimi nə işimiz varsa kənara qoyub ona vaxt ayırmağa başlayırıq. İndi isə bunların əksini etməyin vaxtı çatıb. Gün ərzində 5 dəfə zəng edirsinizsə, gedərək bunu azaldın. Çox zaman bunu soyuq davranmaq kimi başa düşürlər, ancaq qəti. Soyuq davranmağa heç bir əsas yoxdu. Sadəcə çox axtarmayın. Çünki qarşımızdakı düşünür ki, onsuz da özü axtarır bu münasibət də belə davam edir. Öz öhdəsinə düşən diqqət, qayğı rolundan uzaqlaşır. Ona görə də axtardığı zaman da niyə axtarmırsan, yadına düşmürəm kimi söhbətlər də etmirik və əsası çalışın özünüzə aid bir məşğuliyyətiniz olsun. Bütün günü onun sizi axtarmağına bel bağlayaraq keçirmək doğru deyil.

ayka 2016-10-31

Salam. Men yatarken cox yuxular gorurem. Oyandiqda artiq cox yorgun oluram.

Cavab:

Salam xanım. Qeyd etdiyinizə əsasən nəsə demək çətindir. Məsələn neçə yaşınız var? Bu vəziyyət nə zamandan baş verir? Nə tip yuxular görürsünüz? Yorğun hiss etməyiniz nə qədər davam edir?

Aysun 2016-10-31

Salam hekim.size muraciet edirem,bele ki,xahiw ediremki mene cavab veresiniz. menim 15yawim var. menim meselcun arxamda ailemden anam atam olursa men ele biliremki,onlar meni oldurecek. yeni meselcun men cay suzurem arxamda kimse olursa,coox qorxuramki mene nese edecekler. cox pis yuxular gorurem,yuxudan oyanib evdekileri cagiriram qorxdugumcun. ne edim men? cox pis olmuwam .

Cavab:

Salam Aysun xanım. Böyük ehtimal yaşadığınız vəziyyət şübhə obsessiyasıdır. Bunun üçün psixoloq müayinəsi şərtdir. Çalışın qısa zamanda bizimlə əlaqə saxlayın. Vəziyyətiniz ciddidir. 0552572700, 0124803629

Elnare 2016-10-30

Salam. Menim beynimde yalniz qorxu var. Bu qorxu kecmir.ne edim?

Cavab:

Salam Elnarə xanım. Nə kimi qorxular?

Esmer 2016-10-30

Salam hekim,menim 31yawim,hergun mende ureksixilmalar olur defelerle kardioqramma eletdirmiwem hecne yoxdu deyir,her axwam qorxu icinde oluram ele bilirem nese olacaq ,2il yarim olar ki beleyem .bilmek isterdim bu ureksixilmalari qorxulu deyilki?

Cavab:

Salam Əsmər xanım. Bu ürəksıxılma qorxulu deyil deyəndə Panik Atak keçirdiyinizi bilməyinizi istəyərdim və çox gecikmədən psixoloq dəstəyi almaq lazımdır. Axşam düşdüyü zaman narahatlıq çoxalır və çox zaman təcili yardımın çağırılmasına ehtiyac duyuruq, gedərək bu kimi simptonlar bizə daha da çətinlik yaradacaq. Əlaqə saxlayın bu narahatlıqda sizə yardım edəcəyik: 0552572700, 0124803629

Elnare 2016-10-29

Doktor salam.mende urekbulanma,nefesin çatiwmazliģi olur.26 yawim var subayam.esebiyem,heçneden gergin oluram.

Cavab:

Salam Elnarə xanım. Vəziyyətinizi psixloji dəyərləndirmək olar. Əgər heç bir tibbi narahatlığımız yoxdursa, düşünürəm ki, psixoloq dəstəyi şərtdir. Bizimlə əlaqə üçün müraciət edə bilərsiniz: 0552572700, 0124803629

Aysel 2016-10-29

Köhne sevgilim mene sevmediyini deyir am yazir ve men dersden hazirliqdan çixanda arxamca gelir neye göre bele edir hetta sabah cinemaya dostu ve sevgilisi gedecek menide o decet etdi ki mende gedim sizce sevir?

Cavab:

Salam Aysel xanım. Sevib sevmədiyini bilə bilmərik. Ancaq sual verirəm sizə lap sevirsə, onu başqası ilə münasibət qurmağa nə məcbur edir? Sadəcə bu adam əlindəkini itirməmək adına birini köhnə sevgili birini sevgili kimi yanında saxlayır. Tək və doğru olan məsləhət budur ki, belə şeylərlə həyatınızı xərcləməyin. Zamanınız və beyninizi başqa sizə daha xoş təsir edən nələrəsə ayıra bilərsiniz Özünüzü yormayın.

Zehra 2016-10-29

salam Elnur muellim.Daha evvel yazmiwdim size artiq 2 kurs mualice almiwam mualice aldigim muddet biraz duzelirdim amma mualice bitdi yene her wey bawa qayitdi ele bil hec bir ferq olmadi yenede her xirda bir weye eseblewirem sol terefim keylewir psixoloqa eyani muraciet etmek isteyirem lakin evde nece edimki valideynlerim razi olsun uzr isteyirem olar fikirlewir ki iyne derman tesir etmirse psixoloq ne eder mene bir meslehet verin xaiw edirem

Cavab:

Salam Zəhra xanım. Çox zaman bu cür fikirlərlə rastlaşırıq. Ancaq vəziyyətinizə iynə-dərman kömək olmayıbsa, o deməkdir ki, siz ömrünüzün sonuna qədər belə davam etməlisiniz? Əlimizi üzməliyikmi? Sizə çarə edəcəyinə inandığınız hər şeyi sınadıqdan sonra bu vəziyyəti qəbullanmaq istədiyinizi bildirin və istəsəniz bərabər gəlin bizimlə görüşün. Lazımı izahatı valideynə özümüz verərik. 0552572700, 0124803629

gunay 29 2016-10-28

salam elnur bey men psixolog travma yasamisam aile heyatim dagilib teziqe meruz siddete meruz qalmisam psixoloji konsultasiyada olmaq isteyirem mene komek ede bilersizmi imkanim yoxdu .sizinle nece elaqe saxlaya bilerem instagramdsn sexi mesaj yazsam sizinle ve ya narinc xanimla goruse bileremmi cunki saglamligima deyen problemden kekelemeyimde yaranib/?

Cavab:

Salam Günay xanım. Qeydiyyat üçün əlaqə saxlaya bilərsiniz: 0552572700 0124803629

samira 2016-10-28

Salam Dr.Elnur bu aralar gece yata bilmirem 3-4 kimi oyaq olur tez tez yuxuda qorxuram ele bil qara adam gelir ustume bogur yatdigim yerde qiwgiriram elimi ele bil nese tutur terpene bilmirem yatmiram ele vaxt olur bow uzaniram deyirem yuxuya getsem gelib meni oldurerler pis fikirler gelir deyir yox artiq pis fikirleri bawimnan atacam qorxmayacam sadece 1 gun bele kecir sonra hemin wey tekrarlanir men ne edim ? eseblewendede elimi qawiyib qan cixardiram ya ciziram elimi elimin ustu nde lekeler qalir utaniram o lekelere gore amma yenede qannadiram elimi 19 yawim var amma bele pis stres eseb kecirdirem ureyime ne damirsa oda bawima gelir ureyim doyunur deyirem yoxe pis fikirlewme amma hemin axwam nese olmalidi evde eseblewirem hami. aybawimda normal deyil 3ayda 6 aydan bir oluram falekul partlamir deyirler 13 yawimnan beledi negeder mualice almiwam xeyri yoxdu iyne derman dayam 13 yawimnan artiq iyrenirem dermanlardan. evden bayra cixanda uzum gulur eve gelende bayirdaki kimi sevincekm olmuram belkede iwim olsa iwlesem bele olmaram amma negeder yere gedirem iw yox. cetindi

Cavab:

Salam Samira xanım. Səhv etmirəmsə daha əvvəl də bu durumla bağlı müraciət etmişdiniz. Ancaq vəziyyəti ciddi almaq o demək deyil ki, siz psixoloqa yazaraq nəsə həll edirsiniz. Burada siz bunu yoluna qoya bilməzsiniz. Qeyd etdiyiniz vəziyyət sizə də qeyri-normal gəlmirmi? Sizcə iynə dərman çarə etmirsə, vəziyyəti psixoloji dəyərləndirmək olmazmı? Vəziyyətniz birbaşa psixolojidir. Yuxunuzun pozulması və qarabasma kimi narahatlıqlarla rastlaşmaq bu terapiyaya da gecikdiyinizi göstərir. Çox gec olmadan psixoloqla görüşün və bunu yoluna qoymağa çalışın. Dediyiniz kimi yaşınız da elə də çox deyil. Tez bir zamanda həyata atılmağın vaxtıdır, ancaq öncə buna mane olanları aradan qaldırmaq lazımdır. 

Psixoloq müraciəti üçün əlaqə saxlaya bilərsiniz: 0552572700, 0124803629

Afaq 2016-10-28

Yox,Hekim,deqiq kimese benzetmirem sadece mene ele gelir ki menden bawqa da insan var otaqda ama daniwmir elece otrub mene baxir.gun erzinde gergin oluram,qizdirmam 37 olur.ve herden ani olaraq urekbulanma olur ama srazu kecir.cox narahatam.

Cavab:

Ola bilər hallusinasiyalar görürsünüz, ola bilər bu fobiyalara bağlı nəsə olsun, yaxud da isterik əlamət ola bilər. Psixoloq dəstəyi almağınız vacib görülür.

Ayan 2016-10-28

Salam Elnur muellim.Men depresiyadan cixa bilmirem.3 usagim var.Heyatimnan kusmusem.Demek olar ki hec neden zovq almiram

Cavab:

Salam Ayan xanım. Çoxdandır etmədiyiniz ürəyinizcə olan işlərlə məşğul olmağa çalışın. Əgər bu duruma səbəb varsa, çalışın onu həll edin. Yoxdursa, özünüzə aid rejiminiz və ayıracaq zamanınız həmişə olsun.

Afaq 2016-10-28

Salam Hekim.menim 26 yawim var.sin vaxtlar icimde nese qorxu var.gergin oluram.esebi oluram.otagimda tek yatanda mene ele gelir ki otaqda kimse var ve mene baxir.qizdirmam da 37 olur.ne ile bagli olar?

Cavab:

Salam Afaq xanım. Dəqiq desək otaqda gördüyünüz adamı kiməsə ya da nəyəsə bənzədirsinizmi?

anonim 2016-10-28

hekim mutleq sekilde destek alinmalidir dedikde tibbi mudaxile olunmaqinimi nezerde tutursunuz ayaqinda tez tez damar yiqilmalari bas verir men mualice almaqini cox isteyirem vacib olduqunuda bilirem lakin esebidi kecer cinnlidi molla yanina aparmaq lazimdir deyir ailesi lakin men bu fikirle qeti razi deyilem cunku bu dahada arta biler eseblewdiyinde tamam ayri insan olur taniya bilmirem amma yenede eseblewdiyi n iwletdiyi pis sozleri onemsemirem ozunden asili olmadiqini bilirem bezen mende eseblesirem sebrim catmir bu normaldi mende insanam axi.biz hansi hekime muraciet ede bilerik.sevdiyim oqlanda baw veren bu hallar tibbde nece adlanir nevrozdurmu bir xow hadise esidende mudleq axirinin pis olacaqina inanir pis neqativ dusunduyu ucunde pis olur dusuncelerini yaxsi terefe cekmir normalda cox yaxsi insandi bu dovrde cetin raslana bilecek qeder yaxsi men isdemirem onu tek qoymaq omrumun sonunadek ona destek olub bu cetin veziyyetden cixmasina yardim etmek isdeyirem allah sizden razi olsun bu cur insanlara destek olursunuz

Cavab:

Salam xanım. Qeyd etdiyiniz bu məsələ və simptonlar birbaşa psixolojidir. Əsəbin idarə edilə bilməməsi, özündən asılı olmadan artıq sözlərin işlədilməsi. Diaqnoz üçün psixoloqa görünməyi şərtdir. Söhbət zamanı hər şey daha aydın olacaq. Siz müşahidə etdiyinizi deyirsiniz, ancaq onun hiss etdikləri də var ki, bunlar daha çox danışılmalı və həll edilməlidir. Yaxın zaman ərzində bizə müraciət edin, sizə lazımı yardımı göstərəcəyik. 0552572700, 0124803629

Elnur 2016-10-28

Elnur bey size sual yazmiwdim ama cavab gelmedi qurban size onu cavablayardiz cox xaw edirem cox pis vezyetdeyem cixiw yolu tapa bilmirem.size uzun bir sual yazmiwdim

Cavab:

Salam Elnur bəy. əgər qorxularla bağlı müraciətinizi deyirsinizsə, o qorxulara görə psixoloq dəstəyi şərtdir. Heç bir problem üçün yazıyla həll yolu görülmür və bu doğru deyil. Bizlər sadəcə suallarınızı cavablaya bilərik. Ancaq qeyd etdiyiniz vəziyyət daha ciddi və aradan qaldırılması lazım olan bir narahatçılıqdır. Bizimlə əlaqə saxlayın sizə lazımı yardımı edəcəyik: 0552572700, 0124803629

Gunay 2016-10-28

Salam Elnur hekim. Hemise hansi sual unvanlamisamsa size cavablandirmisiniz. Cox sag olun tesekkur edirem.

Cavab:

Salam Günay xanım. Müraciətiniz və güvəniniz üçün sizlər sağ olun.

Gunel 2016-10-28

Salam hekim. Sizden meslehet almaq isteyirem. Men 4 il bundan once sevgilim var idi ve onla 5 il sevgili idik. Cox sevirdik bir birimizi amma sonda onun valideynleri onun menle evlenmesine etiraz etdiler ve oz qohumlari qizla evlendirdiler. O da men de cox ezab cekdik cox mubarize apardiq amma alinmadi. Onun hazirda 2 usagi var. Ayrildiqdan sonra elaqemiz yox idi qelbim qirilmisdi amma cox darixir ve aglayirdim. Onun basqasiyla evlenmesine pis olurdum ki bes axi men olmasayd hec kimle evlenmeyeciyne soz vermisdi o da men de. Disunurdum ki o xosbextdi unudub meni ve pis olurdum. Menim artiq 36 yasim var ve hec kimle aile qura bilmirem seve bilmirem cox stress kecirdim mualice aldim ve dizelmirem yene aglayiram.Bir gun ondan zeng geldi ve defelerle meni axtardigini dedi. Cox pesman oldugunu meni unuda bilmediyini ve bedbext oldugunu dedi mene. Menimcun darxdigini dedi. Qelbim qirilib deye ve o evli iki usaq atasidir deye ailesi dagilmasin deye onla onun dost teklifimi qebul etmedim. Artiq elaemiz yoxdu yene. 1 gun danisdiq cemi. Coox pis oluram hokur honkur aglayrm bilmirem ki sonum nece olacaq. Artiq 4 ildi ayrilmisiq amma ondan ferqli olaraq men helede onu unudabilmirem. Ne edim unudum ?

Cavab:

Salam Günel xanım. Öncəliklə dostluq təklifi qəbul etməyərək həyatınızda verə biləcəyiniz bəlkə də ən doğru qərarı vermisiniz. Adətən belə hallarda ailə quran tərəf geri döndüyündə bədbəxt olduğundan danışır, qəribəsi də odur ki, hamısı da uzun müddətdir axtardığını deyir. Bu sırf ona ünvanlanacaq olan "İndiyə kimi niyə axtarmadın?" sualının qarşısını almaqdır. Yəni həqiqət olduğuna heç vaxt əmin ola bilmərik. Qaldı ki, 4 il keçməsinə baxmayaraq unutmamağınıza, çünki siz onu unutmaq barədə düşünsəniz də bunu istəməmisiniz. Əslində 4 il uzun müddətdir, bu artıq sizdə vərdiş halını alıb. Yəni bundan başqa düşünəcək dərdiniz yoxmuş kimi vəziyyətə gəlib çıxmışıq. Öncəliklə psixoloqa müraciət edirik, daha sonra seanslara mütəmadi davam edirik və psixoloqa güvənib onun bizə yardım edə biləcək ən doğru insan olduğuna inanırıq. Bərabər əlinizdən tutub sizi bu yola doğru addımlamağınıza yardımcı ola biləcək birinə ehtiyacınız var. O əli yolun əvvəlində psixoloq tutacaq, daha sonra isə siz öz ailənizi quraraq onların əlindən tutacaqsınız. Heç vaxt heç nə üçün gec deyil. Ancaq bir az daha gecikmədən bunun öhdəsindən gəlin. Bizimlə əlaqə saxlayın, komandamız mütləq sizə yardım edəcəkdir: 0552572700, 0124803629

xanim 2016-10-27

salam elnur bey men cox pis heyecan kecrenem adice tunluk olarsa heyecanlaniram tv sesi cox olarsa heyecan olur hemde dun en ailemde berk dalawma oldu ureyim getdi ozumde niwanliyam qorxuram ki atam anama nese eder usdiyirem tez aile qurum cixim gedim ne olar komek edin

Cavab:

Salam Xanım. Bu həyəcan təşviş pozuntusudur. Çalışın psixoloji dəstəklə bunu aradan qaldırasınız.

Mehpare xanim 2016-10-27

Klimaksa hazirliq devrinde beden ariqlayirmi?

Cavab:

Salam xanım. Yalnız psixoloji suallarınız üçün müraciət edə bilərsiniz. Endokrinoloqa müraciət edin və şəkərinizi yoxladın.

Leyla 2016-10-26

Salam Elnur doctor) Mende axir zamanlar bir az cox eseblesen kimi nedense dehset pis esmeye baslayiram.Bu meni cox pis narahat edir.Bedenim ellerimden tutmus ayaqlarima kimi.Calisdigim qeder ozumu sakitlesdirirem,ama arada ozumu cilovlaya bilmirem.Ne meslehet gorursuz?deyirler sakitlesdirici caylar ic))))Evvelceden tesekkurler.

Cavab:

Salam Leyla xanım. Sakitləşdirici çaylar adından bəlli olduğu kimi sadəcə sizi sakitləşdirər, ancaq bunu kökündən heç vaxt həll edə bilməz. əsəbləşib əsərsiz çay içib sakitləşərsiniz, sonra yenə eyni şey olacaq. Əgər bu sizə pis təsir edirsə, yolunda getməyən bir şeylər olduğunu deməli dərk etmişik. Gəlin bunu kökündən həll edək. Bizimlə əlaqə saxlayın sizə yardımcı olacayıq. Müraciətiniz üçün təşəkkür edirəm.

Letafet 2016-10-25

Salam hekim menim oqlumun 23yasi var .Bizim maddi veziyyetimiz yaxsidi .amma oqlumu hec cur razi sala bilmirik.bizden coxx narazidi Basa dusurem ki psixoloji problemleri var Bize nece komek ede bilersiniz Onu sizin yaniniza getire bilmerem bunu basa dusmez

Cavab:

Salam Lətafət xanım. Əgər başa sala bilmirsinizsə, başa salmaqdan imtina edin. Niyə belə düşünür bilə bilmərik, ancaq bəzən yerinə yetməsini istədiyimiz arzular olmadığından belə şeylər bizi qane etməməyə başlayır. Buna maddiyat yox həm də mənəvi nələrsə aid ola bilər.

heyat 2016-10-25

Salam necesiz hekim men cox hessam o qeder agliyiram adice balaca usaq ağlasın mende onla beraber aglamaq tutur sevgilim var biz uzaqigiq onun şekline baxanda bir mahniya falam qulaq asim lap ağlamaq tutur meni oda men detir bide aglasan senle danismiyacam kusecem ama hekim bu menim özümden asılı deyil neyniye bilerem??

Cavab:

Salam Həyat xanım. Uzaqda olmağınız sizə ağlama səbəbi verməməlidir. Çalışın həyatı kimdənsə ya da nədənsə ibarət bilməyin. Bu sizi ancaq belə həssas edə bilər. Daha möhkəm və sərt olun

anonim 2016-10-25

salam menim sevdiyim oqlan uwaq vaxti bawindan yixilaraq travma alib hal hazirda 21 yawi var indiyenedek ciddi mualice almayib yuxu pozgunluqlari var valideyninin dediyine gore yuxuda qiwqirir hetta eseblewdiyi an uzr isteyirem qusma hallari baw verir hekim mudaxilesinin onemlli olduqunu bilirem lakin men ona psixoloji menevi olaraq nece yardim ede bilerem

Cavab:

Salam. Vəziyyəti özünüz də qeyd etmisiniz. İndiyə kimi ciddi müalicə almamışıq, ancaq ciddi narahatlıqlar yaşayır. Sizin bu durumda edə biləcəyiniz nəsə yoxdur. Sadəcə onu əsəbləşdirməməyə diqqət edə bilərsiniz, ancaq bu da çarə deyil. Mütləq şəkildə dəstək alınmalıdır. Edə biləcəyiniz ən doğru davranış və yaxşılıq bu olacaq.

Gunay 2016-10-25

Salam Elnur hekim. Gozumu ovanda herden qara ucan noqreler gorurem bir iki saniyelik. Bu goz xesteliyidir yoxsa psixolojidir? Bir defe burda bir qiz yazmisdi qara ucan noqteler gorur nese basqa seyler de yazmisdi ona psixoloji ciddi xestelik oldugunu yazmisdiniz. O ne xesteliyidiki? Mendeki nedi?

Cavab:

Salam Günay xanım. Qeyd olunan vəziyyətlər sizə aid deyildi. Gözü ovduqda gördüyünüz qara nöqtələri çoxu demək olar hamı görür. Ciddi vəziyyət dediyimizin simptonları ayrı idi. Narahat olmayın. Ancaq davamlı xəstəlikləri eşitdiyimiz zaman tez özümüzə aid etmə kimi alışqanlığımız varsa, burada artıq psixoloji narahatlığı müşahidə etmək olar.

nermin 2016-10-24

salam

Cavab:

Salam Nərmin xanım. Buyurun.

Selcan 2016-10-24

Cavablandirdiginiza gore tesekkur edirem hekim

Cavab:

Buyurun Selcan xanım. Müraciətiniz üçün təşəkkür edirəm.

Gulu 2016-10-23

salam doktor. men 1 yarim bunnan evvel panikatak kecirdim 2 hefteden cox davam eledi sora kecib getdi ama narahstciliglarim helede var urey doyuntusu falan. size sualim bele olacagdi panikatak tezedrn qayida biler? birdeki mende guclu aqrofobiya emele gelib telebeyem ancag ne dersime gede bilirrm nede evden cixa bilmirem

Cavab:

Salam Gülü xanım. Panik Atak tamamilə yox olduğu zaman geri qayıtması çətinləşir. Öncəliklə bunu aşdığınızdan əmin olun. Ürək döyüntünün hələ də qalması çox şeyi izah edir. Həm bunun üçün, həm də fobiyanız üçün dəstəyiniz şərtdir.

Revane 2016-10-23

salam Hekim.size bir sualim var menim 24 yawim var ve 2evladim var 5 yaw birinin 3yaw birindi uwaxlarim keserya emelyatiyla dunyaya getmiwem ve ondan sonura menim qarnim qaldi qarnim cox salaxdi men nece ede bilerem kii o qarini yox edim xayiw edirem sizden mene komek edin ve meslet verin mene evelceden minadaram size

Cavab:

Salam Rəvanə xanım. Təəssüf ki, qeyd etdiyiniz vəziyyətdə psixoloji heç bir nüans olmadığından sizə yardımcı ola bilməyəcəyik. Müraciətiniz üçün təşəkkür edirəm.

Feride 2016-10-22

Salam Elnur bey.Doktor men olduqca kopleksli bir insanam. Lakin diger insanlara gore menim kopleksli olmagim ucun hecbir sebeb yoxdir. Ozumde bunu derk edirem. Amma yenede tez ruhdan dusurem.Siz deyerdiz buna sebeb nedir? Onuda deyimki bu usaqliqdan mende beledir. Kompleksli olmagim valideynlerimle onlarin meni cox teriflememekleri ile bagli ola biler?

Cavab:

Salam Fəridə xanım. Bəli, birbaşa elə bu sırf ailə bağlıdır. Ancaq siz kənardakılardan əlavə özünüz özgüvəninizi yüksək tutmalısınız. Sizi ruhdan salan hər şeydən uzaq durun. Asanlıqla ruh düşkünlüyü yaratmayın. Daim pis düşünmək sizə heç nə qazandırmır.

Sura Hesenovna 2016-10-22

meni yuxuda cox ecayib mexluqlar bogular meni cox incidile sizce bu neyle elaqedardl

Cavab:

Salam Sura xanım. Bu yuxu pozuntusu da ola bilər, başqa bir narahatlıq da. Ancaq normal vəziyyət olmadığını qeyd etmək istərdim. Qısa zamanda psixoloqa müraciət edin.

Gulare 2016-10-22

Men ozumu cox pis hiss edirem ureyim sixilir hecneden ozumu nece duzelde bilerem

Cavab:

Salam Gülarə xanım. Çalışın sizə müsbət təsir edən işlərlə məşğul olun. Bura həm də olduğunuz məkanlar belə aid ola bilər. Yox əgər heç nədən zövq ala bilməmə kimi bir narahatlığımız da varsa, o zaman psixoloq dəstəyi almağınızda fayda var. Ehtiyacınız olan tək şey motivasiyadır.

nigar 2016-10-21

Hekim mene komek edin menim erim 9 aydir rusiyadadi men bir defe seytana uyuf ona xeyanet etmisem cox pesmanam allaha toyve etmisem allah meni bagislayarmi ne edim

Cavab:

Salam Nigar xanım. Peşman lazım deyil, ona görə ki, bu etdiyinizi təmizləməz. Vicdanın olması bizə sadəcə onu bir daha təkrarlamamağa yardım edər. Sadəcə bunu qəbul edin, niyə görə etdiyinizi müəyyənləşdirin. Həmin səbəblərin qarşılığının xəyanət olmayacağını anlamağa çalışın. Sonda isə bir dəfəlik bu mövzunu bağlayın

samira 2016-10-21

Dr.Elnur mende folekul partlamir 19 yasim var 6-7 aydan bir oluram hekimim dediki psixoloqa muraciet et ozumde guclu stress kecirtmirem 1 il yarim bundan qabaq men ele 13 yasimdan indiye kimi aybasi gec gec oluram hekimim deyir bu aybasi problemi eseb kokelmeye sebeb olur mende. isleyen vaxtlar yaxsi idim 3 ay isledim sonra islemedim evde olduqca dahada eseb kecirtdim.Men indi ne edim ?nece edim bilmirem

Cavab:

Salam Samirə xanım. Bu tsiklin pozulması bəzən doğrudur sırf psixoloji ola bilər və bu 13 yaşdan belə davam edirsə, düşünürəm ki, psixoloji dəstəyin zamanı gəlmişdir. Bu nəinki əsəb və kökəlməyə səbəbsiz ağlamalara da səbəb ola bilər. Öncəliklə çalışın evdə az zaman keçirin. Gəzintiyə çıxın, əgər bunlarla bu keçib getməsə bizimlə əlaqə saxlayın: 0552572700, 0124803629

Elnur 2016-10-21

Elnur bey onuda deyimki 26-yasim var size sual yazmisam derdimi yazmisam men biray evvel bew alti defe guclu qorxu kecirdim bu hallar mende ovaxtdan qalib duzelmirem evvelki insan olmaq istyrem ama alinmir duzelmir

Cavab:

Salam Elnur bəy. Əgər bu narahatlığın səbəbi konkret olaraq hansısa səbəbə dayanırsa, bunu araşdırıb üzərində işləmək lazımdır. Məsələn 5-6 dəfə qorxmuşam deyib keçişdirdiyiniz məqama çox hissləri sığdırmaq mümkündür. Çalışın əyani dəstək alın, o zaman sizin üçün həyat daha asan olar, yenidən əvvəlki kimi güclü olmağınız mümkünkən bu şansı əldən verməyin.

Gunew 2016-10-21

Salam Elnur bey. Heyatda neye el atiramsa, her wey eksine baw verir. Butun sevdiklerimnen soyumuwam eslinde sevdiklerimin arxamdan vurmaga hazir insanlar oldugunu gorduyumnen beri. Heyatdan soyumuwam ne etmek isteyirem alinmir bezmiwem uzum gulurse 5 deq arxasiyca mutleq nese baw vermelidi en aglamaliyam. gucum qalmayib mubarize aparmaga olmeyin en boyuk gunah ve caresizlik olub acizlere cixiw yolu oldugunu bilirem. Ama cox caresizem

Cavab:

Salam Günəş xanım. Heç kəs çarəsiz deyildir. Sadəcə biz bəzən çarəni səhv yerdə axtarırıq. Çarə isə əslində insanın elə özüdür.

Ayten 2016-10-21

Salam Elnur muellim.Ailemle elaqeli sizin qebulunuzda olmaq isterdim.Eger seans yazilarsa ,o seanslari da siz kecireceksiz.

Cavab:

Salam Aytən xanım. Bizimlə əlaqə saxlayın mərkəzimizə yaxınlaşın sizi dinlədikdən sonra, problemlə tanış olduqdan sonra dəyərləndirmə aparmaq mümkündür.

tutu 2016-10-20

Siravi bir xesteliyde hekim qizdirma oskurey qrip zeifem deye tez tez xestelenerem yani dyirem bele olanda evvel maraqlanardi ama indi ele deyil

Cavab:

Tutu xanım, özünüz də qeyd etmisiniz ki, sıravi xəstəlikdir. Bunu niyə bu qədər böyüdürük? Həm də qeyd etmisiniz ki, tez-tez xəstələnirsiniz. Bu başlarda faciəvi sayıla bilər və çox qayğı cəlb edə bilər. Ancaq sonacan heç nə ilk dəfəki kimi davam etməz. Ana belə körpəsindəki qızdırmaya yanaşdığı kimi gənc övladının qızdırması qədər yanaşmır. İki halda da narahatdır, ancaq yenə də fərq olur. Çalışın belə xırdalıqlarla dəyərləndirmə etməyin. Olan münasibətinizə olar.

Nermin 2016-10-20

elnur muellim nomrenize yazsam etrafli sekilde olar?

Cavab:

Salam Nəzrin xanım, təəssüf ki belə bir xidmətimiz yoxdur. Konsultasiyalar sadəcə əyani aparılır. Müraciətiniz üçün təşəkkürlər.

lika 2016-10-20

salam

Cavab:

Salam. Buyurun.

Tutu 2016-10-20

Salam hekim size bele bir sualim var hekim men cox pisem mene komey eleyin hem xestelenmisem hevselem yoxdu hemde sevgilimin menle maraqlanmamasi üçün hevselem yoxdu evvel xeste olanda az qalirdi neynesin ama indi deyirem hec vecinede almir işi falan cox olur mene hec vaxt ayirmir menle maraqlanmir mende hec dekieem ozuneki menle niye maraqlanmirsan o özü bunu gormurse men desem ne cixacaqki ama kecen defe özü dediki men sene yarasmiram dedim niye dedi bir sabah yazıram bide axsam vessalam sene vaxt ayira bilmirem mende dedim eybiyox basa düşdüm ama menle maraqlanmamgi xeste olduğum halda bele maraqlanmagi mene pis tesir edir

Cavab:

Salam Tutu xanım. Xəstəlik dediyiniz nədir?

samira 2016-10-19

Dr.Elnur men bawqa psixoloq yox yalniz size yazilmaq isteyirem. Isteyirem bir sizin yaniniza gelim eger xaiwimi gebul etseniz sevinerem indiden tewekkur edirem)

Cavab:

Samira xanım qeyd olunan nömrələrlə əlaqə saxlayın sizi konsultasiyaya yazacaqlar. Müraciətiniz üçün təşəkkür edirəm.

Vəfa 2016-10-19

Salam Elnur müəllim. Mən atamı və bu yaxınlarda da dayımı itirdikdən sonra çox böyük stress keçirtmişəm. Mən özümə çox qapanıram, təkliyi sevirəm və ünsiyyətdən qaçıram. Amma əvvəl belə deyildim. Mən nə edim

Cavab:

Salam Vəfa xanım. Allah səbr versin. Vəziyyətinizi postravmatik stress kimi dəyərləndirmək olar. Əyani dəstək almağa çalışın. Düşünürəm ki, beləliklə aradan qaldırmaq daha asan və tez olacaq.

gunay 2016-10-19

salam elnur bey

Cavab:

Salam Günay xanım

rasim 2016-10-18

salam Elnur muellim men size yazmisdim ki mende yungul dereceli emosional labil pozuntu var siz de sual verdiz bu diaqnozu ozunuz ozunuze qoyduz? xeyir hekim bunu mene hekimler qoyub,muayine edibler epiqres veribler. amma ki mene "uzunmuddetli yungul dereceli emosional labil pozuntu'' diaqnozu qoyublar bu uzunmuddetli ne demekdir, hem de men dogusdan basimda travma ile dogulmusam, cunki men usaqligdan beri psixi veziyyetim beledi amma bilmirdim boyuyende askara cixartdilar. hekim men sagala bilerem? sizing yaniniza gelmek istiyirem. bir de hekim bu cur xesteliyin tam xususiyyetlerini deyerdiz de zehmet olmasa, ve bu xesteliyin mualicesinde derman istifade olunur? bunu nece mualice edirler. cox sag olun minnetdaram.

Cavab:

Salam Rasim bəy. Ən doğrusu elə sizinlə canlı görüşməkdir, ondan sonra qərar vermək daha asan olacaq. Əgər lazım olarsa, psixoloq dəstəyi, yaxud da dərman dəstəyi edərik. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın sizi qeydiyyata alacaqlar.

elmira 2016-10-18

salam elnur doktor cox sagolun doktor dediyniz kimi eleyirem yaxsi olur ama icimde cox qorxu var buda sehetme zerer vurur usaqlarma bir sey olar qorxusu sesderi gelende qorxumdan yerimde donub qaliram indi deyeceksiz hami eledi usaqi ucun bilirem ama bilirsiz bir sey olacak deye bilmirem basa duseceksizmi icimdeki qorxunu nece yox ede bilerem 13 yasimda atami itirenden sonra icimde qorxurdum anama qardasma bir sey olar deye indide usaqlarimda olur bacilarim qardasim varda bir qorxduqum anam ve yeke qardasimdi o ikisine gore qorxurdum bir sey olar indide usaqlarma kecib bilmirem ne edim qorxa qorxa ozume ziyan verdim icimde yene o qorxu var bu meni cox narahat edir

Cavab:

Bir daha salam Elmira xanım. Baxın deyiləni edirsiniz yaxşı olursunuz, ancaq bu müvəqqəti olur. Sadəcə çalışın ki, mütəmadi olaraq psixoloq qəbulunda olasınız. 13 yaşdan bu yana danışılması lazım olan çox şey var. Ölüm qorxusu yaşayırsınız və bu daha çox sevdiklərinizə qarşıdır.

samira 2016-10-18

Salam Dr.Elnur men sizin geydiyatiniza tez muddetde kecmek isteyirem cunki vacibdi menim ozume hekimim tapwirib mualiceme gore bilmek olar nece tez kece bilerem? bu hefteye isterdim eger olarsa...zeng edirem yazilmaq ucun cavab vermir telefon

Cavab:

Salam Samira xanım. Sabah saat 13:00-da alınır. Yenə zəng edib qeydiyyatınızı təsdiqlətməyə çalışın. Alınırsa sabah sizi gözləyirik. 0552572700, 0124803629

Ceyhun 2016-10-17

Salam.hekim.men.osgurem.axsamlar.yatada.bilmirem.men.bir.komeklik.edin.xais.edirem

Cavab:

Salam Ceyhun bəy. Tibbi heç bir probleminiz yoxdurki?

Nermin 2016-10-17

beli pis tesir edip .Amma Allah sahiddir maddî cehetden komeklik edibler .yoldasim yene narazıdı. ssebeb ise issizdi deye bilmir esebin neden cixsin. onu axtarmamalari bunu eseblesdirdi birgun aralari deydi indi nifret edir .menede qarsi soyuqdu. ne edim ?mubahisemiz ele bun üste oldu Valideynimlerin daha ne etmelidi

Cavab:

Qəliz məsələdir. Ailə durumunuz nədir bilmək olmur. Yəni niyə görə bir adam həyat yoldaşının ailəsi ona diqqətetmir deyə inciyir? Öz ailəsi yoxdur yoxsa qayğını sizin ailənizdən görürdü deyə bilmərik. Həralda əyani söhbətlə bunları tapmaq daha asan olardı.

Xanna zaman 2016-10-16

Evde oturduqca adam passivlesir ne edek

Cavab:

Salam. Psixoloji sualınız tam olaraq nədir anlaşılmadı, ancaq aktiv həyat tərzi sadəcə çölə çıxan bir adama aiddir deyə bir şey yoxdur. Evdə oturaraq passivləşirsinizsə, çölə çıxın gəzinti edin, əgər buna imkan yoxdursa, evdə bir çox iş etmək olar. Maraqlarınıza əsasən onların nə ola biləcəyini tapmağa çalışın.

Firengiz 2016-10-16

Men cox esebibiriyem usaqliqdan beri amma Nene olenden sonra dahada pislesdim indi 3 il kecib 15 yasim var hec kimle unsiyyet qura bilmirem eseblesen kimi basim sancir ellerim esir evdekilerde meni basa dusmur mene ne meslehet gore bilersiz?

Cavab:

Salam Firəngiz xanım. Əsəbləşdiyiniz zaman həm də isterik tutmalarınız olmuş  ola bilər. Bu vəziyyəti evdəkilərə bildirin və dəstək almağa çalışın. Əgər özünüz ünsiyyət qurmağa səy göstərirsiniz, lakin bu sizdə alınmırsa, psixoloqunuz sizi dinlədikdən sonra sizə istiqamət verəcəkdir.

Nermin 2016-10-16

Salam Elnur bey, yoldasimla mübahisemiz oldu arada menim valideynimde mudaxile etti. odu bir aydi danışmiriq . sebeb olaraq işsizliyi menim valideynimin onla maraqlanmamasi. amma hemise yanimizda olublar .ne edim indi valideynime nifret edit. menlede soyuqdu.

Cavab:

Salam Nərmin xanım. Yazdığınız tam anlaşılmadı. valideyninizin onunla maraqlanmamasımı onu küsdürüb?

isa 2016-10-14

hec neden zovg almiram.beynimde tormozlanma gedir.erimle elaqe saxliya bilmirem

Cavab:

Salam. Vəziyyətinizi o qədər qısaca qeyd etmisiniz ki. Düşünürəm ki, bunların hər biri uzun-uzun danışılıb səbəbinin araşdırılması lazım olan hallardır. Qısa müddət ərzində bizə müraciət edin: 0552572700, 0124803629

sevil 2016-10-14

salam hekim.bagislayin narahat edirem sizi.19 yasim var telebeyem tibbde oxuyuram.arada yaxsi oluram ama cox vaxt ozumu qeribe hiss edirem sebebin hec ozumde bilmirem kimese izah ede bilirem psixoloqa iki defe getdim 1 kelmede danismadim sadece oturub agladim geldim sonrada getmedim.deli kimi aglamagim var ama usaqliqdan hemise icimde aglamisam sessiz kimse esitmesin indide gizlince hami yatannan sora agliyiram.sevgisiz his edirem ozumu sadece 1insan istiyirem ona siginib honkur honkur icim cekilene kimi aglamaq.ama ele insan yoxdu valideynlerimnen cox uzagam.hecne danismiram nede o 1insan onlar deyil.hemise onlarin arzularin yerine yetirmisem oz arzularimisa ureyimde basdirmisam onlarin istediyi uniye daxil oldum onlarin istediyi sevil olmagimi istiyirler.xais edirem komek edesiz

Cavab:

Salam Sevil xanım. Psixoloqa getdiyiniz zaman ağlayıb danışmamağınız normaldır buna görə seansı dayandırmaq doğru deyil. Davam etmək lazım idi.

Vusale 2016-10-14

Salam doktor.. 1aydan coxduki sevdiyim adamnan ayrilmisam. bu bir ay erzinde cok pis oldum teki bir hefte onceden biriyle tanis olana kimi.. indi yaxsiyam munasibet qurulur sanki ama artik deyilen sozler o qeder bos gelirki her seher herhansi gozel smsle oyaniram ama sonra evvelde bele idi axiri neoldu deirem onemsemirem artik bos gelir. her defe sevir deyen adamin xyanetin goreceyikse neye munasibet qurakki. hersey sanki tekrarlanir.. mende ireli baxmaqdansa eyni seyleri gordukce kecmisi xatirlayiram ve bu yaxwi etmir meni

Cavab:

Salam Vüsalə xanım. Ona görə deyirlər ki, hər ayrılıqdan sonra bir müddət keçməyi şərtdir. Çünki sonra bel eyniləşdirmələr edirik. Sadəcə sorğulamayın özünüzü. 

Selcan 2016-10-14

Salam hekim.cavablandirdiginiza gore teshekkur edirem..hekim onu deyim ki mende qorxu tek bu deyil.size eziyyet olmasa onlari da bolushmek isteyerem.yasimi sorushmusdunuz.24 yasim var.men usag vaxti her gece qishqirib oyanirdim ve anam meni gucle sakitlesdirirdi.yuxuda hemishe qorxunc varliqlar gorurdum.yadima gelir ki yanimda ruhlardan filan danishmishdilar bir neche defe.onun da tesiri var idi yegin.bir defe gece yuxudan oyanib isig axtardim pencereye baxdim ve mene ele geldi ki orda parlaq goz gordum..onda da chx qorxmusdum..o vaxtlar da qaranligdan qorxurdum yorgani bashima chekirdim terleyirdim istiden amma yorgani acmirdim.amma nefes darligi olmurdu qaranligda.bu sonradan yarandi mence..indi bir degige bele qalsam bogularam.qaranlig dushende ishigli otagda o qeder de qorxmuram.her yeri gozden kecirirem gorurem ki hechne yoxdu.arabir ama cevrilib arxaya baxiram..yeni birden nese olar deye.gorurem hechne yoxdu sakit oluram.yanimda adamlar olanda ise tam rahat oluram.amma qaranlig otagda yanimda adam da olsa yene vahimelenirem.gece oyanib gorsem ki qaranligdi isiq isiq deye gisgiriram nefesim daralir el qol atiram.yoldasim tez isiq yandirir ve sakitlesirem.ele bil isiq mene nefes kimi gelir.ozume nese olacag deye qorxurammi bilmirem sadece fikirlesirem ki otaga girende meselen isigi yandiranda birden nese gorerem...ve doze bilmerem..yeni meni daim etrafda gore bilmediyim nelerinse olmagi fikri izleyir..bezen qorxudan otagimdan az qala qacha qacha chixiram.bir muddet bu qorxu biraz azalmishdi eslinde.amma men bir neche il evvel qorxulu filmlere baxdim ve mene ele gelir ki belke bu da mene pis tesir etmish ola biler..nese qorxulu bir sheye baxsam ya oxusam ya da kimse danishsa bu ele bil yaddashima yazilir ve qaranligda qorxu aninda hamisi yadima dusur.biraz uzun oldu amma calisdim mueyyen qeder etrafli yazim ki size de veziyyet daha yaxshi aydin olsun...sizce men ne etmeliyem.ozumde bu qorxunu yox ede ya da hech olmasa azalda bileremmi?

Cavab:

Bir daha Selcan xanım. Qaranlıq qorxusuna görə yaşımız xeyli çoxdur. Ancaq bu qorxu hələ də bir uşağın canındakı qorxu qədər daxilimizdədir. Düzdür, psixoloji vəziyyətlərin yaşı olmur, ancaq bu artıq bizdə fobia halına çevrilib. Sadəcə ciddi şəkildə psixoloq dəstəyi alaraq bunu aşmaq lazımdır.

sovket 2016-10-14

Salam Elnur bey.menim psixolji problemim var mualice irM Salam Elnur bey.menim psixolji problemim var mualice alirAm ureyim qefil sixilir heyacAn ve gerginlik olur ve.s ucuncu ovlad dunyaya getirmwk isteyirem fesadi olarmi?

Cavab:

Salam Şövkət xanım. Birmənalı və mütləq şəkildə öncə psixoloji dəstək almalısınız. Çünki biz bu hala çox rast gəlirik, sonda isə uşağa görə vaxt tapıb konsultasiyadan keçə bilməməkdən şikayət edirlər.

zarina 2016-10-12

salam Elnur bey. Bir insan cox isdediyi halda en yaxinini deyerlisini ozunen niye uzag tutmag isdesinki? suallara cavab olarag bildirsinki biz bawqa olkelerde yawiyirig ve bir yerde oldugumuz gunler geride qaldi ikimizde aileliyik bawqa olkelerde bizim goruwub bir birmizi gormeymiz imkansizdi ne vaxta qeder zengle mesajla daniwalacag darda olanda bir birmize elimiz catmiyanan sora. sizce bu ne demekdi? Gormey munkunsuzdu deye bir defemlik unsuyet kesilmesi bu prablemden qacmaqdi yoxsa ne. baci kimi oldugin bir insan aile qurur bawqa olkeye gedir ama elaqe varda insan darxdigi ucun gormediyi ucun gormeye bu qeder cabaladigi insanan bir anda nece uzaglig isdiyer suallara cavab danwdgca daha cox darixiram imkansiz oldugun bilirem elaqe kesilse qarwiliginda sinsagda incinsekde bir gun olar deye gozlemekden gozlememek yaxwdi sualim biraz cox menali oldu bir insan gore bilmir deye en deyerlisiyle unsuyeti nece kese bilerki bu behanedi yoxsa onu bawa duwmeliyem yoxsa zamana buraxmaliyam ne etmeliyem???

Cavab:

Salam Zarina xanım. O bunu niyə istəyir demək olmaz. Onu ancaq özü bilər. Yaxşısı siz bu suallara cavab axtarmaqdan vaz keçin. Əgər o belə düşünürsə, onu fikrindən döndərə bilməzsiniz. Mümkün olsaydı bu günə qədər bunu bacarmış olardınız. Ancaq vəziyyəti düzəltməkdən çox siz səbəbi axtarmağa fokuslanmısınız. Doğrudur bir məsələnin həlli üçün öncə səbəbi bilməliyik, ancaq qarşımızdakı əgər özü də bunu niyə etdiyini bilmirsə, yaxud bunu bizə demək istəmirsə, heç bir zaman səbəbi tapa bilmərik. Tapsaq belə əmin ola bilmərik. Uzaq durun başqa dillə desək üzərinə getməyin zaman verin.

Jasmin 2016-10-12

Salam davamlı olaraq itirmək tərk edilmək qorxusu ilə yaşayıram psixologiyada bunun anlamı nədir?

Cavab:

Salam Jasmin xanım. Bunun anlamı nədir yanlış sualdır. İtirmək qorxusu müxtəlifdir, yəni siz ən çox bu hissi nələrdə, kimlərdə yaşayırsınızsa buna görə səbəblər də dəyişir.

Senem 2016-10-12

Salam men valideyinlermnen biri ile boyuk mubahise yawayiram hetda gozum gore bilmeyecek derecede.onun hereketleri sanki mene aciq gelir.o demek deyil sevmirem sevirem eslnde ama icmdeki kini oldure bilmrem.artq Psixaloji tramalar yawayiram nece komek ede bilersiz?bir zehmet cavab yazardiz

Cavab:

Salam Sənəm xanım. Yaxşı olardı ki, bunun hansı valideyniniz olduğunu da qeyd edərdiniz. Ana yoxsa ata? Və bu kin haradan qaynaqlanır? Və neçə yaşınız var?

Gunel 2016-10-11

Salam Hekim menim qizimin 12 yasi var o tez tez sebebsiz aqlair derslerini mukemel bildiyi halda danismaqa qorxur bilmirem ne edim. qizim 6 yasindayken atasin rehmete gedib .xais edirem mene komeklik edesiniz

Cavab:

Salam Günel xanım. Allah saxlasın qızınız. Yoldaşınıza da Allah rəhmət eləsin. Yeniyetməliyə doğru getdiyimiz üçün belə hallar görülən haldır. Ancaq əgər itirilmiş bir valideyn varsa ortada, böyük ehtimalla o indilərdə onun yoxluğunu hiss etməyə başlayıb və özünü dayaqsız, gücsüz hiss edir. Çalışın onu motivasiya edəsiniz, hər zaman arxasında olduğunuz deyəsiniz. Etdiklərinə az irad bildirin. Bir şeyi bacarmadığını gördüyünüz zaman, pərt etməyin, pərt olduğunu gördüyünüz zaman görməzdən gələrək onu başqa bir şeyə yönləndirib diqqətini yayındırın. Əgər bunlardan sonra bu hal aradan qalxmazsa, psixoloqa müraciət edə bilərsiniz

aydan 2016-10-11

Yaxsi hekim meslehetiniz üçün coxx teşekkür edirem çalışacam dediylerinize emel edem

Cavab:

Mən təşəkkür edirəm. Uğurlar sizə

Naile 2016-10-11

Salam doktor. Men cox kuseyenem. cox istediyim adamlardan tez tez inciyirem, onsuzda anlayan yoxduki kusduyumu eksine uzaqlasdiriram bununla herkesi. adi kimlese dansiiram mene cavabi biraz gec yazanda ele dusunuremki yazmaq istemir inciyirem, ve yada menim yaxinim dediyim basqasina daha cox diqqet yetirir bunada inciyirem... bilmirem nece elim biraz vecsiz olum herseyede kusmek olmaz axi insanlari bezdirmek istemirem=(

Cavab:

Salam Nailə xanım. İnsanları bezdirmisiniz, ancaq özünü çox bezdirirsiniz. Yazmır, niyə gec yazır. Düşünmürsnüz ki, özünüz də özünüzdən bezirsiniz? Niyə önəmlidir bu vaxtında cavabın yazılıb yazılmaması? Əgər tez-tez insanlardan küsüb inciyirsinizsə, tək səbəbi var qayğı, diqqət axtarırsınız. Ancaq görmədiyiniz zaman şərt deyil ki, belə davranasınız. Küsmək, incimək bunlar insanlar üçün o qədər önəmli bir şey sayılmır. Üstəlik hesab etsək ki, kimsə sizə qarşı böyük pislik də etməyib niyə küsdüyünüzü görməlidir? Daha doğrusu bunu necə anlaya bilər ki?

rasim 2016-10-11

salam Elnur mellim mende yungul dereceli uzvu emosional labil pozuntu var. Men cox yorgun oluram, bitmis,tukenmis veziyyetdeyem, gezirem,yaxsi qidalaniram, seherler dus aliram qaciram, zereli verdislerim yoxdu,yaxsi yatiram amma yene de cox yorgun oluram,hec neye axot yoxdu. hekim bunun mualicesi varmi ve bunu nece mualice edirler?

Cavab:

Salam Rasim bəy bu diaqnozu sizə qoyub? Yoxsa internetdə oxuyaraq özünüz özünüzə diaqnoz qoymusunuz? Əgər bunu etmisinizsə, etməyin. Bunun müalicəsi var. Sadəcə bütün bunları etsəniz belə sizdə çatışmayan motivasiyadır.

feyza 2016-10-10

salam.meni sevmeyen insanlarin ehatesinde oldugumu dusunurem.ona gore de heyata her seye maragim qalmayib.yoldasim bele meni anlamir.iki usagim var onlara yaxsi gelecek qurmaq isteyirem,ancaq maneeler var.onlara son qoymaga gucum catmir.

Cavab:

Salam Feyza xanım. Biz nəyə inanarıq onu da yaşayarıq. Əgər siz özünüzü sizi sevməyən insanlar əhatəsində olduğunuza inandırmısınızsa, sizin üçün hər şey çətin olacaq. Bəlkə həqiqətən elədir, bəlkə deyil. Ancaq insan ən birinci özü özünü sevməlidir. Məsələn sual verin özünüzə siz özünüzü sevirsinizmi? Sevirsinizsə, bu sevgini özünüzə necə göstərirsiniz? Özünüz üçün nə etmisiniz?

Selcan 2016-10-10

Salam hekim..men qaranliqdan qorxuram.isiqsiz yerde yata bilmirem.mutleq isiq dusmelidir az da olsa.yoxsa mende tengnefeslik yaranir ureyim tez tez doyunur ele bil boguluram.qaranligda iki addimlig mesafeni gede bilmirem..gunduz vaxti hechne vecime olmur.amma axsham olanda qorxu buruyur meni.evimiz ikimertebelidi.yuxari mertebeye chixib oz otagima chatanacan birteher oluram.isiq yansada ele bilirem kimse var otagda ya dalimca nese gelir.otagin isigini yandiranda ele bilirem isiq yanan kimi nese gorecem otagda ureyim agzima gelir gucle sakitlesdirirem ozumu..men ne edim.xahish edirem meslehet verin..

Cavab:

Salam Selcan xanım. Neçə yaşınız var və bu hal nə zamandan, nədən sonra başlayıb bilirikmi? Ola bilər ki, Niktofobiyanız olsun. Ancaq biri də var ki, qaranlıq düşən kimi işıq yansa da biz yenə də nədənsə qorxuruq bu artıq ayrı  bir məsələdir. Məsələn, ürəyiniz daralırmı? Nəfəs darlığı, indi mənə nəsə olacaq qorxusu yaşayırsınızmı?

Aslan 2016-10-10

Salam hekim mende boqulma var birde cetinlikle udqunuram derinden nefes ala bilmirem ele bil boqazimda ne ise var onu da deyim ki uzun muddedir ki dermanlar qebul edirem hec bir xeyri yoxdur ancaq yuxu verir

Cavab:

Salam Aslan bəy. Bu dərmanlar sizə nəyin əsasında yazılıb? Yəni boğulmanıza hansı aqpektlə yanaşılıb dərman tətbiq edilib? Bu boğulma nədən sonra yaranıb?

Ramin 2016-10-09

Salam Hekim xaiw edirem mene komey ederdiz men herweyi sayiram nece ede bilerem saymiyim men

Cavab:

Salam Ramin bəy. Bu obsessiyadır. Çalışın psixoloq dəstəyi alasınız. Ondan sonra bunu asanlıqla aşa bilərsiniz.

aydan 2016-10-09

Salam hekim necesiz hekim size bele bir sualim var sevgilimi whatsapda cox izleyirem mene yazmasada orda olur sizce bu düzdü yoxsa yanlış eliyirem baxiram burdadi mene yaZmasada basqa basqa şeyler fikirlesirem bir komeyliy ederdizde

Cavab:

Aydan xanım salam. Lap deyək ki, oradadır və sizə yazmır, siz də izləyərək bunu aşkar edirsiniz. Sonra nə olur? Dalaşırsınız yaxud münasibətiniz soyumağa başlayır. Sonra isə? Sonra da ayrılıq olur və ayrılıq müddətində "gərək o qədər izləyib sıxmazdım, bir şey vardısa gec-tez ortaya onsuz da çıxacaqdı" deyə bir cümlə işlədirsiniz. Odur ki, səbrli olun belə şeyləri isə nəinki görməzdən gəlmək, ümumiyyətlə uzaq olmağa çalışın

Fəqani 2016-10-08

Salam həkim, bir neçə aydır ki ürəyimdə döyüntülərin artması məni narahat edir, bir neçə kardioloq yanında oldum, hətta ölkənin ən yaxşı kardioloqlarından birinin də qəbulunda oldum, hamsı eyni sözü dedi-sənin ürəyində heç bir problem yoxdur. və əksəri ürək döyüntüləri və yüngül ürək ağrılarını stress və sinir sistemi ilə əlaqələndirdilər. Sizcə bu nə dərəcədə düzgündür, psixoloq müayinəsinə ehtiyac varmı?

Cavab:

Salam Fəqani müəllim. Əgər döyüntü artır və bu sizi narahat edir, ancaq tibbi baxımdan heç bir şeyin olmadığı iddia edilirsə, o birməlı olaraq vəziyyəti psixoloji qəbul etmək olar. Qısa müddət ərzində psixoloji dəstəklə bunun səbəbi tapmağa çalışın

Xəyal 2016-10-08

Salam Elnur müəllim sizin şəxsi nömrənizlə necə əlaqə saxlaya bilərik,xahiş edirəm mənə əlaqə nömrənizi və iş yerinin dəqiq ünvanını bildirin.Əvvəlcədən təşəkkürlər

Cavab:

Salam Xəyal müəllim, 0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizi yönləndirəcəkdirlər.

Seva 2016-10-08

Bagisdiyin sizide bezdirdim suallarimla.Cox saolun her sey gore.Men sizinle nece goruse bilerem??

Cavab:

0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə yardım edəcəklər. Müraciətiniz üçün təşəkkür edirəm

seadet 2016-10-07

salam qadin nece defe seve biler

Cavab:

Salam Səadət xanım hər şey insanın özündən asılıdır. Nə qədər qapanmamış hesablarınız olacaq bir o qədər də sevməkdə çətinlik çəkəcəksiniz. Odur ki, bütün dəftərləri bağlamaq, yenisinə başlamaq lazımdır. Çətindir, ancaq lazımlıdır

Seva 2016-10-07

Teze tanis olanda munasibetimiz cox gozel idi.Sonradan.nedense menen soyumaga basladi.O menen soyudugca men ona daha cox baglanirdim.Ne qeder unutmaga calisamda xatireler onunla kecrdiyim gunleri gozumun qabaginanan getmir.Axi men ne edim?

Cavab:

Seva xanım eyni cümlələri təkrarlamaqdan yorulmadınızmı? Başda hamıda hər şey gözəl olur, sonda yaxşı da ola bilir pis də. Ancaq buna görə heç kəs özünə zərər vermir. Daha öncə qeyd etdiyimiz kimi iş bu həddə çatıbsa, uzatmamaq dəstək almaq lazımdır.

Seva 2016-10-06

Belı o bele etdı deye damarlarımı kesırem ozumu oldurmek ısdırem onların bır yerde olmasını qebul ede bılmırem.Amma heqıqeten onu unutmag ısdırem sadece bacara bılmırem.Vaxt kecdıkce anlayıramkı sevseydı mence ele etmezdı amma sadece ıkı gun bele fıkırlesırem.Ikı gunden sonra yene basqa fıkırde oluram.Kımse onun baresınde pıs soz deyende mene pıs tesır edır.Ve bırde bu bır ıl erzınde mende pıs xusıyyet yaranıb her seyden her kesden tez kusurem adı soz bele xetrıme deyır.Ne edım axı men xaıs edırem komey edesınız.

Cavab:

Seva xanım bu münasibətiniz necə davam edib bu ərəfədə siz nələrə dözmüsünüz bilmirik. Ən doğrusu məsələ özünə zərər verməyə qədər gedib çıxıbsa, əyani olaraq psixoloq dəstəyi almaqdır.

tamela 2016-10-05

salam Elnur bey Yoldawimla kicik mubahisemiz oldu aylardi ureyimde yigilib qalanlari acdim daniwdim birazca mubahise alindi ucadan daniwmag kimi qadinin ucadan daniwmagin hec vaxt qebul etmir.Sonra evden cixdi getdi 2 gun gelmedi daha sonra iwle bagli olkeden getdi ujey 3,4 gundu menim ozumle elaqe saxlamasada uwaglarla daniwr hal ehval tutur.Men iki defe zeng elemiwem her birinde salam sagol qisa daniwiglarla iwim var ya nese daniwmag isdemiyib bir sozle ama bunan evel 1 saati kecmeden zeng eden insan kicik mubahisede bele soyug davrana bilermi? iki defe yigsim o cavablardan sonra yigmiyacam deyrem oz ozume size sualim sizce men neyniyim? bir meslehet verin

Cavab:

Salam Tamela xanım. Özünü həm onun qadının səsini artırmasını sevmədiyini, qəbul etmədiyini deyirsiniz, həm də belə kiçik bir şeydən insanın soyuya bilməyəcəyini də deyirsiniz. Soyumaq deməzdim, sadəcə qəlbi sınmış ola bilər. Çünki bizə görə bu nə qədər bir şey olsa da ona görə qəbul olunmaz bir şey idi və siz bunu bildiyiniz halda etmisiniz. İndi isə empatiya qurun. Siz bir şeyi sevmədiyinizi deyirsiniz, qarşınızdakı bundan xəbərdardır, ancaq bir anlıq özünü itirik və sizin sevmədiyiniz davranışı sərgiləyir. Nə hiss edərdiniz? Heç nə olmamış kimi danışmaq lazım deyil, bu barədə danışmaq lazımdır. İndi uzaqdadır gəldiyi zaman ona bir üzür borcunuz olduğunu deyib söhbəti sonraya saxlaya bilərsiniz.

Qönçə 2016-10-05

Salam doktor. Mən 5 aylıq hamiləyəm çox həssas olmusam. Dərman atmaq olar?

Cavab:

Salam Qönçə xanım. Hamiləlikdə həssaslıq normal və təbii haldır. Bir az səbr edin. Övladınızı düşünün, açıq havada çox vaxt keçirin. Sizə xoş gələn işlərlə məşğul olun. Maraqlı kitablarla tanış olun. Baxdığınız filmlər belə sizi üzürsə bir müddət uzaq durun. Dərmana isə heç bir əsas yoxdur.

güler 2016-10-04

Başa düşdüm hekim...ay hekim xais eliyirem sizden onda men ona özüm kimi davranimda yani yaxsi olum pis davransa o onun problemidi ele deyilmi bilirsiz men demirem her deqiqe mene yazsin menle maraqlansin düşüncesiz bir insan deyilem men sadece biz qadinlar istiyiriyki sevdiyimiz insanin hemişe diqqeti üzerimizde olsun

Cavab:

Doğru, diqqəti istəyərik, ancaq hər istədiyimiz olmadığı zaman həyatımızı buna adamamalıyıq. Ən birinci insan özü özünü diqqətdə saxlamalını, özü özünün qayğısına qalmalıdır. Ancaq başqası diqqət göstərmədiyi deyə üzülmək bu heç də özümüzə qayğı göstərdiyimiz mənasına gəlməz. Odur ki, çalışın sizi üzən hər şeydən uzaq dayanın.

güler 2016-10-03

Salam hekim necesiz hekim sevgilim menle soyuq danışırdi mende ona ders vermey üçün onun mene davrandığı kimi davrandim mende gunah yoxudu dedimki sen mene soyuq davranirsan mende ona göre sene ele davraniram dediki bunu sen istiyirsen axi men ele olmağını istemimsem 3 ildi ona gülden agir söz dememisem yaxinlarim mene deyirki sen onu cox qudurtmusan basiva cixartmisan nazin cox cekmisrn indidr ohdesinden gele bilmirsen deyir ele bele olar bir heftediki soyugam ona onun mene olduğu kimide sizce ne etmeliyem bu elediylerim dediylerim ne qeder düzdü????

Cavab:

Salam Gülər xanım. Bir münasibətə 3-cü şəxslər girdisə, orada çox problem olacaq. Halbuki münasibət 2 nəfərdən ibarət olaraq qurulur və elə də davam etməlidir. Sizin dediyinizdə isə bu münasibətin 2 nəfərdən ibarət olmadığını görünür. Qudurtmaq kimi sözlər qurulmuş olan həssaslıq tələb edən bir münasibət üçün yetəri qədər ağır sözdür. Əslinə qaldıqda isə heç kəs qudurmayıb. Sadəcə bir-birinizin lazımlığını hiss etməməyə başlamısınız. Bunun üçün soyuq davranmaq lazım deyil. Bir az özünüzə zaman ayırmalısınız. Münasibət qurmaq demək o demək deyil ki, hər dəqiqə bir-birinizdən xəbər tutmalı, hər addımınızı bildirməlisiniz. Biz haçan ki, belə tələblər qoymuruq o zaman qarşımızdakının özünün bizə belə açıqlamalar etdiyini görürük. Söhbət isə azadlıqdan gedir. Məsələn bu səhvi bu günümüzdə çoxu edir, hansısa sosial şəbəkədə onlayn görünübsə, bizdə sual yaranır ki, onlayn olub mənə niyə yazmayıb yaxud da kimlə yazışıb. Halbuki, bizim özümüz bu şəbəkədən tək biri üçün istifadə etmirik, yox əgər ediriksə, o zaman problem buradadır. Çalışmalıyıq ki, həyatımızda dostlarla, sevgiliylə bərabər özümüz də olaq. Çox vaxt isə başqasını düşünməkdən özümüzü öz həyatımızdan çıxarırıq.

Ulviyye 2016-10-02

gerginem ve sixinti icerisindeyem.Veziyyetden cixmaq istiyirem

Cavab:

Salam Ülviyyə xanım. Neçə yaşınız var və bu vəziyyətə səbəb nədir?

Serefnise 2016-09-30

Salam Elnur bey.. Menim cox ciddi problemim var..Size nece basa salim bilmirem.. Heqiqeten komeyinize cox ehtiyacim var. Insanlar mene komek etmek evezine mesxereye qoyurlar Artiq doze bilmirem. Belke de guleceksiz bunu sizinle paylassam...lakin heqiqeten cox pisem men..Men hardasa 3ile yaxin operator vezifesinde calismisam..isden 1 ay olar ki cixmisam. Lakin bu is menim beynimde sindrom halina gelib hekim. Necenci defedir ki artiq yolda izde kimdense soz sorusanda ALo Salam - deye basliyiram soze ozumden asili olmadan ve gulus obyektine cevrilirem... Ustelik geceler yatanda kabuslar gorurem hekim ..gecenin bir yarisi alo alo deyerek qan ter icinde oyaniram bezen...inanin ki konkret olaraq telefona qarsi fobiya yaranibdi mende...kiminse elinde telefon gorende sanki iyrenirem... Xahis edirem 1-2 kelmeyle de olsa mene yazib teskinlik veresiz...ne edeceyimi bilmirem (((((

Cavab:

Salam Sərəfnisə xanım. Əvvəla üzülmək lazım deyil. Güclü olun. Ən birinci özünüz buna zarafat kimi yanaşmağa çalışın. Ən güclü insan özü öz kompleksləri və problemləri ilə məsxərə etməyi bacaran insandır. Nə qədər ki, biz utanıb çəkinəcəyik o qədər də bu vəziyyət bizi ələ alacaq. Öncəliklə etməyiniz lazım olan budur. Daha sonra isə gələk sizin işdən çıxmağınıza. İşdən çıxmısınız yoxsa çıxarılmısınız bu ikisi arasındakı fərq böyükdür. Yaxud bu iş sizin üçün nə ifadə edirdi bu da önəmlidir. Çalışın bunları ayırd edin. Çünki çıxmaq məcburiyyətində qalmısınızsa, ola bilər ki, sizdə tamamlanmayan situasiya ilə bağlı problem olsun. Ki biz buna psixologiyada Geştaltın açıq qalması deyirik. Ən əsası isə həll olan məsələdir. Əgər bu deyiləni etdiyiniz halda 1 həftə ərzində irəliləmə əldə etməsəniz, mütləq şəkildə bizə müraciət edin, qısa zamanda sizi əvvəlki vəziyyətinizə qaytaracayıq. Uğurlar sizə.

Leyla 2016-09-30

Xatirələrlə yaşamaqdan necə qurtulmaq olar..Bəzən yaşadıgın nəyisə unutmaq istəmərsən incitsə belə ..necə deyim bilmirəm amma qorxuram içimdəki həmin boşlugu kimsə doldurar deyə

Cavab:

Salam, Leyla xanım. Boşluqlar dolduğu zaman bir rahat yaşayarıq və fərqi yoxdur onu kim doldurur. Əsas odur ki, bizə yaxşı təsir etsin, biz özümüzü yaxşı hiss edək. Məsələn siz indi özünüzü yaxşı hiss etmirsiniz.

Sevinc 2016-09-30

Doktor nece unutmaq olar? dusunmemek her deqiqe. bezen heqiqeten gozel gunler yada dusur ama xatirlamaq istemirem cunki indi cox agir gelir bir muddet once xosbextem dediyin anlari indi aglayaraq yad etmek. Her deqiqe uzaqlara dlaib dusunmekden yoruluram ozu ozumnen mubahise edirem artik ikilik yaranib beynimde sanki biri meni incidir dusunmekle kecmisi biris ise yaxsi olacaq dozmelisen sebr etmelisen deir. buda meni yorur... Her zaman guvensizliklere gore uzuluruk ve heyatimiz bosuna kecmis olur ferqine bele varmada omrumuzden gedir ama biz yasamiriq =(

Cavab:

Salam Sevinc xanım. Siz inanırsınız ki, bu vəziyyəti təkcə yaşayan sizsiniz? Ayrılıq hər insanda bu cürə baş verir. Güclü görünən, güclü olan bütün şəxslərdə onun təsiri eynidir. Fərqi olan müddətidir. Çalışın güclü olun ki, müddəti az olsun. Təsirindən şikayətlənməyin bu normaldır. Müddətindən şikayət edin. Ki bu da sizin əlinizdədir. Unutmağa çalışmaq özü birbaşa xatırlamaq deməkdir. Çünki unutmağa çalışır bir çox səylər göstərir bir yerə qədər gedir sonra yorulur və düşünür ki, bunları niyə edirəm. Cavab isə unutmaq üçün olduğundan biz təkrar olaraq nəyi deyə sual verərik. Beləliklə yenidən xatırlamış oluruq. Proses belə davam edir. Ona görə də qəbullanın, özünüzə yas müddəti tanıyın, daha sonra toparlanın.

RUZANA 2016-09-30

Salam. cox sag olun cavaba gorə. məndə 2008 ci ildə əmim rəhmətə gedənnən bu qorxu yarandi.Əsaəndə bir gun valideyinlərimin olmuyacagini dusunurəm. həyatın bu gerçəkliyidi bilirəm. balaca qızım var o boyudukcə narahat oluram.məndə hərdən elə fikirlər yaranir ii kaş boyuməsin balaca qalsın.duzu əvvəllər cox iradəli olmuşam ama indi hər şey məni əsəbləşdirir və ya hər adi hadisəllər məni çox duygulandırır. hərdən aglamasam pzümə gələmmirəm. belədə yaşamaq olar ama narahatam üç balaca uşagım var. mənim bu halın onnara normal vaxt ayırmagıma mane olur.

Cavab:

Ruzanna xanım əgər bu sizdə hansısa səbəb bağlıdırsa, həlli də mümkündür. Çalışın psixoloq qəbulunda olun. Çünki çevrənizdə dəyər verdiyiniz hər kəsə bu qorxunu köçürürsünüz. Yazmaqla bunun arada qalxması mümkün olmaya bilər. Az bir müddət deyil 2008-lə 2016 arasındakı il müddəti.

Gul 2016-09-30

Salam Evvala suallari cavablandirdiğiniz ucun tesekkur

Cavab:

Salam. Biz təşəkkür edirik. Buyurun

nigar 2016-09-29

salam dosdum refiqemin yoldawi menen sozu ceplewidiyine gore refiqeme icaze vermir menle goruwe bizds cox yaxin olmuwug bacidanda yaxin onan xebersiz goruwmesekde yaziwirdig durdug yerde cox menasiz ciliz bir sohbet usdunde menen dalawdi ve daha yazmiyacam yoxam mene qarwi qrici sozler iwleti daha heyatimda isdemirem seni onsuzda sadece xeyaldi bizim bir yere gelmeyimiz imkansizdi.Bele desek sert sozlerle qrici sozlerle meni ozunen soyutmag isdedi ama bunuda bilirki hemiwe oldugu kimi ne qeder qrici olsada men onan inciyib kuse bilmirem bu bele daniwdigca mende biraz usdune getim yalan deyrsen darixirsan gore bilmirsen deye bele deyrsen men bele dedikce dahada cox iwleti eyni sozleri ama yenede bilib inciyib kusmuyeceyimi butin sosyal webekelerden cixiw verdi cixdi birde yoxam dedi biraz uzun oldu buda menim derdimdi size sualim indi men neynemeliyem? hansi adim atmaliyamki hirsinin qurbani olmasin bir agil verin mene

Cavab:

Salam Nigar xanım. Bir az aydın qeyd etməyiniz mümkündürmü? Tam olaraq o sözləri sizə kim deyib?

Leyla 2016-09-29

Salam doktor. Menim bir dostum var oglandi heqiqeten dostuq. hemde kohne sevgilimin en yaxin dostudu. bele deyek her ikisin eyni gunde tanimisaam, Ama dostumnan ayrilmamisiq yeni. sadece bele bir sey varki bir necedefe olub qiz arkadasi olub onun sevgilisi kimi men bunu bilende pis oluram. onu cox istirem sevgi deil bu sadece bilmirem basqasi olsa heyatinda meni ikinci plana atar deye istemirem sevgilisi olsun bu biraz egoistlik kimi gelir ama ozumnen asili deil paylasa bilmirem kimnense onu qisqancliqqdi nedi bilmirem ama Sevgi deil heqiqeten hecvaxt ele birsey olmaz men onu qardasim kimi gorurem .. sadece bunu aradan qaldirmaq istirem nenimki herdefe onun sevgilisi var bilende qeribe hisler kecirtmiyim hetda beyenmesem basinin etin yeyiremki yox sene yarasmir. duzgun deil bilirem ne edim

Cavab:

Salam Leyla xanım. Bir müddət uzaq qalmağa çalışın. Küs kimi yox, sadəcə bir az özünüzə zaman ayıraraq bu mövzulardan uzaqlaşmağa çalışın. Daha sonra sizin üçün nəyin önəmli, önəmsiz olduğunu öyrənəcəksiniz. Bəlkə o zaman belə qısqanclığın önəmsiz olduğunu başa düşəcəksiniz. Yaxud da tam əksi, çalışın həmin qızla üçünüz zaman keçirin. Əgər sevgi olmadığından əminsinizsə, üçünüzün dost olmamağı üçün heç bir səbəb yoxdur.

Flora 2016-09-26

Tewekkurler doktor heqiqeten duz deirsiz=( Hersey oz elimizdedi eslinde. InwAllax bu heftenin bazar gunu eynen siz dediyiniz kimi edecem..cox saolun herseye gore=)

Cavab:

Mən təşəkkür edirəm. İnşallah uğurlar sizə.

Flora 2016-09-26

Salam Hekim. Menim sexsi problemlerim var doktor, ozume gele bilmirem. basimi qatmaga imkanda yoxdu neilese mewqul ola bilmirem seher doqquzdan axsam 9can iwde oluram deye hecne ede bilmire. iw zamanida evde olan vaxtlarida bedbin oluram depressiyay salmaq istemirem ozumu ama her sey ustume ustume gelir. iwden cixib buralardan uzaqlasmaq isteyirem oda alinmir, herseyi icime atmaqdan yoruldum... cox sagolunki vaxtinizi ayirib bize en azinnan tesseli edecek sozler yazirsiz tewekkurler

Cavab:

Salam Flora xanım. Təsəlli edəcək sözdən daha çox doğru olanı deməkdir işimiz. Çətin bir rejimdə işləməyiniz göz qarşısındadır, ancaq bütün bu rejim qarşısında istirahət gününüz əlbəttə ki var. Çox vaxt insanlar bunu " o da azdır, ev işi və s işləri həll etməyə gedir" deyə adlandırırlar. Ancaq axşam normal saatda yatıb istirahət günündə də erkən oyanmaq, bu dəfə iş üçün yox, ev işi və s işləri tez həll edib bitirmək bizə motivasiya verəcək, çünki erkən həll olan işlərdən sonra bizə qalan yarım günlə çox çey edə bilərik. Məsələn gəzinti. İnsanlar arasına qarışın, bir kafeyə gedib insanları seyr edin, sizcə bu rejimdə işləyən tək sizsinizmi? Yuxu rejiminizə diqqət edin. Bir gün gec yatmış olsanız belə, npvbəti gün erkən yatmağa diqqət edin

elmira 2016-09-26

salam doktor siz narahat edirem men cox esebi oluram evdekilere ozmu saxlaya bilmirem hussuz oluram ozumde olmuram ikdefe narkos almisam get gede coxalir aqresivliyim hec ozumde bilmirem ozme haksizdik olunduqnu his eliyirem yaxinlarimdan bunu aradan qaldirmak ucun neyleyim icimde qorxu hisi var sevdiklerme bir sey olar deye menimhatam uzunden deye usaqimda eledi deye lap pis oluram

Cavab:

Salam, Elmira xanım. İki dəfə narkoz almaq ötəri bir şey deyil, bir yandan onun təsiri, bir yandan isə psixoloji durumunuz buna səbəb ola bilər. Özünüzə qarşı haqsızlıq edildiyini düşünmək olduqca həssas olmağın göstəricisidir. Özünüzə qarşı həqiqətən də haqsızlıq edilsə belə insan bunu belə dərin qəbul etməməli, ya həll etməli, ya da fikir verməməlidir. Sizə sadəcə psixoloji dəstək və motivasiya lazımdır.

ramin 2016-09-26

Salam hekim oglum9ayligdi aylardiki yatmir yaniki coxx azz yatir gun başladisa sadece iki defe yatir ikisi bir yerde cemi yarim bir saat edir eslinde yuxusu gelir ama yata bilmir qucagda yellenerek yatmaga verdişde edib eks halda yatmir

Cavab:

Salam Ramin bəy. Allah saxlasın. Nevroloji bir narahatlıq olub-olmadığınl dəqiqləşdirin. Uşaq psixoloqu ilə məsləhətləşə bilərsiniz. O sizi daha doğru yönləndirəcəkdir.

jale 2016-09-26

salam Elnur bey menim prablemim yoldawimla baglidi.Cox gozel ailemiz var isdediyimiz herwey meni xowbext edir etdiyi verdiyi deyerler goylere qaldrir o derecede xowbext oluram ama ele vaxda iwletiyi bir cumle sozle sanki goyden yere crpir meni size sualim niye bele ola biler sizce bu meni cox narahat edr gelecekler bagli teredudler yaradir aramizda kusululuk olur bu hereketine gore men neynemeliyem???? bu halda

Cavab:

Salam Jalə xanım. Siz  deyilən cümləyə yox, deyilmə səbəbinə diqqət edin. Bəlkə səbəb hansısa davranışınızdır, bəlkə də onun əsəbi olarkən seçdiyi yoldur. Bütün gözəlliklər içində bir deyilən cümləni qabartmayın.

KENAN 2016-09-26

MEN QORXULUQ HOPI VAR CANIMDA SIZIN YANINIZA GELMEK ISTEYIRIK SIZIN QEBULUNUZA NECE KECE BILERIK

Cavab:

Salam Kənan bəy. 0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.

elmira 2016-09-26

doktor birde 16yaslarimdan xeyal qururam ozumden asli deyil yadimdan cixarmak isteyirem is gorurem usaqi rahatiram xeyal qururam qurmak istemirem ama bacarmiram tergide bilmirem bilmirem hamida beledimi

Cavab:

Əgər bu qədər çox xəyalpərəstsinizsə, deməli real həyatda çox az maraqlı nələrsə yaşayırsınız. Bəlkə də heç yaşamırsınız. Filmlərdə baxdıqdan sonra belə xəyallarınız artırsa, çox az filmə baxın və gün ərzində ev işindən əlavə özünüz üçün bir şey edin. Adi pəncərəyə çıxıb aldığınız havanı belə fərqli alıb bunu özünüz üçün etdiyinizi hiss edin. Kiçik nələrdənsə zövq almağı bacarın.

songul 2016-09-25

salamlar

Cavab:

Sizə də salam Songül xanım.

Velizade Ruzana 2016-09-25

olum qorxusu meni cox narahat edir. ruhuma isleyib mence. nece etmeliyemki normal insanlar kimi bu gunu dusunum ?30-40 il sonrani yox

Cavab:

Salam Ruzana xanım. Ölüm qorxusu bir yandan insanın özünü çox sevməsidir bəlkə də. Bu qorxunun sizdə nə zaman, nədən yarandığı vacibdir. Ölmədən öncə nələri etmək istərdiniz bunları düşünün. Bəlkə nələrəsə gecikdiyinizi, nələri həyata keçirmək üçün vaxtınızın yetməyəcəyini düşünürsünüz. Onlar nələrdir, bunu müəyyən edin. Bu barədə düşünün.

Renare 2016-09-24

Hekim axi men bu insani dusunmeden qala bilmirem .Her seyi ailemizde bilir ve bir terefden olarda ustume gelir .deyir ne oldu ?ne vaxt elci gelecekler.bu sozler,mene verilen suallar ,en ustelikde ailemizin bunu bilmesi meni cox sixir .oglanin bibimen danismasi soz veribde gecikdirmesi meni sixir .Men bu veziyyetde ne dusunum axi

Cavab:

Sizi sıxışdırırlar deyə sizə maraq göstərməyən biri ilə ailə qurmağa tələsməyin, sabah bir ömrü keçirəcək olan sizsiniz. Doğru qərar verin ondan sonra evdəkilərə də istəyib istəmədiyinizi bildirin.

Aybəniz 2016-09-24

Aprel ayında həyat yoldaşımın narazı olmağına baxmayaraq kuxna mebeli yıgdırmaq üçün mebel ustasına pul vermişəm.yoldaşım bir dəfə pul qaytardı ki,mebel tam evə gəlib çıxmamış pul verməyəcəm.mən onu razı saldım ki,yarl pulunu verməsək heç kim bunu etməz.indi 6 aydı mebel yoxdu.bu məni o qədər əsəbləşdirdi ki,heç çürə özümü ələ ala bilmirəm çox pis əsəb keçirirəm.4 yaşlı qızıma qarşı çox pis kobudluq edirəm.bilirəm o uşaq körpəliyini yaşamağa qoymuram.ancaq tək qalıb bir nöqtəyəbaxıb düşünmək istəyirəm.bundan kimsə məni ayıranda hirslənirəm.həkimə getdim həkim mənə Aмитриптилин никомед bu dərman ziyanlıdı ya yox?cavab verdiyiniz ücün sizə əvvəlcədən minnətdarlıq edirəm

Cavab:

Əvvəla salam Aybəniz xanım. Məsələ kuxna mebeli də deyil, məsələ qarşılıqlı anlaşmadan əvvəl iki tərəfin özünə görə haqlı düşüncələrlə addım atmağıdır. Məsələ isə uşaq döyməklə həll olmayacaq. Dərman isə sizə sadəcə müvəqqəti kömək olacaq. İndi əsəbiniz sakitləşəcək, ancaq sabah başqa bir situasiyada yenə belə reaksiya verəcəksiniz. Bir psixoloqla mütləq görüşün, mütəmadi olaraq qəbulda olun.

konul 2016-09-24

Salam elnur bey men uwaqliqdan esebiyem ama7ildiki aile qurmuwam ve esebim dahada coxalib herdefe esebiminnu sonu alede prablem yatadir sonunda yoldawimnan dayaqa meruz qaliram cuzi bir sebebe gore eseblewirem mene ne meslehet gore bilersiz bir ara mualice aldim mualicem bitdikde yene evelki halimi alirdim ancaq mualice altinda sakit idim ve persen forte qebul edirdim ancaq oda tesir etmir xaiw edirem mene meslehet verin onceden tewekurler

Cavab:

Salam Könül xanım. Ola bilər ki, psixoloji rahatlamağa ehtiyacınız var. Bəzən belə hallarda sadəcə dərman qəbulu, biz o dərmanı qəbul edənə qədərdir, sonra yenə vəziyyət olduğu kimi qayıdır. Gün ərzində özünüzə diqqət edin, zaman ayırın. Özünüz üçün maraqlı nələrsə kəşf edin, internetdən çox istifadə edib, başqalarının həyatına qibtə edirsinizsə, inetnetdən uzaq durun, başqaları ilə, onların həyatları ilə özünüzü, öz həyatınızı müqayisə edirsinizsə, etməyin.

Rufa 2016-09-23

Salam Elnur bey, 2 ildir men cox ezab cekirem, demeye hem tereddud edirem hem de utaniram, evvel inanmirdim caduya amma bawima gelenden sonra inandim, emimin yoldawi mene cadu edir, qizi da evimize gelib heyetimize qebirsanliq torpagi tokub, qurd yagi cekib, paltarimi ogurlayib emel edibler( cox ezab cekirdim agliyirdim yatirdim butun gunu, evvel hekime apardilar butun muayinelerden kecdim hekimler hecneyi yoxdur dediler butun hekimler vitamin ve sakitlewdirici yazdilar sadece hec 1 mualicenin xeyri olmurdu eksine gunu gunden pislewirdim, ariqlayirdim, sonra baxiciya getmeyi meslehet gorduler ve anam apardi baxici dediki emel edibler bexdini bagladiblar , ele ediblerki gunu gunden erisin ve s.. Dualar yazdi 1 hefde icinde evvelkinnen de yaxwi oldum, amma onlar el cekmirler mennen elqerez 2 ay evvelde cin salmiwdilar bedenime dehwetli derecede ezab cekdim hea oldum dirildim neyse cindar tapdilar cixardilar cini mnnen , indi namaz qilaram az tesir edir amma yenede ezab cekirem incidir meni, men neyniyim? Mene 1 yol gosterin xahiw edirem( evvelceden tewekkur edirem

Cavab:

Salam xanım. Siz nə qədər bu əməllərə və s deyilənlərə inanacaqsınız o qədər də belə vəziyyətin içində olacaqsınız. Toparlanın sizin nə yaşınız var indidən cadu cindar baxıcı və s söhbətlərinin içindəsiniz. Yaşınızı yaşayın. Əgər inanırsınızsa, o zaman həmin insanla əlaqənizi kəsin.

elmira 2016-09-23

salam elnur doktor qizmin iki yasi var qorxur yerimekden elebilir yixlacak goye baxir otduqu yerde hopanib dusur oz ozne gulur cagiranda adama baxmir nene mama baba qaqa bu sozleri deye bilir yasidlari kimi deyil goznu cevirir basni eyir usaq icinde oynamak isdemir aglir sakitdiyi sevir tez qalxir besde altida onda yatir hamile olarkan odum dasib mede alti vezmi zedelyib doxtur deyir ola bilsin beynine tesir edib gec inkisaf edib korpe usaq kimdi yadilarindan geri qalir hamile olarkan sonra sud vererken cox agri kesiciler vurulub icmisem neri patoluka aparmusik deyir bir prablemi yoxdu duzelecek uzi eletmisik basni qulaqni yoxlatmisik goznu yoxlatmisik yaxcadi deyir bir problemi yoxdu der usaqin yoxtusa bu usaq adamin uzune niye baxmir ne sebibi ola biler nolar bir cavab verin ne ola biler bunun derdi odum mede alti vezinden apres oldum odum gotruldu mede alti vezin az yarsi gotruldu bir il baxa bilmedim usaq geldim gedim anam gilde oldum qaybanam baxdi bir meslehet verin cox sagol bele bir sayit acdiqniz ucun

Cavab:

Salam Elmira xanım, Allah saxlasın. Siz qısa müddət ərzində Narınc uşaq psixologiya mərkəzi ilə əlaqə saxlayın, uşağı uşaq psixoloqu müayinə etməlidir.

tamella 2016 09 21 2016-09-22

salam hekim menim sualim qarabasmalarla baglidir heddinden artiq six six bas verir yuxuda xiriltili ses cixariram kimse esidib ayiltsa birteher ayiliram esitmiyib ayiltmasalar inanin ki olerem xahis edirem mene bir meslehet bir care deyin onceden tesekkur edirem

Cavab:

Salam Tamella xanım. Qarabasmalar birbaşa psixoloqla işlənməsi lazım olan bir vəziyyətdir. Qısa zamanda psixoloqa müraciət edin. İzin verməyin ki, bu çox irəli getsin. Tez bir zamanda bundan qurtulun ki, həyatınızın çox hissəsi belə keçməsin.

Meryem 2016-09-21

Salam doktor. men ozumu cox yalniz hiss edirem. mene deyerli adamlara herzaman vaxt ayirmisam ama olar ucun lazim oldugumu hiss edirem, heralda bele hiss eletdirirler=(, Bir soznen mene deyerli olan adamlari itirmisem. mende olar ucun deyerli idim herzaman bele deirler ama bos soznen olmur eger emelde yoxdusa. oncunde sixiliram biraz=( birazda kecmisi kecmisde buraxmaliyam ama dusunceler izin vermir. Beynimde surekli munaqise edirem kimlernense=( buda butun gunumu korlayir...

Cavab:

Salam Məryəm xanım. Ola bilər gözləntiləriniz sizə doğruları görməyə mane olur. Bu əslində çox ciddi problem deyil. Problem sizin bu qədər çox həssas olmağınızdır. Yəni hazırda nəzərdə tuta biləcəyiniz insanların siyahısı çıxarıb onlara bu yazdıqlarını göstərsək, bəlkə də sizin belə səhv nəticəyə gəldiyinizi əlsində elə olmadığını bir ağızdan deyərlər. Yəni bir nəfərlə yaşadığınız bir şey deyil, diqqət etsəniz adamlar dediniz. Bir deyillər çoxdular. Fərdi inkişafınız üçün psixoloq dəstəyi alın, sizi daha gümrah etmək adına, belə həssas olmamaq adına bu barədə düşünün.

Fidan 2016-09-21

Doktor bagisliyin sizide narahat edirem. Sadece nece 2illik munasibetden sonra, hecne olmamis kimi getmek olar nece ola biler bu. ozde aciqlama vermeden sebeb demeden terk etmek. Buraxib getdiklerinin nece oldugunu dusunmeden getmek.. hansi vicdana sigire bu

Cavab:

Salam Fidan xanım. Axı belə suallar verməyəcəkdik. Elə danışmışdır. Nə önəmi var bu sualların. Fərqi nədir 2 ildən sonra getdi yoxsa 2 ay. Əgər zaman bu qədər önəmlidirsə, 10 ildən sonra qoyub gedənlərə baxmış 2 il sonra gedənləri bağışlayaqmı? Çalışın uzaq olun bu fikirlərdən. Bəli, getmək istəyirsə, gedir. Ona da fərq etmir 2 il yoxsa 3 il. Bunun barışın o getmək istədi getdi. Bəs siz indi nə istəyirsiniz onu düşünün. Heç vaxt bədbin olmayın. Həyat hər zaman davam edir. Ona gecikməyin, yaşayın həyatınızı. Əgər çətinlik çəkirsinizsə, psixoloqla görüşün. Bəlkə sizə daha asan olacaq.

Tehmez 2016-09-21

Salam, Elnur muellim. Men ozumu cox qinayiram. Vaxti iken etdiyim sehvlere gore ve ve aldanmagima gore qiniyiram. İcimden bir ses mene "sen axmaqsan,seviyyesizsen,efelsen" deyir. Amma men cemiyyet icinde normal hormete sahibem. Amma gunun ekser caglarinda meni vaxti iken aldanmaglarim yadima dusur ve yene basdiyiram ozumu icimnen yemeye. Men ne ede bilerem?

Cavab:

Salam. Bu günahkarlıq hissidir. İlk öncə nə yaşamısınızsa, onlarla barışmağa çalışın. Vaxtilə etdiyinizi indi ilə müqayisə etməyin. Etsəniz böyük boşluqla etdikləriniz sizə mənasız və doğru olmayan yol kimi görünəcək. Buna peşimanlıq da deyə bilərik. Ancaq bu daha çox özünügünahlandırma fonunda özünü biruzə verib. Əgər bununla barışmaq bundan sonra eyni şeyləri təkrarlamadan davam etməyi bacarmazsanız psixoloq dəstəyi alın. Seans zamanı onların nə olduğu danışılsın və kənar bir fikirlə bunun həqiqətən çox kobud bir səhv olub olmadığı öyrənəcəksiniz.

Heyat 2016-09-21

Salam Elnur bey.Men geceler yuxudan oyanıb qişqirmaga başlıyıram yerimden dururam ele bilremki ölürem hardasa 30saniye falan mende bele tutma olur.Sora uzanıb yatıram.yuxularımda da tez tez görüremki ölürem bismillah deyirem cox sora ölümden qurtuluram.Ama geceler qişqirmagım yuxu kimi olmur heqiqeten hiss edirem qişqiriigima evdekiler de oyanır.Herden ele olurki qişqiram ama sesim cıxmır. Cox narahatam lütfen cavab verin önceden tewekkür

Cavab:

Salam Həyat xanım. Vəziyyətin ciddiyətinin fərqindəsiniz yəqin ki. Yaxşı olardı ki, bir psixoloqa görünün. Mütləq şəkildə bu sizə lazımdır.

Xeyale 2016-09-20

Salam doktor. Men bekar olankimi sacimi oynadiram. butungun sacimda nese axtariram, duzu uclari hacalanir deye olari ayiriram ama gedib kesdirirem temizledirem, yenede elim sacimdadi, yigiramki oynatmayim ama yene dartim bir tukde olsa cixardiram, sizce nedi bu?

Cavab:

Salam Xəyalə xanım. Sadəcə sizdə saça qarşı pataloji sfesifik meyllilik var. Bunu psixoloqla görüş zamanı bərpa etmək mümkündür.

jasmin 2016-09-19

salam ikinci yoldawim menen 20 yaw boyukdi cox qisqancdi xesdelik deyil amma meni en yaxin padruqamdan qisqanir bilir bir birmizi nece cox isdemeymizi teze aile qurmuwam ve onla unsuyetimi hec cur isdemir hiss ediremki onuda qisqanir.Oda deli dolu insandi axtarir yigir menim nomremi yoldawim alib acig qoyur onun yigmagin gozduyur men ozum padruqamla yaziwiram arada menim nomremden qisa cavabsiz zengler etdiyin deyir oda qarwiliginda yiganda acmir indi deyrem ya sindir o nomreni ya ozun iwled ya mene ver mene deyirki ne vaxt seni axtarmagdan el cekecek padruqan onda verecem sizde bu herekete ne ad qoymag olar elaqe kesilsin isdiyirse kesildiyin bilir niye ona vzv atr??? gizli nomrelerle zeng edb sessiz qalr??? bu herkete ne ad vermek olar? biz iki dosd neynemeliyik men sebr deyirem o darixram narahatam deyr biz neynemeliyik xaiw komek edin bize

Cavab:

Salam Jasmin xanım. Bu sualları ona da vermisinizmi? Yəni əgər əlaqə kəsilsin istəyirsə, niyə özü geri zəng edir? Bu barədə onunla danışın. Ancaq bir ortaq yola gələ bilərsiniz məsələn gün ərzində 3 dəfə damışırsınızsa, onu azalda biləcəyinizi deyin. Yaxud əlaqəniz olduğunu bilsin, ancaq onun yanında danışmayın bir müddət

Yasemen 2016-09-19

salam Doktor. Narahat edirem sexsi problemlernen evvelceden tewekkurumu bildirirem vaxt ayirdiginiz ucun. Men sevgilimnen ayrilmisam son aylarda uzaqlasmalar oldu ve son iki heftedi artik danismiriq gorusmuruk, cox pis kecirtdim bu aylari, indi ise ilk sevdiyim adamna danisiram, daha dogrusu o meni sevir ve bew ildi helede elcekmir mende elebele dansiram sadece bir tanis kimi, ama bezen bu eqoistlikdi deye dusunurem ozum yaxsi olum deye ona hansisa umudleri verirem, cunki hele emin deielm onnan yeniden basliya bilerem ya yox sadece hal hazirda mene yaxsi tesir edir, unduram herseyi basim qarisir. duzgun etmirem ele deil? cunki o heqiqeten meni cox sevir vaz gecmir cox umudnen gozlurki qayidaram ... ne meslehet gorersiz?

Cavab:

Salam Yasəmən xanım. Seçim sizindir, ancaq bir münasibət bitdiyi zaman araya istirahətimiz üçün zamanın girməsi şərtdir. Fırq etmir bu zaman pis keçir yoxsa yaxşı, əsas odur ki, biz özümüz toparlanmağı bacarmalıyıq.

jasmin 2016-09-19

o bilmir axi menim onla yaziwdigimi nece deyim onu niye yigirsan? biz qacaraq aile qurmuwdug bu padruqamada evin yerin texmini demiwdim oda axtarb tapmiwdi gormesede mehleye gelmiwdi bu onu oz bawinalig qebul edir icazesiz hereket edb deyr o gunen isdemir unsuyeti.Ama o gunen heftede 1 defe padruqama vzv atr oda zeng vurur acmir urey sozlerin mesajla yazr bu deyr hamisini mene niye yigirsan sualima ya elim deyir behaneler getirir ama oz nomreleriyle acig zengler edr sef duwmuwem adiyla gizli zeng edr. yeni bir sozle qoymur unudulsun unsuyetimiz ama gel gor bir yerde olmagada yeni unsuyetede icaze vermir onun adi cekilende yene o ozbawinanin adin cekirsen deyir. biraz vezifeli wexs oldugu ucun herkesden teredud edir.Bizde qeyri resmi yawiyirig ola bilmezmi sinasin onu? ya isdeyin derecesin yoxlasin? cunku unutduran insan yigmaz mence

Cavab:

Səbəbi heç kəs bilə bilməz. Burada çox nüans ola bilər. Siz ən birinci nigahınızı rəsmiləşdirmək barədə düşünün. O zaman bəlkə daha problemsiz olacaqdır. Yoldaşınız nələrdən ehtiyat edir, nələrdən çəkinir bunu bilə bilmərik əlbəttə. Ancaq eyni evi paylaşan sizsiniz, bir yolla onunla söhbət etməyə çalışın. Çarəni onda axtarın

Elvira 2016-09-19

Salam size muracietim var. Men dersde heyacanlaniram ders danisan zaman ele bil boguluram yenu oz ozumü strese saliram mene komek edin xais edirem

Cavab:

Salam Elvira xanım. Bunun səbəbi sosial fobia da ola bilər. Daha dəqiq diaqnoz üçün psixoloq qəbulunda olmağınız vacibdir, daha sonra isə bunu aradan qaldırmaq mümkündür.

Xeyale 2016-09-18

Men eseblesende sacimi yoluram sonra ele bil rahatlasiram.istemirem yolum ama ozumnen asli deyil uje verdis halina almisam. Ne ede bilerem ki tegidim?

Cavab:

Salam Xəyalə xanım. Saçyolma xəstəliyi deyə bir şey var, trixomaniya. Siz psixoloq qəbulunda olmalısınız ki, dəqiq diaqnoz qoyula bilsin, əgər elədirsə, psixoloq dəstəyi şərtdir. Yaxın zamanda psixoloqa müraciət etməyiniz daha doğru olardı.

emine 2016-09-18

Salam hekim olar sizden bir şey sorusum hekim eyer sevgilin ailesine senden danışırsa o seni heqqen sevmiş olur yani sene geleceyim deyirse ailesinde hamisi seni bilirse yeqinki ciddide?

Cavab:

Salam Əminə xanım. Ola bilər, olmaya da bilər, siz belə hallarla dəyərləndirmə aparmayın. Münasibətinizə diqqət edin.

Səbinə 2016-09-16

Salam Elnur bəy. İnsan özünəgüvənsizliyi necə aradan qaldıra bilər? Şəxsən məndə bu lap uşaqlıq çağlarından bəri baş qaldırıb. Artıq 25 yaşım var və inanın ki bu yaşa qədər özümlə nə qədər mübarizə aparsam da....özümü yaxşı yöndə dəyişə bilməmişəm. Hər hansı bir işə başlamamışdan əvvəl "görəsən bacara biləcəmmi" yaxud "bacarmıyacam" kimi hisslər məndə əl çəkmir. Buna görə də çox zaman uğursuzluqlarla qarşılaşmışam. Hətta hər hansı bir məsələ ilə bağlı ictimaiyyət arasında fikir bildirməkdən belə çəkinirəm...fikirləşirəm ki, düşüncələrimi heç kəs qəbul etmiyəcək və yaxud da mənim öz düşüncələrimdə yanlış olduğumu kimsə əsaslandıracaq və pərt olacam ....bax bu kimi hisslər məni həqiqətən bezdirib artıq...cəmiyyətdə özünü ifadə imkanlarım çox zəifdi....üstəlik bundan əlavə özümü qətiyyən sevmirəm...özümə qarşı aqressiya duyuram.....çox zaman özümü başqalarıyla öz -özlüyümdə müqayisə edirəm və düşünürəm ki mən onlardan əskiyəm....Bəlkə bir az gülməli səslənər...lakin inanın ki məsəlçün hansisa oğlan mənə tanışlıq təkif etsə onu rədd edərəm və bunu özlüyümdə bununla əsaslandıraram ki....həmin oğlan daha yaxşılarına layiqdi))) Çox zaman tənhalığa çəkilirəm Elnur bəy......insanlarla ünsiyyətdən çəkinirəm...sanki mənə ləzzət eləmir...ünsiyyətdən həzz almıram....bu mənə rahatlıq verir...lakin elə an da olur ki....başlıyıram ağlamağa ki axı mən niyə bu qədər tənhayam....Bax belə ......başınızı ağrıtmaq istəməzdim...sadəcə düşüncələrimi bölüşmək istədim....Cavab versəz də, verməsəz də sizə dərin minnətdarlığımı bildirirəm)

Cavab:

Salam Səbinə xanım. Əgər dediyiniz kimi bu sizdə uşaqlıqdan davam edirsə, ən doğru üsul psixoloq yardımından yararlanmaq olacaqdır. Bizimlə əlaqə saxlayın sizə lazımı yardımı göstərəcəyik: 0552572700, 0124803629

Seva 2016-09-16

Salam hekim.Menim 19yasim var iki il bundan qabag sevdiyim biri olub.Onu dehset cox sevirdim.Bir il sevgili oldug sonra o basqa biriyle aile heyati qurdu.O gunen etibaren men ozume gele bilmirem.Cox pis vezyete dusmusem.Ailemden bele uzaglasmisam hec kimle danismag isdemirem.Beynimden intihar fikrini ata bilmirem damarlarimi kesirem.Ureyimde ancag onunla danisiram butun gunu agliyiram ozume cox qapali olmusam.Men ne edimki biraz ozume gelim?

Cavab:

Salam Seva xanım. Damarlarınızı niyə kəsirsiniz? O belə etdi deyəmi? Bari nəyəsə kömək edirmi? Edirsə, niyə hələ də eyni vəziyyətdən qurtula bilməmisiniz? Kiçik uşaq kimi davranmağı kənara qoyun, istədiklərimiz olmadığı zaman eyni uşaq kimi sağa-sola vurmaq doğru deyil. Bizə bir həyat verilib, elə yaşayın ki, sonda deyə biləsiniz ki, mən yaşadım. Yaşadım kəlməsini deyə bilmək o qədər önəmlidir ki. Adi bir ayrılıq zamanı siz belə vəziyyətə düşmüsünüz, bəs düşünürsümüzmü evlilikdə olan problemlərə qarşı siz nə dərəcədə dayanıqlısınız? Sonra deməyin niyə mən yox, başqası. Güclü olun, güclü olsanız kölgənizdə sığınmaq istəyən də çox olacaqdır.

Yegane 2016-09-16

salam Elnur bey. Men ishlediyim yerden biri ile tanish olmushdum. Hiss eliyirdim ki, onun menden xoshu gelir, amma mene hislerini etiraf etmirdi. Bir gun eshitdim ki, o ishden cixib xarice tehsil almaga gedir. Bir muddet danishdiq, amma sonra hec bir sebeb olmadan menle elaqeni kesdi. hetta skypedan meni kontaktdan cixardi. Indi her gun fikirleshirem ki, o niye bele edib?

Cavab:

Salam Yeganə xanım. Onu daha yaxşı siz tanımalıydınız. Ancaq madam ki, sual bizə ünvanlanıb bunun çox səbəbi ola bilər. Məsələn, məsafənin yaranmasına ona bunu etdirmiş ola bilər. Hələ münasibət irəliləmədən belə bir uzaqlığı salmaq istəmiş ola bilər. Ancaq çox düşünməməyinizi məsləhət edərdim. Əgər ortada ciddi bir səbəb varsa, bir gün hər şey aydınlaşır. Düşünməyin həyat hər zaman davam edir.

Leyla 2016-09-15

Salam Elnur bey. Size sualim 2 ci yoldawim meni birinci ailemden olan ovladlarima qisqanir 2 oglum var 2,3 sinifde oxuyurlar.Uwaglarla arasi cox gozeldi ama baxramki uwaglari yatizdiranda,opende qisqanir eseblewir evden cixir mene buna gore soyug davranmaga bawdiyib buda meni narahat edir sizce men neynemeliyem???????

Cavab:

Salam Leyla xanım, bu barədə öncə yoldaşınızla söhbət etməlisiniz. Sizi narahat etməməlidir əksinə onu başa düşüb ağlına hansı fikirlərin gəldiyini öyrənməyə çalışın daha sonra isə bunun üzərində söhbət edin.

Leyla 2016-09-14

Salam hekim. menim insanlara qarsi guvenim olub. , en guvendiyim adam mene xeyanet etdiyine gore. cox pis haldayam ureyim esir, cirpinir doze bilmirem basimi hecneynen qata bilmirem hekim cox pis haldayam ne edim

Cavab:

Salam Leyla xanım. Niyəsə birini sevdiyimiz zaman heç kəs onun kimi deyil deyərik, ancaq xəyanət gördüyümüz zaman bütün insanlara olan güvəni itirərik. Bir az düşünün və özünüzə zaman ayırın. Vəziyyətiniz 1 aydan çox davam edərsə, psixoloqa müraciət edin.

sevinc 2016-09-14

Yoox hekim baslarda yeni ilk tanış oldugumzuda zey vurardida danisardiqda sadece o xaricde tehsil alir ordanda zey vurmaq ona çetin olduğu üçün men onu basa düşürem ancaq yazisiriq yani azerbaycana gelende evvelce zey vurardi ama 7 ,8 ay olar zey vurmaz yani sözüm onda deyil bilmiremda deyrem belke mene xeyanet eliyir hemde isliyir deyir vaxtim olmur ona göre yaza bilmirem deyir ama burda yazir ordakina nisbeten menede ele gelirki soyuqdu iyul ayinda gelende bir hefteliyine gelmisdi ve o ne vaxt bura gelsin meni gormeden getmez ilk defeydimi meni gormedi ama pesmanda oldu nese öz ozumde beyninmde suallar var onları yontmaliyam düzdü küsdüm incidimki mene vaxt ayirmirsan birde üzümü gormuyessen ama sevgidide desemde yenede xeyri yoxdu indi yene gelib ama.bu defe gorusmey istiyir

Cavab:

Keçmişə baş yormayın, hazırda gəlib və görüşmək istəyirsə, çalışın bu günlə yaşayın. Onu etdi bunu dedi demək sizi heç yerə aparmaz.

arzu 2016-09-14

salam hekim men 5 aydiki evliyem sizde meni bagsdayn hamile qalmiram hekmler hec bir purablemiz olmadgn deyr amma fikrimnen cixara bilmirem arada esebi olam kederlenrem oz özüme saatlarla aglayram ozume qapanram elm ayagm isden soyuyur bu normal haldi cox sag olun

Cavab:

Salam Arzu xanım. Əgər tibbi heç bir problem yoxdursa, psixoloq dəstəyi almağınızda fayda var.

SBİNƏ 2016-09-13

Salam.Doktur mən öz özümə qarşima cixan hərşeyi sayitam.nə görəmsə sayiram Bu məni cox narahat edir

Cavab:

Salam Səbinə xanım, bu obsessiyadır. Çalışın qısa müddətdə psixoloqa müraciət edəsiniz.

Rahile 2016-09-12

Salam Elnur bey,men hec kime urek sozlerimi ,yeni ureyimden kecenleri deye bilmirem .Bir insan qelbime deyir gunahsiz yere meni tehqir edir ,men ona cavab vere bilmirem ,Amma sonra oz ozumle hem o insana sozumu deyirem ozumde cavabini deyirem bu mene cox pis tesir edir yuxusuzluga getirib cixarir . Gunahim olmasa da hec kimin qelbin qira bilmirem , ne meslehet edirsiz cox yoruluram bundan

Cavab:

Salam Rahilə xanım. Utancaqlıq kimi probleminiz varsa bunu psixoloqla aradan qaldırmağınız məsləhətdir. Çox vaxt isə sözünü deyə bilməməyə səbəb qarşımızdakını incitməkdən qorxduğumuz üçündür. Yaxud cavab qaytyarıb pis söz eşitməkdən qorxduğumuz üçün dinmərik. Bunlardan hansı biri olduğunu müəyyən edin və bunun  üzərində işləyin. Çalışın özünüzə güvənəsiniz.

sevinc 2016-09-12

Salam hekim sizin muqeddes qurban bayraminizi tebrik eliyirem uzun omur can sağlığı dileyirem nece bele gozel bayramlara cixasiz hekim sizden xais eliyirem sualima cavab verin menim 21 yaşım var iki ildi sevgilim var ama bezen ele bilirem soyuqdu mene uzaqdayiq bir birimizden ama men ona darixdigimi deye bilmirem sadece istiyirem o mene ele desin hiss elesin ki men onnan inciyirem kusurem bezen istiyirem cavab vermiyem zey vurmaz ancaq yazismaqla o meni cox sevdiyini geleceyim olduğunu deyir ama nese sefin yalanin tutanda hecneye inanmaq istemirem ureyim partliyir neynuye bilerem

Cavab:

Salam Sevinc xanım, təşəkkür edirəm sizinlə bahəm. İki illik münasibət sadəcə yazışmaqdanmı ibarətdir? Qayğı istəyinizi çalışın azaldasınız, nə qədər əzgin olaraq sevgi içərisində başqa bir sevgi yaratsanız o qədər bir-birinizi başa düşməməyə başlayacaqsınız. Məsələn, "mən demirəm istəyirəm o hiss eləsin ki, ondan inciyirəm" və s. Nə gərək var buna? Axı sevgidən ibarət olan münasibət belə bir şey deyil. Bəzən baxdığımız filmlər bizə təsir edir, bizi cəlb edən hissələri öz şəxsi həyatımızda görmək istəyərik, ancaq hər münasibət fərqlidir. Məsələn, o sizdən nə istəyir, nə gözləyir və bunun nə qədərini siz hiss edirsiniz düşünmüsünüzmü?

Yadigar 2016-09-10

Hekim nedirse son 2 - 3 ilde mende ozune qapalilasma gedir. Birde hekim burclere inanmaq duzgun seydi bilmirsiz?

Cavab:

Salam Yadigar müəllim. Fəsilin dəyişməsi ilə əlaqədar bu hardasa normal sayılır. Ancaq uzun müddət davam edərsə psixoloqa müraciət etməyinizdə fayda var. Bürclərə inanmaq isə bu tamamilə şəxsin öz seçimidir, ancaq bürclərə əsasən hərəkət etmək bu artıq düzgün deyil.

gunay 2016-09-10

Salam hekim.Ilk novbede Qurban bayraminiz mubarek.Allah size cansagligi versin.Size sualim budur ki, herden basimda sancilar olur meselen son 1 heftede cemin 4-5 olub. Ele olur ki gun erzinde sanci olmur.Herden sanki yixilacam kimi basim gicellenir azca.Cemi 1-2 defe sanki ureyim sancib.Bu panik atak ola biler? Panik atak nece olur? Birde sayrisan nevrozda basgicellenme basda sanci olur? Cox sag olun.

Cavab:

Bir daha salam Günay xanım. Daha əvvəl bu barədə siz dəfələrlə müraciət etmisiniz, əslində problem müraciət sayında deyil, narhatlığınızı eyni nöqtədə dönüb dolaşmağında və yazılan məsləhəti yerinə yetirməməkdədir. Bu vəziyyətinizi nəzərə alaraq vəziyyətinizi nevroz olaraq qiymətləndirmək olar. Qısa müddət ərzində psixoloq qəbulunda olmağınız məsləhətdir.

Aylin 2016-09-10

Doktor sadece sokdayame insan nece bele deise biler axi. 2il az deile. iki il erzinde yasanalar deyilen sozler nece yoc ola biler axi. hecneden ne ucun xeyanet ediler? her seher oyanib sevirem seni deilirdise hecmi itirmek qorxusu ayriliq qorxusu olmaz insanda? ne ola biler bu qeder deiwmeye sebeb aniden uzaqlasma. dusunurem bir sey tapa bilmirem, sevgisizlikde deil diqqetsizlikden deil bir qiz olaraq mene dusen herseyi etdim sebeb ne ola biler axi.. anlamiram heccur anlamiram...

Cavab:

Salam Aylin xanım. Bəzən tam istədikləri kimi olmaq da insana belə itkilər verir. Çünki qazandığımızdan arxayın düşdüyümüz hər şeyin dəyərini unudarıq. Çalışın özünüzə belə suallar verməyin. Necə olduğunun önəmi yoxdur, olub olmamağındadır önəm. Əgər siz əlinizdən gələn hər şeyi etmisinizsə, o zaman bir şey itirmədiyinizin də fərqində olmalısınız.

Aylin 2016-09-09

Salam doktor. Sevgilimle munasibetlerimiz gergin idi. mennen danismadigi muddete basqasi ile danisib elebele vaxt kecirmek ucun. ama men bunu qebul etmedim dunen son danisigi etdim sozlerimi dedim o ise hecneye deye bilmedi sadece men duz elememisem bilirem deir.,. mende sagollasdim. seher durdum hecne yazmayib herhalda uzu yoxdu yazmaga yazsa bele cavablandirmaram sadece uzur bele istemedi mennen bele bitmesine uzuldum. bulari nie yaziram size bilmirem sadecce yazdiginin en adi cumlede sakitlewdirici kimi gelir. evvelceden tewekkurler

Cavab:

Salam Aylin xanım. Əslinə qalanda isə münasibətinizdəki gərginlik o qızla danışmadan da öncə də vardı. Barışdıqdan sonra isə bir daha bu gərginliyi həll etmək yerinə başqa bir mövzu üzərində yenidən gərginlik yarandı. Qızla danışmağı önəmli deyil, üzr istəyib istəməməsi də önəmli deyil. Gərginliyi kökü qaldıqda hər xırda nəyəsə görə belə uzaqlaşmalar tez-tez olacaq. Bir az zaman verin ondan sonra bunu həll etməyə çalışın.

Renare 2016-09-09

Salam Hekim .Men ozumde olan subhelere son qoymaq isteyirem .Buna gore mene komeyliy ederdiz cox xais..Men sevgilimle cox danismiram .onun isine gore danismaq olmur .Deyirki vaxtim olmur .Mende inanib sebirnen gozleyirem .sora ozumde subheler dogurur .deyirem belke meni aldadir .hemise danisanda teli goturub bir az danisib vaxtim yoxdu deyirdi .Sonuncu defe yiganda hec zengimi acmadi onan sora mende yigmadim .Axi niye bele eleyirki .men cox narahatam .sizce bunun sebebi ne ola biler? Zehmet olmasa cavablandirardizda

Cavab:

Salam Renarə xanım. Qeyd etdiklərinizə əsasən qarşınızdakı şəxsin niyə görə belə etdiyini demək qeyri-mümkündür. Hətta bunu heç kəs bəlkə də bilə bilməz. Önəmli olan isə sizin bunları düşünməklə günlərinizi ötürməməyinizdir. Ancaq siz bütün günü bu barədə düşünürsünüz, üstəlik şübhələr yaradırsınız. Bu nəyisə dəqiqləşdirirmi? Sizə nəsə verirmi? Çalışın uzaqlaşın bir az zaman verin özünüzə, bu münasibətə hər şeyə. Sonra isə qərar verə bilərsiniz.

Naile 2016-09-09

Salam doktor, dunyada en cox inandigim tek insan mene xeyanet etdi men bunu anladim gec anladim menden o uzur istemekdense parollarin deiwir butun sosial sebekede:) men etmeli oldugum bisey o edir:) bunun tek cavabi var sevmirmis meni ele deil? Yanlis adama guvenib sevmisem duzdu? Pis deileme sadece qalmisam baxa baxaki insanlar bu qedermi.........

Cavab:

Salam Nailə xanım. İnandığım tək insan deyərək özünüzü daha da incitməyin, çünki inandığınız tək insanın o olduğuna inanmaq qeyri mümkündür. Səbəb isə bizim şəxsi həyatımızdakı insanları tanımadan öncə bir ailəmizin olmasıdır. Sadəcə bağlı qaldığınızın fərqindəsiniz, indi isə oyanmaq zamanıdır. Sizdən üzr istəməsi isə heç nəyi dəyişməz, əgər xəyanət qəbul etməyəcəksinizsə bunun heç bir önəmi yoxdur. Özünüzü pis yönləndirməyin. Parollarını dəyişməsi və s bunlar hamısı dövrün işləridir, həqiqətdə isə heç bir dəyəri yoxdur. Onları bildiyiniz halda xəyanət baş tutubsa, bilib bilməməyinizin də sizə heç bir xeyri olmaz. Sadəcə ola bilər sizi heyfləndirsin, ancaq buna gərək yoxdur. Bir müddət sonra bütün bunların boş olduğunu şahid olacaqsınız və o günə qədər özünüzə zaman verməyi bacarın.

Aynur 2016-09-08

Salam hrkim menim balaca oglum 4 cü sinifde oxuyur heddinden cox nadincdi her ked sikayet edir men nece edimki sakit olsun hemde yaddasi zeifdi ona hansi güclu derman tesir eder cox xais edirem menr bi meslehet vererdiniz

Cavab:

Salam Aynur xanım. Allah saxlasın oğlunuzu. Ola bilər ki, övladınız hiperaktiv olsun və bu hiperaktivliyin nə dərəcədə olduğunu isə sizə gələn şikayətlərin çoxluğu ilə deyil də bir uşaq psixoloqu ilə məsləhət zamanı təyin etməyiniz daha doğru olardı. Ola bilər ki, uşaq enerjisini səhv yöndə sərf edir, fiziki iş tələb edən bir idman növünə yazdıra bilərsiniz. 

Gulnar 2016-09-08

Salam hekim.onceden size tesekkurumu bildirirem ki bizim suallari burda cavablandirirsiz.Hekim men 9ildi evliyem.Sevib aile qurmusuq.2ay olarki yoldasimin sosial webekelerde bir qadinla yazisdiqini gordum.ogunden beri bizim evde her gun dava dalasdi.And icirki daha yazmiram men ona inanmiram.eseb kecirdirem elim ayaqim uyusir.amma ozumle bacarmiram.eline telefon alan kimi ele bilirem yene kimnense danisir.hekim xahis edirem meslehet verin men nece edimki her seyi unudub. ona guvenim

Cavab:

Salam Gülnar xanım. Əgər o danışdığı zaman da bu reaksiyanı verib, danışmadığında da eyni reaksiyanı verirsinizsə, ona bunu yenidən təkrarlamağı üçün heç bir səbəb verməmiş olursunuz. Yəni danışanda da dalaşırsınız, danışmayanda da danışdığını sanıb eyni narahatlığı keçirirsiniz. Bu barədə yaxşı düşünün çalışın özünüzü cilovlayın

Nane 2016-09-08

nebilim ay doktor axi menim hecbir problemim yoxdur,. bidene sevdiyim adamin diqqetsizliyidir, kefim olmur yata bilmirem mende deiremki sene etiyacim varda yanimda deilsen ama ama duz deirsiz demeyin bir menasi yoxdur onsuzda anlamir=( caliwacam dediklerinizi edim=(

Cavab:

Nanə xanım, kefiniz yoxdursa, özünüz özünüzü ruhdan saldığınızı anlamalısınız. Yata bilmirsiniz və ona ehtiyacınız olduğunu deyirsiniz. Məsləhətiniz nədir? Yəni gecənin bir vaxtı sevdiyiniz şəxs sizə necə köməklik edə bilər? Sizə gələ bilərmi yaxud harasa çıxıb görüşə bilərsinizmi? Əlbəttə xeyr. O zaman çalışın belə şeylərə ehtiyac etməyin. Bir az həyatı canlı yaşayın. Bütün günü ağlamaq, ruhdan düşməklə qarşınızdakını sadəcə sıxa bilərsiniz.

gunay 2016-09-07

Salam Elnur hekim.Ne vaxt ne sorusmusamsa, cavab yazmisiniz.Vaxtinizi ayirib suallara cavab verdiyinize gore cox sag olun.Tesekkur edirem.Allah razi olsun.

Cavab:

Salam Günay xanım. Mən təşəkkür edirəm.

Nane 2016-09-07

Salam dr. yene basinizi agridacam,. Doktor sevdiyim adamnan barismisiq gua. ama duzelen hecne yoxdur. baxin saatlarla zeng etmir. evi menim is yerimnen 5deqlik aralidadi ama hec gelmek gorusmek kimi biseyler yoxdu=( evvel heqiqeten bele deildi. bir saatdan bir zeng edirdi men iwde olsam bele mene yazmamis ne yatirdi ne dururdu. Sizce bu nedi? baxin yazanda normal yazir ama vecsizdi sanki. deirem yaxsi deilem sene etiyacim var. deir sakitlew yaxsi olacaq=( Dusunuremki artik sevmir meni. cunki evvelki adamnan eser elamet yoxdu cox deisib=( mende sizin meslehetlerinize gore dansiiram normal ama calisiram cox hevesli gorunmuyum tez tez yazmiyim bezdirmirem gelmese bele hecne demirem ama ozum pis oluram=( sizse yavas yavas uzaqlasdrim ozumu? axi istemirdim bele olsun =(

Cavab:

Salam Nanə xanım. Səhv etdiyiniz məqam münasibətinizi əvvəllə müqayisə etməkdir. Məsələn ehtiyacınız olduğunu deyirsiniz, ancaq düşünmürsünüz ki, bu vəziyyəti özünüz yaratmısınız, ona görə o buna normal yanaşır. Narahat olmayın həqiqətən ehtiyacınız olan bir hadisə yaşasanız o özü sizin yanınızda olacaqdır. Durduq yerdə diqqət görmək üçün bu kimi sözlər qarşı tərəfdə ötəri yanaşmaya səbəb olur. Hər şeyi onun sizə zənginə, diqqətinə bağlamayın. Özünüzü uzaqlaşdırmaq yerinə əvvəla yeni ediləcək nələrsə tapın, maraqlar kəşf edin. Zamanınızda bölgü edin. Bütün günü onun zəngini gözləməyə ayırmayın. Yaxud da etdiyi davranışları analiz etməyin.

Ayan 2016-09-07

Salam doktor. Bagisliyin narahat edirem ama hal hazirda saat 5-di men namaza dururam ondeqlik isdi, sonra saatlarnan yata bilmirem, beynimde danisiramki.. Men nie buqeder tekem icimdeki bosluq nedir.. Men o qeder pis adamaki etrafimda heckim yoxdu? Doktor unsiyyeti sevmeyen biride deilem sadece misalcun bir arkadasima bidefe yaziram ikidefe ucdefe men axtariram gorurem bu adam bidefe meni soruwmur zornan yapisan deilemki bele bele uzaqlasmalar olur, tek sevgilim var idi oda ele yox kimi biseydi olsa zaten men indi bulari bura yox ona yazardim hecolmasa teselli ederdi ama nie beledi doktor? Mendedi problemse ne problemdi harda sehf eliremki men bu qeder tekem? Insan pis olanda hecmi payalawacaq biri olmaz yaninda?:(

Cavab:

Salam Ayan xanım. Böyük ehtimalla yanaşmalarınızda səhvlik var. Məsələn, biri ilə ünsiyyət zamanı fikriniz daha çox yəqin ki, bu ünsiyyətin davamlı olmayacağında olur. İnsanlar kontaktınız zamanı yenidən tək qalma qorxusuyla tam adaptasiya olmursunuz, bəlkə də qarşınızdakını dərindən dinləmirsiniz. Bir dahakı ünsiyyətinizdə tək olduğunuzu, insanlara ehtiyacınız olduğunu unudun. Sadəcə söhbətdən zövq almağa çalışın. Danışan tərəf olmaqla yanaşı daha çox dinləyici olun. Əgər bir ailəyə sahibsinizsə, heç zaman tək olduğunuzu dilinizə gətirməyin. Tək olmamaq təkcə sevgilinin olmasından, yaxud dostların olmasından ibarət bir şey deyil. Yalnızlıq Allaha məxsusdur.

Fidan 2016-09-06

Hekim inaninki size minnetdarligim sonsuzdur, ne vaxt ne yazmisam herzaman destek olmusuz komek olmusuz.. Heqiqeten o qeder insanvarki siznen gorusub danismaq isteyen ama imkan yarada bilmir cox sag olunki bele bir serait yaratmisiniz ve bu qeder insanin komeyine catirsiniz size cox cox minnetdaram butun verdiyiniz meslehetlere gore..komek edir heqiqetende yenede caliwacam emel edim ve duzelim =))

Cavab:

Xoş sözlərə görə mən təşəkkür edirəm. Uğurunuz uğurumuzdur. Yolunuz açıq olsun.

tovuz 2016-09-06

Salam hekim olar sizden bir şey sorusum menim burnum tez tez qanayir ne eliye bilerem ona elede usuyurem qanim getdiyine başım gicellenir halsiz oluram

Cavab:

Salam. Bunun psixoloji olmağını nə ilə əlaqələndirirsiniz? Daha əvvəl həkim müayinəsində olmusunuzmu? Yaxşı olardı ki, ilk əvvəl həkimə görünəsiniz əgər müalicə heç bir nəticə verməzsə bunu psixoloji dəyərləndirmək olar. Ondan sonra isə psixoloqla birgə sizə diaqnoz qoyula bilər.

gunay 2016-09-06

Salam hekim mende yuxuya kecen kimi srazi oyaniram son 1 gundu.Ve basimin sol terefinde yuxuya kecen kimi herden sanki ani sanci olur srazi oyaniram bezen ise sanci olmur yuxuya kecen kimi oyaniram. Son 1 gundu beleyem. Basin sol yuxarsnda beyin yerlesr? Bunun sebebi nedi? Kecen defe anam qefilden yuxudan oyatdi meni qorxdum seksendim ondan sora bele olmusam.

Cavab:

Salam Günay xanım. Əgər bu hal 1 həftə daha davam edərsə psixoloqa müraciət edin. Bu bir həftə ərzində sakit şəraitdə yatmağa diqqət edin və yuxunuzu rejimə salmağa çalışın

Nermin 2016-09-06

Salam doktor. Sizin qebulunuza gelmek isteyirem. Ne zaman gelim?

Cavab:

Salam Nərmin xanım. 0552572700, 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə vaxt təyin edəcəklər.

Fidan 2016-09-06

Salam Elnur Hekim. Evvelceden bagislayin basinizi agridiram sexsi heyatimla. ama Basqa heckimim yoxdu paylawacaq. Doktor sevdiyim adama qarsi cox qisqanc olmusam, bidefe guvenimi itirib deye indi heccur guvene bilmire. Doktor asililiq yaradib mende deli kimiyem xesteyem elebil. Her deq sosial sebekelerin yoxluram, duzdu aldadasi olsa orda elemez ama adi is yoldaslari ile nese paylasir eseblewirem ona, evvellr bele deildi heckimnen unsiyyete girmezdi hecbir qiznan indi baslib sinif yoldasim dostumun bacisi is yoldasim. Doktor menim sevgilimdi qisqanmagim normal deil? ama asiridi mende onunda ustune cox gedirem dava elirik bezir belkede mennen ama danisma deirem deir danismiram ama inana bilmirem artik, Doktor biraz problmleri var deye herdefe men calisiram dalasmiyaq sebr edirem danismaga calisiram ureyimdekileri deirem ama o hemise mewquldu. Doktor adi avtobusda otururam gua nausniknen ama beynimde onnan danisiram. aglimnan nece cixardim bilmirem, daha vecsiz daha sakit olmaq istirem alinmir, surekli onnan danismaq istirem.. O evveller can atirdi mennen gorusmeye danismaga ama indi yuz behane tapir, ayrilada bilmirem men onsuz nenim =( basqa hecne dusune bilmirem etrafimdada heckim yoxduki cox yalnizam komek edin=( men nece qurtulum bu xestelikden

Cavab:

Salam Fidan xanım. Bəlkə haqlı olduğunuz durumlar da var, haqsız olduqlarınız da. Ancaq nəticə nədir? Nəticə bundan ibarətdir ki, siz bütün durumlarda niyəsə haqsız çıxırsınız. Güvəninizi sarsan odur yəni başqa dillə desək bu vəziyyətin yaranmasına səbəb odur, ancaq görüşməyə can atmayan da odur. Əslinə qalsa isə haqsızlıq buradadır. Söhbəti tez ayrılığa gətirmək doğru olmazdı. Ancaq siz bir dəfə güvəninizin sarsılması ilə yenidən bunu yaşayacağınız qorxusuna düşmüsünüz. Halbuki belə olmaqla heç nəyin qarşısını ala bilməyəcəyinizi də bilirsiniz. O zaman nə etməli? gün ərzində özünüzə zaman ayırın. Məsələn çevrənizdə heç kəsin olmadığını deyirsiniz. Bu sizin ürəyinizi sıxmır, ancaq onun xırda bir şəkil paylaşmağı belə sizi incidir. Əvvəlcə onu kənara qoyun və onun olmadığı həyatınızda nələrin daha olmadığını müəyyən edin. Əgər böyük boşluq varsa, o zaman başlayın onları doldurmağa. Hər şey sevgilidən ibarət deyil, gündə 5 dəfə zəng edirsinizsə bunu gedərək azaldın. Gedişata axın. Narahat olmayın bu vəziyyətin onun işinə gələcəyinizi düşünürsünüzsə, düşünməyin. Çünki gündə əgə normadan artıq zəng edirsinizsə və o bundan bezibsə, başda ola bilər işinə gəlsin. Ancaq bir gün boşluğu hiss edənə kimidir. Bununla siz həm əsəbinizi qoruya bilərsiniz, həm də nəyisə qoya bilərsiniz. Ancaq hazırda seçdiyiniz metod sizi gedərək lap çıxmaza aparır.

zehra 2016-09-06

salam .doktor men aileliyem 4 ovladim var.sualima gore onceden uzr isteyirem,cinsi elaqeye ne isteyim var ne de hezz aliram

Cavab:

Salam Zəhra xanım. Bu nə qədər müddətdir yaranıb və nədə sonra yaranıb bunu ayırd edin. Cinsi istəyinizin artması üçün əgər nələrsə etməmisinizsə, onları yerinə yetirin. Məsələn, qidalar və yuxu rejiminiz. Və əsası əgər son zamanlar stresslisiniz yaxud həll etməniz lazım olan sizə görə daha vacib, cansıxan məsələləriniz varsa ilk onları yoluna qoymağa çalışın

Amalya 2016-09-05

Salam Elnur hekim suzun komeyinuze ehtiyacim var.men ellerimi cox yuyuram yusamda rahatlanmuram elim ele bilurem cirkludi sonra elimi hecneye vurmram hecne eleye bilmurem her wey mene pus gelur.cay beke ucmirem el yumaga gore xahuw edirem komek edin

Cavab:

Salam Amalya xanım. Bu Təmizlik obessiyasıdır. Qısa müddət ərzində psixoloq dəstəyi almalısınız. Psixoloqla birgə hərəkət edərək bu vəziyyəti aradan qaldırmaq mümkündür.

sebine 2016-09-05

Xeyr okpden mualice almiram.Basimda sanci cemi 2 gun gunde 4-5 defe ani sanci oldu kecdi.bu gun heleki olmayib sanci.Birde havaya cixdim havada yani heyetde olanda sanci olmadiPanik atakda sanci olur yoxsa nevroz depresiyada? Dusunurem ki belke de psixoloji beynime yeriyib. Bu gun heleki sanci olmayib.

Cavab:

Səbinə xanım gəlin məsələni qəlizləşdirməyək. Əvvəla deyildiyi kimi OKP-dən müalicə almalısınız. Bu psixoloqla baş tutan bir seans dövrüdür. Sadəcə digər şikayətlərinizə əsasən Panik Atak fonu verildi, ancaq dəqiq diaqnoz olduğu mənasına gəlməz. Nevroz depresiya və s kimi narahatlıqları isə bura qatmayın. Ordan-burdan eşitdiklərinizi özünüzə köçürməyin. Daha sağlam düşüncə üçün qısa müddət ərzində psixoloq qəbulunda olun

sebine 2016-09-03

Salam hekim. Mende bas agrisi yoxdu ama son zamanlar texminen 1heftedir ki 3-4 defe basimda sanki sanci olur aniden 1san.lik ve kecib gedir.Qeyd edim ki yungul okpden eziyyet cekirem.Sancmanin sebebi okpdi yoxsa soyuqlama? Okpde olur bele sey? Qorxusu var sancmanin? Basim da gicellenirdi cugundur siresi icirem duzelib.

Cavab:

Salam Səbinə xanım. OKP əlaməti deyil. Siz OKP-dən müalicə alırsınızmı? Əgər almırsınızsa, almağınız şərtdir. Dediyiniz hal daha çox panik atak fonundadır. Ancaq daha dəqiq diaqnoz üçün müayinə olmalısınız.

Leyla 2016-09-03

salam ikinci defe aile qurmuwam ve bu aile heyatim qacarag olub 2 uwagim var ikiside yanimdadir.Cox xowbext heyatim var yoldawim cox gozel davranir resmi nigahim yoxdu,olub soz sohbet olmagdansa olmamagin secmiwem.Gelersen yalniw adimlar atigimi bilirem ama indi niye nedendi bilmirem cox narahatm ya menende ayrilar duwuncesi beynimi qariwdirir wer demesen xeyir gelmez meseli butun gunu weri duwunurem.Mene qarwi soyuglug hiss etmirem ama ozumu uzag tutmagdan teredud edirem menim duwunduklerim sadece qorxudu? neynemeliyem men komey edin

Cavab:

Salam, öncəliklə rəsmi nigahınız olarsa bəlkə bu narahatlığınız bir az da olsa azalar. O ki qaldı sizi atıb getməyinə yaxşı olardı ki, bu qorxularınızı onunla paylaşasınız. Bəlkə çox sualınızı o daha dəqiq cavablandıra bilər.

Aida 2016-09-01

Salam, Elnur bey, men nisanlima asiq deyilem, ama o evlenmek ucun ideal insandir, onun qeder meni seven de olmayib hec vaxt, indi nisanliyiq, bilmirem nisani qaytarim yoxsa yox

Cavab:

Salam, öncəliklə ailə üçün nələrin lazım olduğunu ayırd edin, daha sonra müəyyən edin bu evlilik baş tutarsa nə qədər xoşbəxt ola bilərsiniz.

Ayan 2016-08-31

Salam doktor. Menim sevdiyim adamin ailesi ile problemim var, biz 1il yarim idiki tanis idik onun anasi bizi bildi ve tek ortaq tanisimizdan meni maraqlanib hansiki ailevi dostumuz idi. men cox emin idimki yaxsi seyler deyecekler ama ele seyler deiblerki sevdiyim adamin anasi qetiyen bu iliwkiye razi deil. onu evde sixisdirirlar, hec yola vermirler, butun psixologiyasin pozublar cox esebi olub, elbetde buda bizim munasibetimizede tesir edir.. bezen yola getmirik ele dusunuremki belke uzaqlasmaq istir bilir alinmicaq deye, ama anasi evvelde bele etmiwdi basqa bir qiz ucun. bir soznen onun istediyi olmalidi oglunun yaninda yada heckim.. ne edim men gedim? cunki istenilmemek bir qiraga sevdiyim adamin valdeyinlerinden uzaqlasmasin istemirem=(

Cavab:

Salam Ayan xanım. Haqqınızda nələr deyildiyini bilmirik, ancaq bunların düz olub-olmamağı önəmlidir. Bunu dəqiqləşdirdikdən sonra buna uyğun olaraq hərəkət etmək lazımdır. Doğrudursa, açıqlama edin aranızda həll edin, doğru deyilsə, bunun doğru olmadığını onun ailəsinə necə sübut edəcəyiniz barəsində ondan məsləhət alın. Lazım olar bitirərsiniz münasibəti, ancaq ilk əvvəl əmin olmaq lazımdır ki, siz bu  münasibətin bitməməsi üçün hər şey etdiniz. Bu hər ikinizə aiddir.

Deniz 2016-08-31

Fikirləriniz mənim üçün çox dəyərlidi sizə təşəkkürümü bildirirem. Sual verdiniz ki, niyə yazığı gəlməsini istəsin,..düz qey etdiniz bəli bəzən uzaqlaşmaq istədim bəlkədə ona görə deyib bilmirəm düzü onun əhvalını tutmaq çəx çətindi ürəyi safdı pislyi yoxdu amma özü istədiyini özüdə bilmir bəzən çox yaxın bəzənsə çox uzaq olurdu mənə. Ondan uzaqlaşmağı çox insan deyib mənə amma ona acımışam dərdlərini bölmək istəmişəm aralana bilməmişəm bir sözlə mənəvi bəzən də maddi dəstək olmuşam ona amma əvəzini güdmədən.. nə edim bilmirəm ayrilsamda hecnə deməz amma onu tək qoymaqdan qorxuram o boyda sözlərini xatırlayanda...

Cavab:

Özünüzə sual verin bu münasibəti istəyirsinizmi, istəmirsinizmi? İstəyirsinizsə nəyə görə, istəmirsinizsə nəyə görə. Bu ikisinin səbəblərini toplayın görün əldə ayrılmağı istəyəcək qədər yetərli səbəb varmı? Ayırd etməyə çalışın

Aydan 2016-08-30

Salam Elnur dr. Men hec yaxsi deilem. Sevdiyim adamin diqqetsiliyine gore ayriliram onnan onunda hec vecine deil. Mende buna doze bilmirem. Butun gun eseb heyacan icindeyem evdekileride acilira,. Yaxsi olmaq istirem artik, Beynimi hery duzelecek yaxsi olacaga yoneldirem ama ureyimde sixinti var. calisiram basqa seylerle basimi qatim ama uzulurem. komek edin=( ne edim men

Cavab:

Salam Aydan xanım. Sevdiyiniz adamdan ayrılmağınız vecinə deyilsə, demək ki, özü də nə vaxtsa ayrıla bilərdi. İndi isə bütün bu diqqətsizlik qarşısında üstəlik ayrılan tərəfin o olmadığına sevinmək lazımdır. Əslində elə münasibətlər var ki, orada kim birinci ayrıldı mövzusu olmur, doğru olan da budur, ancaq elə münasibətlər var ki, haqsız yerə ayrılıq yaşayan özünə bu ikinciliyi bağışlamır. Sizin sıxıntılı olmağınız normaldır, çünki günlərinizin indi daha boş keçdiyini düşünürsünüz. Ancaq zaman verin özünüzə bir müddət sonra uyğunlaşacaqsınız. Ən azı 2 həftə vaxt verin ancaq bu zaman ərəfəsində yenidən onunla ünsiyyət kimi fikrə düşməyin, ünsiyyət yaratmayın. Nöqtə qoydunuzsa, qərarlı olun.

Nane 2016-08-30

Elnur dr birdaha salam. kecendefeki meslehetinizden sonra biraz duzelmisem. bilirsiz mene nei sebeb getiri bu qeder diqqetsizliyine gore, deir probleler coxdu evde hergun davadi isde bircur. masina gore problemler var. Maliyye problemleri ve.s deir eseblerim korlanib herseyden bezmisem sennen yaxsiydim ve ne deirsense duz deirsen haqq verirem, ama hecne alinmir duzelde bilmirem. men bularin hamisin behane olaraq qebul edirem cunki menimde problemlerim coxdu ama ona qarsi bawqa idim. bir soznen ne ozu duzemmeli seve bilir nede basqasina izin verir. =(

Cavab:

Salam Nanə xanım. Onun problemləri daha qabarıqdır. Bəzən eqoistcə mənim də problemlərim var deyə bilirik, ancaq onunla bizim problemlərimizin ciddilik səviyyəsi eynidir yoxsa ayrı bunu bilə bilmərik. Bu misal sizə aid deyildi, ancaq siz yenə də düşünün. Ailədə sənin mənim deyə bir şey olmamalıdır. Çalışın çətinlik yaratmayın. İzin verin işləri düzəlsin. Yanında olun, yanında olaraq bunu bunu etdin deməyin o zatən fərqindədir sadəcə indi bunu düzəldəcək gücdə yaxud havada deyil. Çalışın səbrli olun və zaman verin

Deniz 2016-08-29

Salam Elnur müəllim ilk əvvəl sizi təbrik edirəm. Övladlarınız fəxriniz olsun.Həmişə zirvələrdə olasınız... Elnur müəllim mən sizə 1 il bundan qabaq yazmışdım.Oğlan dostumdan bəhs etmişdim. Qısa xatırlatma verim... mənim oğlan dostum beynində şiş olduğunu, gecələr qarabasmalar gördüyünü ,öləcəyini neçə dəfə intihara cəhd etdiyini amma ölmədiyini deyib mən sizə bu vəziyyəti izah edəndə onun posttravmatik stress olduğunu bildirmişdiniz. Əsas sualım budur ki, o indi əsgərə gedib yaxşı olduğunu deyir mən bir neçə həkimə yazdim öyrəndimki beynində şiş olan adam hərbi xidmətə gedə biməz amma o realda gümrah idmanla məşğul olan biridi xəsdə biri idmalada məşğul ola bilməz.İndi məni maraqlandıran odu ki, bəlkə o saglamdı ona yazığım gəlsin deyə belə deyib özünü mənə belə tanidib. Uşaqlığı həyatı çətin keçib bu travmalar uşaqlıqdan gələ bilərmi ?Mən bu vəziyyətdə nə etməliyəm onu atmalıyam yoxsa yanında olmalıyam?İnanın nə edim bilmirəm yalanlarına dözərək yaşamaq çox çətindi mənə amma onun xoşbəxtliyini də hər şeydən çox istəyirəm.Ümid edirəm ki, mənə kömək edə biləcəksiniz....

Cavab:

Salam Dəniz xanım. Sizin ona yazığınızın gəlməsini niyə istəsin? Yəni adətən ayrılmaq istəndikdə belə bir oyunlar ola bilər ki, ayrılmaq istəyən atıb gedə bilməsin. O ki, qaldı sağlamlıq barədə yalanına əgər uşaqlıqdan bir problemi varsa, diqqət qayğı kimi ola bilər buna görə etmiş olsun. Siz yalanla yaşamağa məcbur deyilsiniz, ancaq sağlamlıq barədə bütün düşüncə və şübhələrinizi bildirə bilərsiniz. Əgər yalan dediyindən əminsiniz və münasibət istəmirsinizsə, o zaman heç bir kəlmə etməyə dəyməz sadəcə əsəbinizi yormadan üsulunca uzaqlaşın. Yox əgər suallar varsa beyninizdə, bunu onla dəqiqləşdirin əvvəla.

Nuray 2016-08-29

Salam Hekim.Menim bas gicellenir tez tez son vaxtlar.Ele bilirem ki yixilacam bezen tutmasam yixila bilerem.Basimi asagi eyende yuxari qaldiranda basim firlanir bezen.Hovselem darixir hemin an.Qeyd edim ki zobum teze yaraniv ve yasim azdi ama teessuf ki uzr isteyirem sanki klimaks da kecirirem.Basimda agri sanci olmut sadexe esebiyem.Qanim da azdi..Bilmek isterdim ki bas gicellemesi sinirden ola biler? Beyinden ola biler? Meselen bezen pilleken kimi kicik yykseklikden dusende basim gicellenir bezen.Sinir sistemi ile bagli ola biler bas gicellenmesi? Beyne qan catmayanda,beyin silkelenmesi olanda bas gicellenmesi olur ? Yixilmamisam zerbe almamisam,sadece stress yasamisam ve tez tez aglayrm.

Cavab:

Salam Nuray xanım. Vəziyyətiniz bir az qəlizdir, ancaq zobunuzun müalicəsini davam etdirin. O ki, qaldı klimaks keçirirəm kimi şübhələr və yaxud ağlamaqlar və s bunlar hamısı psixoloji haldır. Yaxın zamanda psixoloq dəstəyi almağınız məsləhətdir.

Aynur 2016-08-27

Men bele hesab edirem ki menim obsessiv kompulsiv pozuntularim varş Umumiyyetle ruh halim daima deyishkendir. Klinikaniza muraciet etmeden nece komeklik ede bilersiniz mene?

Cavab:

Salam Aynur xanım. Əlbəttə. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın

Sahibə 2016-08-22

Salam Elnur doktor. Mən rayonda yaşayıram.Övladımın 17 yaşı var, heç sözümüzə baxmir. Evdən qaçır. Pul götürür evdən. Mənə kömək edin.

Cavab:

Salam Sahibə xanım. Evdən qaçıb hara getdiyinə, pulu nəyə xərclədiyinə diqqət edin. Əgər ötəri adi nələrəsə görədirsə, böyük ehtimalla uşaq bunu diqqət çəkmək yaxud özünü ailədə sübut etmək istəyir. Yaxşı olardı ki, razılığa gələsiniz. Məsələn, çox sadə nələrəsə görə o pul evdən oğurlanırsa, başa salmaq olar ki, o pulu istəsə zatən ona verəcəklər. Oğurlamaq qaçmaq heç nəyi ifadə etmir ən əsası 17 yaşa yaraacaq hərəkət deyil. Məsələn, evə oğru girdiyi zaman insan bunu yaxını ilə bölüşür çarə axtarır ancaq həmin oğru evdəki olduqda nə etməli, bu sualı ona yönləndirin. Bir oğul kimi öz ailəsinə nə verdiyi barədə düşünməsini istəyin. Cavab gözləməyin sadəcə bunu ona bildirib uzaqlaşın. Zaman verin düşünsün. Çox olmaz sözündən, niyə belə edirsən kimi sözlərdən istifadə etməyin.

fiqan 2016-08-22

Uzide usaqin ureyi ile medesi yaxindi dediler usaqa nese ola bilermi xahis edirem cavab yazin

Cavab:

Salam xanım. Narahatlığınızı anlayıram, ancaq psixoloqdan daha çox uşaq həkimi yaxud öz həkiminizlə məsləhətləşməyinizdə fayda var. Ancaq həyəcan etməyin əvvəlcə sakit olmağa çalışın.

Sahibə 2016-08-22

Çox sağ olun doktor. Fikirləriniz çox dəyərlidir. Ən qısa müddətdə onu sizin yanınıza tapıb gətirməyə çalışacam.

Cavab:

Siz sağ olun.

Gülnur 2016-08-22

Salam həkim. Mənim problemin utancaqlıqdı. Hər kəsdən utanıram. Kişilərdən biləxsus. Sizində yanınıza gəlməyə utanıram. Mənə xanım psixoloqu məsləhət görun. Təşəkkür edirəm öncədən.

Cavab:

Salam Gülnur xanım. Buyurun gəlin sizi xanım psixoloqa yönləndirərik. 0552572700, 0124803629 əlaqə saxlayaraq qeydiyyat edə bilərsiniz.

Selcan 2016-08-22

Salam Elnur müəllim. Mən bu il qəbul imtahanından kəsildim. Özümü çox pis hiss edirəm. Nə edəcəyimi bilmirəm. Ailəmdə məndən üz döndərib. Mən çox pisəm((

Cavab:

Salam Səlcan xanım. Valideyn üz döndərmir, sadəcə bunu bir cəza növü kimi dəyərləndirir. Olan olub necə deyərlər. Əsas bundan sonra olacaqlardır. Siz çalışın toparlanasınız və yenidən uğur əldə etmək üçün gec olmadığını unutmayın.

Nazim 2016-08-22

Salam Doktor. Mən nişanlımla sizin qəbulunuza gəlmək istəyirəm. Siz ailələrlə çalışırsınız ? Ən əsası ikimizidə eyni saatda qəbul edə bilərsiniz? Yoxsa nişanlımla xanım psixoloq məşğul olmalıdır ?

Cavab:

Salam Nazim bəy. Bəli, ailələr üçün ailə terapiyalarımız mövcuddur. Digər xırdalıqlar isə seans zamanı müəyyən etmək mümkündür. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayaraq qeydiyyat edə bilərsiniz.

Anonim 2016-08-22

Salm Elnur bəy ! Hər vaxtiınız xeyir olsun. Sizə sualım belədir ki mən heç cür öz anamla dil tapa bilmirəm.Bilmirəm bəlkə də günah məndədir.Amma söhbət edəndə hər hansı fikrimi bildirəndə mənə qarşı çıxır.Nə qədər yaxın olmaq , oz problemimi bolusmek istəsəm də mənə ancaq agıl verməyə çalışırşBu məni artıq çox sıxır.Bilirəm nece davranım artıq o qədər sıxılıram ki hər aadi şeyə əsəbləşirəm kobud cavab verirəm insanlara,artıq bu mənim sosial həyatıma da mənfi təsir edir.Bilmirəm necə davranım ..Səbrli ola bilmirəm.

Cavab:

Salam. Ortaq fikirlərimizlə dil tapmalıyıq deyə bir qayda yoxdur. Ünsiyyəti çalışın nəyəsə fikir yürüdərək qurasınız. Yox əgər maraq dairələrinə görə qursaq o buna ağıl verəcək, bu ona. Ortada belə bir vəziyyət yaranacaq. 

tunzale 2016-08-20

Salam hekim necesiz tanidiz tunzale xanimdi demisdim yazacam size coxxx coxxx sağolun hekim size minnetdaram her şey yoluna girir yavaş yavaş

Cavab:

Salam Tünzalə xanım. TƏşəkkür edirəm siz yaxşı olasınız. Müsbət nəticəyə görə mən sizi təbrik edirəm.

Nane 2016-08-20

Doktor men cox pisem men heqiqeten ayrilmaq istirem cunki bezmisem artiq diqqetsizlikden vecsizlikden. qururumu yere vurmusame artik. Ayrilmaq istirem ama ayriliramda pis oluram basimi neynen kimnen qatim bilmirem heckimim yoxdu menim derdimi payalacaq biri yoxdu. Ayrilmasamda olmur cunki meni incidir xetrime deyir doze bilmirem, yeni en azi bir oglanin qiza qarsi eledikleri bular olmamlidida=( ele qeribe oluramki ureyim esir bosluga dusurem caresiz qalmisam=( isde ailede o qeder problem varki buda bir terefden artik onuda bele olmagimnan bezdirirem , evvel deib gulurduk indi mene deirki ancaq aglirsan nebilim ne,.. kobud kobud sozler. Drm ayrilim yaxsi ama nece dozum . zamanla duzeler bilirem belkede bugunlerime gulecem ama yasiya yasiya olurem axi=( cox sixiliram

Cavab:

Salam Nanə xanım. Sadəcə bir az toparlanmaq lazımdır. Diqqəti istəmək lazım deyil. Görmədiyimiz zaman bizə pis təsir edə bilər ancaq bunu bildirmək heç nəyi həll etməz. Çünki öncə qarşımızdakı insanın bizə diqqət göstərmədiyini görməsi lazımdır. Əgər o bunu qəbul etmir, görmürsə, hər şey ona görə normaldırsa, tək dəyişən biziksə, o zaman heç bir fayda etməz demək ki, sən mənə diqqət göstərmirsən, kobudsan və s. Ən gözəli isə bir müddət diqqətin sizə lazım olmadığını hiss etdirməkdir. Bu günə kimi bildirdik heç bir nəticə vermədi. Bu gündən etibarən tam əksini edirsiniz.

aydan 2016-08-20

Men 6 ildi sosial fobiyadan eziyyet cekirem veziyyetim cox pisdi hec oz son zengimede gede bilmedim problemim qizarmaqdi Tanidigim adam gorende dehset oluram imkanimiz yoxdu yaniniza gelim belke siz mene derman deyesiz? Demanan duzeler?

Cavab:

Salam Aydan xanım. 6 il yetəri qədər bir müddətdir. Artıq bu sizdə vərdişə də çevrilə bilər. Ən doğru yol mütəxəssis dəstəyi olardı. Ancaq tək dərman qəbulu da çarə deyil. Qızarma səbəbinizi araşdırın, daha sonra tanıdığınızla tanımadığınız insan arasında nə fərqin olduğunu müəyyən edin. Bir vərəq götürün və yazın. Daha sonra analiz edin görün qızarmaq üçün tutarlı bir səbəb varmı ortada.

Elvin 2016-08-19

Elnur bəy salam. Necəsizin? Sizi narahat etməkdə səbəbim, mən məzuniyyətdəyəm. 1 ci gün işə çıxmalıyam. Amma hec həvəsim yoxdur. Yenə dincəmək istəyirəm. Bu fizioloji ya psixolojidir?

Cavab:

Salam Elvin bəy. Təşəkkür edirəm siz yaxşı olasınız. Psixoloji bir şey olduğunu deməzdim, ola bilər ki, istirahətiniz tez bir zamanda bitib və yenidən uzun müddət həmin işə qayıtmaq istəmirsiniz. Ancaq ilk öncə özünüzü yeni iş ilinə psixoloji hazırlamalısınız. Məsələn, gələn yaya kimi işləyəcəm fikri varsa, bu barədə düşünməməlisiniz. Zaman onsuz da tez keçir.

Səbinə 2016-08-19

Salam.Mən dayım haqqında sizə yazıram.2-3 aydır ki,dayımda yaddaş pozğunluğu olur.Gecələr yuxudan durur,öz-özünə deyir ki,"Mən hardayam,mənim yerim haradır?".Getdiyi yerdə yolu yadından çıxarır.Əvvəlcədən təşəkkürlər.

Cavab:

Salam Səbinə xanım. Təcili olaraq qısa müddətdə dayınız psixoloqa müraciət etməlidir. Bunun irəliləməməsi üçün tədbir görülməlidir.

Gunay 2016-08-18

Xahis edirem Elnur hekim okp ucun nese komeklik deyin edim. Nece edim dini seylerden iyrenmeyim? Ayaqqabilari eyni duzmek problemi cox deyil mende. Mende daha cox okpnin dini seylere iyrenmek novudu. Xahis edirem nese meslehet verin. Kecen defe dediniz havaya cixim el yumagi gecikdirim bunlari etdim irelileyis oldu. Indide dini seylere gore nese deyin edim zehmet olmasa. Mende daha cox bu novudu. Okpnin mualicesi ucun beyinde seroitin hormonunu qaldirmaq ucun ne edim?

Cavab:

Siz birini həll etdikdə digəri başlayacaqdır. Əl yumaq elə bir şeydir ki, məşqlə azaldaraq onu həll etmək mümkün idi. Lakin din haqda məşq deyil də fikirlər olduğu üçün bu sadəcə danışılıb xırdalanmalıdır. Əgər bacarırsınızsa, düşünməyin. Yaxud da çox təmiz bildiyiniz birinin bir gün saqqal saxladığını öyrənin və yaxud tmiz bildiyiniz birini saqqalla xəyal edin. Baxın iyrəniləcək bir şey varmı?

Gunay 2016-08-18

Cox sag olun.

Cavab:

Siz sağ olun.

Naile 2016-08-17

Salam Elnur dr. Yene sizi narahat edirem,. Men cox sevmisdim doktor oda meni.. ama son vaxtlar mene yalanlar dedi sosial sebekelerde lazimsiz adamlara yazmaga basladi. menede deirki ozumde bilmirem nie bele elirem.. men onu bidefe bagisladim soz verdiki birde olmicaq uzr istedi. ama yenede adi bir kusmeyimizden uc gun kecmemis getdi yene elediyin eledi, men artik onu bagislamaq istemirem. ama ozum cox pisem Heddinden artik pis heckimede deye bilmirem .. ureyim sixilir doze bilmirem, neolar komek edin mene nenim men=(

Cavab:

Salam Nailə xanım. Bu kimi sizi yoran məsələlərdən uzaq durmalı olduğunuzu desələr görəsən nə dərəcə riayət etmiş olarsınız? Bütün bunların sizə xoşbəxtlikdən başqa hər cür fikir, sıxıntını gətirdiyini görəsən həqiqətənmi görmürsünüz? Nə etməli olduğunu zatən bilirsiniz, sadəcə onu edəcək güc toplamalısınız.

zehra 2016-08-17

salam esebi nece seansa mualice edirsiz?

Cavab:

Salam Zəhra xanım. Psixoloji konsultasiyada problem həllinin dəqiq seans sayı verilə bilməz. Bu sizin psixoloqunuz və sizin səyinizdən asılıdır. Və problemin yaranma səbəbindən.

Gunay 2016-08-16

Dini insanlar yani okp yarananda mende evvelce uzutuklu dini insanlar gorende iyrenirdm temizlik baximindan ve qara paltarli qadinlardan.Yani meselen avtobusda metroda gedende ele insanlar gorede onlarin yaninda otura bilmirem paltarlari paltarima toxndaa eseblesrm. Indi uje adi namaz qilan insanlardan iyrenirem cunki fikirlesrm ki Allaha agir getmesin Allah kecsin gunahimdan bu okpnin elametdr yani ozumden asili deyilFikirlesendeki namaz qilanlar mescidde uzutuklu insanlarla br namaz qilirlar yani bir birine paltarlari toxunur ve baslayrm artiq adi namaz qilanlardan da iyrenmeye.Ozunuz blrsiniz ki okpnin bir novu dini seylerden iyrenmekdi. Evvel kasmetikamdan adi insanlardan iyrenrdim indi onu qismen tergitmisem ancaq b dini meselesini teegide bilmirem. Ozum Allaha her gun Allaha dua edirem sagalim.Birdeavtobusda meselen hemin adamlardan paltarima toxnda sumkama toxnnda paltarlari gelib evde sumkami elimi paltarmi elli defe yuyyram bezmisem bu durumumdan bu heyatima cox tesr edr. Brde adi temiz qabdan iyrenrdm onu tergtmisem. Depresiyadam hazrda insanlarla dansmaq istemrm ama ozumu mecbur edrm cxrm heyete insanlarla dansm.Bede okpnin diger novu de var mende ayaqqabilari simmetrik duzurem. Ne edim iyrenmwyim dini insanlardan ? Onlarin paltarindan? Allah kecsin gunahimdan. Heyatda cooox agir stresslee yasamis biriyem. Ve okp o stresslerin neticesidir. Ne edim eseblesmeyim ?

Cavab:

Günay xanım qeyd etdiklərinizdən özünüz də görürsünüz ki, OKP elə bir psixoloji pozuntudur ki, çox şaxəlidir. Yəni birini həll edirsiniz, bu dəfə də başqa bir mövzuda biruzə verir. Ona görə daha sağlam həll yolları ilə sağalmaq lazımdır. Psixoloqla bərabər lazım gələrsə psixiatr baxışı şərtdir. Çalışın özünüzə doğru istiqamətlə daha sağlam həyat verəsiniz

esmira 2016-08-15

salam hekim sizin meslehetinizi dinledim yoldasimla oturub qarsiniqli danisdin onunda menimde sehvlerini uzune qarsi dedim meni tez tez eseblesdiren her kesi dedim ve nehayet ki meni anladi.ve men ona artiq dost kimi ayrilaq en azinda usagimiz ucun bunu edek dediyimde agladi ve bizi qucagliyaraq men sizsiz yasaya bilmerem dedi mende dayana bilmedim ve onu qucagliyib agladim artiq cox yaxsiyiq menimle cox yaxsi davranin.size cox tesekkurler

Cavab:

Salam Esmira xanım. Sizin adınıza çox sevindim. Nə mutlu mənə əgər yardımcı ola bildimsə. Müraciətiniz və təşəkkürünüz üçün biz təşəkkür edirik. Xoşbəxt olun!

Gunay 2016-08-15

Salam Elnur hekim.Ilk novbede sizi ikinci defe ata olmaginiz munasibeti ile semimi qelbden tebrik edirem.Size,Narinc xanima,Mesudunuza,Elnariniza can sagligi ve daimi xosbextlik arzu edirem Siz ailenizin xosbextliyine urekden sevinirem cunki tvlerde hemise oz mulayim sebrli cixislarinizla esil psixoloq senetinin elminin layiqli kesikcisi numayemdesi oldugunuzu savadli sebrli cixislarinizla numayis etdirmisiniz.Sizinle yaxindan tanisligim olmasa da,tvlerden ve burdaki meslehetlerinizden nece yaxsi insan ve savadli psixoloq oldugunuzu gormek mumkundur. Indi kecim oz meseleme.Demeli men size kecen ay size OKPdem eziyyet cekdymi yazmisdim ve meslehet istemisdim sizden.Duzun deyim ki,hem maddi sebebden hem de antidepresant dermanlardan qorxdugum ucun qebulunuza gele bilmedim. Inandigim psixoloq sizsiniz.Mene kecen defe burda verdiyiniz meslehetlere emel etdim yani insanlarla unsiyyet qurdum havaya cixdim elimi yuagimi geckdrdim. Bir az ferq var mende yani oz temiz paltarimdaniyrenmeyim qismen kecib ancaq dini insanlardam iyrenmeyim kecmir ki kecmir. Cooox xahis edirem nece edim iyrenmeyim dini insanlardan. Bilirsiniz ki bu OKPnin elametidir. Evvelceden cox sag olun.

Cavab:

Salam Günay xanım. Xoş sözləriniz və təbrikiniz üçün təşəkkür edirik. Dərman preparatlarından qorxmaq lazım deyil, əgər bu psixoloqunuz və psixiatrınız nəzarətindədirsə, hər şey qaydasında deməkdir. OKP elə bil psixoloji narahatlıqdır ki, mütləq şəkildə mütəxəssis dəstəyi istəyir. Ancaq deyilənləri yerinə yetirməyiniz sizə hardasa nəticə verib. Tam bərpası üçün dəstək şərtdir. O ki, qaldı dini insanlardan iyrənməyinizə, bunu bir az izah etməyə çalışın. Məsələn dini insan dedikdə ağlınıza nə gəlir ki, iyrənmə hiss edirsiniz?

Kamal 2016-08-14

Əvvəl də qeyd etdiyim kimi vəziyyətim elədirki heç kim ailəm də bilməməlidir özüm pul qazanacaq yaşda olmadığımdan təkbaşına gedə bilmərəm psixoloqa.Çox xahiş edirəm əgər mümkünsə mail adresi verərdiz.1-2 söz soruşacam çox vatınızı almayacam.Hər şeyi işimdə yaşamaqdan bezmişəm.

Cavab:

Kamal bəy daha əvvəl də deyildiyini kimi valideyndən gizlədiləcək bir durum yoxdur ortada. Bu barədə ən birinci valideyninizlə məsləhət etməlisiniz. Bəlkə ən doğru yol onun bir cümləsində gizlidir? Ola bilər ki, heç psixoloqa ehtiyacınız qalmasın. Ancaq valideyn görəndə ki, özü də bilmir necə yanaşmaq lazımdır o zaman sizinlə bir olub çarələr axtaracağına əmin ola bilərsiniz. Mail və s kimi işlər yerinə daha sağlam həll yolu tapmağınız məsləhətdir. Yaşın az olmağı ilə əlaqədar bu barədə daha sağlam düşünməyə bilərik, ancaq ən birinci məsləhət valideynlə açıq olmaqdır.

Ceyran 2016-08-14

Unsiyet yaratmag ucun hansi suallardan istifade elemey olar?

Cavab:

Salam Ceyran xanım. Ünsiyyət qurarkən qarşımızdakı insanın təbiətinə diqqət etmək lazımdır. Suallar isə daha sonra yaranan bir şeydir. Çox ciddi olan biri ilə məsələn gülərək anidən zarafatlaşaraq ünsiyyət qurmaq olmaz.

Nigar 2016-08-13

Salam,xeyli vaxtdi mende ses halusinasiyasi baş verir.Tek ve ya kimlerlese söhbet ederken kenardan xoşa gelmez sesler eşidirem ve bu meni hedden artiq narahat edir.Bütünlükle fikrim köklenib o seslere,bu barede melumat yazardiz bir zehmet

Cavab:

Salam Nigar xanım. Bunun heç dı yaxşı bir hal olmadığınızı yəqin ki, anlayırsınız. Ən qısa zamanda çalışın bir mütəxəssis dəstəyi alasınız. Adətən belə hallar üçün bu şərt sayılır.

Kamal 2016-08-12

Cavab verdiyinizə görə çox təşəkkür edirəm.elə bir mövzudurki məndən başqa heç kim bilməməlidir.Sizə deməyə belə çəkinirəm.Maildən yazışmağımız mümkündür?

Cavab:

Öncəliklə onu qeyd edim ki, yazışma ilə problem həll olunmaz, bəlkə bir müddət keçər, ancaq mütləq şəkildə geri qayıdacaqdır. Məsələ tam olaraq nədir bilmirəm, ancaq hər bir psixoloji vəziyyət üçün bu keçərlidir. Çalışın siz psixoloqla əyani görüşəsiniz.

Kamal 2016-08-11

Salam Elnur bəy.Bilirəm 3cü dəfədir yazıram narahat edirəm sizi.Amma inanınki bu problem məni tam 1 aydırki rahat yaşamağa qoymur.Bəzi mövzular da varki burdan yazmağa çəkinirəm.Mail adresi varsa verə bilərsiz? Hansı psxoloqa yazıramsa cavab vermir mənə.Çox xahiş edirəm siz də elə etməyin.Bu qədər çarəsiz olmasaydım yazmazdım.

Cavab:

Salam Kamal bəy. Sizin narahatlığınız tam olaraq nədir?

aynur 2016-08-10

salam doktor. sizinle bir sey barede meslehetlesmek isteyirdim. menim istediyim var ancaq o meni istemir. bir nefer de elci dusub ancaq o da tehsilsizdi. anam mene basa salib ki meni istemeyenle men xosbext ola bilmerem. ancag o biri elci barede hec ne demedi men onun tehsilsiz olmaginda ilisib qalmisam. sizce hansi insanla xosbext ola bilerem? evvelceden cox sag olun

Cavab:

Salam Aynur xanım. Hər vaxtınız xeyir. Öncəliklə valideyninizi alqışlamaq lazımdır. Çünki verdiyi istiqamət doğrudur. Biz zorla gözəllik olmaz sözləri ilə böyümüşük belə bilmişik. O ki, qaldı təhsilli və təhsilsiz məsələsi. Öncə özünüzə sual verin təhsilsiz oğlanla təhsilli oğlanın fərqi nədir deyə. Bu suala cavab tapdığınız zaman seçiminiz də bəlli olacaqdır. Sizə xoşbəxtlik arzulayırıq. Müraciətiniz üçün təşəkkür edirəm

Nezaket 2016-08-10

Salam. men size ozumle bagli muraciet etmisdim cox qisa cavab yazmisdiniz. yazilana emel etmedim. ancaq 2 hefte evvel yazdiginizi bir daha oxudum ve basladim deyileni etmeye ve inanmayacaqsiniz bu mende alindi. az olsun saz olsun buna deyirler yeqin. cox xosbextem indi. size cox tesekkur edirem.

Cavab:

Salam Nəzakət xanım. Nə mutlu mənə. Minnətdarlığınız üçün mən sizə təşəkkür edirəm. Yolunuz açıq olsun.

faiq 2016-08-10

salam doxtor. sizinle nece goruse bilerem?

Cavab:

Salam Faiq bəy. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın sizi məlumatdıracaqlar. Müraciətiniz üçün təşəkkür edirəm.

anonim 2016-08-10

salam men sizin merkezde olmusam. qebul imtahanindan once sadece bir defe psixoloqunuzla gorusdum. mene cox komeyi deydi. menim ucun hazirladigi skala kagizini bele atmaga hele de qiymiram. 648 balimi ona borcluyam. pese seciminin cavabina az qaldi cox heyecanliyam. bu sevincimi size valideynlerime muellimlerime borcluyam cooox sag olun sizi coox isteyirem

Cavab:

Salam. Bütün kollektiv adına çox sevindik. Biz sadəcə səndə olanı sənə verdik. Bundan sonrakı həyatında da sənə uğurlar arzulaylıyırıq. Seçdiyin peşəndə sənə uğurlar ağıllı bala!

xeyale 2016-08-10

cox qisqancam ne edim bu kecsin mende bezmisem uje

Cavab:

Salam Xəyalə xanım. Bezməyin axı niyə bezirsiz? İnsan ya qısqancdır və bu xasiyyətimdir deyir, ya da qısqanc deyildir. Ancaq həm özünə zülm verib qısqanıb həm bezmişəm demək necə bir şeydir? Əgər sizi həqiqətən bezdirib yormuş olsaydı çoxdan bunun öhdəsindən gəlmişdiniz. Yox, əgər bacarmırıqsa, yaranma səbəblərini araşdırmaq lazımdır. Ola bilər özgüvən problemimiz olsun yaxud da qarşımızdakı insana güvənməyək. Yox əgər bu hamıya qarşı belədirsə, böyük ehtimalla özünüz barəsində mənfi fikirlisiniz. Çalışın qısqanclığı deyil də, özgüvəninizi həll edəsiniz. Bir psixoloq dəstəyi almaq olar yaxud da özümüzlə fəxr edəcək kiçik işlər bacarmaq, sonra yavaş-yavaş daha böyük işlər bacarmaq. Məsələn insan bilməlidir ki, o niyə yaşayır, kim üçün çalışır və bu suala tək cavab var: Ən birinci özü üçün.

yemen 2016-08-10

salam size qisqancliga gore muraciet etmek olar? yeni bunu aradan qald;rmaq olar? cox eseb kecirirem buna gore butun heyatimi mehv edir

Cavab:

Salam Yəmən xanım. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın. İntensiv olaraq psixoloqla görüş sizə yardımcı olacaqdır.

esmira 2016-08-07

salam biz birbirimizi sevib evlenmisik ancag indi goruremki yoldasim menimle pis davrani hetta doyur bir oglum var ve bosaanmag istiyirem amma ona nece deyeceyimi bilmirem xais edirem komek ederdiz tewekkurler

Cavab:

Salam Esmira xanım. Öncədən arada olan sevgi necə olur şiddətə çevrilir bunu aydınlaşdırmağa çalışın. Yoldaşınızın nələr yaşadığına diqqət edin, nələr yaşatdığına çox diqqət etdiyiniz üçün səbəblər gözünüzə görünmür. Son olaraq danışıb həll yolu tapmağa, ortaq nöqtəyə gəlməyə çalışın. Bir ailəni qurmaq da, yıxmaq da çox asandır. Əsas olan davam etmək, səbr etməkdir. 

Sebine 2016-08-06

Salam hekim mende bogulmalar elimde qic olma esme agrilar olur boynumda agrilar bir deki vezi var o da agridir bas agrilari olur bir de qasintilarim olur yorgun oluram daima neden olar bular ne hekmine gedim men

Cavab:

Salam Səbinə xanım. Tez bir zamanda mütləq şəkildə psixoloqa müraciət edin.

Gülnaz 2016-08-05

Salam həkim. Mənim yoldaşım son zamanlar qapalı məkana girə bilmir. Boğulma hisləri olur. Öləcyini düşünür. Bizə kimin baxacağını tez tez soruşur. Bu vəziyyət artıq dərinləşib. Mənə nə məsləhət verə bilərsiniz???

Cavab:

Salam Gülnaz xanım. Yoldaşınız panik atak keçirir. Daha dəqiq diaqnoz üçün psixoloq qəbulunda olmağınız daha doğru olardı. Qısa müddətdə psixoloqa müraciət etməyiniz məsləhətdir.

 

Ayla 2016-08-05

Salam. Necesiniz? Men artiq bir nece defedi size mesaj yaziram. Men cox pis veziyyetdeyem ozume nifret edirem ve ozumu oldurmek isteyirem. Men bir oglani sevirem. Bu oglan menim dostum idi ve biz 3 ildi ki dostluq edirik. Menim 21 yasim var. Men zamanla onj sevmisdim ve hormet etmisdim. Indi ise o gozumden menim dusub du men onu saf hislerle sevirdim.ve sevgimin qarsiliqsiz oldugunu bilirdim. Ama gunlerin birinde o mene qarsi hislerinin olduğunu dedi ve meni sevdiyini dedi. Ama bizdanismaga baslayandan sonra o mene duzgun olmayan sozler dedi birlikde olmaqla bagli yani sevismek falan men ise xoslamiram bu cir seyleri onun sozlerinden sonra men ondan yavasla soyudum hetta ona hormet edirdim. Ama artiq gozumden dusub. Indi ise problem oduki men hem ona hemde ozume nifret edirem. Ki men harda sef etmisdimki o mene bu sozleri dedi. Sevdiyim insan olaraw deyil dostumdan eşitdiyim ucun ozumu bagislaya bilmirem mene komek edin cox xais edirem.

Cavab:

Salam Ayla xanım. Özünüzə nifrət etmək ya da ona nifrət etmək lazım deyil. Siz sevmisiniz o da sevdiyini sanıb. Bir gün isə hisslərini bildirib. Ola bilər ki, sevgi qarşılığında istək yaransın ancaq bunu ifadə tərzi bir az kobud və hörmətsizcə olsun. Bu o demək deyil ki, siz nəsə artıq hərəkət etmisiniz deyə. Bəzən oğlanlar o qədər qızlarla ötəri münasibət qururlar ki, bu onlarda adi hala çevrilir və nə etdiklərinin fərqinə varmırlar. Sözü deyərkən oradakı qəribəliyi sezmirlər. uzaqlaşmaqla doğru olanı etmisiniz. Sevdiyi üçün yox deyə bilməyib bu yola addım atanlar da var. Özünüzə nifrət etmək yerinə alqış tutmalısınız. Həyatınızda sizə uğurlar. Siz güclüsünüz

Gulcin 2016-08-05

Salam,menim 18 yawim var. sevgilimle 5 ildi sevirik bir birimizi. Amma o mene cox xeyanet edir. Evveller tutanda dalawirdim mene deyirdiki day qutardi olar bow weydi esas sensen bariwirdiq. Mende onu Cox sevirem deye her seferinde bagiwlayirdim. Indi ise sosyal webekede qizla niwanli yazib. Deyirem onu sil o qizdan uzaq dur mene deyirki ora real deyil o bow weydi vaxtimi kecirdirem esas sensen. Anasi ile de elaqem var,bacilari ile de daniwiram. Duzdu onun sevgisinden eminem. Bilirem meni sevir. Amma mene xeyanet etmesini hec goture bilmirem. Gunum aglamaqla kecir. Anam deyirki bu indiden beledise gelecekde lap pis olacaq ayril. Amma men ondan ayri dura bilmirem. Nefesim gedir cox pis oluram. Amma onun meni aldatmagina da doze bilmirem. Ozde soz deyende meni gunahkar cixardir deyirki uwaqsan niye bawa duwmursenki o qiz bow weydi esas sensen seni sevirem bele sozler deyir. Nolar mene komek edin men ne etmeliyem?

Cavab:

Salam Gülçin xanım, siz reaksiya verirsiniz ancaq sonradan qəbullanıbmış kimi barışırsınız. Belə çıxır ki, onun sizə xəyanət etməməsi üçün heç bir qorxusu yoxdur. Onsuz da barışıb oturursunuz. Əgər dalaşıb heç nə həll etmədən "Əsas sənsən" sözü kifayətlənəkdinizsə, heç əvvəldən dalaşmamalı idiniz. Çünki bu qəbullanmaq onu arxayın edir və təbii ki, bu vəziyyət hər zaman davam edəcək. Bu günə kimi heç etmədiyiniz bir şeyi etməyi sınayın. Məsələn, dalaşmaq yerinə görməzdən gəlməyi və daha çox özünüzə zaman ayırmağı. Bir az həyatı özünüz üçün yaşayın. Davamlı onu izləmək sizi nədənsə qorumadığı kimi nəyinsə də qarşısını almayacaq.

Jale 2016-08-05

Salam, mende iki defe hamilelik olub, biri boru hamileliyi oldu, biri inkiwafdan qaldi,cekdiyim agrilardan sonra aile heyatindan qorxmaqa bawlamiwam,pis menada deyiwdiyimi hiss edirem ve bunun gelecek ucun yaxwi olmayacaqindan qorxuram(

Cavab:

Salam Jalə xanım. Allah şəfa versin. Siz sadəcə hadisələri köçürmə edirsiniz. Keçmişdə baş verənləri bu günlə eyniləşdirirsiniz. Mütəxəssis dəstəyi almağınızda fayda var. Öncəliklə bu qorxulardan azad olmalısınız. İnamınız sizə geri qaytarılmalıdır.

Turkan 2016-08-05

Slaam,biz onunla 7ildi bir birimizi aevirdik,yasimiz az oldugu ucun xirda seylerden dava edirdik,sora o gordunki coh eseblesirem menden ayrildi,ama ayrilanda yalandan behanelet eledi ki gozumden dussun,1il her iki aydan bir yazdi,men umidlendim,sora mene dedi ki onsuz da birlikde olmuyaciq,bu sozler meni soyutdu,1ilden sora geldi ki alinmir Ayri qalammiram,men artiq o qede esebi idim ki ona qebul edemmedim,iki il surundu arxamca ama istemirem dedim,ne olur olsun birlikde olmuyaciq dedim,ama sonda anladimki hirsdi bu,o da iki ildi dediklerimden dolub,mene deir ki coh esebiyem,pesman idim,ne dedim qebul elemedin,icimde sevgi qalmiyib dedi,sizce bu sadece esebden deilen sozler ola biler?yohsa dourdan her sey bitib?

Cavab:

Salam Türkan xanım. Bu münasibət çoxdan bitib. Bəlkə də heç başlamayıb. Sadəcə arada darıxma hissi sizi davamlı geri addım atmağa vadar edib. Söhbət əgər sevgidən gedirsə, ortada sevgi yoxdur. Sadəcə vaz keçməyi öyrənmək lazımdır.

Lale 2016-08-05

Salam həkim yoldasimi itirenden sonra çox çətinlik çəkmişəm 20 gündü ki depresiyaya düşmüşəm həyacan qorxu əlim ayagim əsir aglima durduğu yerdə pis fikirlər gəlir nə qədər istəyirəm aglimdan cixardim cixarda bilmirəm mmene məsləhət verin xayis edirem

Cavab:

Salam Lalə xanım. Başınız sağ olsun. Ola bilər ki, vəziyyətlə bağlı postravmatik stress yaşayırsınız. Sadəcə özünüzə zaman verin, düşüncələrinizi xatirələrlə məşğul etməməyə çalışın. Yas müddəti olması lazım olan bir şeydir və hər şey həyat davam etdiyi müddətcə keçib gedir. Getməsə belə biz ona alışırıq. Ona görə də özünüzü çox yormamağa diqqət edin.

Leyla 2016-08-03

Salam!Evvelce size cox tesekkur ediremki,bele bir imkan yaratmisiniz biz insanlara komek edirsiniz!Allah komeyiniz olsun!Menim heyatda derdimi danisib meslehet alacagim hec kim yoxdu buna gorede xahis edirem menede komek edesiniz.Demeli menim 4illik munasibetde oldugum insan var hetda 1ay sonrasina toy planlasdiririq.Duzdu bu insan evvel bir zamannan mesuliyyetsiz olubdu.Ancaq son aylar emelli-basli agini cixaribdi.Gunde 1defe yatanda mene zeng edir sebebi ise isimin coxlugudu deyir.Men her seyi basa dusurem ustune getmemeye calisiram.Ama son 1ay erzinde soyus soyur mene qarsi,cox icki icir demek olarki,her gun icki icdiyi gunler olur.Mene qarsi soyusler edir aileme qarsi.Men esitmemezlikden gelirem sirf adim ucun,ailem ucun dikbasliq elemek istemirem.Saat 2-ye qeder dostu ile oturur,icir mene zeng eden kimi ise yuxuya gedir demek olarki,hec danisa bilmirik.Xahis edirem mene komek edin nece ede bileremki,o heqiqeten meni itirmekden qorxsun?Ancaq ona cox guvenirem meni sevdiyinide eminem.Birce ona itirmek qorxusunu yasatmaq isteyirem o ele bilirki,men onsuz qala bilmerem hec vaxt bunun ucun bele edir.Hemise doze bilmirem o meni axtarmayan kimi ele bil boguluram yata bilmirem sehere kimi nefesim catmir yatandada 1saatdan bir diksinirem.Hemise ozunu haqli cixardir zenglerimi acmir acanda ele bil gunah mendedi kimi davranir dostlarinin yaninda zenglerimi gore-gore acmir.Bezen saatlarla yigiram ele vaxt olurki,icir yatir men nigaran qaliram sehere kimi yigiram yata bilmirem aglima yuz fikir gelir.Mene komek edin mene meslehet verin xahis edirem.Cox pisem((((Evvellceden tesekkurler!

Cavab:

Salam Leyla xanım. Hər itirməkdən qorxma duyğusunu itirən bizim ailəmimizi söyəcək? Yaxud belə bir şeyə ərk edən biri itirmək qorxusunu yaşayandan sonra dəyişəcəkmi? Yaxud da biz nə qədər ona itirmək qorxusunu yaşada bilərik? Evlilikdən sonra bu qorxu nisbətən azalır. Ömrünüzün sonuna kimi onu bu yolla manipulyasiya edə bilməzsiniz. Sadəcə yaxşıca düşünün.

Sahil 2016-08-03

Salam Elnur bəy. Necəsiniz? Mənim işimlə bağlı prob lemlərim var. Onu sizinlə bölüşmək istəyərəm. Nə zaman gəlim yanınıza?

Cavab:

Salam Sahil bəy. Təşəkkür edirəm, siz yaxşı olasınız. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın. Sizə uyğun gün və saat təyin ediləcəkdir. Müraciətiniz üçün təşəkkür edirəm.

MAHIR 2016-08-03

Salam hekim mende panik atak var iki ildi panik yoxa cixdi ama sixinti qalib boqazda xenek kimi bir sey hiss edirem ne meslehet gorursuz ozu ozne kecer

Cavab:

Salam Mahir bəy. Düşünürəm ki, bu panik atakdan qalma bir şey deyil. Panik atak üçün psixoloq dəstəyi almışsınızsa, bu məsələni də psixoloqunuzla məsləhətləşməyiniz daha doğru olardı. Daha dəqiq səbəbi sizə o deyəcəkdir. Yox əgər panik atak dediyiniz özlüyündən keçibsə, bu bəzən mümkün ola bilən vəziyyət olsa da çox vaxt olmaya bilir, yəni yerini başqa bir narahatlıqlara verərək nisbətən itə bilir. Ancaq diaqnoz zamanı dərində qaldığını görərik. Yaxşı olardı ki, psixoloq dəstəyi alasınız.

gulnar 2016-08-02

Salam Elnur hekim menim 3 yawinda bir oglum var o ana betninde zede alib anadan olarken aglamyiq hekimler nervipayoluqlar uwaqa detiski paralic qoyublar diyaqnozun ama uwaq cox aktiv uwaqdi her weyi anlayir bawa duwur bu xesteliyi nece mualice eleye ki sagalsin size muraciyet eledimki mene meslehet verersiz

Cavab:

Salam Gülnar xanım. Allah saxlasın. Yaxşı olardı ki, uşaq psixoloqu ilə məsləhət edəsiniz və uşaq bir müddət psixoloqun müşahidəsində olsa yaxşıdır. 0552542700 nömrəsi ilə əlaqə saxlayın.

Nuriye 2016-07-31

Salam 20 yawim var ama yawimdan cox boyuk gorsenen xasiyetim var isder daniwim isder emelerimde bu etrafada hiss olunur bawqalarina ne komeylik edrse ugurlu olur ama ozum heddinen cox tek insanam yeni oz derdimi herkese daniwmagi bacarmiram aileylede daniwilan prablemler var daniwilmayan prablemleri daniwacag yaxin insan tapmagda cetinlik cekirem.Her adamlanormal unsuyet qura bilirem ama oz derdimi daniwim yoxdu daniwilacag qeder yaxin hiss etmirem bu gune qeder kimi yaxin bilib nese daniwdimsa oz kecmiwimle bele desek qaydb meni vurdular.Eslinde 4/4 luk dosdum refiqem var ama oda menden uzagdadi yeni her mene lazim.olanda yanimda ola bilmiyecek qeder uzagdadi.Size sualim oyduki ozune qapanigligim ya her adama derdimi danwa bilmemeyim menim prablemimdi yoxsa Bir dosd uzagda olsa yanimizda oldugun hiss eletirirse bununla kifayetlenmelimiyem?

Cavab:

Salam Nuriyə xanım. Dünyada minlərlə dərdini danışmayan insanlar var və danışmamaq onların sıxıntısına çevrilmir. Bu insanlar danışmağı ehtiyac görməyənlərdir. Yox əgər böyük problemimiz varsa, ki bunu ancaq danışmaqla həll etməliyiksə və danışa bilmiriksə, o zaman narahat olmağa dəyər. Ancaq danışmadan da davam etmək mümkündürsə, o zaman danışmaq niyə belə mühüm hala çevrilir? Çalışın məsələni böyütməyəsiniz. Həyatınızı yaşayan arada ürəyiniz sıxıldığında o yaxın dost dediyiniz insanla danışmağınız kifayətdir. Yalnız özünüzü rahat buraxdığınız zaman rahatlıqla hər kəslə çox şeyi bölməyə başlayacaqsınız.

Zumrud 2016-07-30

Salam hekim aglimda ureyimde etmey isdediyim her hansi hereketi edib ozmu daxilen rahatlatmagimi meslehet gorersiz yoxsa icimde saxliyib niye etmedim dywuncesiyle yawamagimi.? Etdiyim hereket qisa mudetliyine berke 1 gunluyune yaxinlarimin heyatinda prablem yarada biler ama sora yene normal olacag herwey isdediyimi etmekmi yoxsa kimse incinmesin deye ozumde saxliyib niye etmedim demekmi????

Cavab:

Salam Zümrüd xanım. Tam olaraq ağlınızdakı nədir verəcəyi zərərin təsiri qısamüddətli olsa da dərinliyi nədir bilmədiyimiz üçün dəqiq demək qeyri mümkündür. Bütün bunları hesabladıqdan sonra Dostoyevskinin bir sözünü xatırlamaq olar: Ən böyük peşmanlıqlarımız, peşman olaram deyib etmədiklərimizdir. 

Leyla 2016-07-29

Salam Yaxin refiqem dosdum ailelidi six six daniwirdig bu gun mesaj yazbki men yazmiyinca yigmiyinca hecne yazma 1 ayda kecse bunun sebebin soruwuram soram deyerem deyir indi men neyniyim otrum oz beynimi yeye yeye 1 ay gozuyum yoxsa yenefe yazim yigim.sual verim?

Cavab:

Salam Leyla xanım. Deyiləni etməyinizdə fayda var. Marağınıza qalib gəlməyə çalışın. Ola bilər ailəvi problemi olsun yaxud başqa bir nəsə. Zaman göstərəcəkdir.

Guler 2016-07-28

hormet dedikde meseln men ancaq onun istediyi yere gedirem yalniz onun istediyini edirem o menim isteyime onemsemir buda meni cox incidir onun xeyanetini gormemisem sosial sebekde danisdiqlari olub ama indi yoxdu bildiyim qeder ovladimizin olmamaginin sebebi yoldasimdadi o mualice alir bilirsiz Men her seyi icime atan bir insanam meselen aramizda nese soz sohbet olanda o mene imkan vermirki meseleni basa salim deyir sus danisma men sesimi cixara bilmirem aglamaga otagima kecib aglamaga basdiyiram esebden o gelib qisqirirki niye agliyirsan O ancaq istiyirki men butun gunu evde olum 3 ildi bir defede olsun geezmeye getmemisik deyende deyir evde otur gezmekde nevar ancaq bele

Cavab:

Onun istədiyi yerə getdiyinizdə pis bir yer idimi? Heçmi xoş zaman keçirmirdiniz? Sizi susdurmağına səbəb bəzi şeylərdə özünü günahkar bilməyi ola bilər. Hansısa sözü eşitməmək üçün sizi tez susdurur bəlkə də.

Guler 2016-07-28

salam. 21 yasim var 3 ildi evliyem biraz erken aile qurmusam hardasa 4 5 ay olarki evliliyimde soyuqluq emele gelib men diqqet qaygi isteyen biriyem yoldasim bunu mene gostermir ondan hormet gormurem ozume qarsi menim dusuncelerime isteyime onem vermir ayrilmagi dusunurem ama bunu yaxinlarima demeyden cekinirem defelerle bunu yoldasima demisem ki uzaqsan o qederde bunu vecine almir evde yoldasimla tek yasamiriq onun valideyinleride bizle qalir ele bilirem sebeb olardi belke tek yasasaq duzeler deye fikirlesirem heleki evladim yoxdu qorxuramki usaq olandan sora ancaq usagima xatir onunla yasiyim bunuda hec vaxt ede bilmerem ne edeceyimi bilmirem caresiz qalmisam sizinle gorusmeyi cox istiyerdim ama buna yoldasim icaze veren deyil

Cavab:

Salam Gülər xanım. Bütün diqqəti yoldaşınızın sizə hörmət etmədiyinə yaxud da öz istəklərinizə vermisiniz, ancaq evlilik qarşılıqlı olur. Yəni mən qayğı və s istəyirəm demək çox da doğru deyil. İstək hər kəsdə olur, ancaq sırf bununla addımlamaq doğru deyil. Məsələn o sizə yoldaş kimi sadiqdirmi? Elədirsə, siz hörmət etməməyi nəyə deyirsiniz? Bəs siz ona qarşı necəsiniz? 3 ildir evlisiniz ola bilməzmi ki, onun da istədiyi bir övladdır? Bir az özünüz yox ailəniz çevrəsində düşünərək addım atın sonra qərar verin.

nurane 2016-07-27

Salam hekim menim basim dehşet agriyir ne yata bilirem ne düzgün qidalana bilirem tel xestesi olmusam teli araliya yox düz yatanda bele yastigimin altina qoyuram her sey mene tesir edir her şeye eseblesirem

Cavab:

Salam Nuranə xanım. Mütləq şəkildə dəstək almağınız lazımdır. Zəhmət olmasa bizimlə əlaqə saxlayın 0552572700, 0124803629

Sona 2016-07-27

Doktor salam. Menim ovladim bu il 2 ci qrupa imtahan verdi ve kesildi. Sizin yaniniza getirmek isteyirem. Isterikadadir. Mene komek edin

Cavab:

Salam Sona xanım. Buyurun əlaqə saxlayın sizə gün təyin ediləcəkdir. 0552572700, 0124803629

Hecer 2016-07-27

Salam Elnur bey. Menim 3 illik munasibetim var idi. onu refiqe saydigim biri ile el ele gordum. Ozume gele bilmirem. Olmek isteyirem. Zamanin dayanmasini isteyirem. o epizodu yaddasimdan silmek isteyirem. Men ne edim?

Cavab:

Salam Həcər xanım. Başqa biri ilə görsəydiniz daha azmı üzülərdiniz? Odur ki, onun rəfiqəniz olduğunu özünüzə xatırlatmayın. Bunun ayrı bir yükü olur. Bu qədər qəlizləşdirməyək. Ondan əlavə yaranan bu özünə zərər vermək kimi fikirlər üçün bir az toparlanmağınız şərtdir. Hər qarşınıza çıxanla bu barədə danışıb bir az daha özünüzü üzməyin. Ən doğrusu isə psixoloq dəstəyidir. Daha sağlam və gümrah ola bilməyiniz üçün bu lazımlıdır.

Kamal 2016-07-27

Elnur bey,bir daha salam.Yazdiqlarinizdan sonra xeyli rahatlasdim bir cumleniz bele heyatima yon vere bilir.Amma bu qeyri ixtiyari qorxu mene ezab vermeye davam edir.Men ayri seyler dusunmek istedikce bu qorxu ona icaze vermir.Men bu qorxunun kecmesi ucun ne ede bilerem?.Oz ayaqlarimin ustunde diyana bilecek yasda olsaydim mutleq terapiyaya gelerdim 3 heftedirki bu menasiz fikirler beynimden cixmir ayri hec bir is gore bilmirem.Xais edirem komek edin

Cavab:

Salam Kamal bəy. Qeyri-ixtiyari qorxu sadəcə vərdiş ola bilər belə halda. Çalışın özünüzə izahatlar verərək bunu da aşın. Məsələn qorxmaq üçün heç bir səbəb olmadığını və s.

Kamal 2016-07-26

Salam.15 yasim var oglanam.Menim dunyada en cox qorxdugum sey homoseksual olmaqdi.Deyesen artiq bu psixoloji probleme cevrilib.2 heftedir di heyat mene hebsxana olub.Butun gunum internetden bu barede meqale oxumaqla kecir ve artiq her oglan sifeti gorende (hetta guzgude ozumu bele gorende)cox qorxmaga,bogazim qurumaga(her bir kicik problemde bogazim qurumaga,fikir elemeye baslayiram deyilene gore bu yaslarda bele seyler olur ve sonra kecir),evvelki normal kecirdiyim gunlerim ucun aglamaga baslayiram.Bir defe siz bir saytda yazmisdiz: Bir qisim cavanlarımızda isə homoseksuallıqla bağlı qeyri-ixtiyari fikirlər var. Əslində, onlar homoseksual olmaqdan qorxurlar. Zaman gecdikcə onlar şüuraltı olaraq bu sahəyə meyil edirlər. Çox vaxt həmin insanlar eynicinsli ilə münasibətdən çəkinirlər”.-Bu meqaleden sonra daha da cox qormaga basladim men zamanla dogurdan da bele ola bileceyime.Birde homoseksualliga getirib cixaran sebeblerden atanin olmamasi(2 ildir atam turkiyededir amma her gun elaqe saxlayiram) ozunu cemiyyetden ferqli hissetmek(bu mende 1-2 ildir ki yaranib komputer sahesine olan istedadima,kitab oxuduguma,dostlarima az unsiyyetde olduguma gore)ve yalniz menim kimi istedadli insanlarla unsiyyet qurmaga calismaq-bunun da neticesi pis olacagi yazilmisdi.Bezi saytlarda ise yeniyetme yaslarinda homoseksualliq ola bileceyi ve bunun heteroseksualliga kecis dovru oldugu yazilmisdi.Gorduyunuz kimi internetde cox melumat var ve bunlar menim beynimi daha da bulandirir. Sizden xahisim ele insan olmamaq ucun ne etmek lazim oldugunu meni yonlendirin. Eslinde men sizinle ferdi sohbet etmek isteyerdim amma qetiyyen ailem bundan xeberdar olmamalidi.Amma siz mene ferdi sohbete 5 deq vaxt ayirsaz cox xosbext olardim.Hec olmazsa internetden uzerinden sohbet edek hansi psixoloqa yaziram terapiyaya cagirir,meseleni basa dusdukde ise bloka atir.Sebirsizlikle sizden meslehet ve internetde basimi daha da qarisdiran,dogrulugu subhe altinda olan melumatlar yox,bu belanin yaranma sebebleri ve yaranmamasi ucun neler etmek lazim oldugu ve s. barede melumat gozleyirem onceden tesekkurler.

Cavab:

Salam Kamal bəy. Qorxmağınız üçün heç bir əsas yoxdur. Əgər belə bir seçim etmək istəmirsinizsə, o zaman izin verin maraqlarınız, fantaziyalarınız normal yöndə inkişaf etsin. Başınızı bu kimi qorxularla doldurmayın. Yoluxucu bir şey də deyil ki, sizi anidən tutmağından qorxasınız. Ürəkli olub bu barədə az araşdırma edin. Məsələn gözəl yayın dadını çıxarın.

tunzale 2016-07-25

Salam menim 20 yasim var iki ildiki sevgilim var ve men onu cox sevirem öz canimdan belkede cox ama mene deyirki cox sixirsan çuruycusen biraz müddet verey sene vaxti gelende yazacak mende bele bir şeyi qebul elemediyimi dedim özüne evvel cox darixardi uzaqda olur o 5 aydan bir gorurem ama indi deyir bir muddetden sora men sene yazacam meni bloka atir dalaşanda cox pis oluram deyir biraz normal insan ol neyniye bilmerem mene komey edin xais edirem men sevgili mi sixmaq istemirem nece biri olsam daha yaxsi olar

Cavab:

Salam Tünzalə xanım. Onu izləməkdən, axtarmaqdan vaz keçin. Böyük ehtimalla hər addımı hətta sosial şəbəkədə etdiyi bəyənmələri belə izləyirsiniz. Buna ehtiyac yoxdur və gərəksizdir. Çalışın özünüzə edəcək nələrsə tapın. Bir az özünüzə aid maraqlarınız olsun. Əgər gün ərzində 10 dəfə zəng edirsinizsə, bunu gedərək azaldın. 

tunzale 2016-07-25

İnsAllah her şey dediyiniz kimi olar cox sagolun mene vaxt ayirdiginiz ucun minnetdaram ve size söz veriremki dediylerinizden cixmiyacam faydasin goreceyime inaniram her şey yoluna girenden sora yene öz tesekkurumu bildirecem size

Cavab:

Buyurun siz sağ olun.

tunzale 2016-07-25

Düz deyirsiz men cox qisqancam onun her addimin izleyirem hetta whatsppda 5 deyqe qalsin ozume hakim ola bilmerem tez deyirem kiminle danisirsan niye mene vaxt ayirmirsan o mennen uzaqda qalir biz kecenil ayrildiq sora özü barisdiki men sensiz yasiya bilmirem inside gözüm qorxub onu itirmemek üçün izliyirem

Cavab:

Daha əvvəl ağlınıza ayrılmağı gətirmədiyinizdə də ayrıldınız, indi ağlınıza bunu gətirmək və qorxmaq yenə sizi bundan qorumayacaq. Yaxşısı budur ki, qorxmayın və özünüzlə maraqlanın. Ən yaxşısı isə izləməməklə başlamaqdır.

Seyare 2016-07-25

Salam doktor.Menim yeni uşagim olub. Özümü çox pis hiss edirəm. Uşağimi qucağıma ala bilmirəm. Hər kəsdən uzaq qaçıram. Nə edim bilmirəm. Mənə kömək edin zəhmət olmasa.

Cavab:

Salam Səyarə xanım. Daha dəqiq diaqnoz üçün yaxşı olardı ki, psixoloq dəstəyi alasınız. Adaptasiyada çətinlik çəkirsiniz.

Elgün 2016-07-25

Salam Elnur bey. Məni narahat edən mövzular var. 1 ildir evliyəm. Uşağımız olmur. Həkimlər psixoloji olduğunu deyirlər. Sizcə bu mümkündürmü?

Cavab:

Salam Elgün bəy. Bəli, mümkündür. Tez bir zamanda müraciət edin lazımı yardımı göstərərik.

S 2016-07-25

Salam hekim sualimi cavablandirdiginiz ucun cox sag olun.Duzun deyim ki istemirem ki kimse bilsin vaginizmle bagli sorunumu ve buna gore psixoloq ginekoloq yani hekime getmirem anonimlik isteyirem. Qeydiytata dusende ne sebebe psixoloq qebuluna dusmek istediyimi ve ya ad soyadimi sorusarlar deye hekime getmirem cunki utanoram.Bir ginekoloqdan sorusmusdum online demisdiki mualice ucun hokmen aileli olmaq lazimdi. Men ise subayam ve isterdim ki aile qurmazdan once mualice olunum cunki istemirem kimse mene gore bedbext olsun((( Ginekoloqa ehtiyac yoxdu deqiq? Herdej fikirlesrm ki aile qurmayim vaginizme gore hamiya yox deyirem.Utaniram bunu hec kime deye bilmirem.Agilli qiz sindromu yani vaginizme gore cox pis oluram cooox qorxuram siz elmi cehetden bilirsiniz bunu ve anlayirsiniz.Herden isteyrm ki aile qurmayim vaginizme gore.

Cavab:

Salam xanım. Əvvəla müraciət səbəbinizi psixoloqunuzdan başqa kiməsə deməli deyilsiniz. Buna məcburiyyət yoxdur. Bu sadəcə sizinlə psixoloqunuz arasında qalacaq. buna görə də rahatlıqla digər pasiyentlərimiz kimi adınızı qeyd edərək seansa keçə bilərsiniz. Anonimlik tam qorunur.

Fira 2016-07-25

Salam

Cavab:

Salam Buyurun.

S 2016-07-24

Salam Elnur hekim.Evvelceden bu movzu haqda sizle danisacagim ucun uzr isteyirem.Sadece qadin psixoloqu tanidigim yoxdu ve size inaniram savadlisiniz. Vaginizmden eziyyet ceken bir qiza aile qurmazdan once subay vaxti mualice etmek olar? Vaginizmin mualicesi nece aparilir ? Insan oz ozunu mualice ede bilermi? Mualice nece aparilir? Psixoloq ve ginekoloq komeyi ile? Evvelceden tesekkur edirem.

Cavab:

Salam, öncəliklə onu qeyd edim ki, burada çəkiniləcək heç bir şey yoxdur. Vaginizm psixoloq tərəfindən bərpası mümkün narahatlıqlardan biridir. Sadəcə psixoloq dəstəyi almağınız kifayətdir. Bizimlə əlaqə saxlayın sizə lazımı köməkliyi edəcəyik, qadın psixoloquna yönləndirə də bilərik. 0552572700, 0124803629

Nazim 2016-07-21

Salam doktor. Hər zaman sizi izləyirəm. Sizi çox bəyənirəm.Mən sizin yaninizda 2 il bundan once olmusam. Siz mənim ailəmi qoruyub saxlamaqda yardimci olmusuz. Bakida deyiləm 1 həftəyə gəlib yaniniza gələcəm. Hörmətlə Nazim

Cavab:

Salam Nazim bəy. Əgər biz nədəsə kömək edə bilmişiksə, bunu bir az da siz istəmisiz deməkdir. Bərabər bacarmışıq deyə bilərik. Hörmətiniz üçün təşəkkür edirəm. Görüşmək ümidilə.

Gulcin 2016-07-21

Salam,menim 18 yawim var. sevgilimle 5 ildi sevirik bir birimizi. Amma o mene cox xeyanet edir. Evveller tutanda dalawirdim mene deyirdiki day qutardi olar bow weydi esas sensen bariwirdiq. Mende onu Cox sevirem deye her seferinde bagiwlayirdim. Indi ise sosyal webekede qizla niwanli yazib. Deyirem onu sil o qizdan uzaq dur mene deyirki ora real deyil o bow weydi vaxtimi kecirdirem esas sensen. Anasi ile de elaqem var,bacilari ile de daniwiram. Duzdu onun sevgisinden eminem. Bilirem meni sevir. Amma mene xeyanet etmesini hec goture bilmirem. Gunum aglamaqla kecir. Anam deyirki bu indiden beledise gelecekde lap pis olacaq ayril. Amma men ondan ayri dura bilmirem. Nefesim gedir cox pis oluram. Amma onun meni aldatmagina da doze bilmirem. Ozde soz deyende meni gunahkar cixardir deyirki uwaqsan niye bawa duwmursenki o qiz bow weydi esas sensen seni sevirem bele sozler deyir. Nolar mene komek edin men ne etmeliyem?

Cavab:

Salam Gülçin xanım, siz reaksiya verirsiniz ancaq sonradan qəbullanıbmış kimi barışırsınız. Belə çıxır ki, onun sizə xəyanət etməməsi üçün heç bir qorxusu yoxdur. Onsuz da barışıb oturursunuz. Əgər dalaşıb heç nə həll etmədən "Əsas sənsən" sözü kifayətlənəkdinizsə, heç əvvəldən dalaşmamalı idiniz. Çünki bu qəbullanmaq onu arxayın edir və təbii ki, bu vəziyyət hər zaman davam edəcək. Bu günə kimi heç etmədiyiniz bir şeyi etməyi sınayın. Məsələn, dalaşmaq yerinə görməzdən gəlməyi və daha çox özünüzə zaman ayırmağı. Bir az həyatı özünüz üçün yaşayın. Davamlı onu izləmək sizi nədənsə qorumadığı kimi nəyinsə də qarşısını almayacaq.

Elnurə 2016-07-21

Salam Elnur bəy. Övladim 8 ci sinifə kecir. Qiymətləri zəifdir. Mən onu düzgün istiqamətləndirə bilmirəm. Çox ərköyündür. Oxumağa heç həvəsi yoxdur. Mənə məsləhət verin

Cavab:

Salam Elnurə xanım. Allah saxlasın. Əgər uşaq dərsdən yayınırsa, deməli, onun üçün daha maraqlı nələrsə var yaxud o daha maraqlı nələrsə axtarışındadır. Siz ona bu axtarışda əvvəlcə kömək edin. Etmək istədiyi bir məşğuliyyətə yiyələndirin, hansı ki, o orda özünü rahat və əmin hiss etsin. Ondan sonra üzərinə düşən məsuliyyət hissini hiss edəcəkdir. Əgər uşaq ürəyincə olan nəsə tapa bilmirsə, dərsə heç vaxt yönələ bilməz.

Alina 2016-07-21

Salam menm sevgilim menimle ayrilib cunki ona yalan danwmiwam men evvelki sevgilimle aramda olanlara gore o menle ayrilib amma men onunla bariwmaq isdeyirem xaiw edirem mene komek edin...

Cavab:

Salam Alina xanım. Sadəcə zaman verin, ondan sonra özünüzü ifadə etməyə çalışın. Məsələn, nəyə görə yalan dediyinizi. Ancaq əsla yalanınıza həqiqət qazandırmağa çalışmayın.

Naile 2016-07-21

Salam.men yoldasimi itirenden sonra depresiya yasadim.bir qizim var.indide heyat terzim meni cox sixir .her gun ozumu oldurmeyi duwunurem.cox qorxuram ozume nese edim uwaqim eziyet cekecek.amma eseb gelende gozume hecne gorunmur.ne edim bilmirem?komek edin xaiw edirem

Cavab:

Salam Nailə xanım. Başınız sağ olsun. Postravmatik stress yaşayırsınız. Həyat tərziniz necədir burası aydın deyil, ancaq həyat tərzi dedikdə yaxşı olardı ki, övladınızın gələcək həyatını nəzərdə tutasınız. Yəni hazırda sizin necə olduğunuz deyil də, onun necə olduğu onun üçün nələri dəyişə biləcəyinizi düşünün. Bu dolayı yolla sizin də həyatınızı dəyişmiş olacaq. Daha sonra isə psixoloq dəstəyi almağınızı məsləhət edirəm.

Samira 2016-07-19

Salam Biraz Sualim Gulemli Seslene biler .Bir qadini refiqeni dosdu yormadan nece yaninda olub ona cox isdediyimi hiss eletire bilerem.Hesas insandi ozune qapanig insandi .Nece davranacagimi bilmirem komeylik edin (((

Cavab:

Salam Samirə xanım. Bir insanı axtarmağınız niyə yorsun? Əgər çox axtarırsınızsa, o da bundan narahatdırsa, azaltmağa çalışın.

kemale 2016-07-18

Salam Elnur bey. Yoldasim cox spirtli icki icir,her axsam.hecneden sozsohbet salir,dava edir. Cox eseb kecirirem.nece uzaxlasdirmax olar ickiden.? Bu hereketinin sebebi ne ola biler? Ne meslehet gorerdiz.ne edim? Bezmiwem hergun eseblesmekden.6

Cavab:

Salam Kəmalə xanım. İçki içməyə nə zaman və nədən sonra başladığı önəmlidir. Bunu tərgitmək isə sadəcə onun istəyi ilə ola bilər. Siz sadəcə yönləndirə bilərsiniz. Məsələn, öncədən planlar edin, əgər gündüzdən sonra axşama doğru içkili olursa, səhər tezdəndən plan qurun axşam yerə gedərik deyə bilərsiniz. Məsələn onun qohumlarından birinə qonaq getməyi təklif edin. Razılaşıb evdən çıxıb axşam yenidən içkili gəlib planı unuda bilər səbrli olun və bir kəlimə belə etməyin, onsuz da o an onu anlamayacaq. Səhər yenidən həmin planı təklif edin. Sanki daha əvvəl heç deməmişsiniz o heç unutmayıbmış kimi. Bir gün mütləq fərqinə varacaqdır.

Fereh 2016-07-18

Salam Elnur bey toy erefesinde chox gerginlikler kecirmisem biraz da agir shok yasadim derman vasitesile sakitlesdirilmisdim.indi de arada darixanda hirslenende ele bilirem yene halim pislesecek . fobiya kimi olur. bir de dunyaya baxis terzim yaxsi deyil evveller shen her seyden zovg almagi bacarirdim.indi elimdekilerin deyeri yuksekdir ancaq ele bil bu heyati zovg alib yasaya bilmirem.ancaq gunumu sonlandirinb yatmag isteyirem.ne meslehet gorursunuz?

Cavab:

Salam Fərəh xanım, dərman vasitələri ilə sakitləşdirilməyiniz sadəcə sizi o an üçün rahatladıb, ancaq yaşadığınız şok vəziyyəti psixoloji olaraq yaddaşınıza hopub, əgər daha əvvəl psixoloq dəstəyi almamısınızsa, tez bir zamanda dəstək almağınızı məsləhət edərdim.

Aida 2016-07-18

Salam, men 1 defe de yazmisdim, sualimi gormedim burda, insan asiq oldugunu ve ya sevdiyini nece anlayar? nisanlim meni cox sevir heddinden artiq, ureyini istesem cixardib verer, men de onu cox isteyirem, onunla vaxt kecirmek mene xosdur, onun yaninda olanda qeti darixmiram, ama ele bil asiq deyilem ona, vurulmamisam, sadece onun meni sevdiyine vurulmusam vesselam, evlilik ucun ideal adamdir o, ama vurulmamagim meni narahat edir, belke de usaqliq edirem bilmirem, fikrim qalib mekteb illerinde, ama onu gorende hec bir heyecan hiss etmirem, sadece cox isteyirem onu, vesselam

Cavab:

Salam Aidə xanım. Sadəcə hər şeyin bu qədər yolunda olması sizə bu kimi xırdalıqları qabartmağa sövq edir. Bir anlıq o sizdən soyusa bunlar heç baş verməz hətta əksi olacaq və bu sualı özünüzdə yaratdığınızı unudub onun sizdən soyuma səbəbini araşdıracaqdınız. İrəli doğru baxın, xırdalıqlara varmayın. Arxayınlıq hissi sizi uzaq salmasın.

Zehra 2016-07-18

Salam Elnur muellim. Daha evvelde size yazmiwdim 19 yawim var eseblerim yerinde deyil. Hekime muraciet etdim exo kardioqrafiya ve qan analizi vermeyimi meslehet gordu. Analizleri verdim InwaAllah sabah hekime gedecem. Amma ureyimi yoxladilar dedilerki ciddi bir problem yoxdu. Amma mende agrilar ve urek doyuntuleri cox olur yeni cox suretle doyunur. sol qolum ve sol ayagim keylewir. Bawa duwe bilmirem nervle elaqelidi yoxsa urekle. hardasa 2 hefte olarki ellerimi iwlede bilmirem xususende suya deyende elim cox pis oluram ozume gele bilmirem. Herden gece uwaq sesi ewidirem heyacanla ayiliram ureyim agzima gelir. Yaddawim zeyifliyir adi metbexe cay suzmek ucun gedirem qaliram ora bura baxiram yadimdan cixirki bura niye gelmiwem, namaz qiliram sozleri unuduram. Xaiw edirem mene bir meslehet veresiz men bir psixoloq ve ya nevroloqa muraciet etmeliyem yoxsa bu analize hekim ne dese onu edim? ne edeceyimi bilmirem cox uzun yazdim uzr isteyirem.

Cavab:

Salam Zəhra xanım. Sadaladığınız vəziyyətlərin çoxu demək olar hamısı psixolojidir. Müalicənizlə yanaşı psixoloq qəbulu və dəstəyi şərtdir. Uşaq səsləri böyük ehtimalla travmalarınızdır, həm də həyəcan pozuntusu yaşayırsınız.

Zehra 2016-07-18

Cox sag olun Elnur muellim suallarimi cavabsiz qoymursuz minnetdaram size. Allah sizi qorusun :)

Cavab:

Siz sağ olun Zəhra xanım. Minnətdaram.

Ozu 2016-07-17

Salam. En yaxin refiqem var duzdu 30 yawi var yeterince agili insandi.Sadece geleceyi ucun hecde duzgun olmayan bir wey etdi.menim size sualim mende her kes kimi qiniyim oturum yoxsa yaninda olmaga caliwim.Yaninda olanda sual verendede cox yorulur.Neyniyimko yormadan yaninda olum???(cox onemli insandi xaiw edrem komeylik edin

Cavab:

Salam. Sizə ancaq bu kəliməni deyə bilərəm: " Dost acı söyləyən deyildir, dost acını şirin söyləyəndir."

ayan 2016-07-16

6 gundu zang etmir nisanim menim meni bloka atib ama ona cox zeng edrem zinqa zinq ne edim barsin zen vursun seviurem onu oda meni

Cavab:

Salam Ayan xanım. Bir az qəliz qeyd etmisiniz vəziyyəti, ancaq anladığım qədərilə bir az çox üstünə getdiyinizdən nişanlınız sizinlə münasibətə ara verib. Çalışın özünüz də qeyd etmisiniz, onu çox axtarmayın. Bir az kobud çıxır ancaq gerçək budur ki, onun sizdən başqa bir həyatı var, dostları, maraqları var. Əgər siz onu bu gün çox sıxsanız evlilik onu qorxudacaq.

elnare 2016-07-16

salam men sevgilimle tez tez dalasiram onu cox qisqaniram nece ede bilerem cox dalasmiyaq?xaiş komek edin çox sağolun

Cavab:

Salam Elnarə xanım. Qısqanclıqda böyük ehtimalla itirmək qorxusu vardır. Bu qədər itirməkdən qorxmayın, çünki qorxaraq etdiyiniz hər şey qarşınızdakını sıxmağa başlayır və zatən itirmiş olursunuz. Sadəcə bir az özünüzə zaman ayırmalısınız. Məsələn bütün günü onu axtarmaq yaxud ondan zəng gözləmək yerinə özünüzə zaman ayırın.

Fidan Əzizli 2016-07-15

Salam,Elnur bəy.Necəsiz?Sizin hal-hazırda çalışdığınız yerin ünvanını deyə bilərsiz? Bir də psixoloji travmanı tərk etmək üçün nəsə köməklik edilə bilərmi yaxınlar tərəfindən yoxsa xarakter güclülüyündən asılıdır?

Cavab:

Salam Fidan xanım. Bakı şəhəri Həsən Əliyev küç.4\189, Falez Plaza 3-cü mərtəbə. Tel: 0552572700, 0124803629. Əgər ortada psixoloji hətta travma varsa, bunu birbaşa psixoloqla bərpa etmək lazımdır. Burada həm psixoloqunuzun, həm sizin rolunuz böyükdür. Bərabər çalışsanız, nəticə daha yaxşı olacaqdır.

Fidan Əzizli 2016-07-15

Mobil telefon sizin şəxsi nömrənizdir?

Cavab:

Xeyr, mərkəzlə əlaqə saxlayın sizə gün və saat təyin ediləcəkdir.

Günel 2016-07-15

Salam. Məndə son vaxtlar hər şeyə küskün, soyuq hislər yaranib. hec nəyə səbrim catmir. hətta yemək yeməyə belə. ancaq tək qalıb fikirləşmək, olduğum yerdən cox uzaqlaşmaq,hətta intihar həddinə catmaq kimi oluram. Son iki gündürki yatanda gözümün qabağına gündəlik olacaq şeylər animasiya, gah insanları kiçik nöqtələr, gah da cox iri şəkildə gəlir. Başımın içindədə elə bil nəsə var oda mən hara dönürəmsə mənimlə gedir.Xahiş edirəm mənə kömək edəsiniz.

Cavab:

Salam Günel xanım. Siz hallüsinasiyalar görürsünüz. Qısa müddətdə təcili olaraq psixoloqa müraciət etməlisiniz. Vəziyyət özünü psixozla əvəz edə bilər.

Nazeykə 2016-07-14

Salam. Mən bir insanla artıq 2 ildir ki,sevgiliyik. Amma o evlidi.O mənə təklif edəndə onun ailəli oldugun dedim. Dediki mən onsuzda ayrılacam. Maraqlandım dogurdanda elə oldugu dəqiqdir. Amma son vaxtlar hec ona inanmiram. nəsə ancaq pis şeylər, özümə qapanma, nifrət yaranib məndə hər şeyə. Mən bu vəziyyətdən necə cixa bilərəm.

Cavab:

Salam Nazeykə xanım. Belə münasibətlər qurmamağa çalışın. Əgər bir insanın sizinlə münasibət qurmaq fikri varsa, əvvəlcə buna mane olan səbəbləri aradan qaldırar sonra bir şey təklif edər. Təklif etdikdən sonra ayrılacam kimi xəyallardan danışmaq mənasızdır. Yenə də seçim sizindir. ÖzünəqapanmaI, nifrətə səbəb isə bir anlıq bu günə kimi sizə xoş təsir bağışlayan bu münasibətin boş çıxması ola bilər. Sadəcə bütün həvəsinizi bunun üzərində qurmusunuz və indi isə boşluq yaranıb. Çalışın bu münasibətdən əvvəlki həyatınızı xatırlayın və oradan davam edin. Yeniliklər edin.

Aygun 2016-07-13

salam men daha evvel sizin merkezinizde olmusam. mene cox komeyiniz deyib. buna gore size tesekkur edirem. indi heyatimda cox sey yoluna girib tez-tez size dua edirem. yaxsi ki bele xidmetleriniz var. men sizin kurslariniza qatila bilerem?

Cavab:

Salam Aygün xanım. Biz təşəkkür edirik, nə xoşdur bunu eşitmək, bilmək. Əlbəttə qatıla bilərsiniz. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın sizi qeydiyyata alsınlar. 

Lale 2016-07-13

Biz yoldasimla 3 ildir ayrilmisiq, ayri yasayiriq bosanmisiq, amma tez tez gorusuruk ve danisiriq. Bir araya gelmek istedik o valdieyinleri razi olmadi ve qorxur onlardan. Bele veziyyetde ayrilmagimizi daha dogru qerar olar? cunki hec cur cixis yolu tapmaq istemir

Cavab:

Salam Lalə xanım. Əgər sizinlə yenidən münasibət istəyirsə, özü bunları aşmalıdır. Siz onu məcbur etməyin. Zaman verin özü düşünsün ki, bir yol tapmalıdır. Belə həm sizinlə ünsiyyətə davam edir, həm də yol düşünmür. Çox gözləntiniz olmasın. Ona sadəcə bir dəfə istiqamət verə bilərsiniz, daha sonra isə kənara çəkilib onun hərəkət etməyini gözləyin. O zaman biləcəksiniz davam etmək lazımdır yoxsa yox.

Lale 2016-07-12

Salam doktor. Menim psixoloji problemlerim var hansiki burda yaza bilmerem. Sinizle nece goruse bilerem?

Cavab:

Salam, Lalə xanım. Zəhmət olmasa bizimlə əlaqə saxlayın, lazımı yardımı göstərəcəyik. 0552572700, 0124803629

leman 2016-07-12

Salam Elnur muellim men abituriyentem imtahanima az qalib indiden seanslara qatilmagin bir faydasi olacaq???

Cavab:

Salam Ləman xanım. İmtahan baş tutmayanadək heç nə üçün gec deyil. Əgər qatılmaq kimi fikriniz varsa, başlamaq üçün zaman itirməyin.

Natavan 2016-07-12

Elnur bəy salam. Men 2 il evvəl sizin qəbulunuzda olmuşdum. Bu gün caspian plazaya getdim, sizin ünvanınızın dəyişdiyini dedilər. Yenidən yazılmaq istəyirəm qəbulunuza.

Cavab:

Salam Natavan xanım. Artıq yeni ünvandayıq. Həsən Əliyev küç.4\189, Falez Plaza 3-cü mərtəbə. Tibb Universitetinin yaxınlığında. 0552572700 nömrəsi ilə əlaqə saxlayın sizə yeni ünvanı daha dəqiq izah edəcəklər. Müraciətiniz üçün təşəkkür edirəm.

raul 2016-07-10

salam. men 2 xanimnan 2-3 ildi munasibetim var ilk once vaxt kecirmek ucun daniwidim sonrada gordum ki bu xanimlar vaxt keciresi xanim deyil her ikisinide aldatdim bele desek ve her 2sinede baglanmiwam ayrilib her hansisa birini gozu yasli qoymaq istemirem nece ede bilerem mene yol bir deyerli fikileriviznen komeklik gosterin .. oqeder cehd elemiwem 2sinende ayrilmagi ozum bir kenara onlar cox pis olub inanmiramki da budefe bunu qaldira bilsin evlenmek isteyirem iw orasinda men tek onlar 2 nece edim

Cavab:

Salam Raul müəllim. Bağlılıq sadəcə bu günümüzə aiddir və biz qopmadıqca sabahımıza yoluxur. Yəni əslində o qədər də dərin bir şey deyil. Sadəcə yoluxduğu üçün davam edir. Əslində isə davam etməsi üçün əsas bir səbəbi yoxdur. Əvvəlcə özünüz qopmağa alışmalısınız ki, bunu həyata keçirə biləsiniz. Yoxsa əlaqəni kəsin, sonra yenə nəsə yaransın yenidən əlaqə saxlayın bu doğru olmaq, qarşınızdakını ən çox bu incidər.

lale 2016-07-09

salam elnur bey.meslehetinize ehtiyacim var.4 aydi aileliyem.aile qurannan sora yoldasimin rus qadinnan 8 yasinda uwagi oldugunu oyrendim.duzdu qadinnan ayridi ama uwaginin yanina gedib gelir.bu durum mene bezen eseb verir.xaricde yawiyirix.bu veziyeti bilennen cox eseb stres kecirdirem.yoldasimin mene qarwi munasibeti yaxwidi sadece bu veziyete gore yalniz men dava yaradiram.ozumle bacara bilmirem.bezen uwaginin yanina getmesicun ozum tekid eliyrem bezende niye getdin deye dava yaradiram.ne edeceyimi bilmirem.xahiw edirem komey edin bele halda men neynemeliyem?nece reftar etmeliyem?uje eseb xestesi olmuwam.

Cavab:

Salam Lalə xanım. Doğrudur, bəlkə də qəbuledilməz haldır, ancaq əgər bizə pis davranmırlarsa, o zaman problem nədir? Elə bilməyin əgər bizə yaxşı davranırlarsa hər şeyi qəbullanıb susub oturmaq lazımdır. Xeyr, sadəcə dava yaradaraq həll olan bir məsələdirmi sizcə bunu düşünün. Dava salaraq birdən normal gedən münasibətinizi korlayarsınız onda necə? Zamanı geri döndərmək mümkün olacaqmı? Öz ailənizlə, ailə olmaqla maraqlanın. Qalan şeylər dünənə kimi sizin xəbəriniz olmadan da vardı və heç bir təsiri yox idi münasibətinizə. Bu gün də olmasın.

G 2016-07-09

Elnur hekim, sualimi cavablandirdiginiz ucun coooox sag olun. Tesekkur edirem. Bir sualim da var.Antidepresant dermanlarin beyne ziyani yoxdu ki ? Psixiatr yazsa tutaq ki, ziyani yoxduki o dermanlarin ?

Cavab:

Bir daha salam. Xeyr. Doğru müalicə aldığınızdan əmin olun.

Ruzanna 2016-07-08

Salam doktor. Mənim 25 yaşım var. Evlilik vaxtım gəldiyimi düşünürəm. Amma özümü hazır hiss etmirəm. 2 oğlan var, seçim qarşısında qalmışam. hansının doğru qərar olduğunu bilmirəm. Mənə seçimimi düzgün seçmək üçün, hansısa bir üsul deyə bilərsiz?

Cavab:

Salam Ruzanna xanım. Əvvəla yaşınızı düşünərək özünüzü evliliyə tələsdirməməyi məsləhət edirəm. Bəlkə o zaman daha rahat seçim etmiş olarsınız.

Sevinc 2016-07-07

Xoşdu Elnur müəllim. Bayramınızda mübarək olsun. Həyatda problemi, sıxıntısı,çətinliyi olmayan şəxs yoxdur zaman intervalıda bununla dönür... siz zamanın axınını sabitləşdirisiniz və öz zaman axınınızı da sabitləşdirməyi bir-birindən rengarəng saatlar, deqiqələr, saniyələr keçırməyi sizə arzu edirəm. Allah sizi sevdiklərinizi qorusun. Mənədə sizin X-Lady əsərinizi şəxsi imzanız ilə qismət etsin başqa bir şey istemem artq....

Cavab:

Bizi izləməyə davam edin, kitabın 3-cü nəşri olduğu zaman müraciət edin mütləq imzalı kitabdan sizə də hədiyyə edərik.

Günay 2016-07-07

Salam doktor. Mənim uşağımın 17 yaşı var. amma mənnən yola gedə bilmir. Bütün günü hər yeri vurub sındırır. Nə edəcəyimi bilmirəm.

Cavab:

Salam Günay xanım. Buna çox şey səbəb ola bilər. Ən başlıca yeniyetməlik dövrü ilə əlaqədar valideynlə ünsiyyətin korlanması ola bilər. Balansın ən çox harada korlandığına diqqət edin. Daha sonra isə psixoloq dəstəyi almağınızda fayda var.

Elnur 2016-07-07

Elnur bəy salam. Mənim əllərim əsir, ayaqlarım tutulur əsəbləşən zaman. Bununla bağlı mənə kömək edə bilərsiz?

Cavab:

Salam Elnur bəy. Zəhmət olmasa 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın, yetəri yardımı sizə göstərəcəyik. Öncəliklə sizi diaqnostika etmək lazımdır.

Könül 2016-07-05

Salam. Mənim hekim eseblərim yerində deyil. Deyillər gedim sizin yanınıza. Siz dərman yazırsız?

Cavab:

Salam Könül xanım. Buyurun gəlin ehtiyac olarsa sizi yönləndirəcəyik.

G 2016-07-05

Salam hekim. Psixologiya ve konsultasiya merkezinde hem psixoloq hem de psixiatr yardimindan yani seanslarindan eyni vaxtda istifade etsem yani psixoji seanslarda qebulda olsam o zaman endirim olurmu ? Iki hekimin seanslarimda olsam ? Seanslar davamlo olanda endirim oldugunu bilirem sadece bilmek isteyirem ki iki hekimim seanslarindan eyni vaxtda yararlansam o zaman da endirim olarmi ?

Cavab:

Salam. Psixiatrla görüş yalnız bir dəfə olur təkrarən bir ay sonra yenidən görüş olur. Psixoloq qəbulu seanları davamlı olduğu üçün endirimlərimiz mümkündür.

Sevinc 2016-07-05

Salam Elnur müellim necəsiniz? Mənim sizə qarşı hədsiz simpatiyam var meqalələrinizi oxuyuram ,intervyularinizi dinleyirem sosial şəbəkələrdə sizi izləyirəm. Sizin kimi işinin peşakarı olan insanlari Allah həmişə var eləsin insanlara ən böyük köməyi edirsiniz-"mənəvi kömək" siz insanların sönmüş ümidlərinin çırağısınız... Sizə nə qədər vaxt idiki yazmaq istəyirdim bu günə qismətmiş.Gecdə olsa ad gününüzü də təbrik edirəm istədiyiniz həyatı yaşamağı və yüksək zirvələrdə olmağı sizə arzu edirem.Mənimdə bir arzum var sizin kimi peşəkar Psixoloq olmaq sizdən öyrənmək və yanınızda çalışmaq İNŞALLAH qismət olar. Allah sizi sevdiklərinizi həmişə var eləsin... Narınc xanıma da coxlu salamlar həmişə var olun.

Cavab:

Salam, Sevinc xanım. Xoş sözləriniz üçün təşəkkür edirik. Salam göndərən sağ olsun.

Lale 2016-07-05

Men neyse agir bir sey qaldiranda ele bil basima agirliq dusur bu neden ola biler?Hekime getmisem nevroz dedi.Ancaq axir vaxtlarda agir qaldiran bunu hiss edirem

Cavab:

Salam Lalə xanım. Nevroz diaqnozundan sonran bir tədbir gördünüzmü? Psixoloq dəstəyi həmin müalicə ilə yanaşı aparılmalıdır.

Sebine 2016-07-01

Salam.Hal hazrda 20 yawim var feysbukda oz oglan sinif yoldawimi axtardim tapdim evvel mekteb vaxti sevgili demey olarsa sevgili olmuwduq.Onan elave bir birin bawa duwen gozel dosd olmuwuq mende onu sevgili kimi yox hem dosd hem sinif yoldawim kimi daniwiram sadece o her kelmesinin axri eveli berke birde bir yeede olaq berke bu sefer bawqa olar ujey boyumuwuk alinar bele sozler deyr mende her defesinde bagla sohbeti yox deyfem.Bu qeder yoxdan sonra her defe o sozu deyr menimle onun elaqe saxlamasi six mesajlawmaq baglanmag prablemi yaradar onda yoxsa sohbetlerimize vaxt qoyag gec gec daniwag berke bu fiki beyninen cixar deye.Ne meslehet gorursuz????

Cavab:

Salam Səbinə xanım. Əgər ona görə bu qədər narahartsınızsa, o zaman ondan uzaq durun. Bu qədər müddət sonra niyə onu axtardığınızı aydınlaşdırmağa çalışın. Və özünüzə doğru cavablar verdiyinizdən əmin olun.

Vəfa 2016-07-01

Salam Doktor. Mən evliyəm boşanmaq istəyirəm. Yoldaşımla yola gedə bilmirik. Yoldaşım sizin yanınıza gətirmək istəyir məni. Məndə razılaşdım. Nə zaman gələ bilərik?

Cavab:

Salam Vəfa xanım. 0552572700, yaxud da 0124803629 nömrələri ilə əlaqə saxlayın uyğun bir vaxta sizi qeydə alsınlar. Müraciətiniz üçün təşəkkür edirəm.

Agca 2016-06-30

Salam.Hal hazrda 19 yawim var ve daha uwag vaxtlarindan oz prablemimi ozum hell etmiwem bele deyekde nazli qiz uwagi yerine.Kobud ireli duwunceli her weyi bilen biri insan olmuwam bele deyekde evel yeni yetme vaxti yawadigim sevgilerde cox yanilmiwam.Indi ise o haqda aile qurmag baresinde beynimde zerre qeder isdek yoxdu.Bunun yerine iwlemeyi usdun tuturam her soruwanada tezdir hele deyirem buda biraz meni qinag obyekti edir.Xalxin uwagi meselesi yenede.Bezen cox kimlese sohbet edende yawinan cox ireli duwunceli bezen mentiqli bezen duwundurucu daniwursan deyilir.Bu zaman icerisinde heyatimda yegane bir dosdum olub.O dosd ki gece gunduz her narahatciligimda yanimda olub.Ailemde meni ona qisqanir onla hell etdiyini bizle et deye.Ve men prablemlerimi ayleme daniwmagi qetiyen bacarmiram.Bacarsamda bawa duwulmurem.Sizden meslehet isdeyim odurki 19 yawda bu qeder ireliye donuw fikirler emeler bezen yawindan cox cox agili hereketler menim geleceyime ziyan vura biler? Heqiqetende Xalxin uwaginan meni geri saxlayacag emeler ve xasiyetlerdir bular? Yoxsa sadece yawadigim gunler.Yanildiglarim meni murekeblewdirir.Buna aydinlig vermenizi isdiyerdim.Tewekkur

Cavab:

Salam Ağca xanım. Xeyr əlbəttə niyə də ziyan vurmalıdır. Ümumiyyətlə haradan bu qənaətə gəldiniz. Ailənizlə münasibətiniz normaldır, sadəcə özünüzün dediyi kimi özünüz onlara qarşı yaxın ola bilmirsiniz. Heç kəs sizə tam dostlarınızla necəsinizsə, elə olun demir. Ancaq biri var heç paylaşmamaq, biri də var hər şeyi paylaşmamaq.

Gunay 2016-06-30

Nevrozyn mualicesi ucun hem psixoloq hem de nevroloqa ehtiyac olur ? Siz seanslarinizda derman yazrsiniz? Terapiyanizda suuraltina tesir etmek ucun aparatdan itifade edirsiniz ?

Cavab:

Salam Günay xanım. Psixoloq və psixiatr bu işdə bərabər sizə köməklik edərək nevrozdan sizi qurtara bilərlər

Nazim 2016-06-30

Salam hekim. Mənim yoldaşım çox qısqancdır. Hər kəsə qısqanır. Telefonumu yoxluyur,facebookumu. Bilmirəm artıq onunla nə edim. Bütün günü dava edirik. 3 il evli olmağımıza baxmayaraq,butun günü davadır. Qəbulunuza gətimək istəyirəm. Mənə kömək edin

Cavab:

Salam Nazim bəy. Əvvəlcə onun nə zamandan və əsası nədən sonra belə bir şey etdiyini araşdırmaq lazımdır. Bu ailədaxili baş verən nədənsə sonra da yarana bilər, ailədən kənarda baş verənlərdən sonra da. 0552572700 yaxud 0124803629 nömrələri ilə əlaqə saxlayın əlimizdən gələn köməkliyi sizə edəcəyik. Müraciətiniz üçün təşəkkür edirəmı.

Agca 2016-06-30

Bele daniwdiglarim olur ama problemlerimi ozum hel ede bileceyim qederini edirem sonra bele bir prablem vardi hel etdim deyirem.Daha evel daniwmaga caliwdim bu gunde caliwiram ozumnen balaca bacim var sirimi acdigim an o saat anama deyir ya bawqalarina.Anaya dediyim an ise eseblewen kimi menim sozlerimu mene qarwi iwledir.ve oz refiqeleriyle bir araya gelen kimi prablemlerimi daniwir bu baximdan onlara daniwmag isdemrem yeni ozumdede saxlamiram.Dediyim kimi menen 22 yaw boyuk refiqem dosdum var demey olarki ozumem ne daniwramsa aramizda.yol gorsedr agil verir seflerimi bawa salir yenu aileyele munasibet aile deyerlerim gozeldir mehriban ailem var ama sirdaw dosd problem hellini dosdumla hel edrem bu hereketim sefdie yoxsa nece?????

Cavab:

Ağça xanım şərt deyil kiminsə bilməsini istəmədiyiniz nələrisə paylaşmaq. Sadəcə zaman ayırın onlarla vaxt keçirin.

ayten dadawova 2016-06-29

salam 20 yawim var. men heyatda. bezmiwem artiq demek olarki her gun. eseb oluram. cox fikir cekirem.11 de oxuyan qardawim var meni eseb edir her gun. anama. yalandan sozler deyir qizin meni soydu. anamda ona inanir deyir sen. satawirsan o satawmaz. durdug yerde mene tehqir kimi sozler deyir. mende. anama deyende anlamir. onun terefini saxlayir. hamamda gedib sora aglayiram. ozumu oldurmey isdirem. qardawim gunahi ola ola anam meni vurur bu yawima gelib boyumuwem anam meni vurur sen dalawirsan. ozume qesd edmey isdirem ama yazigim gelir valdeyinlerime. anam qardawim terefini saxlayanda kusurem daniwdirmiram komek edin

Cavab:

Salam Aytən xanım. Vəziyyəti ananıza çatdırmaq yerinə yan buraxa bilərsiniz. Məsələn bu yaşa gəldiyinizi qeyd edirsiniz, ancaq hər ediləni anaya demək bu yaşa uyğun deyil. Ola bilər sizi əsəbləşdirən hərəkət etsin, ancaq siz buna reaksiya verdiyiniz müddətcə bu siqnal qardaşınızda itməyəcək, davamlı bunu edəcək. Çalışın yetkin şəxs kimi belə şeylərə çox fikir verməyin. Onu uşaq kimi görün.

çinare 2016-06-29

salam Elnur bey men 17 yaşımda aile qurmuşam 3 ildi,yoldaşımnan hecur yola gede bilmirem aramizda yaş ferqi boyuk (13il)oldugundan bir birimizi başa duşmuruk o qeder pisemki her gun agliyiram onan aile qurmaga ele peşmanam ki, iki övladimiz var mene bir meslehet verin axi men ne edim ailemle nece xoşbext yaşayim xaiş edirem evelceden sag olun.

Cavab:
Salam Çinarə xanım. Bu 3 ildə nəyin yaşandığına diqqət edin. Daha sonra onunla aranızda 13 il fərq olduğunu unudun. 13 il fərq olduğundan yola getmədiyinizə inandırmayın özünüzü. Biz valideynləri ilə aralarında 20 il fərq olan övladlarıq. Bəzən yola getmişik, bəzən yox. Ancaq hər zaman birlikdə olmuşuq.
Günay 2016-06-29

Salam hekim. menim psixoloji desteye ehtiyacim var aile daxili problemlere gore. qebulunuza nece yazila bilerem?

Cavab:

Salam Günay xanım. 0552572700 yaxud 0124803629 nömrələri ilə əlaqə saxlayın sizi qeydə alsınlar. Müraciətiniz üçün təşəkkür edirəm.

Naile 2016-06-29

Salam Elnur dr. Menim ailemle problemlerim var. hec yola gede bilmirem. dusunce terzlerimiz ferqlidi. Mene gore ailede qardas baciya el qaldirmamalidir ve ya ata qizina qarsi artiq soz iwletmemelidi..bir soznen dunya baxislarimiz ferqlidi. atam ise deirki sene biz nenirik men bacilarimi o qeder doymusemki. men basa sala bilmiremki biz daw dovrunde yasamiriq medeniyyetden kenar hereketlerdi bunlar. Hetda evden getmek istirem ama Azerbaycanda yasadigimiz ucun qinaq merkezi olacam bilirem bir sey ede bilmirem. =( ne edim sualin vermicem sadece men sehfem? bunu bilmek istirem.. valdeyinemle mubahise etmemeliyem bilirem ama 24 yasim var ve men artiq bir sexsiyyetem oz fikirlerim var ama evde bunu qebul etmirler.

Cavab:

Salam Nailə xanım. Bu əvvəldəndəmi belə idi? Siz uşaq olanda da bu hallar yaşanırdı? Sadəcə bir dəfə izah edin ki, bu hal sizi həyatda geri atır, öz hüququqlarını qorunmaqdan qorxan insan halına çevrilirsiniz, atanız həmişə yanınızda olmayacaq, qardaş da ailə həyatı quranda başı yoldaşına qarışacaq. Siz bu əzikliklə həyatınıza davam etməkdə çətinlik çəkəcəksiniz. Onsuz da onlara zid olan şeylər etmədiyinizi, arada sizə qadağalar etmək istədiklərində bunu şifahi dillə deməklərinin, onlara qarşı hörmətinizdən sözlərindən onsuz da çıxmayacağınızı bildirin. Döymək söymək olmadan da onların başını hər zaman uca tuta biləcəyinizi bildirin. Və bu zaman ərəfəsində öz üzərinizdə çalışın hədəflərinizi dəqiqləşdirib ona qarşı istiqamətlənin. Bunlarla güclənin.

Aygun 2016-06-29

salam menim 3ildi istedym oglan var qisqancdi hec cur task salmax olmur o dediyi olmalidi ancax indi burda deyil hec yere here bilmiyende evdekilernen prablem yawiyiram

Cavab:

Salam Aygün xanım. Həyatınızdakı insan sizə evdəkilərlə problem yaşamaöınıza səbəb olursa, bunu ona bildirin. O qonaq deyil ki, nəyisə gizlədib öhdəsindən gəlməyə çalışırsınız. Bu şəxs həyatınızda sizə ən yaxın insandır, adətən problemləri elə biri ilə bölüşüb həll edirlər. Onunla danışın, baxın nə məsləhət edir.

Leyla 2016-06-28

Salam hekim mene cox yaxin bir insan dosdum sirdawim mene dememiw 2 ci defe bawqa insanla qacar ag aile qurub ozude daxil.en cox ezyetler cekmiw insandir.Ilk gun cox usdube getim kobud daniwdim ujey meni daniwdirmir oyrenmek isdiyiremki men onla nece munasibete olumki,sozlerim onu yormasin ve menden qacmasin'???

Cavab:

Salam Leyla xanım. Siz üzərinə getdiniz getmədiniz onu narahat bir şey varsa, uzaqlaşacaqdır. Yaxşısı üzərinə getməyin zaman verin

Leyla 2016-06-28

Etdiyi dogru bir adim deyil.Bu azmis kimi melumatsiz qoyur isder isdemez narahat oluram ve onu qinasamda bunu ona beli etmirem sadec son mesaji bu olubki sora yazacam yazma. Indi men onla munasibet yaratsam nece daniwim ki o yorulmasin menen qacmag evezine hemiwe ki problerin daniwdigi kimi bu problemide menle daniwsin.(bir icimde esebde varki bu qeder yaxin oldugim halda menen xebersiz niye bele etdiyi.bu sualima cavab axtaram.(((

Cavab:

Etdiyi əgər həqiqətən doğru deyilsə, deməli onun özü də bunun fərqindədir. Sadəcə üzərinə çox getməyiniz ona izin vermir ki, səhvi barəsində düşünsün, vicdanı onu boğsun. Siz üzərinə getdikcə o səthdə qalır və sizin üzərinə getməyinizi münaqişə edir. Ona görə də sakitləşin və zaman verin. Çalışın az sual verin. 

Rasim 2016-06-28

Salam doktor. Mən əsəbiyəm. Əsəbləşən kimi ürəyim bulanır, mədəm ağrayır. Mən nə edə bilərəm? Məsləhət vererdiniz zəhmət olmasa.

Cavab:

Salam Rasim bəy. Ola bilər bu isterik tutma olsun. Əgər bu bizə artıq belə təsirlər edirsə, deməli üzərinə düşməyin vaxtı çatıb. Çalışın mütləq şəkildə psixoloq yardımı alasınız. 

Fidan Əzizli 2016-06-28

Hər şeyə görə çox sağolun,minnətdaram.Allah razı olsun

Cavab:

Buyurun siz sağ olun.

Fidan Əzizli 2016-06-27

Bunun başqa bir əlacı varmı?

Cavab:

Mütəmadi olaraq psixoloq qəbulu

Zehra 2016-06-26

Salam Elnur hekim. Evvelce sualimi cavablandirdiginiza gore cox sag olun. Yazmisiniz ki heyatinizi ozunuze gore yawadiginiza emin olun. Men oz istediyim kimi yawamiram. Daha dogrusu buna imkan vermirler.Menim bu qeder eseb kecirmeyime sebebde budur.Amma hec cure hell ede bilmirem. Meni bawa duwen hec kim yoxdur. Axir vaxtlar daha da pis olmuwam hecneye hevesim qalmayib geceler yata bilmirem. Xaiw edirem mene bir meslehet verin.

Cavab:

Salam Zəhra xanım. Əgər istədiyiniz kimi yanaşama imkan vermirlərsə, bunun səbəbini müəyyən edin. Əgər istədiyimiz kimi yanamaş həqiqətən ziddiyyət təşkil edirsə, yaxşı olardı ki, onun müəyyən çərçivə daxilində reallaşdıraq. Bəlkə istədiyimiz kimi yaşamaq dediyiniz heç də doğru bir yol deyil. Bunu müəyyən etməyə çalışın.

Fidan Əzizli 2016-06-26

Həmin insanın kimliyindən asılı olmayaraq dəhşət qıcıqlanıram.Kompromis nə deməkdir?

Cavab:

Güzəştə getmək, məsələyə qıcıqlanaraq yanaşmaq yerinə daha yaxşı yönlərini kəşf edərək yanaşmağa çalışmaq.

Səbinə 2016-06-25

Salam hekim. Mənim 25 yasim var. Özüm tibb bacısı işlətirəm.İş yoldaşlarımda ünsiyyətdə cətinlik cəkirəm. Mənnən məehriban deyillər. Əsəbləşdirir məni. Onları incitmək istəyirəm. Amma hərdən düşünürəmki incitmək yerinə məsələni həll edim. Amma necə həll edim bilmirəm. Mənə məsləhət verin zəhmət olmasa

Cavab:

Salam Səbinə xanım. Öncəliklə mehribanlığı siz nədə görürsünüz bunu aydınlaşdırmağa çalışın. Və xüsusi olaraq sizi incitmək üçün bilərək nəsə edib etmədiklərini araşdırın. Əgər məsələ sadəcə bizim onlardan gözləntilərimizin qarşılanmamağından ibarətdirsə, deməli iş yoldaşlarımızla əslində heç bir problemimiz yoxdur.

Shehla 2016-06-24

Salam.hekim meslehetlerinizi oxuyuram cox yungul rahat oluram men isleyirdim bir oglan meni sevirdi ve xeber gondedi men uz vermedim 4_il surunurdu dalimca usaq kimi men aile qurdum toy gunumde izlemisdi hara gelin oocduyumu bele bilirdi toymuzun ustunden bir ay kecdi evimize zeng geldi gordum hemen oglan deli oldum hergun zeng edirdi mehlemizde gezirdi masinla zeng edib deyirdi cix seni gorum herdefe sevdiyini deyirdi men hec inanmirdim ona cunki o cox imkanli idi men cox kasib idim neyse axir ele olduki mende onu sevdim daha dogrusu indide sevirem 10_ildi aileliyem bu insani ise 14ildi taniyiram whatsap olandanda hergun yazisirdiq sevgisini mene herdefe deyirdi mende biliremki aileme xeyanet edirem duzgun etmirem hergun axsam yatanda deyirem fso unudacam onu olmur seher acilir her yerde o gozume deyir belke ozumden cox sevirem onu iki usaqim var yoldasimi sevmirdim indide ancaq usaqlarimin atasidi deye hormet edirem ozumr heccure birseyi bagisliya bilmirem aileli ola ola sevdiyimle goruse cixdim cox pesmanam indiyene qeder basima vururam duzdu aramizda hecnr olmayib sadece elimden tutub deye yoldasimi uzunr baxa bilmitrm niye bele etdim qurban olum mene komrk olun basinizi agratdim derdimi bolusmeye adam axtariram sirimi heckese vermeyi sevmirdim amma ozumu cox pis hiss edirem

Cavab:

Salam Şəhla xanım. Təssüf ki, bəzilərimiz səhv etdiyinin fərqində olmadığı kimi səhv etdiyinin fərqində olan da eyni şeyi etməyə davam edir. Yəni bunun fərqində olmaq demək çox da bizi günahsız etməz. Öncəliklə ağır olsa da qəbul edin ki, səhv yoldasınız və buna səbəb də sizsiz. Evə ilk zəng gəldiyi zaman yoldaşınıza deməmək buna başlanğıc verəcəyinizin ilk göstəricisi idi. Ancaq indiki vəziyyət belədir, gəlin düşünək. Siz istəsəniz zamanında onunla ailə qurardınız. Ancaq başqa biri ilə ailə qurdunuz. Qurduqdan sonra ona şans verməyə başladınız. Nəzərdən qaçırdığınız bir şey var, hazırda yoldaşınız olmasaydı siz yenə də o insana şans verməyəcəkdiniz. Çünki siz güvəni yoldaşınızdan aldıqdan sonra ona şans verdiniz. Ortada daha öncə güvən verəcək heç kəs olmadıqda bu adamın varlığı da bizə güvən verməmişdi. Ona görə də gəlin aldanmayaq və aldatmayaq. Hər gün bu gün sondu sabah danışmayacam demək edəcəyiniz tövbənin yarısı belə deyil. Kifayətsiz qalır. Bir anlıq yoldaşınızla onu müqayisə etməyi kənara qoyun. O adamın isə sizə verdiyi zövqü də unudun. Sadəcə onun etdiyi jest sizi meyxoş edib. Düşünürsünüz ki, kim indi evləndikdən sonra da üz verməyən birinin arxasıyca gəlir. Ancaq məsələ elə deyil. Yoldaşınızı bununla müqayisə etməyin. Sizə davranışına baxın. Və tapdığınız hər əskikliyi özünüzlə müqayisə edin nəinki onun tanımadığı yad kişi ilə. Ondan əskik saydığınız diqqət əgər sizdə tamdırsa, yəni siz ona qarşı gözlədiyiniz diqqəti tam göstərirsinisə, o zaman haqq sizin ola bilər. Ancaq biz özümüz də bu gün yoldaşımıza diqqət ayırmırıq. Hazırda bizə siz müraciət etmisiniz ancaq əminsiniz ki, bu yardıma sizin daha çox ehtiyacınız var? Bəs aldandığını, aldadıldığını öyrənən yoldaşınız kimə müraciət etsin? Bu sualı verməkdə məqsəd sizi ayıq salmaqdır. Ortada narahatlıq varsa bunu sizin yaratdığınızı bilin. Və bitirmək də sizin əlinizdədir. Necəsi isə artıq sizə məlumdur. Övladlarınızı Allah saxlasın, bu qədər söhbətin içində onların böyüdüyünü qaçırırsınız. Həyat hər zaman eynidir, hamı üçün eynidir. Biri üşüyər ucuz palto ilə isinər, digəri bahalı paltosuyla, ancaq əsas olan ikisinin də isinməsidir. Həyat hamıya eynidir onu səhv və düz yönə aparan bizlərik.

zulfiyye 2016-06-24

salam hekim. hekim men esebi biriyem teessfufki bu beledi bunu ozumde bilirem ama bunun ohdesinden gele bilmirem. cox sebirsiz cox aqressiv ve cox esebi insanam. neyise duz anlamaiw partlayiram ve eseblerimi idare ede ilmirem tez ozumden cixiram bunlarin qarwisini almaq ucun ne etmeliyem onu hec bilmirem mene komek etmenizi cox isterdim

Cavab:

Salam Zülfiyyə xanım. Əgər daxilən biz çox vaxt baş verən haqsızlıq kimi cansıxıcı hadisələrə fikrimizi bildirməyib susmuşuqsa, zamanla bütün bunlar özünü bu kimi hallarda biruzə verməyə başlayır. Məsələn, nəyisə düz anlamadan əsəbləşmək kimi. Əgər hələ deyiləni tam anlamamışıqsa, o zaman nəyə əsəbləşirik? Deməli çox öncədən bağlanmayan hesablar var. Bizim davamız bu günümüzlə deyil baş vermiş olanlarladır. Çalışın onlar üzərində çalışasınız. Dəstəyə ehtiyac hiss etdiyiniz psixoloq dəstəyi də ala bilərsiniz. Əsas odur ki, özümüzdəki bu vəziyyətin səbəbini bilək.

Aysel 2016-06-24

Salam, texminen 1 il yaeim muddetde munasibetim olan sevgilim mennen ayrildi, her shey cox gozel idi, cox sevirdi meni, hetta aramizdaki yas ferqine baxmayaraq cox sevirdi cox ciddi idi,mennen yasdsa kicik idi. Bir nece aydirki mennen soyumaga basladi, sorusanda iae sebebini bilmirem deyirdi. Bezen de ailem istemir dedi. Halbuki hemise ailesine demeye qorxdugunu deyirdi, meni itirmwkden qorxurdu. Ama ne oldu birdenbire anlamiram. Basqa birine goredirmi sorusanda da sene hecvaxt xeyanet etmemisem deyir. Hevesim yoxdu dedi. Nece defe ara ara ozum zeng eleyirdim belke ne ise deyisen bir sey olar deye, belke tesirlener deye ama yox, daha da qirici cavablar verirdi. Sizce men neynemeliyem,sebeb ne ola biler.

Cavab:

Salam Aysel xanım. Üzülməyin, əgər nəsə dəyişər deyə yaxın olub axtarmısınız və qarşılığında qırıcı cavablar almısınızsa, o zaman bunun əksini edin. Axtarmayın. O sizinlə soyuq danışdığının fərqindədir. Verəcəyiniz reaksiyanın da fərqindədir. Və gözlədiyi reaksiyadan kənar reaksiya vermədiyiniz üçün onda "hər şey düşündüyüm kimi gedir" inancı yaradırsınız. Ancaq soyuq davranan birinə qarşı bir az görməzdən gəlmək onu ayılda bilər "niyə vecinə deyil?" sualı yarada bilər. Ona görə qısacası özünüzün dəyərini bilin. Siz münasibət yaşayarkən təktərəfli yaşamırdınız, ortada itki varsa deməli hər iki tərəf yaşayır bunu. Sizin üzüldüyünüz qədər üzülməlidir, yaxud üzüldüyü, rahat olduğu qədər üzülüb rahat olmalısınız. Çox artığı sizə ziyan olar. Uğurlar

Gulay 2016-06-24

Salam hekim menim 23 yawim var 6 aydı aılelıyem sevmedıyım bırıyle aıle qurmuwam, aıle qurmamıwdan qabaq menım sevdıyım bırı varıydı cox sevırdık bır bırımızı ındı aılelı olsamda yene bır bırımızden el ceke bılmırık, onla sevgılı oldugum muddetde hecneden ayrıldıq ve men ona acıq ederek ozumj bedbext etdım ere geldım, defelerce dedı getme qulaq asmadım ındı cox pesmanam, erımı teze evlenende bıraz ısteyım varıydı hormetımde sonra yavaw yavaw yox oldu artıq sevmırem onu cox nıfret edırem bır evde yad ınsanlar kımıyık onun sesı gelende menım esebım pozulur uzunu gormek ıstemırem cox bedbextem. bunun ustunden 3 aylıq hamıleyem uwagı aldırmaq ısteyırem ama qalmıwamkı ne edım caresızem mecburam hec bır ana ıstemez bu vezıyete duwsun ama menım arzularım mehv oldu bu heyatı secerek. Ne edım bılmırem eynı evde yawaya bılmırem o ınsanla dunya bawıma yıxılır uzum gulmur qalmıwam ortada xaıw edırem meslehet verın mene ama zamanda kecse duzelen deyıl cunkı menım fıkrım sevdıyım oglanın yanında oda menı duwunur ne edek bız.

Cavab:

Salam Gülay xanım. Hər sevgililər aralarında baş verən böyük yaxud kiçik nəyəsə görə ayrılma qərarı alarlar. Ancaq heç biri başqa biri ilə evlənəcək qədər kinlənməz. Deməli siz ayrıldığınız zaman dərindən onunla xoşbəxt ola bilməməyi ağlınızdan keçirmisiniz. Buna siz o zaman hirsli idim adı da verə bilərsiniz, ancaq düşünsək ki, hər hirsli insanın edəcəyi bir şey deyil bir daha dediyimə gəlmiş olarıq. Sadəcə hazırda onunla münasibətin davam etməsi imkan vermir ki, siz öz həyatınıza yönlənəsiniz. Baxin özünüz də qeyd etdiniz ki, başda o insana qarşı istəyiniz vardı, indi isə nifrət edirsiniz. Deməli səbəb sizsiniz sizin hazırkı yanaşmanız səhvdir. Bədbəxt olduğunuzu deyirsiniz, ancaq ailəli qadınlar yoldaşları tərəfindən xəyanətə uğrayıb üstəlik şiddət gördükləri zaman özlərini bədbəxt adlandırarlar. O qədər özünüzü yanıldırsınız ki, övladınıza qıymaq belə ağlınızdan keçir. Yaxşı o zaman kim sizə qarantiya edir ki, siz sevdiyiniz dediyiniz şəxslə ailə qurduğunuz zaman ailəniz indiki kimi olacaq? Düşünə bilirsiniz hazırda sahib olduğunuz ailədən tamam fərqli səs-küy davanın olduğu ailə? Niyə yerimiz yaxşı olduğu zaman daha dahalara aldanıb, mənim istəklərim adını veririk? Bundan 1 il öncə sizə desələr ki, siz yoldaşınıza xəyanət edən bir qadın olacaqsınız inanardınızmı? Xeyr. Bunu deyən insana təhqirlər belə edərdiniz bəlkə də. Ancaq çox öncədən sevdiyiniz biri ilə hazırda danışmaq sizə normal gəldiyi üçün yoldaşınıza xəyanət etdiyiniz tamamilə arxa planda qalıb. Yaxşı olardı ki, bağlılıqlarınızdan qurtulasınız. Çünki hazırda olduğunuz vəziyyət sizin bağlılığınızdır. Övladınızı isə dünyaya sağ-salamat gətirəsiniz. Yolunuz açıq olsun

zenfira 2016-06-24

salam men axir vaxtlar cox aglayiram cox esebi olmusam inandirim sizi her seye gore pis oluram axir vaxtlar ne hereketler edirem hec ozumde bilmirem bunlar uzden ailemde cox soz sobet olur

Cavab:

Salam, Zemfira xanım. Gərginlik dərəcəsinin yüksək olmasının nəticəsində bu hallar baş verə bilər. Yaxud da sizi motivasiya edən nəyinsə olmaması. Yaxşı olardı ki, özünüzə edəcək maraqlı məşğuliyyətlər tapasınız. Gününüzü səmərəli keçirməyə çalışın, planlama edin.

Gunay 2016-06-24

Salam Elnur hekim. Obsessiv kompultiv nevrozun mualicesi ucun derman adi deye bilersiniz?Mualice ucun ne etmek lazimdi? Tez tez elleri yumaq , tez eseblesmek,kimi elametler var. Cox xahis edirem derman adi deyin ve ya mualice ucun ne etmek olar? Avtobusda meselen hansisa paltar paltarima toxunursa hemen yuyuram. Insan ozi ozunu mualice ede bilermi? Seansiniz neceyedir ? Indi men qebula gele bilmeyecem , ozum ozum mualice ede bileremmi? Xahis edirem komel edin

Cavab:

Salam Günay xanım. OKP kimi narahatlıqlar zamanı dərman müalicəsi ilə psixoloq yardımı birmənalı olaraq şərtdir. İkisi eyni anda davam etdirilməlidir ki, sonrada yenidən bərpa olunmasın. Əgər psixoloq dəstəyi olmadan dərman qəbulu etsək, dərmanı həyatımızın sonuna kimi atmayacağımız üçün hansısa kiçik bir nüansla OKP narahatlığımızı geri qayıda bilər. Psixoloq isə bunların hamısını yaranma səbəbi araşdırıb, aradan qaldırmağınıza, məsələni kökündən həll etməyinizə yardımcı olacaqdır.

Gunay 2016-06-24

Okp mualicesi ucun nece seans lazimdir? Seansiniz qiymetini deye bilersiniz zehmet olmasa? Psixologiya merkezininz harada yerlesir? Hazirda qebula gele bilmeyecem ama cox eziyyet cekirem okpden. Basqa ne meslehetler vere bilersiniz tergitmek ucun el yumagi ve s. ?

Cavab:

İlkin 6 seansla başlamaq olar, ancaq ümumi olaraq bunun neçə seansdan ibarət olacağı bir az da sizin özünüzü necə hiss etdiyinizdən asılıdır. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın. 0552572700, 0124803629. Bacardığınız qədər əl yumağınızı gecikdirməyə çalışın. Fikir gəldiyi zaman tez tətbiq etməməyə çalışın. Bacardığınız qədər vaxtı uzatdın

Gunay 2016-06-24

Cox sag olun, Elnur hekim. Hazirda qebula gele bilmirem teessuf ki, amma ne zamansa imkanim olsa mutleq gelecem. Coooox sag olun melumat verdiyiniz ucun. Tesekkur edirem.

Cavab:

Siz sağ olun. Çalışın bunu mütləq şəkildə həll edəsiniz.

Fidan Əzizli 2016-06-24

Salam.Hər vaxtınız xeyirli olsun.16 yaşım var.Yeməyi yeyərkən ağız marçıltılarından,tum çırtlanmasının səsindən dəhşət qıcıqlanıram.Necə yox edə bilərəm?

Cavab:

Salam Fidan xanım. Ola bilər ki, olduqca gərginsiniz. Düşünün bunu edən sevdiyiniz bir şəxsdirsə, yenə də qıcıqlanardınızmı? Əgər haradasa kompromisə gedə bilirsinizsə, deməli həll edə bilərsiniz.

Emin 2016-06-23

Salam Elnur muellim. bilmek isteyirdim ozunde inam hissini formalashdirmaq ucun psixoloqami muraciet etmek lazimdir? heqiqeten psixoloqun buna komeyi deye bilermi. cavab ucun onceden teshekkur edirem

Cavab:

Salam Emin müəllim. Əlbəttə, birmənalı olaraq bu psixoloqun vəzifələrinə aid olan bir vəziyyətdir. Sadəcə psixoloqunuza inanmağınız kifayətdir. Sualınız üçün mən təşəkkür edirəm.

Aqsin 2016-06-23

salam Elnur m. heyatda ugursuzluq yasayandan sonra ayaqda qala bilmek ucun ne etmek lazimdir

Cavab:

Salam Aqşin bəy. Hər zaman bir iş üçün çalışdığınız zaman onun alınmama ehtimalını dəyərləndirdikdən sonra alınmağına köklənin. Çox vaxt bunun əksini edirik. Halbuki, alınmamağı ehtimal olaraq qalmalı və bu zaman üçün b planımız olmalıdır. Olmalıdır ki, biz onunla üzləşdiyimiz zaman təəccüb yaxud məyusluq hissi yaşamayaq. 

Samirə 2016-06-23

Salam Elnur bey. Mənim 33 yaşım var. Mən özumu hər gün çox pis hiss edirəm. Kimsə mənə yanımda hansısa bir ağrısından danışanda özümdə o ağrını hiss edirəm. Mənə məsləhət verin zəhmət olmasa. Nə edim?

Cavab:

Salam Samirə xanım. Belə bir narahatlıq psixologiyada mövcuddur. Əgər ağrıları üzərimizə götürmə dərəcəmiz hədsiz yüksək və bizə verdiyi narahatlıq həddindən artıqdırsa, mütləq şəkildə psixoloq qəbulunda olmağınız şərtdir. Bu qədər həssas olmaq sizi çox şeydən yora bilər.

Юлия Ковалева 2016-06-23

Здравствуйте.У меня проблема со сном.Я каждую ночь во сне вижу кошмары, они проявляют себя в реальности.Я стала нервной, раздражаюсь по любой причине. не складываются отношения с противоположным полом.

Cavab:

Уважаемая Юлия. Наблюдаемое состояние говорит о том, что у вас возможны какие то отклонения в психологическом состоянии. Точный диагноз невозможен без индивидуального консультирования. Желательно на время отойти от прессинга и выполнять релаксационную гимнастику.

Zerife 2016-06-22

salam Elnur m men son vaxtlar ozmu tek hiss edirem sevdiyim insan mene qarwi deyishib ama boynuna almir deyir hemen adamam sadece problemlerim var esebiyem. bilimirem sebr edib inanim ya yox qalmisham bele

Cavab:

Salam, hər vaxtınız xeyir. Əvvəla onu qeyd edim ki, sevdiyiniz insanın sizə qarşı dəyişməsi demək sizin tək olacağınız mənasına gəlməz. Həyatımızda sevgili adı verdiyimiz şəxslər bizim çox sonradan öz seçimimizlə qazandığımız şəxslərdir. Hansı ki, onlardan əvvəl bizim dostlarımız ən əsası ailəmiz vardı. Heç biri olmasa belə maraqlarımız bizə bəs edirdi. Ancaq nədənsə sevgili olduğu zaman biz hər şeyi ona bağlayırıq ona görə də onun bir an həyatımızdan çıxacağını düşünmək bizə qəbul olunmaz gəlir. Əvvəla bunun olmasından qorxmayın. Münasibətdə anidən belə sabitliklər olur. Səbəb çox şey ola bilər. tez-tez xırda davaların yaşanması, yaxud hər şeyin çox mükəmməl olması belə buna səbəb ola bilər. Biz nə etməliyik? Belə hallarda öncə dayanıb düşünməliyik. Bizim buna səbəb olacaq hansısa səhvimiz yoxdursa və hazır qarşı tərəf bizə bunun bizimlə bağlı olmadığını sadəcə bir az problemləri olduğunu deyirsə,buna riayət edək və onu rahat buraxaq. Ancaq bunu etmirik itirmək qorxusu yaşayırıq. Əgər o ayrılmaq istədiyinə görə belə edirsə, bizim bunu bir az daha sorğulamağımız bunun qarşısını ala bilməyəcək əksinə tezləşdirə bilər. Yəni hazırda buna inanıb inanmamaq bizə nəyisə verməyəcək. Çalışın bu vəziyyəti görməzdən gəlin. Çox da vecsiz olmayın. Sadəcə onu gün ərzində çox axtarıb çox yazırsınızsa bunu azaldın. Ancaq ona qarşı rəftarınızı mənfi etməyin. Eyni mehribanlıqla, şirin dillə sadəcə daha az axtarmaqla. Uğurlar

Aydan 2016-06-22

salam menim yoldawimin xasiyyeti pisdi men onunla dil tapib yola gede bilmirem... cox qisqancam eve gelen kimi tez telefonunu yoxlayiram. bizim evde soz sohbet cox olur o meni hetda eseblewib doyur ama biz hec yola gede bilmirik bizim 2 uwaqimiz var burini 7 yawi birininde 2yawi var yoldawim mene deyirki uwaq bir az boyusun seni bowayacam mende istemirem ailem dagilsin men nece edimki onu qisqanmayim ailemde yalniz soz sohbetler buna gore yaranir

Cavab:

Salam Aydan xanım. Nə gözəl ki, biz bütün bunlara nəyin səbəb olduğunun fərqindəyik. Nəyə əsasən, nə yaşadıqdan sonra yoldaşınızın telefonunu yoxladığınızı bilmirik, ancaq siz bir şeyi nəzərə almalısınız ki, o telefon yoxlanıldı yoxlanılmadı əgər ortada bir xəyanət varsa telefon yoxlanışına görə aradan itməyəcək. Sadəcə aşkara çıxacaq. Hansı ki, bunun aşkara çıxması da heç nəyi həll etməyəcək. Biz həyatında başqa birilərinin olmağından niyə görə qorxuruq? Onu itirərik deyə elə deyilmi? Və bu səbəbə görə etdiyimiz davranış da bizi onu itirməyə doğru aparır. İtirməyək deyə etdiyimiz şey bizi qorxduğumuzdan qorumur əksinə ona doğru aparırsa, deməli artıq bizə nəticə verməyən davranışlardan uzaq durmalıyıq. Və münasibətinizdə çalışın empatiya qurasınız. Düşünün hər dəfə işdən yorğun-arğın evə gəlirsiniz, yoldaşınız sizin telefonunuzu yoxlayır. Yəqin ki, bir müddət sonra xəyanət etməsəniz belə xəyanət etmək sizin üçün adi hala çevriləcək ki, "onsuz da etdim etmədim hər gün telefonumu edirmişəm kimi yoxlayır" düşüncəsində olacaqsınız.

Vusale 2016-06-22

Nece vaxtdır yoldaşımla düzgün münasibet qura bilmirem gah tezden durur deyir gerginem esebiyem normal danışıq getmir ancaq şikayetlenir her defe bir şey tapır deyinir. ne edim biımirem cox agır xasiyyeti var bir uşagımız var ve uşagımıza qarşı mülayim mene ise tersinedi sebeb ne ola biler?

Cavab:

Salam Vüsalə xanım. Bu vəziyyətin ilk haçandan yarandığını xatırlamağa çalışın. Məsələn, siz bir şey qeyd etdiniz ki, uşaqla yaxşıdır mənimlə pis. Belə halda böyük ehtimalla ağlınıza gəlir ki, onun sizinlə nəsə bir problemi ola bilər. Və buradan yola çıxaraq "axı nə etmişəm?" sualını əsas götürərək onu daha da sıxıb cavab almağa çalışarıq. Ümumiyyətlə isə müqayisə etməyin. Filankəslə yaxşı davranır mənimlə pis deməyin. Filankəsin ona necə davrandığına baxmağa çalışın. Dəyişikliyi özünüzdə axtarın, yaxud özünüzdə dəyişiklik edin. Səhər oyandığı zaman ünsiyyət qurmursa Sabahın xeyir deyərək söhbəti irəli aparmadan onu işə yola salın. Gün ərzində çoxlu zənglər edirsinizsə, mesajlar yazırsınızsa, bunu azaldın. Yaxud niyə gedib bir dəfə də olsun zəng etmirsən deyirsinizsə, deməyin. Bu kimi dəyişiklikləri edərək həm özünüzü, həm də onu rahat buraxın. Unutmayın ikinizin ortaq cəhəti var: övladınız. Allah övladınızı saxlasın. Sizə isə xoşbəxtlik arzulayırıq.

Türkan 2016-06-22

Salam 22 yaşım var. özünəqapalı, cəmiyyətə heç cür adaptasiya oluna bilməyən biriyəm. tez tez intihar haqda düşünürəm yaşıya bilmirəm normal insanlar kimi. arzularım ümidlərim yoxdu. səbəbsiz ağladığım zamanlar olur. həyata tutuna bilmirəm.heçnəyə marağım yoxdu durumum günü gündən pisləşir lakin kənardan hiss olunmur.mənə kömək edin də deyə bilmirəm eləsinə yazdım sadəcə. sizi çox sevirəm, Allah ürəyinizə görə versin...........................

Cavab:

Salam Türkan xanım. Xoş sözlər üçün təşəkkür edirəm. Nə mutlu mənə. Ancaq həyata qarşı bu qədər inamsız olmaq doğru deyil. Bax nə gözəl qeyd etdin ki, arzularım ümidlərim yoxdur. Deməli maraqlarımız da yoxdur. Buna səbəb isə çox az bilgi sahibi olmağımızdır. Bu gündən etibarən ətraf-mühiti müşahidəyə al insanlar nələrdən zövq alır onları tapmağa çalış. Və öz fantaziyalarına qulaq ver. Bəlkə sən daha çox yaradıcısan. Uğurlar sənə

Ramilə 2016-06-22

Salam Elnur bəy. Mənim 25 yaşım var. Yoldaşımdan ayrılmışam.Qızımın 4 yaşı var. Yoldaşımla əlaqəmiz kəsilib. Uşağ hələ ki, atası haqqında heç nə soruşmur. Ancaq anlayıram ki, bir müddət sonra atası ilə bağlı sullar verməyə başlayacaq. Mənə nə məsləhət verərdiniz? Uşağıma onu hansı şəkildə izah edim ki, travma qalmasın. Mən sizin məqalə və müsahibələrinizi daim oxyuyuram. Cavablandırsaz sevinərəm. Öncədən təşəkkürkər.

Cavab:

Salam Ramilə xanım. Allah saxlasın. Atanın sizinlə əlaqəni kəsməsinin səbəbi çox ola bilər. Hər iki tərəf özünə görə haqlı ola bilər. Ancaq övladla maraqlanmamaq doğru deyil. Ən yaxşısı bu narahatlığınız barəsində atayla danışın, ilk öncə bu məsləhəti ondan almağa çalışın. Əgər görsəniz ki, ataya bu maraqlı deyil, zamanla uşağa bəzi şeyləri demək olar, ancaq həyatın bir parçası kimi normal bir şey kimi demək lazımdır, heç bir nifrət, kin olmadan. Yaxud da öz incikliyinizi bildirmədən

Fidan 2016-06-22

Salam.Öncəliklə deyim ki sizi instagramdan izləyirəm.Sizdən pozitiv enerji alıram.Mənim atam əməliyyatdan sonra əsəbi olub,bunu bərpa etməkçün əlavə nəsə etmək mümkündür?

Cavab:

Salam Fidan xanım. Əməliyyat müddətindən bir qədər sonra belə halların olması normaldır. Bura bir az kaprizlər də əlavə olunur. Ancaq 1 aydan sonra xəstənin halı stabilə doğru getməyə başlayır. Aldığı narkozun təsiri də var təbii ki. Sadəcə çalışın çox üzərinə əsməyin, qayğısına qalın ancaq müəyyən dərəcədə. Davamlı ona xəstə kimi davransanız əsəbi kaprizlə qarışıb davamlı hala gələcək. Ən yaxşısı isə bir müddət ona müdaxilə etməyin qoyun özü nəyi necə istəyirsə, etsin. Dayanıdığı yerdə nəyəsə əsəbilik göstərirsə, sakit yanaşın, "niyə əsəbləşirsən?" kimi suallar verməyin. "Burada əsəbləşəcək nə var?" deyə bilərsiniz. Yaxud da əməliyyatdan sonra tez-tez əsəbləşdiyini həqiqətdə burada o qədər də əsəbləşəcək nəsə olmadığını izah edə bilərsiniz.

MEHEMMED 2016-06-22

COX TESEKKUR EDIREM ELNUR MUELLIM SUALLARIMIZI CAVABLANDIRDIGINIZ UCUN YAXSIKI SIZIN KIMI INSANLAR VAR INSANLARA YARDIMCI OLURSUNUZ HORMETIM BOYUKDUR SIZE QARSI.

Cavab:

Mən təşəkkür edirəm. Siz sağ olun.

MEHEMMED 2016-06-22

SALAM ELNUR muellim men bilmirem mende ne xususiyyetdirse yox deyib situasiyadan cixa bilmirem qarsi terefide qirmaq istemirem amma belede de oz isim axsayir ama isteyirem yox deye bilim ama qirmadan.bunu ede bilmemekmeni eseblesdirir tebiiki daxilimde kecirirem onu bu veziyyetden qurtulmaq isteyirem. birde men kecmisde zarafatcil idim gorurem bezen ciddi oldugum vaxtlarda bele mene deyirler nece ''kefkom'' birisen bu ister mene toxunur nisbeten cunki artiq men demek olar ciddilesmisem cunki heyat meni bu duruma salib atamin vefatindan sonra.

Cavab:

Salam Məhəmməd müəllim. Allah rəhmət etsin. Əvvəla onu qeyd edim ki, bu itkidən sonra sizə kefkom deyilməsi sizə toxunur, ancaq ümumilikdə götürdükdə burada pis heç nə əksinə insanların qibtə etdiyi bir şey olduğunu görərik. Acıları insan ürəyində yaşayır. Kənar sizə kefkom deyirsə, bu o demək deyil ki, siz laqeyd övladsınız. Yox deməyi bacarmamaq məsələsinə gəldikdə isə, sizə bir şey tapşırıldığı zaman yaxud sizdən bir şey istənildiyi zaman yox desəniz həmin insanın nə qədər çətin vəziyyətdə qoyarsınız bunu düşünün əgər o qədər də çətin deyilsə, rahatlıqla yox cavabını verə bilərsiniz. Ancaq bundan öncə yox deməsəniz siz nəyi itirərsiniz bunu düşünün. Əgər itirəcək bir şey varsa, yox deyin, yaxud ertələyin. "İşimi görüm indi həll edərəm" demək də mümkündür. Qarşımızdakı səbrsizlik edirsə, özünü ön planda tutub inciyirsə, artıq bu onun eqoistliyidir. Sualınız üçün təşəkkür edirəm

nicat nuruzade 2016-06-21

Sosial fobiyali insanin esgerliye getmesi meslehet gorulur.fobiyanin ustesinden gelmek ucun.ancaq mende veziyyet basqadir.daha dogrusu agir sosial fobiyaliyam.ne edek intihar edek? mence bu meseleye diqqet edilmelidir.sosial fobiyali sozunu deye bilmir deye yaxsidir deyib aparirlar.orda bas vere bilecek pis hadiselerden xeberleri yoxdur.

Cavab:

Salam Nicat bəy. Əgər özümüzdə belə bir problemin varlığından şikayətçiyiksə, yaxşı olardı ki, bunu aradan qaldırmağın yollarını axtaraq və dəstək olacağına inanırıqsa, psixoloqdan dəstək alaq. Əgər özünüzdə olan problemi ifadə etmirsinizsə, bunu kənardakı necə anlaya bilər.

Rauf 2016-06-21

Salam Elnur müəllim. Mənin ürəyim ağrayır, qolum tutulur. Kardioloqa getdim, məndə heç nə olmadığını bildirdi və sizə yönləndirdi. Mən necə əlaqə saxlaya bilərəm sizinlə?

Cavab:

Salam Rauf müəllim. Zəhmət olmasa 0552572700 yaxud 0124803629 nömrələri ilə əlaqə saxlayın sizə lazımı yardımı göstərəcəklər. Müraciətiniz üçün təşəkkür edirəm.

Ləman İsmayılova 2016-06-13

Salam Elnur müəllim. Mənim 22 yaşında qızım var. Evə qapanıqdır.Sizin qəbulunuza necə düşə bilərəm ?

Cavab:

Salam Ləman xanım. Allah saxlasın. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın sizə lazımi məlumatı verəcəklər. Müraciətiniz üçün təşəkkür edirəm.

sexavet 2016-06-13

doktor,eslinde,bu 17il xestelik muddetinde men boyuk tecrube kecmiwem.ve her weyin neden qaynaqlandgini,sebebini anlamiwam mence.amma,meni dinleyecek,destekverecek,derdimi anlatacaq birini teessuf ki,tapa bilmemiwem.tek ozumse bu xestelikden qurtulmaga,cox heyif ki,gucum catmir.bezi agirlamdirici hallar baw vermese,dozmek olar.mesele ondadir ki,men bu pozuntu hallarimi kimseye daniwa bilmirem.yeni bunlar ozum terefinden hiss olunan pozuntulardir.ailedeise,sende hec ne yoxdur,nevrozsan deyib kecirler.sizin desteyinize cox ehtiyacimvar.inaniram ki,sagalacam ve normal heyata qayida bilerem

Cavab:

Səxavət bəy, narahatlığınız tam olaraq nədir anlamaq çətindir. Ya tam ifadə edə bilmirsiniz, tələsirsiniz, ya da dəqiq olaraq hansı durumda olduğunuzu aydın edə bilməmisiniz. Siz səbəbi nə ilə bağlayırsınız bilinmir, ancaq səbəbi biliriksə, çoxdan bunu həll etməliydik. Əyani olaraq psixoloq qəbulu isə bu kimi xırdaçılıqlardan sizə kömək edəcək. 17 il az müddət deyil. Çalışın özünüzə zaman ayırın və bu məsələni yazı ilə deyil də tamamilə ciddi şəkildə həll edin. Çünki yazı ilə həll olunacaq problem deyil. 17 il oturuşub artıq.

Zülfiyyə 2016-06-13

Salam Elnur bəy. Mənim bacımın fiziki məhduddiyəti olduğundan biz onun üçün onlayn konsultasiya almaq istəyirik. Bunun üçün nə etməliyik? Əslində mən onun üçün psixotest.az saytında qeydiyyatdan keçdim. Amma onlayn konsultasiya bölməsində onlayn konsultantlar yox idi. PCC.az saytında da onlayn konsultasiya üçün skype proqramını yükləmək tələb olunurdu. Skype proqramı kompyuterdə var idi. Amma mən onlayn konsultantları seçmək üçün bir yer tapa bilmədim. Zəhmət olmasa istiqamət verərdiniz. Mən nə etməliyəm? Öncədən diqqətiniz və dəyərli məsləhətləriniz üçün təşəkkür edirəm.

Cavab:

Salam Zülfiyyə xanım. Bunun üçün bizimlə əlaqə saxlayın yetəri məlumatı sizə verib, sizi yönləndirəcəklər. 0552572700, 0124803629

Sexavet 2016-06-11

ozum haqda.fiziki aktivliyim var.ama,bu periodik olaraq cox azalir.intellektual ve savadliyam.5yawimda iken oxuyub yazmagi,hesablamagi oyrenmiwem.yuxuarida yazdigim xestelik meni esasen istirahetde,qnaq gederken,cemiyyet icinde daha agir formaya kecir,guclenir.ilk kecirdiyim sarsinti da tebii ki birden bire yox,ondan bir hefte qabaq bawlamiw,hiss etdiyim bezi pozgunluqlaqdan sonra baw vermiwdi.

Cavab:

Salam Səxavət bəy. Bunun üçün əyani dəstək alsanız yaxşıdır. İlk olaraq bunun tam səbəbi araşdırılıb düzgün yanaşma edilməlidir. 

terane 2016-06-11

cavabiniza gore cox sag olun Elnur bey.o oturur ve oz-ozune danisir.eli de sacinda olur.ozu de istemir.tez-tez dirnaqlarimi kes deyir ki sacimi didmeyim.is goren vaxti da arada eli sacina gedir.

Cavab:

Bir müddət mütəxəssis dəstəyi almağınızda fayda var. Ondan sonra gedişatı davam etdirmək daha asan olacaq.

terane 2016-06-10

salam elnur bey oglumun 17 yasi var.daun sindromludu.sacini didir.biz onu cemiyyetden tedric etmemisik.gesen el qabiliyyeti var.taxta uzerinde sekiller,oyma ile mesgul olur.ne ussula el atsaq da xeyri yoxdu.sizden meslehet isteyirem.

Cavab:

Salam Təranə xanım. Saçını diddiyi zaman "etmə, didmə" kimi sözlər demək yerinə çalışın fikrini yönləndirin. Nədən sonra, hansı hallarında bunu etdiyinə də diqqət edin. 

terane 2016-06-10

elnu bey sizin bu suarinizi men cox beyenirem.butun sosial sebekelerdeki qeyri-etik sozlerden istifade edenleri cezalandirsalar cox yaxsi olar

Cavab:

Salam Təranə xanım. Təşəkkür edirəm

Sexavet 2016-06-07

salam Elnur doktor.men size umudle yazmiwdim ve cvb gozleyirdim.Amma,cvb olmadi.ne ucun?meger men qeyri etik ve ya ne ise edebsiz sozmu yazmiwdim?bu cur laqeyd qalmaginiz meni cox uzdu.mesele 3uwaq atasi,onun duwduyu cetin durum ve sagalmagina umud size yazdgi muracietden gedirdi

Cavab:

Salam Səxavət bəy. Müraciət olunan bütün suallar cavablandırılır, lakin sizin mesaja rast gəlmədim. Mümkünsə sualınızı bir daha ünvanlayasınız.

Məhəmməd 2016-06-06

Salam Elnur muellim menim 22 yasim var. Men kollektiv icinde auditorya qarsisi oldugu zaman fikirimi demeye nese cekinirem uzum qizarir bu o vaxtdan mekteb zamanlarinda oxudugum vaxtlardada ele olurdu lovhe qarsisinda cixanda uzum yanirdi sanki men bu veziyyetlerden nece qurtula bilerem.Meslehetiniz onemlidir menim ucun qabaqcadan tesekkurler.

Cavab:

Salam Məhəmməd bəy. Utanmaq yerinə daha çox üzərinə getməyə çalış. Məsələn, hamı içində fikrini ifadə etsən nələrin olacağından çəkinirsənsə, bunları tapmağa çalış. Sonra o çəkindiklərin baş verdikdə sənə nə dərəcədə ziyan verəcəyini hesabla. Bəlkə o qədər də böyüdüləsi bir şey deyil. Hamı içində fikrini bildirdikdə hansısa sözün gülməli çıxıb sənə gülə bilərlər, ancaq o an sənə güldüklərini kənara qoy, dediyin sözə ver diqqətini, əgər gülünəcək bir şey varsa, sadəcə qoşul sən də gül. Kompleksli olmaq sənə heç nə verməyəcək, daha da irəliləmə, özünü, fikrini inkişaf etdirməyinə imkan verməyəcək. Uğurlar

Rufane 2016-06-04

Salam, menim qardawim kicik yawlarindan siqaret cekir, 21 yawi sehhetinde probler var hekim deyir tergitmesen ciddi xesdelikler yarana biler, ama yenede tergide bilmir, arada tergidir 2, 3 gun cekmir sonra yenede bawliyir cekmeye, evden valideynlerin widdet de gorsedibler, xow dille de deyibler hec neyin xeyri yoxdu ona , meslehet vererdiz de xaiw edirem

Cavab:

Salam Rufanə xamım. İlk əvvəl siqareti daha çox hansı anlarda çəkdiyinə diqqət etsin. Daha sonra həmin anlarda çəkməmə cəhdləri göstərsin. Yox əgər iradədə problem yaşayır və özgüvəni yoxdursa, buna görə psixoloqa müraciəet etməyi məsləhətdir. Hər şey insanın özündən başlayır, ən əsası düşüncəsindən.

Validə 2016-06-03

Salam Elnur bəy. Mənim problemim qizimla baqlidir.Qızımın 8 yaşı var 3 cü sinifdə oxuyur. Həyətə oynamağa düşəndə çox vaxt öz yaşıdları ilə münasibət yarada bilmir, kənardan durub baxir oynadiqi oyunlarda uduzanda qəbul etmək istəmir. Sıxılır yaşıdları ilə problemi olanda cavabların verə bilmir gəlir evdə ağlıyır. balacalıqdan mən onu çox sixmişam yəni necə ona əl vurma dalaşma dağıtma söymə çox başa salırdım çox öyrədirdim. Özündən 7 yaş balaca qardaşları var.balaca olduqlarindan tez tez araqlaniram . Hiss edirem ki baxışlarından qısqanır ele bilir ki çox istəmirəm onu.xahiş edirəm məsləhət verərdiniz .Bəlkə hardasa səhv etmişəm fikirlərinizi bilmək istərdim. xahiş edirəm necə münasibət bəsləyim kömək edin.

Cavab:

Salam Validə xanım. Allah saxlasın. Səhvi harada etdiyinizi zatən özünüz qeyd etmisiniz. Əgər uşaq yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirsə, siz bunu niyə əsas bir vəziyyət halına gətirirsiniz? hər uşaq çox asan ünsiyyət qurmağı bacaracaq deyə bir qayda yoxdur. Ancaq heç qura bilmirsə, bunu problemdən saymaq olar. Əgər adi bir oyunda uduzmağı qəbullana bilmir, evdə ağlayırsa, ona izahatlar verin. Ağlama burada nə var ağlayacaq da deməyin. Çünki ona görə burada ağlanacaq bir şey var ki, o ağlayır. Daha çox çalışın insan uduzduğu, uğursuz olduğu zaman nələr etməlidir, onu necə qarşılamalıdır tipli izahatlar edəsiniz. Məsələn, oyunda uduzan digər uşaqları ona misal göstərin. Və çalışın kiçik, edilməsi asan tapşırıqlar verin ona. Tamamladıqda ona alqış tutub dəyərləndirmə edin. Ümumiyyətlə etdiyi hər nəticəyə alqış tutun. Səhv edirsə, çalışın yol göstərərk "bunu belə etsən daha yaxşı olardı, ancaq bu da pis deyil" tipli yanaşmalar edəsiniz.

Feqan 2016-06-02

salam Elnur bey men qururlaniram qurur hissim qabarir munasibetde oldugum insanlarla unsiyyetim zamani qurur hissim qabarir neinki oz yaxinlarimla unsiyyetde oldugum zaman.Nece edim ki oz yaxinlarimla qurur saxlamayim indiden tesekkurler.

Cavab:

Salam Fəqan bəy. Neçə yaşınız var? Ünsiyyətdə olduğunuz zaman nəyə qürurlanırsınız? Qürurlanmaq dedikdə fəxr hissini, yoxsa özünüzü qarşınızdakı insana əzdirməməyi nəzərdə tutursunuz?

Zumrud Heybetova 2016-05-30

Doctor menim problemim odurki mene el qaldirir buna gorede onu gormey bele istemirem her xasiyyetine dozurem ozu muzkantdi cox esebidi hec cur yola getmek olmur 2defe ayrilmiwiq yeni anam evine getmiwem yene ureyim dozmeyib bagiwlamiwam anasi cox qariwir bizim aileye onu yonlendirir soz sohbet salir axirida dava dalaw baw verir men hiss ediremki bununda hirsini menden cixir sizden xahiw ediremki mene komek edesiz men nece edimki o mene el qaldirmasin cunki mene el qaldiranda mene cox pis tesir edir ozum qan azligim var bawima vurur urek getmelerim olub nece defe heckesede diye bilmirem cox caresizem

Cavab:

çalışın konfliktə getməyin. Söz-söhbətin xaricində qalın. Onsuz da qarışmaq sizə daha pis təsir edir.

terane 2016-05-28

salam Elnur bey psixoloq desteyi dedikde nece uzbeuz sekildemi yoxsa bu cur de mumkumdurmu.xahis edirem cavablandirasiniz.narahatciliga gore uzr isteyirem

Cavab:

Salam Təranə xanım. Yazı ilə təəssüf ki, problem həlli yoxdur. Dəstək deyildikdə mütəmadi olaraq pasiyent psixoloq qəbulunda olmalıdır.

Fatma xanım 2016-05-26

salam.həddindən artıq ürəyiyumşağam.bu məni qıcıqlandırır. mən özümü necə dəyişə bilər.ümumiyyətlə çox səbrliyəm.hamı buna təəccüb edir.istəyirəm reaksiya verim amma bacarmıram.nə edim?

Cavab:

Salam Fatma xanım. Neçə yaşınız olduğunu qeyd etməmisiniz. Ancaq hər ehtimalda insan deyib peşman olaram deyə düşünür, kimisə itirməkdən qorxursa bu hallar baş verir. Unutduğunuz bir şey var insan onsuz da itirəndə itirəcək, qazananda qazanacaq. əsas odur ki, bilək kimi, nəyi, niyə itirdik, nəyə, niyə görə peşman olduq.

terane 2016-05-26

salam elnur bey meslehetinizle empatya qurmaga calisiram ancaq hiss edirem ki hele de qizim icini mene acmir evde oz alemi var ancaq bilirem ki cox saf usaqdi.bir de Elnur bey refiqem size yazmisdi aliye memmedova cavab almadi

Cavab:

Salam Təranə xanım. Siz empatiyanı sizə gəlib nəsə deməsi üçün etməyin. Bunun üçün edirsiniz belə bu qədər tez nəticə gözləməyin.

Zumrud heybetova 2016-05-26

Salam doctor men 4ildiki aileliyem bir ovladim var yoldawimla hec cur yola gede bilirem bilmirem sehv ondadi yoxsa mende ama inaninki cox caresizem derdimi deyecek bir kimsem yoxdu hamini uzaqlawdirir menden butun refiqelerimle elaqemi kesib ozuylede daniwmaq mumkun deyil ancaq acilayir birde demeyime pewman edir ancaq diyirki men duz diyiirem el qaldirir bilmirem men nece mubarize aparim uwaqa gore dozurem cox pisem xahiw edirem meslehetinizi menden esirgemeyin men ne edim?

Cavab:

Salam Zümrüd xanım. Adətən elə ailələr olur ki, orada heç rəfiqə ilə əlaqə kəsilməəyinə ehtiyac qalmır. Uşaq dünyaya gəldikdən sonra çox ana bunlara zaman ayıra bilmir. Ancaq yoldaşınız ki sizə əlaqə kəs deyib ola bilər buna görə də siz özünüzü hər şeydən təcrid olunmuş kimi hiss edəsiniz. Və ona qarşı daha çox problemli insanmış kimi yanaşasınız. Əgər evliliyin əvvəlində yoldaşınız belə deyildisə, sonradan bu hallar yaranıbsa, ilk nə zaman, nədən sonra yarandığına diqqət edib nəzərinizdən keçirin.

GULBENIZ sULEYMANOVA 2016-05-25

Salam, anam emeliyyat olunub indi bilmiwik ki mamada uwaqligin karsinosarkomasi var, heleki ozu bilmir cox hessas insandir o uzden ozune bildirmemiwik, sizce bunu ona demeliyikmi, yoxsa mexfi qalmasi meslehetdir?

Cavab:

Salam Gülbəniz xanım. Allah şəfa versin. Əgər bu onda sonrakı günlərdə heç bir narahatlıq yaratmayacaqsa, xəbərdar edib onu narahat etməyin. Həkimi ilə məsləhətləşin, əgər əməliyyatdan sonra bir fəsad olmayacaq, ömrünün sonuna kimi bu məxfi qala biləcəksə, o zaman deməyinizdə heç bir səbəb yoxdur.

Aliye Memmedova 2016-05-24

Salam Elnur bey men de ureklenib sizinle paylasmaq isteyirem.qizimla bagli.16 yasi var xeyli vaxt idi qeribe aparirdi ozunu.sonradan bildim ki refiqesinin telefonundan istifade edir ve saytdan istifade edir hem de terbiyyesine zidd olan terzde yeni qarsi terefden cox qeyri-etik sohbetler tutdym.onu basa saldim ve axirinca olsun dedim.ancaq cox narahatam ki tekrarlana biler.sizden komek isteyirem.cox xahis edirem istemirem tekrarlansin.ozunun sade telefonu var.bir defelik bele saytlar yigisdirilsa cox yaxsi olardi.genclerin terbiyyesine gore.indi men ne edim cox narahatam,evvelceden tesekkur edirem

Cavab:

Salam Aliyə xanım. Daha çox övladınızın bunu təkrarlamaması üçün nələrsə etmək yerinə bunu etmək üçün yaranan səbəbləri araşdırın. Qayğıdan kənarda qalması ona bunu elətdirə bilər. Yaxud yeniyetməlik dövrü ilə əlaqədar istəklərini düzgün ypnləndirə bilməməsi. Məsələn, o düşünür ki, oğlanla danışmaq belə anama görə səhv bir şeydir. Və mən oğlanla danışıramsa, onunla nə mövzuda danışmağımın nə fərqi? Onsuz da danışmağımın özü belə səhvdir. Odur ki, qızınıza oğlanla danışmağın sizə görə səhv bir şey olmadığını, sadəcə zamanın səhv ola biləcəyini izah edin.

Ezizov Ezizeli 2016-05-24

Bizi dinlediyiniz ucun tesekkurler.17 yasim var telebeyem amma cox pessimistem.cox gulurem qiraqdan aktiv biri olaraq gorunurem amma ozumde basqa bir sixilmaqim var her seyi heddinnen artiq derd eliyirem. bunun qarsisin nece ala bilerem?

Cavab:

Salam Əzizəli. Əvvəla bir misal var ya olduğun kimi görün, ya göründüyü kimi ol. Əgər daxilən sıxıntılıyıqsa, o zaman bunu gizlətməməyə çalışaq, yox əgər üzdə gülürüksə, bunu bacarırıqsa, daxilən də gülək. Haçan ki, biz təklikdə ayrı, cəmlikdə ayrı olacayıq bu hallar həmişə olacaq.

terane 2016-05-23

cox sag olun Elnur bey hec inanmirdim ki cavab alaram tesekkur edirem beli men cox sual verirem cox narahatam.her addimini bilmek isteyirem.2 ildir imtahandan kesilir dunen imtahanda da yene neticesi yaxsi olmadi.ancaq sinaq neticeleri yaxsi idi,muellimler de umudlu idi.

Cavab:

Əgər davamlı uğursuzluq yaşayırsa, ona suallarınız yardım etməyəcək əksinə sıxa bilər.

terane 2016-05-23

Elnur bey menim de sizin desteyinize ehtiyacim var.bir valideyn kimi duzgun gerar vermek,duzgun hereket etmek isteyirem

Cavab:

Salam Təranə xanım. Bir anlıq valideyn olduğunuzu unudub, övladınızın yaşında olduğunu düşünün. Empatiya qurmaq hər zaman kömək edəcəkdir.

terane 2016-05-21

salam elnur bey menim qizimin 17 yasi var mene qarsi munasibeti cox soyuqdu men ne etmeliyem

Cavab:

Salam Təranə xanım. Yeniyetməliklə bağlı görülə bilən bir şeydir. Ancaq çalışın ona çox sual verməyin. Məsələn, niyə bunu belə etdin kimi suallar verməyin. Sadəcə onun artıq böyüdüyünü ona güvənmək istədiyinizi bildirin. Əgər o olarsa, ona az suallar verəcəyinizi deyin. Yalnız narahat insan çox sual verər. Həyatına müdaxilə etmək istədiyinizdən deyil.

terane 2016-05-21

Elnur bey 2 ovladim var qizim boyukdu oglum kicik oglum daun sindromludu.cetin olsa da ikisine de vaxt ayirmisam.qizim nece bele olub hec ozum de bilmirem

Cavab:

Salam Təranə xanım. Hər ikisini də Allah saxlasın. Daun sindromu uşağa vaxt ayırmaq yaxud ayırmamaqla yaranan bir şey deyil. Hamiləlik zamanı bilinir artıq. Çalışın çoxlu məşqlər edəsiniz. Bir müddət psixoloq dəstəyi aldıqdan sonra geri qalan həyatınızda necə davranmalı olduğunuzu öyrənmiş olacaqsınız. 

Abbas 2016-05-20

Salam ,Elnur bəy . Mənin aglıma düşüncə gəlir ki guya ən sevdiyim ogluma xətər yetirərəm , sonra həmin fikiri dagıtmaq ücün müəyyən ritual hərəkət edirdim və sakitləşirdim elə olurdu cox vaxt yadıma düşmürdü ,indi imun zəiflədiyindən həmin fikir güclənib və məndən əl cəkmir . Amma hec ritualıda etsəmdə kecmir . Buna nə cür kömək edə bilərsininiz?

Cavab:

Salam Abbas bəy. Əslində immun zəifliyinin bura ilə bir əlaqəsi yoxdur. Bu fikrin yaranma səbəbi qaldıqca, onu başımızdan qovmaq üçün etdiyimi hər müdafiə hərəkətləri gedərək təsirini itirəcək. Səbəb bəlli olmalıdır ki, məsələ kökündən qoparılsın. Yaxşı olardı ki, psixoloq qəbulunda olasınız. 

Esmira 2016-05-18

Salam Elnur bəy mən kimisə nəyisə birinci dəfə gördüyüm hərbirşeyi elə bilirəmki əvvəlcədən görmüşəm bu nəylə bağlı ola bilər. əvvəlcədən çoxsağolun

Cavab:

Salam Esmira xanım. Adətən bir şeyi daha öncə yaşamış olduğumuzu hiss etdiyimizdə buna dejavu adı verilir. Ancaq bu hal tam olaraq sizdə nəyə əsasən yaranır dəqiqləşdirmək lazımdır.

Mahir 2016-05-17

Salam Elnur bey.oglum 1yas 8ayliqdi, danismaga Helem baslamayib, soz demir amaki ne deyisen edir , adini cagiranda hay verir, danismadigicun nevropataloqa yoxsa pisxoluqa muraciet etmeliyem ?

Cavab:

Salam Mahir bəy. Allah saxlasın balanızı. Hər ikisinin nəzarətindən keçməsində fayda var. Öncəliklə nevropataloqa göstərməklə sinir sistemini nəzarətə almağınızda fayda var. Ehtiyac olarsa, kifayət etməzsə, psixoloq qəbuluna başlamaq olar. Sadəcə çalışın o sizə əl-qol hərəkətləri ilə bir şey anlatmağa çalışanda tez anladığınızı bildirməyəsiniz. Bir qədər tərəddüd sualdan sonra anlayıb sözü necə ifadə etməsini öyrədin. Qeyd: çalışın onu anlamadığınız kimi bir şey hiss etdirməyəsiniz, o sizə fikrini çatdıra bilmədiyini gördükdə əsəbləşə bilər.

Serdar 2016-05-14

Ozume Inam Gucum Zeifleyib Bu Haldan Nece Cixa Bilerem

Cavab:

Salam Sərdar bəy. Niyə özümüzə ötəri yanaşırıq? Sizi heç tanımayan birindən dəstək aldığınız zaman üzərinizə əsməyiniz lazımdır ki, sizə yardımcı ola bilək. Məsələn, neçə yaşınız olduğu, bu vəziyyətin nə qədər davam etdiyi, bu vəziyyətin nə zamandan sonra, nədən sonra yarandığı. Bunları anlatmalısınız. Çünki inam gücü asan-asan zəifləməz. Yaşanmış, yaxud yaşanılaraq yığılmış bir şey vardır ortada. Onlar aşkar edildikdən sonra siz əvvəlkindən də güclü ola bilərsiniz, yetər ki, bir az həvəsli olun və əsası buna inanın.

Ayaz 2016-05-13

Salam Elnur bey .mende nevrotik tik var.6 ay bunnan qabaq nevropatoloq mene orap forte dermanini yazdi ve bu meni demek olarki duzeltdi butun hereketlerim yoxa cixdi amma aprel ayinin evvellerinde tezeden tik coxalmaga basladi mende ve bu mene eziyyet verir.sizce men ne elemeliyem.mene meslehet verin

Cavab:

Salam Ayaz bəy. Müraciətiniz üçün təşəkkür edirəm. Adətən biz belə pasiyentlərə dərman dəstəyindən əlavə, onunla bərabər psixoloq dəstəyi almağı məsləhət edirik ki, sonradan bu hal yenidən qayıtmasın. Dərman hərəkətləri, tikləri yox edə bilər. Ancaq bu tiklər yaşanmış hansısa travmadan sonra yaranıbsa, bunlar danışılıb işlənməlidir. Hər şey kökündən solduğu zaman bərpası mümkün olmaz. Çalışın mütəmadi olaraq psixoloq qəbulunda olasınız. Ümidvaram ki, bir gün mütləq tamamilə bundan qurtulacaqsınız.

lale 2016-05-09

salam hekim mende butun gunu six ilmalar olur kimse xestelendi ve yaxud nese bir soz esitsem cox heyacan kecirem sanki olecem qorxuram ureyim yerinden cixir deyirler pank ataq kecirirsen deyirler hekim mualicesininde xeyri yoxdu ozun ozu u tenzimle men ne etmeliyem

Cavab:

Salam Lalə xanım, keçmiş olsun. Qeyd etdiyiniz vəziyyət panik atakda da müşahidə olunan göstəricilərə daxildir. Ancaq bu dəqiq diaqnoz olduğu mənasına gəlməz. Mütəmadi olaraq psixoloq qəbulunda olmamınızsa, olmağınız zəruridir. Qəbul etdiyiniz dərmanlarla yanaşı eyni zamanda psixoloq dəstəyi panik ataka qarşı edilən ən güclü addımlardan biridir.

kenan 90 2016-05-07

salam elnur bey xaiw edirem sualimi cavablandirin azerbaycanda hipnoz eden varmi varsa mene bele birin elaqelendire bilersizmi men ywaqliqdan pisxaloji mutamadi tranvalar almiwam artiq 3 ildir orta agir nevrozdan eziyet cekirdim indi yaxwilawma his edirem nece deyim bilmirem internetde arawdirmalarimnan bele beynime bu fikir giribki men hipnoz edilib meni yoran fikirlerden fobiyalardan qurtulacam buna fikirinizi bildirin xaiw edirem ve hipnoz barede cox xaiw edirem bir melumat yazin

Cavab:

Salam Kənan bəy. Aldığımız müalicə bizə yaxşı təsir edirsə, bizim internetdə araşdırma aparıb yenidən özümüzdə başqa narahatlıq tapmağımıza səbəb nədir? Beyninizə fikir gəlib ki, hipnoz sizi qeyd etdiyiniz vəziyyətlərdən qurtaracaq. Qurtulmaq üçün digər hansı yolları sınamısınız?

zehra 2016-04-20

Salam Elnur hekim. Menim 19 yasim var. Her xirda seslere eseb kecirdirem, kimse bir soz dememis eseblesirem ele vaxt olur esebden basima vururam. Ne edimki bu hallar olmasin en adi bir seslere qiciglaniram keylesmede olur. Evvelceden cox sag olun.

Cavab:

Salam Zəhra xanım. Görünür əsəbləriniz çox oyaqdır. Hər hansı bir diaqnoz qoymaqla sizi qorxutmaq istəmərik, ancaq keyləşmə kimi artıq ağrılara qədər gedib çıxmışıqsa, bunun üzərinə düşmək lazımdır. Ancaq bütün bunlardan əlavə bir şeyi unutmayın ki, insan özünə aid həyatda nələrsə etmədikdə, həmişə başqalarına görə yaşadıqda, heç nə onu qane etmədikdə qalan kiçik hər şey ona qıcıq verməyə başlayır. Öncə həyatınızı özünüzə görə yaşadığınızdan əmin olun.

gulnar 2016-04-05

Salam Elnur hekim menim 3 yawinda bir oglum var o ana betninde zede alib anadan olarken aglamyiq hekimler nervipayoluqlar uwaqa detiski paralic qoyublar diyaqnozun ama uwaq cox aktiv uwaqdi her weyi anlayir bawa duwur bu xesteliyi nece mualice eleye ki sagalsin size muraciyet eledimki mene meslehet verersiz

Cavab:

Salam Gülnar xanım. Allah saxlasın. Sual bir az qəliz qoyulub. Tam olaraq problem nədir? Uşağın sadəcə anadan olarkən ağlamamasımı problemdir? 3 yaşında uşaqda olan özəllikləri qazanıbmı? Danışa bilmə, gəzmə və s. Əgər bunlar yolundadırsa, anadan olarkən ağlamamasına niyə ilişib qalırıq?

fatma 2016-03-29

salam elnur bey men 6ildir aleliyem 2ovladim var yoldasim aileye qarsi cox yaxsidi ama meni aldadir ve boynuna almir nece hereket edim bu hadise 4ildir var men cox susqunam cox yorulmusam sadece ozume qapaniram cox aglayiram mene bu hadise cox ezab verir mene komek edin cox xahis edirem bele yasamaq istemirem usaqlara gore yasamaga calisiram

Cavab:

Salam Fatma xanım. İki övladınızı da Allah saxlasın. Biz yoldaş deyəndə kimi nəzərdə tuturuq? Həyat yoldaşını düzdürmü? Həyat yoldaşı haçandan həyat yoldaşı olur? Onunla ailə qurduğumuz zaman elə deyil? Və biz deyirik ki, yoldaşım ailəyə qarşı yaxşıdır. İndi biz özümüzü ailədən ayırmışmı sayılırıq? Yəni elə özümüzük. O ailədə siz də varsınız. Söhbət əgər onun partnyor kimi sizə olan münasibətindən gedirsə, burada bizdə bəzi qısqanclıqların yaranmasına haqq qazandıra bilərik. Ancaq bu o demək deyil ki, biz özümüzü yormalı və incitməliyik. Çox vaxt partnyorlardan biri aldadıldığını iddia etdiyi zaman qarşı tərəf bunu təsdiq yerinə inkar edir və bu zaman iddia edən iddia etdiyini təsdiqləmə inadına düşür. Əsas məsələ isə kənarda qalır. O sizə qısaca "bəli, aldadıram" deyə də bilər düz deyilmi? Sadəcə bu qədər pərdəni aradan götürmək lazım deyil. Ona görə də onun ailənizə qarşı diqqətini əsas alaraq başqa bir qadının varlığını unudun. Onsuz da unutmamaq bunun üzərinə düşmək bu günə kimi bizə heç nə verməyib. http://pcc.az/blog/arxivlər/2437 

Gülü 2016-03-24

Salam doktur men cox esebi biriyem Evde ailem usdume cox gelir en coxda Atam.dusunuremki meni hec kim basa Dusmek isdemir men isdeyirem hami menim Nazimi ceksin amma hec sevdiyim bele meni Anlamaq isdemir butun gun evdeyem isdeyirdim Atam sora qoymadi cox yere meselen toya nisana bele Getmeye qoymur bezen men azad yasamaq isdeyirem O qeder esebiyemki bezen eseblesende nefes almaqimda pirablem olur ureyim gedir usqoru bele cagirirlar menim ucun

Cavab:

Salam Gülü xanım. Əgər ata əvvəllər işləməyə icazə verirdisə, niyə sonradan işdən çıxarıb hətta toy-nişana belə getməyə icazə verməməyə başladı? Öncə bunun səbəbini araşdıraq. Bəlkə biz o qədər diqqət görməyə köklənib bunun əksini gördükdə bir sıra valideynə xoş olmayan rəftarlar yaxud davranışlar edirik? Ancaq unutmayın diqqət görmə anlayışları fərqli ola bilər. Məsələn, biz necəsən sualının verilməsini diqqət göstərməkdən saydığımız halda qarşımızdakı insan diqqət göstərməyi fərqli nədəsə görüb onunla hərəkət edə bilər. Və biz bunun fərqində belə olmarıq. Odur ki, öncə atamızı tanıyaq. Sizə uğurlar

Sebine 2016-03-23

Salam. Menim qohumum yaxin adamları vəfat etdikden sonra yaddaşının bir hissesini itirib, yəni keçmiş hadisələr yadındadı, lakin ölən adamların sağ olduğunu düşünür. Eyni zamanda hadisələrdən sonra gigiyena məsəllərindən aqressiv imtina edir. Siz kömək edə bilərsinizmi?

Cavab:

Salam Səbinə xanım. Əlbəttə, təcili sürətdə bir mütəxəssisə müraciət etməlidir.

Cavad Eliyev 2016-03-21

Salam dr.menim dayım oğlu var 2 yaş 7 aylıqdı amma hele yaşıdları kimi danışa bilmiş,bunun üçün ne etmeliyik?

Cavab:

Salam Cavad bəy. Allah saxlasın. Adətən oğlan uşaqları qız uşaqlarına nisbətən gec dil açırlar. Ancaq nəzərə alsaq, onun artıq haradasa 3 yaşı var, daha ciddi yanaşmaq lazımdır. Məsələn, bəzi sözləri deyirmi? Yəni dil qüsuru olmadığını yoxlatmışıqsa, o zaman uşaqla ünsiyyət tez-tez qurulmalıdır. Əgər telefon kimi texnologiyadan çox istifadə edilirsə, bu minimum həddə endirilməlidir. Və uşaq öz yaşıdları ilə vaxt keçirməlidir. Məsələn, bağçaya gedə bilər. Ən əsası əgər uşaq əl-qol hərəkətiylə, yaxud qırıq-qırıq sözlərlə bizə fikrini çatdıra bildiyini görürsə, heç vaxt uzun-uzadı cümlələr qurmağa meyl etməyəcək. Yaxşı olardı ki, valideyn buna diqqət etsin. Qısa sözlərlə dediyini anlayıb ona istədiyini vermək yerinə, əvvəl anlamırmış kimi göstərib sanki sonradan anlayıbmış kimi bir ıfadə yaradıb daha sonra izahat verməlidir: bunu belə yox, belə de ana başa düşsün. 

Elza 2016-03-19

Salam hekim men valideyinimle tez tez dalawiram ozumden tez cixiram her defe soz verireki dalawmiyacam alimir.Sora pewman oluram dalawdigima gore orasida var ki uzur isdiye bilmirem isdeyirem bawiwim ama alimir mende

Cavab:

Salam Elza xanım. Dalaşmamaq üçün insan özünə söz verməməlidir. Çünki dalaşmağa səbəb söz vermiş olmağımız deyil. Buna səbəb olanlar araşdırılmalıdır. Bəlkə nəsə gözləntilərimiz var bu qarşılanmır, ürəyimizi açan heç nə yoxdur, buna görə də evdə aqressiya göstəririk? Barışmaq üçün isə üzrlə giriş etməyin, əgər alınmırsa. Sadəcə danışdırmağa başlayın. Əgər belə bir problem varsa, barışdıqdan sonra valideyninizə bunu bildirin. Özünüzdən asılı olmadan valideynlərinizlə dalaşdığınızı, ancaq onları çox sevdiyinizi hazırda mən belə anladım. Görəsən bunu valideyn bilirmi? Çalışın ifadə edin.

Yegane Bayramova 2016-03-17

Salam.men 15 illik evliyem.2 uşaq anasıyam.ama qadın olaraq heç xoşbext ola bilmedim.ve getdikce ailede problemler meni çıxılmaz veziyyete saldı.boşanmaq isdeyirem.ancaq çıxılmazdayam.bir terefde özüm bir terefde uşaqlar.ne ede bilerem.daha yaxşısı sizin qebulunuza yazılıb kömeklik isdeyirem.kömek ede bilersizse çox minnetdar olaram.işinde frofesional birine ehtiyacım var.evvelceden sağ olun.

Cavab:

Salam Yeganə xanım. Balalarınızı Allah saxlasın. Evlilikdə xoşbəxtlik anlayışı iki şaxəyə bölündüyü zaman yaşadığınız vəziyyət ortaya çıxa bilir. Yəni hər iki tərəf xoşbəxt olmağı başqa nələrdəsə gördükdə, qarşısındakı insanı xoşbəxt etmək üçün özünə görə bir şey edir hansı ki, bu qarşısındakı insan üçün önəmsizdir, istədiyi bu deyil. Yəni gedib yoldaşınızdan soruşsaq ki, siz xanımızı xoşbəxt edə bilmirsiniz, bundan xəbəriniz varmı? Heç bir fikri olmadığını, "axı xoşbəxtdir, arada dalaşırıq, ancaq hər şey yaxşıdır, hətta iki uşağımız da var" deyəcəkdir. Odur ki, öz bucağımızdan baxmayaq. Onun gözlərinin sizdə olduğunu fərq edin, hər şeyə elə baxmağa çalışın. Qəbula yazılmaq kimi köməklik üçün də hər zaman hazırıq. Əlavə məlumat üçün zəhmət olmasa, 055-257-27-00, 012480-36-29 nömrələri ilə əlaqə saxlayın

Namiq 2016-03-16

Salam hekim psixoloq psixoterapevt eynimi ixtisasdi yoxsa heresi ayri ayri peselerdi ( hekimlerdi ) cox xahis edirem cavablandirasiniz

Cavab:

Salam Namiq bəy. Psixoloq, psixiatr və psixoterapevti fərqləndirmək lazımdır. Psixiatr və psixoterapevt tibbi təhsili olan şəxslərdir. Psixoloq isə bu sahə üzrə humanitar fakültədə təhsil almış şəxsdir. Psixoloq bütün predmetlər üzrə mükəmməl biliklərə malik olmalıdır. Psixologiyanın bütün sahələri ilə yanaşı biologiya və fiziologiya ilə bağlı müəyyən məlumatlara yiyələnəndir.

Kamran 2016-03-12

Salam həkim. 21 yaşım var, evdən başqa heç yerdə sidiyə gedə bilmirəm, hətta evdə də yaxınlıqda kiminsə olduğunu hiss edəndə sidik gəlmir, həyatımds hər şey yolundadı ama bu problem mənə zülüm verir. Bayıra çıxanda maye qəbul etmirəm, işləməyə başlayacağam yaxın zamanda və bu problemə görə özümü çox pis hiss eliyirəm. Yeniyetməlik vaxtlarımdan yarandı bu problem, xahiş edirəm mənə bir yol göstərin

Cavab:

Salam Kamran bəy. Qeyd etdiyiniz bu hal obsessiyadır. Bunun üçün mütəmadi olaraq psixoloq qəbulunda olmağınız şərtdir.

Kamran 2016-03-12

Salam həkim. 21 yaşım var, evdən başqa heç yerdə sidiyə gedə bilmirəm, hətta evdə də yaxınlıqda kiminsə olduğunu hiss edəndə sidik gəlmir, həyatımds hər şey yolundadı ama bu problem mənə zülüm verir. Bayıra çıxanda maye qəbul etmirəm, işləməyə başlayacağam yaxın zamanda və bu problemə görə özümü çox pis hiss eliyirəm. Yeniyetməlik vaxtlarımdan yarandı bu problem, xahiş edirəm mənə bir yol göstərin

Cavab:

Salam,Kamran bəy.Bu hal təmizlik obsessiyası olaraq dəyərləndirilir. Obsessiya qeyri iradi düşünülən fikirlərdir.Daimi olaraq avtomatik düşüncələr beynə daxil olur və neqativ təsir göstərir.İdarə edə bilmədiyinizdən problem şəklində ortaya çıxır.Qeyd etdiyiniz kimi bir çox hallarda narahatlığın başlama dövrü ontogenezin yeniyetməlik mərhələsini əhatə edir.Genetik xarakter daşıyır.Terapiyasında psixoterapiya tətbiq olunur.

Anonim 2016-03-12

Salam, Elnur bey. Bilmirem nece adlandirim bu hali, amma onu bilirem ki bele bir hal psixologiyaya xas olan haldir. Bir az strese dusen kimi, neyi ise fikir eden kimi saclarimi qopardiram, bu xusussiyyetimden hec cure el ceke bilmirem, ne meslehet gore bilerdiniz bu pis verdisden el cekmek ucun.

Cavab:

Salam.Bu hal psixologiyada trixotillomaniya (saç yolma, kiprik qoparma xəstəliyi) olaraq adlandırılır. Tükü qopardığı zaman stress və gərginlikdən uzaqlaşdığını, rahatladığını hiss edir. Proses şüuraltı olaraq gedir. Lakin bir müddət sonra artıq vərdiş halını alır və davamlı təkrarlanır. Artıq güclü ağrılarla müşayiət olunur.Psixoloji müdaxilə ilə problem aradan qaldırıla,irəliləməsinin qarşısı alına bilər.

Ülviyyə Quliyeva 2016-03-12

Salam dr.3 yaşnda oglum var çox duşunceli usaqdi ama evde deceldi men onu vuranda dyir ki mama meni döyme menm elim boşalir. Men onla nefes aliram nece reftar edim uşağla. İstrem terbiyeli aglli, çalişqan ve duşünceli olsun. Sizden xahiş mene meslehet verin. Twk

Cavab:

Salam,Ülviyyə xanım.Döyməklə hər hansı nəticə əldə edə bilməzsiniz.Çalışın, etdiyi hərəkətin niyə səhv olduğunu, hansı səbəbdən etməməsini izah edəsiniz. Bunu etdiyiniz təqdirdə davranışını anlayar və onu bir daha təkrarlamaq istəməz.Lakin şiddət göstərdiyiniz zaman inadına həmin hərəkəti təkrarlamaq istəyər və bununla şüuraltı sizi cəzalandırdığını düşünər.

İlahə 2016-03-11

Salam doktor mənim sualıma cavab yazında xaiş edirəm .mən çox pis haldayam ancaq ölmək isdiyirəm .mənə kömək edin

Cavab:

Salam,İlahə xanım.Problemi bir qədər ətraflı şəkildə yaza bilərsiniz?

İlahə 2016-03-10

Salam doktor mən yoldaşımın telefonunda qadın nömrəsi tapmışam .o gündən mən yoldaşıma inana bilmirəm .bir neçə dəfə quran açdırmışam quranda da yoldaşımın mənə xəyanəti çıxdı .mən özümü öldürmək isdiyirəm .yazığım uşağlarıma gəlir amma mən özümdə həyatdan bezmişəm ancaq ölmək isdiyirəm mənə kömək edin xaiş edirəm

Cavab:

Salam İlahə xanım. Düşünün siz əgər o nömrəni görməsəydiniz nəsə hiss edərdiniz? Böyük ehtimalla yox. Yoldaşınızın telefonuyla onun barəsində fikrə düşməyin. Hər şey ola bilər, o işdə əsəbləşə də bilər, başqa qadın hətta qadınlarla da ola bilər, ancaq ən başlıca olan sizə qarşı münasibətidir. Bunu sizə hiss etdirib etdirməməsidir. Ancaq biz bir nömrə tapırıq və başlayırıq şübhə ilə hər şeyə yanaşmağa. Quran açdıran o zaman niyə sizə nə etməli olduğunuzu da demir? Belə şeylərlə təsdiq tapmayın. Şübhədən uzaq, tamamilə neytralca müşahidə edin.

Sara miraliyeva 2016-03-08

Men ozumu cox piss hiss edirem. Pessimist biriyem ozumu deyise bilmirem ne edim

Cavab:

Salam Sara xanım. Neçə yaşınız var? Adətən 20 yaşa kimi bu hal yeniyetməliklə bağlı olduğu üçün şəxs daha çox ünsiyyətə meyl edib, insanlarla əlaqə qurmağa can atmalıdır. Əgər özünüzü təcrid edib, heç nədə maraq görməsək təbii pessimist olarıq. Ən əsası isə hər şeyə maraqlıdırmı, deyilmi, bu mənə nə verir kimi suallarla yanaşıb özümüzdə həvəssizlik yaratmayaq.

Raida 2016-03-04

salam hekim.menim 19 yawim var.her wey aile veziyyetim normaldir.erim yanimda anam atam da var...menim bele bir xesteliyim var.bu xestelik 6-7 ildir ki var.men durdugum yerde ureyim pis olur.ele fikirler gelir ki, men olecem o an.cox pis oluram.ayaqlarimdan bawqa her yer beden qaynar olur terleyirem o an,ayaqlarimi yere qoyub gezmek istemirem ayaqlarim tutmur.ellerim titreyir ama az.en pisi odu ki pis pis xeyallar kecir beynimden o an duwub olecem ele bil ki.hekime getmiwem her wey temizdir.bilmirem bu ne olan weydir.bu her gun olur bew deqiqede gelib kecir.ama bu bew deqiqede olub kecir.amma bew deqiqede olub dirilirem ele bil ki.bu ne olan weydir hekim? bu ne vaxt kececek? ne etmeliyem? stress yaxud depressiyaya duwecek bir problemim de yox ki.xahiw edirem komek edirem mene

Cavab:

Salam,Raida xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.

aydin.. 2016-03-04

salam hekim menim sosiyal fobyam var unsuyetde cetinlik cekirem ozume qarwi konmplesim var artiq bu veziyetim meni iwimnende edib mene komek lazimdi.twk

Cavab:

Salam,Aydın bəy.Sosial fobiyanın terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiya tətbiq olunur.

Sebu 2016-03-01

Salam size sualim olacaq xayişedrem cavabladrin men 2 il budan evel cox pis qorxdum o hədə cadiki ozmu yuk seklik den aşakı atmak istedim o gunden beri ozme gele bilmirem ve başmda sxlaşma ağrlik hiz edrem sanki doludu ton kimidi başım ogunden beridi qorxulara tez tez qaplam demeq olarki her15 deqeden bir qulaqmi cekire ureqime pis pis hiser gelir cox narahatam telivizir izliye bilmrem ve teli olmakdan xorxram cinayet işi eşdib edende ele bilem mede ele olcyam vs yaşm 20 men ne edebilerem bir kömekilik edin

Cavab:

Salam.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.

Leyla İbrahimova 2016-02-27

salam doktor men her seyi cox fikirlesen insanam.atam atam rehmete gedenden sonra ele bilirem ki hamini itirecem.oz olumum hec vaxt yadimdan cixmir .ele hey oleceyimi fikirlesirem tez tez usaqlarima baxib ele bil olecem kimi onlari tek qoymaqdan qorxuram psixologiyam tamam pozulub bir yerim aqriyan kimi ele bilirem ki xercengem ozumden ozume xestelikler fikirlesirem .her sey haqqinda en pisini fikirlesirem.

Cavab:

Salam,Leyla xanım.Qeyd etdiyiniz durum generalizə olunmuş təşvişli pozuntusu olaraq dəyərləndirilir.Narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Qeyd etdiyiniz digər əlamətlər yəni hər hansı xəstəliyə tutulma isə ipoxondriya olaraq adlanır. Və təşviş pozuntusunun fonunda ortaya çıxır.Şəxs mütəmadi hər hansı xəstəliyə tutulacağını və bundan çıxış yolu olmyacağını düşünür. İnternetdə bu barədə məlumatlar oxuyur, tez-tez səbəb olmadan həkimlərə müraciət edir, analizlər verir.Hər iki problemin terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər

Sahin 2016-02-27

Salam hekim.evvala tewekur edirem.5 aydi aileliyem yoldawim cox esebidi bir weyi nece defe yuyur,her weyi cirkli hesab edir.iki ayliq hamiledi.bu hereketleri bezen aramizda problem yaradir nece komek ede bilersiz.

Cavab:

Salam,Şahin bəy.Hamiləlik dönəmində endokrin (hormonal) sistemdə dəyişiklər müşahidə olunduğu üçün bu hal psixoloji sferada fərqli formada təzahür edə bilər.Yoldaşınızda müşahidə etdiyini hallar da həmin dəyişikliyin təzahürü kimi obsessiv-kompulsiv pozuntunu yaradıb.Obsessiya-qeyri iradi düşüncələr, kompulsiya - bu düşüncələrə müvafiq davranışlardır.Daha sonra həmin əlamətlərin qalıcı olmaması üçün zamanında korreksiya aparmaq faydalı olardı.

kenan90 2016-02-26

salam hekim mende sosiyal fobiya ve emosonial pozulma var men nevroloji mualice almiwam ozumu normal hiss edirem prosto sosial fobiya ve kecmiw fikirler beynimi yorub bir nov bu fikirlerden el ceke bipmirem bu xesteliyden hekim qurtulmaq mumkundumu?

Cavab:

Salam,Kənan bəy.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,nevroloji müalicə ilə paralel şəkildə aparıldıqda effektiv nəticə alına bilər.

Anar Kərimov 2016-02-25

Salam Elnur bəy.Köməyinizə ehtiyacımız var.Biz Gəncədə yaşayırıq.Bakıya gəlib qalmağa heç cür imkan yoxdur.Uşağımızın 6 yaşı var.Psixoloqa ehtiyacımız var.Gəncədə etibar etdiyiniz psixoloq varsa,xahiş edirik yönləndirəsiniz.Əvvəlcədən çox sağ olun deyirik.

Cavab:

Salam Anar bəy. Uşağınızın problemini qeyd etsəydiniz bəlkə yardımcı ola bilərdik.

Sedaqet 2016-02-21

Salam, Elnur bey. Kömeyinize ehtiyacim var. Menim ciddi problemlerim var. 4ildi aile qurmusam ailedaxili problemler daim stress altinda yasamaq mene cox pis tesir etdi. Basim sixilir ve qasim yuxari dartinir. Qapalı,yuksek mertebe olan yerlere gede bilmirem. Özümden asili deyil tez heyecanlaniram.Qapalı yere girende . Hundurde olanda ele bil nefesim catmir.Ancaq aciq havada rahat oluram. Sizin merkezin yaxinliginda yasayiram amma sizin merkez 3 cu mertebede yerlesir ve men 3cu mertebrye cixa bilmerem özümden asili deyil. Ne olar mene kömek edin bir cixis yolu gosterin. Müalice olunmaq evvelki saglamligima qovusmaq isteyirem. 27 yasim var 2 yaslı bir övladim var. Bu veziyyetim övladimi istedyim kimi böyütmek isteyirem. Mene bir cixis yolu gosterin

Cavab:

Salam.Bu hal agorofobiya olaraq dəyərləndirilir. Agorofobiya açıq sahələrdən üorxma və hündürlük qorxusu ilə təzahür edir. Bu halda təngnəfəslik, ürək döyüntülərinin artması, epiqastral nahiyəsə ağrı, tərləmə, titrəmə kimi fizioloji, ölüm qorxusu, səbəbsiz narahatlıq, gərginlik, həyəcan, nəsə olduğu təqdirdə heç kimin kömək edə bilməyəcəyi hissi kimi psixoloji hallar müşahidə olunur. Terapiyasında psixoterapiya və ağırlıq dərəcəsinə uyğun medikamentoz terapiya tətbiq olunur.

elwen91 2016-02-20

salam hekim men nevrozam hekimin didiyine gore mualiceden sonra dimey olar normaldi sehetim birce lazimsiz fikirler meni yorur heyacan hissi unsuyetde centiyim olur.umumiyetle hipnoz edilmekle alt yaddawdan lazimsiz melumatlardan yaxa qurtarmaq olarmi.evellceden twk

Cavab:

Salam,Elşən bəy.əşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.

Anonim 2016-02-17

Salam elnor bey men yoldawimw göre sizi narahat edirem menim yoldawim hec yere getmit heç eve gelen qonaqlarlada oturmur insanlarla temiz soyub ancaq evde oturmaq isteyir ve dinede xestelik derecede baqlidi deyendeki hekime gedek deyir menim hecneyim yoxdu birde cox esebi olub xatiw edirem mene bir çare deyin

Cavab:

Salam.Bu əlamətlər depressiv epizodla əlaqələndirilə bilər.Ünsiyyətdən və cəmiyyətdən uzaqlaşma,daha çox özünəqapanma,özgüvən əksikliyi, yuxu pozuntuları, əhvalın enməsi, laqeydlik, öncəki maraqlarına qarşı həvəssizlik və s psixoloji hallar müşahidə oluna bilər.Eyni zamanda paralel şəkildə somatik simptomatika qeydə alına bilər.Bu halda psixoloji müdaxilə daha faydalı olardı.

Anonim 2016-02-17

Salam elnor bey men yoldawimw göre sizi narahat edirem menim yoldawim hec yere getmit heç eve gelen qonaqlarlada oturmur insanlarla temiz soyub ancaq evde oturmaq isteyir ve dinede xestelik derecede baqlidi deyendeki hekime gedek deyir menim hecneyim yoxdu birde cox esebi olub xatiw edirem mene bir çare deyin

Cavab:

Salam.Qeyd etdiyiniz duruma səbəb olan məqamlar araşdırılmalı,daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.

anonim91 2016-02-13

salam hekim men nevroloji prablem yawamuwam ve mualice almiwam ve demey olar sehwtim normaldi prosto sosiyal fobyam var bunu ardan qaldirmaq mumkundur?evvelceden twk.

Cavab:

Salam.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi ola bilər.Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə terapiya olunur.

Abbas 2016-02-10

salam mene nervpataloq terefinden bir il once nevriz diaqnozu qoyuldu ve men mualuce olundum mualicem undi bitim .qeyd edimki bir il once men cox agir veziyetdeydim mende esebilik heyacan qorxular neqativ duwunceler bogulma elde keyime urey nahiyesinde essasiz agirilar olurdu bunlar dimey olar cox azalib indiki veziyetim emasonial kovrekem unsuyetde oluram insanlarla ama cetinlik cekirem diqqet catiwmazliqida var .en esadaki men lazimsiz fikirlerden heccur qurrara bilmirem beynimi yorur.xaiw edirem bir meslehet verir

Cavab:

Salam,Abbas bəy.Dərman müalicəsi ilə yanaşı psixoterapiya tətbiq olunduğu təqdirdə daha effektiv nəticə almaq mümkündür.Yaxşı olardı ki, terapiyaya davam edəsiniz.

Sevil 2016-02-10

Men tez tez eseblesirem ve o zamanda udquna bilmirem aqlayiram evde tez tez menim xetrime deyirler yene aqlayiram ister istemez aqlayiram ve basimda aqrilar olur kefim tez tez pozulur narahat olanda ureyimde gunlerle sixinti hiss edirem ne edim xais deyin

Cavab:

Salam,Sevil xanım.Qeyd etdiyiniz durum konversion narahatlıqla bağlı ola bilər. Bu zaman aşırı həssaslıq, hədsiz emosional reaksiyalar, ağlama tutmaları, udquna bilməmə hissi yaşanır. Psixoterapiya vasitəsilə problem korreksiya oluna bilər.

Aynur 2016-02-09

Elnur bey men 3 illik evliyem ama yoldawimla xasiyetimiz tutuwmur .Ele hey dava qirgin ses kuy Bir oglumda var ona gore bezen susub icime atiram esebi gerginliyi ona gorede nefes almamda cetinlik olur .Herden ele olur ki her weyi qoyub cixib getmek isteyirem .ne edeceyimi nece davranacagimi bilmirem .Xaiw edirem etrafli bir meslehet verin

Cavab:

Salam,Aynur xanım.Ola bilsin ki,ailədaxili konfliktlərə gətirib çıxaran məqamlar rol keçidləri və ailəyə adaptasiya prosesinin düzgün olmaması ilə əlaqədardır.Bu durumda psixoloji yardım almanız uşağın psixikasına neqativ təsir etməmək və ailədaxili münasibətlərinizin tənzimlənməsi istiqamətində daha uğurlu olardı.

kamran 2016-02-04

Salam,Elnur bey menim 21 yasim var,mende bele bir problem var men oz ozume danisiram cox sey fikirlesib qorxuram bogazimda sixilma olur ureyim darixir elebilirem ki mene bu saat nese olacaq bu barade mene etrafli melumat vererdiniz zehmet olmasa

Cavab:

Salam,Kamran bəy.Bu hal generalizə olunmuş təşviş pozuntusu adlandırıla bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər

Aynur 2016-02-03

Salam Hekim menim bacimin bawinin arxa hissesinda agrilar olur ve qida qebulunda eziyyet cekir udquna bilmir hec diz elli daniwa da bilmir deyir ele bilirem beynim parca kimi cirilir ne ile ele bele key kimi gezir qapini bele aca bilmir beynime guc duwur deyir Sizden xahiw edirem cavab yazasiniz Neden ola biler bu keskin agrilar?

Cavab:

Salam,Aynur xanım.Problem orqanik səbəblərdən qaynaqlana bilər.Yaxşı olardı ki,həkimə müraciət edəsiniz

aysel 2016-01-29

Salam,Elnur mellim menim 15 yaşım var,10-da oxuyuram,1 il bundan qabaq mektebi deyişdik,yeni mektebde bir riyyaziyyat mellimi ile tanış oldum ,onun 26yaşı variydi.Amma mene qarsı çox diqqetli idi nese de sevdim,hemde çox.ele bilirdim oda sevir.amma indi mennen çox pis davranır sanki men dersde yoxam kimi,meni saymir ve mennen danışmir.amma mene deyir ki seni çox istiyirem.elnur bey etiraf edim sevdiyimi? Nolar qısa olaraq he yoxsa,yox

Cavab:

Salam,Aysel xanım.Prosesdən uzaqlaşın

aysel 2016-01-29

Salam,Elnur mellim menim 15 yaşım var,10-da oxuyuram,1 il bundan qabaq mektebi deyişdik,yeni mektebde bir riyyaziyyat mellimi ile tanış oldum ,onun 26yaşı variydi.Amma mene qarsı çox diqqetli idi nese de sevdim,hemde çox.ele bilirdim oda sevir.amma indi mennen çox pis davranır sanki men dersde yoxam kimi,meni saymir ve mennen danışmir.amma mene deyir ki seni çox istiyirem.elnur bey etiraf edim sevdiyimi? Nolar qısa olaraq he yoxsa,yox

Cavab:

Salam,Aysel xanım.Prosesdən uzaq durun.

Fidan 2016-01-28

Salam Elnur bəy,"Siz ekzistensial-psixoloji böhrandasınız? Cavab: Siz artıq ekzistensial-psixoloji böhrandasınız.İşiniz-gücünüz özünüz və dünyanın mövcudluğu haqqında fikirləşməkdədir.Bu cür söhbətləri tez-tez tanışlarınıza da söyləyirsiniz.Tənhalığa meyillisiniz.Əsəbləriniz tez-tez gərginləşir.Tezliklə yaranmış böhranlı vəziyyətdən çıxın." Mən bu testdən keçdim və(mənə ünsiyyət qurmaq çox vacibdir onsuz mən yaşaya bilmirəm və mənasız olur)necə özümə gələ bilərəm?Çox saqolun.

Cavab:

Bu durumda əyani psixoloji yardım problemin həlli istiqamətində daha məqsədəuyğun olardı

Fidan 2016-01-27

Salam Elnur bəy,mənim problemin 2 il bundan qabaq olan problemimlə əlaqədardır.Mən gecəni rahat yata bilmirəm,dəhşət qışqırıram,evdəkilər pis narahat olurlar.Hər gecə ağlayıram olanlara görə.Ağlamamaq üçün yatmıram, yoruluram.Necə edim?Cox saqolun

Cavab:

Salam,Fidan xanım.Yaşadığınız situasiya zamanı keçirdiyiniz aşırı stress, gərginlik posttravmatik stressi formalaşdırıb.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. Travmatik hadisə və bunun perseptual-koqnitiv-emosional hissələri yuxuda öz əksini tapır və gün ərzində təkrarlanan şəkildə yaşanılır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır. Zamanında korreksiya olunması problemin ağır fəsadlar yaratmasının, başqa bir patologiyaya keçməsinin qarşını alır. Terapiyada psixoterapiya və təyinata uyğun şəkildə medikamentoz terapiya tətbiq olunur.

Əminə 2016-01-24

Men hamile vaxti cox guclu qorxu stress kecidim. Ustunden 3 ay kecenden sonra mende psixi prablem yarandi. İnsanlar esyalar her sey mene qorxunc vahimeli qeyri adi gelir ve hemen ani dehsetli qorxu keciriremki men niye bele oluram. İzah ede bilmeyeceyim hissler yasayiram ev meni cox sixir hara getsem ne etsem mene qefes kimi gelir hec yerde rahatliq tapa bilmirem ureyim partlayir. Beynime ele fikirler gelirki onu etmemek ucun ozumu gucnen saxlayiram. Deli olmaqfan qorxuram. Xais edirem sualimi cavablandirasiz. Bu neyin elametidi? Niye bele oluram?

Cavab:

Salam,Əminə xanım.Qeyd etdiyiniz durum postnatal depressiya olaraq adlandırılır.Yəni hamiləlikdən sonra yaşanan fizioloji dəyişikliyin yaranması nəticəsində ortaya çıxan depressiya vəziyyəti.Ani olaraq hormonal dəyişiklik və bədən ölçülərində dəyişiklik yarandığı üçün bir çox analarda depressiya müşahidə olunur.Bu korreksiya olunmadığı təqdirdə uzun illəri əhatə edə bilər.Bəzi hallarda özünə və ya uşağa zərərvermə davranışları da müşahidə olunur.Terapiyasında psixoterapiya tətbiq olunur.Ağır dərəcələrində isə medikamentoz terapiya yanaşı şəkildə aparıla bilər.

Abbas 2016-01-24

salam hekim men nevrozam muailice aliram indi biraz qenat bexwdi sehetim cemiyet arasinda ozumu narahat his edirem emosiyalarima hakim kesile bilmirem men ne etmeliyem

Cavab:

Salam,Abbas bəy.Müalicə ilə yanaşı psixoloji yardım da almanız effektiv təsir göstərərdi.

Fidan 2016-01-23

Salam, mənim 18 yaşım var(ADNSU tələbəsi)amma mən öz yaşıdlarımdan geri qalıram.Xarici görünüşümdən normalam,mənə çox vaxt pessimist deyirlər(əslində sakitəm,ünsiyyətcil deyiləm,zəifəm,sevməmişəm,TƏNBƏLƏM,özümdən asılı olmayaraq cəlb edirəm).Mənim həyatım mənasızdı.Məqsədim yoxdu,bəxtim gətirir.Ürəyim sıxılır.Özümdən çox ətrafı fkirləşirəm.Mən demək olar ki, özümü hiss etmirəm(yoxmuş kimi).Özümə inamım yoxdu,məşğuliyyətim yoxdu,heçnə ilə maraqlanmıram,heçbir şey mənə təsir etmir(pis,yaxşı hər şeyi yoxlamışam,qəbul etmiş