Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı.

Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı.

23 aprel 2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirildi.​

Açılışda Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və ardından iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.​

Tədbirin açılışını Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov etdi. O, Elmi Tədqiqat institutunun pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirdikləri layihələr, aparılan tədqiqatlardan, nəşr olunan kitab və metodik vəsaitlərdən danışdı. Eyni zamanda İnstitutun Beynəlxalq Əməkdaşlığından və bunun məktəb psixoloqlarının peşəkar inkişafına təsirini də vurğuladı.​ Gələcəkdə həyata keçiriləcək layihələr haqqında da məlumat verərək, Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər mövzusuna toxundu.​
​ Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış etdi. O, bildirdi ki, məktəblərdə psixoloji işin təşkili sahəsində belə bir konfransın keçirilməsini dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdı.​

Tədbir Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini professor Ənvər Abbasovun çıxışı ilə davam etdi.​ O, məktəblərdə müşahidə olunan əsas psixoloji problemlərə toxundu, bu mövzuda daha intensiv şəkildə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu bildirdi.​ ​
​ Bakı Şəhər Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova çıxış edərək, məktəb psixoloqlarının öz peşə fəaliyyətlərində rastlaşdıqları əsas çətinliklərə və bu çətinliklərin həlli istiqamətində atılması gərəkən addımlara toxundu

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.