“Creative author” layihəsinin təqdimatı

“Creative author” layihəsinin təqdimatı

09.04.15 tarixində Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və “Düşüncə” jurnalının birgə layihəsi olan “Depressiya və suisid” mövzusunda “Creative author” müsabiqəsinin yekun tədbiri keçirilmişdir. Müsabiqə çərçivəsində 100 məqalə daxil olmuş və onlar arasından 36 məqalə seçilmişdir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə aparılmışdır:

  • Problemlə bağlı ümumi xarakteristika
  • “Depressiya və suisid”lə qarşılaşan şəxslərlə aparılan müsahibə
  • Bu istiqamətdə hər hansı əsərin, mahnının və ya filmin təhlili
  • Elmi cəhətdən problemin analizi

Məqalələr peşəkar mütəxəssislər tərəfindən yoxlanılmış və 4 qalib müəyyən edilmişdir:

1. Xəzər Universiteti “İnsan resursları” departamentinin rəhbəri, psixologiya kafedrasının müdiri, psixoloq Ülkər İsayeva

2. AMEA-nnın elmi işcisi , Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov

3.Xəzər Universitetinin, Humanitar-Sosial Elmlər fakültəsinin dekan müavini  və Psixoloq Mələk Kərimova

4.Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, psixiatr Araz Manüçöhri Lalei

5.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva

6.Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Orxan Fərəcli

Müsabiqə çərçivəsində keçirilən tədbirdə mövzu ilə bağlı treninq keçirilmişdir. Mütəxəssislər tərəfindən “Depressiya və suisid” ətrafında psixoloji açıqlama AMEA-nnın elmi işcisi , Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov, hüquqi açıqlama Hüquqşünas Akif Əlizadə və fəlsəfi açıqlama Fəlsəfə kafedrasının müdiri Mail Yaqub tərəfindən verilmişdir.

“Creative author” müsabiqəsinin qalibi I qrup əlil Samir İmanov seçilmiş, Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi, “Düşüncə” jurnalı tərəfindən mükafatlara layiq görülmüşdür.

Tədbirin sonunda isə Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı və Xəzər Universiteti “İnsan resursları” departamentinin rəhbəri, psixologiya kafedrasının müdiri, psixoloq Ülkər İsayeva layihəylə əlaqədar öz fikirlərini bildiriblər.



12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.