AİLƏ PSİXOTERAPİYASI
Ailə münasibətlərinin optimallaşdırmasında, konfliktlərin həllində ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik məsləhətlərin və metodların kompleksidir. Ailə psixoterapiyası ilə bağlı 3 aspekt fərqləndirilir;
1.Ailə mühitinin optimallaşdırılması
2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir.
3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması
Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir.
Ailə psixoterapiyasının mərhələləri:
- Psixodiaqnostika ("ailə diaqnozu"nun qoyulması)
- Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılması
- Şəxslərarası münasibətlərin yenidən qurulması
- Ailənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.