Haqqında
Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda həmin İnstitutun "Sosial psixologiya" şöbəsində böyük elmi işçi kimi çalışır.
2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etmişdir.
2007-2008-ci illərdə həqiqi-hərbi xidmətdə olmuşdur.
2008-2009 –cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2008-2009-cu illərdə “Regional Psixologiya Mərkəzi”nin direktoru kimi çalışmışdır.
Narınc Psixologiya Mərkəzinin həmtəsisçisidir.
2010-2018-ci ilə qədər "Psixologiya və Konsultasiya Mərkəzi"nin rəhbəri kimi çalışıb.
2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib.
2018-ci ildən etibarən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri vəzifəsində çalışır.
Fəlsəfə üzrə fəlsəfə doktorudur.
Çap olunmuş əsərləri;
Rüstəmov E.M."X-lady" elmi-bədii roman Bakı, 2014, 108 s.
Rüstəmov E.M. "Karl Yaspers və fəlsəfədə ünsiyyət problemi" Bakı, 2015, 232 s.
Rüstəmov E.M. Quliyeva N.A. "Psixoloji məsləhətə giriş" Bakı, 2017, 172 s.
Rüstəmov E.M. Əliyeva M, Allahverdiyeva M, “Təhsildə psixoloji xidmətin əsasları” Bakı, 2021, 276 s.
Elmi fəaliyyəti;
35 elmi məqalənin müəllifidir.
Bir çox yerli və beynəlxalq konfransların təşkilatçısı, məruzəçisi və iştirakçısı olmuşdur.
“Müasir Azərbaycan Psixoloqları” İB-nin sədr müavinidir.
Ailəlidir, iki övladı var.