Psixi asılılıq sindromuna narkotik vasitələrə psixi (obsessiv) meylin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması aiddir. Psixi meyl daimi narkotik haqqda fikirlər, narkotik qəbulu zamanı əhval-ruhiyyənin artması, əks halda isə narazıçılıq, əzginlik hissi ilə müşahidə olunur. Narkotik haqda sayrışan fikirlərin olması psixi meyli obsessiv adlandırmağa imkan verir. Kompulsiv meyl xəstənin hərəkətlərini ifadə etdiyi halda , obsessiv meyl isə əhval-ruhiyyəni , emosional fonu təyin edir.
![PSİXOLOGİYA VƏ KONSULTASİYA MƏRKƏZİNİN RƏHBƏRİ, PSİXOLOQ ELNUR RÜSTƏMOVUN ANS TV-YƏ MÜSAHİBƏSİ MÖVZU: Narkotik asılılıq](content_img/elnurrustamov/ansm/12074922_471393076365200_5615315501911655109_n.jpg)