Depressiyadan qurtuluş... - Müsahibə

Depressiyadan qurtuluş... - Müsahibə

Qadınlar alış-verişi həm də seçilmək üçün edirlər

Bu gün marketinqdə də qeyd olunur ki, adi satışın təxminən 70-80 faizi qadın tərəfindən həyata keçirilir. Davamlı olaraq alış-veriş etmək qadınların əksəriyyətinin tərgidə bilmədiyi vərdişdir. Hətta ehtiyac olmasa belə alış-verişdən əl çəkə bilməyən xanımlar var. Səbəblər isə müxtəlifdi. Xanımlar arasında sorğu keçirdikdə bəlli olur ki, onlar depressiyada olduqları üçün yeni geyim və ya aksesuar alırlar, bu zaman özlərini daha xoşbəxt hiss edirlər. Bəziləri isə sırf digər xanımlardan geri qalmamaq üçün mağazalara üz tutur. Hər zaman dəblə geyinməyi sevən, alış-verişi sadəcə bir hobbi kimi qiymətləndirən xanımlar da var.

Bəs görəsən, ictimaiyyətdə tanınan xanımlarımızın alış-verişlə arası necədi?

“Adam isti-isti hər şeyi görür, bəyənir və almaq istəyir”

Alış-veriş zamanı hər kəsin müəyyən çərçivələrə diqqət etməli olduğunu deyən hüquqşünas İradə Cavadovanın fikrincə, davamlı olaraq yeni geyimlər almaq əsasən gənclər və qadınlara məxsusdur. Vəkil xanımın sözlərinə görə, qadınlar hər zaman gözəl görünmək, dəblə uzlaşmaq, bəzən də aşırı dərəcədə dəbə uyğun geyinmək istəyir: 

“Ruslar hədsiz alış-veriş edən insanlara “şopaqolik” deyirlər. Bu, asılılıq yaradan bir xəstəlikdir, amma ziyansızdır, insan sadəcə özünə maddi ziyan vurur. Şopaqolik yalnız qadınlara yox, kişilərə də aiddir. Amma qadınlar şopinq etməkdə üstünlük təşkil edirlər. Davamlı olaraq alış-veriş etməyi xəstəlik kimi qiymətləndirirəm, hətta psixoloqlar da belə deyir. Bəzən görürsən ki, qadınlar özlərini pis hiss edəndə, depressiyaya düşəndə, nədənsə narazı qalanda alış-verişə üz tuturlar ki, bununla özlərinə təsəlli tapırlar. Onlar xoşbəxtlik sindromunu ancaq alış-verişdə görürlər. Bəzən də nəsə alarkən istirahət edirlər”.

Vəkil xanımın sözlərinə görə, lazımsız əşyalara pul verməkdənsə, həmin məbləği daha sərfəli və xeyirxah işlərə sərf etmək olar: “Bir az pafoslu səslənsə də deyəcəm, məsələn, internat məktəbinə, yaxud kiminsə təhsilinə köməklik eləmək olar. Belə düşünürəm, hökmən deyil ki, hər kəs belə düşünsün.

Bir əşya 100-150 manat civarındadır, həmin əşyanın brendi 1500-2000 manatdırsa, bəzi xanımlar sırf dəbə uyğun olmaq üçün “mən mütləq bu brenddən istifadə etməliyəm”- deyir. Bu cür xanımlara heç yaxşı baxmıram. Hesab edirəm ki, hər bir insan özünə ehtiyac olan qədər xərcləməlidir.

Hesab edirəm ki, bu hal istehsalçının malını daha baha satmaq və daha çox qazanc əldə etmək üsuludur. Lap elə telefonları götürək. Əvvəlcə “İphone 5”, sonra “İphone 6” və “İphone 7” çıxdı və indi bəziləri səbirsizliklə gözləyir ki, “İphone 8” çıxsın və gedib əldə etsinlər. Bu istehsalçının marketinq üsuludur, fikirləşir ki, daha çox pul qazanmaq üçün nə edə bilər. Fikir verin, həmin o istehsalçılar qazandığı pulları daha sərfəli yerlərə xərcləyirlər”.

İ.Cavadovanın fikrincə, xanımları qınamaq da olmur. Alış-veriş zamanı onlar özləri düşünməli və düzgün addım atmalıdırlar:

“Hesab edirəm ki, xanımlar aşırı dərəcədə şopinq xəstəliyindən qurtulmaq üçün mağazaya girən zaman özlərini ələ almalı, 30-a qədər saymalı və heç nə almalı deyil. Çünki adətən insan mağazaya girəndə isti-isti hər şeyi görür, bəyənir və almaq istəyir. Amma bir müddət keçəndən sonra artıq özü qiymət verir ki, onun daha çox nəyə ehtiyacı var”.

“Alış-veriş bəzən depressiyaya səbəb olur”

Yazar xanım Sevinc Elsevər bu gün qadınların alış-verişə olan marağının kapitalizmlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, “şopinq” vərdişi sadəcə xanımlarda deyil, həmçinin uşaqlarda da var.

Yazar xanım bildirib ki, günümüzdə al-əlvan vitrinlər, fərqli və maraqlı dizaynlar istər-istəməz insanların diqqətini cəlb edir. Ona görə də kimisə qınamaq düzgün deyil: “Məndə aşırı dərəcədə alış-veriş etmək vərdişi yoxdu. Amma görürəm ki, balaca oğlumda və qızlarımda buna bir qədər maraq var. Qədim zamanlarda da qadınların alış-verişə həvəsi varıydı. Onlar bunu bəzən stress atmaqla, bəzən də qadın təbiəti ilə bağlayırlar.

Yeni kitablar almağı çox sevirəm. Məsələn, hansısa kitab mağazasında mənə maraqlı gələn kitabı həmin an alıram. Halbuki buna ehtiyacım yoxdu, çünki hələ oxuduğum kitab var. Amma bu vərdişimdən vaz keçə bilmirəm, alıb evi kitablarla doldururam, heç qoymağa da yer tapmıram.

Alış-verişə bir çox adlar qoya bilərik, lakin hər şeydən əvvəl bu, incəsənətdir. Məsələn, marketə gedirəm, hansısa məhsulu almasam da, onun bağlanması, çeşidlənməsi, qeyri-adiliyi istər-istəməz adamı cəlb edir. Bu zaman əmək sərf edən insanların əməyini qiymətləndirirəm.

Alış-veriş insanın stressini azaltsa da, bəzən insanın depressiyaya düşməsinə də səbəb olur. Kimsə görür, xoşu gəlir, amma ala bilmir. Alanda özünü xoşbəxt hiss edirsən, almayanda isə stressə düşürsən”.

S.Elsevər həmçinin deyib ki, bəzən xanımlar paltar geyinirlər və bu geyim onlara yaraşmır, amma sırf dəbdi deyə onu geyinməyə davam edirlər. Yazar xanım paltarın bahalı olmasını deyil, zövqlü və insana yaraşan olmasını da diqqətə çatdırıb: “İnanın ki, zövqlü xanım olmaq, geyimləri kombinasiya eləmək özü bir istedaddır. Məsələn, qadın var ki, girir alış-veriş mərkəzinə və ən minimum məbləğlə özünə o qədər paltarlar alır ki. Məncə, bu özü bir xoşbəxtlikdir.

Bu gün ölkədə maddi vəziyyət ağırdı. Nişanlı qızlar sırf dəblə uyğunlaşmaq üçün nişanlısına hər şeyi aldırır. O qədər lazımsız əşyalar alırlar ki, evləndikdən sonra oğlan borcları ödəyə bilmir və bu da ailə həyatında söz-söhbət yaradır. Ümumiyyətlə, məhəbbəti böyüdüb şişirdirik, düzdü, məhəbbət var, məhəbbətin mövcudluğuna inanmamaq ən azı günahdır. Amma reallıq da budur ki, aclıq olan yerdə məhəbbət yoxa çıxır. Ona görə insan özü hər şeyi tənzimləməyi bacarmalıdı. Kapitalistlərin toruna düşməməlidi. Fikirləşirlər nə yaradaq ki, kasıb camaatın pullarını alaq, bu, sadəcə bir tələdir”.

“Alış-veriş zamanı xanımlarla rəqabətə girmək kimi bir niyyətim yoxdu”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da əhvalı yaxşı olmayan zaman alış-veriş etdiyini deyib. Birlik sədri hazırda qiymətlərin baha olduğu üçün yeni geyimlərə çox da üstünlük vermədiyini bildirib. Onun sözlərinə görə, daimi yeni məhsullar almaq insanda asılılıq yaradır və əlavə xərclərə səbəb olur:

“İfrat dərəcədə gedib alış-veriş etməyə səbrim çatmaz. Konkret olaraq müəyyən mağazalar var, mənə lazım olanları alıram və kifayətlənirəm. Etiraf edim ki, bu gün mağazalarda bahalıq olduğuna görə əksər vaxtlar heç getmirəm. Lakin saatlarla bütün mağazaları gəzib, nəsə alıb dəyişiklik eləmişəm.

Alış-veriş edərkən hansısa xanımlarla rəqabətə girmək kimi bir niyyətim yoxdu. Bu cür şeylərdən uzaq adamam. Çox bahalı paltar ala bilmirəm, çünki buna imkanım da yoxdu, əsas odur ki, aldığım paltarlar mənim üçün rahat olsun”.

“Xanımlar geyimdən başqa kitab, rəsm əsərləri də alsalar yaxşı olar”

Yazar xanım Aysel Əlizadə qadınların alış-veriş etməsinə normal yanaşdığını, lakin bunu həyatın məzmununa çevirməyin düzgün olmadığını bildirib: 

“Təbii ki, kimsə alış-veriş edib özünə yeni paltar və ya aksesuarlar alırsa, bunu pis qarşılamaq olmaz. Amma yaxşı olardı ki, xanımlar geyimdən başqa alış-verişlərə də önəm versinlər. Məsələn, kitab alış-verişi, rəsm əsərləri, maraqlı musiqi albomları insanların maraq dairəsinə əlavə olunsa, yaxşı olar”.

“Qadınlar həvəslə harada və neçə faiz endirim olduğunu deyəcəklər”

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, xanımların davamlı olaraq alış-veriş etməsi onların psixologiyasından qaynaqlanan bir məqamdır. Psixoloq bildirib ki, insanlar depressiyada olarkən bu durumdan çıxmağa çalışırlar, bəzən özlərini yeni geyimlər, aksesuar və ziynət əşyaları ilə mükafatlandırırlar. Bununla da stresslərini aradan qaldırırlar:

“Qadın gün ərzində əhvalına uyğun olaraq 3 dəfə fərqli geyim də geyinə bilər. Marketinq baxımından baxsaq, xanıma aid olan paltarlar, aksesuarlar kişi geyimlərinə nisbətən daha çoxdur. Qadınlara məxsus olan geyimlərin çeşidi olduqca müxtəlifdir. Bütün bunlar onu göstərir ki, xanımlar təbiət etibarı ilə, buna maraqlıdırlar. Bu gün marketinqdə də qeyd olunur ki, adi satışın təxminən 70-80 faizi qadın tərəfindən həyata keçirilir.

Xanımlar gözəl görünməyə çalışırlar və gözəl görünərkən əhvalları da yaxşı olur. Fikir verin, xanım depressiyada olanda özünə fikir vermir”.

Psixoloq deyib ki, bir qrup xarakterdə olan qadınlar var ki, onlar getdiyi tədbirdə geyindiyi paltardan başqa bir xanımda görsələr, həmin an əhvalları pozulur. Buna görə də, xanımların daha çox alış-veriş etmələrinə səbəb digər xanımlardan seçilməkdir: “Burada qadın psixologiyasından söhbət gedir. Düzdür, bunu bütün xanımlara şamil edə bilmərik. Amma elə tip xanımlar var ki, hər zaman fərqli görünmək istəyirlər. Bu dəqiqə qadınlardan soruşsaq, onlar böyük həvəslə şəhərdə harada və neçə faiz endirim olduğunu da deyəcəklər. Hətta kolleksiyalar barədə ətraflı məlumat verə bilərlər”.

Yeganə Bayramova

http://www.sherg.az/site/id-33141/_%3Cfont_color=red%3EDepressiyadan_qurtulu%C5%9F…%3C/font%3E#.WX4LpYTyjIV




12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.