Psixoloq Elnur Rüstamov Haqqında

1980-ci ildə anadan olan psixoloq orta təhsilini Azərbaycanda tamamladı. 2003-cü ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bakalavr və magistr pilləsini bitirdikdən sonra AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aspiranturaya daxil olmuşdur. Hal-hazırda orada kiçik elmi işçi kimi çalışır.

Bütün bunlarla yanaşı 3 il müddətində Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etdi. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə oldu. 2008-ci ildə isə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Həmin ərəfələrdə həm də “Regional Psixologiya Mərkəzinin” rəhbəri kimi çalışmışdır.

Bir çox beynəlxalq konfransların iştirakçısı və məruzəçi olmuşdur. XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Mental Health Counseling”, “Supervision Experience For Prctitioners”, “Child Centered Play Therapy and Applications”, School Consueling” təlimlərini başa vurmuşdur.

2013-cü ildə isə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris etməyə başlamışdır.

2015-ci ildə isə Sankt-Peterburqda keçirilən “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” beynəlxalq konfransında iştirak edib. Rusiyada və Azərbaycanda Professional Psixoterapevtik Liqanın üzvüdür. Azərbaycan üzrə nümayəndəliyin rəhbəridir.

Daha sonra isə 2015-ci ildə İtaliyada keçirilən "The 14th European Congress of Psychology" konfransında iştirak edib.

Elnur Rüstəmov ailə psixoloqu olmaqla yanaşı abituriyentlərə motivasiya edici mövzuların təlimçisidir. Sevdiyi şüarlardan biri də: “Həyat davam edir…” 2010-cu ildən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri olmuşdur.

2016 -cı ildən etibarən E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışır.

Elnur Rüstəmov eyni zamanda “X-Lady” bədii kitabın və “Karl Yaspers fəlsəfəsində ünsiyyət problem” elmi monoqrafiyanın müəllifidir.

Evli və iki oğul atasıdır.

Psixoloqa Sual Ver