“Mörfi qanunları”... ! - Oxuyanda heyrətə gələcəksiniz !

“Mörfi qanunları”... ! - Oxuyanda heyrətə gələcəksiniz !

“İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək”

“Aşırı həssas insanlar var ki, onlar hadisəyə o qədər narahat yanaşırlar ki, nəticədə doğrudan da düşündükləri baş verir”

“Ona görə çalışmalıyıq ki, ilk növbədə təfəkkürümüzü, proses və hadisəyə yanaşmamımızı dəyişək”

Gündəlik həyatda hər birimiz işlərin istədiyimiz kimi getməməsi ilə qarşılaşırıq. Məsələn, uzun müddət avtobusu gözlədiyimiz halda gəlməməsi, məhz bizə lazım olmayan zamanlarda intensiv peyda olması kimi. Buna bənzər çoxlu sayda nümunələr göstərmək olar. “Mörfi qanunları” adı altında məşhur olan prinsiplər məhz bu mövzudan bəhs edir.
Amerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından yəqin ki, çoxları xəbərdardır. Adını ilk dəfə eşidənlər belə bu qanunları oxuyanda mütləq heyrətə gələcəklər. Məsələn, yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir. İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
Mörfinin əsas qanunlarından bir neçəsinə nəzər yetirək:
-İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
-Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
-İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
-Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
-Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
Telefon qanunu-Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
Bəhanə qanunu-Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.
Nəticə qanunu-Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
İnsan bədəni qanunu-Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.
Təbii ki, bu qanunlarla razılaşanlar olduğu kimi, belə hadisələri yalnız təsadüf hesab edənlər də olacaq. Maraqlıdır, qeyd etdiyimiz hadisələr insanın şüuraltına yeritdiyi düşüncələrdir, yoxsa bu prinsiplər doğrudan da gündəlik həyatımızın qanunlarıdır?

“Mörfi qanunları” ilə bağlı “Sherg.az”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, qeyd etdiyimiz prinsiplər nə elmi təsdiqini, nə də elmi təkzibini tapıb. Onun sözlərinə görə, bu məsələyə dair konkret fikir yoxdur:
“Amma bu prinsiplərlə razılaşan insanlar olduğu kimi razılaşmayanlar da olacaq. Ümumiyyətlə, düşüncənin gücü, düşüncənin enerjisi insanın həyatına, ünsiyyətinə, şəxslərarası münasibətinə təsir göstərdiyini elm sübut edir. Kabinetik psixologiya sırf düşüncə ilə işləyir və orada qeyd olunur ki, “problem əslində sənin düşüncənin problemidir”. İnsanları proses və hadisələrin özləri deyil, onun haqqında fikirlər narahat edir. Həyatımızda elə bir məqam olur, onu adladıqdan sonra deyirik ki, “bu düşündüyüm qədər faciəli deyilmiş, sadəcə özüm hadisəni faciəli mərhələyə qaldırmışam”. 20-ci əsrin əvvələrində istər Avropada, istər Amerikada bu sahədə fəaliyyət göstərən mütəxəssislər düşüncənin gücünə geniş yer verməyə başladılar. Ronda Bern bununla əlaqədar “Sirr” kitabını yazdı, həmin kitabla bağlı film də çəkildi. “Mörfi qanunları”na aid də müəyyən kitablar yazıldı, bu qanunların mahiyyətini dini və düşüncə tərəfdən araşdıranlar oldu. Bu sahədə mütəxəssislər çoxdur”. 
Psixoloq “Mörfi qanunları”na inanmadığı bildirib:
“Doğrudan da belə prinsiplərə inandıqları üçün kiməsə imtahanda məhz oxumadığı 5 sual düşür. Bu məqam sırf düşüncə ilə bağlıdır. “Mörfi qanuları”nda qeyd edirlər ki, “siz bir iş görüşməsinə gedirsiz və ora gedərkən düşüncəniz “pozitiv” bir tərəfədirsə, sizin davranışınız, ünsiyyətiniz də o istiqamətdə olacaq və məsələyə daha obyektiv yanaşacaqsız. Yoxsa fikirləşirsiz ki, bu iş düzəlməyəcək, amma görüşməyə gedirəm, bunu davranışda və ünsiyyətdə göstərəcəksiz”.
Aşırı titiz və həssas insanlar var ki, onlar bu cür məsələlərə çox həssaslıqla yanaşırlar. Onlar proses və hadisəyə o qədər narahat yanaşırlar ki, nəticədə doğrudan da düşündükləri baş verir. Ona görə çalışmalıyıq ki, ilk növbədə təfəkkürümüzü, proses və hadisəyə yanaşmamımızı dəyişək. Bu olarsa, həyata baxışımız, insanlara münasibətimiz daha keyfiyyətli olacaq. Əks halda bir-birini günahlandırmaq, neqativ düşüncələrə qapılmaq olacaq.
“Mörfi qanunları”na bənzər “Pareto prinsipi” də mövcuddur.

Bu prinsip 20-80 prinsipi kimi də tanınır. Məsələn, qarderobda olan paltarın 20 faizini daha tez-tez geyinirsiz, 80 faizini az istifadə edirsiz. Yaxud evə alış-veriş edəndə 20 faiz zəruridir, 80 faiz isə lazımsız. Fikrimcə, bütün bunlar insanların sadəcə düşüncəsi ilə bağlıdır”.
https://sherg.az/x%C9%99b%C9%99r/130833?fbclid=IwAR1sgMgTTN5c7OokXJHaTSRwmvWcKqSmgH70lCG4Qj7s6-csJqqrn9VfMYA

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.