“İndi hamını bu düşündürür: görəsən mənim övladımla da…” - Müsahibə

“İndi hamını bu düşündürür: görəsən mənim övladımla da…” - Müsahibə

“Uşaq bağçasında baş verən hadisədə azyaşlının hissləri ilə oynanılması çox neqativ haldır”.

Bunu Axar.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bu yaxınlarda uşaq bağçasında nənəsinin ölümü ilə qorxudularaq hissləri ilə oynanılan azyaşlı uşaqla bağlı hadisəyə münasibət bildirərkən deyib.

Psixoloqun sözlərinə görə, bu neqativliyi bir çox aspektdən qiymətləndirmək olar:

“Birinci, bu hadisənin baş verməsi uşaq bağçalarına qarşı böyük bir güvənsizlik formalaşdırdı. Çünki Azərbaycanda yaxşı fəaliyyət göstərən uşaq bağçaları ilə yanaşı, öz işini düzgün qura bilməyən uşaq bağçaları da var. Tərbiyəçilər tərəfindən lentə alınan videonun sosial şəbəkələrdə yayımlanmasının özü də mənfi prosesdir. Tərbiyəçi bu cür hallarda çox diqqətli olmalı və uşağın hissləri ilə oynamamalı idi. Uşaq darıxa, narahat ola bilər, ancaq bu o demək deyil ki, uşağı hissləri ilə oynamaq olar. Nəzərə almaq lazımdır ki, belə davranış bu yaşdakı uşaqlarda böyük psixoloji travmaya səbəb ola bilər. Başqa bir tərəfdən, indi həmin uşağın valideynləri böyük psixoloji sarsıntı içərisindədir. Çünki bu, onların övladlarına qarşı yönəlmiş qeyri-etik bir hərəkətdir. Bu gün Azərbaycanda kifayət qədər ailələr var ki, övladlarını uşaq bağçalarına həvalə edirlər. Artıq belə olan halda güvənsizlik və psixoloji narahatlıq yaranır. İndi hər kəsi bir sual düşündürür. Görəsən mənim övladımla da bu cür rəftar edəcəklər? Bütövlükdə, bu problem özü bir çox törəmə problemlərə yol açmış oldu. Biz bundan dərs çıxarmalıyıq. Buna görə də uşaq bağçalarında psixoloji və pedaqoji iş yüksək səviyyədə qurulmalıdır”.

E.Rüstəmov bu cür hadisələrin zaman-zaman təkrarlana biləcəyini bildirib:

“Nəzər almaq lazımdır ki, bəzən bu tip uşaq bağçaları və ya oxşar problemli şirkətlər bundan kompromat kimi də istifadə edirlər. Bundan çəkinmək lazımdır. Problem sivil formada həll olunmalıdır. Uşaqlarda 3 yaşdan sonra “eqosentrizm” yaranır. Yəni “mən” formalaşır. Eyni zamanda, uşaqda ölümlə bağlı zaman-zaman müəyyən təsəvvürlər formalaşır. Buna görə də uşağı nənəsinin ölümü ilə qorxutmaq heç bir əxlaqi kriteriya və mənəvi dəyərə sığmır. Hesab edirəm ki, bu tərbiyəçilərlə bağlı mütləq müəyyən tədbirlər görülməlidir. Bunun hansı formada olacağına isə əlaqədar qurumlar qərar verəcək. Əks təqdirdə bu cür sui-istifadə halları yenidən baş verə bilər”.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Bakı bağçalarının birində nənəsini istəyən azyaşlı qızın hissləri ilə oynayan tərbiyəçi və sanitarların video görüntüsü yayılmışdı.

Aygün Yusibova

http://axar.az/news/36840


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.