“Bizdə həkim yoxdur” – bu yanlış düşüncəni necə dəyişək? - Müsahibə

“Bizdə həkim yoxdur” – bu yanlış düşüncəni necə dəyişək? - Müsahibə

Həkimlərimizə inamı azaldan obyektiv səbəblər olsa da, bu qənaəti daha çox yanlış və qərəzli baxışlar, məqsədli fəaliyyətlər formalaşdırıb

“Dərd varsa, dərman da var” – deyirik. Düzdür, dərman hədsiz çoxdur, amma burada əsas olan dərdimizin dərmanının tapılmasıdır. Bu isə həkimlərin üzərinə düşür. Amma müalicənin yarısı da həkimə inamdır. Bu cəhətdən isə bizdə problem olduğu hər kəsin gözü önündədir.

Həkim və ya diaqnostika aparatlarının müayinəsi üçün klinika-klinika gəzənlərin sayı həddindən çoxdur. Adətən bir neçə həkimin və müayinə aparatlarının nəticələrini tutuşdurub, sonra müalicəyə gedirlər. Hətta bəzən xəstə inamsızlıqdan müayinələrə o qədər pul xərcləyir ki, müalicəyə pul da qalmır.

Yaxud imkan daxilində müalicə üçün xarici ölkələri seçənlər də var. Amma ölkəmizdə yaxşı əməliyyatlar edən, müalicələr aparan həkimlər az deyil. Buna baxmayaraq, “Azərbaycanda həkim yoxdur” ifadəsi hələ də deyilir. Bu ifadəni işlətməklə, biz bu sahədə olan peşəkarların işini də kölgə altında qoymuş oluruq. Bəs bu fikrin insanların beynindən silinməsi nələrdən asılıdır?

“İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar”

Trend-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bəzi şəxslər xarici ölkələrdə Azərbaycandakı klinikalardan o qədər də yüksək səviyyədə tibbi xidmət göstərməyən klinikalarda müalicə alırlar, sonra da o klinikaları Azərbaycanda təbliğ edirlər, insanlar da onlara inanır”.

Ə.Əmiraslanov bildirib ki, belə hallar çoxdur: “Belə hallara qarşı mübarizə aparmalıyıq. Almaniyanın tibb sahəsində tanınmış bir mütəxəssisini Azərbaycana dəvət etmişdim. O, burada Tibb Universitetində mühazirə oxudu, bir sıra tibb mərkəzlərində oldu. Sonra mənə dedi ki, Azərbaycandan insanların müalicə üçün niyə Almaniyaya gəldiyinə təəccüb edirəm. Mənim orada etdiklərimi Azərbaycanda bir çox mərkəzlərdə də edirlər”.

Komitə sədrinin sözlərinə görə, bunun səbəblərindən biri odur ki, insanlarımız xarici klinikaları Azərbaycanda təbliğ edirlər: “Azərbaycanda insanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar, Azərbaycanda mütəxəssis olmadığını deyirlər və s. Təəssüf ki, hətta savadlı ziyalılarımız da bunlara inanır və müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar, Azərbaycanda olan klinikalardan qat-qat aşağı səviyyəli klinikalarda böyük məbləğdə vəsait xərcləyirlər”.

Ə.Əmiraslanov qeyd edib ki, burada həkimlərin, mütəxəssislərin də günahı var: “Biz gördüyümüz işləri, həyata keçirdiyimiz müalicə, diaqnostika tədbirlərini yaxşı təbliğ edə, insanlara lazımınca çatdıra bilmirik. Hər bir tibb işçisi bu sahədə çox fəal olmalı və görülən işlərin təbliğatını aparmalıdır”.

“Həkim seçimini düzgün aparmaq lazımdır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, “Azərbaycanda həkim yoxdur” fikri emosional bir yanaşmadır. Bu cür düşüncə isə həkimdən çox, şarlatanlarla, özünü reklam etdirənlərlə, aşağı səviyyəli tibb təhsili verən universitetləri bitirənlərlə qarşılaşma nəticəsində yaranıb: “Sadəcə, həkim seçimini düzgün aparmaq lazımdır. “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir. Bu münasibət isə bumeranq effekti verir. Xəstə özü bu münasibətdən əziyyət çəkir. İrana bir müddət kütləvi axın oldu. Sonradan məlum oldu ki, İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunələr var. Həm də İranda bu gün müalicə xeyli bahalaşdığından insanlar ora az gedirlər”.

“Məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar”

A.Qeybullanın sözlərinə görə, Azərbaycan səhiyyəsində problem olmadığını da demək olmaz: “Birinci məsələ odur ki, ölkəmizdə səhiyyə xərcləri vətəndaşların çoxunun cibinə uyğun deyil. Bəlkə də icbari tibbi sığorta olsa, bu problem aradan qalxar. Digər tərəfdən, xəstələrin bizim səhiyyəmizə güvənini azaldan bir fakt məmurların özünün bütövlükdə həkimlərə münasibətidir. Məsələn, məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar, ən xırda şey üçün xaricə gedirlər. Bu şeylərə diqqət etmək lazımdır. Bu gün Azərbaycana Avropanın müxtəlif ölkələrində, Türkiyədə təhsil alıb qayıtmış xeyli tibb mütəxəssisləri var. Onlar Qərb səhiyyəsinin standartlarını bilirlər. Hesab edirəm ki, səhiyyənin təşkilində müəyyən qüsurlar olsa da, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr cəhətdən xeyli irəli getmişik. Sadəcə, bu iş düzgün təşkil olunmalı, həkimlərin həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edilməlidir. Həm də icbari tibb sığrotası tətbiq olunsun ki, vətəndaşla həkim arasında bu neqativ münasibətlərə son qoyulsun. Efirlərdə səhiyyədə olan problemlər işıqlandırılmalıdır, sanitariya istiqamətində maariflənmə işi gücləndirilməlidir. İnsanlar özlərini hansı xəstəliklərdən necə qorumalı olduqlarını bilməlidirlər”.

A.Qeybulla “Azərbaycanda ən yaxşı həkim filankəsdir” deyimini real olmayan bir hal adlandırır: “Ən güclü həkim anlayışı o istiqamətdə çalışan  digər həkimlərin işini kölgə altında qoyur. Nəticədə məlum olur ki, o ad verilən həkim sadəcə, reklam sayəsində bu adı qazanıb, işə gələndə isə belə deyil. Məsələn, Qərb təbabətində həkimlərin yetişdirilməsi prinsipləri var. Bir sahənin mütəxəssisi konkret bir xəstəliyin diaqnozunu qoymaq, müalicə etmək üçün beynəlxalq protokolları öyrənir. Həmin ixtisası almış hansı həkimə getsən, onlar sizi eyni cür müalicə edəcəklər. Qayda-qanunla.



12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.