Ən uğurlu sərmayə – övladlarınızın təhsilinə yatırdığınız sərmayədir - Müsahibə

Ən uğurlu sərmayə – övladlarınızın təhsilinə yatırdığınız sərmayədir - Müsahibə

Təhsil mövsümünün bitməsi, eləcə də yeni təhsil ilinin başlaması ərəfəsində valideynləri düşündürən əsas məsələ yaxşı məktəbin seçilməsidir. Əsas problem də məhz bu “yaxşı” sözünün içini doldurmaqdır.

Uşaq bağçasına dayə, məktəbə isə repetitor gözü ilə baxırıq

Bu səhv yanaşma bütün təhsil müəssisələrinə münasibətdə özünü göstərir. Bir çox ailələr övladlarını uşaq bağçalarına məcburiyyətdən göndərir. Belə ki, ya valideynlərin hər ikisi işləyir, ya da uşaq artıq 5 yaşına çatmış olur ki, məktəbə qədər təhsilin yaratdığı zərurət valideynləri buna vadar edir. Unutmaq olmaz ki, istənilən yaş dövründə uşaqların fərd və şəxsiyyət kimi formalaşması prosesi gedir. Yəni yaxşı uşaq bağçası onun yaxşı insan kimi yetişməsində ən azı ailə tərbiyəsi qədər əhəmiyyət daşıyır. Əksər valideynlər övladının uşaq bağçasında bir neçə şeir öyrənməsi, 20-yə qədər saymağı bacarması, rəngləri tanıması kimi bəsit bilikləri az qala böyük uğur kimi qəbul edirlər. Yəni uşaq bağçalarına dayə gözü ilə baxdıqları üçün gözləntiləri də bu çərçivədən kənara çıxmır.

Uşaq bağçaları valideynlərin uşaqlara öyrədə bilmədiyi bilik və davranışları öyrətməli, onların şəxsiyyət kimi püxtələşməsini tamamlamalıdır.

Bir çox ailələr uşaqların bağçalara getmək istəməməsi halı ilə üzləşir. Bunun səbəbini isə övladlarının ailə mühitindən ayrılmaq istəməməsində görür. Bu isə səbəb yox, bəhanədir. Əslində uşaqların bağçalara getmək istəməməsinin başlıca səbəbi orada onları qane edən şərait və mühitin olmamasıdır. Elə Azərbaycanda da minimal standartları xeyli üstələyən, hətta deyərdim ki öz standartlarını yaradan uşaq bağçaları var. Bu tip bağçalarda yataqxana və ümumi sinif otağından başqa yaradıcılıq otağı, musiqi otağı, idman zalı, uşaqlar üçün hovuz, açıq havada idman kompleksi, hətta yol hərəkəti qaydalarını öyrədən, habelə ilkin sürücülük vərdişləri aşılayan xüsusi pist belə mövcuddur. Təbii ki bu cür şəraiti olan və bundan effektiv istifadə edən  bağçalara uşaqlar da maraqla gedər və hətta evdən çıxmağa tələsər. Sözün geniş mənasinda uşaqlarınızı hansı mühitdə böyüdüyünü və orada nə öyrəndiyini bilməyiniz vacibdir.

Uşaqların davranış və psixologiyalarını öyrənən  institut və mərkəzlərin gəldiyi ən son qənaət budur ki, uşaqlara nə isə öyrədərkən onların meyilli olduğu və daim maraq göstərdiyi vasitələrdən istifadə etmək vacibdir.

Məsələn, günümüzdə uşaqların kompüter və mobil telefonlara hədsiz marağı az qala qarşısıalınmaz bir problemə çevrilib.

Nəticədə onların həm bu istəkləri qarşılanır, həm də yeni biliklər öyrənirlər. Ən başlıcası isə kiçik yaşlarından zəmanəmizin ayrılmaz parçasına çevrilmiş kompüter biliklərinə malik olurlar.

Azyaşlı uşaqların tərbiyə və təhsilində başlıca prinsip onlarla eyni düşündüyünüzü göstərmək və inandırmaqdır. Bir neçə il bundan əvvəl ABŞ-da bu mövzuda film hazırlayarkən uşaq bağçası direktorunun işlətdiyi cümlə heç yadımdan çıxmır: “Biz uşaqları öyrətmirik, onlarla birlikdə öyrənirik”. Məncə elə uşaq bağçası seçərkən əsas meyarlardan biri də məhz bu olmalıdır.

Məktəb repetitor deyil.

Çox təəssüf ki, Azərbaycanda yaxşı məktəbin meyarları yalnız məzunların ali məktəbə qəbul olunması faizi ilə ölçülür. Əslində isə bu, hazırlıq kursları, yaxud repetitor-müəllimlər üçün keçərlidir. Bu o demək deyil ki, orta məktəblərdə universitetə hazırlıq istisna olunsun. Əsla. Bu, yaxşı məktəbin meyarlarından sadəcə biri ola bilər. Əks halda biz məktəbin əhəmiyyətini və missiyasını xeyli kiçiltmiş oluruq. Yaxşı məktəb şagirdlərin akademik bilikləri ilə yanaşı qeyri akademik biliklərinə də diqqət yetirməlidir.

Öyrədə bilmədikləri bilikləri tələb edirlər.

Yaxşı məktəbi şərtləndirən başlıca amil də yenə metodoloji yanaşmadır. Çox təəssüf ki, Azərbaycanda xüsusi ilə dövlət məktəblərində əsas fokuslanma nəzərdə tutulmuş tədris proqramının vaxtında icra olunması üzərində köklənib. Həmin proqramın qavranılması bu zaman ikinci plana keçir. Belə olan halda  qiymətləndirmə  imtahanlarında zəif nəticə qaçılmaz olur. Əslində isə imtahanın nəticələri şagirdlərin biliyindən çox həmin təhsil müəssisəsinin səviyyəsini əks etdirir. Halbuki tədris maksimum öyrətmək üzərində köklənməlidir. İmatahanların özü də ilk növbədə öyrədici, sonra qiymətləndirici xarakter daşımalıdır. Uşaqları bir-birindən köçürməyə vadar edib sonra buna görə onları cəzalandıran bir sistem heç vaxt effektiv ola bilməz.

Məktəb 4 divar, parta, lövhə və müəllimdən ibarət deyil

Yaxşı məktəbin digər meyarı şəraitdir. Yüksək səviyyəli təhsil üçün məktəbin müasir laboratoriyaları, müxtəlif fənn kabinetləri, açıq və qapalı idman kompleksinin olması şərtdir. Şagirdlər öyrəndikləri nəzəri bilikləri elə yerindəcə təcrübədən keçirmək imkanlarına malik olmalıdırlar. Məhz bu cür şərait olduqda uşaqların istedad və bacarıqları üzə çıxır. Söhbət yalnız kimya, fizika, biologiya, coğrafiya və tarix kimi fundamental fənlərdən getmir. Çox təəssüf ki, Azərbaycanda əmək təlimi, bədən tərbiyəsi, rəsm, musiqi kimi dərslərə xor baxmaq kimi bir stereotip formalaşıb. Halbuki bu sahələrdə uğur qazanan insanların maddi təminatı və  cəmiyyətdəki nüfuzu digər sahələrdən heç də geri qalmır. Elə buna görə də məktəblərdə bu fənlərin tədrisi üçün yaxşı şəraitin olması vacibdir.

Qloballaşan dünya və beynəlxalq məktəb anlayışı

Biz daxili təhsil sistemimizdə hələ də yanlış metodoloji yanaşmaları müzakirə etdiyimiz halda dünyada orta məktəblər artıq çox fərqli bir səviyyəyə qalxıb. Bir çox inkişaf etmiş qərb dövlətində, o cümlədən ABŞ-da mərkəzləşdirilmiş formada qəbul imtahanları keçirilmir. Hər bir universitet özü daxili əsasnaməsi ilə tələbələri qəbul edir. Bu zaman isə həmin şəxslərin hansı məktəbi bitirməsinə xüsusi fikir verilir. Yəni məktəblərin özünün nüfuzu hətta həlledici amil olur. Yəni Harvard, Oxford, Cambridge kimi universitetlər necə brendləşibsə, orta məktəblərdə də bu tendensiya başlayıb. Brendə çevrilmiş məktəblər müxtəlif ölkələrdə fəaliyyət göstərməsi həmin məktəblərdə oxuyan şagirdlərə bir çox üstünlüklər qazandırır. Birincisi, yalnız brendləşmiş məktəblər beynəlxalq şəbəkə qura bilir. Məsələn, SABİS kimi böyük tarixi olan beynəlxalq məktəblər şəbəkəsi beş qitəni əhatə edir. Bu cür məktəblərin məzunları təhsil aldığı ölkədən asılı olmayaraq artıq nüfuzlu universitetlər tərəfində məmnuniyyətlə qəbul edilir. Digər tərəfdən bütün ölkələrdə tədris əsas fundamental fənlər üzrə vahid proqramla paralel aparıldığı üçün şagird başqa ölkəyə səyahət etdikdə, yaxud birdəfəlik köçdükdə  həmin məktəbdə heç bir uyğunlaşma  problemi yaşamadan təhsilini davam etdirə bilir.

Təhsil sektorunda aparılan islahatlar və Qərb təhsil sisteminə inteqrasiya Azərbaycanda da gələcəkdə bu araşdırmada sadaladığım standartların bərqərar olmasını labüd edir. Yəni mərkəzləşdirilmiş qəbul imtahanlarının tədricən ləğvi və bu məsələdə ali məktəblərin müstəqilliyinin artırılması nəinki universitetlər, elə məktəblər arasında da rəqabəti gücləndirəcək. Bu proses dövlət məktəblərində ola bilsin ki, daha ləng getsin. Amma özəl orta məktəblər buna hazırlıqlı olmalıdır. Azərbaycanda da az da olsa bu standartlara cavab verən özəl məktəblər var. Heç şübhəsiz ki, həmin məktəblərin şagirdləri bu baxımdan ən azı Azərbaycan şəraitində  dövrünü qabaqlayacaq. Xaricdə təhsil almağa gəldikdə isə bu onlar üçün əlavə üstünlüklər qazandıracaq. Təbii ki belə məktəblər ödənişli əsaslarla fəaliyyət göstərir. Odur ki, övladlarının təhsilinə istər uşaq bağçası, istərsə də məktəb üçün müəyyən büdcə ayıran (daha doğrusu buna imkanı çatan) valideynlər ətraflı düşünməli və daha uzaqgörən olmalıdır.

Övladlarınız üçün ən uğurlu sərmayə onun təhsilinə yardığınız sərmayədir. Cünki bu sərmayə heç vaxt itməyəcək.

Vamiq Nəsirov


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.