Ekspert: “Qəsdən adam öldürmə hallarının artması psixoloji məqamla bağlıdır” - Müsahibə

Ekspert: “Qəsdən adam öldürmə hallarının artması psixoloji məqamla bağlıdır” - Müsahibə

Cəmiyyətdə zorakılıq halları bir çox formada və demək olar ki, hər yerdə özünü göstərir. Bəzən nəzarətdən çıxan emosional durum ölüm halları ilə də nəticələnir. Belə ki, Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bəzi məqamlara toxunub. O, qeyd edib ki, Azərbaycanda qəsdən adam öldürmə cinayətlərinin sayı artıb. Qəsdən adam öldürmə cinayətlərinin sayının artması ciddi nöqsanı kimi dəyərləndirilib.

Qəsdən adam öldürmə hallarının artmasının psixoloji təsirlərindən danışan psixoloq Elnur Rüstəmov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, insanlar az müddətdə daha çox işin öhdəsindən gəlmək, daha çox varlanmaq  istəyirlər: “Bunun kökündə birbaşa psixoloji məqamlar durur. İnsanların dözümlü davrana bilməməsi münasibətlərdə kəskin reaksiya verməsi, mübahisəni tez bir zamanda həll etmək istəməsi sonda qəsdən adam öldürmək dərəcəsinədək gətirib çıxarır. Dünyanın müxtəlif yerlərində insanlar daha təcavüzkardırlar. İnsanlar az müddətdə daha çox işin öhdəsindən gəlmək, daha çox varlanmaq istəyirlər. Bu kimi proseslərin qarşısını alan istənilən amilə qarşı insan kəskin reaksiya verir. İnsan istənilən vaxtda empati qurmağı bacarmalıdır. O, özünü digərlərinin yerinə qoymağı bacarmalıdır. Cəmiyyət psixoloji olaraq çox maariflənməlidir. Bu gün hər kəsin problemi var. Əsas məsələ o problemə yanaşma tərzini dəyişməyi bacarmaqdır.”

Ölkədə bu istiqamətdə addımlar atıldığını deyən E.Rüstəmov bildirib ki, sadəcə ölkə insanı bu istiqamətdə təşəbbükar deyillər: “Ölkədə psixi sağlamlıq mərkəzi yaradılıb, amma mərkəzə müraciət edənlərin sayı olduqca azdır. İnsanlar bu kimi məsələlərə çox etinasızdırlar. Psixoloji narahatçılıq fiziki narahatçılıqdan ciddi fərqlənir. Əgər bir yerim ağrayırsa, o məni narahat edər və mən məcbur olub həkimə gedirəm. Amma psixoloji narahatçılıqda da insanlar hansısa problemin baş verməsini gözləyirlər. İnsanların əlindən xəta çıxmadıqca bu mərkəzlərə müraciət etmirlər.”

Deyerler.Org

http://deyerler.org/241724-elnur-rgstjmov-vqjsdjn-adam-gldgrmj-hallardndn-artmasd-psixoloji-mjqamla-badldddrv.html

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.